Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-765/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi və borc tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 mart tarixli 2-2(104 )-81/25 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra- “iddiaçı”) cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 (bundan sonra - ayrı-ayrılıqda “Cavabdeh4”, “Cavabdeh2”, “Cavabdeh3”, “Cavabdeh1”, birlikdə isə “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 2019-cu il 7 oktyabr tarixli 03/0082/DLİZ nömrəli X2 Müqaviləsinin ləğv edilməsi, iddiaçı ilə Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 2019-cu il 7 oktyabr tarixli 03/0082/DLİZ nömrəli X2 Müqaviləsinə əsasən 2021-ci il 16 oktyabr tarixə yaranmış 25597.58 manat əsas borc, 9901.40 manat mükaf at borcu, 143.65 manat gecikdirilmiş cərimə məbləği cəmi 35642.45 manat lizinqi borcu məbləğinin və ödənilmiş 365 manat dövlət rüsumunun, mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 5 aprel tarixli e-2-2(115)-159/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 2019-cu il 7 oktyabr tarixli 03/0082/DLİZ nömrəli daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, iddiaçı ilə Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 2019-cu il 7 oktyabr tarixli 03/0082/DLİZ nömrəli X2 Müqaviləsinə əsasən 2021-ci il 16 oktyabr tarixə yaranmış 25.597.58 m anat əsas borc, 9.901.40 manat mükafat borcu, 143.65 manat gecikdirilmiş cərimə məbləği, cəmi 35.642.45 manat lizinq borcu məbləğinin və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Vəliyev).
3. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 mart tarixli 2-2(104)-81/25 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası M PM-in 363-cü maddəsinin tələblərinə uyğun verilib-verilmədiyinin müəyyən edilməsi üçün iş materialları Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və R.Məcidov).
5. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-159/2022 nömrəli, 2022-ci il 5 aprel tarixli qətnaməsi 2022-ci il 15 aprel tarixli məktubla tərəflərə, o cümlədən Cavabdeh1 yaşadığı ünvan 1-ə poçt vasitəsilə göndərilmişdir. Lakin ona göndərilmiş poçt zərfinin üzərində “xx.xx.2022, xx.xx.2022-ci il hal-hazırda evdə yoxdur” qeydi yazılmaqla məhkəməyə qaytarılmışdır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, sonuncunun qeydiyyat yeri ünvan 1 ünvanıdır. İşdəki poçt göndərişlərinin verilməsi haqq ında xəbərnamələrdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-159/2022 nömrəli, 2022-ci il 5 aprel tarixli qətnaməsi digər cavabdehlər tərəfindən 2022-ci il 21 aprel, 2022-ci il 22 aprel və 2022-ci il 24 aprel tarixlərdə qəbul edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Ə.X1 Məhkəməsinin e-2-2(115)-159/2022 nömrəli, 2022ci il 5 aprel tarixli qətnaməsi 2022-ci il 15 aprel tarixdə göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən qətnaməni almaqdan yayınmış, eyni zamanda qətnamənin 2025-ci il 10 mart tarixdə almasını məhkəmə kollegiyası inandırıcı saymır. Birinci instansiya məhkəməsi isə həmin halı araşdırmadan işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
6. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e- 2-2(115)-159/2022 nömrəli, 2022-ci il 5 aprel tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmalıdır.
7. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 7 aprel tarixli e-2-2(115)-159/2022 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 5 aprel tarixli e-22(115)-159/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
8. Cavabdeh1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 mart tarixli 2-2(104)-81/2025 nömrəli qərardadından kassasiya şikayəti verilmiş və həmin qərardadın ləğv edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. MPM-in 360-cı maddəsi üzrə - məhkəmə kollegi yası bir tərəfdən birinci instansiya məhkəməsinin qətnaməsinin poçtalyon tərəfindən geri qaytarıldığını qeyd etmiş, digər tərəfdən isə qətnamənin cavabdeh tərəfindən 2025-ci il 10 mart tarixdə alınmasının inandırıcı olmadığını vurğulamışdır. Göründüyü kimi məhkəmə kollegiyası rəsmi olaraq poçt qəbzinə və geri qayıdan məhkəmə aktına deyil, keçən müddətə inanmışdır.
10. Həmin qərardadla cavabdehin Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 5 aprel tarixli, 2-2(115)-159/2022 saylı qətnaməsindən tərəf olaraq onun apellyasiya şikayəti vermək hüququ və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsindən istifadə hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədl əri
14. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşa dığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi q aydada verilmiş hesab edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
137. Məhkəmə sənədlərini qəbul etməkdən imtina 137.1. Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. 137.2. Ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhk əmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. 137.3. Məhkəmə bildirişinin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.” “Maddə
360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir.
17. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 qeydiyyat ünvanına poçt vasitəsi ilə göndərilmiş, lakin ünvan sahibinə rəsmi qaydada təqdim edilməyərək məhkəməyə geri qaytarılmışdır. Poçt zərfin də isə “hal-hazırda evdə heç kim yoxdur” qeydləri yazılmışdır. Bununla yanaşı, poçt orqanının əməkdaşı tərəfindən MPM-in 135.3-cü maddəsinin tələblərinə riayət edilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi isə qərardadında qeyd etmişdir ki, Cavabdeh1 məhkəmə qətnaməsini almaqdan yayınmışdır. Lakin məhkəmənin bu nəticəsi heç bir sübuta təsdiq edilmir.
19. Belə ki, cavabdehin qətnaməni almaqdan yayınması halı yalnız MPM-in 137-ci maddəsinə riayət edildiyi halda təsdiqlənə bilər. Lakin poçt orqanının əməkdaşı tərəfindən həmin maddənin tələblərinə də riayət edilməmişdir. Belə olan halda isə apellyasiya instansiya məhkəməsinin cavabdehin qətnaməni almaqdan yayınması barədə nəticəsi hüquqi baxımdan əsaslı hesab edilə bilməz.
20. Eyni zamanda, iş materiallarından görünür ki, birinci instan siya məhkəməsinin məhkəmə bildirişləri Cavabdeh1 qeydiyyat ünvanına poçt vasitəsi ilə göndərilmiş, lakin bütün bildirişlər ünvan sahibinə rəsmi qaydada təqdim edilməyərək məhkəməyə geri qaytarılmış və poçt zərflərində “hal-hazırda evdə heç kim yoxdur” qeydləri yazılmışdır. Həmçinin iş materiallarında Cavabdeh1 SMS və s. vasitə ilə məhkəmə prosesi barəsində məlumatlandırılmasını təsdiq edən sənədlər mövcud deyildir.
21. Bununla yanaşı, qətnamə üzrə icra sənədi Cavabdeh1 münasibətdə yalnız 2024-cü il 15 may tarixində icraya göndərilmişdir (cild 1, i/v 135). Bu fakt onu göstərir ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı hərəkətlər uzun müddət sonra başlanıb və cavabdehin qətnamədən faktiki məlumatlılığı yalnız həmin dövrdə yarana bilərdi.
22. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi y uxarıda qeyd olunan nəticəyə gəlməzdən əvvəl icra işindəki materialları tələb edib öyrənməli, cavabdehin qətnamədən xəbərdar olma tarixini obyektiv sübutlar əsasında müəyyən etməli idi. Lakin məhkəmə heç bir sübuta istinad etmədən, yalnız ehtimallara əsaslanaraq, apellyasiya şikayətini qeyri-mümkün saymışdır. Bu isə ədalətli məhkəmə araşdırılması prinsipinə ziddir.
23. MPM-in 418.3-cü maddəsinin tələblərinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
24. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilər ək apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Həmin məsələ həll olunarkən qərarın 22-ci bəndində göstərilən istiqamətdə müvafiq prosessual hərəkətlər edilməli, müəyyən edilmiş hallara uyğun qanuni və əsaslı qərardad qəbul edilməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 mart tarixli 2-2(104)-81/25 nömrəli qərardadı ləğv edilsin. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.