Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-719/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 1 avqust tarixli 2-2(106)-158/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərə findən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2022-ci il 29 noyabr tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 illik 20 % olmaqla, 2023-cü il 29 noyabr tarixədək, 6 ay güzəşt müddəti olmaqla 30.000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 2021-ci il 21 dekabr tarixli ******* nömrəli qoşulma razılaşmasının 1.4-cü bəndinə əsasən bu razılaşmanı imzalamaqla müştəri KBXM-də qeyd edilmiş bank xidmətlərindən istifadə edilməsi zamanı müştəriyə açılmış hesabları və onlarda olan pul vəsaitləri üzrə nəzarət və sahiblik hüququnun müştəri tərəfindən «Daşınar Əmlakın Yüklülüyü haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən daşınar əmlakın yüklülüyü ilə bağlı, yüklü lük sahibinin göstərişlərinin keçirilməsi məqsədi ilə Banka verilməsini təsdiq edir.
3. İddiaçı ASC tərəfindən 30.000 manat məbləğində pul vəsaiti 2022-ci il 29 noyabr tarixində Cavabdeh1 müvafiq bank hesabına köçürülmüşdür. Cavabdeh1 2022-ci il 29 noyabr tarixində 15.000 manat, 2022-ci il 7 dekabr tarixində isə 14.057,30 manat pul vəsaitini hesabdan məxaric etmişdir.
4. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 2022-ci il 29 noyabr tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür.
5. Bank hesabından çıxarışdan görünür ki, 2023-cü il 20 aprel tarixində borc alan tərə findən 30512 manat məbləğində kredit ödənişi edilmişdir.
6. İddiaçı ASC-nin “Masallı” filialına göndərilmiş 2023-cü il 26 may tarixli, **********8A saylı sərəncamdan görünür ki, Cavabdeh1 dövlət büdcəsinə 41.842.75 manat məbləğində borcu vardır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) Cavabdeh1 və Cavabdeh2 (bundan sonrabirlikdə “cavabdehlər”, ayrı-ayrılıqda “Cavabdeh1”, “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 30.000 manat əsas borc, 1.777,24 manat faiz borcu, 2.005,74 manat cərimə və 200 manat mediasiya xərcinin müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış 2022-ci il 2 9 noyabr tarixli kredit razılaşması üzrə 2023-cü il 20 dekabr tarixinə olan borcun məbləği əsas borc üzrə 30.000 manat, faizlər üzrə 1.777,24 manat, cərimə üzrə 2.005,74 manat məbləğ təşkil edir. Mübahisənin məhkəməyə qədər həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminə pretenziya göndərilib, lakin borc ödənilməyib.
9. Cavabdeh1 iddiaya dair etiraz ərizəsi təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, o, 2022-ci il 29 noyabr tarixli kredit razılaşmasına əsasən bankdan götürdüyü 30.000 manat krediti 2023-cü il 20 aprel tarixində tam olaraq bağlamışdır. Belə ki, həmin tarixdə banka yaxınlaşaraq krediti bağlamaq istədiyini bildirmiş və ona 30.512 manat ödəniş edilməli olduğunu bildirilmişdir. O da həmin məbləğ i ödəmiş və bununla bağlı ona qəbz verilmişdir. Həmin qəbzin təyinat hissəsində də kredit ödənişi qeyd olunmuşdur. Lakin 2023-cü il 31 may tarixində həmin ödədiyi pul vəsaiti vergi sərəncamına əsasən vergi borcu olaraq silinmişdir. Halbuki, o həmin pulu kredit borcu olaraq ödəmiş və ödəniş edilən zaman onun barəsində vergi sərəncamı olmamışdır. Vergi sərəncamı 1 ay 5 gün sonra verilmiş, bundan sonra bank həmin pulu vergi borcu olaraq hesablamışdır. Halbuki o həmin günü "xxxx" QSC-yə saat 12:24-də 50.541 manat ödəniş etmiş, daha sonra saat 13:13-də iddiaçıya 30.512 manat ödəniş etmişdir. "xxxx" QSC həmin pulu kredit ödənişi kimi qəbul etmiş və borcu bağlanmışdır. Lakin iddiaçı qanunsuz olaraq 1 ay 5 gün sonra pulu vergi borcu kimi silmişdir. O pulu iddiaçıya kredit borcu olaraq ödəmiş, öd ənişin növbəliliyini seçmək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 440-cı maddəsinə əsasən onun səlahiyyətinə aid olan məsələdir. Hazırda bank həmin pulu ondan yenidən tələb edir. Məhkəməyə bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan da görünür ki, 2023-cü il 20 aprel tarixində ödəniş əsası kredit ödənişi olaraq 30.512 manat pul ödənilmiş, daha sonra həmin pul 2023-cü il 31 may tarixində vergi sərəncamına əsasən silinmişdir. Bank əməkdaşı qanunsuz olaraq əməliyyatları düzgün icra etməmiş və ödənilən kredit məbləğini vergi borcu kimi silmişdir. Vergi sərəncamı 2023-cü il 26 may tarixində verilib, kredit ödənişi isə 2023-cü il 20 aprel tarixində ödənilib, belə olan halda həmin sərəncamın geriyə qüvvəsi şamil oluna bilməzdi.
10. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 5 iyun tarixli 2-2(121)-788/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 2022-ci il 29 noyabr tarixli kredit razılaşması üzrə 30.000 manat əsas borc, 1.777,24 manat faiz borcu, 110 manat cərimə borcu və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 32.087,24 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın 1.895,74 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin olunmaması qət edilmişdir (hakim E.Abdullayev).
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyindən iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizi tələb etməkdə haqlıdır.
12. Məhkəmə, cavabdehin etirazında qeyd etdiyi hallara münasibətdə bildirmişdir ki, tərəflər arasında bağlanmış 2022-ci il 29 noyabr tarixli kredit razılaşmasının 8-ci bəndinə əsasən cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliklərinin icrasının təminatı üsulu olaraq öz hesablarında olan pul vəsaitlərinin mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq vermişdir. Qeyd olunan Razılaşmanın 9-cu bəndinə əsasən borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş kreditin tam bağlanmasına yönəldiyi təqdirdə kreditverən tərəfindən borcalandan ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi, müvafiq ödəniş kreditin qismən qaytarılmasına yönəldiyi təqdirdə isə ödəniləcək məbləğin 1 faizi həcmində komissiya haqqı tələb etmək hüququ vardır. Sözügedən Razılaşmanın 15- ci bəndinə görə borcalan bu razılaşmanı elektron qaydada borcalan ilə bağlanmış kompleks bank xidmətlərinin göstərilməsinə dair müqavilədə qeyd edilmiş prosedura əsasən təsdiq edəcəyi təqdirdə kreditin kreditverənin rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş və özündə kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) və bu Razılaşma ilə nəzərdə tutulmuş şərtlərlə verildiyini, KBXM-nin və bu Razılaşmanın müddəalarının müştəri üçün məcburi hüquqi qüvvəyə malik olduğunu qəbul etmişdir.
13. Habelə, cavabdeh üçün məcburi hüquqi qüvvəyə malik olan kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdir ən KBXM-nin 3.2.1ci bəndinə əsasən Bank, müştəridən və ya müştəri üçün daxil olan pul vəsaitini qəbul edərək onun üçün açılmış hesaba salır, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirir. Həmin KBXM-nin 9.2-ci bəndinə əsasən borcalan kreditin bir hissəsini və ya bütün hissəsini hesablanmış faizlərlə və digər ödəniləcək məbləğlərlə birlikdə kreditverənin razılığı ilə vaxtından əvvəl ödəyə bilməsi müəyyən edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit razılaşması və KBXM-də kreditin vaxtından əvvəl qaytarılması proseduru konkret olaraq göstərilməklə cavabdehin kreditin bütün hissəsini hesablanmış faizlərlə və digər ödəniləcək məbləğlərlə birlikdə yalnız iddiaçının razılığı ilə vaxtından əvvəl ödəyə bilməs i şərtləndirilmişdir. Tərəflər sözügedən razılaşmaları imzalamaqla bu barədə sərbəst iradələrini ifadə etmişdir. Hazırkı işdə isə iddiaçının belə bir razılığının olması müəyyən olunmur.
15. Həmçinin, məhkəmə, cavabdeh tərəfindən ödənilən pul vəsaitinin iddiaçı tərəfindən bank hesabında saxlanılması ilə bağlı qeyd etmişdir ki, cavabdeh 2023-cü il 20 aprel tarixində 30.512 manat məbləğində pulu bankın müvafiq şöbəsinə (kassaya və s.) təqdim edərkən ödəniş tapşırığını, kreditin tam bağlanması ilə bağlı sərəncam verməməsi, yəni cavabdeh krediti tam bağlamaqla bağlı iradəsini iddiaçıya aydın şəkildə bildirmədiyi təqdirdə iddiaçının həmin pulu kreditin tam bağlanmasına yönəltməsi tərəflər arasında bağlanmış müqavilə şərtləri ilə ziddiyət təşkil edərdi.
16. Çünki, KBXM-nin 3.2.1-ci bəndinə əsas ən Bank, müştəridən və ya müştəri üçün daxil olan pul vəsaitini qəbul edərək onun üçün açılmış hesaba salır, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirir. İşdə olan sənədlərdən isə cavabdeh tərəfindən həmin sərəncamın verildiyi müəyyən olunmur.
17. Cavabdeh bankda olan cari hesabına 30.512 manat məbləğində pulu ödəyərkən kreditin tam bağlanması ilə bağlı sərəncam verməməsi nəticəsində iddiaçının həmin pulu cavabdehin cari hesabında saxlaması və həmin vəsaiti iddiaçının “Masallı” filialına göndərilmiş 2023-cü il 26 may tarixli **********8A nömrəli sərəncamına əsasən silməsi iddiaçı ilə bağlı hər hansı mülki hüquqi məsuliyyət yaratmır.
18. Məhkəmənin qənaətinə görə cavabdeh iddianın əsassız olduğunu, iddiaçıya olan borcunu ödədiyini qeyd etsə də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia əsas borcun və ona hesablanmış faiz borcunun tutulması hissəsində əsaslıdır.
19. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq, iddia tələbinin qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə 2.005,74 manat deyil 110 manat cərimə borcu tutulmalı olması qənaətinə gəlmişdir.
20. Bundan başqa, məhkəmə cavabdeh (zamin) Cavabdeh2 aid hesab etmişdir ki, tərəflər arasında imzalanmış zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığından, digər Cavabdeh2 da kredit müqaviləsi üzrə alınm ış kreditə görə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 390.1, 399, 425.1, 442, 445.2.1, 460.1, 462.1, 462.3, 467, 470.1, 472.2, 739.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 11 iyun tarixli, 2023-cü il 20 oktyabr tarixli və 2018-ci il 4 iyun tarixli Qərarlarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 51.1, 77.1, 217.2, 217.4, 226.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
22. Cavabdeh1 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasi ya instansiyası məhkəməsindəki ilk icraat
23. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 noyabr tarixli 2-2(106)-149/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim P.Əhmədov, hakimlər C.İmanov və T.Kərimov).
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qətnamənin mübahisələndirilən hissəsində gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hü quqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 324.1, 329.2, 385.1, 386.1, 390.1, 425.1, 442, 445.2, 448.1, 448.2 və 739-cu maddələrinə, MPM-in 77.1, 217.2, 217.3 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
26. Cavabdeh1 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 1 may tarixli 2-2(102)-149/2025 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilm əsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (məruzəçi hakim R.Qurbanov, hakimlər Ə.Xıdırov və B.Qəribov).
28. Tərəflər arasında bağlanmış kredit razılaşmasının xx.xx.2022-ci il tarixli kredit razılaşmasının 9-cu bəndində kreditin vaxtından əvvəl ödənilməsi nəzərdə tutulmuş və borcalanın bu hüququ hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Eyni müddəa Kompleks Bank Xidməti Müqaviləsinin 9.10-cu bəndində nəzərdə tutulmuşdur. Bundan əlavə, Kompleks Bank Xidməti Müqaviləsinin 9.2-ci bəndində qeyd olunmuşdur ki, borcalan kreditin bir hissəsini və ya bütün hissəsini hesablanmış faizlərlə və digər ödəniləcək məbləğlərlə birlikdə kreditverənin razılığı ilə vaxtından əvvəl ödəyə bilər. Artıq ödəniş məbləği borcalanın krediti üzrə aylıq ödəniş məbləğinin 20 %-dən aşa ğı olmamalıdır. Kreditverən tərəfindən buna razılıq verildikdə artıq ödənilmiş məbləğ kredit üzrə əsas borc qalığında nəzərə alınmaqla borcalanın ərizəsi ilə: ilkin kredit müddəti saxlanılmaqla annuitet ödəniş məbləği azaldılır; ilkin annuitet ödəniş məbləği saxlanılmaqla kreditin ödəniş müddəti qısaldılır.
29. Məhkəmələr tərəfindən qeyd olunan bəndin şərtlərinə aid hallar, yəni Cavabdeh1 30.512 manat məbləğində pul vəsaiti ödəyərkən bankın kreditin vaxtından əvvəl ödənilməsinə razılıq verməməsi və buna etiraz etməsi, habelə cavabdehin kreditin məbləğinin müəyyən hissəsinin azaldılmasına və ya kredit müddətinin qısaldılmasına razılıq verməsi barədə ərizə yazması müəyyən edilməmişdir. Əksinə, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə Cavabdeh1 2023-cü il 20 aprel tarixində 30.512 manat məbləğində pul vəsaitini banka ödəyərkən həmin ödənişlə bağlı cavabdehə ECRTOB**********044545 nömrəli qəbz verilmiş və həmin qəbzdə ödənişin təyinatı kimi kredit ödənişi qeyd edilmişdir. Cavabdeh1 məxsus bank hesabından çıxarışda da ödənişin əsası kimi kredit ödənişi göstərilmişdir.
30. Bundan əlavə, Kompleks Bank Xidməti Müqaviləsinin 3.2.1-ci bəndinə əsasən Bank, müştəridən və ya müştəri üçün daxil olan pul vəsaitini qəbul edərək onun üçün açılmış hesaba salır, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirir. Bankın hesab sahibinin sərəncamları üzrə hərəkət etməsi MM-in 954.1-ci maddəsində də müəyyən edilmişdir.
31. Lakin məhkəmə tərəfindən ödəniş qəbzi və hesabdan çıxarışdakı məlumatlardan fərqli hallar, yəni cavabdehin həmin ödənişi kreditin ödənilməsi üçün deyil, başqa məqsədlə həyata keçirilməsi və bununla bağlı sərəncam verməsi ilə bağlı hallar müəyyən edilməmişdir.
32. Məhkəmə tərəfindən Kredit Razılaşmasının 8-ci bəndinə istinad edilmişdir. Halbuki həmin bənddə müəyyən edilmişdir ki, borcalan Bank qarşısında yaranmış öhdəliklərinin icrasının təminatı üsulu olaraq öz hesablarında olan pul vəsaitlərinin mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq verir. Lakin cavabdeh İ.Abiyevin ödədiyi 30.512 manat məbləğində pul vəsaiti kredit öhdəliklərinin icrası üçün silinməmişdir.
33. Məhkəmə tərəflər arasında bağlanmış müqavilə şərtlərini təfsir edərkən MM-in 404-cü maddəsinin tələblərini, yəni təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə almamışdır.
34. İşin mübahisəsiz halıdır ki, cavabdeh İ.Abiyevin ödədiyi 30.512 manat məbləğində pul vəsaiti 2023-cü il 31 may tarixində vergi sərəncamına əsasən silinmişdir. Göründüyü kimi iddiaçı həmin pul vəsaitini özündə saxlamamış və ya digər şəkildə ondan yararlanmamış, əksinə cavabdeh İ.Abiyevin vergi öhdəliyinin icrasını təmin etmişdir. Nəticədə isə həmin cavabdeh qeyd olunan məbləğdə vergi öhdəliyindən azad olunmuşdur.
35. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri MM-in 404-cü maddəsinin tələbləri nəzərə alınmaqla təfsir edilməli və cavabdeh İ.Abiyevin 2023-cü il 20 aprel tarixində ödədiyi 30.512 manat məbləğində pul vəsaiti kredit ödənişi kimi qiymətləndirildiyi halda ona münasibətdə MM-in 528-ci maddəsində, Cavabdeh2 münasibətdə isə MM-in 477.0.1-ci maddəsində göstərilmiş nəticələrin yaranıb-yaranmaması üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.
36. Eyni zamanda, həmin maddələrdə nəzərdə tutulmuş hüquqi nəticələrin yarandığı müəyyən edildiyi halda cavabdeh İ.Abiyevə qarşı irəli sürülmüş tələblərə (vergi sərəncamına əsasən silinmiş 30.512 manat məbləğində) münasibətdə MM-in əsassız varlanmaya aid 58-ci fəslində nəzərdə tutulmuş müddəalar tətbiq edilməklə hüquqi dəyərləndirmə aparılmalıdır.
37. Məhkəmə k ollegiyası gəldiyi nəticəni MM-in 404, 477, 528, 954, 1091, 1092-ci və MPM-in 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
38. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 1 avqust tarixli 2-2(106)-158/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, Cavabdeh1 30.512 manat məbləğində pul və 200 manat məbləğində çəkilmiş mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Q.Əliyev, hakimlər P.Hacıyev və C.Sultanov).
39. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunan hal larına görə Cavabdeh1 2023-cü il 20 aprel tarixində 30512 manat məbləğində pul vəsaitini banka ödəyərkən həmin ödənişlə bağlı cavabdehə ECRTOB**********044545 nömrəli qəbz verilmiş və həmin qəbzdə ödənişin təyinatı kimi kredit ödənişi qeyd edilmişdir. Cavabdeh1 məxsus bank hesabından çıxarışda da ödənişin əsası kimi kredit ödənişi göstərilmişdir. Bundan başqa eyni tarixdə təxminən 50 dəqiqə əvvəl cavabdeh tərəfindən başqa bir banka (Accessbank) da böyük məbləğdə, 50541 manat məbləğində kredit ödənişi edilmişdir.
40. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 2023-cü il 20 aprel tarixində 30512 manat məbləğində kredit ödənişi etməklə, iradə ifadəsi alınan kredit üzrə borcun tam olaraq bağlanmasına yönəlik olmuşdur. Həmin ödənişi qəbzə və hesabdan çıxarışa əsasən kredit ödənişi kimi qə bul edilməsi, bankın buna razılığı kimi ifadə olunur. Belə olan halda cavabdeh iddiaçı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini tam olaraq icra etmiş olur. Öhdəliyə xitam verilməsindən irəli gələrək bankın zaminə qarşı tələb hüququ qalmır.
41. Bununla belə cavabdehin dövlət büdcəsinə olan 41842.75 manat vergi borcundan 30512 manat hissəsi bank tərəfindən sərəncamın icrası qaydasında ödənildiyindən, cavabdeh ödənilən vergi məbləği həddində bankın hesabına əsassız varlanan şəxsə çevrilmiş olmuşdur ki, əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
42. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 14.2, 385.1, 386.1, 404.1, 425.1, 404.2, 477.0.1, 528, 954.1, 1091.1, 1091.2, 1092.1, 1092.2 və 1092.3-cü maddələrinə və MPM-in 4.1, 14.2, 76.1, 76.2, 77.1 və 217. 2-ci maddələrinə istinadla əsaslandırmışdır.
43. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. MM-in 385, 404, 427, 428, 434, 440, 442, 445, 739, 742, 957.4, 1092, 1093, 1095-ci maddələri üzrə - məhkəmə öhdəlik və bank hesabı münasibətləri üzrə normaların tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə öhdəliyin icrası anını, öhdəliyin icrasının yerini, təqsirə görə məsuliyyətin kimə keçməsini və bank hesabı müqaviləsi üzrə öhdəliklərin bankda olmasını araşdırmamışdır. O bank qarşısında öhdəliyini icra etmişdir, öhdəliyin bankın sistemində icra olunmaması onun təqsiri ucbatında n baş verməmişdir.
45. Hazırkı iş üzrə həm öhdəlik, həm də bank hesab müqaviləsi üzrə məsuliyyət bankın üzərindədir. O pulu bankla verməklə artıq həmin pula mülkiyyəti də onun istifadəsinə vermişdir. Bundan sonra bank həmin pulu hansı hesaba qoyubsa ona görə məsuliyyət artıq onun üzərində qalmalı deyildir. Öhdəliyin icrasının seçimi borclu olaraq ona məxsusdur, həmin günə vergi borcu olmamışdır, banka kredit borcunun bağlanmasını bəyan etmiş və borc hesabdan çıxarışda sıfırlanmışdır. Məhkəmə sadəcə müqaviləyə hərfi mənada yanaşaraq göstərir ki, guya ərizə verməmiş, buna görə də borc bağlanmamışdır. Halbuki, Mərkəzi Bankın borcun kredit reyestrindən silinməsi qaydalarına əsasən ödənilmiş pul 2 gün ərzində MKR-dən silinməlidir, bank isə həmin pulu 1 ay hesabında qanunsuz olaraq saxlamışdır. Buna görə artıq bank müqavilə üzrə öhdəliyini pozmuşdur. Kreditin tam ödənişi 2023-cü il 20 aprel tarixdə olmuş, vergi sərəncamı isə 2023-cü il 31 may tarixdə həmin sərəncamın geriyə qüvvəsi şamil oluna bilməzdi və borc həmin sərəncama görə silinə bilməzdi. Həmçinin, bank tərəfindən pretenziya qaydalarınada riayət edilməmiş, xəbərdarlıq məktubu göndərilməmişdir.
46. Məhkəmənin istinad etdiyi digər norma müqavilənin 9.3-cü bəndidir ki, burada göstərir ki, ödəniş cədvəlindən artıq ödənişlər növbəti aylar üçün ödənişdən azad etmir. Halbuki məhkəmə araşdırmamışdır ki, məhkəmə həmin normaya da formal yanaşmış, hüquqi qiymət verməmişdir. O cədvəldən artıq ödəniş yox, həmin günə olan borcu tam ödəmiş və bank da bunu qəbul etmişdir. Artıq bununla bank borcun bağlanması barədə təklifi qəbul etmişdi r.
47. Bundan başqa, məhkəmə əsassız varlanma ilə bağlı normaları düzgün tətbiq etməmişdir. Həmin pul vəsaitindən istifadə etməmiş, məhkəmə göstərir ki, 41842.75 manat vergi borcu olmuş və həmin 30512 manat pul vergi borcuna silinmişdir. Lakin məhkəmə araşdırmamışdır ki, göstərilən vergi borcu heç vaxt olmamışdır, kommersiya məhkəməsi vergi orqanına sorğu vermiş və həmin pulun verginin hesabında saxlandığı barədə cavab verilmişdir. Həmin pul vəsaiti vergi orqanın hesabındadır və ondan fayda götürməmiş, əsassız varlanma olması üçün mütləq şəkildə həmin pul vəsaitindən fayda götürmək lazımdır. Həmin vəsaitdən fayda götürməyi barədə hər hansı sübut yoxdur, məhkəmə ilk öncə araşdırmalıdır ki, həmin pul vəsaitindən hansı şəkildə fayda götürmüşdür. Məhkəmə öhdəliyini icra etdiyini göstərir, laki n əsassız varlanma normalarına istinad edir, bank qarşısında öhdəlik götürmüş və öhdəliyi də icra etmişdir. 30512 manat puldan faydalanmağı barədə hər hansı sübut yoxdur. Hazırkı vəziyyətdə həmin puldan vergi orqanı faydalanmışdır və pul vəsaiti vergi orqanın hesabında saxlanılır.
48. MM-in 385, 442, 445, 448-ci maddələri ilə 427, 428, 434, 957-ci maddələri arasında olan ziddiyyətlərə şərh verilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunması zəruridir. Çünki bir tərəfdən öhdəlik icra olunmuş, öhdəliyin gecikdirməsi mövcud deyil, öhdəliyin icra pozulması Cavabdeh1 təqsiri ucbatından olmamış, digər tərəfdən öhdəliklərin seçimi borcluya məxsusdur və pulun banka keçirilməsi anından onu saxlamaq öhdəliyi artıq bankın mülkiyyətinə keçmişdir. Göründüyü kimi MM-in no rmaları arasında ziddiyyətli məqamlar ortaya çıxmışdır.
49. MPM-in 7, 9, 14, 77, 88-ci maddələri üzrə - məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlar düzgün qiymət verilməmişdir. Məhkəmə bankdan sənədləri tam götürə bilməmiş, videogörüntülər götürülməmiş, sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə əsassız varlanmaya istinad etmiş, lakin əsassız varlanma ilə bağlı sübutları toplamamış, həmin pul vəsaitinin hansı hesabda olması və kimin faydalanması müəyyən olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
51. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq iddianın qismən təmin edildiyi hissəd ə yoxlanılacaqdır.
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
53. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflər in iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
440. Pul öhdəliklərinin ödənilməsi növbəliyi 440.1. Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənl ər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. 440.2. Əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir....” “Maddə
959. Hesab əməliyyatlarının müddətləri 959.1. Bank müştərinin hesabına daxil olmuş pul vəsaitini həmin əməliyyat günündən (bankın müştəri sərəncamlarının qəbulu və bank əməliyyatlarının aparılması üçün müəyyən etdiyi iş vaxtından) gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın. 959.2. Müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan k öçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın.” “Maddə
964. Pul vəsaitinin hesabdan silinməsinin əsasları 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqa vilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir”.
54. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, hazırki işə ikinci dəfə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, cavabdeh 2023cü il 20 aprel tarixində 30.512 manat məbləğində kredit ödənişi etməklə, iddiaçı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini tam olaraq icra etmişdir. Lakin həmin vəsait iddiaçı tərəfindən vergi orqanı tərəfindən verilmiş sərəncamın icrası qaydasında, cavabdehin dövlət büdcəsinə o lan 41842.75 manat vergi borcunun ödənilməsinə yönədilmişdir. Bu baxımdan cavabdeh, ödənilən vergi məbləği həddində bankın hesabına əsassız varlanan şəxsə çevrilmişdir.
57. Məhkəmə kollegiyası işin müəyyən edilən qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə MM-in 1091 və 1092-ci maddələrinin dispozisiya şərtlərinə uyğun olmuş, kassasiya şikayətində istinad olunan maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir.
58. Kollegiya kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, şikayətdə göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəf indən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
59. Kassasiya şikayətinin işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-in 407-ci maddəsi).
60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
61. MPM-nin 416, 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 1 avqust tarixli 2-2(106)-158/2025 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.