Məhkəmə qərarları › İş №2-2(102)-744/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-744/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-744/2024 16.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - kassasiya şikayəti hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiya sının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-137/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC”, “Cavabdeh3” və “Cavabdeh1”) qarşı iddia ərizəsi, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DC00307419-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76.322,27 manat əsas borc, 16.531,74 manat faiz borcu, 5.592,62 manat cərimə borcu olmaqla, cəmi 98.446,63 manat; DC00307419-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 94.688,73 manat əsas borc, 18.062 manat faiz borcu, 5.202,23 manat cərimə borcu olmaqla, cəmi 117.952,96 manat məbləğində pulun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 107 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiyа Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli e-2-2(113)3851/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada DC00307419-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 76.322,27 manat əsas borc, 15.018 manat faiz borcu, 3.500 manat dəbbə pulu olmaqla, cəmi 94.840,27 manat; DC00307419-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 94.688,73 manat əsas borc, 16.184 manat faiz borcu, 4.000 manat dəbbə pulu o lmaqla, cəmi 114.872,73 manat, ümumilikdə 209.713 manat pul, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 90 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – L.Əliyeva).

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən – faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə tam təmin olunmasını xahiş etmişdir.

4. Cavabdehlər MMC və Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-137/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin olunmuş, cavabdehl ərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilərək, 2021-ci il 19 oktyabr tarixli DC00307419-02 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə faiz borcunun 16.172,16 manat və 2022-ci il 7 fevral tarixli DC00307419-03 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə 17.545,24 manat məbləğində müəyyən olunması qət edilmiş, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).

6. Cavabdehlər MMC və Cavabdeh1 birlikdə kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunmaması və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Tətbiq edilən hüquq

7. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir....” "Maddə

69. Nümayəndə vasitəsi ilə işin aparılması... 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir....” “Maddə

73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir....” və “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.” "Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfind ən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur....” "Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

9. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət MMC və Cavabdeh1, yəni iki şəxs tərəfindən birlikdə verilmiş olsa da, yalnız Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmış, digər şikayətçi MMC və onun vəkili tərəfindən isə imzalanmamışdır.

10. Qanun kassasiya şikayəti verilərkən onu verən şəxs və vəkili tərəfindən imzalanmalı olması tələbini imperativ qaydada müəyyən etsə də, hazırkı şikayət MMC və onun vəkili tərəfindən imzalanmamış, bununla da kassasiya şikayəti MPM-in 407.3-cü maddəsinin (bax § 7) tələbləri pozulmaqla verilmişdir.

11. Həmçinin qanunvericiliyin tələbinə görə, kassasiya şikayə tinə vəkilin orderi əlavə olunmalıdır (MPM-in 407.4-cü maddəsi, bax § 7). İş materiallarından isə görünür ki, kassasiya şikayətinə qoşma kimi yalnız bir order əlavə edilmiş, həmin orderdən də onun Cavabdeh1 hüquqlarının müdafiəsi üçün Vəkil verildiyi görünür. MMC barəsində isə hazırda qüvvədə olan belə order iş materiallarında mövcud deyildir.

12. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən vəkil, yəni Vəkil əvvəllər iş üzrə MMC-nin nümayəndəsi olsa da, MMC tərəfindən 2022-ci il 9 mart tarixində Vəkil verilmiş işdə olan etibarnamənin müddəti 2024-cü il 9 mart tarixində bitmiş, kassasiya şikayəti verilərkən qüvvədə olmamışdır (3-cü cild, iş v. 218).

13. Beləliklə, MMC-nin vəkili olmadan kassator qismində çıxış etməsi şikayətin MPMin 407.4-cü maddəsinin (bax § 7) d ə tələblərinin pozulmaqla verildiyini göstərir.

14. Bundan başqa, yuxarıda qeyd edilən etibarnamədən müəyyən olunanlara görə, hazırda şikayəti imzalayan Cavabdeh1 əvvəllər MMC-nin direktoru olmuşdur. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan məlum olur ki, kassasiya şikayəti verilərkən MMC-nin direktoru “Cavabdeh1” deyil, “X1” olmuşdur. Göründüyü kimi, kassasiya şikayətinin MMC və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması heç bir halda müəyyən edilmir.

15. Beləliklə, kassasiya şikayəti MMC və Cavabdeh1 tərəfindən birlikdə verilmiş olsa da, şikayət MMC və onun vəkili tərəfindən imzalanmadığından, qeyd olunan kassasiya şikayətinin icraata qəbul edilməsindən imti na olunmalıdır.

16. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 408.1.1 və 408.1.3-cü maddələrinə tələblərinə uyğun olaraq (bax § 7), kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

17. Şərh olunanları nəzərə alaraq və MPM-in 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)137/2024 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar