Məhkəmə qərarları › İş №2-2(102)-729/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-729/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-729/2024 23.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya instansiyasında icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 10 iyul 2024-cü il tarixli, 22(103)-63/2024 nömrəli qətnaməsindən iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı Kommersiya Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-2(113)-92/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən RQ-184 nömrəli, xx.xx.2020-ci il kredit müqaviləsi üzrə 3.496.862,42 manat əsas borc, 753.568,14 manat faiz borcu, 150.000 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 4.400.430,56 manat məbləğində pul vəsaitinin, dövlət rüsumunun əvəzi olaraq 2639,04 manatın, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 138,85 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tə ləb üzrə tutmanın Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 3.300.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına Cavabdeh MMC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh MMC-yə qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh MMC-dən ümumi qaydada tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 135 manat hissəsi cavabdehdən, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilm əsi, iddiaçı tərəfindən artıq ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-2(113)-92/2023 nömrəli əlavə qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin boşaldılması tələbinə dair hissədə iddia qismən təmin edilmiş, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə tutma yönəldildikdən və o satıldıqdan sonra həmin əmlakın boşaldılması qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 10 iyul 2024-cü il tarixli, 22(103)-63/2024 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC və Cavabdeh MMC tərəfindən ayrıayrılıqda verilmiş apell yasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, e-2-2(113)-92/2023 nömrəli qətnaməsi və 21 iyul 2023-cü il tarixli, e-22(113)-92/2023 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

4. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2(103)-63/2024 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan, iddiaçı "xxxx" ASC səlahiyyətli nümayəndəsi Nümayəndə2 vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətindən imtina edildiyini göstərmiş, kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Tətbiq ed ilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3-cü maddəsinə əsasən kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətindən imtina etdiyindən, kassasiya şikayətindən imtina səlahiyyətli şəxs tərəfindən imzalanmaqla yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və kassasiya instansiyasında icraata xitam verilməlidir.

8. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2-2(103)-63/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina qəbul edilsin və həmin kassasiya şikayəti üzrə işin kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar