Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-721/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 (Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı “pul” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasını n 2022-ci il 15 iyul tarixli, 2-2(103)-72/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh1 MMC və İddiaçı ASC arasında 2017-ci il 14 aprel tarixdə Bank xidmətlərinin göstərilməsinə əsasən, GTC-155LE/2017 saylı X3 imzalanmışdır. 2. 2018-ci il 23 oktyabr tarixdə Cavabdeh1 MMC və bank İddiaçı ASC 2017-ci il 14 aprel tarixli, GTC-155LE/2017 saylı bank xidmətlərinin göstərilməsinə əsasən, X2 1 №-li Əlavə imzalanmışdır.
3. Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-yə GFA0161 saylı 2018-ci il 23 oktyabr tarixli maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən, (invoysların diskontlaşdırılması və faktorinq limiti üzrə) müştəri Cavabdeh1 MMC-yə illik 14%lə 2020-ci il 23 aprel tarixi nədək 80.000 manat məbləğində faktorinq əməliyyatları üzrə reqress hüququ olan, bərpa olunan limit ayrılmışdır. Limitə müddətin bitmə tarixindən illik 29% cərimə faizi tətbiq edilir. Limitin şərtlərinə görə limit çərçivəsində son maliyyələşdirmə 2019-cu il 23 oktyabr tarixində həyata keçirilə bilər. Limit çərçivəsində “faktorinq” məhsulu üzrə yalnız Maraqlı şəxs1 MMC şirkətinə təqdim olunan hesab-fakturalar, “invoysların diskontlaşdırılması” məhsulu üzrə isə Maraqlı şəxs2 MMC şirkətinə təqdim olunan hesabfakturalar maliyyələşdiriləcəkdir. Gecikmə olduğu halda hesaba daxil olan vəsait ən çox gecikmə gününə malik olan hesab-faktura əsasında yaranmış öhdəliyin icrası üzrə silinəcəkdir. Limit çərçivəsində hər bir maliyyələşdirmənin bitmə tarixi 60 günədək təyin olunacaqdır. 4. 2019-cu il 11 ya nvar tarixində Cavabdeh1 MMC və İddiaçı ASC arasında GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti üzrə maliyyələşdirmə üçün ərizənin şərtlərin dəyişdirilməsi ilə bağlı 1 saylı əlavə imzalanmış, əlavəyə əsasən, ayrılmış limitin məbləği 140.000 manat məbləğinədək artırılmışdır. 5. 2019-cu il 15 mart tarixində Cavabdeh1 MMC və İddiaçı ASC arasında GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti üzrə maliyyələşdirmə üçün ərizənin şərtlərin dəyişdirilməsi ilə bağlı 2 saylı əlavə imzalanmış, əlavəyə əsasən, limit çərçivəsində hər bir maliyyələşdirmənin bitmə tarixi 75 günədək təyin olunmuşdur.
6. İddiaçı ASC ilə Cavabdeh3 (zamin) arasında 2018-ci il 23 oktyabr tarixli, ZF0023 saylı zaminlik müqaviləsi bağlanmışdır. 7. 2019-cu il 11 yanvar tarixdə İddiaçı AS C ilə Cavabdeh3 (zamin) 2018-ci il 23 oktyabr tarixli ZF0023 nömrəli zaminlik Müqaviləsinə arasında 1 nömrəli Əlavə bağlanmışdır.
8. İddiaçı ASC ilə Cavabdeh2 (zamin) arasında 2018-ci il tarixli, ZF0024 saylı zaminlik müqaviləsi bağlanmışdır. 9. 2019-cu il 11 yanvar tarixində İddiaçı ASC ilə Cavabdeh2 (zamin) arasında 2018-ci il 23 oktyabr tarixli, ZF0024 nömrəli zaminlik müqaviləsinə əsasən, 1 nömrəli Əlavə bağlanmışdır.
10. Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-yə 2019-cu il 27 avqust tarixli, GFA0161/31 saylı invoysların diskontlaşdırılması əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizəyə əsasən, bank tərəfindən Cavabdeh1 MMC-yə DEL022/07062018 saylı müqavilə üzrə Maraqlı şəxs2 MMC-yə qarşı olan pul tələblərinə dair hesab-fakturaların maliyyələşdirilməsi məqsəd i ilə 2018-ci il 23 oktyabr tarixli, GFA0161 saylı limit ərizəsi çərçivəsində 2019-cu il 10 noyabr tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 15.472,54 manat məbləğində pul vəsaiti ayrılmışdır.
11. Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-yə 2019-cu il 26 sentyabr tarixli, GFA0161/32 saylı faktorinq əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizəyə əsasən, bank tərəfindən Cavabdeh1 MMC-yə 2018-ci il 25 aprel tarixli, FTM/101627/326 saylı malların alqı-satqısına dair müqavilə üzrə Maraqlı şəxs1 MMC-ya qarşı olan pul tələblərinə dair hesab-fakturaların maliyyələşdirilməsi məqsədi ilə 2018-ci il 23 oktyabr tarixli, GFA0161 saylı limit ərizəsi çərçivəsində 2019-cu il 10 dekabr tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 28,181.27 manat məbləğində pul vəsaiti ayrılmış dır.
12. Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-yə təqdim edilmiş 2019-cu il 14 oktyabr tarixli, GFA0161/33 saylı faktorinq əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizəyə əsasən, bank tərəfindən Cavabdeh1 MMC-yə 2018-ci il 25 aprel tarixli, FTM/101627/326 saylı malların alqı-satqısına dair müqavilə üzrə Maraqlı şəxs1 MMC-ya qarşı olan pul tələblərinə dair hesab-fakturaların maliyyələşdirilməsi məqsədi ilə 2018-ci il 23 oktyabr tarixli GFA0161 saylı limit ərizəsi çərçivəsində 2019-cu il 28 dekabr tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 8.006,44 manat məbləğində pul vəsaiti verilmişdir.
13. Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-yə təqdim edilmiş 2019-cu il 14 oktyabr tarixli, GFA0161/34 saylı invoysların diskontlaşdırılması əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizəyə əsasən “bank tərəfindən Cavabdeh1 MMC-yə DEL022/07062018 saylı müqavilə üzrə Maraqlı şəxs2 MMC-yə qarşı olan pul tələblərinə dair hesab-fakturaların maliyyələşdirilməsi məqsədi ilə 2018-ci il 23 oktyabr tarixli, GFA0161 saylı limit ərizəsi çərçivəsində 2019-cu il 28 dekabr tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 5.732,87 manat məbləğində pul vəsaiti ayrılmışdır.
14. Maraqlı şəxs1 MMC (alıcı) ilə “Delicate LLC” firması (satıcı) arasında 2018-ci il 25 aprel tarixində FTM/101627/326 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
15. Maraqlı şəxs2 MMC (alıcı) ilə Cavabdeh1 MMC (təchizatçı) arasında 2018-ci il 7 iyun tarixində DEL022/07062018 saylı təchizat müqaviləsi bağlanmışdır.
16. Cavabdeh1 MMC tərəfindən Maraqlı şəxs2 MMC-yə 1.683,39 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 2019-cu il 6 avqust tarixli, EAAY seriyalı, 182978 saylı, 1.187,76 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 2019-cu il 11 süentyabr tarixli, EAAZ seriyalı, 685843 saylı, 7.345,01 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 2019-cu il 18 sentyabr tarixli, EAAZ seriyalı, 995052 saylı, 7.516,43 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 2019-cu il 7 oktyabr tarixli, EBAA seriyalı, 870857 saylı, 1.683,39 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 2019-cu il 6 avqust tarixli, EAAY seriyalı, 182978 saylı, 1.187,76 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Maraqlı şəxs2 MMC-yə göndərilmişdir.
17. Cavabdeh1 MMC tərəfindən Maraqlı şəxs1 MMC-yə 1.683,39 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair, 1.964,56 manat (ƏDV daxil) dəyərində mal ve rilməsinə dair 2019-cu il 3 sentyabr tarixli, EAAZ seriyalı, 327115 saylı, 9.370,09 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair 2019-cu il 9 sentyabr tarixli, EAAZ seriyalı, 609806 saylı, 2019-cu il 11 sentyabr tarixli, EAAZ seriyalı, 685843 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Maraqlı şəxs1 MMC-yə göndərilmişdir. 18. 2021-ci il 8 yanvar tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 MMC-nin 2021-ci il 5 yanvar tarixə İddiaçı ASC qarşısında kredit öhdəlikləri üzrə GFA0161/31 saylı kredit müqaviləsinə əsasən, əsas borcu 13.209,19 manat, cərimə borcu 3.715,85 manat, cəmi borcu 16.925,04 manat; GFA0161/32 saylı kredit müqaviləsinə əsasən, əsas borcu 28.181,27 manat, faiz borcu 800,03 manat, cərimə borcu 8.740,11 manat, cəmi borcu 37.721,41 manat; GFA0161/33 say lı kredit müqaviləsinə əsasən, əsas borcu 8.006,44 manat, faiz borcu 236,63 manat, cərimə borcu 2.354,12 manat, cəmi borcu 10.597,19 manat; GFA0161/34 saylı kredit müqaviləsinə əsasən, əsas borcu 5.732,87 manat, faiz borcu 169,44 manat məbləğində, cərimə borcu 1.685,62 manat, cəmi borcu 7.587,93 manat təşkil etmişdir.
19. İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə 2020-ci il 30 sentyabr tarixli məktubla müraciət edilərək, müvafiq müqavilələrə əsasən, yaranmış mübahisənin həlli və Bank qarşısında yaranmış, gecikmiş öhdəliklərinin icrası üçün 7 iş günü ərzində möhlət verilmiş, əks təqdirdə bank kreditin geri qaytarılması və ya kredit müqaviləsinin ləğvi üçün X3ndan irəli gələrək Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı ASC tərəfindən Delicate” MMC-yə, Cavabdeh2, Cavabdeh3, Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 MMC-yə 2021-ci il 26 yanvar tarixli pretenziya qaydasında məktubla müraciət edilərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2017-ci il 14 aprel tarixli, GTC-155LE/2017 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X3 çərçivəsində invoysların diskontlaşdırlması və faktorinq limiti üzrə GFA0161/31 saylı, GFA0161/32 saylı, GFA0161/33 saylı, GFA0161/34 saylı, maliyyələşdirmə üçün ərizələr üzrə öhdəliklər müqavilə ilə nəzərdə tutulan qaydada icra edilmədiyi üçün Azərbaycan Respublikasının Mülki qanunvericiliyinin və müqavilənin şərtlərinə əsasən, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
21. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 (Maraqlı şəxs1 və Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı 2022-ci il 21 yanvar tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 GFA0161/31 saylı maliyyələşdirmə üçün ərizə üzrə 13.209,19 manat məbləğində əsas borc, 3.715,85 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16.925,04 manat, GFA0161/32 saylı maliyyələşdirmə üçün ərizə üzrə 28.181,27 manat məbləğində əsas borc, 800,03 manat məbləğində faiz borcu, 8.740,11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 37.721,41 manat, GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizə üzrə 8.006,44 manat məbləğində əsas borc, 236,63 manat məbləğ ində faiz borcu, 2.354,12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10.597,19 manat, GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5.732,87 manat məbləğində əsas borc, 169,44 manat məbləğində faiz borcu, 1.685,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7.587,93 manat məbləğində borcun birgə qaydada iddiaçının xeyrinə tutulması, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 2017ci il 14 aprel tarixli GTC-155LE/2017 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X3, eyni zamanda 2018-ci il 23 oktyabr tarixli X2 1 saylı əlavə imzalanmışdır. Eyni zamanda tərəflər arasında X2 1 saylı əlavə ç ərçivəsində 2018-ci il 23 oktyabr tarixli GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti üzrə maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən müştəriyə 2020-ci il 23 aprel tarixinədək, illik faiz dərəcəsi 14%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 29%, günlük cərimə faizi 0,0806% olmaqla 80.000 manat məbləğində bərpa olunan faktorinq limiti açılmışdır. Sonradan tərəflər arasında 2019-cu il 11 yanvar tarixində GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti üzrə şərtlərin dəyişdirilməsi ilə bağlı 1 saylı əlavə imzalanmış, əlavəyə əsasən, limitin məbləği 140.000 manat, limit çərçivəsində Maraqlı şəxs2 MMC şirkəti üçün invoysların diskontlaşdırılması məhsulu üzrə yalnız 50.000 manat məbləğ ayrılacağı, limit müddətinin artırılması üçün, artırılan məbləğ üzrə 0.5% həcmində komissiya haqqı tətbiq edilməsi müəyyən olunmuşdur. Daha sonra tərəflər arasında 2019-cu il 15 mart tarixində GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti üzrə şərtlərin dəyişdirilməsi ilə bağlı 2 saylı əlavə imzalanmış, əlavəyə əsasən, limit çərçıvəsində hər bir maliyyələşdirmənin bitmə tarixi 75 günədək təyin olunacağı müəyyən edilmişdir. Eyni zamanda GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti çərçivəsində tərəflər arasında 2019-cu il 27 avqust tarixli, GFA0161/31 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, təchizatçı Cavabdeh1 MMC ilə alıcı Maraqlı şəxs2 MMC arasında bağlanmış DEL022/07062018 saylı müqavilə, 2019-cu il 6 avqust tarixli 182978 və 184567 saylı, 2019-cu il 19 avqust tarixli, 670724 saylı, 2019-cu il 21 avqust tarixli, 638544 və 754666 saylı, 2019-cu il 10 iyul tarixli, 00240 saylı elektron qaimələr üzrə təchizatçının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi (faktorinqi) məqsədi ilə Cavabdeh1 MMC-yə bank tərəfindən 2019-cu il 10 noyabr tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 15,472.54 manat məbləğində pul vəsaiti verilmişdir. Bununla yanaşı GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti çərçivəsində tərəflər arasında 2019-cu il 26 sentyabr tarixli, GFA0161/32 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı Cavabdeh1 MMC ilə alıcı Maraqlı şəxs1 MMC arasında bağlanmış 2018-ci il 25 aprel tarixli, FTM/101627/326 saylı malların alqı-satqısına dair müqavilə üzrə satıcının alıc ıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi (faktorinqi) məqsədi ilə Cavabdeh1 MMC-yə bank tərəfindən 2019-cu il 10 dekabr tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 28,181.27 manat məbləğində pul vəsaiti verilmişdir. Bundan başqa GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti çərçivəsində tərəflər arasında 2019-cu il 14 oktyabr tarixli, GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı Cavabdeh1 MMC ilə alıcı Maraqlı şəxs1 MMC arasında bağlanmış 2018-ci il 25 aprel tarixli, FTM/101627/326 saylı malların alqı-satqısına dair müqavilə, 2019-cu il 18 sentyabr tarixli, 995052 saylı, 2019-cu il 3 sentybar tarixli, 327115 saylı, 2019-cu il 11 sentyabr tarixli, 685843 saylı elektron qaimələr üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliy yələşdirilməsi (faktorinqi) məqsədi ilə Cavabdeh1 MMC-yə bank tərəfindən 2019-cu il 28 dekabr tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 8,006.44 manat məbləğində pul vəsaiti verilmişdir. Eyni zamanda GFA0161 saylı invoysların diskontlaşdırılması və faktorinq limiti çərçivəsində tərəflər arasında 2019-cu il 14 oktyabr tarixli, GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, təchizatçı Cavabdeh1 MMC ilə alıcı Maraqlı şəxs2 MMC arasında bağlanmış DEL022/07062018 saylı müqavilə, 2019-cu il 17 oktyabr tarixli, 870587 saylı qaimə üzrə təchizatının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi (faktorinqi) məqsədi ilə Cavabdeh1 MMC-yə Bank tərəfindən 2019-cu il 28 dekabr tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 5,732.87 manat məbləğində pul vəsaiti verilmişdir (ba x §§ 6-9). Lakin Müştəri GFA0161/31 saylı faktorinq üzrə 415 gün, GFA0161/32 saylı faktorinq üzrə 387 gün, GFA0161/33 saylı faktorinq üzrə 367 gün, GFA0161/34 saylı faktorinq üzrə 367 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək müştəriyə PBCOS-1387 saylı xəbərdarlıq məktubu, zaminlərə isə PBCOSOUT-00018/2021 saylı və PBCOS-OUT-00017/2021 saylı xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müştərinin 2021-ci il 5 yanvar tarixinə iddiaçı qarşısında kredit üzrə öhd əlikləri aşağıdakı kimidir: - GFA0161/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13.209,19 manat məbləğində əsas borc, 3.715,85 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16.925,04 manat təşkil etmişdir. Gecikmə günün sayı – 415 - GFA0161/32 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 28.181,27 manat məbləğində əsas borc, 800,03 manat məbləğində faiz borcu, 8.740,11 manat cərimə borcu olmaqla, cəmi 37.721,41 manat təşkil etmişdir. Gecikmə günün sayı – 387 - GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8.006,44 manat əsas borc, 236,63 manat faiz borcu, 2.354,12 manat cərimə borcu olmaqla, cəmi 10.597,19 manat. Gecikmə günün sayı – 367 - GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5.732,87 manat əsas borc, 169,44 manat faiz borcu, 1.685,62 manat cərimə borcu olmaqla, cəmi 7.587,93 manat. Gecikmə günün sayı –
367. Tərəflər arasında imzalanmış 2018-ci il 23 oktyabr tarixli X2 1 saylı əlavənin şərtlərinə əsasən müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək müştərinin vəzifəsidir. Eyni zamanda əlavənin 11.7-ci bəndinə əsasən alıcı nəzərdə tutulan müddət ərzində ödəniş etmədikdə və ya ödənilmiş məbləğ “maliyyələşdirmə üçün ərizə (alış sifarişi əməliyyatı üzrə)” formasında göstərilən məbləğdən az olduqda bank alış sifarişi üzrə maliyyələşdirməni dayandırmaq və müştəridən müvafiq məbləğin ödənilməsini reqress qaydasında tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından akseptsiz qaydada silmək və ya məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu ödəmişdir.
23. Tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472, 655-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26, 119.1, 172.3-cü maddələrinə istinad edilmişdir.
24. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 avqust tarixli, e-2-2(113)-1155/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada GFA0161/31 saylı maliyyələşdirmə üçün ərizə üzrə 13.209,19 manat məbləğində əsas borc, 1.300 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 14.509,19 manat məbləğində borc, GFA0161/32 saylı maliyyələşdirmə üçün ərizə üzrə 28.181,27 manat məbləğində əsas borc, 800,03 manat məbləğində faiz borcu, 2.800 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 31.781,3 manat məbləğində borc, GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizə üzrə 8.006,44 manat məbləğində əsas borc, 236,63 manat məbləğində faiz borcu, 800 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 9.043,07 manat məbləğində borc, GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5.732,87 manat məbləğində əsas borc, 169,44 manat məbləğində faiz borcu, 500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 6.402,31 manat məbləğində borc, ümumilikdə 61.735,87 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim-L.Əliyeva).
25. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin iddiaçıya “invoysl arın diskontlaşdırılması əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə”lər üzrə - GFA0161/31 saylı ərizə üzrə 13.209,19 manat məbləğində əsas borcu və GFA0161/34 saylı ərizə üzrə 5.732,87 manat məbləğində əsas borc, 169,44 manat məbləğində faiz borcu, eyni zamanda “faktorinq əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizələr” üzrə - GFA0161/32 saylı ərizə üzrə 28.181,27 manat məbləğində əsas borc, 800,03 manat məbləğində faiz borcu, GFA0161/33 saylı ərizə üzrə 8.006,44 manat məbləğində əsas borc, 236,63 manat məbləğində faiz borcu mövcuddur.
26. Məhkəmə ilk növbədə Cavabdeh1 MMC və iddiaçı tərəfindən imzalanmış, cavabdehə invoysların diskontlaşdırılması və faktorinq əməliyyatları üzrə limitin ayrılmasını nəzərdə tutan GFA0161 saylı “maliyyələşdirmə üçün ərizə”yə və həmin limit çərçivəsində cavabde hə pul vəsaitlərinin verilməsini nəzərdə tutan GFA0161/31, GFA0161/32, GFA0161/33, GFA0161/34 saylı “maliyyələşdirmə üçün ərizə”lərə münasibətdə qeyd etməyi zəruri saymışdır ki, həmin sənədlər “ərizə” adlandırılsa da, mahiyyətinə görə tərəflər arasında imzalanmış və tərəflərin qarşılıqlı hüquq və öhdəliklərinin yaranması üçün əsas olmuş yazılı əqdlərdir.
27. Tərəflərin imzaladıqları Bank Xidmətlərinin Göstərilməsinə dair GTC-155LE/2017 saylı X1 məzmununa əsasən, invoysların diskontlaşdırılması (maliyyələşdirməsi) əməliyyatı bank tərəfindən müştəriyə təklif edilən kredit xidmətlərindən biridir. Mahiyyət etibarilə invoysların diskontlaşdırılması əməliyyatı müştəri tərəfindən digər şəxsə - borcluya təqdim edilmiş hesab-fakturaların (invoysların) əvvəlcədən maliyyələşdirilməsi məqsədilə müştər iyə kredit verilməsini nəzərdə tutur. Bu baxımdan məhkəmə invoysların diskontlaşdırılması əməliyyatlarından irəli gələn münasibətlərə borc (kredit) müqaviləsinə dair qanunvericilik normaları tətbiq edilməsini hesab etmişdir.
28. Faktorinq əməliyyatı üzrə ərizələrə gəldikdə həmin ərizələr mahiyyətinə görə reqress hüququ ilə faktorinq müqavilədir. Reqress hüququ ilə faktorinq müqaviləsinin fərqləndirici şərti ondan ibarətdir ki, pul tələbinin güzəşti müqabilində maliyyələşdirməni həyata keçirən faktor borclu tərəfindən pul tələbi icra edilmədikdə, maliyyələşdirdiyi pul vəsaitini reqress qaydada müştəridən tələb etmək hüququna malikdir. Hazırkı halda göstərilən şərt iddiaçı ilə Cavabdeh1 MMC arasında imzalanmış Bank xidmətlərinin göstərilməsinə dair X2 1 №-li Əlavənin Vİ bəndinin 2.1.7-ci bən dində öz əksini tapmışdır.
29. Beləliklə, işin hallarına əsasən, müəyyən edilmişdir ki, iddiaçı invoysların diskontlaşdırması əməliyyatları üzrə GFA0161/31 və GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən, Cavabdeh1 MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək Cavabdeh1 MMC-nin borcluya (Maraqlı şəxs2 MMC-yə) təqdim etdiyi hesabfakturaları əvvəlcədən maliyyələşdirmiş, lakin borclu qabaqcadan maliyyələşdirilmiş pul məbləğlərini ödəmədiyindən tərəflərin təsdiq etdikləri Şərtlər Toplusuna 1 №-li Əlavənin İV bəndinin 9.9-cu bəndinə əsasən, iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır; eləcə də iddiaçı faktorinq əməliyyatları üzrə GFA0161/32 və GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən Cavabdeh1 MMC qarşısında üzərinə götür düyü öhdəlikləri lazımi qaydada icra edərək Cavabdeh1 MMC-nin borcluya (Maraqlı şəxs1 MMCyə) qarşı pul tələblərinin güzəşti müqabilində maliyyələşdirməni həyata keçirmiş, güzəşt edilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyindən tərəflərin təsdiq etdikləri Şərtlər toplusuna 1 saylı Əlavənin Vİ bəndinin 2.1.7-ci bəndinə əsasən həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək hüququ yaranmışdır. Odur ki, iddiaçı sözügedən maliyyələşdirmə üçün ərizələr (müqavilələr) üzrə yaranmış əsas və faiz borclarının ödənilməsini Cavabdeh1 MMC-dən tələb etməkdə haqlı olmuşdur.
30. Həmçinin invoysların diskontlaşdırılması və faktorinq əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda Cavabdeh1 MMC tərəfindən cərimə fa izlərinin ödənilməli olması Şərtlər Toplusunda və maliyyələşdirmə üçün ərizələrdə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizələr üzrə maliyyələşdirilmiş pul məbləğlərinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizələr üzrə əsas borc məbləğlərinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir.
31. Tutulmalı olan dəbbə pulunun məbləğlərinə gəldikdə məhkəmə tutulması tələb olunan dəbbə pulu məbləğlərinin əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq GFA0161/31 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1.300 manat, GFA0161/32 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2.800 manat, GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizə üz rə 800 manat, GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizə üzrə 500 manat məbləğində müəyyən edilməsini ədalətli hesab etmişdir.
32. Cavabdeh1 MMC-nin invoysların diskontlaşdırılması və faktorinq limitinin ayrılmasına dair GFA0161 saylı 2018-ci il 23 oktyabr tarixli maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə Cavabdeh3 arasında 2018-ci il 23 oktyabr tarixli, ZF0023 saylı və bank ilə Cavabdeh2 arasında 2018-ci il 23 oktyabr tarixli, ZF0024 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 MMC-nin GFA0161 saylı ərizədən irəli gələn öhdəliklərinə zamin durmuşlar.
33. Belə olan halda məhkəmə 2018-ci il 23 oktyabr tarixli, ZF0023 və ZF0024 saylı zaminlik müqavilələrinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 MMCnin GFA0161 saylı müqavilədən irəli gələn öhdəliklərinə zamin durduqlarını, Cavabdeh1 MMC-nin isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab etmişdir ki, GFA0161 saylı müqavilə çərçivəsində bağlanmış GFA0161/31, GFA0161/32, GFA0161/33, GFA0161/34 saylı müqavilələr üzrə əsas, faiz borcları və dəbbə pulu cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulmalıdır.
34. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386, 390, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 655.1, 739, 748-1.12.4-cü; MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Cavabdeh 2021-ci il 23 sentyabr tarixində apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 avqust tarixli, e-2-2(113)-1155/2021 s aylı qətnaməsini – iddia tələbinin 45.000 manatdan artiq hissədə ləğv edərək iddia tələbinin həmin hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. İddiaçı 2021-ci il 27 sentyabr tarixində apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 avqust tarixli, e-2-2(113)-1155/2021 saylı qətnaməsini – cərimə borcunun tutulması hissəsində ləğv edərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 dekabr tarixli e-2-2(103)-1271/2021 saylı qərardadı ilə pul tələbi barədə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – V.Baxışova və A.Tanrıverdiyev).
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 6 may tarixli 9/553 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, hesabdan çıxarış məlumatlarına əsasən: Cavabdeh1 MMC-nin 2019-cu il 27 avqust tarixli, GFA0161/31 saylı maliyyələşdirmə üçün ərizə üzrə maliyyə arayışında borcun hesablandığı 2021-ci il 5 yanvar tarixə iddiaçıya olan borc 16.948,57 manat məbləğində müəyyən edilmişdir, o cümlədən əsas borc üzrə - 13.209,19 manat, faiz borcu üzrə - 0,0 manat, cərimə borcu üzrə - 3.739,38 manat, Cavabdeh1 MMC-nin 2019-cu il 26 sentyabr tarixli, GFA0161/32 saylı maliyyələşdirmə üçün ərizə üzrə maliyyə arayışında borcun hesablandığı 2021-ci il 5 yanvar tarixə iddiaçıya olan borcu 37.732,37 manat məbləğində müəyyən edilmişdir, o cümlədən əsas borc üzrə - 28.1 81,27 manat, faiz borcu üzrə - 810,99 manat, cərimə borcu üzrə 8.740,11 manat, Cavabdeh1 MMC-nin 2019-cu il 14 oktyabr tarixli, GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizə üzrə maliyyə arayışında borcun hesablandığı 2021-ci il 5 yanvar tarixə iddiaçıya olan borcu 10.603,87 manat məbləğində müəyyən edilmişdir, o cümlədən əsas borc üzrə - 8.006,44 manat, faiz borcu üzrə - 230,41 manat, cərimə borcu üzrə 2.367,02 manat,Cavabdeh1 MMC-nin 2019-cu il 14 oktyabr tarixli, GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizə üzrə maliyyə arayışında borcun hesablandığı 2021-ci il 5 yanvar tarixə iddiaçıya olan borcu 7.592,71 manat məbləğində müəyyən edilmişdir, o cümlədən əsas borc üzrə - 5.732,87 manat, faiz borcu üzrə - 164,98 manat, cərimə borcu üzrə - 1.694,86 manat təşkil etmişdir;
39. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, e-2-2(103)-72/2022 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi – yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən – V.Məmmədov V.Baxışova, hakimlər – və R.Qurbanov).
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehə invoysların diskontlaşdırılması və faktorinq əməliyyatları üzrə limitin ayrılmasını nəzərdə tutan maliyyələşdirmə üçün ərizələr mahiyyətinə görə tərəflər arasında imzalanmış və tərəflərin qarşılıqlı hüquq və öhdəliklərinin yaranmasına əsas təşkil edən yazılı əqdlərdir. Bu baxımdan, tərəflərin imzaladığı invoysların diskontlaşdırılması (maliyyələşdirməsi) əməliyyatı bank tərəfindən müştəriyə təklif edilən kredit xidmətlərindən biridir. Mahiyyət etibarilə invoysların diskontlaşdırılması əməliyyatı müştəri tərəfindən digər şəxsə - borcluya təqdim edilmiş hesab-fakturaların (invoysların) əvvəlcədən maliyyələşdirilməsi məqsədilə müştəriyə kredit verilməsini nəzərdə tutur. Odur ki, invoysların diskontlaşdırılması əməliyyatlarından irəli gələn münasibətlərə borc (kredit) müqaviləsinə dair qanunvericilik normaları tətbiq edilmişdir.
41. Faktorinq əməliyyatı üzrə ərizələrə gəldikdə isə, həmin ərizələr mahiyyətinə görə reqress hüququ ilə faktorinq müqaviləsidir. Reqress hüququ ilə faktorinq müqaviləsinin fərqləndirici cəhəti ondan ibarətdir ki, pul tələbinin güzəşti müqabilində maliyyələşdirməni həyata keçirən faktor borclu tərəfindən pul tələbi icra edilmədikdə, maliyyələşdirdiyi pul vəsait ini reqress qaydada müştəridən tələb etmək hüququna malikdir. Hazırkı halda göstərilən şərt iddiaçı ilə Cavabdeh1 MMC arasında imzalanmış bank xidmətlərinin göstərilməsinə dair X2 1 nömrəli Əlavənin Vİ bölməsi 2.1.7-ci bəndində öz əksini tapmışdır.
42. Bununla da, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı invoysların diskontlaşdırılması əməliyyatları üzrə GFA0161/31 və GFA0161/34 nömrəli maliyyələşdirmə üçün ərizələrə əsasən, Cavabdeh1 MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək Cavabdeh1 MMC-nin borcluya (Maraqlı şəxs2 MMC-yə) təqdim etdiyi hesab-fakturaları əvvəlcədən maliyyələşdirmiş, lakin borclu qabaqcadan maliyyələşdirilmiş pul məbləğlərini ödəmədiyindən tərəflərin təsdiq etdikləri Şərtlər Toplusuna 1 nömrəli Əlavənin İV bölməsi 9.9-cu bəndinə əsasən, iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır. Həmçinin, iddiaçı faktorinq əməliyyatları üzrə GFA0161/32 və GFA0161/33 nömrəli maliyyələşdirmə üçün ərizələrə əsasən, Cavabdeh1 MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək Cavabdeh1 MMC-nin borcluya (Maraqlı şəxs1 MMC-yə) qarşı pul tələblərinin güzəşti müqabilində maliyyələşdirməni həyata keçirmiş, güzəşt edilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyindən tərəflərin təsdiq etdiyi Şərtlər toplusuna 1 nömrəli Əlavənin Vİ bölməsinin 2.1.7-ci bəndinə əsasən həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək hüququ yaranmışdır. Bununla da, iddiaçı sözügedən maliyyələşdirmə üçün ərizələr (müqavilələr) üzrə yaranmış əsas və faiz borclarının ödənilməsini Cavabdeh1 MMC- dən tələb etməkdə haqlı olmuşdur.
43. Məhkəmə kollegiyası əvvəlcə iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən olunduğu kimi, həmin məhkəmə mübahisəli maliyyələşdirmə üçün dörd ərizə üzrə cərimə məbləğlərini müvafiq ərizə ilə tələb olunan əsas borc məbləğinin təqribən onda biri miqdarına azaltmışdır ki, bu da MM-in 467-ci maddəsinin tələblərinə uyğun olmaqla yanaşı, əsaslı və ədalətli olmuşdur, cavabdeh cərimə məbləğlərinin əsas borc məbləğinin onda birinə azaldılmasını apellyasiya şikayətində mübahisə etmədiyi üçün, həmin məbləğin formalaşmış məhkəmə təcrübəsinə müvafiq qaydada daha aşağı miqdarda təyin oluna bilməsinin mümkünlüyünün müzakirə edilməsi hazırkı araşdırmanın hüdudlarından kənarda qalmıışdır.
44. Həmçinin Cavabdeh1 MMC-nin də apellyasiya şikayəti əsassız hesab etmişdir. Belə ki, Cavabdeh1 MMC iddiaçıya ümumilikdə 45.000 manat məbləğdə borcunun qaldığını bildirmiş olsada, öz arqumentlərini ümumi qaydada ifadə edərək, etirazını konkret faktlarla (əsas və faiz borcları üzrə ödəniş tarixləri və məbləğləri, əsas, faiz və dəbbə borcunun əslində nə qədər olmalı olması və sair) dəqiqləşdirməmişdir. Halbuki, qeyd olunan borc məbləğləri, aparılmış tədqiqatın müfəssəl təsviri, ona əsasən çıxarılmış nəticələr və məhkəmə kollegiyası tərəfindən məhz Cavabdeh1 MMC-nin vəsatətinə əsasən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə qoyulmuş suallara əsaslandırılmış cavablar verilən 2022-ci il 6 may tarixli 9/553 nömrəli mötəbər ekspert rəyi ilə təsdiq olunmuşdur.
45. Apellyasiya instansiyas ı məhkəməsi gəldiyi nəticəni MM-in 399.1, 442, 448.1, 448.2, 462.2, 467, 655.1, 739.1, 739.2, 741-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarına; MPM-in 14.2, 77.1, 88, 101.6, 103.1, 107, 115.0.1 119.1, 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
46. Həmin qətnamə 2022-ci il 27 iyul tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
47. Cavabdeh 2022-ci il 21 sentyabr tarixində kassasiya şikayəti verərək həmin qətnaməni – ləğv, yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
48. MM-in 425.2-ci maddəsinin tələbləri pozulmuşdur – hazırkı iş üzrə iddiaçı təşkilat müqavilə üzrə öhdəliyi icra etmək üçün cavabdehə şərait yaratmamışdır.
49. MPM-in 217.3-cü maddəsinin tələbləri pozulmuşdur – Hazırkı iş üzrə materiallara əsasən, qətnamə həmin maddəyə uyğun çıxarılmamışdır. Tam hərtərəfli araşdırma aparılmamışdır. Əgər araşdırma aparılarsa o zaman Cavabdeh1MMC-nin borcunun 45.000 manatdan çox olmadığı müəyyən edilərdir. Ona görə ki, Cavabdeh1 MMC tərəfindən vaxt aşırı ödəmələ aparılmış və həmin ödəmələrin kredit müqaviləsindən silinməsi düzgün aparılmamışdır.
50. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur – Məhkəmə sübutları düzgün qiymətlə ndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
52. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
53. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyas ı məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur...” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı... 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə
655. Faktorinq müqaviləsi 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməy i öhdəsinə götürür....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq su rətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri [556] 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
57. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
58. Kassasiya instansiyası məh kəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
59. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
60. Məhkəmə kollegiyası qeyd edir ki, eyni dəlil həmçinin cavabdehin apellyasiya şika yətinin dəlilini təşkil etmiş, bununla bağlı apellyasiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı invoysların diskontlaşdırılması əməliyyatları üzrə GFA0161/31 və GFA0161/34 nömrəli maliyyələşdirmə üçün ərizələrə əsasən, Cavabdeh1 MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək Cavabdeh1 MMC-nin borcluya (Maraqlı şəxs2 MMC-yə) təqdim etdiyi hesab-fakturaları əvvəlcədən maliyyələşdirmiş, lakin borclu qabaqcadan maliyyələşdirilmiş pul məbləğlərini ödəmədiyindən tərəflərin təsdiq etdikləri Şərtlər Toplusuna 1 nömrəli Əlavənin İV bölməsi 9.9-cu bəndinə əsasən, iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır. Həmçinin, iddiaçı faktorinq əməliyyatları üzrə GFA0161/32 və GFA0161/33 nömrəli maliyyələşdirmə üçün ərizələrə əsasən, Cavabdeh1 MMC qarşı sında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək Cavabdeh1 MMC-nin borcluya (Maraqlı şəxs1 MMC-yə) qarşı pul tələblərinin güzəşti müqabilində maliyyələşdirməni həyata keçirmiş, güzəşt edilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyindən tərəflərin təsdiq etdiyi Şərtlər toplusuna 1 nömrəli Əlavənin Vİ bölməsinin 2.1.7-ci bəndinə əsasən həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək hüququ yaranmışdır. Bununla da, iddiaçı sözügedən maliyyələşdirmə üçün ərizələr (müqavilələr) üzrə yaranmış əsas və faiz borclarının ödənilməsini Cavabdeh1 MMCdən tələb etməkdə haqlı olmuşdur.
61. Məhkəmə tərkibi apellyasiya məhkəməsi tərəfindən verilmiş bu hüquqi qiymətləndirmə və gəlmiş nəticə ilə razılaşaraq, kassasiya şikayətinin analoji dəlilini əsassız hesab edi r. Məhkəmə tərkibi kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair cavabdehin dəlili ilə bağlı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 88 və 217-ci maddələrinin tələblərinə riayət edilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
62. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
63. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh isə istinad etdiyi hallara dair sübutlarını təqdim edə bilməmişdir.
65. Məhkəmə Kollegiyası cavabdehin işin tam araşdırılmadan baxılması barədə dəlili ilə bağlı bildirir ki, qeyd ol unan borc məbləğləri, ona əsasən çıxarılmış nəticələr və həmçinin Cavabdeh1 MMC-nin vəsatətinə əsasən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə qoyulmuş suallara əsaslandırılmış cavablar verilən 2022-ci il 6 may tarixli 9/553 nömrəli ekspert rəyi ilə təsdiq olunmuşdur.
66. Həmçinin qeyd olunmalıdır ki, prosessual qanunvericiliyin tələblərinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (MPM-in 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi isə hüquq məhkəməsi olaraq işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmamış faktiki halla rını yenidən müəyyən etmir, yalnız apellyasiya instansiyası məhkəməsinin qətnaməsinində maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır.
67. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.
68. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 2-2(103)-72/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
69. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
70. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 2-2(103)-72/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.