Məhkəmə qərarları › İş №2-2(102)-718/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-718/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-718/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinin likvid qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 30 iyul tarixli 22(106)-162/2025 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı QSC ilə borcalan Cavabdeh5 arasında 2021-ci il 22 yanvar tarixli 008L**********77 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bank tərəfindən borcalana illik faiz dərəcəsinin yuxarı həddi 28% müəyyən olunmaqla 120 ay müddətinə 500.000 manat məbləğində krеdit хətti açılmışdır.

2. Uzunmüddətli kredit müqaviləsi çərçivəsində İddiaçı QSC ilə Cavabdeh5 arasında 2021-ci il 25 oktyabr tarixli 008R********** saylı nömrəli kredit razılaşması bağlanmış və razılaşmaya əsasən, bank tərəfindən borcala na aylıq faiz dərəcəsi 1.6667% olmaqla, 36 ay müddətinə 40.000 manat kredit verilmişdir.

3. Uzunmüddətli kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə zaminlər Cavabdeh2 Hafiz oğlu, Cavabdeh3, Cavabdeh1, X1 arasında ayrı-ayrılıqda müvafiq olaraq 2021-ci il 12 fevral, 2021-ci il 25 oktyabr, 2021-ci il 25 oktyabr, 2021-ci il 22 yanvar tarixlik zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər borclu Cavabdeh5 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.

4. Həmçinin uzunmüddətli kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh5 arasında 2021-ci il 25 oktyabr tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh5 məxsus 2007-ci il buraxılış illi, Ford Tranzit markalı, Ban nömrəsi WF0XXXTTFX7P44730, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 10.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı QSC (bundan sonra - “iddiaçı”) cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq – “Cavabdeh5”, “Cavabdeh3”, “Cavabdeh1”, “Cavabdeh4” və “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 008R********** saylı krеdit razılaşması üzrə 28.245,84 manat krеdit bоrcu, 4.096,61 manat faiz bоrcu və 1.604,37 manat cərimə olmaqla, ümumilikdə 33.946,82 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödən ilmiş 191,84 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması, tutmanın Cavabdeh5 məxsus olan 2007-ci il buraxılış illi, **-OD-*** dövlət qeydiyyat nişanlı “X3” markalı nəqliyyat vasitəsinə (bundan sonra – “ipoteka predmeti”) yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh5 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2022-ci il 27 dekabr tarixdən banka qaytarmamışdır.

7. Cavabdeh1 iddiaya etiraz etmiş və onun zaminlikdən çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh3 bildirmişdir ki, ipoteka predmeti aşağı qiymətləndirilmişdir. Avtomobilə 7000-8000 manat arası xərc qoyulmuşdur.

9. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 14 may tarixli, e-2-2(121)-65/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən 2021-ci il 25 oktyabr tarixli 008R********** nömrəli kredit razılaşması üzrə 28.111,59 manat məbləğində əsas borc, 4.096,61 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu və ödənilmiş 191,84 manat dövlət rüsumu olmaqla, cəmi 32.500,04 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 19.600 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Z.Abbasov)

10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh5 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər iddia tələbinə qarşı etirazı, iddia tələbinin tam və ya qismən əsasssızlığına dair sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda, iddia edildiyi kimi Cavabdeh5 və digər cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxt ında və lazımınca icra edilmədiyi aşkar olunur. Odur ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır.

11. Kredit borcunun məbləğinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 9/7379 nömrəli, 2024-cü il 16 oktyabr tarixli rəyinə görə, iddiaçı ilə Cavabdeh5 arasında bağlanmış 2021-ci il 25 oktyabr tarixli 008R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh5 2024-cü il 15 fevral tarixə əsas borc üzrə 28.111,59 manat, faiz borcu üzrə 6.871.72 manat borcunun olması müəyyən olunmuşdur.

12. Ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borc məbləği ilə iddia ərizəsində tələb olunan müvafiq borc məbləğləri arasında fərq olsa da, iddiaçı əsas və faiz borc məbləğlərinə aid hissədə ekspert rəyini mübahisələndirilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, əsas borc məbləği ekspert rəyində qeyd olunan məbləğdə, faiz borc məbləği iddia ərizəsində və maliyyə arayışında göstərilən hədlərdə müəyyən edilməlidir.

13. Məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi cavabdehlərdən 1.604,37 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də, cavabdehlərdən tutulacaq cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi işin hallarına mütən asib və ədalətli olar.

14. Məhkəmə, iddianın tələbin ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsinə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Eyni zamanda, iddiaçının tələbinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir.

15. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 9/777 nömrəli, 2025-ci il 17 mart tarixli rəyinə görə, 2007-ci il buraxılışlı, ağ rəngli, parça oturacaqlı, 280374 km yürüşlü, mühərr ik tutumu 2400 kub.sm, “X3 minik” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtobilin real bazar və hazırki orta bazar qiyməti təxminən 19.600 manat müəyyən olunur.

16. Məhkəmə qeyd olunan qiymətləndirmə hesabatında göstərilən məbləğləri ağlabatanlıq meyarlarına əsasən qiymətləndirərək bu qənaətə gəlmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 19600 manat olaraq müəyyən edilməsi məqsədə uyğun və ədalətli hesab edilməlidir.

17. Həmçinin iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 imzaladıqları zaminlik müqavilələri ilə borclu Cavabdeh5 kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra etməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə əsas borclunun öhdəliyini pozduğuna görə zaminlərin də onunla birlikdə kreditor qarşısında birgə (solidar) məsuliyyəti yaranmışdır.

18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, MM-in 6.2, 269.1, 269.4, 317, 319.1, 319.4, 385.1, 386.1, 421.2, 421.3, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 448.2, 460.1, 462.1, 465.2, 466.2.1, 467, 470.1, 472, (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan 739.1 və 739.2-ci maddələrinə), “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.3, 39.3.3 və 41.1-ci maddələrinə, A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh5 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, ipoteka predmetinin real olaraq qiymətləndirilməkdən ötrü təkrar və əlavə əmtəəşünaslıq ekspertiza təyin edilməklə veriləcək ekspert rəyinə uyğun olaraq qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək onu ləğv edərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 30 iyul tarixli 2-2(106)-162/2025 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh5 apellyasiya şik ayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən –Q.Əliyev, hakimlər – T.Kərimov və P.Hacıyev).

22. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq ipoteka predmetinin ilkin satış qiymətinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında 2021-ci 25 oktyabr tarixində bağlanmış ipoteka müqaviləsinin 2.5-ci bəndində tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka predmetinin dəyəri 10.000 manat ekvivalentində müəyyən edilmişdir. Nəqliyyat vasitələrinin qiymətinin onun istismarda qaldığı müddətin artması ilə azalana doğru dəyişməsi hamıya bəlli olan haldır. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunan qiymətləndirmə ekspertizaları üzrə verilən rəylərdəki qiymətlərin müqayisəli təhlilini aparan kollegiya hesab etmişdir ki, hazırki halda ipoteka predmetinin ilkin satış qiyməti likvid qiymətlə müəyyən olunmalı olduğu halda, ən yüksək müəyyən olunan bazar dəyəri ilə müəyyən edildiyindən, qeyd olunan hal daha çox ipoteka saxlayanın maraqlarına uyğun gəlmir. Bununla belə ipoteka saxlayan qətnamə ilə razılaşmış və onu mübahisələndirilməmişdir. İpoteka qoyanın özü tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş qiymətləndirmə rəyini mötəbər sübut kimi qəbul etməyən birinci instansiya məhkəməsinin mövqeyi ilə məhkəmə qeyd olunanlar baxımından razılaşmışdır.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normalarının m addələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh5 qətnamədən kassasiya şikayəti verərək onun tam ləğv edilməsi, ipoteka predmetinin real olaraq qiymətləndirilməkdən ötrü təkrar və əlavə əmtəəşünaslıq ekspertiza təyin edilməklə veriləcək ekspert rəyinə uyğun olaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. MPM-in 9.1, 77.1 və 88-ci maddələri üzrə - apellyasiya məhkəməsi iş materiallarında olan qiymətləndirmə üzrə mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etmiş, lakin həmin rəy verilərkən ipoteka predmetinin real deyil, vizual olaraq qiymətləndirildiyini, həmin vaxt digər qiymətləndirici tərəfindən verilmiş rəydəki qiymətlə 8.000 manat fərqin olması hallarına diqqət etməmiş, nəticədə yarımçıq olan rəylə qanunsuz və əsassız məhkəmə qərarının qəbul edilməsinə nail olmuş və təkrar və ya əlavə qiymətlədirilmənin aparılmasına ehtiyacın olmamasını qətnamədə əsaslandırmamışdır. İpoteka predmetinin dəyərinin real olaraq hazırda 28.000-30.000 manat olmasına baxmayarq, 19.600 manat müəyyən edilməsinin yoxlanılmaması və təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməməsi işin faktiki hallarına uyğun gəlməməsi iddia tələbinin həmin hissədə təmin edilməməsinin və yenidən qiymətləndirilməsinə əsas olan haldır. İş materiallarında heç bir sübutun olmamasına baxmayaraq "xxxx" MMC-yə 250 manat xidmət haqqının ödənilməsi nəticəsinə gəlməklə heç bir sübuta söykənməyən, xidmət göstərilməmiş halda xidmət haqqının tutulması barədə qanunsuz və əsassız olaraq iddiaçıya birtərəfli qaydada qarşılıqsız ve rilməsi iddianın həmin hissədə rədd edilməsinin əsasıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinin qiymətini hansı əsaslar üzrə dəyərindən qat-qat aşağı qiymətləndirilməsinin qanuniliyini əsaslandırmamış, iş üzrə təkrar qiymətləndirmə aparmaq əvəzinə aparmamış və buna hansı əsaslarla ehtiyacın olmamasını da qətnamədə əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

27. Kassasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası aşağıdakılar nəzə rdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 29. “İpoteka haqqında” Azər baycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

33. Kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, kassasiya şikayətində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

34. Kassasiya şikayətində qeyd edilən prosessu al hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

35. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməs i sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməs i ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

37. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətlən dirmiş və müəyyən etdiyi hallara əsasən maddi hüquq normalarını tətbiq etmişdir.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

40. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 30 iyul tarixli 2-2(106)-162/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar