Məhkəmə qərarları › İş №2-2(102)-748/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-748/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-748/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı "xxxx" MMC Cavabdehnə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Kəmalə Abiyeva (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(105)-128/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehə Cavabdehnə qarşı borcun tutulması, icarə müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış sahəsini n qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh arasında 26.01.2009-cu il tarixində bağlanmış “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 9040/7870 nömrəli və 10262/9040 nömrəli 16.05.2018-ci il tarixli icarə müqavilələri üzrə 01.01.2015-01.04.2021ci illər üçün ödənilməmiş 113597,15 (yüz on üç min beş yüz doxsan yeddi manat 15 qəpik) manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və həmin icarə müqaviləsinə xitam verilməklə icarə müqaviləsinin predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1352.1 kv.m təşkil edən, iddiaçının balansında olan qeyr i-yaşayış sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 6 iyul tarixli, e-2-2(119)-401/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-401/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 22(105)-128/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi tərəfindən qətnamə 2021-ci il 20 oktyabr tarixində elektron qaydada təqdim edilmiş, 2021-ci il 17 dekabr tarixində cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət Mülki Prosesual Məcəllə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, şikayətdə maddi və ya prosessual hüquq normaları sadəcə sadalanmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yol verilmiş pozuntunun nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin Məcəllənin 408.1, 408.1.1 və 408.1. 5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(105)-128/2021 saylı qət naməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar