Məhkəmə qərarları › İş №2-2(102)-737/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-737/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-737/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, 18.10.2022 hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 2-2(103)-722/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2021-ci il 2 dekabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2021-ci il 20 may tarixli 01 saylı icarə müqaviləsinə 2021-ci il 9 avqust tarixdən xitam verilməklə, cavabdehdən ödənilmiş iki aylıq icarə haqqı olaraq 25.866 manatın (ƏDV xaric), müqavilə şərtlərinə uyğun olaraq 50.408,40 manat çəkilmiş xərclərin, mediasiya prosesinə görə çəkilmiş xərcin 50%-i, yəni 200 manatın, eyni zamanda ödənilmiş 120 manat dövlət rüsumunun, ümumilikdə 76.594,40 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul ediməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 may tarixli e-2-2(113)-483 /2022 saylı qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).

3. İddiaçı 2022-ci il 16 iyun tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 2-2(103)-722/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdehdən 9.484,2 manat və ödənilmiş dövlət rüsumlarına görə 80,6 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

5. Həmin qətnamə 2022-ci il 5 avqust tarixdə proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.

6. Cavabdeh 2022-ci il 26 sentyabr tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin - iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələ rinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər....” “Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti maddələrinin tələblərinə cavab imzalamağa hüququ olmayan və bu Məcəllənin 402-ci və 407.1-ci vermirsə, imzalanmamışsa, yaxud onu ya göstərilməyən tərəfindən vəzifəsi şəxs imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

8. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

9. Hazırkı iş üzrə iddia ərizəsində cavabdehdən ümumilikd ə 76.594,40 manat vəsaitin tutulması xahiş edilsə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək, 9.484,2 manat məbləğində pulun tutulması qət edilmişdir.

10. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etmişdir.

11. Bu da o anlama gəlir ki, cavabdehin kassasiya icraatında mübahisələndirdiyi məbləğ (9.484,2 manat) on min manatdan azdır və həmin məbləğ də MPM-in 402.1 və 403.1-ci maddələrinin (bax yuxarıda § 7) tələbi baxımından kassasiya şikayətinin verilməsi hüququnun yaranması üçün qanunla müəyyən edilmiş həddən (10.000 manat) aşağıdır.

12. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin hazırkı şikayətlə Azərbaycan Respublikasını n Ali Məhkəməsinə müraciət etmək hüququ yoxdur.

13. Apellyasiya instansiya məhkəməsi isə sözügedən şikayəti MPM-in 408.1 və 408.1.1-ci maddələrinə (bax yuxarıda § 7) uyğun olaraq, geri qaytarmaq əvəzinə, baxılmaq üçün iş materialları ilə birlikdə Ali Məhkəməyə göndərmişdir.

14. Belə olan halda, cavabdehin kassasiya şikayəti MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə (bax yuxarıda § 7) uyğun olaraq qeyri-mümkün hesab edilməlidir.

15. Şərh olunanları nəzərə alaraq və MPM-in 402.1 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 2-2(103)-722/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar