Məhkəmə qərarları › İş №2-2(102)-744/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-744/2025

14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-744/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilkin və qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın dəyərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin, Cavabdeh MMCnin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(103)708/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh MMC (“alıcı”) ilə İddiaçı MMC (“satıcı”) arasında imzalanmış 2022-ci il 23 may tarixli 13/22 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı müqaviləyə əlavə edilən və onun tərkib hissəsi sayılan X1 (01 saylı Əlavə) qeyd edilən malları alıcının mülkiyyətinə verməyi, srnuncu isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən bu Müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi Elektron Qaimə-Faktura əsasında aparılır. Alıcı müqavilə məbləğinin bu müqavilənin qüvvəyə mindiyi gündən sonrakı 30 (otuz) bank günü ərzində Satıcının təqdim etdiyi elektron qaimə-faktura əsasında hesabına köçürür. Tərəflərin razılaşması miqdarında əvvəlcədən avans olaraq ödəniş edilə bilər. Müqavilənin 4-cü bəndinə əsasən mallar müvafiq qaimə-faktura və Təhvil-Təslim Aktı (02 saylı Əlavə) ilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzaladıqdan sonra satıcı tərəfindən alıcıya təhvil verilmiş hesab olunur.

2. İddiaçı MMC-nin nümayəndəsi Qubadov Miri və Cavabdeh MMC-nin nümayəndəsi Mehdizadə Pərvanə arasında imzalanmış 0004 nömrəli, 2023-cü il 1 mart tarixli üzləşmə aktından görünür ki, tərəflər arasında 2023-cü il 1 mart daxil olmaqla aparılmış əməliyyatların qarşılıqlı üzləşməsi aparıldı və aşağıdakı əməliyyatlar müəyyən olundu: Əvvələ Avans (xx.xx.2022-ci il)-40414 manat; Cari tarixə qalıq borc-20428 (Cavabdeh MMC -nin İddiaçı MMC qarşısında öhdəliyi); Qeyd-1. x x.xx.2023 tarixinə olan geri qaytarma nəzərə alınmadan-5 708 AZN; Qeyd-2. Cari tarixədək ümumi geriqaytarma məbləği 9849azn təşkil etmişdir. Təmirdən geri qaytarılan məhsulların dəyəri 4 141 AZNdir; Qeyd-3. AKT001 zamanı "xxxx" MMC anbarında olan məhsulların dəyəri 1.955 manat; Qeyd-4. İddiaçı MMC-dən icarəyə götürülən **-JA-*** nömrəli yük avtomobilinin icarə haqqı və Yasamal FSM mağazanın üzləşməsi qalıq borca daxildir; Qeyd-5. Gold TV stend (yararsız halda)-200 manat - * anbarda; Point masa-180 manat -**anbarda; Larisa masa140 manat - **anbarda; Qeyd-5.1. Yuxarıda qeyd olunmuş məhsulların dəyəri hesablaşma zamanı nəzərə alınmışdır; Qalıq borc 20 428 (“ MMC” - * qarşısında öhdəliyi).

3. Ödəniş tapşırıqlarından, ƏDV sub-uçot hesablardan köçürmənin aparılması haqqında bildirişlərdən və bu barədə cədvəldən görünür ki, 2022-ci il 31 may tarixindən 2022-ci il 6 dekabr tarixinə kimi müxtəlif vaxtlarda fərqli məbləğlərdə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına cəmi 801.785,86 manat əsas, 130.480,28 manat ƏDV məbləği, ümumilikdə 932.266,14 manat məbləğində pul ödənilmiş, 2023-cü il 4 fevral tarixində isə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 13/22 nömrəli, 2022-ci il 23 may tarixli müqaviləyə əsasən avans ödənişi olaraq 41.000 manat ƏDV məbləği ödənilmişdir. 4. 2022-ci il 26 may tarixli, EBBX seriyalı, 118213 nömrəli elektron qaimə üzrə ******* manat əsas, 41422,68 manat ƏDV, cəmi 271548,68 manat, 2022-ci il 27 may tarixli, EBBX seriyalı, 183012 nömrəli elektron qaimə üzrə 77104,36 manat əsas, 13878,78 manat ƏDV, cəmi 90983,14 manat, 2022-ci il 16 iyun tarixli, EBBY ser iyalı, 342071 nömrəli elektron qaimə üzrə 169446 manat əsas, 30500,28 manat ƏDV, cəmi 199946,28 manat, 2022-ci il 23 iyul tarixli, EBCA seriyalı, 556541 nömrəli elektron qaimə üzrə 52400 manat əsas, 9432 manat ƏDV, cəmi 61832 manat, 2022-ci il 4 avqust tarixli, EBCB seriyalı, 330562 nömrəli elektron qaimə üzrə 28540,5 manat əsas, 5137,29 manat ƏDV, cəmi 33677,79 manat, 2022-ci il 15 noyabr tarixli, EBCJ seriyalı, 225932 nömrəli elektron qaimə üzrə 40000 manat əsas, 7200 manat ƏDV, cəmi 47200 manat, 2022-ci il 30 noyabr tarixli, EBCK seriyalı, 194372 nömrəli elektron qaimə üzrə 26677,77 manat əsas, 4802 manat ƏDV, cəmi 31479,77 manat, 2022-ci il 7 dekabr tarixli, EBCK seriyalı, 665484 nömrəli elektron qaimə üzrə 123322,25 manat əsas, 22198 manat ƏDV, cəmi 145520,25 manat dəyərində mallara görə ödəniş üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC -yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanmaya görə 41.000 manat pulun, mülki hüquq pozuntusu nəticəsində vurulmuş 15.006 manat zərərin və dövlət rüsumuna görə ödənilmiş 258 manat pulun, ümumilikdə isə pulun 56264 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı ilkin iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə yaranmış 72.178,79 manat məbləğində pulun (borcun), 3.608,94 manat məbləğində faizin, əsassız varlanmaya gö rə 41.000 manat pulun, mülki hüquq pozuntusu nəticəsində vurulmuş 15006 manat zərərin və dövlət rüsumuna görə ödənilmiş 421,80 manat pulun, ümumilikdə isə 132215,53 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İlkin iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2022-ci il 23 may tarixli 13/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya, ümumilikdə 882187,91 manat (747616,87 manat əsas məbləğ + 134571,04 manat ƏDV) məbləğində müxtəlif mallar təqdim edilmiş, cavabdeh tərəfindən həmin elektron qaimə-fakturalar əsasında təqdim edilmiş mallara görə 2022-ci il 31 may tarixindən 2022-ci il 29 noyabr tarixinədək olan dövr ərzində 791.616,86 manat bank hesabı vasitəsil ə nağdsız qaydada, 134.480,28 manat məbləğində əlavə dəyər vergisini isə ƏDV deposit hesabı vasitəsilə, ümumilikdə isə 926.097,14 manat məbləğində vəsait iddiaçıya ödənilmişdir. Bununla yanaşı, son rəsmi ödəniş tarixi olan 2022-ci il 29 noyabr tarixdən sonra iddiaçı tərəfindən cavabdehə hər iki tərəfin nümayəndələrinin imzaları ilə təsdiq olunmuş qaimə-fakturalar əsasında (müqavilənin 4.1-ci maddəsinə əsasən) 2022-ci il 3 dekabr tarixdən 2023-cü il 8 iyul tarixinədək olan dövr ərzində ümumilikdə 89.749,26 manat (ƏDV ilə birlikdə) məbləğində müxtəlif mallar təqdim edilmişdir. Tərəflər arasında keçrilmiş 2023-cü il 1 mart tarixli son üzləşmə aktından görünür ki, cavabdehin iddiaçı qarşısında öhdəliyi 20.428 manat təşkil etmiş, yəni cavabdehin iddiaçıya 20.428 manat borcu olmuşdur. Tərəflər a rasında tərtib edilmiş qaimələrdən görünür ki, üzləşmə aktının tərtib edildiyi 2023-cü il 1 mart tarixindən sonra iddiaçı tərəfindən cavabdehə 51.750,79 manat (ƏDV ilə birlikdə) məbləğində əlavə mallar təqdim edilmişdir. Nəticədə, cavabdehin iddiaçıdan aldığı mallar görə 72.178,79 manat (20428+51750,79) borcu yaranmışdır ki, həmin məbləğ bu günədək iddiaçıya ödənilməmişdir. Bundan başqa, 2023-cü il 4 fevral tarixində iddiaçının ƏDV depozit hesabından cavabdehin ƏDV depozit hesabına səhvən 41.000 manat köçürülmüş, lakin bu günədək edilən çoxsaylı müraciətlərə (xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə) baxmayaraq, həmin məbləğ geri qaytarılmamışdır. Bununla yanaşı, səhv köçürülmüş məbləğin vaxtında qaytarılmadığına görə vergi orqanı tərəfindən müvafiq hesablama aparı lmış və əlavə olaraq 15006 manat məbləğində faiz hesablanmışdır ki, həmin faizin ödənilmə öhdəliyi iddiaçının üstündədir. Göründüyü kimi, iddiaçı (kreditor) 2022-ci il 23 may tarixli alqı-satqı müqaviləsində qeyd olunan öhdəliyini vaxtında icra etmiş, lakin cavabdeh (borclu) həmin müqavilənin şərtlərini pozaraq, aldığı malların dəyərini tam ödəməmiş, bununla da cavabdeh (borclu) tərəfindən müqavilə şərtləri pozularaq, müqavilə üzrə öhdəliklər tam icra edilməmişdir. Qeyd olunanlara əsasən, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etməməklə, kreditorun (iddiaçı) 72178,79 manat məbləğində pul vəsaitini 1 ildən artıq müddətdə qanunsuz saxlamağa, qaytarmaqdan boyun qaçırmağa, ödənilməsini gecikdirməyə görə həmin vəsaitdən əlavə hər il üçün 5 faiz olmaqla, yəni 3608,94 manat m əbləğində faiz ödəməlidir və kreditorun həmin faiz məbləğini tələb etmək hüququ vardır.

8. Eyni zamanda cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan əsassız varlanmaya görə 54.078,24 manat pul vəsaitinin, 2700 manat cərimə məbləğinin, həmçinin 260,34 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci il 23 may tarixində bağlanmış 13/22 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə müxtəlif mallar tədarük edilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaiməyə əsasən, ümumi yekun məbləğ 882187,90 manat təşkil etmişdir. Cavabdeh tərəfindən isə müxtəlif dövrlərdə iddiaçıya üm umilikdə 936266,14 manat məbləğində vəsait ödənilmişdir. Bu ödənişlər nəticəsində cavabdeh tərəfindən artıq ödənilən məbləğ formalaşmış və həmin məbləğ 54.078,24 manat təşkil etmişdir. Eyni zamanda Mülki Məcəllənin 439.3-cü və 449.1-ci maddələrinə əsasən iddiaçı cavabdehə 2700 manat dəyərində cərimə məbləği ödəməlidir. Cavabdeh tərəfindən sözügedən pul vəsaitinin üzləşdirilməsi məqsədilə iddiaçıya dəfələrlə şifahi müraciət edilməsinə, eləcə də müxtəlif vaxtlarda yazılı şəkildə pretenziya məktublarının göndərilməsinə baxmayaraq, iddiaçı üzləşmənin həyata keçirilməsi üçün heç bir tədbir görməmiş və hər hansı geri dönüş təmin etməmişdir. Beləliklə cavabdeh tərəfindən artıq ödənilmiş 54078,24 manat məbləği hələ də iddiaçının üzərində öhdəlik olaraq qalır və indiyədək ödənilməmişdir.

10. Bakı K ommersiya Məhkəməsinin 2025-ci il 9 aprel tarixli e-2-2(113)-666/2025 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdehdən 20428 manat əsas borc, illik 5% ilə hesablanmış 1617,28 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən ödənilmiş dövlət rüsumunun 156,14 manatın əvəzinin alınaraq iddiaçıya ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim K.Hüseynov).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflərin nümayəndələrinin imzaladığı 2023-cü il 1 mart tarixli üzləşmə aktına əsasən cavabdeh həmin tarixə iddiaçıya 20428 manat borcu olduğunu təsdiq etmişdir. Tərəflər həmin aktın iddiaçı ilə cavabdehin nümayəndələri tərəfindən imzalanmasını mübahisələndirməmiş, qəbul etmişlər.

12. Cavabdehin nümayəndəsi izahatında həmin borc məbləğinin malların verilməsinə görə yaranmadığını, başqa öhdəliklərlə bağlı olduğunu bildirsə də, həmin üzləşmə aktının ümumi məzmunundan tərəflərin həmin tarixə kimi aralarında olan bütün qarşılıqlı öhdəliklər barədə hesablamalar apardıqları və yekun nəticəyə gəldikləri aşkar görünür. Həmçinin cavabdehin nümayəndəsi tərəflər arasında başqa öhdəliklər olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir.

13. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan müqaviləyə və işgüzar adətə əsasən malların təhvil verilməsi elektron qaimələr əsasında olmuş və ödənişlər edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən elektron qaimələr üzrə təqdim edilmiş mallardan əlavə 43909,23 manat artıq ödənişlə r edilməsi, iddiaçı tərəfindən isə bundan sonra cavabdehə 41000 manat ƏDV ödənilməsi və sonda üzləşmə aktı ilə cavabdehin iddiaçıya 20428 manat borcu olması barədə tərəflərin qarşılıqlı üzləşmə aparması, bütün bunlar onu deməyə əsas verir ki, tərəflər aralarında olan, lakin məhkəməyə tam açıqlamaq istəmədikləri münasibətləri barədə qarşılıqlı şəkildə razılaşmışlar.

15. Çünki nə iddiaçının nümayəndəsi, nə də cavabdehin nümayəndəsi üzləşmə aktı imzalanarkən cavabdehin artıq ödənişlərinin və iddiaçının ƏDV ödənişinin həmin aktda ayrıca qeyd edilməməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişlər.

16. Həmçinin cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab verərkən iddiaçı tərəfindən iddia qaldırılana qədər artıq ödənişlərinin geri tələb edilməsi barədə iddiaçıya qarşı iddia qaldırmam alarının səbəbini də ağlabatan şəkildə izah edə bilməmiş, sadəcə bunun hüquqları olduğunu qeyd etmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, tərəflər üzləşmə aktı imzalandığı 2023-cü il 1 yanvar tarixə kimi olan artıq ödənişlər, öhdəliklər, qalıq mallar və s. barədə hesablaşmalar apararaq ümumi razılığa gəlmişlər. Hətta üzləşmə aktını imzalamış və şahid qismində dindirilmiş Mirdamət Qurbanov da bir daha təsdiq etmişdir ki, tərəflər anbarda malları saymış, mühasibatlar hesabat aparmış və sonda cavabdehin ofisində yekun nəticəyə gələrək aktı imzalamışlar.

18. Bundan başqa tərəflər arasında olan müqaviləyə və işgüzar adətə əsasən malların təhvil verilməsi elektron qaimələr əsasında olmuş, iddiaçı isə 51750,79 manat dəyərində mal verilməsi barədə elektron qaimələr verməmiş və iddiaçının nümayəndəsi bunun səbəbini ağlabatan şəkildə əsaslandırmamış, sadəcə vergi orqanı tərəfindən müəyyən hesablamalar aparılması, borc məbləği yaranması, yenidən elektron qaimənin vurulması əlavə öhdəlik yaradacağı ilə əsaslandırmağa çalışmışdır.

19. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında dindirilmiş şahidlər tərəflər arasında alış-veriş olduğunu təsdiq etsələr də, konkret olaraq iddiaçı tərəfindən 51750,79 manat dəyərində cavabdehə mal verildiyini, həmin malların iddiaçının yoxsa “Forest” şirkətinin olduğunu təsdiq edə, eyni zamanda qaimələrin “Forest” adına olmasının səbəbini bilməmişlər. Habelə iddiaçı ilə “Forest” şirkətinin anbarlarının eyni olduğunu qeyd etmişlər. Şahidlər, sadəcə, cavabdehin və iddiaçının işçiləri olaraq rəhbərliyin göstərişləri ilə malları təhvil vermiş, təhvil almışlar, hans ı müqavilə əsasında, hansı şirkət adına olmasından məlumatsız olmuşlar. Hətta şahid Ç.Qasımov iddiaçının da cavabdehdən xaricdən gələn malları aldığını bildirmişdir. İddiaçının və “Forest” şirkətinin təsisçilərinin eyni şəxs olması, onların eyni hüquqi şəxs olması anlamına gəlmir, hər bir hüquqi şəxs öz öhdəliyinə görə özü məsuliyyət daşıyır.

20. Göründüyü kimi, iddiaçı 51750,79 manat dəyərində mal verilməsi barədə iddia tələbinin əsasını təşkil edən mötəbər sübutları məhkməyə təqdim edə bilməmişdir.

21. Əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 3608,94 manat məbləğində vəsaitin ödənilməsi tələbinə münasibətdə məhkəmənin qənaətinə görə cavabdeh 20428 manat borcun ödənilməsini 1 ildən (üzləşmə aktı imzalandığı 2023-cü il 1 mart tarixdən iddia qaldırıldığ ı 2024-cü il 8 oktyabr tarixə kimi 19 ay) artıq gecikdirdiyinə görə iddiaçının həmin borca hesablanmış illik beş faiz (20428 x 5% / 12ay x 19ay≈1617,28 manat) ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə qismən təmin olunaraq 1617,28 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 10.1, 10.2, 385.1, 386.1, 404.1, 404.2, 425, 442, 445.1, 445.7, 448.1, 449.1, 567, 600.1, 600.4, 627.1, 630.1, 631.1, 634.1, 634.2, 637.1, 637.2 və 1091-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 4.1, 5.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

23. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(103)-708/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər Z.Şirinov və T.Mahmudova).

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hər iki iddiaya münasibət bildirilməsi eyni faktiki halların araşdırılmas ını tələb etdiyindən iddialara paralel şəkildə hüquqi qiymət verilməlidir

26. Alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissəsində ilkin iddianın qanuni əsasını MM-in 567-ci, 597.1-ci maddələri, alqı-satqı müqaviləsi üzrə artıq ödənilmiş pulun qaytarılması hissəsində qarşılıqlı iddianın qanuni əsasını isə MM-in 599.3-cü maddəsi təşkil etmişdir.

27. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi üzrə mallar təqdim edildikdən və ödənişlər, o cümlədən iddiaçı tərəfindən ƏDV ödənişi edildikdən sonra 2023cü il 1 mart tarixində tərəflərin arasında qarşılıqlı borcların üzləşdirilməsi aktı tərtib edilmiş və həmin üzləşməyə əsasən tərəflərin bir-birinə qarşı pul öhdəlikləri nəzərə alınmaqla və həmin öhdəliklər qarşılıqlı əvəzləşdirilməklə 2023-cü il 1 mart tarixinə cavabdehin iddiaçıya 20.428 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Tərəflər həmin üzləşmə aktını adlarından imzalamış şəxslərin səlahiyyətlərini mübahisələndirməmişlər.

28. Həmin üzləşmə aktında “əvvələ avans (xx.xx.2022-ci il tarix)” qrafasındacavabdehin 40.414 manat avansının olmasının göstərilməsi, lakin göstərilən halın məhkəmə tərəfindən nəzərə alınmaması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, sözügedən qrafa üzləşmə aktının əhatə etdiyi dövrün əvvəlinə olan qarşılıqlı üzləşmənin nəticələrini əks etdirir. Odur ki, həmin qrafada əks olunmuş 40.414 manat məbləğinin iddiaçının cavabdeh qarşısında hesabat dövrünün sonuna olan (xx.xx.2023) öhdəliyi kimi nəzərə alınması üçün əsas yoxdur.

29. Eyni məbləğ (40414 manat) tərəflər arasında əvvəlki üzləşmə aktında (xx.xx.2023-cü il) üzləşmənin sonuna iddiaçının cavabdeh qarşısındakı qalıq borcu kimi əks edilmişdir.

30. Məhkəmə kollegiyası cavabdehin üzləşmə aktında əks olunmuş borcun alqısatqı müqaviləsi ilə yanaşı tərəflər arasında digər kommersiya münasibətləri üzrə qarşılıqlı öhdəlikləri də əhatə etməsi, alqı-satqı müqaviləsi üzrə isə artıq ödəmənin olması barədə dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, mübahisəli üzləşmə aktının məzmunundan da göründüyü kimi tərəflər arasında həm alqı-satqı müqaviləsi, eləcə də həmin müqavilə ilə bağlı olan digər kommersiya münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər hər iki tərəfin razılığı ilə əvəzləşdirilməklə və əvəzləşdirilən hissələrdə öhdəliklərə xitam verilməklə, cava bdehin iddiaçıya 20.428 manat məbləğində borcunun olması müəyyənləşdirilmişdir. Odur ki, cavabdehin üzləşmədən əvvəlki vəziyyətə istinad etməklə alqı-satqı müqaviləsi üzrə artıq ödəmənin mövcud olmasını iddia etməsi əsassızdır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin təsdiq etdikləri üzləşmə aktına əsasən tərəflər arasında alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya olan borcunun 20428 manat məbləğində olması, cavabdehin artıq ödəməsinin isə olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

32. İddia tələbinin 20.428 manat məbləğində borcun gecikdirilməsinə görə faizlərin tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, MM-in 445.7-ci maddəsinə əsasən iddiaçı ödənilməsi gecikdirilmiş borca üzləşmə aktının imzalandığı tarixdən (xx.xx.2023)-iddianın qaldırıldığı tarixədək (xx.xx.2024) olan 19 aylıq müddət üçün 1617,28 manat (20428x5%/12 ayx19 ay) məbləğində faizlərin tutulmasını tələb etməkdə haqlı olmuşdur.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 386, 442, 445.7, 540.1, 543, 567, 598.1 və 599.3-cü madddələrinə və MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

34. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. MPM-in 88, 218.1-ci maddələri üzrə-məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı olduğu halda, bun u təmin etməmiş, onların hüquq normalarına uyğun qiymətləndirilməsinə lazımi diqqət yetirməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş bütün sübutlara düzgün hüquqi yanaşma tətbiq edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşmə aktları və iddiaçının cavabdeh qarşısında 43.909.23 AZN borc öhdəliyini təsdiq edən sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.

36. Digər məsələlər - apellyasiya instansiyası məhkəməsinin 2023-cü il 1 mart tarixli üzləşmə aktının “əvvələ avans (xx.xx.2022-ci il)” qrafasında göstərilmiş 40.414 manat məbləğinin hüquqi mahiyyətinə lazımi qiymət verməməsi qanuna və işin halları üzrə toplanmış sübutlara ziddir. Belə ki, göstərilən məbləğ cavabdehin iddiaçıya qarşı əvvəlcədən həyata keçirdiyi ödənişi əks etdirir və bu, tərəflər arası nda kommersiya münasibətlərində artıq ödənişin mövcudluğunu təsdiq edən əsas sübutlardan biridir. Məhkəmənin həmin məbləği yalnız “dövrün əvvəlinə olan qarşılıqlı üzləşmənin nəticəsi” kimi qiymətləndirərək, onun hüquqi nəticələrini nəzərə almaması sübutların düzgün qiymətləndirilməməsinə səbəb olur. Həmçinin, 2023-cü il 7 yanvar tarixli əvvəlki üzləşmə aktında da həmin məbləğin iddiaçının cavabdeh qarşısındakı qalıq borcu kimi əks olunması, artıq ödəniş faktını təsdiq edir və bu məbləğin növbəti üzləşmələrdə nəzərə alınmasını tələb edir.

37. Bundan əlavə, apellyasiya instansiyası Bakı Kommersiya Məhkəməsinin “mübahisəli üzləşmə aktının həm alqı-satqı müqaviləsi, həm də digər kommersiya münasibətlərini əks etdirməsi” arqumentinə əsaslanaraq, borcun dəqiq məzmununu və komponentlərini ayırd e tmədən cavabdehin iddiaçıya yekun 20428 manat borcunun olduğu qənaətinə gəlmişdir. Halbuki üzləşmə aktının qeyd hissəsindən açıq görünür ki, akt yalnız malların dəyərini deyil, həm də avtomobil icarəsi və digər öhdəlikləri əhatə edir. Bu halda, məhkəmənin aktın tərkibini hüquqi cəhətdən araşdırmadan ümumi məbləği konkret mal alqı-satqısı üzrə borc öhdəliyi kimi qəbul etməsi sübutların natamam və birtərəfli qiymətləndirilməsi, həmçinin MPM-in 88-ci maddəsinin tələblərinin pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütö vlükdə yoxlanılacaqdır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq müvafiq müddəalarında 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığ ın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məblə ğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

540. Öhdəliklərin əvəzləşdirilməsinin mümkünlüyü 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər....” “Maddə

543. Əvəzləşdirilən tələblər Əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir.” “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və mü qavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur....” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə b ilər....”

42. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri Məcəlləsinin müvafiq... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdı r. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır......” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, ilkin iddianın təmin olunan hissəsində məhkəmələr hər iki tərəfin təsdiq etdiyi 2023-cü il 1 mart tarixli üzləşmə aktına istinad etmişlər.

44. Məhkəmə kollegiyası cavabdehin həm in üzləşmə aktının mötəbərliyini mübahisələndirməməsini nəzərə alaraq, eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinin əsassız olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, gəlinən nəticə MM-in 567-ci, 597.1, 599.3-cü və MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Xəyal” kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 8 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 1 fevral tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən “… borc həmçinin 1 999-cu il 23 dekabr tarixində tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir”.

46. Məhkəmə kollegiyası kasatorun dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya şikayətində işə mahiyyəti üzrə baxılarkən məhkəmə tərəfindən maddi hüquq normalarının pozuntusunun nədə ifadə olunmasına dair konkret dəlillərə istinad olunmamışdır.

47. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418. 3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

48. Kassasiya şikayətinin işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, həmin dəlillər üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi).

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün ə sas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

50. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(103)-708/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar