Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-76/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası «xxxx» MMC-nin «AAAAAAAAAAnə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması GİRİŞ HİSSƏ Hakimlər: 11.03.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi ilə, cavabdeh Cəmiyyətin nümayəndəsi-sədri X1 və vəkili Vəkil, 3-cü şəxs Q,Sıraclının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin cavabdeh «AAAAAAAAAAnə qarşı torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması v ə müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdeh «AAAAAAAAAAnə qarşı obyektə avtonəqliyyat vasitələrinə sərbəst girişin təmin olunması haqqında iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı «xxxx» MMC cavabdeh «AAAAAAAAAAnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçı MMC-yə məxsus torpaq sahəsindən istifadəyə cavabdeh Cəmiyyət tərəfindən yaradılmış maneələr aradan qaldırılaraq, iddiaçı MMC-yə (onun işçilərinə) məxsus, həmçinin, onun mülkiyyət hüquqlarından istifadəsi, s ahibkarlıq fəaliyyəti və işinin təşkili ilə bağlı gələn minik, yük və s. avtomobillərinin, həmçinin, qəza/xidmət avtonəqliyyat vasitələrinin torpaq sahəsinə maneəsiz buraxılması vəzifəsinin cavabdeh Cəmiyyətin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələblər irəli sürən 3-cü şəxs X4 cavabeh «AAAAAAAAAAnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-cü şəxsə məxsus ünvan 1 ünvanında yerləşən “Sağlamlıq Mərkəzi”nə gələn avtonəqliyyat vasitələrinə sərbəst girişin təmin olunması vəzifəsinin cavabdeh Cəmiyyətin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Mədətli; iş No 2-2(81)-317/2019) iddiaçı MMC-nin iddia tələbinin təmin edilməsi; ünvan 1 ünvanında yerləşən iddiaçı MMC-yə məxsus torpaq sahəsindən istifadəyə cavabdeh Cəmiyyət tərəfindən yaradılmış maneələrin aradan qaldırılaraq, iddiaçı MMC-yə (onun işçilərinə) məxsus, həmçinin onun mülkiyyət hüquqlarından istifadəsi, sahibkarlıq fəaliyyəti və işinin təşkili ilə bağlı gələn minik, yük və s. avtomobillərinin, həmçinin qəza/xidmət avtonəqliyyat vasitələrinin torpaq sahəsinə maneəsiz buraxılması vəzifəsinin cavabdeh Cəmiyyətin üzərinə qoyulması; müstəqil tələb irəli sürən üçüncü şəxs Q.Sıraclının iddia tələbinin təmin edilməsi; Q.Sıraclıya məxsus Bakı ş, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 554-cü məhəllədə yerləşən “Sağlamlıq mərkəzi”nə gələn avtonəqliyyat vasitələrinə sərbəst girişin təmin olunması vəzifəsinin cavabdeh Cəmiyyətin üzərinə qoyulması qət edi lmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva, iş № 2-2(103)-643/19) cavabdeh Cəmiyyətin apellyasiya şikayəti təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh Cəmiyyət kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və 3-cü şəxs Q.Sıraclının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Cəmiyyətin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosess ual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Cəmiyyətin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi və 3-cü şəxs Q.Sıraclının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Cəmiyyətin nümayəndəsi-sədri A.Səlimov vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən 3-cü şəxs Q.Sıraclının nümayəndəsi və vəkili İ.Manafova kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçı MMC-nin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərk, haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 554-ci məhəllədə çoxmərtəbəli yaşayış binaları kompleksi tikilmiş, həmin tikinti kompleksə daxil olan 26 saylı binanın sakinləri tərəfindən yaradılan cavabdeh Cəmiyyət tərəfindən binaların ümumi həyətinin hər iki girişinə şlaqbaum quraşdırıldığı, öz sakinlərindən başqa digərlərinə, o cümlədən, iddiaçı MMC-yə və müstəqil tələb irəli sürən 3-cü şəxs Q.Sıraclıya məxsus avtonəqliyyata şlaqbaumun həyətə girişini məhdudlaşdırdığı işin mübahisələndirilməyən ha lıdır. Cavabdeh Cəmiyyətin dəlillərində ilk öncə mübahisələndirir ki, iddiaçı MMC-nin mübahisəli şlaqbaumlarla heç bir əlaqəsi yoxdur və bu onunla əsaslandırılır ki, həmin ünvanda sonuncuya məxsus yaşayış və qeyri-yaşayış sahəsi mövcud deyil. Cavabdeh Cəmiyyətin qeyd olunan dəlilləri iş materiallarına əsasən təkzib olunur. Belə ki, işin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş «Mülkiyyət hüququ haqqında» 000929 qeydiyyat nömrəli xx xxxxx 2001-ci il tarixli şəhadətnamənin surətinə görə, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (hazırki Z.Xəlilov küçəsi) 554-ci məhəllədə yerləşən fizika-riyaziyyat və informatika təmayüllü litseyin tədris korpusunun (yarımçıq tikili) yerləşdiyi 6727,5 kv.m torpaq sahəsi “xxxx” Şirkətinin mülkiyyəti nə verilmişdir. «xxxx» MMC-nin işə əlavə olunmuş xx xxxxxxx 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsindən və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışından isə görünür ki, həmin MMC “xxxx” Şirkətinin hüquqi varisidir. Eyni zamanda, işin materiallarına əlavə olunmuş, xx xxxxxx 2018-ci il tarixdə: -iddiaçı MMC ilə ünvan 2 ünvanda yerləşən 32,6 kv.m qeyri- yaşayış binasının icarəçisi E.Quliyev adlı şəxs arasında; -eyni zamanda, iddiaçı MMC ilə ünvan 2 ünvanda yerləşən FS-Group 1254 kv.m qeyri yaşayış sahəsinin icarəçisi E.Almazov adlı şəxs Eldəniz Ağabala oğlu arasında – «Qeyri-yaşayış binasının ətraf sahəsinin və ərazisinin təmiz vəziyyətdə saxlanılması; su-nasos kompleksinin cari təmirin və mütəmadi iş rejiminin təmini; məişət tullantılarının yığılması və daşınması; tran sformator məntəqəsinin cari təmiri və s. xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanmışdır. Göründüyü kimi, mübahisəli ünvanda iddiaçı MMC-nin mülkiyyətində həm torpaq sahəsi, həm də sahibliyində icarəyə verdiyi digər obyektlər mövcuddur. Odur ki, iddiaçı MMC mübahisəli yaşayış kompleksinin ümumi həyətinə qoyulmuş şlaqbaumlardan girişinə yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə də iddiaçı MMC tər əfindən ona məxsus əmlaklar üzərində mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsi qonşuların və ya üçüncü şəxslərin, cavabdeh Cəmiyyətin təmsil etdiyi 26 saylı bina sakinlarinin hüquqlarını pozması kimi yozula bilməz. Ona görə də cavabdeh Cəmiyyətin iddiaçı MMC-nin sözügedən şlaqbaumlarla heç bir əlaqəsi olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Cavabdeh Cəmiyyətin müstəqil tələb irəli sürən 3-cü şəxs Q.Sıraclıya münasibətdə dəlillərindən isə göründüyü kimi, mübahisəli ünvanda sonuncunun mülkiyyətində «Sağlamlıq Mərkəzi»nin olduğu və həmin obyektin onun tərəfindən icarəyə verildiyi cavabdeh Cəmiyət tərəfindən mübahisələndirilmir. Konkret halda, cavabdeh Cəmiyyət mübahisəlndirir ki, onlara məxsus 180 mənzilli binanın həyətində avtomobil saxlamaq üçün cəmi 30-40 yer olduğunu bildirərək, digər qeyri-yaşayış sahələrinə, o cümlədən, «Sağlamlıq Mərkəzi»nə gələn müştərilər həmin həyətdə avtomobillərini saxlamış olsalar xaos yaranacaq və sakinlərə öz avtomobillərini saxlamaq üçün yer qalmayacaq. Cavabdeh Cəmiyyətin qeyd olunan dəlilləri ilə də razılaşmaq mümkün deyil. Çünki, ən azından Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd olunan 152.5-ci və 157.4 maddələrinin tələbləri baxımından 3-cü şəxsin mülkiyyətindən istifadə imkanının məhdudlaşdırılması və ya onun mülkiyyət hüququnun digər formada həyata keçirilməsinə (o cümlədən, icarəyə verməklə ondan bəhər götürməsi, həmin obyektlərinə gələnlərə maneçilik törədilməsi və s.) maneələr törədilməsi - hüquqazidd olan və öz mövqeyindən sui-istifadəni ehtiva edən hərəkətləri özündə əks etdirir və ən azından bu bir özb aşınalıqdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə müvafiq olaraq sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd olunmalıdır ki, hətta, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.5-ci maddəsi belə, onun hərəkətlərinə bəraət qazandırmır. Əksinə, onun tərəfindən mübahisəli yaşayış kompleksində ümumi həyətə şlaqbaumlarla girişin iddaçı MMC-yə və 3-cü şəxsə qadağa edilməsi onların mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə qanunsuz müdaxiləni ehtiva edir. Çünki, məhz Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, iddiaçı MMC və müstəqil tələb irəli sürən 3-cü şəxs mübahisəli ünvanda mülkiyyət sahibi olduqları halda, onların ümumi həyətə gediş-gəlişi cavabdeh tərəfindən qadağan edilə bilməz. Cavabdeh Cəmiyyət tərəfindən isə Məcəllənin qeyd olunan norması düzgün təfsir olunmur. Beləliklə də, iddiaçı MMC-nin və 3-cü şəxs Q.Sıraclının iddia tələbləri əsaslı və qanuni olmuş, həmin tələblər 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh Cəmiyyətin kassasiya şikayətində qeyd edlənlər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə uyğun olaraq məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilmə si üçün qismən əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh «AAAAAAAAAAnin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-76/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-76/2020
11.03.2020 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver