Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-77/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası “X1” İctimai Birliyinin “xxxx” MMC-yə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: TV kanallarının təkrar yayımçısı tərəfindən müəllif hüquqlarının pozulmasının dayandırılması GİRİŞ HİSSƏ Hakimlər: 09.06.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Sevda Əziz qızı Hüseynova və Bəhram Məmməd oğlu Məmmədlidən ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı İctimai Birliyin nümayəndəsi X5, vəkili X4, cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 və 3-cü şəxsin nümayəndələri X12 oğlunun və X7 iştirakı ilə, İddiaçı “X1” İctimai Birliyinin 3-cü şəxs Azərbaycan Respu blikası Əqli Mülkiyyət Agentliyi işə cəlb edilməklə cavabdeh “xxxx” MMC-yə qarşı müvafiq müqavilə bağlananadək TV kanallarının retranslyasiyasının qadağan edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı “X1” İctimai Birliyi 3-cü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi işə cəlb edilməklə cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İctimai Birliyi ilə müqavilə bağlananadək cavabdeh MMC tərəfindən TV kanalların retranslyasiyasının həyata k eçirilməsinin qadağan edilməsi; MMC-dən audiovizual əsərlərin qanunsuz retranslyasiyasını həyata keçirdiyinə görə 30.000 manat kompensasiyanın tutularaq iddiaçı İctimai Birliyə ödənilməsi; işgüzar nüfuza vurulmuş zərərə görə, 20.000 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Kərimli; iş No 2-2(82)-225/2018) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibat-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş No 22(103)-87/2019) iddiaçı İctimai Birlik tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi; iş üzrə yeni qətnamə qəbul edilməsi; iddia tələbinin qismən təmin edilməsi; iddiaçı İctimai Birliklə müqavilə bağlananadək cavabdeh MMC tərəfindən TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi; cavabdeh “xxxx” MMC-dən iddiaçı İctimai Birliyin xeyrinə 1.000 manat kompensasiyanın tutulması; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən N.Rəsulbəyova, hakimlər Z.Quliyev və İ.Hüseynov; iş No 2-2(102)-267/2019) iddiaçı İctimai Birliyin kassasiya şikayətinin təmin edilməməsi; cavabdeh MMC-nin kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibat-İqtisadi K ollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi; işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova; iş № 2-2(103)-569/2019) apellyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi; iş üzrə yeni qətnamənin qəbul edilməsi; iddiaçı İctimai Birlik ilə müqavilə bağlananadək cavabdeh MMC tərəfindən İctimai Birliyə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçi rilməsinin qadağan edilməsi qərara alınmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh MMC kassasiya şikayəti verərək, qətnamənin - iddiaçı İctimai Birliklə müqavilə bağlananadək cavabdeh “xxxx” MMC tərəfindən İctimai Birliyə üzv müəlliflərin audioviual əsərləri üzrə TV kanalların retransliyasiyasının həyata keşirilməsi qadağan edilsin - hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin - iddiaçı İctimai Birliklə müqavilə bağlananadək cavabdeh “xxxx” MMC tərəfindən İctimai Birliyə üzv müəlliflərin audioviual əsərləri üzrə TV kanalların retransliyasiyasının həyata keşirilməsi qadağan edilsin hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı İctimai Birliyin vəkili Ə.Bağırov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı İctimai Birliyin nümayəndəsi Ş.Tacəddin vəkilin dediklərinə uyğun izahağ vermişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş 3-cü şəxs Agentliyin nümayəndələri İ.Əsgərov və F.Əlizadə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən onlara çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası məruzəçini, iş üzrə tərəflərin nümayndə və vəkillərinin izahatlarını dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli; ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı İctimai Birliyik 1999-cu ildə yaranmış və Nizamnaməsi xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin Nizamnaməyə görə, İctimai Birlik intellektual, yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə müəllif hüquqlarına malik olan Azərbaycan Respublikasının vətəndaşları, professional kino və televiziya filmlərinin rejiss orları tərəfindən yaradılmışdır, audioviziual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirərək əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslyasiya yolu ilə yayımına görə qonararın alınmasını təmin edir. Nizamnaməsində qeyd edilən məqsəd və vəzifələrinə nail olmaq üçün İctimai Birlik xx.xx.2015, xx.xx.2016 və xx.xx.2017-ci il tarixli məktublarla cavabdeh MMC-yə müraciət edərək, həmin MMC-nin TV kanalında audiovizual əsərlərin retranslyasiyasının hüquqi əsaslarını yaratmaq məqsədilə, bu tərəflər arasında lisenziya müqavilələrinin bağlanmasını təklif etmiş, əks təqdirdə, «Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanunun 12, 15, 30, 41, 42 və 44 - 47-ci maddələrinə, İctimai Birliyin N izamnaməsinə, müəlliflərin və hüquq sahiblərinin şikayətlərinə əsaslanaraq, müəlliflərin və hüquq sahiblərinin pozulmuş hüquqlarının bərpası və onlara dəymiş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə qanunla nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək məcburiyyətində qalacaqlarını göstərmişdir. Bundan sonra İctimai Birlik hazırki iddia ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsində audiovizual əsər istehsalçıları və filmlərin müəllifləri - rejissor, ssenarist, operator, rəssam və bəstəkarların öz hüquqlarının idarə olunması, qorunması və müdafiəsi məqsədilə İctimai Birliyin kollektiv idarəçiliyinə verməsinə, cavabdeh MMC fəaliyyətə başladığı dövrdən Kinorejissorlar Gildiyasının dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlərinə baxmayaraq, İctimai Birliklə müqavilə bağlamadan və müəl lif qonorarı ödəmədən, hüquqların qorunmasını kollektiv idarəçilik təşkilatı olan İctimai Birliyə verilmiş, müəlliflərin - rejissorların, ssenaristlərin, operatorların, rəssamların və bəstəkarların müəllifi olduğu filmləri kabel televiziyası vasitəsilə retranslyasiya yolu ilə nümayişini qanunazidd olaraq həyata keçirməsinə istinad etmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, 1-ci instansiya məhkəməsi İctimai Birliyin iddiasını rədd edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, həmin məhkəmə hesab etmişdir ki, iddiaçı İctimai Birlik onunla müqavilə bağlamış və ona üzv olan müəlliflərin audiovizual əsərlərlə bağlı müvafiq hüquqları kollektiv əsasda idarə edən qurum k imi müəlliflik hüququna malik şəxslərin audiovizual əsərlərinin yayımının qadağan olunması, eləcə də bununla bağlı dəymiş maddi və mənəvi zərərin tutulması tələbi ilə çıxış edə bilər, lakin nəzərə alınmalıdır ki, cavabdeh MMC həmin əsərlərin retranslayasiyasını həyata keçirir və ilkin yayımı həyata keçirən qurumla bağlanmış müqaviləyə əsasən retranslayasiya zamanı yayımda hər hansı dəyişiklik edilə bilməz. Digər tərəfdən də, “xxxx” mülki qanunvericiliyin əsas prinsiplərindən olsa da, cavabdeh MMC ilkin yayım deyil, retranslayasiya həyata keçirdiyindən onun iddiaçı İctimai Birlik və ya audiovizual əsər müəllifləri ilə birbaşa müqavilə bağlanması məntiqi də görünmür, iddiaçı İctimai Birlik bu tələblə ilkin yayımı həyata keçirən quruma qarşı çıxış edə bilər. Belə olan halda, cavabdeh MMC-nin retranslayasiya ilə bağlı hərəkətləri qanuna zidd sayıla bilməz. Lakin, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlarının olması həm qanunun tələbindən irəli gəlir, həm də iddiaçı İctimai Birlik tərəfindən hazırkı iddianın qaldırılması onun yuxarıda qeyd olunan Nizamnamə üzrə fəaliyyət istiqamətlərinə uyğun olmuşdur. Belə ki, «Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən, audiovizual əsərlər (kino, tele və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər) müəlliflik hüququnun obyektidir. Həmin Qanunun 12-ci və 15-ci maddələrinə müvafiq olaraq audiovizual əsərin şərikli müəllifləri olan quruluşçu rejissor; ssenari müəllifi; quruluşçu rəssam; quruluşçu operator və bəstəkarın əsərdən hər hansı formada və ü sulla istifadə etməyə müstəsna hüququ, eləcə də əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır. Həmin Qanunun 12.2-ci maddəsinə görə, audiovizual əsərin yaradılmasına dair müəlliflərlə filmin istehsalçısı (prodüseri) arasında bağlanmış müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müəlliflər tərəfindən bu müqaviləyə əsasən audiovizual əsərin istehsalçısına (prodüserinə) həmin əsərin surətinin çıxarılması, yayılması, kütləvi ifası, kütləvi nümayişi, kabel televiziyası ilə kütləvi bildirişi, efirə verilməsi və ya hər hansı başqa şəkildə kütləvi bildirişi, həmçinin mətnin subtitrləşdirilməsi və dublyaj edilməsi üçün müstəsna hüquqlar verilmiş olur. Göstərilən hüquqlar audiovizual əsərə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə qüvvədə qalır. Audiovizual əs ər istehsalçının həmin əsərdən hər hansı şəkildə istifadə olunarkən özünün və ya təşkilatın adını göstərmək, yaxud göstərilməsini tələb etmək hüququ vardır. Həmin Qanunun 12.4-cü maddəsinə uyğun olaraq audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, müəllif müqaviləsində aşağıdakılar müəyyən olunmalıdır: -əsərdən istifadə üsulları (belə müqavilə üzrə verilən konkret hüquqlar); hüquqların verildiyi müddət və ə razi; -qonorarın məbləğlərinin və (və ya) əsərdən istifadənin hər növünə görə qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları; -ödəniş qaydaları və müddəti, həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər. Müəllif müqaviləsində əsərdən istifadənin üsulları haqqında şərt olmadıqda (müəllif müqaviləsi üzrə verilən konkret hüquqlar), müqavilə onu bağlayan tərəflərin istəklərinin əldə edilməsi üçün vacib hesab etdikləri istifadə üsuluna görə bağlanmış hesab oluna bilər. Həmin Qanunun 41-ci maddəsinə müvafiq olaraq müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və baş qa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüq uqu yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər. Dövlət qeydiyyatına alınmış əml ak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan (akkreditasiyadan) keçirlər. Bu Qanunun tələblərinə əməl etməyən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hüquq pozuntularının aradan qaldırılması barədə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun yazılı tələblərini icra etmədikdə bu orqan tərəfindən həmin təşkilatın akkreditasiyasının ləğvi barədə əsaslandırılmış qərar qəbul edilir. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum akkreditasiyasının ləğvi barədə qərar qəbul edilmiş əmlakhüquqlarını kollektiv əsasda idarə edən təşkilatların ləğvi haqqında məhkəməyə müraciət edir. Həmin Qanunun 42-ci maddəsinə görə, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır; 2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; 3) lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12ci maddəsinin 4-cü hissəsi, 17-ci maddəsinin 3-cü hissəsi və 37-ci maddəsinin 1ci hissəsi) istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır; 4) lisenziya üzrə və (və ya) bu hissənin 3-cü bəndində nəzərdə tutulmuş qonorarı yığır; 5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; 6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir; 7) müəlliflik hüququnun və əlaq əli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır. Həmin Qanunun 43-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı (42-ci maddənin 1-ci hissəsinin 4-cü bəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkila t tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə, o cümlədən iddiaçı X3 əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək, o cümlədən müəlliflik hüquqlarının pozulması nəticəsində dəymiş zərəri və ya əldə edilmiş gəliri, həmçinin kompensasiya ödənilməsini tələb etmək hüquqları vardır. Bundan əlavə, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsas vəzifəsi və funksiyası lisenziya verməkdən və qonorar toplamaqdan ibarətdir. Qeyd olunmalıdır ki, audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən qurum hazırkı iş üzrə iddiaçı İctimai Birlikdir. Əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslayasiya yolu ilə yayımına görə qonorarın alınmasını təmin etmək, xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin müəllifi olan bəstəkarların, həmin audiovizual əsərin kütləvi ifası zamanı özünün musiqili əsərinin kütləvi ifasına görə müəllif qonorarı alınmasını təmin etmək, audiovizual əsər müəlliflərinin, ifaçıların və audiovizual əsər istehsalçılarının auidovizual əsərin gəlir götürmədən şəxsi məqsədlər üçün surəti əsər istehsalçılarının audivizual əsərin gəlir götürmədən şəxsi məqsədlər üçün surəti çıxarılarkən qonorar almaq hüququnu həyata keçirmək İctimai Birliyin əsas fəaliyyət növüdür. İşin materiallarına müəllif və əlaqəli hüquqların kollektiv idarəçiliyinə verilməsi haqqında müqavilələr, müəllif və əlaqəli hüquqların siyahısı, növləri, müəlliflərin və əlaqəli hüquq subyektlərinin adları barədə məlumatlar əlavə edilmişdir. Cavabdeh MMC-nin təkrar yayımçı kimi müəllif qonorarı ödəməli olmamasına dair dəlilinə münasibətdə qeyd olunmalıdır ki, işin materiallarına həmçinin cavabdeh MMC-nin ayrı-ayrı TV kanalları («xxxx» QSC, «CBC Televiziyası, «İctimai Televiziya və X10, «xxxx» Müstəqil Teleradio Şirkəti, «xxxx» MMC və s.) ilə bağladığı «Retranslyasiya haqqında» müqavilələr əlavə olunmuşdur. Həmin müqavilələrin eyni məzmunda olan 3.3-cü bəndlərinə əsasən, təkrar yayımçı retranslyas iya etdiyi teleradio proqramlarının (verilişlərinin) barəsində hər hansı bir hüquq əldə etmir, eləcə də onların məzmununa, qanuniliyinə və hər hansı başqa bir məsələyə görə hüquqi məsuliyyət daşımır. Bu proqramda (verilişlərdə) istifadə olunan bütün növ əsərlər və digər əqli mülkiyyət hüququnun obyektləri ilə əlaqədar müəlliflər və ya hüquq sahibləri ilə müqavilələrin bağlanmasına, onlardan istifadənin qanuniliyinə, haqq ödənilməsinə və sair bu kimi məsələlərə görə ilkin yayımçı olan TV şirkəti məsuliyyət daşıyır və heç bir halda təkrar yayımçı olan cavabdehin üzərinə belə öhdəlik qoyula bilməz. Lakin, iddianın predmeti olmaması səbəbindən, cavabdeh MMC ilə TV kanalları arasında bağlınmış müqavilənin qeyd olunan bəndinin «Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respubl ikası Qanunun tələblərinə uyğun olub olmamasına qiymət vermək olmaz. Eyni zamanda, cavabdeh MMC-nin təkrar yayımçı kimi, iddiaçı İctimai Birliklə müqavilə bağlamaq və müəlliflərə, əlaqəli hüquq subyektlərinə qonorar ödəmək yuxarıda təsbit edilmiş maddi hüquq nomalarının tələblərindən irəli gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 38 saylı Qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 saylı Əlavəsinin «Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə alınan qonorarın yaradıcı heyət arasında bölünməsi» adlanan Vİ bölməsinə əsasən, Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin ef ir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentlik tərəfindən həyata keçirilir. Müəllif qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin qey diyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə edilən gəlirin uçotunu aparmalıdırlar. Ödəyicilər müəllif qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentliyə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat hər bir əsərin istifadəsinə görə aldığı qonorarı Vİ bölmədə göstərilən nisbətdə bölməyi və müəlliflərə (hüquqi varislərə) çatdırmağı təmin edir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, ilkin və ya təkrar yayımcı olmasından asılı olmayaraq, audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, kütləvi nümayişini həyata keçirən, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəməlidirlər. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmamış, iddianın əsassız olmasına dair düzgün olmayan nəticəyə gəlinmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı İctimai Birlik tərəfindən təqdim olunmuş, «Audiovizual əsərlərin kabellə retranslyasiya yolu ilə kütləvi bildirişinə dair» xx xxxx 2015ci il tarixli lisenziya müqavilələri ndən aydın olur ki, hazırkı mübahisənin yaranmasına səbəb olmuş, müvafiq müqavilə, “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun istinad olunan normalarının tələblərinə müvafiq olaraq, iddiaçı ilə ayrı-ayrı təkrar yayımçı təşkilatlarla bağlanmışdır. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən, «Müəllif» əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirdiyi audiovizual əsərləri «İstifadəçiyə» kabellə retranslyasiya yolu ilə kütləvi yayımına qeyri-müstəsna hüquqları (lisenziya) verir, «İstifadəçi» isə bunun müqabilində «Müəllif»ə, bu müqavilə ilə müəyyənləşdirilmiş həcmdə qonorar ödəməyi öhdəsinə götürür. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 222 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Resp ublikası Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”nə uyğun olaraq, müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat toplularına və inteqral sxem topologiyalarına hüquqlar, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına və coğrafi göstəricilərə hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə), ənənəvi biliklərə və digər qeyri-maddi mədəni irs nümunələrinə hüquqlar sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən dövlət qurumudur və digər funksiyaları ilə yanaşı, həm də öz səlahiyyətləri çərçivəsində bu sahədə mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı məsələləri tənzimləyir. Bundan başqa, işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müəllif Hüquqları Agen tliyi (hazırki Əqli Mülkiyyət Agentliyi) tərəfindən cavabdeh MMC-yə ünvanlanmış 325-3-5/7 saylı, xx xxxxxx 2017-ci il tarixli məktuba görə, cavabdeh MMC audiovizual əsərlərdən istifadə ilə bağlı lisenziyasız fəaliyyət göstərir və iddiaçı X6 ünvanladığı məktubda da audiovizual əsərlərdən istifadə ilə əlaqədar cavabdeh MMC ilə İctimai Birlik arasında lisenziya müqaviləsinin bağlanılmadığı bildirilir. Audiovizual əsərlərdən istifadəyə görə istifadəçilər tərəfindən qonorar ödənilməməsi müəlliflər, o cümlədən xarici müəlliflər arasında ciddi narazılıq yaradır və bu məsələ artıq milli və beynəlxalq seminar və simpoziumlarda müzakirə pedmetinə çıxarılır. Bu da Azərbaycanın dünyada artan imicinə xələl gətirə bilər. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, “xxxx” MMC-nin fəaliyyətində müəllif-hüquq qanunvericiliyin müddəalarına uyğun olaraq, audiovizual əsərlərdən istifadə ilə bağlı iddiaçı İctimai Birliklə lisenziya müqaviləsi bağlanılması xahiş olunmuşdur. Göründüyü kimi, müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən dövlət qurumu olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən də «Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq iddiaçı İctimai Birliklə müqavilə bağlanması ilə bağlı cavabdeh MMC-yə müraciət olunmasına baxmayaraq, hər hansı nəticə olmamış, bu isə hazırki iddianın qaldırılmasına gətirib çıxarmışdır. Beləliklə, cavabdeh MMC-nin iddiaçı İctimai Birliklə müvafiq müqavilə bağlamadan iddiaçı İctimai Birliyə üzv müəlliflə rin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasını həyata keçirməsi, müəllif hüquqlarının pozulması ilə nəticələndiyindən iddiaçı İctimai Birliyin tələbi həmin hissədə təmin olunmalı, iddiaçı İctimai Birliklə müqavilə bağlananadək cavabdeh MMC tərəfindən İctimai Birliyə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsi qadağan edilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı İctimai Birliyin nə nizamnamə ilə, nə də qanunla retranslyasiyanı həyata keçirən təşkilatın bütün fəaliyyətinin dayandırılmasının tələb etmək hüquq yoxdur. Belə ki, iddiaçı İctimai Birlik müəlliflərin və əlaqəli hüquqların sahibləri tərəfindən ona həvalə edilən əmlak hüquqlarının müdafiəsi məqsədi ilə müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb edən, o cümlədən müəlliflik hüquqlarının pozulması nəticəsində dəymiş zərəri və ya əldə edilmiş gəliri, həmçinin kompensasiya ödənilməsini tələb edən iddialarla məhkəməyə müraciət edə bilər. Cavabdeh MMC-nin fəaliyyəti isə yalnız iddiaçı İctimai Birliyin idarəçiliyini həyata keçirdiyi kollektiv hüquqların müəlliflərinin əsərlərini nümayiş etdirməkdən ibarət deyildir. Apellyasiya məhkəməsi iclasda iddiaçı İctimai Birliyin nümayəndəsinə İctimai Birliyin müdafiə etdiyi əsərlərin dəqiq siyahısını təqdim etməsi və həmin siyahıda hansı əsərlərin faktiki olaraq dəqiq tarix, vaxt və kanal göstərilməklə retranslyasiyanın qadağan olunmasını tələb etmələrinin təsvir edilməsi təklif etsə də, belə bir siyahı təqdim edilməmişdir. Ona görə də, iddia tələbi maddi zərər hissəsində iddiaçı İctimai Birlik tərəfindən sübuta yetirilməmişdir. Belə ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin hissədə iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Kassasiya şikayətində cava bdeh MMC iddia ərizəsində etiraz yazılarında qeyd etdiyi mövqeyini bir daha təkrarlamış və göstərmişdir ki, MMC iddiaçı İctimai Birlik tərəfindən mühafizə olunan müəllif əsərlərinin yalnız retranslayasiyasını həyata keçirir və ilkin yayımı həyata keçirən TV kanalları ilə bağlanmış müvafiq müqavilələrə əsasən retranslayasiya zamanı yayımda hər hansı dəyişiklik edilə bilməz. Məhkəmə kollegiyası cavabdeh MMC-nin dəlilləri qəbul etmir və apellyasiya instansiyası məhkəməsinin bu dəlillərlə bağlı yuxarıda qeyd edilən mövqeyi iə razılaşır. Həmçinin ona görə ki, müəllif hüquqlarının mühafizəsi və müəlliflərə müvafiq qonorarların ödənilməsi sahəsində yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 38 saylı Qərarında TV kanalları onların təkraryayımçıları i lə bərabər tutulmuşlar. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-77/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-77/2020
09.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver