Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-730/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Mə hdud Məsuliyyətli Cəmiyyətinə qarşı protokolun imzalanmış hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 noyabr tarixli 22(103)-972/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı cavabdeh tərəfindən ipoteka predmetləri olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanda yerləşən 1.0 ha torpaq sahəsi və onun üzərində yerl əşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair 2020-ci il 19 mart tarixli Y-49/4 saylı protokolun imzalanmış hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 sentyabr tarixli, e-2-2(113)3949/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim – Z.Pirverdiyev).
3. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2022-ci il 31 yanvar tarixli 2(006)-208/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sa həsi 1034.83 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair X2, "xxxx" MMC və X1 ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilmiş, ipoteka predmeti ipotekadan azad edilmiş və dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv edilmiş, həmçinin əmlakın üzərindəki məhdudiyyət götürülmüşdür. Qətnamə qanuni qüvvəyə minmişdir.
4. Eyni zamanda həmin qətnamənin məzmunundan müəyyən olunur ki, ipoteka predmeti alqı-satqısına dair müqavilə bankın möhürü ilə təsdiq edilməmiş, bankın adından müqaviləni imzalayan Ağabalayev.B.O adlı şəxsin həmin müqaviləni imzalamaq səlahiyyətinə malik olmasına dair sənəd cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə müəyyən olunmamış və həmin sənədin cavabdehlərdən tələb olunmasına baxmayaraq, məhkəməyə təqdim edilməmişdir.
5. İddia ərizəsinin məzmunund an göründüyü kimi hazırda iddiaçı məhkəməyə müraciət etməklə hərracın yekunları barədə tərtib edilmiş 2020-ci il 19 mart tarixli, Y-49/4 nömrəli protokolun imzalanmış hesab olunmasını xahiş etmişdir.
6. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, sözügedən məhkəmə mübahisəsi üzrə iddia tələbinin əsasını təşkil edən 2020-ci il 19 mart tarixli, Y-49/4 nömrəli protokolun etibarlılığı və ya qanuniliyi yuxarıda göstərilən məhkəmə aktı ilə yoxlanılmış, protokol etibarlı hesab edilməmiş və digər əsaslarla yanaşı məhz elə buna görə ipoteka müqaviləsinə xitam verilmiş, ipoteka predmeti ipotekadan azad edilmiş və dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv edilmiş, həmçinin əmlakın üzərindəki məhdudiyyət götürülmüşdür.
7. İddiaçı qərardaddan şikayət verərək, onun ləğv olunmasını və işə mahiy yəti üzrə baxılmasını xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 sentyabr tarixli, e-2-2(113)-3949/2023 saylı qərardadı qanunsuz və əsassız olduğuna görə, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədən qəbul edildiyindən ləğv edilməli, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Bakı Kommersiya Məhkəməsi kommersiya işi üzrə icraata xitam verməklə iddiaçının pozulmuş hüquqlarının məhkəmə vasitəsilə bərpa etməsinə mane olmuşdur. Bakı Kommersiya Məhkəməsi kommersiya işi üzrə icraata xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 261.0.2ci maddəsinə istinad etmişdir. Lakin, həmin qanunvericilik norması məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Hazırki kommersiya işi üzrə iddia tələbinin predmeti və əsası eyni olmadığından məhkəmə tərəfindən istinad edilmiş norma yanlışdır. Belə ki, iddia tələbinin predmeti hərrac protokolunun etibarlılığının və ya qanuniliyinin yoxlanılması deyil, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul olunmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 2022-ci il 14 dekabr tarixli, 04/2022 saylı qərardadında qeyd olunmuş hüquqi mövqeyə əsasən protokolun imzalanmış hesab edilməsi olmuşdur. Həmin qərara əsasən, ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “hərrac protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ( və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Lakin, Bakı Kommersiya Məhkəməsi tərəfindən həmin qərardadda qeyd olunmuş hüquqi mövqe nəzərə alınmayaraq əsassız formada iş üzrə icraata xitam vermişdir. Bankın hazırki iddia tələbinin predmeti hərrac protokolunun etibarlılığının və ya qanuniliyinin yoxlanılması deyil, həmin qərardadda qeyd olunmuş hüquqi mövqeyə əsasən protokolun imzalanmış hesab edilməsi olmuşdur. Belə ki, həmin qərarda da qeyd olunur ki, ipoteka saxlayan öz etirazlarını bildirdikdə məhkəmə bu Qərardadın 24-cü bəndində göstərilən qiymətləndirmə ilə kifayətlənməyərək, hərracın qanuniliyini etirazın dəlilləri baxımından yoxlamalı və hərracın qanunvericiliyə zidd şəkildə keçirildiyi öz təsdiqini tapdığı halda, ipotekaya xitamın verilməsi tələbinə dair iddian ı təmin etməməlidir. Məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. Hərrac təşkilatçısının hərrac protokolunu imzalamaqdan imtinasının hüquqi nəticələri və hərracın qalibi elan olunmuş tərəfin hüquqi müdafiə vasitələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 415.5 və 415.7-ci maddələrində nəzərdə tutulsa da, “İpoteka haqqında” Qanunda hərrac təşkilatçısının ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə dair protokol u imzalanmasından imtinasının və ya yayınmasının hüquqi nəticələri ilə bağlı xüsusi qayda müəyyən edilməmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalanmaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Qərarda qeyd olunmuşdur ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. İşin hallarından da görünür ki, qanunver ciliyin müddəaları pozularaq cavabdeh tərəfindən hərrac protokolu rəsmi olaraq ipoteka saxlayana təqdim edilməmişdir. Belə ki, əgər cavabdeh tərəfindən hərracın yekunlarına dair protokolun imzalanmasına dair bankın nümayəndəsinin etibarnaməsinin olmadığı müəyyən olunmuşdusa, bu barədə ipoteka saxlayana rəsmi qaydada müracət etməli və protokolun səlahiyyətli şəxs tərəfindən imzalanması üçün ipoteka saxlayana göndərməli idi. Lakin cavabdeh yalnız bankın etibarnaməsi olmayan nümayəndəsinin protokolu imzalanması ilə kifayətlənmiş və bununla bağlı hər hansı iradını və ya müraciətini ipoteka saxlayana etməmişdir. Bununla da hərrac təşkilatı tərəfindən ipoteka saxlayan kimi qanunvericiliklə müəyyən edilmiş hüquqları kobud şəkildə pozularaq ipoteka predmetinin əldə edilməsi məhdudlaşdırılmışdır. N əticə etibarı ilə hərrac təşkilatı hərrac protokolunun imzalanmasından və ipoteka saxlayan üçün hüquqi nəticə doğurmasından faktiki olaraq yayınmışdır. Bu səbəbdən də Bakı Kommersiya Məhkəməsi iddiaçının “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsinə qanunvericiliyin tələbinə müvafiq olaraq baxmalı idi.
9. Bakı Kommersiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim – Z.Pirverdiyev). b) Apellyasiya instansiya məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 7 noyabr tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)3949/2023 saylı, 2023-cü il 21 sentyabr tarix li qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakim – V.Baxışova, R.Qurbanov).
11. Məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 sentyabr tarixli, e-2-2(113)-3949/2023 saylı qərardadının mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir.
12. Məhkəmə bu qənaətini Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022ci il 14 iyun tarixli qərardadına, MPM-in 261.0.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
13. İddiaçı qərardaddan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməs inin 2023-cü il 7 noyabr tarixli qərardadının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. MM-in 6-cı maddəsinin tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi kommersiya işi üzrə icraata xitam verməklə iddiaçının pozulmuş hüquqlarının məhkəmə vasitəsilə bərpa etməsinə mane olmuşdur.
15. MPM-in 88, 385.1, 217, 261.0.2-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı kassasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 sentyabr tarixli, e-22(113)-3949/2023 saylı qərardadından verilmiş şikayətin məzmununa istinad edərək bildirmişdir ki, hazırki iddia tələbinin mahiyyəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-208/202 2 saylı mülki işdən tamamilə fərqlənir və kommersiya işinə mahiyyəti üzrə baxılıb qərar qəbul olunmalıdır. Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüq uqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İV. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...” V. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunduğundan qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən onların müəyyənləşdirilmiş səlahiyyətlər həddində müvafiq prosessual hərəkətlərinin aparılması, həmin prosessual hərəkətlərin törətdiyi prosessual nəticələr və bundan sonrakı prosessual imkanlarının mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli g ələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.
22. Həmçinin, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cav ab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır.
23. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.
24. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, yenidən qaldırılan iddianın yolverilməzliyi ilə bağlıdır. Belə ki, qeyd olunan hallarda yenidən verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar məhkəmənin icraatına qəbul edildiyi halda isə MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
25. İşin aşağı instansiya məhkəmələri tərəfin dən müəyyən edilmiş hallarından çıxış edərək apellyasiya məhkəməsi də qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı iddia tələbi ilə imzalanmış hesab olunması tələb edilən 2020-ci il 19 mart tarixli Y-49/4 nömrəli protokol etibarlı hesab edilməmiş və digər əsaslarla yanaşı məhz elə buna görə ipoteka müqaviləsinə xitam verilmiş, ipoteka predmeti ipotekadan azad edilmiş və dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv olunmuş, həmçinin əmlakın üzərindəki məhdudiyyət götürülmüşdür.
26. Beləliklə də iddia tələbi artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmiş 2020-ci il 19 mart tarixli Y-49/4 nömrəli Protokolu ilə bağlı olduğundan (imzalanmış hesab edilməsi) apellyasiya məhkəməsinin MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli olmasına dair qənaəti qanuni və əsaslıdır.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 7 noyabr tarixli 2-2(103)-972/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.