Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-764/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh X7 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X7 qarşı “pul” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 8 avqust tarixli 2-2(108)-42/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında b axılmışdır. İşin halları
1. İddiaçı (bundan sonra – “İddiaçı”) tərəfindən təqdim edilmiş sənəddən görünür ki, sənəddə 2018-ci il 28 sentyabr tarixində “Məhərrəmdən 10.000 manat aldım” qeydi yazılmaqla imza çəkilmişdir.
2. İddiaçı tərəfindən təqdim edilmiş sənəddən görünür ki, X10 (bundan sonra – “S.Novruzov”) ortaqlıqdan 2017-ci ilin yanvar-dekabr ayları və 2018-ci ilin yanvar ayı üzrə ümumilikdə 8.000 manat məbləğində gəlir əldə etmişdir. 3. 2016-cı il 9 mart tarixli Nümayəndə tərəfindən yazılmış, imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən məlum olur ki, Nümayəndə atası İddiaçı mülkiyyətində olan Naxçıvan MR ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinin istədiyi qiymətə, istədiyi şərtlər altında satılmasına, ona aid bütün hüquqlara xitam verilməsinə heç bir etirazı yoxdur.
4. İddiaçı tərəfindən təqdim edilmiş sənəddən görünür ki, İddiaçı kafeyə görə 2016-cı ildə S.Novruzovdan aldığı vəsaitləri qeyd etməklə, həmin məbləğin ümumilikdə 38.500 manat olduğunu göstərmişdir.
5. İddiaçı tərəfindən təqdim olunmuş sənəddən görünür ki, S.Novruzov İddiaçı qarşı 49.653,45 manat tələbi ilə Babək Rayon Məhkəməsinə müraciət etmişdir. 6. 2016-cı il 3 may tarixli X5 tərəfindən yazılmış, imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən məlum olur ki, X2 qeydiyyatda olduğu ünvan 1ində icarədə olan atası İddiaçı adına olan 0.1006 ha torpaq sahəsində yerləşən, 6 girişli, ümumi sahəsi 100.25 kv.m olan, 1 mərtəbəli qeyri-yaşayış binasının X9 yarı hissəsinin satılmasına etirazı yoxdur. 7. 2016-cı il 23 fevral tarixli X6 tərəfindən yazılmış, imzalanmış və notari al qaydada təsdiq edilmiş ərizədən məlum olur ki, X3 qeydiyyatda olduğu ünvan 1ində icarədə olan atası İddiaçı adına olan 0.1006 ha torpaq sahəsində yerləşən, 6 girişli, ümumi sahəsi 100.25 kv.m olan, 1 mərtəbəli qeyri-yaşayış binasının və yarı hissəsinin X1 etirazı yoxdur. 8. 2016-cı il 23 fevral tarixli X8 tərəfindən yazılmış, imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən məlum olur ki, X4 qeydiyyatda olduğu ünvan 1ində icarədə olan həyat yoldaşı İddiaçı adına olan 0.1006 ha torpaq sahəsində yerləşən, 6 girişli, ümumi sahəsi 100.25 kv.m olan, 1 mərtəbəli qeyri-yaşayış binasının və yarı hissəsinin X1 etirazı yoxdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra – “iddiaçı”) 2025-ci il 27 yanvar tarixində S.Novruzova (bundan sonra – “ cavabdeh”) qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26.577,50 manatın və dövlət rüsumu olaraq ödənilmiş 169,73 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı 2016-cı ilin fevral ayında tanış olmuş və ünvan 1ində yerləşən "Körpü" ailəvi restoranını birlikdə işlətmək məqsədilə razılaşmışlar. Razılaşmaya əsasən, cavabdeh iddiaçıya 50.000 manat verəcək, kafeni birlikdə işlədərək gəliri bölüşəcəkdi. Lakin cavabdeh bu məbləği tam ödəməmiş, sonradan şəriklik münasibətlərində mübahisə yaranmışdır. İddiaçı cavabdehə 10.000 manat vermiş və bunun alınmasına dair 2018-ci il 28 sentyabr tarixli yazılı sənəd cavabdeh t ərəfindən təsdiqlənmişdir. Cavabdeh iddiaçıya verdiyi 49.653,45 manatı tələb edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. İddiaçı isə cavabdeh tərəfindən alınmış 10.000 manatın məbləğdən çıxılacağını hesab etmişdir. Hazırda qeyd edilən tələb üzrə icra sənədi Babək Rayon İcra və Probasiya şöbəsində icra olunmaqdadır, lakin cavabdeh iddiaçıya verdiyi 10.000 manatı hələ də ödəməyib.
11. Cavabdeh 2025-ci il 15 aprel tarixində vəsatətlə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini, 2016-cı ildə iddiaçı ilə şəriklik qaydasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün razılığa gəlib 50.000 manat ödədiyini, obyektə təmir üçün 10.000 manatdan artıq xərc çəkildiyini, sonra anlaşılmazlıq səbəbindən şərikliyin pozulduğun u, çəkdiyi xərcin qaytarılması üçün məhkəməyə müraciət etdiyini, məhkəmənin qətnaməsinə əsasən ümumilikdə 59.658,45 manat borcdan 10.000 manatın ödənilməsi nəzərə alınaraq 49.653,45 manatın alınmasının təyin olunduğunu, Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-6/2021 nömrəli qətnaməsinin sübut qismində qiymətləndirilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Cavabdeh S.Novruzov 2025-ci il 18 aprel tarixində iddiaçının iddia tələbinin artırılmasına dair yazdığı etirazında iddiaçının ona gəlirdən ödənilən 8.000 manatı ona dəymiş ziyan hesab etməsini qəbul etmədiyini, iddiaçının ümumi olaraq şəriklikdən ona çatan 15.000 manat qazancı iddia etməklə əldə etmək istədiyini, həmçinin restoranın abadlığına xərclənən 17.155,50 manat vəsaitin 8.577,5 0 manatının onun vəsaiti olmasını qeyd etməsinin əsassız olduğunu, bunu sübut edəcək qətnamə təqdim etdiyini, həmçinin iddiaçının məsuliyyətdən boyun qaçırmaq üçün xərc çəkdiyi obyekti həyat yoldaşının adına rəsmiləşdirdiyini, ondan tələb olunan məbləğin hüquqi əsasının olmadığını, iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. İddiaçı 2025-ci il 29 aprel tarixində vəsatətlə məhkəməyə müraciət edərək cavabdehin vəsatətində göstərdiklərini təkzib etdiyini və iddiasını müdafiə etdiyini, cavabdehlə 2016-cı ildə şəriklik münasibətlərinin olduğunu, cavabdehin 32.000 manat pulu nağd şəkildə ona ödədiyini, cavabdehin vəsatətdə 10.000 manat xərc çəkdiyini qeyd etsə də xərcin 17.155 manat ortaq şəkildə olduğunu, hazırda obyektin oğlu tərəfindən cavabdehə satılmasını və onun da xərcin yarısı olan 8.577 manatı tələb etdiyini, əlavə olaraq 2018-ci il 28 sentyabr tarixində onun 18.000 manatı cavabdehə verməsini təsdiq edən sənədin mövcud olduğu halda cavabdehə borclu olduğu məbləğdən çıxılmadığını, belə olan təqdirdə həmin məbləğin ona olan borc məbləği kimin cavabdehdən ona alınmalı olduğunu, şəriklik müddətində çəkilmiş xərc 8.577,50 manatın, restoranın fəaliyyətindən cavabdehə verdiyi 8.000 manat, şəriklikdən çıxmaq istədiyi zaman cavabdehə verdiyi 18.000 manat təqdim etdiyi sənədlərlə sübut edilməkdə olduğunu, Naxçıvan MR Kommersiya Məhkəməsinin 22(123)-6/2021 nömrəli qətnaməsi ilə hüquqi baxımdan nəticələnən, lakin hələ də istər maddi, istərsədə mənəvi şəkildə ona zərər vurmağa davam edən, ailə həyatının dağılmasına səbəb olmuş bu mübahisənin artıq yekunlaşmasını istədiyini, iddia ərizəsi əsasında tələb etdiyi pul məbləğinin cavabdeh tərəfindən ona olan ümumi borcundan çıxılmalı olduğunu, əks halda iddia tələbində qeyd etdiyi 26.577,50 manatın cavabdeh tərəfindən ona ödənilməli olduğunu bəyan etdiyini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tərəfindən təqdim edilmiş sənəddən görünür ki, iddiaçı ilə cavabdeh arasında şəriklik müddətində çəkilmiş xərclər və iddiaçıya verilmiş vəsaitlər barədə qeydlər aparılmışdır. Həmin sənəddə “2017-ci il 14 yanvar tarixində şərikim Sənandan 50.000 manat aldım” məzmunlu qeyd yer almış və bu qeyd imza ilə təsdiq edilmişdir.
15. Cavabdeh 2025-ci il 29 aprel tarixində iddiaçının vəsatətinə yazdığı etirazında iddiaçının tələbinin əsassız olduğunu, iddiaçın ın obyektə çəkilən xərcin 17.155,50 manatın ortaq xərcləndiyini yarısının ona çatmalı olduğu fikiri ilə razılaşmadığını, Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-6/2021 nömrəli qətnaməsində obyekti öz vəsaiti hesabına abadlaşdırılmasının bildirildiyini, bu səbəbdən ondan bu hissədə tələbin əsassız olduğunu, əlavə olaraq ona ödənilən 8.000 manat kirayədən gələn gəlirin şəriklikdən yaranan öhdəlik olduğunu, ona ödənilən 10.000 manat pula münasibətdə isə məhkəmənin qətnaməsində iddiaçının “iddiaçıya 10.000 manat verdiyini, qalan 49.653 manatı isə pandemiya dönəmi olduğundan verə bilmədiyini, qalan 49.653 manatı da verəcəyini” bildirdiyinin yer aldığını, iddiaçının özünün borcdan əlavə 10.000 manatı ödədiyini təsdiq etdiyini, iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahi ş etmişdir.
16. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2025-ci il 22 may tarixli e-2-2(123)-93/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur (hakim - Q.Məmmədov).
17. Məhkəmə qeyd etmişdir ki, iş üzrə tərəflərin verdiyi izahatlardan və təqdim olunan sənədlərdən məlum olur ki, 2016-cı ildə iddiaçı ilə cavabdeh arasında kafenin şərikli işlətmələri barədə razılıq olmuş və cavabdeh tərəfindən 50.000 manat ödənilməklə şəriklik hüququ əldə etməsi öz təsdiqini tapır. Tərəflər arasında rəsmi müqavilə bağlanmasa da bu hal mübahisəsiz olaraq tərəflərin izahatı ilə təsdiq olunur.
18. Məhkəmə həmçinin iddiaçının izahatında qeyd etdiyi şəriklik üçün 50.000 manat ödənilmədən cavabdehin gəlirə şərik olmaqla qazanc götürməsinə dair fikrinə əsasən qeyd etmişdir ki, ist ər iddiaçı tərəfin istərsə də cavabdehin izahatlarında bu hal təsdiqini tapmamışdır, əksinə tərəflərin izahatından iddiaçının 25.000-30.000 manat borcunun olduğunu, cavabdehdən hissə-hissə müxtəlif vaxtlarda borclu olduğu şəxslərə müəyyən qədər pulu qaytarmaq üçün istəyəcəyi barədə razılaşdıqları təsdiqini tapmışdır.
19. Bundan başqa məhkəmə qeyd etmişdir ki, şəriklik razılaşması əsasında kafenin abadlaşdırılması üçün pul xərclənmiş və şərikliyə uyğun olaraq çəkilən xərcdə iki yerə bölünmüşdür. Bu hal hər iki tərəfin izahatları və təqdim olunan sübutlarla təsdiqini tapır.
20. Bundan başqa hər iki tərəfin izahatından məlum olur ki, 2016-cı il tarixdə şəriklik barədə razılıq əldə olunduqdan sonra iki il kafe icarəyə verilməklə qazanc əldə olunmaqla iddiaçı və cavabdeh arasında mübahisəsiz bö lünmüşdür.
21. Məhkəmə iddiaçının cavabdehə 10.000 manat ödəməsini, lakin qətnamə əsasında ondan pulun tutulması qərara alınanda nəzərə alınmaması barədə tələbinə əsasən bildirmişdir ki, cavabdeh tərəfdən məhkəməyə təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli 2-2(123)-6/2021 nömrəli qətnaməsinin mətnindən görünür ki, iddiaçı izahatında cavabdehə 10.000 manat ödədiyini, 49.653 manat da ödəyəcəyini bildirmişdir.
22. Məhkəmə iddiaçının tələbində qazancdan 8.000 manat cavabdehə verdiyini, 17.155 manat abadlığa çəkilmiş xərcdən ona çatası 8.577,50 manat tələbinə münasibətdə qeyd etmişdir ki, sözügedən qətnamədə iddiaçı vəkilinin sualına cavabda cavabdehin ilkin olaraq 21.000-25.000 manatı iki ay ərzində ödədiyini, ilin tamamında isə 32.000 man at ödədiyini, 32.250 manat aldıqdan sonra cavabdehin 1.753 manat balıqçılıqdan gələn gəlirin də özünə düşən hissəsini də ona verdiyini, cavabdehin 6.250 manat yeməkxananın qazancından özünə düşən hissəsini də ona verdiyini, cavabdehin 17.155 manat dəyərində abadlıq işlərinə pul xərclədiyini bildirmişdir.
23. Həmçinin həmin qətnamədə iddiaçı işə sədrlik edən hakimin sualına cavabında ona verilən pulun bir qismi ilə borclarını vermək istədiyini, bir qisminin 20.000 manatın isə cavabdehdə qalmasını, həmin pulla oğlunu evləndirmək istədiyini bildirmişdir.
24. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçının ailə üzvləri tərəfindən yazılmış, imzalanmış və notarial qaydada təsdiq olunmuş ərizələrdən məlum olur ki, həqiqətən də, cavabdeh iddiaçının mülkiyyətində olan yeməkxananın ½ hissəsini özg əninkiləşdirmək niyyətində olub. Bu da onu göstərir ki, tərəflər arasında mübahisəsiz razılıqlar olub və bunun qarşılığında müəyyən miqdarda pul məbləği ödənilməklə sahibkarlıq münasibəti yaranmışdır.
25. Bundan başqa məhkəmə onu da qeyd etmişdir ki, tərəflərin məhkəmə araşdırılması zamanı izahatlarından aydın olur ki, iddiaçının iddia etdiyi pul məbləğlərini cavabdehdən almışdır. Belə ki, 2016-cı ildə şərikliyin yaranması, iddiaçının cavabdehin onunla şərik olmasına səbəbin iddiaçının borcunun yaranmasının, cavabdehin şərik olmasına iddiaçının etiraz etmədiyi, cavabdehin ilkin olaraq 25.000-30.000 manat pulu ödədiyi, nəhayət isə 32.000 manat pul ödədiyi, sonra cavabdehin 1.753 manat balıqçılıqdan gələn gəliri özünə düşən hissəsini iddiaçıya verdiyi, cavabdehin kirayə haqqından özünə düşən hissəni də iddiaçıya verdiyi, cavabdehin 17.155 manat məbləğində təmir-abadlıq işləri apardığı verilmiş izahatlarla öz təsdiqini tapır.
26. Məhkəmə həmçinin qeyd etmişdir ki, istər hazırkı iş üzrə araşdırma zamanı, istərsədə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli 2-2(123)-6/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş sübutlarla iddiaçının tələbinin əsaslı olması öz təsdiqini tapmır.
27. Eyni zamanda məhkəmə bildirmişdir ki, tərəflərin izahatlarından 2018-ci ildən şəriklik münasibətinə son qoyulsa da, tərəflər arasında şəriklik müddətində fəaliyyətlə əlaqədar mübahisə olmaması, 2020-ci ildə pul tələbi barədə məhkəmə mübahisəsinin olması, 2021-ci ildə qətnamə qəbul olunması və 2025-ci ildə yenidən pul tələbi barədə mübahisə açılması məlum olur.
28. Məhkəmə qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli 2-2(123)-6/2021 nömrəli qətnaməsi ilə iddiaçı ilə cavabdehin 2016-cı ildə yeməkxananı 50.000 manat qarşılığında şərikli işlətmələri, abadlıq məqsədi ilə pulun xərclənməsi, gələn gəlirin cavabdeh tərəfindən iddiaçıya verilməsi, cavabdehin iddiaçıya 50.000 manat verməsi, ümumilikdə iddiaçının cavabdehə 60.000 manata yaxın borcunun olması faktları öz təsdiqini tapır.
29. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, iddiaçının cavabdeh ə qarşı pul tələbi barədə iddiası rədd olunmalıdır.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MPM-in 14.2, 77.1, 76.1, 76.2, 82.3, 88, 107, 119.1, 216.1, 218.1, 218.3, 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 8 avqust tarixli 2-2(108)-42/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – S.Qarayev, hakimlər – M.Əliyev və F.Abbasov).
33. Məhkəmə kollegiyası ilk olaraq qeyd et mişdir ki, tərəflər arasında yaranmış mübahisə, özlərinin də ifadə etdikləri kimi, şərikli iş gördükləri zaman ortaya çıxmış və 20162018-ci illəri əhatə etmişdir.
34. İş materialları ilə həmçinin o da müəyyən olunmuşdur ki, iddiaçı S.Novruzovun (hazırkı iş üzrə cavabdeh) cavabdeh İddiaçı (hazırkı iş üzrə iddiaçı) qarşı 49.653,45 pul tələbinə dair iddiası üzrə araşdırma aparılmış, yekunda Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli 2-2(123)-6/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
35. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən "Körpü” ailəvi restoranını cavabdeh S.Novruzov tərəfindən şərik işlətmək barədə təklif olub və o da bu təkliflə razılaşıb. Təklif belə olub ki, cavabdeh S.Novruzov ona 50.0 00 manat pul verməli, kafeni birlikdə işlədib gəliri bölüşəcəkmişlər. 2018-ci ilin sentyabr ayınadək kafeni işlədərək ictimai iaşə xidməti üzrə sahibkarlıq fəaliyyəti göstəriblər. Sonradan aralarında şəriklik münasibətlərində mübahisə yaranıb. Cavabdeh S.Novruzov ondan pulunu istəyib şəriklikdən çəkilmək istədiyini bildirib. O da həmin vaxt 10.000 manat S.Novruzova verib. Cavabdeh S.Novruzov qeyd edilən 10.000 manatı ondan almasına dair 2018-ci il 28 sentyabr tarixli özünün imzası ilə təsdiq edilmiş yazılı sənəd ona təqdim edib. Həmçinin o da aydın olur ki, cavabdeh S.Novruzov iddiaçı ilə şərik olmaq üçün ona verdiyi 49.653,45 manat pulu ondan tələb edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və S.Novruzovun iddia tələbi təmin edilmişdir. O i sə S.Novruzovun ona verdiyi 10.000 manatı məhkəmə qətnaməsi ilə təmin edilmiş 49.653,45 manatdan çıxacağını düşünüb. Hazırda qeyd edilən tələb üzrə icra sənədi Babək Rayon İcra və Probasiya şöbəsində icra olunmaqdadır.
36. Həmçinin qətnamə ilə o da müəyyən olunmuşdur ki, hazırkı iş üzrə iddiaçının obyektin təmirinə çəkilmiş 17.155 manat xərcin yarısını tələb etməsi də həmin iş üzrə müzakirə olunaraq yekun məhkəmə qətnaməsində qiymətləndirilmiş və həmin xərcin bütünlüklə iddiaçı S.Novruzov (hazırkı iş üzrə cavabdeh) tərəfindən çəkildiyi müəyyən edilmişdir.
37. Kollegiya iddiaçının iddia tələbinin 8.000 manat pulun cavabdehdən alınıb ona verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından və tərəflərin izahatlarından mübahisəsiz şəkildə aydın olur ki, həmin pul tərəflərin birgə fəaliyyət göstərdikləri dövrdə əldə etdikləri və qarşılıqlı razılıq əsasında bərabər həcmdə bölüşdürülmüş qazancın yarısını əhatə etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında 2016-2018-ci illərdə baş vermiş bütün mübahisələr əvvəlki kommersiya işi üzrə araşdırılmış və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli 2-2(123)-6/2021 nömrəli qətnaməsi ilə müvafiq qiymət verilmişdir.
38. Həmçinin apellyasiya icraatı zamanı 2025-ci il 8 avqust tarixində keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə verdiyi ifadəsində 8.000 manat pulun iddiaçı və cavabdehin birgə fəaliyyət göstərdikləri dövrdə əldə etdikləri və qarşılıqlı razılıq əsasında bərabər həcmdə bölüşdürülmüş qazancın yarısı olduğunu doğrulamışdır.
39. İş materiallarında olan cavabdehin 2025-ci il 29 aprel tarixində iddiaçının vəsatətinə yazdığı etirazında iddiaçının tələbinin əssasız olduğunu, iddiaçının obyektə çəkilən xərcin 17.155,50 manatın ortaq xərcləndiyini yarısının ona çatmalı olduğu fikri ilə razılaşmadığını, Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-6/2021 nömrəli qətnaməsində obyekti öz vəsaiti hesabına abadlaşdırılmasının bildirildiyini, bu səbəbdən ondan bu hissədə tələbin əssasız olduğunu, əlavə olaraq ona ödənilən 8.000 manat kirayədən gələn gəlirin şəriklikdən yaranan öhdəlik olduğunu, ona ödənilən 10.000 manat pula münasibətdə isə məhkəmənin qətnaməsində İddiaçı “iddiaçıya 10.000 manat verdiyini, qalan 49.653 manatı isə pandemiya dönəmi olduğundan verə bilmədiyini, qalan 49.653 manatı da verəcəyini” bildirdiyini n yer aldığını, İddiaçı özünün borcdan əlavə 10.000 manatı ödədiyini təsdiq etdiyini, iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
40. Kollegiya qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli 2-2(123)-6/2021 nömrəli qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməyib və hazırda həmin qətnamə icra olunmaqdadır.
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə iddiaçının iddiasını əsaslandırdığı faktiki hal, yəni cavabdehin pul məbləğinin ona ödəməli olduğu təkzib olunmuşdur və məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halın təkrar araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.
42. Bundan əlavə, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmiş, apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına; “M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Koll egiyasının 2017-ci il 30 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 30 aprel tarixli Qərarına; MPM-in 77.1, 82.3, 88, 233.3, 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
44. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. MM-in 21.1, 21.2-ci maddələri üzrə - Birinci instansiya və apellyasiya məhkəmələri qeyd olunan maddi hüquq normalarını kobud şəkildə pozmuş və səhv nəticəyə gəlmişlər. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən iddiaçıya cəmi 26.577,50 manat məbləğində borcun mövcu d olduğunu təsdiq edən ifadələr verilmiş, habelə cavabdehin iddiaçıya borclu olduğunu öz şəxsi imzası ilə təsdiq edən və iş üzrə sübut əhəmiyyətinə malik olan kağız daşıyıcıda olan sübutlar təqdim edilmişdir. Lakin həmin sübutlara nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymətləndirmə aparılmadığından və təqdim edilmiş sübutlar araşdırılmadığından cavabdeh öhdəliyindən yayınmış və nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur.
46. Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 6-cı maddəsi üzrə Məhkəmə Kollegiyası ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və iddiaçının hüququnun bərpa olunmasına kömək etmək əvəzinə sübutlara düzgün qiymət verməmiş və araşdırmam ışdır.
47. MPM-in 14.2-ci maddəsi üzrə - Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi təqdim edilmiş sübutlara əsasən işi hərtərəfli araşdırmamışdır. Belə ki, cavabdehin iddiaçıya borclu olduğunu təsdiq edən oxşar sübut mövcud olduğu halda, başqa bir iş üzrə iddiası digər qətnamə əsasında təmin edilmişdir. Borclunun mübahisəsiz borcunu dəqiq ifadə edən və öz imzası ilə təsdiqlənmiş mötəbər sübut mövcud olduğu halda, iddiaçının iddiasının hansı səbəblərdən təmin edilmədiyi aydın deyil. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin hansı əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxladığı anlaşılmır. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən belə qənaətə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, habelə apellyasiya şikayətinin də lillərini sübuta yetirə bilməmiş və apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Lakin birinci instansiya məhkəməsinə cavabdehin borclu olduğunu öz imzası ilə təsdiq edən sübut təqdim edildiyi halda, həmin sübuta hüquqi qiymət verilməməsinin səbəbləri göstərilməmişdir. Ümumilikdə, sübut əhəmiyyəti daşıyan həmin sənəd üzrə cavabdehin nə qədər borclu olduğuna səthi yanaşılmışdır.
48. MPM-in 88-ci maddəsi üzrə - Birinci instansiya məhkəməsinin təqdim edilmiş sübutlara obyektiv qiymət verməməsi, habelə apellyasiya instansiyası məhkəməsinin həmin halları aydınlaşdırmadan şikayətin təmin edilməməsi barədə qətnamə qəbul etməsi üçüncü şəxs tərəfindən qanunsuz və əsassız hesab edilir.
49. MPM-in 218.1-c i maddəsi üzrə - Cavabdeh tərəfindən iddiaçıya borclu olmadığını təsdiq edən heç bir sübut təqdim edilmədiyi, iddiaçı tərəfdən isə mötəbər sübutlar təqdim edildiyi halda iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi isə ədalətin tələblərinə uyğun deyil, birinci instansiya məhkəməsinin mövqeyini əsas götürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
51. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin fakt iki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfi yyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir....”
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 30 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 30 aprel tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki Pro sessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu maddənin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir....”
55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqnormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə ə laqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. 57. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
58. İşin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış mübahisə şərikli iş gördükləri zaman ortaya çıxmış, 2016- 2018-ci illəri əhatə etmişdir.
59. Həmçinin müəyyən edilmişdir ki, daha əvvəl Sənan Novruzov (hazırki iş üzrə cavabdeh) İddiaçı (hazırki iş üzrə iddiaçı) qarşı pul tələbinə dair iddia qaldıraraq, 49653.45 manat tutulmasını tələb etmiş və Naxçıvan MR Kommersiya məhkəməsinin 2021-ci il 5 mart tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
60. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən "Körpü” ailəvi restoranını cavabdeh tərəfindən şərik işlətmək barədə təklif olub və o da bu təkliflə razılaşıb. Təklif belə olub ki, cavabdeh ona 50.000 manat pul verməli, kafeni birlikdə işlədib gəliri bölüşəcəkmişlər. 2018-ci ilin sentyabr ayınadək kafeni işlədərək ictimai iaşə xidməti üzrə sahibkarlıq fəaliyyəti göstəriblər. Sonradan aralarında şəriklik münasibətlərində mübahisə yaranıb. Cavabdeh ondan pulunu istəyib şəriklikdən çəkilmək istədiyini bildirib. O da həmin vaxt 10.000 manat Sənan Novruzova vermiş, sonuncu qeyd edilən 10.000 manatı ondan almasına dair 2018-ci il 28 sentyabr tarixli özünün imzası ilə təsdiq olunmuş yazılı sənədi ona təqdim etmişdir.
61. Həmin iş üzrə İddiaçı izahatında Sənan Novruzova 10000 manat ödədiyini, 49653 manat da ödəyəcəyini bildirmişdir. Həmçinin o, S.Novruzovun 17155 manat təmir-abadlıq işləri apardığını qeyd etmişdir.
62. İddiaçı hazırki tələbində həmin 10000 manatı, həmçinin 17155 manatın yarısını və restoranın işlətməsindən aylıq olaraq cavabdehə verdiyini iddia etdiyi 8000 manatı tələb etmişdir.
63. Kollegiya hesab edir ki, iddia tələbinin 10000 manat və 8577,50 manat (17155 manatın yarısı) hissəsində apellyasiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaəti prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir.
64. Belə ki, qanunvericiliyin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilir.
65. Yuxarıd a qeyd edilənlərə əsasən iddia tələbinin 10000 manat və 8577,50 manat hissələrində iş üzrə icraata xitam verilməli olduğu halda mahiyyəti üzrə baxılaraq qiymət verilmişdir.
66. Ona görə də Kollegiya hesab edir ki, həmin hissələrdə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
67. İddia tələbinin 8000 manat hissəsində isə Kollegiya hesab edir ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəldiyindən bu hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəf indən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
69. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həmin pul tərəflərin birgə fəaliyyət göstərdikləri dövrdə əldə etdikləri və qarşılıqlı razılıq əsasında bərabər həcmdə bölüşdürülmüş qazancın yarısını əhatə etmişdir, apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi də bu halı doğrulamışdır.
70. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
71. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 8 avqust tarixli 2-2(108)-42/2025 nömrəli qətnaməsi qismən – iddia tələbinin 18577.50 manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmi n hissədə iş üzrə icraata xitam verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.