Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-720/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı icarə müqaviləsində nəzərdə tutulmuş əmlakın iddiaçıya təhvil verilməsi və əmlakın iddiaçıya təhvil verilmədiyi müddət üçün hesablanmış cərimənin tutulması t ələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 sentyabr tarixli 2-2(107)-92/2024 nömrəli qətnaməsindən İddiaçı MMC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1.316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsini (icarə obyektini) tərəflər arasında bağlanmış 2023-cü il 28 iyul tarixli icarə müqaviləsində nəzərdə tutulmuş qaydada və şərtlərlə iddiaçıya təhvil verilməsi, 2023-cü il 1 sentyabr tarixindən 2024-cü il 25 yanvar tarixinədək həmin əmla k iddiaçıya təhvil verilmədiyindən, 2024-cü il 25 yanvar tarixədək hesablanmış cəriməni – 12.848 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 129 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 25 iyun tarixli e-2-2(117)-619/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır (hakim – M.Hüseynov).
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 sentyabr tarixli 2-2(107)-92/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmi ş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin olunmuş, cavabdehdən 12.848 manat cərimə və ödənilmiş 129 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (sədrlik edən – Ə.Kərimov, hakimlər – E.Hüseynov və M.Əsədli).
5. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv, iddia tələbinin cavabdeh tərəfindən Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1.316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsini (icarə obyektini) tərəflər arasında bağlanmış 2023-cü il 28 iyul tarixli icarə müqaviləsində nəzərdə tutulmuş qaydada və şərtlərlə iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh həmin qətnamədən kas sasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin olunduğu hissəsində ləğv olunması və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə: 100 manat...”
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə 40
8. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayətləri qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
10. Kassasiya şikayətlərinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilərkən dövlət rüsumları qanunla müəyyən olunmuş məbləğdə ödənilməmişdir.
11. Belə ki, hazırki iş üzrə iddia tələbi iki hissədən ibarət olmaqla həm pul həm də əmlakın təhvil v erilməsi tələblərini özündə əks etdirmişdir.
12. İddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilərkən isə dövlət rüsumu yalnız iddia tələbinin məbləğlə bağlı (yəni qiymətləndirilən) hissəsinə münasibətdə ayrı – ayrılqıda 65 manat dövlət rüsumu ödənilmişdir.
13. Halbuki, iddia ərizəsində 12.848 manat məbləğində pulun tutulması tələbindən savayı, tərəflər arasında bağlanmış icarə müqaviləsinin predmeti olan əmlak kompleksinin təhvil verilməsi tələbləri də (iddia tələbinin qiymətləndirilməyən hissəsi) irəli sürülmüşdür. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinin tələbinə əsasən, iddiaçı və cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətlərinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun ümumi məbləği (iddianın q iymətləndirilən və qiymətləndirilməyən hissələrinə münasibətdə) 115 manat (65 manat+50 manat) təşkil etməli idi.
14. MPM-in 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
15. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətlərinin geri qaytarılması məsələsinə baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
16. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şəki Apellyasi ya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 sentyabr tarixli 2-2(107)-92/2024 nömrəli qətnaməsindən İddiaçı MMC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin və kassasiya şikayətləri onların geri qaytarılması məsələsinə baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.