Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-73/2025 07.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 10 oktyabr tarixli 2-2(103)-965/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin hall arı
1. Cavabdeh İB ilə İddiaçı arasında 2022-ci il 18 aprel tarixində “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” tərtib edilmiş və hər iki tərəfin təsdiq etdiyi akta əsasən, qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi kimi layihədə qeyd olunan mənbəyə uyğun quraşdırılmış qaz sayğacı müəyyən olunmuşdur. 2. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 2024-cü il 26 yanvar tarixli aktına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ünvanda yerləşən qaz təsərrüfatına baxış keçirilən zaman qaz xəttinin 50-100 metrlik hissəsində ciddi korroziyanın aşkar edildiyi və bir ədəd dəliyin müəyyən olunduğu qeyd olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 19 aprel tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq hesablanmış 23.170 manat məbləğində borcun **********00001 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ünvanda yerləşən **********00001 saylı abonent kodu ilə fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri daim vaxtında ödənilmişdir. 2024-cü il 1 yanvar tarixindən 31 yanvar tarixinədək 23.179 manat miqdarında qaz sərfiyyatı ilə bağlı borc bildirişi gəlmişdir. Səbəb kimi isə qəza nəticəsində havaya axan qaz sahəsində hesablanmış 23.179 manat borcun ödənilmə tələbini göstərirlər. 2024-cü il 26 yanvar tarixində X3 Səhmdar Cəmiyyətinə müraciət edərək texniki baxış keçirilərək akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, qaz xəttinin 50-100 metrlik hissəsində ciddi korroziya aşkar edildi və bir neçə dəlik müəyyən olundu. Hazırda cavabdeh təşkilat tərəfindən tələb edilən borc məbləği qanunsuz tərtib edilmiş akt əsasında hesablanmışdır. Cavabdeh isə öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcu ona məcburi ödətdirməyə çalışır. Bəlli olan haldır ki, onun fəaliyyət sahəsində (soyuducu və dondurucuların istehsalı) təbii qaz olmadan fəaliyyət göstərmək qeyri-mümkündür. Təbii qaz dayandırılacağı halda o müflis ola bilər. Göründüyü kimi, qeyri-yaşayış sahəsində qaz təchizatı dayandırılsa o fəa liyyət göstərə bilməyəcək. Cavabdeh tərəfindən barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan isə görünür ki, cavabdeh yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Halbuki sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında iddianın rədd olunmasını xahiş etmiş, bundan başqa, cavabdeh tərəf məhkəməyə elektron qaydada ünvanladığı iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, 2024-cü il 1 ya nvar tarixindən 31 yanvar tarixinədək iddiaçının ünvanında hər hansı bir yoxlamanın aparılmadığını və iddiaçı barəsində hər hansı bir akt tərtib edilmədiyini, 23.170 manat məbləğində borcun sırf sayğac göstəricisi əsasında hesablandığını, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş aktda qeyd olunan korroziya və dəliyin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacından sonra çəkilmiş qaz xətlərində aşkar edildiyini, qaz xəttinə də cavabdehliyi iddiaçının daşıdığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 iyul tarixli e-2-2(113)-3112/2024 nömrəli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir (hakim – K.Hüseynov).
7. Məhkəmə işin hallarına istinadla qeyd etmişdir ki, qaz paylayıcı ilə istehlakç ı arasında balans mənsubiyyəti sərhədi kimi qaz sayğacı müəyyən olunmuşdur.
8. Aktdan da (bax § 1) görünür ki, qaz xəttinin 50-100 metrlik hissəsində korroziya və bir ədəd dəlik qaz sayğacından sonra çəkilmiş qaz xəttində aşkar olunmuşdur. 9. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinin 2-ci və 4-cü bəndlərinin məzmunundan belə aydın olur ki, qaz sayğacına qədər baş vermiş hadisələrə görə qazpaylayıcı, qaz sayğacından sonrakı hissədə baş vermiş hadisələrə görə istehlakçı məsuliyyət daşıyır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın (bundan sonra – “QİQ”) 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz payl ayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
11. Bundan başqa, iddiaçı ərizəsində cavabdeh tərəfindən tələb edilən 23.179 manat məbləğində borcun qanunsuz tərtib edilmiş akt əsasında hesablandığını və yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirsə də, 23.179 manat məbləğində borc məhz sayğacdan keçən qaz sərfiyyatına görə hesablanmış borcdur.
12. Birinci instansiya məhkəməsi bu qənaətini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1, 6-3-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 1.2, 1.3, 4.1, 5.5ci bəndlərinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1 4.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 10 oktyabr tarixli 2-2(103)-965/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – V.Sadıqov və İ.İbrahimli).
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiada irəli sürdüyündən, eləcə də məhkəmə bu dəlillərə münasibət bildirdiyindən, şikayətdə yeni dəlillər irəli sürülmədiyindən və məhkəmə kolleg iyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalara, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 1096.1, 1096.2, 1097.1, 1097.5-ci maddələri üzrə - İddiaçı tərəfindən cavabdehə qaz sızma barədə məlumat verilmiş, cavabdeh isə öz vəzifəsinin ic rasını yerinə yetirərək, həmin sahəyə baxış keçirməmişdir. Qaz sızması vaxtında qarşısı alınmalı olan bir hadisədir və bu sızmanın qarşısının vaxtında alınmaması, nəinki maddi itkilərə, hətta daha böyük fəlakətlərə səbəb ola bilərdi. İndiki mübahisədə isə cavabdehin vaxtında sızmaya müdaxilə etməməsi, ona dəyən zərərlə razılaşdığını göstərən haldır ki, məhz MM-in 1097.5ci maddəsinin normaları ilə iddiaçıya dəyən zərərin ondan tələb olunması istisna edilir. Mübahisəni araşdıran məhkəmələr bu hallara ümumiyyətlə fikir verməmiş, qanunun normalarını bu hallara uyğun tətbiq etməmişlər.
19. MM-in 1108.1-ci maddəsi üzrə - Hazırkı mübahisədə iddiaçı tam olaraq sübuta yetirir ki, vurulan zərər cavabdehin hərəkətsizliyi nəticəsində yaranan qəsdlə vurulmuşdur və düşünürük ki, məhkəmə qaydasında idd iaçı bu zərəri ödəməkdən azad edilməli idi. Lakin hakimlərin mübahisəni bu normalar çərçivəsində araşdırmaması iddiaçını bu hüquqdan məhrum etmişdir.
20. MM-in 1100-cü maddəsi üzrə - Mülki qanunvericiliyin bu müddəası da əvvəlki normalarda qeyd edildiyi kimi zərərvuranın kimliyini müəyyən etdikdən sonra zərərin ödənilməsini nəzərdə tutur ki, biz bir daha bu zərərin məhz dövlətin təbii inhisarlarından biri olan cavabdehin olduğunu nəzərə alaraq, o qənaətdəyik ki, bu zərər də əsassız olaraq iddiaçının üzərinə qoyulmamalı və deliktə razılaşan dövlət qurumu bu məsuliyyətini qəbul etməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
22. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirild iyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 2 1.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” 25. “Qaz təchizatı haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar Respublikası Qanununun müvafiq... müayinə – istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havala ndırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə həyata keçirilən fəaliyyət; texniki xidmət – istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin (bundan sonra – qaz qurğularının və qaz xətlərinin), tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işləri;...” “Maddə 6-3. Texniki xidmət...
2. Müayinə aktında istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin qaz payla yıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, o, bu Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən müayinə aktını tərtib etdikdən sonra 2 (iki) iş günü müddətində istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) texniki xidmətin göstərilməsi ilə bağlı müqaviləni sifarişli poçt göndərişi və ya istehlakçının razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir (göndərməlidir). İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) müqavilə şərtləri ilə razı olduqda 3 (üç) iş günü müddətində müqaviləni imzalayaraq qaz paylayıcısına onun təqdim edildiyi (göndərildiyi) üsulla təqdim edir, razılaşmadıqda isə həmin müddətdə seçdiyi ixtis aslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti barədə məlumatı bu Qanunun 6-3-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan qaydada qaz paylayıcısına təqdim etməlidir. Tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət bu Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq yaşayış evlərinə münasibətdə istehlakçının seçdiyi ixtisaslaşmış podratçı, digər tikinti obyektlərinə münasibətdə isə bu Qanunun 6-3-cü maddəsinin 6cı hissəsinə uyğun olaraq ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir....
4. Bu Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə uyğun keçirilən müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların tərtib edilmiş müayinə ak tında göstərilmiş müddətdə, lakin bir aydan çox olmayan müddətdə aradan qaldırılması üçün istehlakçı qaz paylayıcısını və ya ixtisaslaşmış podratçını bunun üçün istifadə olunacaq mal-materialla təmin etməyə və ya onların, habelə görülmüş işin dəyərini ödəməyə borcludur. Texniki xidmət zamanı görülən işlərin siyahısı və onların dəyəri qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən təsdiq edilir və qaz paylayıcının və ya ixtisaslaşmış podratçının (olduğu halda) internet saytında yerləşdirilir, həmçinin bu Qanunun 6-3-cü maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulan müqaviləyə əlavə edilir, istifadə olunan mal-materialın dəyəri istehlakçı tərəfindən ödənilmək şərtilə qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edildikdə həmin mal-materialın dəyəri istehlakçı i lə qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı arasında razılaşma yolu ilə müəyyən edilir. Texniki xidmət zamanı istifadə olunan, o cümlədən qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edilən və dəyəri istehlakçı tərəfindən ödənilən mal-materialın, habelə görülən işlərin dəyəri texniki xidmət aktında qeyd edilir. Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş texniki xidmət aktlarının təhlili əsasında görülmüş işlərin dəyərinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiymətinə uyğunluğuna mütəmadi nəzarət edir, habelə əvvəlki ildə tərtib edilmiş texniki xidmət aktlarına əsasən onların orta qiymətini müəyyən edir və rəsmi internet saytında yerləşdirir. Qaz paylayıcısı və y a ixtisaslaşmış podratçılarla istehlakçılar arasında münasibətlər, eləcə də texniki xidmətin göstərilməsinə görə xidmət haqqının məbləği onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir....”
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi; 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçiri lir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.... 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır.... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzər də tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətin də tam ödənilməlidir....”
27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. müvafiq 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Mad də
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
29. Əvvəla, aşağı məhkəmə instansiyalarından f ərqli olaraq iddiaçı hazırkı kassasiya icraatında öz dəlillərini MM-in deliktlərə aid olan 1096.1, 1096.2, 1097.1, 1097.5, 1100 və 1108.1-ci maddələrinin pozulması ilə əlaqələndirmişdir.
30. Halbuki iddiaçı abonent kodundan silinməsini tələb etdiyi borc məbləğini həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında verdiyi izahatlarda mahiyyət etibarilə cavabdeh tərəfindən yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmayan yoxlama aparılarkən qanunsuz tərtib edilmiş akt əsasında hesablanması ilə əsaslandırmış, delikt normalarına isə ümumiyyətlə istinad etməmişdir.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə məlum olur ki, borc məhz sayğacdan keçən qaz sərfiyyatına görə hesablanmış borcdur.
32. QİQ-in 5.2 və 5.5-ci bəndlərinin (bax § 26) məzmunundan aydın olur k i, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
33. Beləliklə, məhkəmə kollegiyasının mövqeyinə görə, istehlakçı (hazırkı halda iddiaçı) və qaz paylayıcısı (hazırkı halda cavabdeh) arasında qazın istehlakı ilə bağlı münasibətlər tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Belə olan halda isə, apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsi üzrə alınmış qazın dəyəri əsasında hesablanmış borcun silinməsi ilə ə laqədar yaranmış mübahisənin həlli məqsədilə MM-in deliktlərə aid olan 1096.1, 1096.2, 1097.1, 1097.5, 1100 və 1108.1-ci maddələrini tətbiq etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
34. O da qeyd olunmalıdır ki, ümumiyyətlə, iddiaçı dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə qarşı hər hansı tələb irəli sürməmişdir.
35. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından aydın olur ki, iddiaçının istinad etdiyi qaz xəttinin 50-100 metrlik hissəsində aşkar olunmuş korroziya və bir ədəd dəlik qaz sayğacından sonra çəkilmiş qaz xəttində, yəni cavabdehin deyil, iddiaçının məsul olduğu balans hissəsində əmələ gəlmişdir.
36. Bununla əlaqədar məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üz rə nəticəsi və əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlillərinin hər biri üzrə ayrı-ayrılıqda hüquqi qiymətləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 27) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 27) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
37. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 10 oktyabr tarixli 2-2(103)-965/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu m addələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 10 oktyabr tarixli 2-2(103)-965/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.