Məhkəmə qərarları › İş №2-2(102)-76/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-76/2021

03.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-76/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “xxxx” MMC-in Cavabdeh ASC-ə qarşı hesablanmış 36.247,80 manat məbləğində borcun silinməsinə dair iş üzrə QƏRAR Açar sözlər: aparılan yoxlamanın vahid məlumat reyestrində qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Nəcəfzadə Nigar Zəfər qızının, İddiaçı “xxxx” MMC-in nümayəndəsi xxx oğlunun, Cavabdeh ASC-in vəkili xxx oğlunun iştirakı ilə, Cavabdeh ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsi nin Kommersiya Kollegiyasının 2020-ci il 8 avqust tarixli 2-2(103)-445/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı “xxxx” MMC (bundan sonra-MMC) Bakı şəhəri XXX ünvanında 2013cü ildən hazıra kimi tikintisini həyata keçirdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 33 mərtəbəli yeni inzibati binasının tikinti layihəsinin Baş Podratçısıdır.

2. Həmin tikinti obyektində istifadə olunan su təchizatı və çirkab suların axıdılması xidmətləri üçün Cavabdeh ASC-in (bundan sonra-ASC) Nizami rayon Sukanal İdarəsi ilə iddiaçı MMC arasında “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün” xxx tarixində xxx saylı abonent müqaviləsi bağlanmışdır. 3. 2017-ci il 13 fevral tarixində A SC-in Müştəri xidmətləri departamentinin əməkdaşları tərəfindən xxx ünvanında yerləşən MMC-in su təchizatına və kanalizasiya sisteminə baxış keçirilmiş və xxx nömrəli inventar aktı tərtib edilmişdir.

4. Həmin aktda MMC tərəfindən d=100 mm-lik boru vasitəsi ilə qrunt suyunun qanunsuz olaraq kanalizasiya şəbəkəsinə ötürüldüyü qeyd olunmuşdur.

5. Həmin akt əsasında əlavə 44064 m3 miqdarında tullantı suların axıdılması xidmətinin dəyərinin ödənilməsi qərara alınmış və cavabdeh tərəfindən hesablanmış 36.226,39 manat məbləğində zərər iddiaçıdan tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC Cavabdeh ASC-ə (bundan sonra-ASC) qarşı ASC tərəfindən xxx №li akta əsasən hesablanmış 36.247,80 manat məbləğində borcun silinməsi barədə iddi a ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

7. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı təmin etmə tədbiri kimi ASC-in üzərinə su təchizatının bərpa olunması vəzifəsinin qoyulması, işə mahiyyəti üzrə baxılması zamanı su təchizatının dayandırılmasının qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 30 yanvar tarixli, 2-2(113)-625/2020 saylı qərardadı ilə MMC-in ərizəsi qismən təmin olunmuş, xxx ünvanında yerləşən tikintisi baş podratçı olaraq MMC tərəfindən aparılan tikinti obyektinə su təchizatının dayandırılması cavabdeh ASC-ə qadağan olunmuş, ərizə qalan hissədə təmin edilməmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC xxx ünvanında 2013-cü ildən bəri tikintisini həyata keçirdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 33 mərtəbəli yeni inzibati binasının tikinti layihəsinin Baş Podratçısıdır. Həmin tikinti obyektində istifadə olunan su təchizatı və çirkab suların axıdılması xidmətləri üçün ASC-in Nizami rayon Sukanal İdarəsi ilə iddiaçı MMC arasında “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün” xxx tarixində xxx saylı abonent müqaviləsi bağlanmışdır. Obyektin su-kanalizasiya təchizatı üçün öz ayrıca xətti olmuş və sərfiyyatın hesablanması üçün smart-kart tipli su sayğacı qauraşdırılmışdır. Bu sayğacın göstəricilərinə əsasən obyektdə istifadə olunan su sərfiyyatı və su sərfiyyatının həcminə uyğun çirkab suları da hesablanaraq, təqdim edilmiş hesab-faktura əsasında vaxtı-vaxtında ödənişlər həyata keçirilsə də 2017-ci il 3 mart tarixində ASC-in Nizami rayon Sukanal İdarəsinin işçisi tərəfindən olunan obyektdə yerləşən sahə ofisinə düzgün məlumatı özündə əks etdirməyən xxx/xxx saylı hesab-faktura təqdim olunmuşdur. Həmin hesab-fakturada iddiaçıya yazılmış ƏDV daxil 36.247,80 manat borc məbləği göstərilməklə heç bir əsası olmayan və reallığa əsaslanmayan hesablamalardan doğmuş sərfiyyat rəqəmləri qeyd olunmuşdur. Hesabfakturada real göstəricilərə əsaslanmayan sərfiyyat və məbləğin haradan yarandığı və hesablanması barədə rəsmi məlumat verilməsi üçün cavabdeh təşkilata xxx tarixində rəsmi məktubla müraciət edilsə də, məbləğin hansı hesabata əsasən yarandığı barədə heç bir açıqlama verilməmişdir. İddiaçı belə bir cavab gəlmədiyi təqdirdə cavabdeh təşkilatın səhvə yol verdiyini və səhvən belə bir hesab-faktura göndərdiyini zənn etmiş və sonrakı illərdə obyektin su kanalizasiya təchizatı üçün qabaqcadan smart karta ödənişlər edib su təchizatı və çirkab suların axıdılması xidmətlərindən istifadə etmişdir. Ancaq xxx tarixində cavabdeh tərəfindən sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı iddiaçıya xxx saylı xəbərdarlıq və xxx tarixində birtərəfli tərtib olunmuş üzləşmə aktı təqdim olunmuşdur. Həmin xəbərdarlıqda iddiaçının 2020-ci il 8 yanvar tarixinə su və çirkab su xidmətlərindən istifadəyə görə ASC-ə 35.861,63 manat məbləğində borcunun yarandığı göstərilmiş və borcun ödənilmədiyi təqdirdə göstərilən xidmətin dayandırılması və məhkəmə qaydasında tutulması qeyd olunmuşdur. Bundan sonra iddiaçı cavabdeh təşkilatın yuxarı orqanı hesab olunan ASC-in sədr inə xxx tarixində şikayət məktubu göndərmişdir. İddiaçı həmin məktubda həyata keçirdiyi bu layihənin dövlət əhəmiyyətli bir tikinti layihəsi olmasını və layihədə 300-dən çox işçi qüvvəsinin çalışmasını və binanın tez bir zamanda təhvil verilməsi üçün dövlət səviyyəsində göstəriş verilməsini qeyd etmiş, obyektdə suyun kəsiləcəyi təqdirdə bütün işlərin dayanması nəticəsində layihənin tamamlanmasının gecikəcəyini və dövlət əhəmiyyətli bu binanın vaxtında təhvil verilməsi mümkün olmayacağını vurğulamışdır. Lakin buna baxmayaraq, 2020-ci il 21 yanvar tarixində Nizami rayonu Sukanal İdarəsinin işçiləri tərəfindən obyektin su təchizatı dayandırılmışdır. Hazırda obyektin su sayğacında qabaqcadan ödənilmiş su və kanalizasiya xidmətləri üçün 1.612 manat balansı olsa da, həmin balansın istifadəsinə m əhdudiyyət qoyulmuş və tikinti obyekti tamamilə susuz qalmışdır. Borcun yaranma səbəblərini araşdırarkən isə məlum olmuşdur ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 2017-ci il 13 fevral tarixində MMC-in tikinti obyekti ərazisində yoxlama keçirərək guya sayğacdan kənar tullantı suların boru vasitəsilə axıdılması halı aşkar olunmuş və xxx nömrəli İnventar aktı və qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı tərtib edilmişdir. Bu aktın və hesabatın tərtib edilməsi barədə 2020-ci il 24 yanvar tarixinədək MMC-də hər hansı məlumat olmamışdır. Yalnız, Nizami rayonu Sukanal İdarəsinin xxx tarixli, xxx saylı məktubu ilə müraciətimizə cavab olaraq qeyd olunan inventar aktı və su hesabatı göndərilmişdir. Ümumiyyətlə, qeyd olunan aktda göstərilən tullantı suların axıdılması xidmətində n qeyri-qanuni istifadə faktları mövcud olmamışdır. Bu akt və hesabat cavabdeh təşkilatın nümayəndələri tərəfindən yalnız özlərinə məlum olan şəraitdə və yerdə tərtib edilmişdir. Digər tərəfdən akt və hesabat ümumiyyətlə reallığı əks etdirmir. Belə ki, MMC tərəfindən sudan sayğacdan kənar qaydada hər hansı istifadəyə yol verilməmişdir. Bundan əlavə, müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 2017-ci il 13 fevral tarixində apardığı yoxlama barədə iddiaçının heç bir məlumatı olmamış və həmin yoxlama vahid məlumat reyestrində qeydə alındığı barədə iddiaçıya heç bir sənəd təqdim edilməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 mart tarixli, 2-2( 113)-625/2020 saylı qətnaməsi ilə MMC-in ASC-ə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası qismən təmin olunmuş, ASC tərəfindənxxx tarixli, xxx №-li akta əsasən MMC-ə hesablanmış 36.226,39 manat məbləğində borc silinmişdir (hakim-Fərrux Qasımov).

11. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

12. Bu məhkəmə daha sonra qeyd etmişdir ki, qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatında xxx №-li inventar aktına əsasən zərərin məbləği 36.226,39 manat müəyyən olunsa da, iddia tələbində 36.247,80 manat məbləğində borcun si linməsi xahiş olunmuşdur. Mübahisənin predmetini xxx №-li inventar aktına əsasən hesablanmış zərərin məbləği təşkil etdiyindən, iddia 36.226,39 manat məbləğində borcun silinməsi hissəsində təmin olunmalıdır.

13. Məhkəmə bu qənaətini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2, 32.2.3-cü maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2ci bəndinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh 2020-ci il 16 iyun tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv ed ilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 8 sentyabr tarixli e-2-2(103)-445/2020 saylı qətnaməsi ilə cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 mart tarixli, e-22(113)-625/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).

16. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §8-§10).

17. Məhkəmənin qətnaməs i tərəflərə 2020-ci il 16 sentyabr tarixində göndərilmiş və ASC-in kassasiya şikayəti 2020-ci il 25 noyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

19. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, maddi hüquq normaları düzgün tətbiq olmamışdır.

20. Birinci və apellyasiya instansiyası məhkəmələrinin ASC-in əməkdaşlarının iddiaçı tərəfindən sudan qanunsuz istifadənin aşkarlanması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşd irməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab olunması barədə gəldiyi nəticə də tamamilə qanunsuz və əsassızdır.

21. ASC-in əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz.

22. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir.

23. Həmin qanunun 50-ci maddəsinin 2-ci bəndində göstərilir ki, aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirməd ən daxil ola bilərlər: fövqəladə hadisə zamanı; obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə; suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaİdırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün.

24. ASC-in əməkdaşları tərəfindən iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanılması olmadığından bu baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsası yoxdur.

25. ASC-in əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçı tikinti obyekti ərazisində diametri 100 mm boru vasitəsilə qrunt suyunu qanunsuz olaraq kanalizasiya şəbəkəsinə ötü rmüşdür.

26. Bu barədə xxx tarixli, xxx saylı inventar akt tərtib edilmişdir.

27. Həmin ünvanda mövcud olan bütün qanun pozuntuları video yazı vasitəsilə sübut kimi qeydə alınmışdır.

28. Qrunt suyunun kanalizasiya sisteminə axıdılması nəticəsində ASC-ə maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin 36.226,39 manat olması müəyyən olunmuşdur.

29. Ziyanın ödənilməsi iddiaçıya təklif olunsa da, o həmin məbləği ödəməkdən imtina etmişdir. 30. “Sudan istifadə qaydaları”nın 8.7-ci bəndinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mü mkün olmadıqda, itirilmiş suyun həcmi 1 (bir) il müddətinə hesablanır. 31. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 1-ci bəndində göstərilir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, su təhcizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təhcizatı və kanalizasiya sisteminə qoşulma qadağandır.

32. Həmin Qanunun 72-ci maddəsinə əsasən qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təhcizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsulliyət daşıyırlar. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜ YÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilm əsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublik ası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə

31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi... 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir:... 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod;...”. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə 1.5. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 5.2. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdə n çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

36. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

38. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

39. Məhkəmə kollegiyası kassasiya şikayətində “iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanılması olmadığından bu baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsasının olmaması” dəlilinə dair vurğulayır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Preziden tinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Rey estrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

40. İş materiallarından da göründüyü kimi, cavabdeh qeyd olunan yoxlamanın qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.

41. Bu halda isə iddiaçıdan yoxlama nəticəsində tələb olunan zərərin əvəzinin ödənilməsi tələb oluna bilməz.

42. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübut un məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 217.3-cü maddəsi).

44. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar xx xxx 2006-cı il tarixli Qərarı).

45. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 8 sentyabr tarixli, 2-2(103)-445/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

46. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 8 sentyabr tarixli, 2-2(103)-445/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar