Məhkəmə qərarları › İş №2-2(102)-757/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-757/2025

14.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-757/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı cavabdeh X1 şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəbbə pulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı cavabdeh X1 şirkətinə qarşı “pul tələbi»nə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 25 sentyabr tarixli 2-2(103)866/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. X 1 şirkəti ilə İddiaçı arasında bağlanmış 2022-ci il 12 dekabr tarixli, *** nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu Satıcı bu Müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun avtomatika avadanlıqları (bundan sonra “Mallar” adlanacaq) “lnkoterms-2020”-ə əsasən DAP Bakı, Azərbaycan şərtilə bu Müqavilənin 3.3-cü bəndində göstərilmiş Alıcının ünvanına çatdırırAlıcı isə Müqavilə əsasında Malların dəyərini ödəyir.

2. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən mallar müqavilə imzalandıqdan sonra bu Müqavilənin 3.3-cü maddəsində göstərilmiş Alıcının ünvanına 100 gün ərzində çatdırılacaqdır. Malların çatdırma müddətindən əvvəl göndərilməsinə, hissə-hissə göndərilməsinə, bir nəqliyyat vasitəsindən başqa nəqliyyat vasitəsinə yüklənməsinə icazə verilir; -4.1-ci bəndinə əsasən mal DAP Bakı şərti ilə yükalanın ünvanına tədarük edildikdən sonra malların tam dəyərini yəni 136 600,00 EUR 30 iş günü ərzində Alıcı Satıcıya ödəyir; -10.1-ci maddəsinə əsasən malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda Satıcı hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada Alıcıya dəbbə pulu ödəməlidir: ilk 4 həftə üçün – gecikdirilmiş malların dəyərinin 0,5%-i miqdarında, daha sonrakı müddətdə - gecikdirilmiş Malların dəyərinin 1,5%-i miqdarında. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı (bundan sonra“iddiaçı”) cavabdeh “Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 202 2-ci il 12 dekabr tarixli, *** nömrəli alqı-satqı müqaviləsi üzrə malların çatdırılmasının gecikdirilməsinə görə hesablanmış 13.660 avro məbləğində dəbbə pulunun və 163 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “Azneft” İBnin struktur təşkilatlarının avtomatika avadanlıqları ilə təchiz edilməsi məqsədilə ümumi dəyəri 136 600,00 EUR məbləğində 2022-ci il 12 dekabr tarixli, *** nömrəli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən 100 gün müddətində, yəni 2023-cü il 22 mart tarixinədək iddiaçının ünvanına cavabdeh tərəfindən ümumi məbləği 136 600,00 EUR dəyərində avtomatika avadanlıqları təchiz olunmalı idi. 2023-cü il 30 dekabr tarixində 12.800.00 EUR, 2024-cü il 13 iyul tarixində 73.900.00 EUR, 2024-cü il 25 oktyabr tarixində 7.900.00 EUR və 2023-cü il 28 dekabr tarixində 35.400.00 EUR olmaqla cəmi 130.000.00 EUR mal mədaxil edilmişdir. Lakin qalan 6.600 EUR dəyərində mal tədarük edilməmişdir. Müqavilənin 10.1-ci maddəsinə görə, Malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda Satıcı hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada Alıcıya dəbbə pulu ödəməlidir: ilk 4 həftə üçün- gecikdirilmiş malların dəyərinin 0,5%-i miqdarında, daha sonrakı müddətdə-gecikdirilmiş malların dəyərinin 1,5%-i miqdarında. Sözügedən alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən malların çatdırılmasının gecikdirilməsinə görə, həmin müqavilənin 10-cu maddəsinə əsasən 13.660 Avro məbləğində dəbbə pulu hes ablanmışdır.

5. Cavabdehin iddia tələbinə qarşı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya dəfələrlə bildirilib ki, sonuncu 6000 EUR-luq malı onlar 3-4 həftə ərzində çatdıra bilərlər. Lakin müqavilədə qeyd olunan istehsalçını dəyişməyə zərurət var. Belə ki, RusiyaUkrayna müharibəsi- fors-major halı ilə bağlı olaraq onlar bu malı sata bilmədi. Azneft İBnin X4 İdarəsində mallara baxış zamanı Azneftin bir əməkdaşı tərəfindən bu mala artıq ehtiyac olmadığı bildirilmişdi. X1 4-cü bəndinə uyğun olaraq ödəniş şərtləri “çatdırılmadan sonra 30 gün” olsa da, ödənişləri 279 gün gecikmə ilə həyata keçirilib. Məsələn məhz məhkəmə predmeti olan müqavilənin 35.400 EUR (Schneider Foxboro istehsalı olan məhsullar) dəyərində olan mal partiyası 2023-cü il 11 oktyabr tarixində çatdırılsa da, həmin malın öd ənişi 279 gün, 12800 eur (Emerson istehsalı olan məhsullar) mal partiyası 2023cü il 10 noyabr tarixdə çatdırılsa da, malın ödənişi 249 sonra sonra həyata keçirilib (İdxal YGB-si və ödəniş tapşırığı qoşmada təqdim olunur). Həmçinin məhz məhkəmə predmeti olan müqavilənin 2023-cü il 26 may tarixində çatdırılan 73.900 eur-luq (X3 istehsalçısı) mal partiyası üçün ödəniş 70 gün sonra 2023-cü il 4 avqust tarixinində icra olunmuşdur. Bu müqavilədə ödəniş müddətinin 30 gün olduğunu qeyd etmişdirlər. (73.900 EUR üçün ödəniş sənədi əlavə olunur). X2 (istehsalçıdır), Emerson (İstehsalçıdır) və Kobold Group (malı GMT Europe GmbH adlı distribyutor vasitəsilə satır) firmalarının malların istehsalçı tərəfindən gecikməsini təsdiqləyən məktubları təqdim olunur. Hər iki məktub email vasitəsilə 2023-cü ildə v ə məktubların üzərində qeyd olunan tarixlərdə Azneft İB-nin satınalma əməkdaşı Nazim Əliyevə (Fərhad Məhərrəmova) təqdim olunub. Lakin təqdim olunmuş 3 məktub da belə gecikmənin onlardan asılı olmayan səbəblərdən baş verdiyini və iddianın əsassız olduğunu göstərir. Həmçinin iddiaçı tərəfindən ödənişlərin 9 aydan çox gecikdirilməsi firmanın fəaliyyətini iflic vəziyyətinə salmış, firmanın maliyyələşmə xərclərinə (bank faizi (aylıq 1-2%) və s) görə zərərə uğrayır və eyni zamanda digər layihələrdə iştirak edə bilməyərək də gəlirlərindən məhrum olur və əldən çıxmış fayda halı ilə üzləşir. Kapital xərcinə və əldən verilmiş faydaya görə etdikləri zərəri diqqətə alınmasını xahiş etmişlər. Lakin ödənişlərlə bağlı həddən artıq gecikmələrə baxmayaraq onlar malların hamısını tədarük etmişlər. Hətta zə rərlə olsa belə yenə də tədarük etmişlər ki, Azərbaycan neft sənayesinə olan bu fədakarlıq və töhfə sayəsində möhkəm qarşılıqlı faydalı və loyal əməkdaşlıq münasibətləri yaransın. Həmçinin onların nümayəndəyə X4 idarəsində mallara baxış zamanı Azneftin bir əməkdaşı tərəfindən bu mala (6500 avroluq mala) artıq ehtiyac olmadığı bildirilmişdir. Partnyor və müştərilərlə xoş dostyana, vicdanlı, qarşılıqlı faydalı münasibət və əməkdaşlığın tərəfdarıdırlar və yuxarıda sadaladıqlarından da görünür ki, indiyənədək bütün hərəkətlərində bunu nümayiş etdirməyə çalışıblar və son dərəcə vicdanlı olublar. Bu baxımdan məsələnin barışıq yolu ilə həllini və iddianın məhkəmə tərəfindən rədd edilməsini xahiş edirlər.

6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 11 iyun tarixli e-2-2(113)-2705/2025 nömrəli qətna məsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 450 avro məbləğində dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim G.Namazova).

7. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olubolmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsi ilə bağlı “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 443.0.2 və 443.0.7-ci maddələrinə, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5, 5.10-cu b əndlərinə istinadən qeyd etmişdir ki, hazırki işdə tərəflər arasında bağlanmış 2022-ci il 12 dekabr tarixli müqavilənin 12-ci bəndinə əsasən müqavilə Azərbaycan Respublikasının qanunlarına əsasən təfsir edilir və idarə olunur. Mübahisə tərəflər arasında danışıqlıqlar yolu ilə həll edilmədiyi halda, məsələ Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir və eyni zamanda icraçı Azərbaycan məhkəmələrinin səlahiyyətlərinın tam qəbul edir. Odur ki, məhkəmə hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış malların alqı-satqısına dair müqaviləyə əsasən cavabdeh iddiaçını 136.600 avro dəyərindən mallar ilə təchiz etməli idi. Cə mi 130.000 avro dəyərindən mallar iddiaçıya təhvil verilsə də, 6600 avro dəyərində mallar cavabdeh tərəfindən tədarük edilməmişdir.

9. Hazırda iddiaçı, tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndinə (bax§1) istinad edərək 6600 avro məbləğində malların tədarük edilməməsinə görə cavabdehdən 13600 avro dəbbə pulunun tutulmasını tələb etmişdir.

10. Cavadeh mübahisəni barışıq qaydasında həll edilməsi niyyətini yazılı şəkildə bildirsə də, qətnamə çıxan tarixinə kimi mübahisə məhkəmədən kənar və ya barışıq sazişi ilə öz həllini tapmamışdır.

11. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini gecikdirməsi (qismən icra edilməsi) işin halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra e dilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

12. Məhkəmə, MM-in 467-ci maddəsinə istinadla tələb olunan dəbbə pulunun tədarük edilməyən 6.600 avro malların dəyərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 450 avro manat məbləğində müəyyən edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 462.1, 467, 567, 568.1-ci maddələrinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə, “Xarici e lementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 14 dekabr tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5, 5.10-cu bəndlərinə, və MPM-in 14.1, 14.2, 77.1, 218.3, 439.1, 443.0.2 və 443.0.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 25 sentyabr tarixli 2-2(103)-866/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova).

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, müqavilə şərtlərinə əsasən ilk 4 həftə üçün-gecikdirilmiş malların dəyərinin 0,5%-i miqdarında, daha sonrakı müddətdə -gecikdirilmiş malların dəyərinin 1,5%-i miqdarında cərimə ödəmək öhdəliyi yaranmışdır. 6.600 avro dəyərində mallar cavabdeh tərəfindən tədarük edilməmişdir. İddiaçı cərimə borcunun məbləğinin 13.660 avro təşkil etdiyini bildirsə də, məhkəmə kollegiyası cavabdehin əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq 450 avro məbləğində dəbbə pulunun tutulmasını daha ədalətli və ağlabatan hesab etmişdir.

17. Apellyasiya məhkəməsi gəldiyi nəti cəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 28 iyul tarixli qərarına istinadla əsaslandırmışdır.

18. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Azərbaycan Respublikasının Konstitusiyasının 13, 152.1-ci maddələri, Avropa Konvensiyasının 1-saylı Protokolunun 1-ci maddəsi, «Beyeler Niderlanda» qarşı iş üzrə 1995-ci il 23 oktyabr tarixli qərarı, MM-in 385.1, 425.1, 462.1, 463.1, 567 və 568.1-ci maddələri üzrə - tərəflər arasında bağlanmış alqı-sat qı müqaviləsinin 3.2-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən 100 gün müddətində, yəni 2023-cü il 22 mart tarixinədək “Azneft” İB-nin ünvanına cavabdeh tərəfindən ümumi məbləği 136 600,00 avro dəyərində avtomatika avadanlıqları təchiz olunmalı idi. 2023-cü il 30 dekabr tarixində 12.800.00 avro, 2024-cü il 13 iyul tarixində 73.900.00 avro, 2024-cü il 25 oktyabr tarixində 7.900.00 avro və 2023-cü il 28 dekabr tarixində 35.400.00 avro olmaqla cəmi 130.000.00 avro mal mədaxil edilmişdir. Lakin qalan 6.600 avro dəyərində mal tədarük edilməmişdir. Müqavilənin 10.1-ci maddəsinə görə, malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada alıcıya dəbbə pulu ödəməlidir: ilk 4 həftə üçün-gecikdirilmiş maların dəyər inin 0,5%-i miqdarında, daha sonrakımüddətdə - gecikdirilmiş malların dəyərinin 1,5%-i miqdarında. Sözügedən alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən maların çatdırılmasının gecikdirilməsinə görə, həmin müqavilənin 10-cu maddəsinə əsasən 13 660 avro məbləğində dəbbə pulu hesablanmışdır. Göründüyü kimi, tərəflər könüllü olaraq müqavilə imzalayarkən gecikdirməyə görə dəbbə pulunun hesablanmasını nəzərdə tutmuşdurlar ki, bundan da hər hansı formada kənaraçıxma qanunsuz və əsassızdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən yalnız MM-in 467-ci maddəsinə istinad olunaraq dəbbə pulunun kəskin formada azaldılması zamanı cavabdehin mövqeyi əsas tutulsa da, iddiaçının marağı ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, məhkəmə tərəfindən tərəflərin hüquq və mənafeləri bərabər tənzimlənməli i di. Maddənin tələbindən göründüyü kimi, dəbbə pulunun azaldılması yalnız tənasübsüz surətdə yüksək dəbbə puluna münasibətdə tətbiq edilir ki, hazırki iş üzrə də göstərilən hal mövcud deyildir. Bundan əlavə, normadan görünür ki, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalı olduğu halda hazırki iş üzrə kreditor olan iddiaçının mövqeyi ümumiyyətlə nəzərə alınmamış və dəbbə pulu kəskin formada azaldılmışdır.

20. MPM-in 9.3, 88, 217.1, 217.3-cü maddələri üzrə-apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh tərəfindən kassasiya şikayətinə q arşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri

22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respub likası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsi nə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzə rə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

25. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməs inə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

88. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

27. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ verir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzər ə alınmalıdır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılması mümkündür.

29. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə, iddiaçı, müqaviləyə əsasən 6.600 avro dəyərində malın tədarük edilməməsinə görə iki qat olmaqla, 13.660 avro dəyərində cərimənin ödənilməsini tələb edir.

30. Məhkəmə kollegiyası, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, tədarük edilməyən malın dəyərinin iddia olunan cərimə məbləğinə nisbətini, Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini, eləcə də MM-nin 467-ci maddəsinin tələblərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin dəbbə pulunun tutulması tələbi üzrə gəldiyi nəticə ilə razılaşır.

31. İddiaçının kassasiya şikayətində prosessual hüquq normalarının pozulmasına istinad olunsa da, pozuntunun konkret nədə ifadə olunması göstərilməmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, qətnamə nin ləğvinə əsas olan maddi və prosessual normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti isə təmin edilməməlidir.

33. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 25 sentyabr tarixli 2-2(103)-866/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar