Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-736/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 iyul tarixli 22(103)-659/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. “İcraçı” qismində İddiaçı i lə “Sifarişçi” qismində Cavabdeh MMC arasında bağlanmış 2019-cu il 1 fevral tarixli, 019/005 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən sifarişçi təmir xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən Xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi ol an hesab-fakturada qeyd edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə 5 iş günü ərzində həyata keçirilir. 2. 2019-cu il 25 fevral tarixli, EAAQ seriyalı, 848527 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1070 (ƏDV daxil) manat təşkil edir.
3. İcraçı fərdi sahibkar İddiaçıQ tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 2019-cu il 12 fevral tarixli, 013 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 2019-cu il 12 fevral tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 1070 manat təşkil edir. 4. 2019-cu il 12 fevral tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 1070 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. 5. 2019-cu il 25 fevral tarixli, EAAQ seriyalı, 848853 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2400 (ƏDV daxil) manat təşkil edir.
6. İcraçı fərdi sahibkar İddiaçıQ tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 2019-cu il 12 fevral tarixli, 014 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 2019-cu il 12 fevral tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 2400 manat təşkil edir. 7. 2019-cu il 12 fevral tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 2 400 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. 8. 2019-cu il 25 fevral tarixli, EAAQ seriyalı, 849077 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1200 (ƏDV daxil) manat təşkil edir.
9. İcraçı fərdi sahibkar İddiaçıQ tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 2019-cu il 12 fevral tarixli, 015 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 2019-cu il 12 fevral tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 1200 manat təşkil edir. 10. 2019-cu il 12 fevral tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 1200 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdiri lmişdir. 11. 2019-cu il 28 mart tarixli, EAAS seriyalı, 241050 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1560 (ƏDV daxil) manat təşkil edir.
12. İcraçı fərdi sahibkar İddiaçıQ tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 2019-cu il 28 mart tarixli, 029 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 2019-cu il 28 mart tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 1560 manat təşkil edir. 13. 2019-cu il 28 mart tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 1560 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. 14. 2019-cu il 9 iyul tarixli, EAAW seriyalı, 953886 n ömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1470 (ƏDV daxil) manat təşkil edir.
15. İcraçı fərdi sahibkar İddiaçıQ tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 2019-cu il 8 iyul tarixli, 048 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 2019-cu il 8 iyul tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 1470 manat təşkil edir. 16. 2019-cu il 8 iyul tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 1470 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. 17. 2019-cu il 9 iyul tarixli, EAAW seriyalı, 953889 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabd eh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 870 (ƏDV daxil) manat təşkil edir.
18. İcraçı fərdi sahibkar İddiaçıQ tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 2019-cu il 8 iyul tarixli, 049 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 2019-cu il 8 iyul tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 870 manat təşkil edir. 19. 2019-cu il 8 iyul tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 870 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. 20. 2019-cu il 9 iyul tarixli, EAAW seriyalı, 953893 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xid mətlərin ümumi məbləği 1740 (ƏDV daxil) manat təşkil edir.
21. İcraçı fərdi sahibkar İddiaçıQ tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 2019-cu il 8 iyul tarixli, 050 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 2019-cu il 8 iyul tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 1740 manat təşkil edir. 22. 2019-cu il 8 iyul tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 1740 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. 23. 2019-cu il 26 iyul tarixli, EAAX seriyalı, 680825 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2170 (ƏDV daxil) manat təşkil edir.
24. İcraç ı fərdi sahibkar Vorobyeva.A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 2019-cu il 25 iyul tarixli, 061 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 2019-cu il 25 iyul tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 2170 manat təşkil edir. 25. 2019-cu il 25 iyul tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 2170 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. 26. 2019-cu il 20 avqust tarixli, EAAY seriyalı, 720839 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2250 (ƏDV daxil) manat təşkil edir.
27. İcraçı fərdi sahibkar İddiaçıQ tərəfindən tərtib edilərək sifar işçi Cavabdeh MMC-yə ünvanlanmış 2019-cu il 20 avqust tarixli, 070 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 2019-cu il 20 avqust tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 2250 manat təşkil edir. 28. 2019-cu il 20 avqust tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 2250 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. 29. 2019-cu il 31 oktyabr tarixli, EBAB seriyalı, 908206 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7115 (ƏDV daxil) manat təşkil edir.
30. İcraçı fərdi sahibkar İddiaçıQ tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 2019-cu il 31 oktyabr tarixli, 088 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 2019-cu il 31 oktyabr tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 7115 manat təşkil edir. 31. 2019-cu il 31 oktyabr tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 7115 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. 32. 2020-ci il 11 fevral tarixli, EBAG seriyalı, 235459 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9520 (ƏDV daxil) manat təşkil edir.
33. İcraçı fərdi sahibkar İddiaçıQ tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 2020-ci il 11 fevral tarixli, 008 nömrəli hesab-faktura adlı sənəddən görün ür ki, 2020-ci il 11 fevral tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 9520 manat təşkil edir. 34. 2020-ci il 11 fevral tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 9520 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. 35. 2020-ci il 25 iyun tarixli, EBAL seriyalı, 606263 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6720 (ƏDV daxil) manat təşkil edir.
36. İcraçı fərdi sahibkar İddiaçıQ tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 2020-ci il 25 iyun tarixli, 032 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 2020-ci il 25 iyun tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 6720 manat təşkil edir. 37. 2020-ci il 25 iyun tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 6720 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. 38. 2020-ci il 23 sentyabr tarixli, EBAQ seriyalı, 373701 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4025 (ƏDV daxil) manat təşkil edir.
39. İcraçı fərdi sahibkar İddiaçıQ tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 2020-ci il 23 sentyabr tarixli, 046 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 2020-ci il 23 sentyabr tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 4025 manat təşkil edir. 40. 2 020-ci il 23 sentyabr tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 4025 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. 41. 2020-ci il 16 noyabr tarixli, EBAS seriyalı, 624903 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5900 (ƏDV daxil) manat təşkil edir.
42. İcraçı fərdi sahibkar Vorobyeva.A.Q tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 2020-ci il 16 noyabr tarixli, 057 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 2020-ci il 16 noyabr tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 5900 manat təşkil edir. 43. 2020-ci il 16 noyabr tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 5900 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. 44. 2019-cu il 16 avqust tarixli, ******* nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı ******************** nömrəli hesabına 2500 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 2019-cu il 1 fevral tarixli, 019/005 nömrəli müqaviləyə əsasən təmir xidməti üzrə ödəniş qeyd olunmuşdur. 45. 2019-cu il 20 noyabr tarixli, ******* nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı ******************** nömrəli hesabına 2000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 2019-cu il 1 fevral tarixli, 019/005 nömrəli müqaviləyə əsasən təmir xidməti üzrə ödəniş qeyd olunmuşdur. 46. 2020-ci il 15 yanvar tarixli, ******* nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı ******************** nömrəli hesabına 5000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 2019-cu il 1 fevral tarixli, 019/005 nömrəli müqaviləyə əsasən təmir xidməti üzrə ödəniş qeyd olunmuşdur. 47. 2020-ci il 20 noyabr tarixli, ******* nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı ******************** nömrəli hesabına 10.000 (on min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 2019-cu il 1 fevral tarixli, 019/005 nömrəli müqaviləyə əsasən təmir xidməti üzrə ödəniş qeyd olunmuşdur.
48. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2021-ci il 19 avqust tarixli 016 nömrəli pretenziya məktubundan görünür ki, borc məbl əğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
49. İddiaçı(bundan sonra-“iddiaçı”) Cavabdehnə(bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, cavabdehin "xxxx" ASC-nin “Səbayıl” filialında olan AZ02BBTB******************** saylı hesablaşma hesabından 28.860 (iyirmi səkkiz min səkkiz yüz altmış) manat pulun tutularaq iddiaçının "xxxx" QSC-nin Xırdalan filialında olan AZ10NABZ******************** saylı hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
50. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İcraçı” olaraq iddiaçı ilə “Sifarişçi” olaraq cavabdeh arasında bağlanmış, 2019- cu il 1 fevral tarixli, 019/005 saylı “Təmir xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən iddiaçı tərəfindən “Sifarişçi” olaraq cavabdeh tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. İddiaçı tərəfindən göstərilmiş xidmətlərə dair işlərin qiyməti “Qiymətlərin razılaşma Protokolu”na əsasən tərəflər arasında razılaşdırılmış, görülmüş işlər haqqında Aktlarla icraçının nümayəndəsi tərəfindən təhvil verilmiş və sifarişçinin nümayəndəsi tərəfindən də qəbul edilmişdir.
51. Belə ki, tərəflər arasında tərtib edilmiş 2019-cu il tarixli 12 fevral, 2019-cu il 28 mart tarixli, 2019-cu il 8 iyul tarixli, 2019-cu il 25 iyul tarixli, 2019-cu il 20 avqust tarixli, 2019-cu il 31 oktyabr tarixli, 2020-ci il 11 fevral tarixli, 2020-ci il 28 iyun tarixli, 2020-ci il 23 senty abr tarixli və 2020-ci il 16 noyabr tarixli Aktlara, müvafiq olaraq 2019-cu il 12 fevral tarixli 013 saylı, 2019-cu il 12 fevral tarixli 014 saylı, 2019-cu il 12 fevral tarixli 015 saylı, 2019-cu il 28 mart tarixli 029 saylı, 2019-cu il 8 iyul tarixli 048 saylı, 2019-cu il 8 iyul tarixli 049 saylı, 2019-cu il 8 iyul tarixli 050 saylı, 2019-cu il 25 iyul tarixli 061 saylı, 2019-cu il 20 avqust tarixli 070 saylı, 2019-cu il 31 oktyabr tarixli 088 saylı, 2020-ci il 11 fevral tarixli 008 saylı, 2020-ci il 25 iyun tarixli 032 saylı, 2020-ci il 23 sentyabr tarixli 046 saylı, 2020-ci il 16 noyabr tarixli 057 saylı Hesab-fakturalara və 2019-cu il 25 fevral tarixli EAAQ seriyalı 848527 nömrəli, 2019-cu il 25 fevral tarixli EAAQ seriyalı 848853 nömrəli, 2019-cu il 25 fevral tarixli EAAQ seriyalı 849 077 nömrəli, 2019-cu il 28 mart tarixli EAAS seriyalı 241050 nömrəli, 2019-cu il 9 iyul tarixli EAAW seriyalı 953886 nömrəli, 2019-cu il 9 iyul tarixli EAAW seriyalı 953889 nömrəli, 2019-cu il 9 iyul tarixli EAAW seriyalı 953893 nömrəli, 2019-cu il 26 iyul tarixli EAAX seriyalı 680825 nömrəli, 2019-cu il 20 avqust tarixli EAAY seriyalı 720839 nömrəli, 2019-cu il 31 oktyabr tarixli EBAB seriyalı 908206 nömrəli, 2020ci il 11 fevral tarixli EBAG seriyalı 235459 nömrəli, 2020-ci il 23 sentyabr tarixli EBAQ seriyalı 373701 nömrəli, və 2020-ci il 16 noyabr tarixli EBAS seriyalı 624903 nömrəli Elektron qaimələrə əsasən cəmi – 48.010 (qırx səkkiz min on) manat məbləğində iş görülmüş və təhvil verilmişdir.
52. Lakin bu günə qədər dəfələrlə edilən müraciətlərə baxmayaraq, yaranmış borcun 28.510 (i yirmi səkkiz min beş yüz on) manat məbləği iş üzrə cavabdeh tərəfindən heç bir əsas göstərilmədən hələ də ödənilməmişdir. Sonuncu dəfə cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq 2021-ci il 19 avqust tarixdə pretenziya qaydasında 016 saylı məktub göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi göndərilmiş və nəhayət Mediasiya Şurasına da müraciət olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, cavabdeh borcunu ödəməmiş, nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş və borcunu ödəməkdən yayınmışdır. Qeyd edilənlərə əsasən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən iddiaçı tərəfindən vəkillə müqavilə bağlanılaraq 150 manat ödənilmiş, eyni zamanda mediasiya sessiyasında iştirak etmədiyi üçün mediatora ödənilməli olan 200 manat tərəfindən ödənilmişdir. Belə hesab edirlər ki, cavabdehin hesabından 28.510 manat əsas borc + vəkilə qonarar olaraq ödənilmiş 150 manat + mediatora ödənilmiş 200 manat (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən) olmaqla, cəmi 28.860 manat məbləğində pul tutularaq iddiaçının hesabına ödənilməlidir.
53. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra - “Mülki Prosessual Məcəllə”) 26.1, 26.2-ci, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddələrinə istinad edilmişdir.
54. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehdən 28.510 manat məbləğində əsas borc, 150 mana t hüquqi yardım və 200 manat mediasiya xərcləri olmaqla, cəmi 28.860 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
55. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 aprel tarixli, 2-2(113)-1083/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir( hakim-Z.Axundova).
56. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır və iddia tələbini cavabdehdən 28.510 manat məbləğində əsas borcun tutulması təşkil edir.
57. Mə hkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 28.510 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddia ərizəsində göstərildiyi kimi iddiaçı tərəfindən 48.010 manat məbləğində xidmət göstərildiyi, həmin məbləğdən 19.500 manat hissənin ödənildiyi, qalan 28.510 manat məbləğin isə ödənilməmiş qalması öz təsdiqinin tapmışdır.
58. İddiaçı hüquqi yardıma ödənilmiş 150 manat məbləğin və 200 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir və məhkəmə hesab etmişdir ki, göstərilmiş hüquq i yardıma görə cavabdehdən 150 manat və mediasiyaya ödənilmiş 200 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
59. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra - “Mülki Məcəllə”) 385.1, 386.1, 442, 448.1, Mülki prosessual məcəllənin 107, 115.0.6, 121.1-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
60. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
61. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 iyul tarixli 22(103)-659/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci i nstansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
62. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bildirmişdir ki, apellyasiya şikayətində cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktların üzərində cavabdehin möhürünün olmadığını göstərərək həmin sübutların məhkəmə tərəfindən nəzərə alınmamasını xahiş etmişdir.
63. İşə apellyasiya qaydasında baxılarkən iş materiallarına əlavə edilmiş aktların əsillərinə baxış keçirilmiş və müəyyən olunmuşur ki, xidmətlərin göstərilməsi ilə bağlı tərtib edilmiş bütün aktlar cavabdehin möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə aktlar əsasında cavabdehə göndərilmiş elektron qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz v ə pretenziya bildirilməməsi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh həmin qaimələrdə qeyd edilmiş xidmətlərin göstərildiyini qəbul etmişdir.
64. Xidmətlərin göstərilməsi barədə sifarişçi və icraçı arasında tərtib edilmiş aktlar cavabdehin möhürü ilə təsdiq edildiyindən və hüquqi şəxsin möhürü qanuni təmsilçi və ya onun səlahiyyət verdiyi şəxslərdə olduğundan həmin aktları imzalamış şəxslərin kimliyinin və səlahiyyətinin araşdırılması məhkəmə tərəfindən zəruri hesab edilmir.
65. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsinin məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada xəbərdar edildiyi halda iclaslara gəlməməsi və cavabdeh tərəfindən iddianın əsassız olduğuna dair hər hansı sübut təqdim edilməməsi məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, cavabdehin iddiaya et irazı və apellyasiya şikayətində qeyd edilənlər hər hansı əsası olmayan və faktlarla təsdiq edilməyən formal mülahizələrdən ibarətdir.
66. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Vergi Məcəlləsinin(bundan sonra“Vergi məcəlləsi”) 71-1-ci, Mülki Prosessual məcəllənin 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2, 3.3-cü bəndinə istinad etməklə əsaslandırmışdır.
67. Qətnamə 2022-ci il 3 avqust tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
68. Cavabdeh 2022-ci il 14 sentyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.9-cu maddəsinin tələbi pozulmuşdur. Cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, hər iki instansiya məhkəməsində işə cavabdehin iştirakı olmadan baxılmaqla cavabdehin məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, məhkəmə MPM-nin 6-cımaddəsinin tələblərini pozmuşdur. Cavabdehin faktiki ünvanı apellyasiya şikayətində qeyd olunmuşdur. Lakin məhkəmə bildirişi cavabdehin ünvanına gəlməmişdir.
70. Avropa İnsan Hüquqları Məhkəməsinin (Delcourt Belçikaya qarşı iş üzrə 1970-ci il 17 yanvar tarixli, və X1rşı iş üzrə 1984-cü il 26 oktyabr tarixli qərarları və Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2004cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2007-ci il 31 may tarixli qərarı üzrə:Məhkəmə ədalətin bərqərar edilməsi üçün cavabdehin işdə iştirakına şərait yaratmalı, onun iştirakı ilə işə ədalətli, hərtərəfli, tam obyektiv baxmağa borclu olduğu halda, işə cavabdehin iştirakı olmadan baxaraq əsassız qətnamə çıxarmışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə birtərəfli baxmış, işin bütün hallarını araşdırmamışdır.
71. Həm birinci instansiya, həm də apellyasiya məhkəməsi tərəflər arasında bağlanılmış 2019-cu il 1 fevral tarixlli, 019/005 saylı müqavilənin 1.1. və 1.2-ci bəndlərinin tələblərini nəzərə almadan, qarşı tərəfin sübut kimi təqdim etdiyi sənədlərdəki (elektron qaimə, hesab faktura, təhvil-təslim aktları) uyğunsuzluqlara məhəl qoymadan, təhvil-təslim aktlarını cavabdeh tərəfindən imzalayan şəxslərin kimliyini, səlahiyyətli olub-olmamasını müəyyən etmədən, akların nə vaxt və kim tərəfindən imzalanmasını aydınlaşdırmadan, hətta bəzi (2019-cu il 23 sentyabr tarixli və 2020-ci il 16 noyabr tarixli) aktlarda cavabdehin möhrünün olmamasına baxmayaraq əsassız qətnamə çıxarmışdır.
72. Hər iki məhkəmə iddiaçının təqdim etdiyi (1070 manat, 2400 manat və 1200 manat məbləğində xidmətlərin göstərildiyi barədə) 2022-ci il 12 fevral tarixli aktların eyni gündə tərtib olunması faktına, 2022-ci il 12 fevral tarixdə tətib olunmuş aktların cavabdeh tərəfi ndən 10 mart tarixində imzalanması faktına, təhvil-təslim aktlarının 2019-cu il 10 mart tarixdə imzalandığı halda hesab fakturaların aktların imzalanmasından əvvəl, 2019-cu il 25 fevral tarixdə göndərilməsi faktlarına ümumiyyətlə qiymət verməmiş, cavabdeh tərəfindən aktı imzalayan şəxsin (S.Hüseynov) səlahiyyətli şəxsi olub-olmamasını müəyyən etmədən, belə uyğunsuz sənədləri sübut kimi qiymətləndirmiş və əsassız qətnamələr çıxarmışlar.
73. Eləcə də eyni tarixdə, 2019-cu il 8 iyul tarixində 3 təhvil-təslim aktının (1470 manat, 870 manat və 1740 manat məbləğində xidmətlərin göstərildiyi barədə) tərtib edildiyinə əhəmiyyət vermədən, 2019-cu il 9 iyul tarixinə 3 elektron qaimənin verilməsi faktlarını aydınlaşdırmadan, aktlarda cavabdehin nümayəndəsinin adının qeyd olunmadığı halda həmin sənədl əri də sübut kimi qiymətləndirərək əsassız qətnamə çıxarmışdır.
74. Həmçinin digər təhvil-təslim aktları da cavabdeh tərəfindən aktları imzalayan kimliyi və sahiyyətli olub-olmaması aydınlaşdırılmadan məhkəmə tərəfindən sübut kimi qəbul edilib. Halbuki, aktlarda həmin şəxsin adı, soyadı, vəzifəsi qeyd olunmadığı üçün şəxsiyyəti məlum deyil.Eləcə də, məhkəmənin tərtib edilmiş aktlarda cavabdehin möhürünün olmasını əsas götürərək həmin aktları imzalamış şəxslərin kimliyinin və səlahiyyətlərinin araşdırılmasına zərurət olmadığı qənaətinə gəlməsi də qanunsuz və əsassız hesab edilməlidir. Beləliklə məhkəmə işə birtərəfli, tərəflərin çəkişmə prinsipinə riayət etmədən, işi tam, ətraflı, obyektiv araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən tez-tələsik əsassız qətnamə çıxarmışdır.
75. Mül ki Prosessual Məcəllənin 9-cu maddəsinin tələbi pozulmuşdur. Cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmış, MPM-in ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsipi pozulmuş, qanunsuz və əsassız qətnamə çıxarılmışdır.
76. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdehim məhkəmədə iştirakı təmin edilməmiş, sübutun birbaşa və əsas elementlərindən olan cavabdehin izahatları alınmamış, iddiaçı ilə çəkişmə zamanı üzə çıxarılmalı olan faktlar müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
77. İddiaçı Kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir.
78. Cavabdehə iş üzrə iddiaçı tərəfindən pretenziya qaydasında müraciət olunmuş daha sonra mediassiya təklif göndərilmiş, mediator tərəfində n mediasiya sessiyasına dəvət edilmiş, nəhayət iddia ərizəsi ve iddia ərizəsinə əlavə edilmiş sənədlər paketi cavabdehə təqdim edilmiş, lakin cavabdeh tərəf iddia tələbinə öz münasibətini bildirməmişdir.
79. Kommersiya Məhkəməsinin 2022-ci il 27 iyul tarixli iclasında cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Məhkəməyə və cavabdehə baxılması üçün bütün sənədlərin əsli göstərilib. Lakin cavabdeh iddia edir ki, onlar iclasda olmayıblar və əsli ilə tanış deyillər.
80. Qeyd edilənlərə əsasən, təmir edilmiş və təhvil olunmuş hissə və mexanizmler xidmətə verilərkən Podratçıya təhvil-təslim tarixi ilə aktlar təqdim edilmiş ve elektron qaimə-fakturalar verilmişdir. Bu hissələr şirkətə qəbul edildikdən sonra möhürlə təsdiq edilmiş və qəbul tarixləri vurulmuşdur.Həmin müqavi lə və aktlar əsasən cavabdeh tərəfindən 19.500 manat məbləğində hissə-hissə ödənişlər həyata keçirilmişdir ki, bu da həm müqavilənin, həm də aktların və görülən işlərin onun tərəfindən tanındığını sübut edir. Ödəniş icraatlarının sürətləri də məhkəməyə təqdim edilib.
81. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Səyyar Vergi Yoxlamasının keçirilməsi haqqında **********149171 saylı 2021-ci il 23 avqust tarixli qərarına əsasən cavabdeh MMC-də qeyd edilen kreditor borclarının təsdiq edilməsi məqsədi ilə Məmmədov Heydər və cavabdeh MMC arasında qarşılıqlı yoxlama keçirilmişdir. Məmmədov Heydər 2021-ci il 6 oktyabr tarixində **********656400 saylı məktubla aparılan yoxlama üçün sənədlər paketini göndərmişdir(sürəti əlavə edilir). Vergi orqanları kreditor borcunu təsdiq etmişlər. İİ. KASSASİYA Şİ KAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
82. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
83. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
84. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin mü əyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
85. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ü çün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”
86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
87. Azərbaycan Respublikası Vergi Məcəlləsi nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur. “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlər in göstərildiyi tarixdən 5 gün müddətində;...” 88. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
36. Mediasiya xərcləri... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün me diasiya xərclərini ona ödəməlidir....”
89. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir....” “2. Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.2. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növlərdə elektron qaimə-faktura tərtib edilir:... 2.2.10. aksizli m alların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə (10 nömrəli əlavə);...” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
90. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda § §69-72) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və pro sessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
91. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmış, iddiaçı tərəfindən 48.010 manat dəyərində xidmət göstərilmiş, həmin məbləğdən 19.500 manat hissə ödənilmiş, qalan 28.510 manat məbləğ isə ödənilməmiş qalmışdır.
92. Apellyasiya məhkəməsi düzgün olaraq o nəticəyə gəlmişdir ki, xidmətlərin göstərilməsi ilə bağ lı tərtib edilmiş bütün aktlar cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş, bundan əlavə aktlar əsasında cavabdehə göndərilmiş elektron qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz və pretenziya bildirilməmiş, beləliklə, cavabdeh həmin qaimələrdə qeyd edilmiş xidmətlərin göstərildiyini qəbul etmişdir.
93. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, əsasən işin faktiki halları ilə əlaqədar olan bu dəlillər əsassızdır.
94. Belə ki, tərəflər arasında xidmət müqaviləsinin bağlanması və müqaviləyə əsasən iddiaçının cavabdehə məxsus avtomobillərə təmir xidmətləri göstərməsi işin mübahisəsiz halıdır, məhkəmələr tərəfindən müvafiq sübutlarla müəyyən edilmiş hallar isə cavabdeh tərəfindən həmin xidmətlərin dəyərinin tam ödəni lməməsidir.
95. İş materiallarına əsasən həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsində tərəflərə məhkəmə bildirişləri göndərilmiş, eyni zamanda bildirişlər onların və nümayəndələrinin elektron kabinetlərinə yerləşdirilmiş, cavabdehin vəkili birinci instansiya məhkəməsinin 2022-ci il 19 aprel tarixli iclasında iştirak etsə də, apelyasiya məhkəməsində keçirilən iclaslarda hər hansı üzrlü səbəblər olmadan iştirak etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin, MPM-in ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinin pozulduğu, qanunsuz və əsassız qətnamə çıxarıldığı barədə dəlillərinə də tənqidi yanaşır.
96. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
97. Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 iyul tarixli 22(103)-659/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.