Məhkəmə qərarları › İş №2-2(102)-758/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-758/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-758/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər X3, X4, X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr-kredit müqaviləsi üzrə mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC cavabdehlər X4, X5, X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 avqust tarixli, 2- 2(107)-59/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 1. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər X4 (bundan sonra – “F. Balaşova”), X5 (bundan sonra – “Z.Şabanov), X2 (bundan sonra – “N.Balaşov”) qarşı 2021-ci il 11 noyabr tarixdə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Zaqatala filialı ilə N.Balaşov arasında bağlanmış 2019-cu il 3 iyul tarixli 03/19 saylı kredit xətti müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, cavabdehlərdən həmin müqavilə üzrə 2022-ci il 28 mart tarixə öd ənilməmiş qalan 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1.512.612,01 manat, faiz borcu 172.469,4 manat, cərimə borcu 1.502,18 manat olmaqla, cəmi 1.686,583,6 manat, 269ZFFL203020006 referensli tranşı üzrə əsas borc 67.000 manat, faiz borcu 7.712,75 manat olmaqla, cəmi 74.712,75 manat, ümumilikdə hər iki tranş üzrə 176.1296,35 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 173,37 manat dövlət rüsumu və xidmət haqqının, ödənilmiş 1.201 manat dövlət rüsumunun, iddia tələbinin həcmi artırılarkən əlavə ödənilmiş 28 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 24,1 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 17,55 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, tutmanın F.Balaşova məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına (2018-ci il 21 dekabr tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə (2019-cu il 14 yanvar tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) yönəldilməsi, qeyri-yaşayış binasının və torpaq sahəsinin likvid qiyməti müəyyən edilməklə açıq hərracda satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq ödənilməsi, əmlakların boşaldılması və cavabdehlər və digər şəxslərin həmin əmlaklardan çıxarılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 23 may tarixli, e-2-2(117)-10/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçının Zaqatala filialı ilə N.Balaşov arasında bağlanmış 2019-cu il 3 iyul tarixli 03/19 saylı kredit xətti müqaviləsi üzrə 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 151.2612,01 manat, faiz borcu 152.973,64 manat, cərimə borcu 150 manat, 269ZFFL203020006 referensli tranşı üzrə əsas borc 67.000 manat, faiz borcu 6.849,13 manat pul cavabdehlərdən tutularaq iddiaçının xeyrinə tutulmuş, borc məbləği F.Balaşova məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə yönəldilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri 3.304.000 manat, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri 159.500 manat məbləğində müəyyən edilmiş və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmış, satışdan əldə edilmiş vəsait cavabdeh N.Balaşovun iddiaçıya olan borcunun ödənilməsinə yönəldilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan bir ay müddətində cavabdehlər həmin qeyri-yaşayış binasını boşaltmaları qərara alınmışdır. İddia qalan hissələrdə təmin edilməmiş, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 500 manat pulun, ekspertiza tədqi qatının dəyəri olan 100 manat pulun bərabər qaydada iddiaçıdan və N.Balaşovdan tutulması, 1.444,02 manat dövlət rüsumunun 17,3 manat hissəsi iddiaçıya aid edilməsi, 1.426,72 manat hissəsi və 400 manat mediasiya xərcinin cavabdehlərdən tutulması qət edilmişdir (hakim – M.Hüseynov).

3. Cavabdeh N.Balaşov apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 avqust tarixli, 2-2(107)-59/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – E.Hüseynov, hakimlər – A.Eyvazov və İ.Şükürov).

5. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 19 avqust tarixində tərəflərə göndərilmişdir.

6. Cavabdeh N.Balaşov 2022-ci il 13 oktyabr tarixində kasasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNDƏN İMTİNA EDİLMƏSİNƏ DAİR ƏRİZƏ VƏ ONUN DƏLİLLƏRİ a) Kassasiya şikayətindən imtinanın dəlilləri

7. MPM-in 410.1-ci maddəsinin tələbi üzrə kasssasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır və hazırkı mülki iş üzrə tərəflər arasında yaranmış mübahisə tərəflərin qarşılıqlı razılığı əsasında həll edilməkdə olduğundan, mülki iş üzrə cavabdehlər kassasiya şikayətindən imtina etmə k qərarına gəlmişdirlər. Apellyasiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətindən imtina edilmişdir. b) Kassasiya şikayətindən imtinaya dair qarşı tərəfin münasibəti

8. İddiaçı tərəfindən kassasiya şikayətindən imtinaya dair heç bir münasibət bildirilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

9. Kasasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kasasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

10. Kasasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

410. Kassasiya şikayətindən imtina edilməsi 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər q ətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası cavabdehlərin kassasiya şikayətindən imtina edilməsi barədə ərizəsini nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətindən imtina qəbul edilməli, iddiaçının cavabdehlərə qarşı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir.

13. Məhkəmə kollegiyası MPM-in 410-cu maddəsinin tələblərini (bax yuxarıda § 12) rəhbər tutaraq qeyd edir ki, qanunla k assasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququdur və şikayət verən şəxsin məhkəmə qərarı ilə razılaşmasını nəzərdə tutur.

14. Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətindən imtina barədə ərizəni mülki prosessual hüquq normalarının tələbləri baxımından qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, şikayətdən imtinanın qəbul edilməməsi üçün MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar mövcud deyil, kassasiya şikayətindən imtina qəbul edilməli və cavabdehlərin şikayətinə münasibətdə kassasiya icraatına xitam verilməlidir.

15. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

16. Cavabdehlərin kassasiya şikayətindən imtinası qəbul edilsin. Hazırkı iş üzrə cavabdehlərin kassasiya şikayətinə münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar