Məhkəmə qərarları › İş №2-2(102)-738/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-738/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-738/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlük əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Qəribov Bəhman Fərhad oğlu (məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC qarşı kredit müqavilələri üzrə borcun tutulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 16 sentyabr tarixli, 2-2(107)-58/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən ver ilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxıldı. İş üzrə məhkəmə icraatı

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir.

2. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 20 noyabr tаrixli e-2-2(117)-1456/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir (hakim M.Hüseynov).

3. Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2025-ci il 6 may tarixli, 2-2(107)-58/2025 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149,3 kv.m ümumi, 83,4 kv.m yaşayış, 65,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) hissəsində dəyişdirilərək həmin məbləğ 115.000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – E.Hüseynov, hakimlər – Ə.Kərimov, Z.Sadiqov).

5. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndə rilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 1 avqust tarixli 2-2(102)-555/2025 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – B.Məmmədli, A.Abbasov)

7. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 avqust tarixli 2-2(107)-58/2025 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən hakim – Ə.Kərimov, hakimlər Z.Tahirov, Z.Sadiqov).

8. Cavabdeh1 kass asiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 sentyabr tarixli 2-2(107)-58/2025 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən hakim – E.Hüseynov, hakimlər – Ə.Kərimov, Z.Sadiqov).

10. Məhkəmə bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 avqust tarixli, 2-2(107)-58/2025 saylı qərardadı ilə qərardadın rəsmi qaydada təqdim edilməsindən sonra 10 günlük müddət ərzində kassasiya şikayətinin qaytarılmasına səbəb olan digər nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Müəyyən edilmişdir ki, Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 22 avqust tarixli, 22(107)-58/2025 saylı qərardadı Cavabdeh1 və onun vəkili Vəkil Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron Kabinetlərinə 2025-ci il 22 avqust tarixdə, saat 10:37-də yerləşdirilmişdir. Bununla da “kassasiya şikayətinin geri qaytarılması barədə” qərardad 2025-ci il 22 avqust tarixdə Cavabdeh1 və onun vəkilinə rəsmi qaydada verilmişdir.

11. Kаssаsiyа şikаyətinin verilə biləcəyi sоn tаrix 2025-ci il 1 sentyabr tarixi olmuş, lаkin kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddət 4 gün ötürüldükdən sоnrа, yəni 2025-ci il 5 sentyabr tarixində verilmişdir. Bununla da, kassasiya şik ayəti MPM-in 405.0.1ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla verilmişdir.

12. Məhkəmə kollegiyası iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.

13. Bundan başqa, cavabdeh və vəkili Vəkil prosessual müddətin bərpası haqqında ərizədə qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etsə də, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir. Müddətin bərpası bar ədə dəllillər formal mülahizələrdən ibarət olmuşdur.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 130.1, 133.1, 400, 405.0.1, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

15. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsinə dair qərardadın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. MPM-in 400, 402-ci maddələri üzrə - Məhkəmə əsassız olaraq hesab etmişdir ki, yenidən müraciət etmək üçün 10 günlük müddət ötürülmüşdür. Mülki qanunvericilikdə qeyri mümkün hesab edilən kassasiya şikayətin in göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra 10 gün müddətində şikayətin mümkünlüyü nəzərdə tutulmamışdır. 10 gün müddət qəbul edilən qərardaddan şikayət verilməsi üçün müəyyən edilən müddətdir. Bundan başqa kassasiya şikayətinin geri qaytarılması və nöqsanlar aradan qalxdıqdan sonra yenidən müraciət edilməsi istər istəməz 2 aylıq şikayət müddətinin ötürülməsi ilə nəticələnir. Belə olan halda həmin hal üzrlü hesab edilməli olduğu halda məhkəmənin bu mövqeyi anlaşılan deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyy ən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur....” müvafiq “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə

400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.” “Maddə

405. Kassa siya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” Ali Məhkəmənin mövqeyi

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

20. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq apellyasiya məhkəməsinin 2025-ci il 22 avqust tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, həmçinin bu qərarın rəsmi qaydada təqdim edilməsindən sonra 10 günlük müddət ərzində kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həmin qərardad Cavabdeh1 və vəkilinin elektron kabinetinə 2025-ci il 22 avqust tarixdə, saat 10:37-də yerləşdirilsə də, qətnamədən yeni kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddət 4 gün ö türüldükdən sоnrа, yəni 2025-ci il 5 sentyabr tarixdə verilmiş, həmçinin prosessual müddətin bərpası haqqında ərizədə müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsi üçün hər hansı bir sübut təqdim edilməmişdir.

22. Cavabdeh1 hazırkı kassasiya şikayətində göstərmişdir ki, Mülki qanunvericilikdə qeyri-mümkün hesab edilən kassasiya şikayətinin göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra 10 gün müddətində şikayətin mümkünlüyü nəzərdə tutulmamışdır. Bundan başqa kassasiya şikayətinin geri qaytarılması və nöqsanlar aradan qalxdıqdan sonra yenidən müraciət edilməsi istər istəməz 2 aylıq şikayət müddətinin ötürülməsi ilə nəticələnir. Belə olan halda həmin hal üzrlü hesab edilməlidir. 23. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsin in şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il tarixli 27 fevral qərarında qeyd edilmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir.

24. Kollegiya kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edilməsi zamanı qanunvericilikdə nəzərd ə tutulmuş 2 aylıq müddətin ötürülməsi nəzərə alınaraq yenidən kassasiya şikayəti verilməsi üçün müvafiq qərardadda hakim tərəfindən ağlabatan müddət müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur.

25. Hazırki iş üzrə isə apellyasiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks olunmuş mövqeyə uyğun olaraq kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək üçün 10 günlük ağlabatan müddət müəyyən etmişdir.

26. Cavabdeh1 isə kassasiya şikayətini nəzərdə tutulmuş müddət ötürüldükdən sonra vermişdir, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi üçün hər hansı bir sübut təqdim etməmişdir.

27. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edilməsi zamanı istər-istəməz 2 aylıq müddətin ötürülməsinin üz rlü səbəb kimi qəbul olunması barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək Kollegiya bildirir ki, bu hal hüquqdan sui-istifadəyə yol açmamalıdır, bu hala əsaslanaraq istənilən zaman müddətin bərpası barədə ərizə ilə müraciət edərək kassasiya şikayətinin verilməsi imkanı hüquqdan sui-istifadə ilə nəticələndiyi üçün məhkəmə tərəfindən kassasiya şikayətinin geri qaytarılması barədə qərardadda yenidən kassasiya şikayəti verilməsi ilə bağlı ağlabatan müddət müəyyən edilmişdir. Barəsində çıxarılmış məhkəmə aktının yoxlanılmasında maraqlı tərəf olan Cavabdeh1 bu müddət ərzində kassasiya şikayəti vermək imkanı olduğu halda, bu hüququndan istifadə etməmişdir.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnə n prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir, kassasiya şikayətinin geri qaytarılması barədə nəticə qanuni və əsaslı, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 16 sentyabr tarixli, 2-2(107)-58/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar