Məhkəmə qərarları › İş №2-2(102)-749/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-749/2025

28.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-749/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: marja ticarət xidməti müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 17 iyul tarixli 2-2(103)-696/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında bax ılmışdır. İşin halları

1. İddiaçı və "xxxx" QSC arasında 2023-cü il 17 iyun tarixli F-İX-4001-3-xxxxxxx/23 saylı “Marja ticarət xidmətinin təqdim edilməsinə” dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən qiymətli kağızlar və maliyyə alətləri üzrə verilən sifarişlərin icrası zamanı baş vermiş texniki nasazlıq, habelə maliyyə alətləri üzrə hər hansı səbəbdən qiymətlərin səhv ötürülməsi və ya üçüncü şəxslərin əməliyyat səhvi nəticəsində müştəri aktivlərində baş vermiş dəyişikliklər İnvestisiya Şirkəti tərəfindən ilkin vəziyyətə qaytarılır (restitusiya edilir). Müştəri hesabında yaranmış nəticələr bu nasazlıq və ya səhv aradan qaldırılanadək İnvestisiya Şirkəti tərəfindən girovda saxlanılır;

2. Həmin müqavilənin 10.8-ci bəndinə əsasən investisiya Şirkəti elektron ticarət platformasında yaranan nasazlıqla, Müştəri tərəfindən internet əlaqəsində və ya müvafiq avadanlıqlarda yaranmış hallar ilə bağlı sifarişlərin verilməsində yaranan problemlərlə, Müştəri hesabından icazəsiz istifadə (habelə, onun tərəfindən üçüncü şəxslərin istifadəsi üçün şərait yaradıldıqda) və digər iradəsindən asılı olmayan səbəblərlə bağlı məsuliyyət daşımır; 10.9-cu bəndinə əsasən müştəri məlumatlarında qeyd olunmuş yanlış məlumat səbəbindən yaranmış zərər və ya ziyana görə məsuliyyət Müştərinin özünə aiddir; 3. “Marja Ticarəti Qaydası” nın 2 saylı əlavəsinin 6-cı bəndinə əsasən marja ticarəti zamanı bazarlarda baş verən ani qiymət dəyişməsi səbəbindən yaranan qiymət sürüşmələri, eləcə də qiymət boşluqları (bazar şərtlərindən asılı olaraq, qiymətli kağız və ya fərq müqavilələri üzrə n övbəti qiymətin bir neçə qiymət addımından sonra formalaşması nəticəsində qiymətlər arasında yaranmış boşluq) və onların doğuracağı risklər barədə ətraflı məlumatlandırmanı investisiya şirkətindən tələb edə bilərsiniz. Bu növ risklər müştərilərin ən çox qarşılaşdığı risklərə aid olub əhəmiyyətli itkilərə gətirib çıxara bilər. 4. 2023-cü il 17 iyun tarixli “ASAN” finans sistemi vasitəsilə məlumatların alınmasına dair razılıq ərizəsinə əsasən adıkeçən sistem vasitəsi ilə virtual X1 əsasında şəxsiyyətini müəyyən edən fərdi məlumatlar investisiya şirkətində hesabın açılması məqsədilə "xxxx" QSC-yə təqdim olunmasına razılıq vermişdir. 5. "xxxx" QSC tərəfindən Mərkəzi Banka ünvanlanmış 2024-cü il 15 aprel tarixli məktubda 2024-cü il 15 aprel tarixində QSC-də “NATG”, “OİLUS” və “OİLUK” alətində t exniki nasazlıq yaranması nəticəsində ticarət terminalı vaxtı ilə 15 aprel 02:00-dan 15 aprel 08:49-dək qiymətlər texniki olaraq səhv verilmiş və real bazar qiymətləri əks etdirilməmişdir.

6. Azərbaycan Respublikası Mərkəzi Bankının 2025-ci il 8 aprel tarixli sorğu məktubuna əlavə etdiyi qoşmada (İddiaçı müraciətinə dair 2024-cü il 21 avqust tarixli 6-126/2-M-4470/2-21-14124/2024 nömrəli cavab məktubunda) qeyd edilmişdir ki, 2024-cü il 15 aprel tarixində saat 01:05-07:40 aralığında Cavabdeh QSC-nin ticarət platformasında (Metatrader 4) yaranan texniki xəta nəticəsində “NATG”, “OİLUS”, “OİLUK” alətləri üzrə qiymətlər real bazar dəyərini əks etdirməmişdir. Bunun səbəbi şirkətlə qiymətvericilər arasında yaranmış bağlantı problemi olmuş və “Marja ticarəti Qaydası” nın 8.4-cü bəndinə əsasən tic arət platformasında yaranmış texniki nasazlıqlar barədə investisiya şirkəti nasazlığın səbəblərini də qeyd etməklə dərhal öz müştərilərini və Mərkəzi Bankı məlumatlandırmışdır. Ticarət platformasında yaranmış texniki nasazlığın səbəbi ilə bağlı yaranmış mübahisəli məsələlərin həlli qanunvericilikdə nəzərdə tutulmadığı hallarda investisiya şirkəti ilə müştərisi arasında bağlanılmış müqavilə ilə tənzimlənir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" İnvestisiya Şirkətinə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabından 20.000 ABŞ dolları məbləğində vəsaitin (qərar çıxarılan günə məbləğin ABŞ dollarından milli valyuta azərbaycan manatına olan ekvalent i) - 34000 manat vəsaitin, həmçinin dövlət rüsumu üzrə ödənilmiş xərclər üzrə 193 manat məbləğin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 20 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərən və investisiya xidmətləri təqdim edən maliyyə şirkətidir. Şirkət əsasən Forex bazarında ticarət, CFD-lər, qiymətli metallar, əmtəə məhsulları və digər maliyyə alətləri üzrə xidmətlər təklif edir. Eyni zamanda, İnvest-AZ müştərilərinə ticarət platformaları, təlim materialları və maliyyə bazarları üzrə analizlər təqdim edir. Tərəflər arasında F-İX4001-3-xxxxxxx/23 saylı, 2023-cü il 17 iyun tarixli “Marja ticarət xidmətinin təqdim edilməsinə” dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müştəri olaraq cavabdehə 10.000 ABŞ dolları maliyyə yatırımı edərək cavabdehdə investisiya hesabı açmış və şirkətin № 211949, № 211974 və № 212446 ticarət hesabları ona məxsus olmuşdur. Ötən dövr ərzində cavabdeh investisiya şirkətinin “NATG”,“OİLUS” və “OİLUK” alətlərində müxtəlif ticarət əməliyyatları aparmışdır. Belə ki, 2024-cü il 15 aprel tarixdə gecə saat 01.05 - 07.40 aralığında cavabdeh investisiya şirkətində apardığı ticarət əməliyyatı zamanı yüksək məbləğdə vəsait - 46.310.273,3 ABŞ dolları qazanmışdır. Həmin an, yüksək məbləğdə qazancdan 20000 ABŞ dolları məbləğində vəsait öz hesabına mədaxil etmək istəyərəkən "xxxx" tərəfindən qadağa ilə rastlaşmış və beləliklə həmin vəsaiti öz hesabına keçirə bilməmişdir. Sözügedən yüksək məbləğdə vəsaiti qazanmış olsa da, cavabdeh şirkət onun qazancını “real bazar qiymətləri” n də əks etdirmədiyini bildirmiş və bunu “həmin alətlərdə texniki nasazlıq yaranması nəticəsində ticarət terminalı vaxtı qiymətlərin texniki olaraq səhv verilməsi” ilə əsaslandırmışdır. Həmçinin, cavabdeh şirkət cavabında, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əməliyyatların nəticəsinin ləğv edilərək, baş vermiş texniki nasazlığın aradan qaldırıldığını bildirmişdir. Cavabdeh şirkətin belə bir cavabı ilə razı deyil. Belə ki, “texniki xəta” adı altında cavabdeh özünü maliyyə məsuliyyətindən azad etməyə və qazancı ona ödəməkdən yayınmağa çalışır. Ötən dövr ərzində cavabdehə müraciətə edərək ümumi qazancdan ilkin mərhələdə 20000 ABŞ dolları məbləğində vəsaitin hesabına daxil edilməsi ilə bağlı uzun danışıqlar aparmış, bir müddət cavabdeh razılığa gəlsə də, sonradan imti na etmişdir. İddiaçı məsələ ilə bağlı cavabdeh investisiya şirkətinə lisenziya vermiş Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət ünvanlamış, Mərkəzi Bank cavabında göstərmişdir ki, “ticarət platformasında yaranmış texniki nasazlığın səbəbi ilə bağlı yaranmış mübahisəli məsələlərin həllini qanunvericilikdə nəzərdə tutlmadığı hallarda investisiya şirkəti ilə müştəri arasında olan münasibətlərlə tənzimlənir».

9. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq qərarı ilə təsdiq edilmiş “Marja Ticarəti Qaydası” nın 8.4-cü maddəsinə uyğun olaraq “NATG”, “OİLUS” və “OİLUK” alətində sözügedən texniki nasazlıq ilə bağlı məlumat 2024-cü il 15 aprel tarixdə Mərkəzi Banka və bütün əlaqəli müştərilərə (müştəri İddiaçı daxil olmaqla) təqdim e dilmişdir. Bu texniki nasazlıq Şirkətlə qiymətvericilər arasında yaranan bağlantı problemi əsasında yaranmışdır. Bununla bağlı hesabında bu alət üzrə mövqeləri olan müştərilərin hesablarına müvafiq dəyişiklik edilmiş və nəticələr əks etdirilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi məbləğin ödənilməsi ilə bağlı Şirkət tərəfindən bir müddət razılığa gəlindiyini qeyd etmişdir. Bu cür hal baş verməmişdir. 2024-cü il 15 aprel tarixində iddiaçıya məxsus email ünvanına, habelə Şirkətin ofisində görüş zamanı əlavə izahedici məlumatlar təqdim edilmişdir. İddiaçı Şirkət tərəfindən verilən məlumatların qənaətbəxş olduğunu bildirmişdir və qane olmuşdur. Lakin təəssüf ki, danışıqlar şifahi olaraq həyata keçirildiyindən bu faktı təsdiq edən heç bir sübut olmadığı üçün tərəflərindən təqdim edilməsi m ümkün deyildir. Sözügedən izahlardan sonra müştəri İddiaçı Şirkət ilə bağlanmış “Marja ticarəti xidmətinin təqdim edilməsinə” dair müqaviləsi üzrə xidmət istifadəsinə davam edərək, 2024-cü il 22 aprel tarixdə əlavə № 212716 ticarət hesabı yaratmışdır. Habelə, iddiaçı tərəfindən həmin vaxtdan etibarən mövcud olan dörd ticarət hesabları üzrə 2024-cü il 19 aprel tarixdə 700 USD məbləğində, 2024-cü il 14 may tarixində 560 USD məbləğində pul vəsaiti hesabdan məxaric, 2024-cü il 22 aprel tarixində 55 USD məbləğdə pul vəsaiti hesaba mədaxil etmişdir. İddiaçı tərəfindən 2024-cü il 22 aprel tarixdə №212716 ticarət hesabının açılması, daha sonra müəyyən məbləğdə pul vəsaitinin hesaba mədaxil edilməsi onun Şirkətin fəaliyyəti ilə bağlı heç bir şübhəsinin olmadığını, sözügedən hadisədən sonra da Şir kətdə müştəri olaraq fəaliyyətini davam etdirdiyini sübut edir. Bütün bunları ümumiləşdirərək qeyd edilir ki, şirkət tərəfindən əməliyyatların nəticəsinin ləğv edilərək, baş vermiş bütün texniki nasazlıqların aradan qaldırılmasının həyata keçirilməsi zamanı heç bir hüquq pozuntusu baş verməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 14 aprel tarixli e-2-2(113)1075/2025 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim G.Namazova).

11. İddia tələbinin hüquqi əsası ilə bağlı məhkəmə qeyd etmişdir ki, qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlara bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi; investisiya məsləhitinin verilməsi və s. xidmətlərinin göstərilməsi haqqında müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilə bilər.

12. Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 13.4-cü Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 11.1ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırki mübahisənin həlli zamanı MM-in tapşırıq müqaviləsinə aid müddəalarına uyğun araşdırılmalıdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilk öncə iddia etsə də, 2024-cü il 15 aprel tarixində gecə saat 01.05 - 07.40 aralığında cavabdeh investisiya şirkətində apardığı ticarət əməliyyatı zamanı yüksək məbləğdə vəsait - 46.310.273,3 ABŞ dolları qazanmışdır, lakin “NATG”,“OİLUS” və “OİLUK” alətlərin həmin tarixdə ümumiyyətlə başqa ticarət platformalarda, dünya birjalarında yüksək qiymətdə olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmiş dir.

14. Sonrakı məhkəmə iclaslarında iddiaçı bildirmişdir ki, həmin qiymətlərin 2024-cü il 15 aprel tarixində artması texniki xəta nəticəsində baş vermiş ehtimalını qəbul etmiş olduğu təqdirdə belə yenə də hesab edir ki, bu xətaya görə müştəri olaraq o zərər çəkməməlidir və iddiaçının hesabdan çıxartmaq istədiyi və cavabdeh tərəfindən sonradan əngəlləndiyi 20.000 ABŞ dolları məbləğ cavabdeh tərəfindən ona ödəməlidir.

15. Cavabdeh tərəf isə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən texniki nasazlığa görə cavabdehin hər hansı məsuliyyəti müəyyən edilməyib, cavabdehin yeganə öhdəliyi bu nasazlıq barədə müştəriyə və Mərkəzi Banka məlumat verməkdir və bu cür məlumatlar göndərilib. Bundan əlavə iddiaçının qoyduğu investisiyada bu nasazlıq nəticəsində hər hansı itkis i olmayıb ki, zərər kimi qiymətləndirilsin.

16. Məhkəmə cavabdehin arqumentləri ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 8.4.1-ci maddəsinə əsasən müştəri sifarişləri heç bir halda İnvestisiya Şirkətinin Müştəriyə verdiyi səmərəli ticarət şərtlərini, platformada yaranmış texniki nasazlıqları, qiymət ardıcıllığındakı boşluqları və s. digər bu kimi qeyri-adi halları sui-istifadə etməklə maliyyə alətinin təhlilinə əsaslanmayan tək tərəfli və ya əks mövqelər açmaq üçün verməməlidir. İnvestisiya Şirkəti bu halları aşkarladıqda Müştərinin belə mövqelər üzrə nəticələrini ləğv edə və ya müştəridən tələb edə bilər. Müqavilənin 8.4.4-cü maddəyə əsasən, fərqli ticarət platformalarının xüsusiyyətlərinə görə, qiymət formalaşması zamanı müəyyən gecikmələr, sistemdə donma halları və İnvestisiya Şirkətinin dərhal müdaxilə imkanı olmayan digər hallarda müəyyən maliyyə alətləri üzrə qlobal bazar qiymətlərindən əhəmiyyətli dərəcədə uzaqlaşma ola bilər. Bu uzaqlaşmalar zamanı müştəri mövqeləri üzrə nəticələrin də daxil olduğu hesab qalıqları bu uzaqlaşmalar müəyyən olunduqdan sonra dondurulur və uzaqlaşmanın yaratdığı nəticələr aradan qaldırıldıqdan sonra dondurulmadan azad olunur. 8.4.7-ci bəndinə əsasən Ticarət platformasında baş verən texniki nasazlıq nəticəsində Müştərinin əldə etdiyi gəlir və ya zərər İnvestisiya Şirkəti tərəfindən Müştəri hesabına əlavə edilə və ya müvafiq olaraq silinə bilər. 10.5-ci madəsinə əsasən tərəflərdən heç biri bir-birinin qarşısında hər hansı dolayı zərərlərə görə məsuliyyət daşımır; 10.8-ci bəndinə əsasən İnvestisiya Şirkəti elektron ticarət platformasında yaranan nasazlıqla, Müştəri tərəfindən internet əlaqəsində və ya müvafiq avadanlıqlarda yaranmış hallar ilə bağlı sifarişlərin verilməsində yaranan problemlərlə, Müştəri hesabından icazəsiz istifadə (habelə, onun tərəfindən üçüncü şəxslərin istifadəsi üçün şərait yaradıldıqda) və digər iradəsindən asılı olmayan səbəblərlə bağlı məsuliyyət daşımır.

17. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən 2024-cü il 15 aprel tarixində baş vermiş texniki nasazlıqlara görə cavabdeh şirkətinin iddiaçı qarşısında hər hansı məsuliyyətinin mövcudluğu müəyyən edilməmişdir.

18. Məhkəmə gəldiyi nəticəni MM-in 14.1, 14.2, 385.1, 405.1, 405.2, 442, 777.1, 777.2, 779.1 və 779.2-ci maddələrinə, «Marja ticarət qaydası»nın 8.1, 8.2, 8.3 və 8.4-cü bəndlərinə və MPM-i n 13.4, 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

19. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 17 iyul tarixli 2-2(103)-696/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva)

21. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, 2024-cü il 15 aprel tarixində baş vermiş texniki nasazlıqlara görə c avabdeh şirkətinin iddiaçı qarşısında hər hansı məsuliyyətinin mövcudluğu müəyyən edilmir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertiza keçirilməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ekspertiza keçirilməsinə dair hər hansı vəsatətlə çıxış etməmiş, yalnız sorğular verilməsinə dair vəsatət vermişdir.

23. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı sübutetmə vəzifəsini yerinə yetirmədiyindən, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi əsaslı və qanuni olmuşdur.

24. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri iddiada irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən, şikayətdə yeni dəlillər irəli sürülmədiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin də lillərə münasibət bildirilməsinə zərurət görməmişdir.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 405.1, 405.2, 442, 443.1, 777.1, 777.2, 779.1, 779.2, 779.2.1-ci maddələrinə, Marja ticarət qaydasının 8.1, 8.2, 8.3, 8.4-cü bəndlərinə və MPM-in 77.1, 107, 119.1, 124.1-cü maddələrinə istinadla əsaslandırmışdır.

26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin İ hissəsi, 125-ci maddəs inin Vİİ bəndi, MM-in 385.1, 405.1, 442, 433.1, 777.1, 779.1, 779.2.1-ci maddələri, Marja ticarət qaydasının 6.1, 8.1-ci bəndlərinin və prosessual hüquq normasının pozuntusuna vəya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) hissəsində MPM-in 8.1, 9.1, 14.1, 88-ci maddələrinin məzmunu qeyd edilmişdir.

28. Şikayətdə həmçinin qeyd edilmişdir ki, tərəflər arasında №F-İX-4001-3xxxxxxx/23 saylı, 2023-cü il 17 iyun tarixli “Marja ticarəti xidmətinin təqdim edilməsinə” dair müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən 2024-cü il 15 aprel tarixədək müştəri iddiaçıya məxsus 3 fərqli (№277549, №211974, №212446) ticarət hesabları mövcuddur. İddiaçı 2024-cü il 15 aprel tarixdə “NATG”, “OİLUS” və “OİLUK” alətində əməliyyat icra etməyə səlahiyyətli olmuş və 2024-cü il 15 aprel tarixdə NATG maliyyə alətində 3 fərqli ticarət hesablarında əməliyyatlar icra etmişdir. Nəticədə, açıq bazar şərtlərində NATG maliyyə aləti üzrə 15 aprel 02:00-dan 15 aprel 08:49-dək vaxt aralığında ticarət əməliyyatları icra etməsi nəticəsində iddiaçının yekun əldə etdiyi məbləğ müəyyən məbləğdə pul vəsaiti təşkil etmişdir. Cavabdeh Şirkət bunu sistemdə yaranmış texniki nasazlıq yaranması ilə izah edir. Məsələ ilə bağlı Mərkəzi Bankın mövqeyi də məsələyə aydınlıq gətirməmişdir. İşə baxan məhkəmələr bu fərqi qiymətləndirmək üçün müstəqil ekspertiza təyin etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin gedişində ekspertiza ilə bağlı cavabdeh tərəfindən vəsatət verilmiş, iddiaçı ekspertiza keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Lakin sonda tərəflərin iradəsi ifadəsinin əksinə olaraq heç bir e kspertiza təyin olunmamışdır. İşin bu halına apellyasiya məhkəməsi lazımı qiymət verməmişdir. Bundan başqa məhkəmələrin gedişində aşağıdakı tələblər ilə çıxış etmişdir: İNVEST-AZ şirkətində aparılmış audit yoxlamalarının nəticələri (daxili və xarici audit hesabatları); Texniki nasazlıq dövrünə aid log fayllar (sistem qeydləri) və transaction loglar; • İT şöbəsinin hazırladığı texniki ekspertiza və diaqnostika sənədləri; Qiymətverici (liquidity provider) ilə olan əlaqədə nasazlıq barədə əsaslandırıcı hesabatlar; Məlumatların bərpası və dəyişdirilməsi ilə bağlı qeydlər; Əlavə olaraq, iş üzrə müstəqil məhkəmə ekspertizasının keçirilməsi məqsədilə bu sənədlərin Ali Məhkəməyə təqdim olunması üçün hüquqi şərait yaradılması və sair. İşin bu halı ilə də bağlı apellyasiya məhkəməsi heç bir araşdırm a aprarmamış və sonda işin bu hallarına qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etirazda göstərilmişdir ki, iddiaçı yalnız ümumi və mücərrəd şəkildə qanun pozuntusuna istinad etmiş, lakin həmin pozuntunun konkret hüquqi və faktiki əsaslarını, eləcə də iş üzrə məhkəmələrin hansı hərəkət və ya qərarlarında bu pozuntuların ifadə olunduğunu əsaslandıra bilməmişdir.

30. İşin materiallarından da aydın olduğu kimi iddaçının tələbi tamamilə əsassızdır və iddia tələbinin yaranma əsası sadəcə “texniki nasazlıq” halının baş verməsi ilə bağlı olmuşdur. Tərəflər arasında bağlanan müqavilənin 8.4.7-ci bəndinə əsasən ticarət platformasında baş verən texniki nasazlıq nəticəsində Müştərinin əldə etdiyi gəlir və ya zərər İnvestisiya Şirkəti tərəfindən Müştəri hesabına əlavə edilə və ya müvafiq olaraq silinə bilər. Eyni zamanda, 8.4.7-ci maddədə söhbət təkcə texniki nasazlıq nəticəsində əldə edilən gəlirin İnvestisiya Şirkəti tərəfindən silinməsindən getmir. Maddədə həmçinin aparılan əməliyyatlar zamanı hər hansı maliyyə alətində nasazlıq olduğu müəyyən edilərsə, İnvestiya Şirkəti tərəfindən müştərinin əldə etdiyi zərərin də silinməsini özündə ehtiva edir. Bu isə onu deməyə əsas verir ki, müqavilə şərtləri müəyyənləşdirilən zaman Şirkət təkcə özünü deyil, müştərilərini də düşünərək sözügedən müddəanın müqavilədə yer almasını təmin etmişdir. Müqavilənin 10.5-ci maddəsinə əsasən, tərəflərdən heç biri bir birinin qarşısında hər hansı dolayı zərərlərə görə məsuliyyət daşımır. Eyni zamanda 10.8ci maddəsinə əsasən, İnvestisiya Şirkə ti elektron ticarət platformasında yaranan nasazlıqla, Müştəri tərəfindən internet əlaqəsində və ya müvafiq avadanlıqlarda yaranmış hallar ilə bağlı sifarişlərin verilməsində yaranan problemlərlə, Müştəri hesabından icazəsiz istifadə (habelə, onun tərəfindən üçüncü şəxslərin istifadəsi üçün şərait yaradıldıqda) və digər iradəsindən asılı olmayan səbəblərlə bağlı məsuliyyət daşımır.

31. Qanunvericilikdə nəzərdə tutulan öhdəliyin icra edilməməsi və ya zərərin ödənilməsi hallarından heç biri Şirkətlə iddiaçı arasında bağlanmış müqavilə münasibətlərinə aid edilə bilməz. Belə ki bu müqavilə münasibətləri çərçivəsində Şirkət öz öhdəliklərini tam və qanunvericiliyə uyğun şəkildə icra etmişdir. Şirkət bütün əməliyyatları real vaxt rejimində sistemdə qeydiyyata almış, nasazlıq barədə Mərkəzi Bank ı və müştərini “Marja ticarəti Qaydası”nın tələblərinə uyğun formada dərhal məlumatlandırmışdır. Bunu sübut edən faktlardan biri də iddiaçının özünün 2024-cü il 4 iyul tarixli Mərkəzi Bankına ünvanlanmış müraciətinə təqdim edilmiş 6-126/2-M-4470/2-21-14124/2024 saylı, 2024-cü il 21 avqust tarixli cavab məktubu olmuşdur. Göründüyü kimi, Şirkətin fəaliyyəti üzrə nəzarətedici funksiyanı həyata keçirən orqanın cavabları və təqdim etdiyi sübutlar əsasında qeyd etdikləri faktların doğruluğu təsdiq olunmuş və nəticə etibarilə məhkəmənin ədalətli qərar qəbul etməsi bir daha sübuta yetirilmişdir.

32. İddiaçı qanunvericiliyə əsasən ona aid olan sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, iş üzrə iddiasının əsaslandıracaq əsaslı sübutları, o cümlədən 2024-cü il 15 aprel tarixdə gecə saat 01.05-07.40 aralığında cavabdeh investisiya şirkətində apardığı ticarət əməliyyatı zamanı yüksək məbləğdə vəsait - 46.310.273,3 ABŞ dolları qazandığını iddia etsə də, “NATG”, “OİLUS” və “OİLUK” alətlərin həmin tarixdə ümumiyyətlə başqa ticarət platformalarda, dünya birjalarında yüksək qiymətdə olmasına dair hər hansı sübutu təqdim edə bilməmişdir. Məhkəmə isə bütün prosessual vəzifələrini tam yerinə yetirərək iş üzrə təqdim olunmuş əsaslı sübutlar əsasında ədalətli qərar qəbul etmişdir.

33. Apellyasiya Məhkəməsi iddiaçının bütün prosessual hüquqlarını qanunvericiliyin bütün müvafiq tələblərinə uyğun olaraq tam şəkildə təmin etmiş, həmçinin onun tələblərini tam şəkildə dinləmiş və qiymətləndirmiş, qərarını isə sübutlara, tərəflər arasında bağlanmış “Marja ticarəti xidmətinin təqdim edilməsinə” dair mü qaviləyə, müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə əsasən qəbul etmişdir ki, bu da ədalətli məhkəmə araşdırmasının həyata keçirildiyini və iddiaçının bütün konstitusion hüquq və azadlıqlarının tam şəkildə qorunduğunu bir daha sübut edir.

34. Məhkəmə iclasları açıq şəkildə keçirilmiş, iddiaçının nümayəndəsi hər dəfə proseslərdə iştirak etmək, izahat vermək, sübut təqdim etmək, vəsatətlər qaldırmaq imkanına malik olmuşdur. Həmçinin məhkəmənin qərar çıxararkən hər iki tərəfin sübutlarına və tələblərinə hüquqi qiymət verməsi və nəticəni yalnız təqdim edilmiş sübutlara uyğun olaraq əsaslandırması da MPM-in 8.1-ci maddəsinin tələblərinə tam şəkildə əməl olunduğunu bir daha sübut edir.

35. Məhkəmə iddiaçının ekspertiza ilə bağlı tələbinə qarşı tam haqlı mövqe irəli sürərək iddiaçının belə b ir yazılı vəsatəti heç bir instansiya mərhələsində irəli sürmədiyini bir daha təsdiq etmişdir.İddiaçı qeyd edilən müqavilə münasibətləri ilə bağlı hər hansı zərərə məruz qalmamış, həmçinin “texniki nasazlıq” halından əvvəl hesabında mövcud olan vəsait həmin hal aradan qaldırıldıqdan sonra olduğu kimi qalmış və bu fakt işin hallarından da aydın olduğu kimi tam şəkildə mübahisəsiz qəbul edilən fakt olmuşdur. Kassasiya baxışının hədləri

36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılard ır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. …” “Maddə

779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.” 39. “Marja ticarət qaydası”nda aşağıdakılar nəzərdə tutulur: 8.1. Marja ticarəti ilə bağlı bütün əməliyyatlar real vaxt rejimində investisiya şirkətinin müvafiq informasiya sistemində qeydə alınır. 8.2. İnvestisiya şirkəti müştəriləri tərəfindən marja ticarəti ilə bağlı aparılan bütün əməliyyatların hər növbəti iş günü ən geci saat 13:00-dək gücləndirilmiş elektron imza ilə imzalayaraq beş il müddətinə saxlanmasını təmin edir. 8.3. İnvestisiya şirkəti bazarda yaranan qiymət sürüşməsi səbəbindən ticarət platformasında meydana gələn qiymət fərqini müştərilərin əleyhinə (lehinə) olduğu kimi (sifarişinin bir sonrakı ən əlverişli qiymətlə icra olunması zamanı) onların lehinə (əleyhinə) də eyni xüsus iyyətlərlə tətbiq edir. 8.4. Ticarət platformasında yaranmış texniki nasazlıqlar barədə investisiya şirkəti nasazlığın səbəblərini də qeyd etməklə dərhal öz müştərilərini və Mərkəzi Bankı məlumatlandırır.

40. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qə tnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi 41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir” (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya i nstansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri ümumi ifadələrdən ibarət olmaqla, işə mahiyyəti üzrə baxılarkən məhkəmə tərəfindən maddi hüquq normalarının pozuntusunun nədə ifadə olunmasına dair konkret dəlillərə istinad olunmamışdır.

43. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir.

44. Kassasiya şikayətinin işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı qeyd edilir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir (MPM, 407.2).

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 17 iyul tarixli 2-2(103)-696/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar