Məhkəmə qərarları › İş №2-2(102)-721/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-721/2025

29.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-721/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 avqust tarixli 2-2(103)-422/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5650 ABŞ dollar əsas, maddi və mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 4 fevral tarixli e-2-2(113)-271/2025 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – G.Həşimova).

3. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 17 aprel tarixli 2-2(103)-422/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmi şdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 23 iyun tarixli 2-2(103)-422/2025 nömrəli qərardadı ilə qətnamədən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

6. İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilərək kassasiya şikayətinin mümkün sayılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.

7. Eyni zamanda iddiaçı ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 23 iyun tarixli qərardadından kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 29 iyul tarixli 2-2(103)-422/2025 nömrəli qərardadı ilə kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qay tarılmışdır.

9. İddiaçı yenidən Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 17 aprel tarixli 22(103)-422/2025 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, eyni zamanda həmin şikayətin verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 avqust tarixli 2-2(103)-422/2025 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 17 aprel tarixli 2-2(103)-422/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş müddətin bərpası barədə ərizə və kassasiya şikayəti geri qaytarılmışdır.

11. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ilkin olaraq təqdim edilmiş kassasiya şikayəti məhkəmənin 2025-ci il 23 iyun tarixli 2-2(103)-422/2025 nömrəli qərardadı ilə geri qaytarılan zaman qərardadda göstərilən nöqsanları ağlabatan müddətdə (10 gün) aradan qaldırmaqla hüquqdan sui-istifadə hallarına yol verilməməklə, yenidən kassasiya şikayəti ilə müraciət oluna biləcəyi hüququ iddiaçı tərəfə izah edilmişdir. Həmin qərardadın 2025-ci il 24 iyun tarixdə iddiaçı və onun vəkili Vəkil elektron kabinetlərinə yerləşdirilməsinə baxmayaraq hazırda verilən kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-in 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 23 iyun tarixli 2-2(103)-422/2025 nömrəli qərardadının ona təqdim olunmadığını qeyd etsə də, iş materiallarında n müəyyən olunur ki, 2025-ci il 24 iyun tarixdə həmin qərardad iddiaçının elektron kabinetinə yerləşdirilmiş və 2025-ci il 21 iyul tarixdə həmin qərardaddan kassasiya şikayəti verilmişdir.

12. Hazırkı işin halları baxımından üzrlü hallar mövcud deyildir. Belə ki, iddiaçı qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim etməmişdir. Kassasiya şikayəti üzrə müddətin bərpası ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu məzmunlu ərizəyə artıq məhkəmə tərəfindən münasibət bildirildiyi üçün, müddətin bərpası barədə ərizə də geri qaytarılmalıdır. Belə ki, hər iki ərizədə iddiaçı Asan imza nömrəsinin dəyişdiyi üçün bildirişləri ala bilmədiyini qeyd etmişdir.

13. Apelly asiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 408.1.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi və qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkün hesab olunaraq işə baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Azərbaycan Respublikasının Konstitusiyası 60-cı maddəsinin İV hissəsi və 127ci maddəsinin Vİİ hissəsi üzrə - o, öz vəkilinə etibarnamə verməmiş, bu səbəbdən də onun tərəfindən işin izlənilməsi yalnız Ali Məhkəmədə, kassasiya icraatında olmalıdır. Bundan əlavə onun şikayət etmək hüququ var, hazırda isə həm bu hüququ, həm də, mülkiyyət hüquqları pozulmuşdur. Apellyasiya məhkəməsi tərəfindən işə obyektiv baxıl mamış, onun səhhətində olan problemlərdən dolayı elekton kabinetə də daxil ola bilməmişdir, hazırda da tərəfindən verilən kassasiya şikayətinə, habelə müddətin bərpa edilməsinə dair ərizəsinə baxmaqdan imtina edilmişdir. İş materiallarına nəzər yetirilsə, kassasiya şikayətinin qanunvericiliyin müəyyən etdiyi formaya uyğun tərtib etdiyini də görmək olar. Məhkəmə qərardadı sistemə qanunvericiliklə müəyyən edilmiş müddətdə əlavə etməmiş, 20 gün sonra yerləşdirmişdir.

16. MPM-in 407-ci maddəsi üzrə - 2025-ci il 17 aprel tarixə təyin edilmiş məhkəmə prosesi üzrə Bakı Apellyasiya Məhkəməsinin çağrı mərkəzinə məlumat verməyinə baxmayaraq 10 dəqiqə onu gözləməmişdir. Eləcə də, iş materiallarına cavabdehin əlaqə vasitəsini əlavə etsə də, məhkəmə ona da heç bir məlumat göndərmədən, iş üzrə heç bir a raşdırma etməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Kassasiya şikayətində məhkəmə iclasında iştirakının təmin edilmədiyini qeyd edərək, konstitusion hüquqlarının, çəkişmə prinsipinin pozulduğunu bildirmişdir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ən ali aktı olan Konstitusiyaya istinad etmişdir. Həmçinin iş üzrə sübutlara düzgün hüquqi qiymət verilmədiyini göstərərək, MPM-in 77.1, 78, 88, 217-ci maddələrinə istinad etmişdir. Göründüyü kimi, kassasiya şikayəti müvafiq formaya uyğun tərtib edilmiş və əsaslandırma da qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır. Əsaslandırmalar, eləcə də kassasiya şikayətinin forması MPM-in tələblərinə uyğun hazırlanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiy a baxışının hədləri

18. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. …” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, madd i və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 21.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 22.Kassasiya şikayətində göstərilən dəlillər də əsaslı hesab edilə bilməz. 23.Göründüyü kimi birinci dəfə verilmiş kassasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş forma tələblərinə cavab vermədiyi üçün apellyasiya məhkəməsi tərəfindən geri qaytarılmış və göstərilmiş nöqsanlar aradan qaldırılmaqla ağlabatan (10 gün) müddət ərzində yenidən kassasiya şikayəti vermək hüququ izah edilmişdir. Həmin qərardad 2025-ci il 24 iyun tarixdə həm iddiaçının, həm də vəkilinin (hazırkı kassasiya şikayəti də həmin vəkil vasitəsi ilə verilmişdir) elektron kabinetinə yerləşdirilmişdir.

24. Göstərilmiş nöqsanlar aradan qaldırılmaqla qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilmiş kassasiya şikayəti ilə ağlabatan müddətdə məhkəməyə müraciət etmək əvəzinə, iddiaçı qərardadda göstərilənlər nəzərə alınmadan kifayət qədər uzun zaman keçdikdən sonra (2025-ci il 21 iyul tarixində) məhkəmənin 23 iyun tarixli qərardadını mübahisələndirmiş, eyni zamanda müddətin bərpası barədə ərizə vermiş, Kollegiya tərəfindən isə ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

25. Daha sonra isə iddiaçı yenidən qətnamədən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermiş, lakin kassasiya şikayəti yenə də qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilmədiyindən Kollegiya tərəfindən haqlı olaraq geri qaytarılmışdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir, kassasiya şikayətinin geri qaytarılması barədə nəticə qanuni və əsaslı, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 27.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddəl ərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 avqust tarixli 2-2(103)-422/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar