Məhkəmə qərarları › İş №2-2(102)-726/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-726/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-726/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Məmmədli Bəhram Mə mməd oğlundan ibarət tərkibdə, ilk iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı müqavilə üzrə pul tələbinə, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müqavilənin dəyişdirilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 oktyabr tarixli 22(103)-1048/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İlk iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – “iddiaçı”) 2024-ci il 16 may tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2022-ci il 21 dekabr tarixli 4186 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 2024-cü il 31 iyul tarixinə 48.000 manat pulun iddiaçının Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci il 21 dekabr tarixli 4186 nömrəli icarə müqaviləsinin 3.1-ci bəndinin 2023-cü il 1 dekabr tarixindən etibarən dəyişdirilərək, aylıq icarə haqqı məbləğinin 3.340 manat və bu məbləğə müvafiq olaraq illik icarə haqqının 40.080 manat müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 21 avqust tarixli e-2-2(113)3577/2024 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək, cavabdehdən 2022-ci il 21 dekabr tarixli 4186 nömrəli icarə müqaviləsi üzrə 2024-cü il 30 iyul tarixinədək olan müddət üçün yaranmış 48.000 manat borcun tutularaq iddiaçıya ödənilməsi və iddianın verilməsinə görə ödənilməli olan 234 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qarşılıqlı iddiası rədd olunmuşdur (hakim – L.Əliyeva).

4. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilərək, ilk iddianın qismən – “cavabdehdən 2022-ci il 21 dekabr tarixli 4186 nömrəli icarə müqaviləsi üzrə 2024-cü il 30 iyul tarixinədək olan müddət üçün 26.720 manat borcun tutularaq iddiaçıya ödənilməsi” hissəsi ndə təmin olunmaqla, qalan hissədə rədd edilməsi və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 oktyabr tarixli 2-2(103)-1048/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab olunaraq, iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və E.Həsənov).

6. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab etmişdir ki, prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayət həmin formaya uyğun tərtib etməmişdir.

7. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 361.1, 366.1 və 366.2-ci maddələrinə, həmçinin 2 nömrəli əlavəsinə istinad etməklə əsaslandırmışdır.

8. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv olunmasını və verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. MPM-in 366.1-ci maddəsi üzrə - Məhkəmə şikayətin mümkünlüyünü düzgün yoxlamamışdır. Şikayət MPM-in 361-ci maddəsinin tələblərinə riayət olunaraq verildiyinə görə apellyasiya mümkün hesab edilməli idi.

10. MPM-in 361.1 və 366.2-ci maddələri üzrə - Elektron məhkəmə sistemində yaradılmış formaya uyğun olaraq həmin sistem vasitəsilə verilmiş apellyasiya şikayətində “şikayətin verildiyi məhkəmə; şikayəti verən şəxs barədə məlumatlar onun yaşayış yeri, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə qətnaməsi, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə qətnaməsini düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar” göstərilmişdir. Digər tərəfdən, kassasiya şikayətlərindən fərqli olaraq MPM-in 361-ci maddəsində apellyasiya şikayətlərində göstərilməsi imperativ olan halların sırasında maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması halı mövcud deyil. Göründüyü kimi, şikayətin mümkünlüyü üçün əsaslar mövcud olduğundan, apellyasiya şikayətinə apellya siya qaydasında baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

12. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən, onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətd ə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı....” “Maddə

363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi t ərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;...” “Maddə

366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2 nömrəli əlavəsində aşağıdakılar nəzərdə tutulur: “6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

7. Prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir....

12. Apellyasiya şikayəti verən şəxsin tələbi Bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri (bax yuxarıda §§ 9-10) əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə qanunauyğundur.

16. Belə ki, MPM-in 361-ci maddəsinin məzmunundan müəyyən olunanlara görə, apellyasiya şikayəti MPM-də müəyyən edilmiş formada verilməlidir. Bu baxımdan, qeyd olunan maddənin birinci bəndi özündə bu formanın MPM-də müəyyən edilmiş qaydaya uyğun olmasının zəruriliyini ehtiva edərək göndərici norma olmaqla, şikayətin MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 nömrəli Əlavəsində göstərilənlərə müvafiq olaraq tərtib olunmasını tələb edir (bax yuxarıda § 13). Göründüyü kimi, sözügedən Əlavədə müəyyən edilmiş forma tələbləri MPM-in 361-ci maddəsinin tərkib hissəsi olmaqla, həmin norma ilə vəhdət təşkil edir.

17. MPM-in imperati v xarakterli “Apellyasiya şikayətinin forması” adlı 2 nömrəli Əlavəsinin 7-ci hissəsindən məlum olur ki, həmin Əlavə istər birinci instansiya məhkəməsinin qətnamələrindən, istərsə də qərardadlarından verilən şikayətlərə şamil olunur.

18. Cavabdehin şikayəti isə MPM-in imperativ xarakterli “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə tələb olunan formaya uyğun tərtib edilmədən məhkəməyə təqdim olunmuş, bununla da MPM-in 361.1-ci maddəsinin tələbi pozulmuş, bu səbəbdən də MPM-in 363.1.1-1-ci maddəsini (bax yuxarıda § 13) tətbiq etməklə şikayətin geri qaytarılması üçün əsas yaranmışdır.

19. Birinci instansiya məhkəməsi də qanunun sözügedən tələbini nəzərə almamış, MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayətini qaytarmalı olduğu halda, şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

20. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiya məhkəməsi MPM-in 366.1 və 366.2-ci maddələrinə (bax yuxarıda § 13) uyğun olaraq şikayətin apellyasiya mümkünlüyünü yoxlayarkən düzgün nəticəyə gəlmiş, qərardad qəbul edərkən hər hansı prosessual pozuntuya yol verməmişdir

21. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 oktyabr tarixli 2-2(103)-1048/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar