Məhkəmə qərarları › İş №2-2(102)-77/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-77/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-77/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh “X1” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə haqqı borcunun ödənilməsi, icarə obyektinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “icarə obyektinin boşaldılaraq geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 oktyabr tarixli, 2-2(105)-80/2022 saylı qətnaməsindən iddiaçı və c avabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən İddiaçı məxsus məqsədli istifadə növü sahibkarlıq (tikinti) olan kənd təsərrüfatı təyinatlı torpağın (ümumi sahəsi 0,75 ha) İddiaçı mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi– **********05; Qeydiyyat nömrəsi–160606430; Qeydiyyat tarixi –2006-cı il 27 oktyabr).

2. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ** ***** nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvandakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (ümumi sahəsi 7771 kv.metr) İddiaçı xüsusi mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır ((Reyestr nömrəsi – **********05-12301); Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – 2014-cü il 27 dekabr).

3. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpağın (ümumi sahəsi 0,75 ha) İddiaçı xüsusi mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrə li reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi–**********06; Qeydiyyat nömrəsi–**********; Qeydiyyat tarixi –2017-ci il 20 aprel).

4. İcarəyəverən İddiaçı ilə icarəçi “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2014-cü il 1 fevral tarixli İcarə Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə İcarəyə verən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu Masazır kəndi ərazisindəki mülkiyyətində olan 0,75 ha torpaq sahəsindəki Abşeron rayon İcra Hakimiyyəti Başçısının 2011-ci il 29 aprel tarixli, 667 saylı Sərəncamı ilə istismara qəbul olunmuş istehsalat və satış kompleksinin yol kənarında yerlə şən 1.180 kv.m zirzəmi sahəsi (zirzəmi) və 2.370,8 kv.m satış pavilyonu (istehsalat və satış pavilyonu) olan obyekti (bundan sonra - “İcarə obyekti”) icarəçinin istifadəsinə verməyi, İcarəçi isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1-ci bəndi).

5. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə İcarəyə verənə ödənilməli olan aylıq icarə haqqının xalis məbləği aşağıdakı cədvələ müvafiq olaraq aparılacaqdır: 1. 2014-cü il 1 aprel tarixdən 2015-ci il 1 aprel arixi üçün 2000 manat; 2. 2015-ci il 1 aprel tarixdən 2016-cı il 1 aprel tarixi üçün 3000 manat; 3. 2016-cı il 1 aprel tarixdən 2017-ci il 1 aprel tarixi üçün 4000 manat; 4. 2017-ci il 1 aprel tarixdən 2018-ci il 1 aprel tarixi üçün 5000 manat; 5. 2018-ci il 1 ap rel tarixdən 2019-cu il 1 aprel tarixi üçün 5000 manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən, icarəçi icarə haqqını hər ayın 5-dən gec olmayaraq nağd və ya köçürmə qaydasında İcarəyə verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqavilə 2014-cü il 1 aprel tarixdən qüvvəyə minir və 2019-cu il 1 aprel tarixədək qüvvədədir.

6. İcarəyə verən İddiaçı ilə icarəçi “X1” MMC arasında bağlanmış 2020-ci il 15 may tarixli icarə müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə icarəyə verən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa (Qeydiyyat nömrəsi **********) əsasən Abşeron rayonu Masazır kəndi ərazisində mülkiyyətində olan 0,7 5 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin 1782 kv.m hissəsini anbar kimi istifadə kimi icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1-ci bəndi). Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, aylıq icarə haqqı 2500 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndinə əsasən, digər razılaşma əldə olunmayıbsa, icarə haqqı hər aya görə cari ayın 15-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir.

7. İcarəyə verən İddiaçı tərəfindən icarəçi “X1” MMC-yə ünvanlanmış 2021-ci il 8 fevral tarixli məktubda 2020-ci il 15 may tarixli ikinci İcarə müqaviləsinə əsasən 1.782 kv.m sahənin icarəyə götürülməsi üçün aylıq 2500 manat icarə məbləğinin ödənişinin icra olunmaması, bu Müqavilə üzrə 2021-ci il 8 fevral tarixinədək hər hans ı bir ödəniş edilmədiyi və həmin Müqavilə üzrə 22.500 manat məbləğində borcun olduğu bildirilmiş və ən qısa zamanda birinci Müqavilə üzrə icarə obyektinin boşaldılması, ikinci Müqavilə üzrə olan borcun isə ödənilməsinin təmin olunması xahiş olunmuşdur.

8. İcarəyə verən İddiaçı tərəfindən icarəçi “X1” MC-yə ünvanlanmış 2021-ci il 18 may tarixli 03 nömrəli məktubda göstərilir ki, 2014-cü il 1 fevral tarixli icarə müqaviləsinin müddəti bitmiş, lakin İddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq növbəti dövr üçün icarə müqaviləsi bağlanmamış, həmin müddət üçün istifadə olunan müddətə uyğun icarə haqqı ödənilməmiş və müqavilə üzrə icarəyə götürülmüş ünvan 2 ünvanında yerləşən ümumilikdə 3.550 kv.m sahədən ibarət icarə obyekti bu günə qədər boşaldılmamışdır. "X1" MMC-nin bu obye kt üzrə hal-hazırda istifadə olunan müddət üzrə icarə haqqı borcu 58.000 manat təşkil edir. Həmçinin bağlanmış 2020-ci il 15 may tarixli digər icarə müqaviləsinə uyğun 1782 kv.m sahənin icarəyə götürülməsi üçün aylıq 2.500 manat icarə məbləğinin ödənişi icra olunmamış və bu müqavilə üzrə bu günə qədər borc (12 ay üzrə) 30.000 (otuz min) manat təşkil edir. Yuxarıda qeyd edilənlərlə bağlı X1 MMCnin hüquqi ünvanına (ünvan 3 göndərilmişdir. Lakin, bu günə kimi bu məsələnin həlli istiqamətində hər hansı hərəkət olunmamış və istifadəyə görə icarə haqları ödənilməmiş və icarə obyektləri boşaldılıb təhvil verilməmişdir. Yaranmış bütün borcların (ümumi olaraq 88000 manat) bir həftə müddətində ödənişini təmin edərək 29 may 2021-ci il tarixə qədər İcarə obyektlərini tam boşaldaraq İddiaçı təhvil veri lməsi xahiş olunur və əks halda müvafiq orqanlara rəsmi şəkildə müraciət olunacağı bildirilir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh “X1” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı “icarə obyektinin boşaldılaraq geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü il 1 fevral tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 4 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1.180 kv.m zirzəmi və 2.370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3.550,8 kv.m sahəsinin cavabdeh tərəfindən tam şəkildə boşaldılaraq iddiaçıya geri qaytarılması, cavabdehdən iddiaçının xeyrinə 2014-cü il 1 fevral ta rixli icarə müqaviləsi üzrə 145.000 manat və 2020-ci il 15 may tarixli icarə müqaviləsi üzrə 30.000 manat olmaqla, cəmi 175.000 manat icarə haqqı borcunun tutulması və icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5.000 manat olmaqla hesablanmış icarə haqqının və məhkəmə xərclərinin (ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin) əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış 2014-cü il 1 fevral tarixli “qeyri-yaşayış sahəsinin” icarə müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, icarə haqlarını kəsrlə ödəməklə ümumilikdə 145.000 manat, 2020-ci il 15 may tarixli müqavilə üzrə isə icarə haqlar ını ümumiyyətlə ödəməyərək 30.000 manat borcu yaranmış, cavabdeh, icarə haqları üzrə borclarının ödənilməsi və icarə obyeklərinin boşaldılaraq təhvil verilməsinə dair xəbərdarlıqlara məhəl qoymayaraq icarə obyektlərinin də qanunsuz istifadəsinə davam etmişdir.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 152.1, 152.2, 152.3, 157.2, 157.5, 159, 161, 164.1, 164.2, 165.1, 165.2, 675, 684.1, 684.2, 685.1, 685.2, 689.1, 697.1, 697.2, 700.1, 700.2, 700.3, 705-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 1, 2, 7.5, 8.1, 9.6, 12ci maddələrinə istinad olunmuşdur.

12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.

13. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 29 aprel tarixli, e-2-2(119)222 /2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2014-cü il 1 fevral tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 4 ünvanında 0,75 hektar torpaq sahəsində yerləşən əmlak kompleksinin 1.180 kv.m zirzəmi və 2.370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3.550,8 kv.m sahəsi cavabdeh tərəfindən tam boşaldılaraq iddiaçıya geri qaytarılması; cavabdehdən 2014-cü il 1 fevral tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 68.000 manat məbləğində icarə haqqı borcu, 2020-ci il 15 may tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 30.000 manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 65 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 98.465 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – Z.Sadiqov).

14. Məhkəmənin mövqeyi belə olmuşdur ki, icarəyə verən iddiaçı tərəfindən icarəçi cavabdehə ünvanlanmış 2021-ci il 18 may tarixli, 03 nömrəli məktubun məzmunu ilə 2014cü il 1 fevral tarixli İcarə müqaviləsi üzrə 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahədən ibarət icarə obyektinə görə cavabdehin 2021-ci il 18 may tarixinə ödənilməmiş borcunun cəmi 58.000 manat təşkil etməsi müəyyən olunmuşdur. Lakin, cavabdeh həmin məktubla verilmiş xəbərdarlığı icra etməmiş və iddiaçı həmin məktubun tərtibindən iki ay sonra, yəni 2021-ci ilin iyul ayının ortalarında icarə obyektinin giriş-çıxış qapılarının qıfıllarını dəyişərək, birtərəfli qaydada icarəçinin və onun işçilərinin həmin i carə obyektinə girişinin və obyektdən istifadənin qarşısını almışdır. Həmin müddətdən, yəni 2021-ci il 18 may tarixindən sonra cavabdehin məlum obyektdən ümumilikdə 2 ay ərzində təyinatı üzrə istifadə etməsi və məlum icarə Müqaviləsində aylıq icarə haqqının 5000 manat məbləğində olması nəzərə alındığı halda isə, həmin iki ay ərzində cavabdehin cəmi 10.000 manat məbləğində əlavə icarə borcu yaranmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, 2021-ci ilin iyul ayının ortalarından etibarən cavabdehin icarə obyektinə və icarə obyektində olan əmlakından istifadə etməsi - məlum mübahisə ilə əlaqədar hər hansı bir hüquqi tənzimləmə sənədi olmadan, birtərəfli qaydada - iddiaçı tərəfindən məhdudlaşdırıldığından, həmin tarixdən sonrakı dövr üçün həmin icarə obyektinə görə aylıq icarə haqqı borcunun hesablanm ası əsassızdır

16. Məhkəmə iş materialları ilə 2020-ci il 15 may tarixli icarə müqaviləsi üzrə ümumilikdə cəmi 30.000 manat məbləğində icarə haqqı borcunun icarəyə verənə ödənilmədiyi nəticəsinə gəlmiş və həmin hissədə iddianı təmin etmişdir.

17. Gəldiyi nəticəni məhkəmə MM-in 152.1, 152.5, 157.2, 157.4, 157.8, 158.1, 158.1.2, 158.4, 385.1, 425.1, 425.2, 675, 700.1, 701.2.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 88, 119.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddianın qalan hissədə 2014-cü il 1 fevral tarixli icarə müqaviləsi üzrə 77.000 manat icarə haqqı borcunun və icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5.000 manat ol maqla hesablanmış icarə haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsinin təmin edilmədiyi hissədə ləğv olunması və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 oktyabr tarixli, 2-2(105)-80/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edilmədiyi hissədə ləğv olunmuş, iddia tələbi həmin hissədə də təmin olunar aq cavabdehdən ümumilikdə 145.000 manat iddiaçının xeyrinə tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Zaur Məmmədov, hakimlər İlqar Dəmirov və Fuad Məmmədov).

21. Məhkəmə kollegiyası bildirmişdir ki, 2017-ci ilin aprel ayından icarə haqqı 5.000 manat ödənilməli olmasına baxmayaraq, həmin ödənişlər cavabdeh tərəfindən 4.000 manat məbləğində ödənilmiş, beləliklə həmin dövr üzrə müqavilə şərtlərinə cavabdeh tərəfindən tam əməl edilməmiş və natamam ödənişlər edilmişdir. Bu səbəbdən 24 ay ərzində hər ay natamam ödənilmiş 1000 manat 24.000 manat borcun yaranmasına səbəb olmuşdur. Tərəflər arasında müqaviləsiz də olsa icarə münasibətlərinin 2019-cu ilin aprel ayından sonra da davam etməsi onlar arasında olan yazışmalarla təsdiq olu nmuşdur. Həmçinin cavabdeh həmin tarixdən sonra da mübahisəli obyektdə fəaliyyət göstərmiş, hətta 2019-cu ilin müxtəlif tarixlərində ödənişlər də etmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin icarə obyektində çəkdiyi 650.000 manat həcmində xərclərin sonradan yeni icarə müqaviləsi bağlanarkən əvəzləşdirilməli olmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında çoxsaylı yazışmalarda cavabdehin iddia etdiyi həmin təmir işləri barədə qarşılıqlı işgüzar yazışmaya, tərəflərin bununla bağlı hər hansı razılığa gəlməsi müəyyən olunmamışdır. Əksinə, təmir işləri ilə bağlı müqavilənin 3.2.6-cı bəndində icarəçinin icarə obyektini öz hesabına təmir etməsi və bütün kommunal xərcləri ödəməyi öhdəsinə götürdüyü qeyd olunmuşdur.

23. Cavabdehin apellyasiya şikayətinin icarə müqaviləsinin o lmamasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, cavabdehin rəhbərliyi tərəfindən iddiaçıya ünvanlanmış 2021-ci il 28 oktyabr tarixli müraciətdə müqavilənin müddətinin 2019-cu il 1 aprel tarixi olaraq qeyd edilməsinə baxmayaraq, müqavilənin öz qüvvəsini saxladığı vurğulanmış, müqavilənin ləğv edilməsinə dair tərəflər arasında yazılı razılaşma olmadığı müddətdcə müqavilənin ləğv edilmiş sayıla bilinməməsi göstərilmiş, müqavilənin əvvəlki şərtlərlə öz hüquqi qüvvəsini davam etdirməsi, habelə cavabdeh tərəfindən 2019cu il 1 aprel tarixindən sonrakı dövrlər üçün bir neçə ayın icarə haqqı ödənişlərinin həyata keçirilməsi qeyd olunmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin tərəflər arasında müqavilənin mövcud olmaması və bu səbəbdən icarə haqqının tutulmalı olmamasına dair dəlili onun öz müraciətində öz əksini tapmış halla təkzib olunmuşdur. Həmçinin, iddiaçı tərəfindən cavabdehin icarə obyektinə daxil olmasına maneələrin yaradılması yalnız cavabdehin izahatlarında göstərilmiş, lakin onun fəaliyyətinə hər hansı məhdudiyyətlərin qoyulması iş materialları ilə öz təsdiqini tapmamışdır.

24. İddiaçı cavabdehin 2019-cu ilin aprel ayından 2019-cu ilin dekabr ayınadək 30.500 manat ödəniş olunduğunu bəyan etmiş, cavabdeh bunun tərəflər arasında bağlanmış ikinci anbar sahəsinin icarə müqaviləsi üzrə ödənildiyini və həmin müqaviləyə əsasən hər hansı borcunun olmadığını bildirsə də, məhkəmə kollegiyası göstərilən dəlili əsaslı hesab etməmişdir. Belə ki, tərəflər arasında həmin müqavilə 2020-ci il 15 may tarixdə bağlanmış və həmin müqavilədə ic arə haqqının cavabdeh tərəfindən əvvəlcədən ödənildiyi barədə heç bir qeyd olmamışdır. Əksinə, müqavilənin 4.2-ci bəndində, digər razılaşma əldə olunmayıbsa icarə haqqının hər aya görə cari ayın 15-dən gec olmamaq şərti ilə icarəçi tərəfindən icarəyə verənə ödənilməli olması nəzərdə tutulmuşdur. Beləliklə də 2019-cu ilin aprel ayından 2019-cu ilin dekabr ayınadək ödənilməmiş icarə haqları 14.500 manat təşkil etmişdir. 2020-ci il üzrə iddiaçı cavabdehin 14.000 manat icarə haqqı ödədiyini bəyan etmiş, beləliklə həmin dövr üçün cavabdehin borcu 46.000 manat (12x5.000-14.000) təşkil etmişdir. 2021-ci il üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, bu müddət üçün borc ayda 5.000 manat olmaqla 60.000 manat təşkil etmişdir. Cavabdeh sadalanan ödənişləri mübahisələndirməmiş və ya onların q eyd edilən məbləğlərdən daha artıq olduğunu iddia etməmişdir.

25. Bundan başqa, birinci instansiya məhkəməsi 2 ay üçün tutulmalı olan məbləği hər ay üçün 5.000 manat olmaqla 10.000 manat məbləğində müəyyən etsə də, iddia tələbini iddiaçının istinad etdiyi kimi əvvəlki aylar üzrə də həmin məbləğin 5.000 manat müəyyən edilməli olması hissəsində təmin etməmişdir.

26. Hazırkı vaxtadək cavabdehin əmlakları icarə obyektindən çıxarılmamış və iddiaçının mülkiyyət hüquqlarına müdaxilə davam etməkdə olmuşdur ki, bu məhkəmə mübahisəsi yaranana qədər tərəflər arasında aparılmış yazışmaların məzmunu ilə də təsdiqlənmişdir. Beləliklə həmin məktubların məzmununda qeyd olunmuş, icarə obyektindən cavabdehin çıxmaması, vaxtında ödənişlər etməməsi halı məhkəmə araşdırması ilə və faktiki olaraq həmin əmlaklar ın hal-hazırda da iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan icarə obyektindən çıxarılmaması ilə təsdiqlənsə də, cavabdehin fəaliyyətinə müdaxilə halı öz təsdiqini tapmamışdır.

27. Tərəflər arasında icarə münasibətləri 2019-cu ilin aprel ayında bitsə də, 2021-ci ilin fevral ayına kimi tərəflər arasında mübahisə olmamış, faktiki olaraq icarə münasibətləri davam etmiş, iddiaçı tərəfindən cavabdehə icarə obyektini tərk etməsi barədə ilk tələb də 2021-ci il 8 fevral tarixli məktubla bildirilmişdir. Beləliklə, hazırkı halda iddiaçı və cavabdehin faktiki icarə münasibətlərində olmaları fevral 2021-ci il tarixədək davam etmişdir. Tərəflərin faktiki icarə münasibətlərində olması isə onların aydın iradə ifadəsi kimi qiymətləndirilməlidir. 2021-ci ilin fevral ayından sonra isə iddiaçının şifahi və y azılı müraciətlərinə baxmayaraq, cavabdeh nə icarə obyektini təhvil vermiş, nə də ödənişlər etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı verdiyi izahatında həmin əmlakları çıxarmaq üçün MMC-nin kifayət qədər vəsaitinin olmaması, əmlakları yerləşdirmək üçün anbar lazım olduğunu bildirmiş və əmlakları boşaltmaq üçün şərait yaranan kimi, həmin əmlakları boşaldacaqlarını bildirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, iddia verilən tarixədək tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə müəyyənləşdirilmiş hər ay 5.000 manat icarə haqqı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

28. Məhkəmə kollegiyası icarə obyektinin təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5.000 manat olmaqla hesablanmış icarə haqqının cavabdehdən tutularaq iddi açıya ödənilməsi tələbinin qeyri-müəyyən olması səbəbindən təmin etməmişdir.

29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 152.1, 152.5, 157.2, 157.4, 675, 700.1, 701.2.4, 705-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci, MPM-in 14.2, 88, 106.1, 149.2.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Qətnamə 2022-ci il 18 oktyabr tarixdə proses iştirakçılarının şəxsi elektron kabinetlərinə yerləşdirilmişdir.

31. Həmin qətnamədən cavabdeh 2022-ci il 18 dekabr tarixdə kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

32. Qətnamədən həmçinin iddiaçı da 2022-ci il 19 dekabr tarixlərdə kassasiya şikayəti verərək onun qismən – icarə obyektinin təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üç ün aylıq 5.000 manat olmaqla hesablanmış icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinin təmin olunmadığı hissədə ləğv olunması və iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri

33. MPM-in 149.2.3 və 222.2-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətini İcarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5.000 manat olmaqla hesablanmış icarə haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbi hissəsində təmin etməmiş və həmin nəticəsini MPM-in 149.2.3-cü və 222.2-ci maddələrinə istinadən iddi a tələbinin bu hissəsini qeyri-müəyyən olması ilə əsaslandırmışdır. Halbuki, iddiaçının həmin tələbi də iddia ərizəsində irəli sürülən digər tələblərlə yanaşı MPM-in 149.2.3-cü maddəsinin tələbinə uyğun olmuşdur. Belə ki, məhkəmə kollegiyası özü qətnamədə işin müəyyən olunmuş halı kimi qeyd etmişdir ki, 2021-ci ilin fevral ayından sonra iddiaçının şifahi və yazılı müraciətlərinə baxmayaraq, cavabdeh nə icarə obyektini təhvil vermiş, nə də ödənişlər etmiş, hazırkı vaxta kimi cavabdehin əmlakları həmin icarə obyektindən çıxarılmamış və iddiaçının mülkiyyət hüquqlarına müdaxilə davam etməkdə olmuşdur. İşdən görünür ki, iddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə 2022-ci ilin yanvar ayında müraciət etməklə, həmin tarixədək hesablanmış və ödənilməmiş icarə haqqı borcunu tələb etmiş və onun bu t ələbi işə baxan məhkəmələr tərəfindən tam şəkildə təmin olunmuşdur. Məhkəmə kollegiyasının da qeyd etdiyi kimi, iddiaçının mülkiyyət hüquqlarına cavabdehin qanunsuz müdaxiləsi məhkəməyə iddia ərizəsi veriləndən indiyədək hələ davam edir və bu müdaxiləyə ən yaxşı halda qanuni qüvvəyə minmiş məhkəmə aktının məcburi icrası nəticəsində son qoyulması gözlənilir. Bu səbəbdən, iddiaçı haqlı olaraq icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5.000 manat olmaqla hesablanmış icarə haqqının da cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Qeyd edilən dövr (iddianın verildiyi 2022-ci ilin yanvar ayından icarə obyektinin təhvil verildiyi günədək) üçün tutulmalı olan icarə haqqının ümumi məbləğinə gəldikdə, həmin məbləğ mübahisəyə dair çıxarılmış məhkəmə aktının i crası prosesində əmlakın cavabdehin qanunsuz sahiblik və istifadəsində qaldığı ayların sayını 5.000 manata vurmaqla hesablanacaqdır ki, burada hər hansı qeyri-müəyyənlik olmamışdır. İşə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələblərinə dair məhkəmə aktlarının icrası da məhz bu cür təmin olunur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası sözügedən tələblə bağlı mübahisəyə MPM-in 149.2.3-cü və 222.2-ci maddələrini düzgün tətbiq etməmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

34. MM-in 404.1, 404.2, 423.1, 423.2, 677.1.1, 700.3-cü maddələrinin tələbləri pozulmuşdur. Yazılı müqavilənin müddəaları tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və habelə tərəflərin sonrakı hərəkətləri nəzərə alınaraq təfsir edilməlidir. Hazırkı halda tərəflər arasında icarə münasibətləri 2014-cü il 1 aprel tarixindən 2019-cu il 1 aprel tarixədək mövcud olmuş, 2019-cu il 1 aprel tarixindən etibarən isə tərəflər arasındakı münasibətlər fərqli bir müstəviyə keçmişdir. Belə ki, müqavilə bitdikdən sonra şirkət rəhbərliyi icarə obyektindən çıxmaq istəmiş məhz iddiaçının nümayəndəsi, əslində isə obyektin əsl 2 sahibindən biri olan Zahid İsmayılov cavabdeh MMC-nin rəhbərliyindən xüsusi qaydada tərəflər arasındakı münasibətlərin davam etdirilməsini xahiş etmişdir. Bu səbəbdən, iddiaçı tərəfin xüsusi xahişləri nəzərə alınaraq yeni razılaşma əldə edilmişdir. Həmin razılaşmaya əsasən icarə obyekti yenidən təmir ediləcək və təmir bitdikdən sonra təmirə çəkilən xərclər nəzərə alınmaqla yeni icarə müqaviləsi imzalanacaqdı. Məhz 2019-cu il tarixindən etibarən tərəflər arasında icarə obyektinə görə yazılı heç bir icarə müqaviləsinin olmaması bu səbəbdən olmuşdur. Lakin, apellyasiya məhkəməsi tamamilə əsassız olaraq, yazılı və ya şifahi heç bir icarə müqaviləsi olmadığı halda icarə haqqı hesablamışdır. MMC tərəfindən icarə obyektində əsaslı təmir işləri aparılmış, habelə ölkə ərazisində sərt karantin qaydalarının tətbiq olunması zamanı icarə obyektinin yararlılığı itmiş, lakin iddiaçı bütün bunları nəzərə almayaraq müli qanunvericiliyin tələblərini pozaraq 2021-ci ilin iyul ayından etibarən cavabdehin işçilərinin icarə obyektinə girişini qadağan etmişdir.

35. MPM-in 77 və 385.1.2-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən gəlinmiş nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmayıb. Belə ki, cavabdeh tərə findən verilmiş heç bir vəsatət təmin edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər dindirilməmiş, iddiaçının heç bir hüquqi əsası olmayan iddiaları öz təsdiqini tapmadan qəbul edilmişdir. İddiaçı tərəf aylıq 5.000 manatdan hesablanmaqla icarə haqqı tələb etmiş, lakin bu rəqəmin nəyə əsasən, hansı razılaşmaya əsasən əldə edildiyinə dair məhkəməyə heç bir dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası isə əsassız olaraq sübut təqdim edilməyən, hətta tam əksinə əks arqumentlərin olduğu əsassız iddia tələbini təmin etmişdir.

36. MPM-in 88 və 385.1.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi adi kağız daşıyıcılar sanki sübutmuş kimi qəbul edilmiş, heç bir əsaslılığı olmayan pul ödəmələri cavabdeh tərəfə aid edilmişdir. İddia müddət inin tətbiq edilməsinə dair vəsatət təmin edilməmiş, təmin edilməməsi qanuni olaraq əsaslandırılmamışdır. Hətta, iddia ərizəsində iddiaçı tərəfindən cavabdeh şirkətə göndərilmiş pretenziya məktublarında olduğundan daha böyük məbləğdə icarə haqqı borcu tələb edilmişdir. Məhz, buna əsaslanaraq birinci instansiya məhkəməsi həmin dövrlər üçün pretenziya məktubunda qeyd edilən məbləğdə pul tutulmasını qət etsə də apellyasiya məhkəməsi heç bir əsas göstərmədən birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş məbləği də artırmışdır. c) İddiaçı tərəfindən cavabdehin kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri

37. Cavabdeh apellyasiya şikayətində göstərdiyi “dəlilləri” olduğu kimi kassasiya şikayətinə də köçürmüş, qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı əlavə heç bir tutarlı dəlilə istinad etməmişdir. MPM-in 407.1.4-cü və 407.2-ci maddələrinə əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Lakin, cavabdeh kassasiya şikayətində məhkəmə kollegiyasının tələblərinin pozuntunusuna yol verdiyini iddia etdiyi ayrı-ayrı maddi və prosessual hüquq normalarını sadalasa da, həmin pozuntuların konkret olaraq nədə ifadə olunduğunu əsaslandırmamış, qanunsuz və əsassız olaraq işin hallarının sübut olunmamasına, mə hkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmişdir. IV.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məh kəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdir ildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:... 158.1.2. əmlakdan istifadə hüququ;... 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredit orun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

675. Əmlak kirayəsi m üqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə

701. İcarəyə verilən əşyanın ləvazimatı... 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obye kt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir;...” 42. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur “Maddə

13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması...

5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qay dalar da müəyyən edilə bilər....”

43. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi t ərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

44. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 oktyabr tarixli, 2-2(105)-80/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçı və cavabdehin kassasiya şikayətləri təmin olunmamalıdır.

45. Belə ki, cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etməklə işin faktiki hallarının aşağı instansiya məhkəmələri tərəfindən düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur.

46. Məhkəmə kol legiyası cavabdehin kassasiya şikayətinin “məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması” ilə bağlı dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymə t vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.

48. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisə yə düzgün tətbiq olunub-olunmamasının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən olunması istisna olunmuşdur.

49. Bununla yanaşı, belə hüquqi yanaşma MPM-in kassasiya şikayətlərinin məzmunu ilə bağlı şərtlərdə də öz əksini tapmışdır. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin, onun tərəfindən icarı obyektinin əsaslı təmiri ilə bağlı xərclər çəkilməsi və sərt karantin dövründə obyektin yararl ılığını itirməsinə dair dəlilləri ilə də razılaşmır.

51. Belə ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

52. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq ed ilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh isə istinad etdikləri halları sübuta yetirə bilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin təmir işləri ilə bağlı müqavilənin 3.2.6-cı bəndinə istinadla apardığı qiymətləndirmə də əsaslı olmuşdur. Apelyasiya Məhkəməsi, cavabdehin icarə obyektində çəkdiyi 650.000 manat həcmində xərclərin sonradan yeni icarə müqaviləsi bağlanarkən əvəzləşdirilməli olmasına dair dəlilinə münasibətdə düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında çoxsaylı yazışmalarda cavabdehin iddia etdiyi həmin təmir işləri barədə qarşılıqlı işgüzar yazı şmaya, tərəflərin bununla bağlı hər hansı razılığa gəlməsi müəyyən olunmamış, əksinə, təmir işləri ilə bağlı müqavilənin 3.2.6-cı bəndində icarəçinin icarə obyektini öz hesabına təmir etməsi və bütün kommunal xərcləri ödəməyi öhdəsinə götürdüyü qeyd olunmuşdur.

54. Kassasiya şikayətinin iddia müddətinin tətbiqi barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, işin apellyasiya instansiyası tərəfindən müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında icarə münasibətləri 2019-cu ilin aprel ayında bitsə də, 2021-ci ilin fevral ayına kimi tərəflər arasında mübahisə olmamış, faktiki olaraq icarə münasibətləri davam etmiş, iddiaçı tərəfindən cavabdehə icarə obyektini tərk etməsi barədə ilk tələb də 2021-ci il 8 fevral tarixli məktubla bildirilmiş, iddiaçı tərəfindən isə 2022-ci il 14 yanvar tar ixdə iddia ərizəsi verilməklə Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbi baxımından iddia müddəti ötürülməmişdir.

55. İddiaçının kassasiya şikayətinin dəlilinə münasibətdə də işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, icarə obyektinin təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5.000 manat olmaqla hesablanmış icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi qeyri-müəyyəndir və buna görə də tələbin bu hissədə təmin edilməməsi barədə gəlinən nəticə qanuni və əsaslı olmuşdur.

56. Məhkəmə kollegiyası şikayətlərin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiya sı məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

57. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərində göstərilən dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 oktyabr tarixli, 2-2(105)-80/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

58. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh “X1” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2022-ci il 5 oktyabr tarixli, 2-2(105)-80/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar