Məhkəmə qərarları › İş №2-2(102)-725/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-725/2023

12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-725/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdeh “X6 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh “X6 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 1 dekabr tarixli e-2-2(119)-1585/2023 saylı qərardadına əsasən, Sumqayıt Şəhər Məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı a) Sumqayıt Şəhər Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) “X6 Şirkəti” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş zərərin əvəzi olaraq 99.924 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə m ərhum X3 arasında 2011-ci il 1 iyun tarixində bağlanmış 145 nömrəli “icarə müqaviləsi”nə əsasən, cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri 32-ci məhəllədə yerləşən ticarət mərkəzinin 1-ci binasının 1-ci mərtəbəsində yerləşən 145 nömrəli mağazanın ümumi sahəsi 19 kv.m hissəsini pərakəndə ticarət fəaliyyəti üçün icarəçiyə verməyi, X3 isə qeyd olunan əmlakı təhvil almağı öhdəsinə götürmüşdür. Həmin müqavilə 3 il müddətinə bağlanmış və imzalandığı tarixdən qüvvəyə minmişdir. 2013-cü il 19 oktyabr tarixində həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində əmlakın məhv olunmasına görə ümumi dəyəri 99.924 manat məbləğində maddi ziyan dəymişdir. Həmin yanğın hadisəsinin baş verməsi ilə bağlı cinayəti başlanılmış, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş X9 təqs irləndirilən şəxs qismində cəlb edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2015-ci il 24 aprel tarixli 1(060)-9/2015 nömrəli hökmü ilə X9 həmin əməlin törədilməsinə görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmlə X5 cavabdehin işçisi olması və X1 zərər çəkmiş şəxs kimi tanınmaqla, sonuncuya məxsus əmlaka dəymiş zərərin 99.924 manat məbləğində təşkil etməsi müəyyən olunmuş, həmçinin hökmdə zərərçəkmiş şəxslərə vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

3. Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək, hazırkı işin Sumqayıt Kommersiya Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2023-cü il 15 noyabr tarixli e-2(060)-6652/2023 nömrəli qərardadı ilə vəsatət təmin edilərək işin aidiyyətı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış (hakim – G.Tağızadə), bu onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçı və cavabdeh hüquqi şəxsdir. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 1 dekabr tarixli e-2-2(119)1585/2023 nömrəli qərardadı ilə işin fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Sadiqov).

6. Sumqayıt Kommersiya Məhkəməsi hesab etmişdir ki, hazırkı tələb üzrə mübahisə bilavasitə iddiaçı və cavabdeh arasında mövcud olmuş və yaxud mövcud olan sahibkarlıq fəaliyyəti ilə əlaqədar münasibətlər üzrə yaranan kommersiya mübahisəsi deyil, iddiaçının “sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 2018-ci il 4 i yun tarixində vəfat etmiş” mərhum anasının 2011-ci il 1 iyun tarixli “İcarə Müqaviləsi” əsasında cavabdeh ilə mövcud olmuş münasibətlər zamanı 2013-cü il 19 oktyabr tarixində baş vermiş yanğın nəticəsində dəymiş zərərin vərəsəlik hüququ ilə tələb olunması, yəni vərəsəlik münasibətlərindən irəli gələn mübahisə olmuşdur. İddiaçı 2019-cu il 4 iyul tarixdə X4 Nömrəsini (VÖEN-i) alaraq, hazırda qanuni əsaslarla hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, sonuncunun mərhum anası X2 icarəçi olaraq 2011-ci il 1 iyun tarixli “İcarə Müqaviləsi” üzrə icarəyəverən cavabdeh ilə arasında mövcud olmuş icarə münasibətləri əsasında yaranan sahibkarlıq münasibətlərinə hər hansı aidiyyəti müəyyən olunmamışdır. X1 qanun üzrə vərəsəsi olan iddiaçının VÖEN-i olsa belə, cavabdehə qarşı verilmiş iddia tələbi - vərəsəlik münasibətlərindən irəli gələn mübahisəsi olmuşdur. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tə rəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....”

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair” 2022-ci il 19 dekabr tarixli 6 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2.2. Qərara aşağıdakı məzmunda 28-ci bənd əlavə edi lsin: “28.... Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.”

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçir ilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi

10. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax bu qərarın 9-cu bəndinə) məzmunundan aydın olur ki, mübahisənin məhkəmə aidiyyəti aşağıdakı 3 meyar əsasında müəyy ən edilməlidir: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri.

12. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 12 və 13-cü bəndlərində formalaşdırılmış hüquqi mövqelərə (bax bu qərarın 7-ci bəndinə) görə, hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahib karlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir.

13. İş materiallarından görünür ki, iddia çının mərhum anası X3 ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən, cavabdehin mülkiyyətində olan ticarət mərkəzindəki müvafiq mağaza pərakəndə ticarət fəaliyyəti üçün D.Abdullayevanın icarəsinə verilmiş, sonradan icarə müddətində həmin ticarət mərkəzində yanğın baş vermişdir. D.Abdullayevanın oğlu və eyni zamanda, qanuni varisi olan iddiaçı isə hazırda sözügedən yanğın nəticəsində əmlakın məhv olunmasına görə anasına maddi ziyan dəydiyini iddia edərək cavabdehdən zərərin əvəzini tələb edir.

14. İş materiallarından görünür ki, mərhum X3 fərdi sahibkar statusuna malik olan fiziki şəxs idi və sözügedən icarə müqaviləsində də onun VÖEN-i qeyd olunmuşdur. Habelə iddiaçı da VÖEN-ə malikdir.

15. Göründüyü kimi, cavabdeh ilə mərhum X3 arasında 2011-ci il 1 iyun tarixində müqavilə bağ lanarkən sonucu qanunla müəyyən edilmiş qaydada vergi uçotuna alınmış fərdi sahibkar idi və sözügedən icarə müqaviləsi əsasında müqavilə tərəfləri, yəni icarəyə verənlə icarəçi arasında sahibkarlıq münasibətləri yaranmışdı. Eyni zamanda, iddiaçı da qanunla müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir.

16. Qarışıq məhkəmə tərkibi hesab edir ki, sahibkar kimi mərhum anasına dəymiş zərərin əvəzinin alınması (iddia tələbi əsaslı hesab olunacağı təqdirdə) istər-istəməz iddiaçının da sahibkarlıq fəaliyyətinə müsbət mənada təsir göstərəcəyi şübhə doğurmur.

17. O da qeyd olunmalıdır ki, Ali Məhkəmə Plenumunun yuxarıda istinad olunan 2020ci il 18 sentyabr tarixli Qərarına Plenumun 2022-ci il 19 dekabr tarixli 6 nömrəli qərarı ilə əlavə edilmiş 28-ci bəndə (bax bu qərarın 8-ci bəndinə) görə, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamətləri ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

18. Bu baxımdan, iddiaçı sahibkar olaraq hətta mərhum anasının məşğul olduğu sahibkarlıq fəaliyyətindən fərqli sahədə iş qurmuşdursa belə, bu hazırkı mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün heç bir əhəmiyyət kəsb etmir.

19. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin əsas mahiyyəti kommersiya xarakterlidir, habelə mübahisənin subyekt tərkibi də onun kommersiya mübahisəsi kimi qiymətləndirilməsinə imkan verir. Bu səbəbdən də mübahis ənin ümumi rayon məhkəməsində baxılması məqbul hesab edilə bilməz. Odur ki, hazırkı mübahisə kommersiya mübahisəsi hesab olunmalı və iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.

20. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh “X6 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş ona mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar