Məhkəmə qərarları › İş №2-2(102)-77/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-77/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-77/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Ləğv Prosesində olan "X" ASC-nin ləğvedicisi "A"-nın cavabdehlər "B" MMC-yə, "C"-yə, "D" müəssisəsinə qarşı iş üzrə QƏRARI Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması barədə qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cumazadə Ceyhun Rizvan oğlu iddiaçı Ləğv Prosesində olan "X" ASC-nin ləğvedicisi "A"-nın vəkili Cavabdeh "B" MMC-nin direktoru "C" və onun vəkilinin iştirakı ilə, Cavabdeh "B" MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli, 2-2(103)-BAM/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ləğv prosesində olan "X" ASC (bundan sonra – ASC) ilə cavabdehlər Cavabdeh "B" MMC və "C" (bundan sonra – müvafiq olaraq “MMC” və “C”) arasında bağlanmış 2012-ci il 21 fevral tarixli 01AV/F20-12 saylı kredit müqaviləsinə əsasən MMCnin ASC-yə cəmi 67.003,23 AZN; 2012-ci il 24 aprel tarixli 09AV/F20-12 saylı kredit müqaviləsinə əsasən cəmi 460.552,89 AZN; 2012-ci il 1 may tarixli 10AV/F20-12 saylı kredit müqaviləsinə əsasən cəmi 201.611,58 AZN; 2013-ci il 23 aprel tarixli 48AV/F20-13 saylı kredit müqaviləsinə əsasən cəmi 70.019,80 AZN borc yaranmışdı r.

2. ASC 2018-cİ il 2 aprel tarixində MMC-yə və "C"-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək, MMC və "C"-dən kredit müqavilələri üzrə borcun ödənilməsi, tutmanın MMC-nin mülkiyyətində olan avtobuslara yödəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları 3. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2019-cu il 19 fevral tarixli 2-2(82)Bİİ/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir (hakim – Z.T).

4. Cavabdeh "D" müəssisəsi (bundan sonra - "D" ) 2019-cu il 11 aprel tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin zamin "D"-yə aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. ASC 2019-cu il 11 aprel tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. MMC 2019-cu il 24 aprel tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 iyul tarixli 2-2(82)- Bİİ/2019 saylı qərardadı ilə "D" tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır (hakim – Z.T).

8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 20-ci il 4 avqust tarixli 22(103)-BAM/2020 saylı qərardadı ilə MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi qərara alınmışdır (sədrlik edən – R.Q, hakimlər – C.Y və V.B).

9. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iş materiallarına əlavə edimiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2019-cu il 19 fevral tarixli 2-2(82)-Bİİ/2019 saylı qətnaməsinin surəti 2019-cu il 16 mart tarixində rəsmi qaydada MMC-nin direktoru "C"-yə təqdim edilmişdir. Lakin MMC-nin apellyasiya şikayəti 2019-cu il 24 aprel tarixində birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, apellyasiya şikayətinin verilməsi müddəti 2019-cu il 17 aprel tarixində bitdiyi halda, MMC-nin apellyasiya şika yəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək 2019-cu il 24 aprel tarixində verilmişdir. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 360, 363.1.3, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. MMC həmin qərardaddan 2020-ci il 2 sentyabr tarixində kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli 2-2(102)-AM/2020 saylı qərardadı ilə MMC tərəfindən verilmiş kassasiya şikayətinin MPM-in 407, 408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün apellyasiya məhkəməsinə qaytarılması q ərara alınmışdır (hakim – S.H).

12. Ali Məhkəmənin mövqeyi belə olmuşdur ki, işin üçüncü cildinin 82-ci vərəqəsində olan xəbərnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 4 avqust tarixli 22(103)-BAM/2020 saylı qərardadı 2020-ci il 21 avqust tarixində "C" tərəfindən imza etməklə alınmışdır. Kassasiya şikayəti isə 2020-ci il 2 sentyabr tarixində məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür.

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-BAM/2020 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 avqust tarixli 2-2(103)-BAM/2020 saylı qərardadından MMC tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – R.Q hakimlər – C.Y və V.B).

14. Apellyasiya instansiyası məhkəməsi işin üçüncü cildinin 82-ci vərəqəsində olan xəbərnaməyə istinadən hesab etmişdir ki, 2020-ci il 21 avqust tarixindən hesablandıqda MPM-in 405.0.2-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət 2020-ci il 1 sentyabr tarixində bitdiyi halda, kassasiya şikayəti 1 gün ötürülməklə, 2 sentyabr il tarixində verilmişdir. Eyni zamanda, MMC tərəfindən prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir. Məhkəmə bu qənaətini MPM-in 405.0.2, 408.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. MMC həmin qərardaddan 2020-ci il 6 noyabr tarixində kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini x ahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

16. Məhkəmənin 2020-ci il 4 avqust tarixli qərardadı 2020-ci il 14 avqust tarixli müşayiətedici məktubla mənə göndərilmişdir. Qərardad mənə poçt vasitəsi ilə 2020-ci il 25 avqust tarixdə çatdırılmışdır. Poçt zərfini ehtiyatsızlıqdan itirdiyim üçün 2020-ci il 25 avqust tarixli D202008250000779 №-li çatdırma vərəqinin poçt şöbəsindən aldığım kserosurətini şikayətə əlavə etmişəm. Məhkəmə poçt çatdırılması vərəqəsini nəzərə almayıbdır.

17. Apellyasiya Məhkəməsinin 2020-ci il 20 oktyabr tarixli qərardadı mənə 2020-ci il 28 oktyabr tarixində poçtla çatdırılmışdır. İşin 3-cü cildinin 82-ci vərəqəsində olan 2020-ci il 21 avqust tarixli poçt bildirişində olan imza və yazıların kimə məxsus olmasın ı aydınlaşdırmaq üçün məhkəmə xəttşünaslıq ekspertizası keçirməlidir.

18. Kassasiya şikayəti MPM-in 9, 402, 406, 416-419-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən MMC-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya instansiyası məhkəməsinin qərardadının əsassız olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etdi.

21. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi vəkilin dedikləri ilə razı olduğunu bildirdi.

22. Məhkəmə iclasında iştirak edən ASC-nin ləğvedicisi A-nın vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (xxxx-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu xxxx-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıla caqdır (MPM-in 403 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

25. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

89. Yazılı sübutlar... 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə

360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.” “Maddə

363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;...” “Maddə

366. Apellyasiya mümkün lüyünün yoxlanılması... 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:... 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır: “... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.

27. Məhkəmə kollegiyası kassatorun poçt şöbəsindən aldığı 2020-ci il 25 avqust tarixli D202008250000779 №-li çatdırma vərəqinin kserosurətinə dair dəlili (bax yuxarıda § 16) ilə razılaşmır.

28. Əvvəla, həmin poçt vərəqəsinin kserosurəti (i.m., İİİ cild, səh. 90) zəruri prosessual tələblərə cavab vermədiyindən sübut kimi qəbul edilə bilməz. Belə ki, xxxx-nin 89.3-cu maddəsinə (bax yuxarıda § 25) görə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Hazırkı vərəqə isə kserosurət olduğundan və lazımi qaydada təsdiq olunmadığından ona sübut kimi istinad olunması MPM-in tələblərinə uyğun deyildir.

29. Bununla belə, həmin sənədin hətta lazımi tələblərə cavab verən sübut o lması ehtimal edilsə belə, yenə də kassatorun gətirdiyi dəlili onun möqeyinin əsaslı olduğunu təsdiq etmir. Belə ki, poçt vərəqəsindən görünür ki, hazırkı iş üzrə kassator olan A.Nəcəfova müvafiq poçtun çatdırılması barədə məlumatlar öz əksinin 23 sətirdən ibarət olan cədvəlsiyahının 4-cü sətrində tapmışdır.

30. Həmin sətirdə qeyd olunmuş poçt göndəriş nömrəsi SS191935153AZ-dır. Halbuki işin materiallarının İİİ cildinin 82-ci səhifəsində olan A.Nəcəfova göndərilmiş poçt bildirişinin arxasındakı göndəriş nömrəsi isə SS674759214AZ-dır.

31. Göründüyü kimi, kassatorun istinad etdiyi poçt vərəqəsi kserosurətinin və işin materiallarının İİİ cildinin 82-ci səhifəsində olan bildirişin üzərindəki poçt göndəriş nömrələri tamamilə fərqlidir. Bu o deməkdir ki, kassatorun istinad etdiyi poçt vərəqəsind əki onun aldığı poçt göndərişi hazırkı mübahisənin predmeti olan bildirişlə aldığı göndərişlə eyni deyildir.

32. Qeyd olunanlara əsasən, kassatorun poçt şöbəsindən aldığı 2020-ci il 25 avqust tarixli D202008250000779 №-li çatdırma vərəqinin kserosurəti hazırkı iş üzrə mötəbər sübut hesab oluna bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticə baxımından düzgün qənaətə gəlmiş və bu zaman maddi və prosessual hüquq pozuntusuna yol verməmişdir.

33. Məhkəmə kollegiyası 2020-ci il 21 avqust tarixli poçt bildirişində olan imza və yazıların saxtalığına, A.Nəcəfovun 2020-ci il 20 oktyabr tarixli qərardad ona 2020-ci il 28 oktyabr tarixində çatdırıldıqdan sonra məhkəmədə işlə tanış olarkən bundan xəbər tutmasına, apellyasiyanın mümkünlüyü məsələ sinə baxılan məhkəmə iclasına dəvət edilməməsinə dair dəlilləri (bax yuxarıda § 17) də əsassız hesab edir.

34. Belə ki, Ali Məhkəmənin 2020-ci il 28 sentyabr tarixli qərarında məhz işin materiallarının İİİ cildinin 82-ci səhifəsində olan C-yə göndərilmiş poçt bildirişinə istinad olunaraq onun kassasiya şikayətinin qeyri-mümkün hesab edildiyi və bu səbəbdən şikayətin uyğunluğunun yenidən yoxlanılması məqsədilə işin geri qaytarıldığı kassatora məlum idi və ya məlum olmalı idi. Ali Məhkəmənin həmin qərarı 2020-ci ilin 29 sentyabr tarixində bütün maraqlı şəxslərə, o cümlədən "C"-yə, habelə onun hazırda direktoru olduğu MMC-yə, eləcə də vəkilinə ayrı-ayrılıqda göndərilmişdir.

35. Göründüyü kimi, "C"-nin və onun vəkilinin işin materialları, o cümlədən şikayətin qeyri-mümkünlüyünə səbəb olmuş bil dirişlə tanış olmaq, müvafiq vəsatət və etiraz vermək üçün kifayət qədər vaxtı olmuşdur. Lakin işin materialları ilə qeyd olunan məsələlər öz təsdiqini tapmır.

36. Belə olan halda, hazırkı kassasiya şikayətində poçt bildirişindəki imza və yazıların saxta olmasına, "C"-nin bundan 2020-ci il 28 oktyabr tarixindən sonra məhkəmədə işlə tanış olarkən xəbər tutmasına dair dəlilləri əsaslı hesab oluna bilməz. 37. "C"-nin apellyasiyanın mümkünlüyü məsələsinə baxılan məhkəmə iclasına dəvət edilməməsinə gəldikdə isə, MPM-də bununla bağlı imperativ tələblər nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi bu məsələ ilə bağlı da hər hansı prosessual pozuntuya yol verməmişdir.

38. Kassasiya şikayətində göstərilən digər dəlillər isə hazırkı kassasi ya baxışının predmeti olmadığından məhkəmə kollegiyası onlara dair münasibət bildirməyə lüzum görmür.

39. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 22(103)-BAM/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar