Məhkəmə qərarları › İş №2-2(102)-73/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-73/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-73/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-73/21 Bakı şəhəri xx xxxx 2021-ci il 02.03.2021 Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin vəkili Vəkil, Cavabdeh-nin vəkili Şahin Rəfiyevin iştirakları ilə, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanm ası Fondunun nümayəndəsi xxx2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-283/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) Cavabdeh-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 471.565,21 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, tərəflər arasında xx xxxx 2007-ci il tarixli, 176 saylı kredit müqaviləsinə əsasən, mal-material alınması məqsədilə cavabdehə 12 ay mü ddətinə, illik 17 faiz dərəcəsi ilə 1.000.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Müqavilənin tələblərinə görə borc alan kredit və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüş, həmçinin müqavilədə borcalanın üzərinə düşən öhdəlikləri icra etmədiyi təqdirdə kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər hesablanmaqla ümumi məbləğin illik 34 faizi miqdarında dəbbə pulunun borc verənə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin kredit müqaviləsinin müddətinin bitməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit üzrə hesablanmış faizləri ödəməmiş və xx xxxxxx 2014-cü il tarixə 471.565,21 manat faiz borcu qalmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməm iş və məhkəməyə yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2-2(82)1427/2014 saylı qiyabi qətnaməsi ilə (hakim Rüstəm Kərimli) iddia təmin olunmuşdur. Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixli ərizə ilə müraciət edərək, qiyabi qətnamənin ləğv olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(82)956/2017 saylı qətnaməsi ilə (hakim Rüstəm Kərimli) iddia təmin olunmuşdur. Həmin məhkəmə hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi mövcud olmuş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımi qaydada icra etmədiyindən iddia tələbi əsaslı olmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qət namə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-283/2020 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 300.222,21 manat faiz borcunun tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə cavabdehdən 171.343 manat borcun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Tərəflər arasında xx xxxx 2007-ci il tarixdə bağlanmış 176 saylı kredit müqaviləsi, eləcə də həmin müqaviləyə 1 nömrəli Əlavəni, 2 nömrəli Əlavə (kredit sifarişi), 1.000.000 manat ssudanın alınması barədə “müddətli öhdəçilik” memorial orderi borcalan Cavabdehnin direktoru adından eyni şəxs tərəfindən – hazırkı iş üzrə apellyasiya şikayətini imzalayan xxx3 tərəfindən imzalanmış, bundan əlavə müəssisənin dairəvi möhürü ilə də təsdiq olunmuşdur. Bankın borcalana ünvanladığı xx xxxxxx 2014-cü il tarixli, 05/842 saylı bildiriş məktubunda sonuncu tərəfindən xx xxxx 2007-ci il tarixli kredit müqaviləsinə əsasən aldığı 1.000.000 manat kredit öhdəliyi üzrə müqavilənin 7.1 və 7.2-ci bəndinin şərtlərinin yerinə yetirilmədiyi, həmin müqavilə şərtlərinin pozulduğu bildirilərək xx xxxxxx 2013-cü il tarixinə müəssisənin 471.565 manat məbləğində faiz borcunun olması barədə ona xəbərdarlıq edilmi şdir. Həmin faiz borcu məhkəməyə təqdim edilmiş xx xxxxxx 2014-cü il tarixli, 345/14 saylı maliyyə arayışında da, xx xxxxxx 2014-cü il tarixinə olan ödənilməyən faiz borcu kimi təsbit edilmişdir. Həmin maliyyə arayışına, habelə alınmış kredit üzrə bank hesab çıxarışlarına əsasən müəyyən olunur ki, 2007-2008-ci illərdə faiz borcundan cavabdeh tərəfindən banka ümumilikdə 218.657 manat ödəniş edilmişdir. Bundan dörd il keçdikdən sonra isə - xx xxxxxx 2013-cü il tarixində cavabdehin 1.000.000 manat məbləğində ödənişi onun əsas borc hesabına silinmişdir. Tərəflər arasında xx xxxx 2007-ci il tarixdə bağlanmış 176 saylı kredit müqaviləsinin: - 5.3-cü bəndi ilə müəyyən olunan 12 aylıq kredit müddəti – xx xxxx 2008-ci il tarixdə 1 nömrəli Əlavə imzalanmaqla xx xxxxxx 2009-cu il tarixədək uzadılmış; - 6.1-ci bəndindəki illik 17 faiz dərəcəsi 22 faiz dərəcəsi ilə əvəz edilmiş; - 9.2-ci bəndi ilə borc öhdəliyinin pozulmasına görə ümumi məbləğin 34 faizi miqdarında ödənilməsi nəzərdə tutulan cərimənin miqdarı 44 faizlə əvəz olunmuşdur. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, kredit müddəti ərzində əsas 1.000.000 manat borc öhdəliyini yerinə yetirməyən cavabdehə birinci ilin sonuna illik 17 faizlə 170.000 manat, sonrakı uzadılan 6 aylıq dövr üçün isə illik 22 faizlə 110.000 manat olmaqla ümumilikdə 1 il 6 ay üçün 280.000 manat faiz məbləği hesablanmışdır. Məhkəmə kollegiyası əsas borcun 44 faizi miqdarında hesablanan 440.000 manat məbləğində cərimə məbləğinin həddindən artıq tənasübsüz olması qənaətinə gələrək onu 110.000 manat həddində müəyyənl əşdirmiş, beləliklə cavabdehin banka olan faktiki borcunun 390.000 manat (280.000+110.000) olması nəticəsinə gəlmişdir. Həmçinin maliyyə arayışına əsasən cavabdeh tərəfindən həmin məbləğin 218.567 manat hissəsinin ödənilməsi müəyyən edildiyindən, cavabdehin iddiaçıya cəmi 171.343 manat (390.000 manat – 218.657 manat) ödənilməyən borcu qalmışdır. Cavabdehin apellyasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin ləğv olunması barədə ərizə ilə müraciət edərkən iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanı olmuş, lakin məhkəməyə belə bir ərizə verməmişdir. Habelə, cavabdeh xx xxxxxx 2013-cü il tarixdə borcu etiraf edən hərəkət edərək banka 1.000.000 manat məbləğind ə ödəniş etmiş, hazırki iddia isə xx xxxx 2014cü il tarixdə qaldırılmışdır ki, mülki qanunvericiliyin tələblərinə görə borclu şəxsin borcunu etiraf etməsini göstərən hərəkətlər edildikdə iddia müddətinin axımı kəsilir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1, 432.4, 445.7, 448.2, 467, 741 prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış xx xxxx 2007-ci il tarixli, 176 saylı kredit müqaviləsi üzrə ümumi kredit borcu 2009-cu ilin 30 yan var tarixinə qədər bağlanmalı olduğu halda, əsas borc üzrə ödəniş 2013-cü ildə həyata keçirildiyindən mövcud əsas borca faizlər hesablanmış, lakin faiz borcu üzrə ödənişlər qrafikə uyğun olaraq aparılmamış və cavabdeh tərəfindən tam və ardıcıl olaraq həyata keçirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən öz mülahizəsinə uyğun olaraq hesablama aparmış və birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş borc məbləğini əsassız olaraq cərimə və faiz borclarına ayıraraq azaltmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsində n sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını – yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Tərəflər arasında belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, xx xxxxxx 2014-cü il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 97.1, 217.1, 217.3, 217.4, 218.1, 220.4-cü maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası m əhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsinin müddəti ərzində müqaviləyə və ona əlavəyə əsasən kredit məbləğinin 17 faizi məbləğində bir il müddətinə və 22 faizi məbləğində 6 ay müddətinə faiz məbləği, cəmi məbləğ 280.000 manat hesablanılb cavabdeh tərəfindən ödənilməlidir ki, onun tərəfindən 218.657 manat ödənilmişdir. Bu əsasla apellyasiya məhkəməsi yaranmış fərq məbləğində cavabdehin faiz borcunun olduğu qənaətinə gəlmişdir. Bu mövqey i iddaçı o əsasla mübahisələndirmişdir ki, ümumi kredit borcu 2009-cu ilin 30 yanvar tarixinə qədər bağlanmalı olduğu halda, əsas borc üzrə ödəniş 2013-cü ildə həyata keçirildiyindən mövcud əsas borca faizlər hesablanmış, lakin faiz borcu üzrə ödənişlər qrafikə uyğun olaraq aparılmamış və cavabdeh tərəfindən tam və ardıcıl olaraq həyata keçirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən öz mülahizəsinə uyğun olaraq hesablama aparmışdır. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə): - 739.1-ci maddəsinə əsaəsn, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakç ıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, kredit müqaviləsinin mahiyyətinə görə, bir tərəf mülkiyyətində olan pula dair hüququ digər tərəfə verilməsi öhdəliyini götürür, sonuncu isə həmin pulu qaytarmaq öhdəsini daşıyır. Belə müqavilənin predmetini pul məbləği təşkil etdikdə, həmin müqavilə kredit müqaviləsi sayılır və müqavilədə borcun faizlərlə qaytarıması müəyyənləşdirilə bilər. İşin hallarına görə, tərəflər arasında bağlanmış xx xxxx 2007-ci il tarixli kredit müqaviləsində iddiaçı tərəfindən cavabdehə illik 17% olmaqla 1 il müddətində qaytarmaq şərti ilə 1.000.000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə xx xxxx 2008-ci il tarixli 1 nömrəli Əlavəyə görə, kredit müddəti xx xxxxxx 2009-cu il tarixədək uzadılaraq illik 17 faiz dərəcəsi 22 faiz dərəcəsi ilə əvəz edilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən ödənilməli olan faiz borcunun məbləği hesablanarkən apellyasiya məhkəməsi düzgün olaraq hesablanmanın kredit müddəti ilə məhdudlaşdırılmalı olduğu nəticəsinə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarından göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyi əsas tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin nəticəsi qanunamüvafiqdir. Belə ki, apellyasiya məhkəməsi hesab etmişdir ki, əsas kredit məbləğinin illik 17 faiz dərəcəsi ilə bir il müddətinə, həmin müddətdən sonra isə illik 22 faiz dərəcəsi ilə 6 ay müddətinə faiz borcu hesablanmalıdır. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə apardığı qiymətləndirmə ilə razılaşaraq, cavabdehin həmin faiz borcunun əsas kredit məbləği ödənilən müddətə, yəni 2013-cü il tarixinə qədər hesablanmalı olduğu barədə dəlilinin hüquqi əsasının olmadığını bildirir. Məhkəmə kollegiyası hesablanmış məbləğlərlərlə bağlı məhkəmə-mühasibatlıq ekspertizasını n təyin edilməsi barədə iddiaçının dəlil ilə razılaşmadığını aşağıdakılardən irəli gəldiyini qeyd edir. Azərbaycan Respublikası MPM-nin: - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəx sin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddələrin tələblərindən göründüyü kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. Məhkəmə tərəfindən icraatında olan işin hər hansı bir halı ilə bağlı mübahisə mövcud olduqda və onun həll edilməsi məqsədilə yalnız xüsusi biliyə malik olan şəxsin apardığı tədqiqatın nəticəsi zəruri olduqda, məhkəmə tərəfindən ekapertizanın təyin edilməsi barədə qərar qəbul oluna bilər. İşin hallarına münasibətdə bu müddəaların tətbiqi o nəticəni yaradır ki, məhkəmə ekspertizasının aparılması o halda zəruri hesab oluna bilərdi ki, əgər müqavilə şərtinə əsasən kredit məbləğinə illik faizin hesablanması yalnız xüsusi biliyə malik olan şəxs tərəfindən aparılması zəruriyyəti yaranmış olsaydı. Lakin müqavilə şərtinə uyğun faiz məbləğinin hesablanması adi riyaziyyət qaydalarına əsasən aparıldığından, məsələ üzrə ekspertizanın aparılmasına ehtiyac olmamışdır. Bundan başqa, iddiaçı tərəfindən apaılmış hesablamaların hansı qaydada düzgün olmaması və ya ekspertizanın aparılması üçün hansı halların müəyyən edilməli olduğu barədə kassasiya şikayətində bildirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə nəticəsini düzgün hesab edir. Apellyasiya məhkəməsi həmç inin hesab etmişdir ki, əsas borcun 44 faizi miqdarında hesablanan 440.000 manat məbləğində cərimə məbləği həddindən artıq tənasübsüz olduğundan, həmin məbləğ 110.000 manat həddində müəyyənləşdirilməlidir. İddiaçı apellyasiya məhkəməsinin bu mövqeyini o əsasla mübahisələndirmişdir ki, kredit müqaviləsi qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanı yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Tərəflər arasında belə bir şərt nəzərdə tutulmuşdur. Bu əsasla hesab etmişdir ki, cavabdehdən gecikdirilmiş faiz məbləği tam həcmdə tutulmalı idi. Məhkəmə kollegiyası aşağıdakılara əsasən dəlillə razılaşmadığını bildirir. İddiaçı bildirdiyi dəlilin hüquqi əsası kimi “Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarına istinad etmişdir. Həmin qərarda məsələ ilə bağlı göstərilmişdir ki, “kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.” İstinad edilmiş hüquqi əsas üzrə tərəflər arasında bağlanmış müqavilə şərtləri yoxlanılarkən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının əsaslandığı müqavilə şərti gecikdirmə faizlərinə deyil, dəbbə pulunun tututlması qaydasına aid edilmişdir. Belə ki, xx xxxx 2007-ci il tarixli kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 34 faizi miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Həmin müqaviləyə xx xxxx 2008-ci il tarixli 1 nömrəli Əlavənin 4-cü bəndinə əsasən, xx xxxx 2007-ci il tarixli kredit müqailəsinin 9.2 bəndindəki 34 rəqəmi 44-lə əvəzlənmişdir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə şərtinə əsaəsn borc alan üzərinə düşən öhdəlikləti icra etmədikdə kreditora də bbə pulunu ödəməlidir. Müqavilə şərti Mülki Məcəllənin aşağıdakı qaydalarına uyğun hesab olunmaldır: - 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; - 462.3-cü maddəsinə əsasən, müqavil ənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər; - 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Sadalanmış normaların məzmununa görə, öhdəliyin icrasını təmin edilməsi üsullarından biri olan dəbbə pulu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq dəbbə pulunun miqdarını tərəflər sərbəst müəyyən edir və belə razılaşma yazılı formada bağlanmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi düzgün olaraq tələb olunan məbəğin hüquqi əsası kimi istinad edilən müqavilə bəndində nəzərdə tutulmuş hesablama qaydasını dəbbə pulunun hesablanması qaydasına aid etmişdir və qeyd edir ki, iddiaçının bildirdiyi dəlil qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilə şərtinə zidd olduğu üçün qəbul oluna bilməz. Habelə, məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu ilə bağlı iddiaçı digər hüquqi əsaslar barədə kassasiya şikayətində bildirmədiyindən, kassasiya instnasiya məhkəməsi tərəfindən əlavə qimətləndirmənin aparılması mümkün deyildir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində gös tərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi xxx2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-283/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar