Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-718/2023 11.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əsas borc üzrə 5.567,36 manat, faiz borcuna görə 1.469 mana t, cərimə borcuna görə 270,11 manat, cəmi 7.306,47 manat məbləğində borcun və 93,07 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulması” tələbinə dair iş üzrə üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İ. İŞİN HALLARİ
1. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemi vergi məlumatlarının çıxarışına əsasən, Cavabdeh3 2008-ci il 16 iyul tarixindən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış, hüquqi ünvanı isə AZ3100, İsmayıllı rayonu Göytəpə kəndidir. VÖEN statusu fəaliyyəti müvəqqəti dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) İsmayıllı Rayon Məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMM QBKT (bundan sonra – “iddiaçı”) 2023-cü il 27 sentyabr tarixində iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə mür aciət edərək cavabdehlər Cavabdeh1 (bundan sonra “Cavabdeh1”), Cavabdeh2 (bundan sonra “Cavabdeh2”) və Cavabdeh3 (bundan sonra “E.Abbasov”) müştərək qaydada 5.567,36 manat əsas, 1.469 manat faiz, 270,11 manat cərimə, cəmi 7.306,47 manat məbləğində borcun və 93,07 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İsmayıllı Rayon Məhkəməsinin 2023-cü il 1 noyabr tarixli e-2(037)-1145/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və E.Abbasova qarşı borcun ödənilməsi tələbinə dair e-2(037)-1145/2023 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – İ.Hüseynov).
3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh3 sahibkarlıq subyekti olmaqla yanaşı, olduğ u və ya olmaq istədiyi hüquq münasibəti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə prosessual qanunvericiliyin tələbinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Plenum qərarına əsasən hesab etmişdir ki, tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrini, onların hüquq münasibətlərinə başladığı zaman hüquqi şəxs kimi reyestrdə qeydiyyatda olmalarını, eyni zamanda iddia ərizəsindən tərəflər arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin kənd təsərrüfatı məhsulların satışı fəaliyyə ti həyata keçirilməsindən irəli gəlməli olması müəyyən edildiyindən mülki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir.
4. İsmayıllı Rayon Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 24.2, 25.1, 26.1, 31.1, 32.1, 32.2, 32.3, 32.4, 32.5, 35.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarına istinad etməklə əsaslandırmışdır. a) Şəki Kommersiya Məhkəməsindəki icraat
5. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 28 noyabr tarixli e-2-2( 117)-1335/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əsas borc üzrə 5.567,36 manat, faiz borcuna görə 1.469 manat, cərimə borcuna görə 270,11 manat, cəmi 7.306,47 manat məbləğində borcun və 93,07 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – R.Məcidov).
6. İşin aidiyyəti üzrə göndərilməsi barədə İsmayıllı Rayon Məhkəməsinin qərardadı ilə razılaşmayan məhkəmə qeyd etmişdir ki, hazırkı tələbə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 2023-cü il 9 f evral tarixli kredit müqaviləsinə əsasən 6.000 manat məbləğində kredit cavabdehin ailəkəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə sonuncuya verilmişdir.
7. Göründüyü kimi mübahisə predmeti olan 5.567,36 manat kredit məbləği iddiaçı tərəfindən cavabdehin fiziki şəxs kimi şəxsi istehlak məqsədləri üçün (ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması) ona verilmiş 6.000 manat kreditin ödənilməmiş qalan hissəsidir. Cavabdeh fərdi sahibkar statusuna malik olan fiziki şəxs olmasına baxmayaraq onunla iddiaçı arasındakı hazırkı mübahisə onların birgə və ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərindən irəli gəlməmişdir.
8. Hazırki iş üzrə cavabdehin fərdi sahibkar olması işə kommersiya məhkəməsi tərəfindən baxılmalı olmasına dəlalət etmir. Eyni zamanda tərəflərin VÖEN-nin olmasına və tərəflərin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq hazırki mübahisə hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti baxımından kommersiya fəaliyyəti ilə əlaqədar olmayan pul tələbindən yaranan mübahisədir ki, MPMin 26.2-ci maddəsinin tələbinə əsasən bu qəbildən olan müraciətlərə kommersiya məhkəmələri tərəfindən baxılmalı deyildir.
9. Cavabdeh sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün deyil, ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 6.000 manat kredit götürmüşdür ki, qanunun tələbinə əsasən cavabdehin o qəbildən olan fəaliyyəti sahibkarlıq fəaliyyəti kimi qiymətlən dirilmir və sahibkarlıq fəaliyyəti sayılmayan fəaliyyəti həyata keçirmək məqsədi ilə götürülmüş kredit borcuna görə mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmır.
10. Məhkəmə hesab etmişdir ki, mübahisə tərəflərin qarşılıqlı və ya ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən, yəni götürülmüş 6.000 manat kredit üzrə cəmi 7.306,47 manat borc öhdəliyi sonuncunun kommersiya fəaliyyətinin deyil, şəxsi istehlak məqsədlərinin nəticəsi olaraq yarandığından hazırkı müraciətə mülki məhkəmə icraatı qaydasında ümumi (şəhər, rayon) məhkəmələr tərəfindən baxılmalıdır. İsmayıllı Rayon Məhkəməsi isə qeyd olunan halları araşdırmadan, krediti götürmüş əsas borclunu deyil sadəcə zamin Cavabdeh3 VÖEN-nin olması əsası ilə kifayətlənərək, hazırki mübahisənin tərəflərin sa hibkarlıq fəaliyyətindən irəli gəldiyi qənaətinə gəlmiş və işi məhkəmə aidiyyəti üzrə göndərməkdə haqlı olmamışdır.
11. Halbuki, əsas borclu olan Cavabdeh1 da fərdi sahibkar kimi vergi orqanında qeydiyyata alınmışdır. Əsas borcluya münasibətdə işi göndərən məhkəmənin əsaslandırması mövcud olmasa da bu halda işin Kommersiya Məhkəmələri tərəfindən baxılmasına əsas vermir. Belə ki, qeyd olunduğu kimi kreditin təyinatı ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi daşıyır.
12. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmalı olsa belə, hazırki iş üzrə iddiaçı 2021-ci il 1 iyul tarixindən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməmişdir ki, b u hala hazırki vəziyyətdə qiymət verilməsi məğbul deyildir. Məhkəmə aidiyyəti hazırki məhkəmə seçiləcəyi təqdirdə bu hala qiymət veriləcəkdir.
13. Məhkəmə bu qənaətini MPM-in 25.1, 26.1, 26.2, 31.1, 32.3-cü maddələrinə; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə; “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.3-cü maddəsinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 12, 13-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.
14. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qayd asında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar....” Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; 403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr ar asında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər;
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətl ərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc t ələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....
12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarl ıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
16. Qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir.
17. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərinə və Plenum Qərarının 10 və 11-ci bəndləri ilə formalaşmış hüquqi mövqeyə görə mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
18. Başqa sözlə, mübahisənin məhkəmə aidiyyəti müəyyən edilərkən üç meyar – işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götü rülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur.
19. Hazırkı halda, işdən göründüyü kimi kredit müqaviləsi üzrə 24 ay müddətinə, illik 27% dərəcəsi ilə kredit iddiaçı tərəfindən kredit alan Cavabdeh1a “ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması” məqsədi ilə verilmişdir. 20. "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, ailə kəndli təsərrüfatı - ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir.
21. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən, ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.
22. Bundan başqa, kredit müqaviləsində kredit alan qismində çıxış edən Cavabdeh1a məxsus VÖEN-ə istinad olunmamış, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdə həmin məbləğin kredit alan tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunması məqsədilə ayrılmasına dəlalət edən hallar müəyyən edilməmiş, iddiaçı isə kredit müqaviləsinin təyinatını nəzərə alaraq kommersiya məhkəməsinə deyil, məhz ümumi məhkəməyə - İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir.
23. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, ail ə kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi məqsədi ilə bağlanmış 6.000 manat məbləğində kredit müqaviləsindən yaranan hazırkı mübahisəyə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyən xüsusi normaların tətbiq edilməsinə və mübahisəyə ixtisaslaşmış məhkəmədə baxılmasına hüquqi əsas yoxdur.
24. Beləliklə, hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti baxımından hazırkı mübahisənin kommersiya mübahisəsi olmaması ona MPM-in normalarında və Ali Məhkəmənin Plenumunun müvafiq Qərarında formalaşmış hüquqi mövqeyə əsasən kommersiya məhkəməsində baxılmasını istisna edir.
25. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə mülki mübahisə hesab olunmalı, bu səbəbdən də ona ümumi məhkəmədə baxılmalıdır.
26. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 4031.6, 403-1.7 və 403-1.9.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X1-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əsas borc üzrə 5.567,36 manat, faiz borcuna görə 1.469 manat, cərimə borcuna görə 270,11 manat, cəmi 7.306,47 manat məbləğində borcun və 93,07 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair mülki iş baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.