Məhkəmə qərarları › İş №2-2(102)-75/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-75/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-75/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC BOKT-un cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-75/21 Bakı şəhəri xx xxxx 2021-ci il 16.03.2021 Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı QSC BOKT-un vəkili Beytulla İmamaverdiyevin, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx x xxxxxx 2020-ci il tarixli, 2-2(103)-633/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı QSC BOKT (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - cavabdehdən cəmi 62.637.041,15 manat (əsas borc 59.339.864,40 manat, faiz borcu 3.297.176,75 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması; - borc tələbinin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi y anında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması barədə öhdəliyin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən cəmi 62.637.041,15 manat (əsas borc 59.339.864,40 manat, faiz borcu 3.297.176,75 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 saylı Fərmanının icrası ilə bağl ı “xxxx” ASC-nin cavabdehə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ xx xxxxxxxx 2015-ci il tarixli, 39 saylı təhvil-təslim aktına əsasən iddiaçıya verilmişdir. Cavabdehin banka olan borcu onunla bank arasında 2007-2014-cü illər ərzində bağlanmış 17 ədəd kredit müqavilələrinə əsasən yaranmış və akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə banka 62.637.041,15 manat (əsas borc 59.339.864,40 azn, faiz borcu 3.297.176,75 azn) məbləğində borcu olmuşdur. Mübahisənin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində cavabdeh tərəfindən borcun qaytarılmasının mümkün olmadığı müəyyən edilmişdir. Bu səbəbdən, borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi zərurəti yaranmışdır. Cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdi m edərək iddia tələbini qəbul etdiklərini və ona etiraz etmədiklərini bildirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-2(81)-461/2017 saylı qətnaməsi ilə (hakim Vüsalə Baxışova) iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 ay müddətin buraxılması səbəbinin üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(81)-461/2017 saylı qərardadı ilə (hakim Emin Əliy ev) məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin səlahiyyətli nümayəndəsinə imza etdirilməklə xx xxx 2017-ci il tarixdə verilmiş, apellyasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixində rabitə orqanlarına verilmiş və xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayəti 3 il 1 ay 17 gün gecikmə ilə verildiyindən və bu müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrsüz olmuşdur. Həmin qərardaddan cavabdeh şikayət verərək, onun ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnam əsindən verilmiş şikayətinin mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(81)-461/2017 saylı qərardadı ilə (hakim Emin Əliyev) şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-633/2020 saylı qərardadı ilə (sədrlik edən Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Vüsalə Baxışova) cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-2(81)-461/2017 saylı qətnaməsi ilə İddiaçı QSC BOKT-un iddiası təmin edilərək, cavabdeh “xxxx” MMCdən iddiaçının xeyrinə 59.339.864,4 manat əsas borc, 3.297.176,75 manat faiz borcu olmaqla cəmi 62.637.041,15 manat kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh ərizə (apellyasiya şikayəti ilə birlikdə) ilə məhkəməyə müraciət edərək həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(81)-461/2017 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Lakin cavabdeh prossessual qanunvericiliyin tələbinə zidd olaraq qərardaddan verdiyi şikayəti məhkəməyə elektron kabinet vasitəsilə göndərməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 366.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qəra rdaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və cavabdehin şikayətinə mahiyyəti üzrə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, müəssisə xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək və 05 avqust tarixdən xx xxxxxx 2025-ci il tarixədək müddətə fəaliyyətini dayandırdığından müəssisənin direktorunun elektron imzadan istifadə etməsi mümkün olmamışdır. Müəssisənin vəkili tərəfindən isə məhkəməyə vəkil qismində elektron məhkəmə sisteminə daxil edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli ərizə verilsə də, onun sistemə daxil edilməsi məhkəmənin qərardadının qəbul olunduğu tarixdən sonra həyata keçirilmiş, bu səbəbdən vəkil olaraq şikayəti elektron qaydada göndərməs i mümkün olmamışdır. Bundan başqa bildirilmişdir ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin mümkün sayılmaqla icraata qəbul olunması üçün müəyyən şərtlərin dairəsi nəzərdə tutulmuş, lakin şikayətin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmədən kağız daşıyıcıda təqdim edilməsi onun qeyri-mümkün sayılmasının əsası kimi müəyyən edilməmişdir. Başqa bir dəlillə bildirilmişdir ki, məhkəmənin istinad etdiyi Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsi xx xxxxxx 2018-ci il tarixli 1436-VQD saylı Azərbaycan Respublikası Qanunu ilə əlavə edildiyindən həmin maddə yalnız elektron məhkəmə sistemi vasitəsilə daxil olmuş kommersiya mübahisələrinə münasibətdə tətbiq oluna bilərdi. Daha bir dəlillə bildirilmişdir ki, birinci instnasiya məhkəməsində işə mahiyyəti üzrə baxılm asında iştirak etmiş hakim Vüsalə Baxışova mübahisələndirilən qərardad üzrə apellyasiya instansiyası məhkəməsindəki araşdırmada da hakim qismində iştirak etmişdir. Halbuki, bu hal hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsasdır. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.3, 361.1, 361.2, 366-cı maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Kassasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qərardadından verilmiş apellyasiya şikayətinin qey ri-mümkünlüyü məsələsi təşkil edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh apellyasiya şikayətinin verilməsi zamanı qanunvericiliyin məhkəmə sənədlərinin elektron informasiya sistemi vasitəsilə mübadiləsi ilə bağlı tələblərinə riayət etməmişdir. Bu mövqeyi mübahisələndirən cavabdeh bildirmişdir ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin mümkün sayılmaqla icraata qəbul olunması üçün müəyyən şərtlərin dairəsi nəzərdə tutulmuş, lakin şikayətin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmədən kağız daşıyıcıda təqdim edilməsi onun qeyrimümkün sayılmasının əsası kimi müəyyən edilməmişdir. Habelə, işə baxılmasında iştirak etmiş hakim Vüsalə Baxışova mübahisələndirilən qərardad üzrə apellyasiya instansiyası məhkəməsindəki araşdırmada da hakim qismində iştira k etmişdir. Halbuki, bu hal hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsasdır. Məhkəmə kollegiyası aşağıda qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin: - 19.1-ci maddəsinə əsasən, hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 19.1.3. o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. Maddələrin tələblərindən göründüyü kimi, mülki prosessual qanunvericiliklə hakim tərəfindən işə baxılmasına yol verilməyən əsaslar nəzərdə tutulmuşdur. Əvvəllər birinci instansiya məhkəməsində hakim kimi işə baxmış şəxs digər instansiya məhkəmələrində həmin işə baxılmasında iştirak edə bilməz. Göstərilə n müddəalara əsaslanmaqla məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxmış və qətnamə qəbul etmiş hakim V.Baxışova həmin iş üzrə apellyasiya məhkəməsində aparılan icraatda iştirak edə bilməzdi. Məhkəmə kollegiyasının bu mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi yanaşmasından da irəli gəlir. Həmin qərarda qeyd edilmişdir ki, mülki mühakimə icraatında iştirak edən şəxslərin mülki prosesdə obyektivliyinin və qərəzsizliyinin təmin edilməsinin mühüm vasitələrindən biri də hakim tərəfindən işə təkrar baxılmasına yol verilməməsi prinsipinin mövcudluğudur. Bu prinsipin əsasını Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi təşki l edir və məhkəmə aktlarının obyektiv və qərəzsiz qəbul edilməsinə şərait yaradır, habelə mülki proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırmış olur. (...) Qanun hakimin işə baxılmasında təkrar iştirakı imkanını istisna edən mühüm qaydanı müəyyənləşdirir. Belə qaydanın müəyyən edilməsi hakimin işə dair qeyri obyektiv mövqeyinin formalaşmasının mümkünlüyü ilə bağlıdır. Bu isə tərəflərin öz hüquqlarını həyata keçirməsinə neqativ təsir göstərə bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə hakimin hər bir işin baxılmasında sərbəstliyi, həmin işlə əvvəllər heç cür bağlı olmaması işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməs inin səmərəli həyata keçirilməsinə xidmət edir. Mülki prosessual qanunvericilikdə əksini tapan hakim tərəfindən işə təkrar baxılmasına yol verilməməsi prinsipi isə hakimin obyektivliyini təmin edən vasitələrdən biridir. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, bu əsas üzrə apellyasiya məhkəməsinin qərardadı ləğv olunmaqla iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərardadın ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikaı MPM-nin 417.1.3-ci maddəsinə əsasən, kassasiya məhkə məsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-633/2020 saylı qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar