Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-76/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız borcun silinməsi, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilk, Cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023- cü il 25 oktyabr tarixli 2- 2(103)-921/2023 nömrəli qətnaməsindən "Azəriqaz" İB tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Tərəflər arasında qazın alqı-satqısı barədə 2018-ci il 12 noyabr tarixli müqavilədən irəli gələn müqavilə münasibətləri mövcud olmuşdur. 2. 2022-ci il 21 dekabr tarixli KY221878175 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışda İddiaçı MMC-nin sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi; sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halın müəyyən edilməsi məqsədi ilə 2022-ci il 21 dekabr - 2022-ci il 23 dekabr tarixlərində yoxlamanın keçirilməsi nəzərdə tutulduğu əks olunmuşdur. 3. 2023-cü il 23 dekabr tarixli aktla həmin tarixdə iddiaçının qaz sayğacı çıxarılmışdır. 4. 2021-ci il 29 yanvar tarixli SS 29/1640-03528 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X03528 nömrəli 2020-ci il 23 dekabr tarixli telefonoqramına əsasən dövlət yoxlaması aparılmış Kürdəmir rayon xidmət sahəsinin İddiaçı MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G400 markalı 80127185 nömrəli turbin tipli “İtron” qaz sayğacı 2020-ci il 23 dekabr tarixdə xətdən çıxarılmış, 2022-ci il 28 dekabr tarixində Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsünün qulaqcığı cüzi qırıqdır. Göstəricilər arasında fərq var. Pər səslə işləyir. Korrektor tərəfimizdən açıldı, yapışqan plomb (********) və daxili impuls xətləri normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. 2022ci il 1 sentyabr - 2022-ci il 23 dekabr tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=2.52 bar, korreksiya olunmuş qaz maksimal qaz həcmi 880 m3, korreksiya olunmamış qaz həcmi 383 m3 bar qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 2022-ci il 23 dekabr tarixinə qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 59 ay (2021) qalıb, təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 172 m2 çoxdur, impuls ötür ücü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı, impuls ötürücü işləyir. Pbaza=1.01325 bar, T baza=20 C Audit normaldır. Yoxlamanın nəticəsi: minimal sərfiyyatda sayğac hesabat aparmır.
5. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2022-ci il 28 dekabr tarixli ******* nömrəli aktın surətindən görünür ki, 29/1640-03520 nömrəli akta əsasən yoxlamanın nəticəsi olaraq minimal sərfiyyatda sayğacın hesabat aparmadığı müəyyən edilmişdir.
6. İddiaçı MMC-nin abonent saldosunun sürətindən görünür ki, qalıq və aktlar qrafasında 2022-ci ilin dekabr ayı üçün sərf edilən 383616 m3 qaza görə 16.205,64 manat məbləğində borc hesablanmışdır. 2023-cü il 2 iyun tarixli qəbzdən görünür ki, İddiaçı MMC Cavabdeh İB-nin hesabına 2.777 manat köçürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 7. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh İB-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2022-ci il 28 dekabr tarixli ******* nömrəli aktı əsasında hesablanmış 16.205,64 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin dekabr ayının 23-də Ağsu RQİİ-nin əməkdaşları iddiaçıya məxsus olan istixananın qaz sayğacını yoxlamaq üçün xətdən çıxartmışlar. Sayğaca cavabdehin Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında baxış keçirərkən guya minimal sərfiyyatda sayğac hesabat aparmad ığı üçün bu barədə 2022-ci il 28 dekabr tarixli ******* nömrəli akt tərtib etmiş, həmin akta əsasən 16.250 manat cərimə yazmışlar. Cavabdehin X1 İstismar İdarəsinin nümayəndələri tərəfindən istixanaya yazılmış 2022-ci il 28 dekabr tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və həmin akta əsasən hesablanmış 16.250 manat cərimə qanunsuzdur. Aparılmış yoxlamanın nəticəsinə əsasən minimal sərfiyyatda sayğacın hesabat aparmamasının günahkarı istehlakçı deyildir və həmin nöqsan istehlakçı tərəfindən törədilən nöqsan deyildir. Həmin nöqsan sayğacın özündə mexaniki olaraq yaranmış bir nöqsandır. İddiaçıya məxsus olan istixana tərəfindən istehlak edilmiş qazın dəyəri həmişə vaxtlı-vaxtında ödənilmişdir.
9. Eyni zamanda, cavabdeh də məhkəməyə qarşılıqlı iddia ə rizəsi ilə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, 18.980,92 manat məbləğində pulun və ödənilmiş 146,94 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehin X1 İstismari İdarəsinin Kürdəmir Xidmət Sahəsinin abonenti olmaqla **********087 nömrəli hesabla qeydiyyatdadır. İddiaçının **********00087 saylı qaz hesabında 18.980,92 borcu vardır ki, həmin borcdan 16.205,64 manat hissəsi 2022-ci il 28 dekabr tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı tərtib edilmiş akta əsasən hesablanmış məbləğdir. Belə ki, cavabdehin mütəxəssisləri tərəfindən Kürdəmir rayonu, Sor-Sor kəndində yerləşən iddiaçıya məxsus qeyri -yaşayış sahəsinə quraşdırılmış G-400 markalı 80127185 nömrəli qaz sayğacı 2022-ci il 23 dekabr tarixində qaz xətti üzərindən çıxarılmışdır. Sözügedən qaz sayğacına 2022-ci il 28 dekabr tarixində Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında yoxlamadan keçirilmişdir. Qeyriəhali qaz sayğacının yoxlanılması barədə 2022-ci il 28 dekabr tarixində müvafiq qaydada tədqiq edilmiş SS 29/1640-03528 nömrəli akta əsasən sayğacın minimal sərfiyyatda hesabat aparmadığı müəyyən edilmişdir. Beləliklə, son 22 gün ərzində 73.662 m3 qazın dəyəri 16.205,64 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqa vilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”na (bundan sonra – “Qaydalar”) 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu müqavilənin və Qaydaların tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, Qaydalarda nəzərdə tutulmuş digər vəzifələri ye rinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu kimi hallar cavabdehin əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Qaydalara 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və Qaydaların tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutul muş məsuliyyəti daşıması, Qaydalarda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir.
11. İddiaçı qarşılıqlı iddia ərizəsinə qarşı etiraz göndərərək bildirmişdir ki, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh tərəfindən təqdim edilmiş abonent saldosundan görünür ki, iddiaçı 2022-ci ilin yanvar ayında sərf etdiyi qazın məbləğinə görə 81.629,02 manat ödəniş etmiş, sayğac 2023-cü il 28 dekabr tarixində yoxlandıqdan sonra 2023-cü ilin yanvar ayında sərfə görə 67.862,96 manat məbləğ ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə hər hansı z iyan dəyməmiş, əksinə, yoxlamadan əvvəl qaz sərfi artıq olmuşdur. Belə ki, abonent saldosuna diqqət yetirdikdə görmək olur ki, iddiaçı yoxlamadan əvvəlki müddətlərdə yoxlamadan sonrakı müddətə əsasən qaz sərfinə görə ödədiyi məbləğlər çox olmuşdur. Belə olan halda yoxlama nəticəsində aşkar olunmuş nöqsan iddiaçının ziyanına olmuşdur. Həmin nöqsana görə də iddiaçı maddi ziyan çəkmişdir. Cavabdeh qarşılıqlı iddia tələbində 18.980,92 manat məbləğində borcun ödənilməsini tələb edir ki, həmin məbləğin 16.205,64 manatı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2022-ci il 28 dekabr tarixli ******* nömrəli aktı əsasında hesablanmış məbləğdir. Qalan 2.775,28 manat məbləğ isə işlədilmiş qazın sərfidir. Hazırda da həmin məbləğ artıqlaması ilə (2.777 manat) 2023-cü il 2 iyun tarixində öd ənilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 iyul tarixli e-2-2(113)-2815/2023 nömrəli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir (hakim – E.Əliyev).
13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2022-ci il 23 dekabr tarixində aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 2022-ci il 21 dekabr tarixində qeydiyyata alınsa da, 2022-ci il 23 dekabr tarixində aparılan yoxlamanın nəticələri sonrakı 15 iş günü ərzində sözügedən reyestrdə göstərilməmişdir.
14. Bununla yanaşı, yoxlama iddiaçının sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi və kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi məqsədi ilə aparılsa da, söz ügedən nöqsanlar aşkar edilməmiş, laborator yoxlamanın nəticəsində isə sayğacda hər hansı qüsur aşkar edilməmiş, sadəcə olaraq “minimal sərfiyyatda sayğac hesabat aparmır” kimi qeyd aparılmış və iddiaçıya 16.205,64 manat məbləğində cərimə yazılmış, halbuki həmin cərimənin hansı qaydalara uyğun olaraq hesablanması ilə bağlı cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir.
15. İddiaçının istifadəsində 1 ədəd 92 m2 həcmində qazan mövcuddur və onun qızdırılması üçün qazın minimal sərfiyyatla istifadə edilməsi inandırıcı deyil. Reyestrdə qeydə alınmış “sayğaca müdaxilənin müəyyən edilməsi və kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi” aşkar edilməmiş, yoxlamanın nəticələri reyestrdə qeydiyyata alınmamış, yazılan cərimənin hansı qaydada hesablanması ilə bağlı sübut məh kəməyə təqdim edilməmişdir.
16. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən tələb olunan 18.980,92 manat məbləğində vəsaitin 16.205,64 manat hissəsi silinmiş, 2.777 manatı isə 2023-cü il 2 iyun tarixində iddiaçı tərəfindən borc əvəzi kimi ödənilmişdir.
17. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 3.4.18, 3.1.19, 4.7, 5.2-ci, Qaydaların 1.3, 5.4, 5.5-ci, bəndlərinə istinad etm əklə əsaslandırmışdır.
18. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-921/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə razılaşaraq bildirmişdir ki, 2022-ci il 28 dekabr tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”a əsasən tələb edilən 16.250 manat borcun əsaslı olması təsdiq edilməmişdir.
21. Abonent tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməmişdir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. Abonent tərəfindən qaz sayğacına müdaxilə edilmədiyindən sayğac yoxlanılması üçün laboratoriyaya göndərildiyi dövrdə abonentin qaz sərfiyyatı Qaydaları 5.4-ci bəndinə uyğun hesablanmalı idi. Hazırkı halda cavabdeh abonentə 16.205,64 manat borcun Qaydaların hansı bəndinə əsasən hesablandığını göstərə bilməmişdir. Apellyasiya şikayətində qey d edilənlərə əsasən yoxlamanın nəticəsi olaraq 22 gün üçün 73.662 m3 əlavə sərfiyyat hesablandığı gösərilsə də, bu sərfiyyatın hansı qaydada hesablandığı qeyd edilməmişdir.
22. Bundan başqa, yoxlanılan obyektin istixana olduğu və ən çox qış aylarında qazdan istifadə edildiyi nəzərə alınarsa, qış aylarında sərfiyyatın aşağı olması mümkün olmadığı üçün yoxlanılan dövr üçün abonentə əlavə sərfiyyat hesabanması əsassız olmuşdur. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, sayğac yenisi ilə əvəz edildikdən sonra sərfiyyatda hər hansı artım olmamışdır. Belə ki, 2022-ci ilin noyabr ayında 73.426,32 manat, dekabr ayında 68.189,88 manat sərfiyyat olduğu halda, 2023-cü ilin yanvar ayında 67.862,96 manat, fevral ayında 65.422,72 manat sərfiyyat olmuşdur.
23. Gəldiyi nəticəni apellyas iya instansiya məhkəməsi Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun 3.7-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 3.4.18, 3.1.19, 4.7-ci, Qaydaların 1.3, 5.4, 5.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 2
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 9.1-ci maddəsi üzrə - Məhkəmə qətnamədə apellyasiya şikayətini təmin etməməsini 16.205,64 manat borcun Qaydaların hansı bəndinə əsasən hesablanmasının cavabdeh tərəfindən göstərilə bilməməsi ilə əsaslandırmışdır. Belə ki, cavabdehin mütəxəssisləri tərəfindən Kürdəmir rayonu, Sor-Sor kəndində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış G-400 markalı 80127185 nömrəli qaz sayğacı 2022-ci il 23 dekabr tarixində qaz xətti üzərindən çıxarılmışdır. Sözügedən qaz sayğacı 2022-ci il 28 dekabr tarixində Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında yoxlamadan keçirilmişdir. Qeyri-əhali qaz sayğacının yoxlanılması barədə 2022-ci il 28 dekabr tarixində müvafiq qaydada təqdiq edilmiş SS 29/1640-03528 nömrəli akta əsasən ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, impuls ötürücüsünün qulaqcığının cüzi qırıq, göstəricilər arasında fərq olduğu, pərin səslə işlədiyi müəyyən edilmişdir. Korrektor açılmış, yapışqan plomb və daxili impuls xətlərinin normal olduğu müəyyən edilmiş, sayğaca hava vurulmuş, hesablayıcı mexanizmin işlədiyi, mexniki hissənin işlək olduğu müəyyən edilmişdir. (2022-ci il 1 sentyabr - 2022-ci il 23 dekabr tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=2.52 bar, korreksiya olunmuş qaz maksimal qaz həcmi 880 m3, korreksiya olunmamış qaz həcmi 383m3 bar qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 2022-ci il 23 dekabr tarixinə qeydə alınmışıdır. Elektron göstəricinin (Vt) mexaniki göstəricidən 172 m2 çox, imp uls ötürücü işləyir. (Pbaza=1.01325 bar, T baza=20 C). Yoxlamanın nəticəsi olaraq sayğacın minimal sərfiyyatda hesabat aparmadığı müəyyən edilmişdir. Bu səbəbdən də saatlıq arxiv məlumatları əsasında hesabat aparılaraq qeydə alınmayan qaz sərfi abonentin hesabına əlavə edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus müəssisədə qeydiyyatda olan qaz sayğacının arxiv məlumatlarının yoxlanması zamanı sayğacın müəyyən müddətdə alarm rejiminə düşməsi səbəbindən qeydə alınmayan qaz sərflərinin olması müəyyən edilmiş və həmin qaz sərfləri abonentin hesabına işlənmişdir. Qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Qaydalarla tənzimlənir və həmin Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı mü qaviləsinə əsasən həyata keçirilir. Cavabdeh tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır.
26. MPM-in 88-ci maddəsi üzrə - Qaydaların 4.8-ci bəndinə əsasən, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Aşağı instansiya məhkəmələri iş üzrə sübutları araşdırmadan, iddiaçıya məxsus qaz sayğacının müəyyən vaxtlarda alarm rejiminə düşməklə keçən qaz sərfini qeydə almamasını, 16.205,64 manat məbləğində qaz sərfinin sayğacın arxiv məlumatları əsasında hesablanmasını nəz ərə almamışdır. Bu cür hallar istehlakçıların təbii qazdan səmərəli istifadəyə laqeyd yanaşmasına zəmin yaradır və nəticədə cavabdehin zərər çəkməsinə səbəb olur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 2006-cı il 31 may tarixli qərarında qeyd etmişdir ki, mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutla r əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozmuşdur.
27. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qətnaməni səhv təfsir etsin. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın nəticələri reyestrə daxil edilməmiş, bununla da qanunun və əsasnamənin tələbləri pozulmaqla yoxlama aparılmışdır. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh tərəfindən təqdim edilmiş abonent saldosundan görünür ki, iddiaçı 2022-ci ilin yanvar ayında sərf etdiyi qazın məbləğinə görə 81.629,02 manat ödəniş etmiş, sayğac 2023-cü il 28 dekabr tarixində yoxlandıqdan sonra 2023-cü ilin yanvar ayında sərfə görə 67.862,96 manat məbləğ ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə hər hansı ziyan dəyməmiş, əksinə, yoxlamadan əvvəl qaz sərfi artıq olmuşdur. Belə ki, abonent saldosuna diqqət yetirdikdə görmək olur ki, iddiaçı yoxlamadan əvvəlki müddətlərdə yoxlamadan sonrakı müddətə əsasən qaz sərfinə görə ödədiyi məbləğlər çox olmuşdur. Belə olan halda yoxlama nəticəsində aşkar olunmuş nöqsan iddiaçının ziyanına olmuşdur. Həmin nöqsana görə də iddiaçı maddi ziyan çəkmişdir.
29. Cavabdeh tərəfindən təqdim edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, iddiaçı müəssisədə yoxlamanın 2022-ci il 21 dekabr tarixindən 2022-ci il 23 dekabr tarixinədək keçirilməsi qeyd edilmiş, həmin müddət ərzində yoxlama keçirilməli olduğu halda keçirilməmiş, 2023-cü il 28 dekabr tarixində keçirilmişdir. Bu hal “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2022-ci il 28 dekabr tarixli ******* nömrəli aktda qeyd edilmişdir. Bundan başqa sayğacın istismara yararlığı haqqında 2023-cü il 13 yanvar tarixli arayışdan görünür ki, metrologiya departamenti tərəfindən keçirilmiş yoxlamanın nəticəsinə əsasən sayğac yararlı olmuşdur. Yoxlama iddiaçının sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin və kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halın müəyyən edilməsi məqsədi ilə aparılsa da, sözügedən nöqsanlar, laborator yoxlamanın nəticəsində isə sayğacda hər hansı qüsur aşkar edilməmiş, sadəcə olaraq “minimal sərfiyyatda sayğac hesabat aparmır” kimi qeyd aparılmış və iddiaçıya 16.205,64 manat məbləğində cərimə yazılmışdır. Həmin cərimənin hansı qaydalara uyğun olaraq hesablanması ilə bağlı isə cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir.
30. İddiaçının istifadəsində 1 ədəd 92 m2 həcmində qazan mövcuddur və onun qızdırılması üçün qazın minimal sərfiyyatla istifadə edilməsi inandırıcı deyil. Cavabdeh qarşılıqlı iddia tələbində 18.980,92 manat məbləğində borcun ödənilməsini tələb etmişdir. Həmin məbləğin 16.205,64 manatı cavabdehin tərtib etdiyi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2022-ci il 28 dekabr tarixli ******* nömrəli aktı əsasında hesablanmış məbləğdir. Qalan 2.775,28 manat məbləğ isə işlədilmiş qazın sərfidir. Halhazırda da həmin məbləğ artıqlaması ilə (2.777 manat) 2023-cü il 2 iyun tarixində ödənilmişdir. Kassasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı i craat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənil məsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” 34. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlama ların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə
31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi 31.1. Yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.1. yoxlayıcı orqanın adı; 31.2.2. aktın nömrəsi və tərtib edildiyi tarix; 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod;”
35. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası ha qqında Əsasnamə”nin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “... 1.4. qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:... 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması). 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;...”
36. Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxma nın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasaiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
38. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt ”a əsasən tələb edilən 16.250 manat borcun əsassız olduğu qənətinə gələrkən hesab etmişdir ki, abonent tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməməsi işin mübahisəsiz halıdır. “Qazdan istifadə Qaydaları”nın 5.4-ci bəndində nəzərdə tutulur ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən 4.9-cu bənddə nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. Hazırkı halda abonent tərəfindən qaz sayğacına müdaxilə edilmədiyindən sayğac yoxlanılması üçün laboratoriyaya göndərildiyi dövrdə abonentin qaz sərfiyyatı “Qazdan istifadə Qaydaları”nın 5.4-ci bəndinə uyğun hesablanmalı idi. Hazırkı h alda cavabdeh abonentə 16.205,64 manat borcun Qaydaların hansı bəndinə əsasən hesablandığını göstərə bilməmişdir. Yoxlamanın nəticəsi olaraq 22 gün üçün 73.662 m3 əlavə sərfiyyat hesablandığı gösərilsə də, bu sərfiyyatın hansı qaydada hesablandığı qeyd edilməmişdir.
39. Bununla əlaqədar kassasiya şikayətində bildirlir ki, yoxlamanın nəticəsi olaraq sayğacın minimal sərfiyyatda hesabat aparmadığı müəyyən edildiyindən saatlıq arxiv məlumatları əsasında hesabat aparılaraq qeydə alınmayan qaz sərfi abonentin hesabına əlavə edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli sayğacın arxiv məlumatlarının yoxlanması zamanı sayğacın müəyyən müddətdə alarm rejiminə düşməsi səbəbindən qeydə alınmayan qaz sərflərinin olması müəyyən edilmiş və həmin qaz sərfləri abonentin hesabına işlənmişdir. “Qa zdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Cavabdeh tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Qaydaların 4.8-ci bəndinə əsasən, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Aşağı instansiya məhkəmələri iş üzrə sübutları araşdırmadan, iddiaçıya məxsus qaz sayğacının müəyyən vaxtlarda alarm rejiminə düşməklə keçən qaz sərfini qeydə almam asını, 16.205,64 manat məbləğində qaz sərfinin sayğacın arxiv məlumatları əsasında hesablanmasını nəzərə almamışdır. Bu cür hallar istehlakçıların təbii qazdan səmərəli istifadəyə laqeyd yanaşmasına zəmin yaradır və nəticədə cavabdehin zərər çəkməsinə səbəb olur.
40. Mübahisələndirilən qətnamədən məlum olur ki, cavabdeh özünün qarşılıqlı iddia ərizəsində iddiaçıya akt əsasında 16.205,64 manat məbləğində cərimə hesablanmasını iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya zərər dəyməsi ilə əlaqələndirmişdir.
41. Mülki hüququn subyektlərinə dəyən zərərin hüquqi əsasları MM-in 21-ci maddəsi (ümumi norma olaraq) və 443.1-ci maddəsi (öhdəlik münasibətləri üzrə xüsusi norma olaraq) ilə müəyyən edilir ( bax § 33).
42. Odur ki, cavabdeh ona zərər vurulduğunu iddia etdiyi halda, ilk növbədə MPM-in 77.1-ci maddəsinin (bax § 36) tələblərinə uyğun olaraq, həmin zərərin mövcudluğu faktını və bu zərərin məhz iddiaçının təqsirli hərəkərləri və ya hərəkətsizliyi nəticəsində vurulduğuğunu, yəni cavabdehə vurulduğu iddia edilən zərərlə iddiaçının təqsirli əməlləri arasında səbəbli əlaqənin mövcudğunu sübut etməli idi.
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən isə məlum olur ki, abonent tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməməsi işin mübahisəsiz halıdır. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışda iddiaçının göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəy yən edilməsi; sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halın müəyyən edilməsi məqsədi ilə yoxlamanın keçirilməsi nəzərdə tutulduğu əks olunmuşdur.
44. Yəni, cavabdehin əməkdaşları tərəfindən iddiaçının obyektində keçirilən yoxlamanın predmetini məhz iddiaçının göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi; sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halın müəyyən edilməsi təşkil etmişdir. Lakin işdən görünür ki, iddiaçı tərəfindən həmin pozuntulara yol verilməsi elə cavabdehin özü tərəfindən müəyyən edilməmişdir.
45. Eyni zamanda, mübahisəli sayğacda aşkar olunmuş nöqsanların məhz iddiaçının digər təqsirli əməlləri nəticəsində yarandığı da işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
46. Bundan başqa, kassator apellyasiya instansiyası məhkəməsinin sayğac yenisi ilə əvəz edildikdən sonra sərfiyyatda hər hansı artımın olmamasına dair nəticəsini də tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, 2022-ci ilin noyabr ayında 73.426,32 manat, dekabr ayında 68.189,88 manat sərfiyyat olduğu halda, 2023-cü ilin yanvar ayında 67.862,96 manat, fevral ayında 65.422,72 manat sərfiyyat olmuşdur.
47. Yoxlanılan dövr üçün abonentə əlavə sərfiyyat hesabanmasının əsassız olmasına dair nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq onu da nəzərə almışdır ki, yoxlanılan obyekt istixana olduğundan və ən çox qış aylarında qazdan istifadə edild iyindən qış aylarında sərfiyyatın aşağı olması mümkün deyildir.
48. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassatorun öz şikayətində istinad etdiyi “Qazdan istifadə Qaydaları”nın qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə abonentin cavabdehliyini müəyyən edən 4.8-ci bəndinin hazırkı mübahisəyə tətbiqi üçün hüquqi əsaslar mövcud olmamış, apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən kassasiya şikayətinin dəlillərində göstərilən hüquq pozuntularına yol verməmişdir.
49. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 36) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-c i maddəsinə (bax § 36) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
50. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-921/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Azəriqaz" İB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-921/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.