Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-729/2025 07.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı x1nin Cavabdeh Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqının tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı x1nin Cavabdeh Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 iyul tarixli, 2-2(103)-694/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşi n halları
1. Tərəflər arasında bağlanmış 2024-cü il 10 may tarixli, 7950 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 51315.0 kv.m. torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək icarəyəverənin hüququdur. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə torpaq sahəsinin illik icarə haqqı 461835 manat; aylıq icarə haqqı 38486,25 manat təşkil edir.
2. Cavabdeh Firmasının icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən sonuncunun 2025-ci il 3 mart tarixinə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 234.549,73 manat təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı x1 (bundan sonra-“iddiaçı”) Cavabdeh Firmasına (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2024-cü il 31 yanvar tarixinə ödənilməli olan 192.339 manat məbləğində vəsaitin iddiaçıya köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2024-cü il 10 may tarixli, 7950 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 51.315.0 kv.m. torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtləri nə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Müqavilə ləğv edilmədiyindən halhazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə 2025-ci il 31 yanvar tarixinə ödənilməli olan 192339 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə 2024-cü il 21 noyabr tarixli, 3-21-3/2-19255/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişlər.
5. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 2024-cü il 10 may tarixli, 7950 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 2025-ci il 3 mart tarixə 234.549,73 manat məbləğində vəsaitin iddiaçıya köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 1 may tarixli e-2-2(113)-1944/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehdən 234549,73 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 524,55 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Ü.Həsənova).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 2024-cü il 10 may tarixli, 7950 nömrəli icarə müqaviləsindən ir əli gəlmiş, cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi, iddiaçıya həmin müqavilə və mülki qanunvericiliyin müvafiq normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 234549,73 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməlidir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf müqavilənin etibarsızlığını mübahisələndirsə də, əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. Əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə ara şdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.
9. Məhkəmə cavabdehin müqavilənin etibarsız hesab edilməli olması barədə arqumentini əsassız hesab edərək qeyd etmişdir ki, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə ümumilikdə 142.863,82 manat vəsait ödənilmiş, icarə müqaviləsini imza edən şəxsə iddiaçı 2024-cü il 27 mart tarixində etibarnamə vermiş, müqavilə cavabdehin möhürü ilə təsdiq edilmişdir. Müqavilə bağlandığı tarixdən hazıradək göstərilən torpaq sahəsi cavabdehin sahiblik və istifadəsindədir.
10. Məhkəmə gəldiyi nəticəni MM-in 324.1, 337.1, 337.2, 337.3, 337.4, 350, 351.2, 351.3 və 700.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.4-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası M ülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 iyul tarixli 2-2(103)-694/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
13. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə mübahisəli müqavilənin bağlanmasına dair iradə ifadələrinin olmaması və belə olan halda həmin müqavilənin etibarsız olması barədə cavabdehin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, icarə müqaviləsini imza edən şəxsə iddiaçı 2024-cü il 27 mart tarixdə etibarnamə vermiş, müqavilə cavabdehin möhürü ilə təsdiq edilmiş, həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə ümumilikdə 142.863,82 manat vəsait ödənilmişdir. Bununla yanaşı icarə haqqının tələb edildiyi müddət ərzində mübahisəli torpaq sahəsinin cavabdehin faktiki sahibliyində və istifadə sində olması da işin mübahisələndirilməyən halını təşkil edir.
14. Göstərilən hallar isə məcmu şəkildə mübahisəli müqavilədə iradə və ya iradə ifadəsinin qüsurunun olması barədə cavabdehin dəlillərinin əsassızlığına dəlalət etmişdir.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı icarə müqaviləsi üzrə 2025-ci il 3 mart tarixinə olan 234.549,73 manat məbləğində icarə haqqının ödənilməsini cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin istinad etdiyi eyni maddi və prosessual hüquq normaları əsasında gəldiyi nəticəni əsaslandırmışdır.
17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
18. Kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində MM-in 337.1, 337.3, 339.1, 339.4-cü maddələrinin mətnlərinə istinad olunmuşdur.
19. MPM-in 217.3, 218.1, 385-ci maddələri üzrə-məhkəmə qətnaməsindən göründüyü kimi məhkəmə müqavilənin bağlanması, imzalanması hallarını araşdırmamışdır. Tərəflər arasında olan münasibətlər araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir.
20. Digər məsələlər - iddiaçının istinad etdiyi icarə müqaviləsi təmsil etdiyi şəxsin qanuni nümayəndəsi tərəfindən deyil, onun tamamilə başqa məqsədlər üçün verdiyi etibarnamə əsasında üçüncü kənar şəxs tərəfindən imzalanmışdır. Yəni, təmsil etdiyi tərəfin bu icarə müqaviləsini bağlamağa iradə ifadəsi olmamışdır. Qeyd edilən etibarnamənin verilməsində məqsəd firmaya məxsus torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı sənədləşmə işlərinin həyata keçirilməsidir. Etibarnaməni alan və digər bir qrup halında fəaliyyət göstərən şəxslərin niyyəti cavabdehə özəlləşdirməyə dair guya sənədlər düzəltmək adıyla onlardan külli miqdarda pul vəsaitinin mənimsəməsi olmuşdur ki, həmin şəxslər də bu cinayət əməlini törətmişlər. Hazırda həmin şəxslər saxlanılmış, onlar təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara AR CM-nin 178.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb edilmə və ittiham elan olunmasına dair qərardan da göründüyü kimi həmin bir qrup şəxs dələduz luq edərək Cavabdeh Firması, onun nümayəndəsindən külli miqdarda pul vəsaitini almışlar. İddiaçının istinad etdiyi icarə müqaviləsi isə həmin cinayət əməlinin həyata keçirilməsi məqsədi ilə təmsil etdiyi şəxsin iradəsi əleyhinə bağlanmışdır. İcarə müqaviləsinin hansı şəraitdə bağlanması və sair hallar da istintaq tərəfindən araşdırılmaqdadır. Qeyd edilən cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin icraatındadır. Cinayət işinin nömrəsi 2********. Buna dair tərəflərindən məhkəməyə müvafiq vəsatət verilərək qeyd edilmişdir ki, MPM-nin 254.1-ci maddəsinin tələblərinə müvafiq surətdə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq m ümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Lakin məhkəmə təqdim etdiyi vəsatətə hər hansı bir mövqe bildirməmiş, iddianın təmin edilməsinə dair birbaşa qətnamə çıxarmışdır. Cavabdeh firmasının niyyəti icarə müqaviləsini bağlamaq yox, sənədlər üzrə torpaq sahəsinə mülkiyyət hüququ əldə etməkdir. Qardaş firmasının etibarından suiistifadə edən etibarnamə üzrə nümayəndə etibar edəni aldatmaqla bu müqaviləni bağlamışdır. Lakin məhkəmə bu xüsusata hər hansı bir əhəmiyyət verməmişdir. Hazırda da cinayət işinin istintaqı davam etdirilməkdədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
22. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsind ə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquq dan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” 25. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İcarə haqqı … Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Maddə
23. İcarəçinin vəzifələri Torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə daxildir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnam ə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “ Maddə
254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır....... 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa”; Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
28. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin tərəflər arasında icarə müqaviləsinin bağlanmasında cavabdehin iradə ifadəsinin olmaması barədə dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir
29. Belə ki, əqdin etibarlılığı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələ b olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
30. Baxılan iş üzrə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında icarə müqaviləsi mülki qanunvericiliklə müəyyən edilmiş qayda və şərtlərə uyğun, səlahiyyətli şəxslərin iştirakı və imzası ilə, müqavilənin forma və məzmununa dair müəyyən edilmiş tələblərə riayət edilməklə bağlanmışdır. Həmin müqavilə üzrə cavabdeh tərəfindən icarə haqqı üzrə müəyyən ödənişlər aparılmış, icarə obyekti hal-hazırda da sonuncunun istifadəsindədir.
31. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraatın, istintaq mərhələsində olan cinayət işinə baxılıb qurtaranadək dayandırılmasına dair cavabdehin vəsatətinə qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, həmin vəsatət üzrə birinci instansiya məhkəməsi tərəfindən 2025-ci il tarixli 1 may tarixli, ayrıca aktı şəklində qərardad qəbul edilmiş, işə apellyasiya qaydasında baxılarkən eyni məzmunlu vəsatət üzrə yerində müşavirə edilməklə, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edilmişdir ki, istintaq mərhələsində olan cinayət işi ilə bağlı mülki iş üzrə icraatın dayandırılması qanunvericilikdə nəzərdə tutulmamışdır.
32. MPM-nin 254.1.4-cü maddəsinin məzmunundan göründüyü kimi (bax §26), istintaq mərhələsində olan cinayət işi ilə bağlı mülki iş üzrə icraatın dayandırılması nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən iş icraatının dayandırılması barədə vəsatətin təmin edilməməsi MPM-nin 254.1.4-cü maddəsinin tələblərinə uyğun olmuşdur.
33. İşin hazırki mərhələsi üçün məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cavabdehin istinad etdiyi cinayət işinin istintaqı davam etməkdədir (bax §26).
34. Beləlklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
35. MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 iyul tarixli, 2-2(103)-694/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.