Məhkəmə qərarları › İş №2-2(102)-77/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-77/2024

05.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-77/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 oktyabr tarixli 2-2(103)-666/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qa ydasında baxılmışdır. İşin halları 1. 2015-ci il 27 noyabr tarixli 9 nömrəli komissiya müqaviləsinə əsasən, komisyonçu – “SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi komitent – SOCAR “Azərikimya” İBnin tapşırığı ilə öz adından, lakin komitentin hesabına komitentin istehsal etdiyi və müqavilənin qoşmalarında göstərilmiş məhsulların ölkə xaricində və daxilində 3-cü şəxslərə satmağı və bununla bağlı zəruri əməliyyatlar aparmağı, komitent isə komisyonçunun bilavasitə müqavilə ilə əlaqədar çəkdiyi bütün xərclərini və komisyon muzdunu müqaviləyə uyğun ödəməyi öhdəsinə götürür.

2. İcarədar Cavabdeh MMC ilə icarəçi “Action Group SA FZE” arasında bağlanmış 2016-cı il 1 aprel tarixli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nin surətindən görünür ki, icarədar dəmir yol daşımaları üçün “Dəmiryol vaqonları” adlanacaq neft məhsulları üçün 40 ədəd dəmiryol sisternini təhvil verməyi, icarəçi isə həmin məhsulları qəbul etməyi öhdəsinə götürmüş, dəmiryol vaqonlarının siyahısının təhvil-təslim aktında göstərilməsi qeyd olunmuşdur.

3. İcarədar “Action Group SA FZE” ilə icarəçi "xxxx" DMMC arasında bağlanmış 2016-cı il 1 aprel tarixli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nin surətindən görünür ki, icarədar dəmir yol daşımaları üçün “Dəmiryol vaqonları” adlanacaq neft məhsulları üçün 40 ədəd dəmiryol sisternini təhvil verməyi, icarəçi isə həmin məhsulları qəbul etməyi öhdəsinə götürmüş, dəmiryol vaqonlarının siyahısının təhvil-təslim aktında göstərilməsi qeyd olunmuşdur.

4. SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin 2022-ci il 12 avqust tarixli məktubuna əsasən onunla "xxxx" şir kəti arasında hər hansı müqavilə bağlanmamışdır. 5. “Azərikimya” İB-nin 2022-ci il 15 avqust tarixli məktubuna əsasən onunla "xxxx" şirkəti arasında hər hansı müqavilə bağlanmamışdır. 6. "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə müvafiq olaraq tarix, seriya və nömrələri sadalanan elektron qaimələr üzrə qeyd olunan dəyərdə xidmətlər göstərilmişdir: - 2022-ci il 17 yanvar tarixli EBBP 707899 nömrəli qaiməyə əsasən 36.580 manat, - 2022-ci il 14 fevral tarixli EBBR 221896 nömrəli qaiməyə əsasən 36.580 manat, - 2022-ci il 16 mart tarixli EBBS 998325 nömrəli qaiməyə əsasən 33.040 manat, - 2021-ci il 20 dekabr tarixli EBBO 421733 nömrəli qaiməyə əsasən 15.576 manat, - 2021-ci il 7 dekabr tarixli EBBN 668614 nömrəli qaiməyə əsasən 19.824 manat, - 2021-ci il 18 noyabr tarixli EBBM 597338 nömrəli qaiməy ə əsasən 16.095,2 manat, - 2021-ci il 4 noyabr tarixli EBBL 896704 nömrəli qaiməyə əsasən 20.484,8 manat, - 2021-ci il 18 oktyabr tarixli EBBK 900804 nömrəli qaiməyə əsasən 35.400 manat, - 2021-ci il 21 sentyabr tarixli EBBJ 432404 nömrəli qaiməyə əsasən 36.580 manat, - 2021-ci il 16 avqust tarixli EBBG 434246 nömrəli qaiməyə əsasən 36.580 manat, - 2021-ci il 16 iyul tarixli EBBF 011554 nömrəli qaiməyə əsasən 15.576 manat, - 2021-ci il 8 iyul tarixli EBBE 549085 nömrəli qaiməyə əsasən 19.824 manat, - 2021-ci il 16 iyun tarixli EBBD 368600 nömrəli qaiməyə əsasən 36.580 manat, - 2021-ci il 17 may tarixli EBBP 711151 nömrəli qaiməyə əsasən 35.400 manat.

7. Forma FDU-92 arayışlarından görünür ki, Cavabdeh MMC-yə ümumilikdə 1.138.841,6 manat dəyərində xidmətlər göstərilmişdir. 8. 2020-ci il 1 y anvar - 2022-ci il 1 fevral tarixləri ərzində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə 2022-ci il 1 aprel tarixli arayışdan görünür ki, QSC cəmi 1.670.057,17 manat yığım məbləğləri hesablamışdır. Həmin yığım məbləğləri əsasən boş vaqonun (özəl və icarədə olan) dayanmasına və ADDY-na məxsus vaqonun istifadəsinə görə hesablanmışdır.

9. Cavabdeh MMC "xxxx" QSC-yə 2020-ci il 7 dekabr tarixli məktub ünvanlayaraq, MMC-yə məxsus çən-vaqonların mümkün qədər tez müddətdə təmir olunaraq, şirkətin istifadəsinə verilməsini xahiş etmişdir. 10. "xxxx" QSC həmin məktuba cavab olaraq Cavabdeh MMC-yə 2020-ci il 28 dekabr tarixli məktub ünvanlamış, çən-vaqonların təmir edilərək şirkətin istifadəsinə verilməsi ilə ba ğlı məsələyə heç bir münasibət bildirməmiş, yalnız borc öhdəliyi ilə bağlı sənədlərə istinad etmişdir.

11. Cavabdeh MMC "xxxx" QSC-yə 2021-ci il 21 iyun tarixli məktub ünvanlayaraq bildirmişdir ki, “sizə daha öncəki müraciətlərimizdə də bildirdiyimiz kimi, şirkətimizə məxsus 40 ədəd çən-vaqon artıq uzun müddətdir ki, depo təmiri edilmədiyinə görə istifadəsiz qalmaqda və bu da azmış kimi "xxxx" QSC tərəfindən şirkətimizdən asılı olmayan səbəblərdən istifadəsiz qalmış çən-vaqonların dayanmasına görə şirkətimizə qarşı cərimə iddiası irəli sürülməsinə alət olmaqdadır. Bütün yuxarıda deyilənləri nəzərə alaraq, "xxxx" QSC və şirkətimiz arasında çən-vaqonların təmir edilməsinə dair müvafiq müqavilənin bağlanması və şirkətimiz tərəfindən təmirlə əlaqədar xərclər ödəndikdən sonra şirkətimizə məxsus çən-vaqonların mümkün qədər tez bir müddətdə təmir edilərək şirkətimizin istifadəsinə verilməsinə dair aidiyyəti instansiyalara göstəriş vermənizi, eləcə də yaranmış vəziyyətdən çıxış yollarının müəyyənləşdirilməsi məqsədi ilə şirkətimiz və müvafiq olaraq "xxxx" QSC-nin səlahiyyətli nümayəndələri arasında görüşün təşkil edilməsinə köməklik göstərmənizi sizdən xahiş edirik”.

12. Həmin məktuba cavab olaraq "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2021-ci il 26 iyul tarixli məktubda qeyd edilmişdir ki, “ADY-nin stansiya yollarında şirkətinizə aid yalnız 25 ədəd çən vaqonu yerləşir və onlardan 14 ədədi Güzdək stansiyasında, 11 ədədi isə Biləcəri stansiyasında boş dayanmışdır (vaqon nömrələri və stansiyalara daxilolma tarixləri əlavə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetin in 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları" QSC-nin Nizamnaməsi”nin 3.2.7-ci, 3.2.28-ci və 3.2.29-cu yarımbəndlərinə əsasən, dəmir yolunda vahid texniki normativlərin və tələblərin tətbiq edilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq yük və sərnişin daşımalarına dair razılaşdırılmış tariflərin müəyyən olunmuş qaydada tətbiq edilməsi və göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə, tariflər üzrə güzəştlərin müəyyən olunması ADY-nin əsas fəaliyyət istiqamətləri kimi təsbit edilmişdir. Həmçinin vaqonların planlı təmir vaxtının bitməsi ilə əlaqədar, o cümlədən müəyyən nasazlıqlar aşkar edildikdə təmirə açılması Azərbaycan Dövlət Dəmir Yolu rəisinin 2007-ci il 10 dekabr tarixli 46/S nömrəli əmri ilə təsdiq edilmiş “Vaqon müayinəçisinin təlimatı”nın 2.1.7-ci yarımbəndində göstərilən qaydada həyata keçirilir. Qeyd edirik ki, şirkətinizə məxsus vaqonların planlı təmir vaxtı bitdiyinə görə təmirin həyata keçirilməsi və istismar müddətinin uzadılması məqsədilə ADY ilə Cavabdeh MMC arasında "Vaqonların təmir edilməsi xidməti barədə” müqavilə bağlanaraq sözügedən vaqonlar təmir olunması üçün ADY-nin tabeçiliyində olan vaqon təmiri müəssisələrinə təqdim edilməli idi. Sözügedən çən vaqonlarından Güzdək və Biləcəri stansiyalarının ümumi istifadə yollarında boş dayanmasına görə yığım ADY-nin 2017-ci il 24 aprel tarixli 44/S nömrəli əmri ilə təsdiq olunmuş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları"nın 3.4-cü bəndinə əsasən tənzimlənər ək ümumi istifadə yollarında özəl və ya icarədə olan boş vaqonların hər hansı səbəbdən dayanmasına görə gəldiyi gün hesab edilməklə hər vaqon/gün üçün hər oxa görə 10 manat məbləğində tutulur. “Azərbaycan Dəmir Yolları" QSC-nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən, dəmir yolu daşımalarında, o cümlədən, beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir”. 13. “Akapella" MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanan 2021 -ci il 14 iyul tarixli məktubda bildirilmişdir ki, “şirkətimizə "xxxx" QSC tərəfindən ünvanlanmış elektron qaimə (2021-ci il 8 iyul tarixli EBBE seriyalı 549085 nömrəli -) ilə əlaqədar bildirmək istəyirik ki, hesablanmış cərimə (ümumi istifadə yollarında dayanmaya görə) daha əvvəl də dəfələrlə digər analoji hesablara dair bildirdiyimiz kimi, tamamən əsassızdır. Belə ki, şirkətimizə məxsus vaqonların təmir edilib dövriyyəyə buraxılmama səbəbi şirkətimizin iradəsi xaricindədir. Bizə ünvanlamış olduğunuz 2021-ci il 8 iyun tarixli 71654 nömrəli məktubla vaqonlarımızın təmir edilməməsində şirkətimizlə "xxxx" QSC arasında təmir müqaviləsinin olmadığı səbəb göstərilmiş və buna cavab olaraq şirkətimiz tərəfindən "xxxx" QSC-yə ünvanladığı 2021-ci il 21 iyun tarixli 13/M-21 nömrəli məktubla sözüge dən müqavilənin bağlanmasında bizə köməklik etmənizi xahiş etməmizə baxmayaraq, nəinki müqavilə imzalanmasına dair bir addım atılmış, tam əksinə şirkətimizə dayanmadan əsassız cərimələr yazılmasına davam edilməkdədir. Bu halda şirkətimizə vaqonların ümumi istifadə yollarında dayanmasına görə cərimə hesablanması tərəfimizdən qəbul edilməzdir və heç bir halda tərəfimizdən sözügedən əsassız cərimələrin ödənilməsi həyata keçirilməyəcəkdir. Sizə daha öncə də bildirdiyimiz kimi, şirkətimizin fəaliyyəti bizə məxsus çən-vaqonların təmir edilərək dövriyyəyə buraxılmaması səbəbindən ciddi zərərlərlə üzləşməkdədir və "xxxx" QSC-nin şirkətimizin bu vəziyyətdən çıxmasına köməklik etməməsi, hətta tam əksinə daha da vəziyyəti çətinləşdirmə səyləri ümumilikdə şirkətimizin fəaliyyətinin sonlandırılmasına y önəlik bir həmlədir. Biz dəfələrlə şirkətimizə məxsus vaqonların təmir edilərək yükdaşımalara cəlb olunması, müvafiq olaraq şirkətinizin fəaliyyətinin dirçəlməsi və ödəniş qabiliyyətliliyinin bərpası üçün "xxxx" QSC-yə müraciət etmişik, amma cavab olaraq hər dəfə yeni əsassız cərimə tətbiqinə dair bildirişdən başqa heç bir dəstək verilməmişdir. "xxxx" QSC-nin şirkətimizə məxsus çən-vaqonları təhkim stansiyasında (Güzdək) saxlanılması əvəzinə israrla Biləcəri stansiyasında saxlayaraq əsassız cərimə tətbiq etmə cəhdi bir daha yaranmış problemin həlli deyil, bilavasitə süni olaraq qabardılması istiqamətində atılan addımdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq şirkətimizə qarşı sərgilənən açıq aydın qərəzli yanaşmanın sonlandırılması, şirkətimiz tərəfindən "xxxx" QSC-nin ünvanına göndərilən məktubların cavablandırılması və eyni zamanda əsassız olaraq şirkətimizə hesablanmış cərimələrin ləğv olunmasına dair aidiyyəti instansiyalara göstəriş vermənizi Sizdən xahiş edirik”.

14. Həmin məktuba cavab olaraq "xxxx" QSC tərəfindən “Akapella" MMC-yə ünvanlanan 2021-ci il 23 iyul tarixli məktubda bildirilmişdir ki, “2019-cu il 1 yanvar tarixindən etibarən Cavabdeh MMC tərəfindən Güzdək stansiyasında ona məxsus özəl vaqonların saxlanılması üçün hər hansı ümumi və qeyri-ümumi istifadəli yol icarəyə götürülməmişdir. Şirkətinizə məxsus 14 çən vaqonu Güzdək stansiyasında 2019-cu il 1 yanvar tarixindən və 11 çən vaqonu Biləcəri stansiyasında 2017-ci il 23 fevral tarixindən boş dayanmışdır. Vaqonların stansiya yollarında səmərəsiz dayanması ilə əlaqədar dəfələrlə müraciət etməyimizə baxmayar aq, vaqonların dəmir yolundan asılı olmayan səbəblərdən gözləməsi davam edir. Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Dəmir Yolları" QSC sədrinin 2017-ci il 24 aprel tarixli 44/S nömrəli əmri ilə təsdiq olunmuş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”nın 3.4 bəndinə əsasən, ümumi istifadə yollarında özəl və ya icarədə olan boş vaqonların hər hansı səbəbdən dayanmasına görə yığım, gəldiyi gün hesab edilməklə hər vaqon/gün üçün hər oxa görə 10.00 manat yığım tətbiq olunur. Cavabdeh MMC-yə məxsus özəl çən vaqonların Güzdək və Biləcəri stansiyalarının ümumi istifadə yollarında boş dayanmasına görə yığım tətbiq edilməkdədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Akapella" MMCyə məxsus özəl çən vaqonların Güzdək və Biləcəri stansiyalarının ümumi istifad ə yollarında boş dayanmasına görə yığım tətbiq edilib”. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 15. "xxxx" QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 2 fevral tarixinə qədər cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 1.670.057,17 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.626 manat olmaqla, ümumilikdə 1.671.683,17 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 2 fevral tarixinə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının Güzdək və Biləcəri stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “iddiaçıya məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə cavabdehə 1.670.057,17 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə 2020-ci il 12 noyabr tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələb icra edilməmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 iyun tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilərək, “Azərikimya” İB mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra – “üçüncü şəxs”) qismində cəlb edilmişdir (hakim – F.Qasımov).

18. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 avqust tarixli e-2-2(113)-2411/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmi şdir (hakim – F.Qasımov).

19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibətlərinin olması, sonuncunun iddiaçı qarşısında öz üzərinə hər hansı öhdəlik götürməsi barədə sübut təqdim olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə mübahisə predmeti olan dövrdə stansiya xidmətlərinin göstərilməsini, həmin xidmətlərin nədən ibarət olmasını və həcmini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi FDU-92 formalı arayışların surətləri və debitor borclar barədə arayış iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilməklə yanaşı xidmətlər göstərilərkən tərtib olunan ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakte rli sənədlərdir.

20. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş №04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 4.1.1 və 2-ci bəndlərində qeyd olunmuşdur ki, “Qeyri-ümumi istifadəli dəmir yollarının istismarı və xidməti qaydaları”nın 3cü bəndinə müvafiq olaraq yükgöndərən, yükalan vaqonların (və ya konteynerlərin) götürülməyə hazır olması barədə daşıyıcıya bildiriş verir. Belə bildirişlərin verilməsi qaydası və onların forması Nizamnamənin müvafiq maddəsinə uyğun olaraq qeyri-ümumi istifadəli dəmir yollarının istismarı, vaqonların verilməsi və götürülməsinə dair müqavilələrlə müəyyən edilir. Eyni zamanda, təlimatın 6 və 9 nömrəli əlavələri ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın, vaqonların verilməsi v ə götürülməsi cədvəlinin hazırlanması ilə bağlı QU-46 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. Lakin, iddiaçı tərəfindən sübut qismində yuxarıda qeyd olunan sənədlər təqdim olunmamışdır.

21. Bundan başqa, iddiaçı tərəfindən "xxxx" MMC-yə elektron qaimələr göndərilmiş və Dövlət Vergi Xidmətinin elektron sistemi tərəfindən avtomatik təsdiq edilmişdir. İddiaçının nümayəndəsi öz izahatında bildirmişdir ki, elektron qaimələr üzrə xidmətlər göstərilmədiyi halda cavabdeh tərəfindən onların təsdiqlənməsindən imtina edilməli idi. İddiaçının məhkəməyə təqdim etdiyi elektron qaimələrə gəldikdə məhkəmə qeyd etmişdir ki, elektron qaimə-faktura elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Hazırkı halda mübahisəli elektron qaiməfaktura ların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər təqdim olunmadığından həmin qaiməfakturalar müvafiq xidmətlərin təqdim edilməsi faktının təsdiq olunması üçün kifayət etməmişdir.

22. Cavabdehin iddia tələbinə etirazının əsasını sisternlərin 2016-cı ildən faktiki olaraq onun istifadəsində olmaması təşkil etmişdir. Belə ki, ona məxsus 40 ədəd dəmiryol sisternlərinin 2016-cı il 1 aprel tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nə əsasən, “Action Group SA FZE” şirkətinə, onun tərəfindən isə "xxxx" DMMC-yə icarəyə verilmişdir. Üçüncü şəxsin nümayəndəsinin məhkəməyə verdiyi izahatından görünür ki, cavabdehə məxsus sisternlərin bir qismi hazırda üçüncü şəxsdədir. Belə ki, sonun cu ilə SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi arasında 2015-ci il 27 noyabr tarixli 9 nömrəli komissiya müqaviləsi imzalanmışdır. Lakin, üçüncü şəxs və SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məktublarında məhkəmə sorğularına cavab olaraq, "xxxx" DMMC ilə çən-vaqonların icarəsi ilə bağlı müqavilələrin mövcud olmaması qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddianın predmetini cavabdeh tərəfindən göstərilən xidmətlərə görə ödənişlərin təmin olunması təşkil etdiyindən tələb əmlakın mülkiyyətçisinə deyil, xidmətləri qəbul etmiş şəxsə qarşı yönəlməlidir. 23. "xxxx" MMC-yə məxsus 40 ədəd dəmiryol sisternləri 2016-cı il 1 aprel tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nə əsasən, “Action Group SA FZE” şirkətinə icarəyə verilmiş, habelə, 2016-cı il 1 aprel tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi” ilə icarədar – “Action Group SA FZE” şirkəti tərəfindən "xxxx" DMMC-yə icarəyə verilmişdir. Hər iki müqavilənin 9-cu bəndində qeyd olunmuşdur ki, müqavilə 1 aprel 2016-cı ildən qüvvəyə minir və 2016-cı il 31 dekabr tarixinə qədər qüvvədə olacaq, lakin tərəflərin öz vəzifələrini tam yerinə yetirikdən sonra ləğv ediləcək. Buna görə də, xidmətlərin göstərilməsi sübuta yetirildiyi təqdirdə həmin öhdəliklərin icrasının təmin edilməsi əmlakın həmin dövrdə faktiki istifadəçisi, yəni xidmətləri qəbul etdiyi şəxsə qarşı qaldırılmalı olduğu halda, mülkiyyətçiyə qarşı qaldı rılmışdır.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1 və 386.1-ci maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1 və 176-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesabfakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 1.2 və 3.9-cu bəndlərinə, 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə, Nəqliyyat Nazirliyinin 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş №04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 2 və 4.1.1-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına, MPM-in 14.2, 50.3 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli 2-2(103)-1076/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməs i ləğv olunmuş, iddia təmin edilməmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının bildirdiyinə görə tərəflər arasındakı münasibətlər dalan dəmir yolunda xidmətlərin göstərilməsindən ibarət olmuşdur. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən müddəa mövcud olmadığından, mübahisə MM-in tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

28. İddiaçı bildirmişdir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını MM-in 783.2-ci maddəsi təşkil etmişdir. Lakin işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud olmamışdır. Belə ki, qeyd olunan maddədən görünür ki, tapşı rıq müqaviləsi üzrə öhdəlik ilk növbədə vəkalət alanın üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra vəkalət verənin muzd ödəmək öhdəliyi yaranır.

29. İddiaçı yığım məbləğlərini yalnız boş vaqonların dayanmasına görə hesablamışdır. Apellyasiya məhkəməsi tərəflər arasındakı yazışmalara (bax yuxarıda §§ 9-14) istinadən qeyd etmişdir ki, cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək, ona məxsus vaqonların uzun müddət depoda təmir edilmədiyinə görə istifadəsiz qaldığını bildirmiş, şirkətlər arasında çən-vaqonların təmir olunmasına dair müvafiq müqavilənin bağlanması və şirkət tərəfindən təmirlə əlaqədar xərclər ödəndikdən sonra şirkətə məxsus çən-vaqonların mümkün qədər tez müddətdə təmir edilərək şirkətin istifadəsinə verilməsini xahiş etmiş, bu sahədə inhisarçı olan iddiaçı isə əvvəlcə buna münasibət bildirməmiş, daha sonra isə tərəflər arasında müqavilənin bağlanmadığını əsas gətirərək, təmirdən imtina etmişdir. Halbuki, bundan əvvəl cavabdeh dəfələrlə ona müqavilə bağlamaq barədə təkliflərlə çıxış etmişdir. Bu isə onu deməyə əsas vermişdir ki, hazırda boş vaqonların dayanmasına görə tələb olunan yığım məbləğləri məhz iddiaçının özünün hərəkətsizliyi və inhisarçı orqan kimi öz funksiyalarını yerinə yetirməməsi səbəbindən yaranmışdır. Yəni, iddiaçı cavabdehin ona ilk müraciətindən sonra vaqonları təmir edərək, sonuncunun istifadəsinə versəydi, hazırda boş vaqonların dayanmasına görə yığım məbləğləri də hesablanmazdı. Eyni zamanda, cavabdehin müraciətlərinə cavab olaraq iddiaçı müqavilənin bağlanmasını təklif etməmiş və bununla bağlı real hərəkət lər etməmiş, cavab məktublarında ümumiyyətlə vaqonların təmiri ilə bağlı müqavilə bağlanılmasına istinad etməmiş, yalnız bir cavab məktubunda qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanaraq sözügedən vaqonlar təmir edilməsi üçün iddiaçının tabeliyində olan vaqon təmiri müəssisələrinə təqdim olunmalı idi.

30. İddiaçı vaqonlara təmirin həyata keçirilməsi sahəsində inhisarçı subyekt olduğuna görə cavabdeh həmin vaqonları başqa hər hansı üçüncü şəxsə də təmir etdirə bilməzdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də bu faktı etiraf etmişdir. Beləliklə, tələb olunan vaqonların boşdayanmasına görə borc məbləğləri məhz iddiaçının öz hərəkətsizliyi ucbatından yaranmışdır. İddiaçı öz hüquqlarından sui-istifadə etmiş və boş dayanmış vaqonları təmir etmək əvəzinə, həmin vaqonların boş daya nmasına görə yığımların tutulmasını tələb etmişdir. Bu baxımdan, iddiaçı boş vaqonların dayanmasına görə yığımların cavabdehdən tutulmasını tələb edə bilməz. Ona görə də iddia tələbi rədd edilməlidir.

31. Birinci instansiya məhkəməsi də iddianın rədd edilməsi nəticəsinə gəlmiş, lakin müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətlərini yanlış qiymətləndirmişdir. Belə ki, cavabdehlə “Action Group SA FZE” şirkəti və "xxxx" DMMC arasında icarə müqaviləsinin bağlanması və cavabdehə məxsus vaqonlardan həmin hüquqi şəxslər tərəfindən istifadə edilməsi, habelə cavabdehin istinad etdiyi digər dəlillər, yəni 92 nömrəli sənədlərin tərtib olunmasına dair sənədlər, yol cədvəli, yol vərəqəsi, vaqonların hansı qaydada stansiyaya daxil edilməsinə dair sübutlar təqdim olunmaması ilə bağlı dəli llər mübahisənin həllinə təsir etməmişdir. Qeyd olunan icarə müqavilələrinin etibarlığı şübhə doğurmasa da, habelə cavabdehin istinad etdiyi digər dəlillər bu növ mübahisələrin həllində əsaslı olsa da, cavabdehin yuxarıda istinad olunan məktublarında həmin hallara istinad edilməmiş, yəni cavabdeh həmin məktublarda ona məxsus vaqonlardan digər şəxslərin istifadə etməsini bildirməmiş, habelə vaqonların dəmiryol stansiyasına daxil olması ilə bağlı müvafiq sənədlərin təqdim olunmasını tələb etməmişdir. Bu hallar isə təsdiq etmişdir ki, cavabdeh həmin vaqonların kim tərəfindən istifadə edilməsi və dəmiryol stansiyasına daxil olması ilə bağlı hallara etiraz etməmiş və qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia yuxarıda göstərilən əsaslara görə rədd edilməlidir.

32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3. 11.1, 16.1, 425.1, 425.2, 560.2, 777.1 və 783.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları" QSC-nin Nizamnaməsinin 3.2.10-cu bəndinə, MPM-in 13.4 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

34. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2023-cü il 7 iyun tarixli 2-2(102)258/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, işin y enidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (məruzəçi hakim – B.Məmmədli, hakimlər – B.Qəribov və V.Həsənov).

35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu qərarın 29-30-cu bəndlərində göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, qətnamədən məlum olanlara görə, cavabdeh iddiaçıya çən-vaqonların təmir edilməsinə dair təklifi ilk dəfə 2020-ci il 7 dekabr tarixli məktubla vermişdir. Halbuki, apellyasiya məhkəməsinin özünün də istinad etdiyi, iş materiallarında olan iddiaçının həmin təklifə göndərdiyi 2020-ci il 28 dekabr tarixli cavab məktubundan məlum olmuşdur ki, artıq 2020-ci il 26 oktyabr tarixinə stansiya xidmətlərinə görə cavabdehin iddiaçıya 1.118.336,37 manat borcu mövcud idi. Göründüyü kimi, həmin borc hazırkı iddia ilə tələb olunan borcun əs as hissəsini təşkil etmişdir. Beləliklə, cavabdeh hələ vaqonların təmiri ilə bağlı iddiaçıya təklif verməmişdən əvvəl iddiaçıya artıq 1.118.336,37 manat borclu olduğu iddiaçı tərəfindən bildirilmişdir. Həmin borcun həqiqətən də mövcud olub-olmamasına apellyasiya məhkəməsinin qətnaməsində hüquqi qiymət verilməmişdir.

36. İddiaçı təbii inhisarçı olsa da, istehlakçılarla yalnız müqavilə münasibətləri əsasında işgüzar əməkdaşlıq edə bilər. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü hissəsinə görə, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Həmin normanın məzmunundan anlaşıldığı kimi, ilkin olaraq məhz sahibkarlıq subyekti (hazırkı halda cavabdeh) əmtəədən (hazırkı halda vaqonların təmiri xidmətindən) yararlanmaq üçün təbii inhisarçıya (hazırkı halda iddiaçıya) konkret təkliflə müraciət etməli, təbii inhisarçı da bu təklif əsasında istehlakçı ilə müvafiq müqavilə bağlamalı və həmin əmtəəni istehlakçıya təqdim etməlidir. Qeyd etmək lazımdır ki, elə ümumi qaydaya görə də, hüquqi və fiziki şəxslər arasında müqavilələr eyni qaydada bağlanılır. MM-in 405.2-ci maddəsinə görə, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

37. Cavabdeh iddiaçıya çən-vaqonların təmir edilməsinə dair təklifi ilk dəfə 2020-ci il 7 dekabr tarixli məktubla vermişdir. Odur ki, tərəflər arasında təmirə dair müq avilə məhz həmin tarixdən sonra bağlanıla bilərdi. Deməli, 2020-ci il 7 dekabr tarixinədək, daha doğrusu, ən azından 2020-ci il 26 oktyabr tarixinə yarandığı bildirilən 1.118.336,37 manat borcun əmələ gəlməsi (əgər həqiqətən də iddiaçının bildirdiyi həmin borc mövcud olmuşdursa) iddiaçının özünün hərəkətsizliyi (təqsiri) ilə əlaqələndirilə bilməz. Yəni, cavabdeh o zaman haqlı olardı ki, iddiaçıya vaqonların təmir olunmasına dair təkliflə 2020ci il 26 oktyabr tarixindən əvvəlki dövrlərdə müraciət etmiş olsun. Hazırkı vəziyyətdə isə yuxarıda qeyd olunan səbəblərdən apellyasiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır.

38. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olana görə, cavabdehə məxsus 40 ə dəd dəmiryol sisternləri 2016-cı il 1 aprel tarixindən etibarən başqa hüquqi şəxslərin icarəsində olmuşdur. İstisna deyildir ki, cavabdeh və ya vaqonları faktiki istifadə edən hüquqi şəxslər həmin vaqonların təmir edilməsinə dair təkliflə 1.118.336,37 manat borcun yarandığı bildirilən 2020-ci il 26 oktyabr tarixindən əvvəlki dövrlərdə də iddiaçıya müraciət etmişlər. Lakin mübahisələndirilən qətnamədə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusata aydınlıq gətirilməmişdir. Apellyasiya məhkəməsi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə MPM-in 217.1 və 271.3-cü maddələrinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir.

39. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən, 1.118.336,37 man at borcun yarandığı bildirilən 2020-ci il 26 oktyabr tarixindən əvvəlki dövrlərdə mübahisəli vaqonların təmir olunmasına dair təkliflə iddiaçıya müraciət edilib-edilməməsini aydınlaşdırmalı, əgər belə müraciətlər olamamışdırsa, tələb olunan borcun mövcud olub-olmamasına, həcminə, yaranma əsaslarına, hesablanma qaydasına hüquq qiymət verməlidir.

40. Kassasiya məhkəməsi gəldiyi nəticəni MM-in 405.2-ci maddəsinə, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə, MPM-in 88, 217.1 və 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 oktyabr tarixli 2-2(103)-666/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmi n edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qətnaməsi ləğv olunmuş, iddia təmin edilməmişdir (sədrlik edən hakim – M.Rüstəmli, hakimlər – A.İsgəndərov və V.Sadıqov).

42. Apellyasiya məhkəməsi işin hallarına istinad edərək və bu qərarın 29-30-cu bəndlərində göstərilənləri vurğulayaraq hesab etmişdir ki, 2020-ci il 7 dekabr tarixindən sonra cavabdehdən hər hansı məbləğ tutula bilməz.

43. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq araşdırma apararaq qeyd etmişdir ki, cavabdehə məxsus vaqonları icarəyə götürmüş "xxxx" DMMC tərəfindən iddiaçıya həmin vaqonların təmir olunmasına dair təkliflə 1.118.336,37 manat borcun yarandığı bildirilən 2020-ci il 26 oktyabr tarixindən əvvəlki dövrlərdə iddiaçıya müraciət edilib-edilməməsi hallarının araşdırılması məqsədi i lə məhkəmə kollegiyası tərəfindən həmin hüquqi şəxsin üçüncü şəxs qismində işə cəlb olunması onun Azərbaycan Respublikasında hüquqi ünvanı olmadığından mümkün olmamışdır. Cavabdehin nümayəndəsi və vəkili həmin hüquqi şəxs tərəfindən iddiaçıya müraciətin olunub-olunmaması ilə bağlı məlumatlı olmadığını bildirmişdir.

44. İddiaçının tələb etdiyi borcun məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya icraatı zamanı təqdim etdiyi sənədlərdən müəyyən olunanlara görə, onun tələb etdiyi 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 2 fevral tarixinə qədər göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 1.670.057,17 manat əslində həmin dövrü əhatə etməmişdir. Həmin sənədlərə əsasən, Biləcəri stansiyası üzrə 11 vaqona görə borc 2017-ci il 23 fevral tarixindən, Güzdək st ansiyasına üzrə 14 vaqona görə borc isə 2018-ci il 28 fevral tarixindən hesablanmışdır. Yəni iddia ərizəsində göstərilən 2020-ci il 1 yanvar tarixindən deyil, qeyd olunan tarixlərdən 2022-ci il 2 fevral tarixinə qədər hesablanmış borcun ümumi məbləği 1.670.057,17 manat təşkil etmişdir.

45. İddiaçı tərəfindən təqdim olunmuş digər sənədlərə əsasən müəyyən edilmişdir ki, 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 2 fevral tarixinə qədər Biləcəri stansiyası üzrə 11 vaqona görə 396.149,6 manat, Güzdək stansiyasına üzrə 14 vaqona görə borc 504.190,4 manat, ümumilikdə 900.340 manat təşkil etmişdir. Həmin sənədlər əsasında həmçinin müəyyən edilmişdir ki, kassasiya məhkəməsinin göstərişlərinə əsasən araşdırılmalı müddət olan 2020-ci il 1 yanvar tarixindən 2020-ci il 26 oktyabr tarixinədək: - Biləcər i stansiyası üzrə 11 vaqona görə borc yanvar ayı üzrə 16.095,2 manat, habelə aylar üzrə müvafiq olaraq fevralda - 14.537,6, martda - 16.095,2, apreldə - 15.576, mayda - 16.095,2, iyunda - 15.576, iyulda - 16.095,2, avqustda - 16.095,2, sentyabrda 15.576, oktyabrda (25 gün) isə 12.980 manat (16.095,2/31 gün=519,2, 519,2 x 25 gün = 12.980) olmaqla 154.721,6 manat; - Güzdək stansiyası üzrə 14 vaqona görə isə borc 2020-ci ilin yanvar ayı üzrə 20.484,8 manat, habelə aylar üzrə müvafiq olaraq fevralda - 18.502,4, martda - 20.484,8, apreldə - 19.824, mayda - 20.484,8, iyunda - 19.824, iyulda - 20.484,8, avqustda - 20.484,8, sentyabrda - 19.824, oktyabrda (25 gün) isə 12.980 manat (20.484,8/31 gün = 660,8, 519,2 x 25 gün = 16.520) olmaqla 196.918,4 manat təşkil etmişdir.

46. Beləliklə, işin araş dırılmalı olan halı 2020-ci il 1 yanvar tarixindən 2020-ci il 26 oktyabr tarixinədək 1.118.336,37 manat deyil, əslində 351.640 manat məbləğində borcun (154.721,6+196.918,4) həqiqətən də mövcud olub-olmamasıdır. İddiaçı tərəfindən məhkəməyə FDU-92 formalı arayışlar təqdim olunsa da, həmin arayışlar və debitor borc barədə arayış iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bununla yanaşı, həmin sənədlər xidmətlər göstərilərkən tərtib olunan ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir.

47. Bundan başqa, stansiya xidmətlərinin göstərilməsi üzrə ilkin sənədlər kimi “təhvilçinin yaddaş vərəqəsi” (QU-45) çıxış edir. QU-45 sənədləri Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edi lmiş №04/S “Yük və baqaj qəbul təhvilçisinin vəzifə Təlimatı”nın 3.1.2-ci bəndinə əsasən, vaqon və konteynerlərin qeyriümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul təhvilçisinin vaqonların verilməsi və götürülməsinə dair QU45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Həmin Təlimatın 6 nömrəli əlavəsi ilə vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı yaddaş vərəqəsinin tərtib olunma qaydası göstərilmişdir. Göründüyü kimi, QU-45 sənədləri olmadan FDU-92, yəni yığım vərəqələri tərtib edilə bilməz. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə FDU-92 sənədləri təqdim olunsa da, onların əsasında dayanmalı olan QU-45 sənədləri təqdim olunmamışdır.

48. İddiaçının təqdim etdiyi elektron qaimələrlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda mübahisəli elektron qaimə-fakturaların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər təqdim olunmadığından, həmin qaimə-fakturalar müvafiq xidmətlərin təqdim edilməsi faktının təsdiq olunması üçün kifayət etməmişdir.

49. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 2016-cı il 4 fevral tarixli 92 nömrəli “Vaqonlara xidmət edilməsi haqqında” müqavilə imzalanmış, həmin müqavilənin müddəti bir il müəyyən olunmuşdur. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə görə hesab-fakturalar təqdim edilmiş, cavabdeh tərəfindən isə iddiaçıya müvafiq ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, tərəflər arasında əvvəllər tapşırıq müqav iləsindən irəli gələn öhdəlik münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirilmiş və tərəflər həmin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərini icra etmişlər. Lakin hazırkı tələb üzrə belə müqavilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən belə müqavilənin bağlanmaması, yəni öhdəliklərin yazılı formada rəsmiləşdirilməsindən imtina edilməsi də ağlabatan olmamışdır.

50. İddiaçı tərəfindən məhkəməyə yüklərin daşınması ilə bağlı təqdim olunan sənədlərdən həmçinin müəyyən edilmişdir ki, həmin sənədlər araşdırılmalı 2020-ci il 1 yanvar tarixindən 2020-ci il 26 oktyabr tarixinədək olan dövrü əhatə etmir. Həmçinin, həmin sənədlərdə yüklərin sifarişçisi, bəzilərində isə icarəçi olaraq cavabdeh deyil, “Socar Logistics DMCC” göstərilmişdir.

51. İddiaçı borcun mövcud olmasını və yaranma əsasını sübut edən sənədləri məhkəməyə təqdim etmədiyindən cavabdehin iddiaçıya 2020-ci il 1 yanvar tarixindən 2020-ci il 26 oktyabr tarixinədək borcunun olduğu müəyyən edilməmişdir.

52. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3. 11.1, 16.1, 405.2, 560.2, 777.1 və 783.2-ci maddələrinə, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 10.3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3 və 2.5.3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-c i il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına, MPM-in 13.4, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4 və 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

53. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

54. MM-in 385-ci maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən, iddiaçının fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. İddiaçının Güzdək, Biləcəri stansiyalarında göstərilmiş xidmətlərə görə Cavabdeh MMC-yə 1.670.057,17 manat yığım hesablanmışdır. Mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Müqaviləyə əsasən, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh xidmət müqabilində yaranmış borcunu iddiaçıya ödəməmişdir.

55. Eyni zamanda, apellyasiya məhkəməsi qətnaməsində cavabdehə məxsus 40 ədəd dəmiryol vaqon-sisternlərinin 2016-cı il 1 aprel tarixində icarəçi “Action Group SA FZE”-yə, sonuncu tərəfindən isə "xxxx" MMC-y ə icarəyə verildiyini qeyd etmişdir. Belə olan təqdirdə cavabdeh tərəfindən üçüncü şəxslərə icarəyə verilmiş dəmiryol vaqon-sisternləri barədə iddiaçıya məlumat verilməli idi. Lakin cavabdeh tərəfindən iddiaçıya bu barədə məlumat verilməmişdir.

56. MM-in 738.2-ci maddəsinin tələbi pozulmuşdur. Tərəflər arasında uzunmüddətli davam edən stansiya xidmətlərinin həyata keçirilməsi və bunun əvəzində xidmətin dəyərinin ödənilməsi münasibətləri mövcud olmuşdur. İddiaçı isə müstəqil tərəf olaraq bir çox müəssisələrə stansiya xidmətləri göstərməkdədir. İddiaçı stansiya xidmətlərinin cavabdehə göstərildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə olan halda sözügedən maddənin dispozisiyasında qeyd edilmiş hal tərəflər arasında mövcud olmuşdur və bunun əvəzi olaraq iddiaçı xidmət qarşıl ığında cavabdehdən muzdun ödənilməsini tələb etməkdə haqlıdır.

57. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmənin 2020-ci il 7 dekabr tarixindən sonra vaqonların boşdayanmasına görə tələb olunan məbləğin məhz iddiaçının hərəkətsizliyi və inhisarçı orqan kimi öz funksiyalarını yerinə yetirməməsi səbəbindən yaranması, həmçinin iddiaçının öz hüquqlarından sui-istifadə etməsi və boş dayanmış vaqonları təmir etmək əvəzinə, həmin vaqonların boş dayanmasına görə yığımların tutulmasını tələb etməsi ilə bağlı mövqeyi ilə kassator razılaşmır. Belə ki, iddiaçı tərəfindən göndərilən 2021-ci il 8 iyun tarixli 71654 nömrəli və 2021-ci il 26 iyul tarixli 82480 nömrəli məktublarda cavabdehə onlara məxsus vaqonların planlı təmir vaxtının bitməsi, vaqonlarda nasazlıqlar aşkar edildiyi və bununla bağ lı təmir işlərinin həyata keçirilməsi üçün tərəflər arasında müqavilə bağlanmalı olduğu izah edilmişdir. 58. 2021-ci il 26 iyul tarixli 82480 nömrəli məktubla cavabdehə izah olunmuşdur ki, təmir işlərinin həyata keçirilməsi üçün onlara məxsus vaqonlar iddiaçının təmir müəssisələrinə təqdim edilməlidir. Məktublarda cavabdehə mövcud vəziyyətin yalnız onlar tərəfindən müvafiq tədbirlər görüldüyü halda aradan qaldırılmasının mümkün olduğu izah olunsa da, bu müddət ərzində cavabdeh müqavilə bağlanması və ya vaqonların təmir müəssisələrinə təqdim edilməsi ilə bağlı tədbir görməmişdir.

59. Cavabdeh 2021-ci il 21 iyun tarixli 13/M nömrəli məktubda təmir xidmətinin göstərilməsi ilə bağlı müqavilə bağlanılması niyyətinin olduğunu bildirsə də, bununla bağlı addım atmamışdır. Vaqonların təmir xidmətlə rinə cavabdehin tələbatı olduğundan müqavilə bağlanması təşəbbüsü cavabdeh tərəfindən həyata keçirilməli idi. Belə olan halda məhkəmənin mövcud vəziyyətin məhz iddiaçının hərəkətsizliyi ucbatından yaranması, iddiaçının hüquqlarından sui-istifadə etmiş olduğu qənaətinə hansı sübutlara əsaslanaraq gəldiyi anlaşılan deyil. İddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir.

60. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən yazılmış cavab məktublarında ümumiyyətlə vaqonların təmiri ilə bağlı müqavilə bağlanılmasına istinad etməmişdir. Lakin məhkəmə həmçinin özü qeyd etmişdir ki, bir cavab məktubunda tərəflər arasında müqavilə bağlanaraq sözügedən vaqonların təmir olunması üçün iddiaçının tabeçiliyində olan vaqon təmiri müəssisələrinə təqdim edilməli olduğu qeyd olunmuşdur. Göründüyü kimi, məhkəmə özü-özünü təkzib edən iki fikir irəli sürmüşdür. Məhkəmənin də qeyd etdiyi kimi, əgər bir məktubda belə iddiaçı tərəfindən qarşı tərəfə vaqonların təmiri olunması üçün müqavilə bağlanmasının lazım olduğu bildirilmişdirsə, hər bir halda məhkəmə bu hala qiymət verməli idi. Lakin qeyd olunan halla bağlı məhkəmə fikir bildirməmiş, bunu təkzib edən halı əsaslandırmamışdır.

61. Bundan başqa, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilmiş 2008-ci il 28 yanvar tarixli №04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 2.1.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Dövlət Dəmir X1 Qaydalarının 12.11-ci bəndinə əsasən, texniki xidmətə təqdim edilməyən və nasaz vaqonların yükləməyə verilməsi və onlara insanların mindirilməsi qadağandır. Buna görə də iddiaçı haq lı olaraq cavabdehə məxsus nasaz vaqonları yükləməyə buraxmamış, vaqonların təmiri üçün cavab məktubunda dəfələrlə müqavilə bağlanmasının və vaqonların cavabdeh tərəfindən təmir müəssisələrinə təhvil verilməsinin zəruri olduğunu bildirmişdir.

62. İddiaçının 2017-ci il 24 aprel tarixli 44/S nömrəli əmri ilə təsdiq edilmiş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”nın 3.4-cü bəndinə əsasən, ümumi istifadə yollarında özəl və ya icarədə olan boş vaqonların hər hansı səbəbdən dayanmasına görə hər vaqon/gün üçün hər oxa görə 10 manat tutulur. Bu halda iddiaçı vaqonların təmir edilməsi və ya istifadə yolundan çıxarılması üçün heç bir təşəbbüs göstərməyən cavabdehə ona məxsus nasaz vaqonların ümumi istifadəli yollarında dayanmasına görə yığımlar hesablamaqda və bu yığımların cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin iddiaçının hərəkətsizliyi və hüquqlarından sui-istifadə etməsi yolu ilə yığımları hesabladığı qənaətinə gəlməsini təkzib edən kifayət qədər sübut var və məhkəmənin bu sübutlara obyektiv yanaşmaması qanunvericiliyə ziddir.

63. Məhkəməyə təqdim edilən elektron qaimələr, yığım vərəqələri və maliyyə arayışı iddiaçı tərəfindən cavabdehə hansı stansiya xidmətlərinin göstərildiyini, göstərilmiş xidmətlərə uyğun olaraq hesablanmış yığımlar və bunun müqabilində ödənilməli olan məbləği təsdiq edir. Lakin bu sübutlara məhkəmə tərəfindən yetərli qiymət verilməmişdir. Göstərilən stansiya xidmətləri ilə bağlı “Əlavə yığımlar üçün yığım vərəqələri” (FDU-92) tərtib olunur və göstərilmiş xidmətlərə uyğun xidmət haqqı hesa blanır. Həmin sənədlər stansiya yığımının hesablanmasını təsdiq edən sənədlər hesab olunur. Lakin məhkəmə məlum olmayan səbəbdən sözügedən sənədləri sübut qismində qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

64. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməsində iş üzrə ikinci icraat zamanı qəbul olunmuş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

65. Etiraz onunla əsaslandırılmışdır ki, kassatorun şikayəti onun əvvəlki kassasiya şikayəti ilə eynilik təşkil etmiş və həmin şikayətə artıq qiymət verilmişdir. Cavabdeh kassasiya şikayətinin tərəflər arasında uzun müddət davam edən stansiya xidmət münasibətlərinin mövcud olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı 2016-cı il tarixindən 2020-ci il tarixinədək mübahisəli vaqonların təmirə təqdim edilməsi ilə bağlı müraciət etməmiş, cərimə hesablamışdır. İddiaçı davam edən münasibətin olduğunu etiraf etmişdir. Lakin müqavilə olmadan da mübahisəli vaqonları təmir edib xidmət haqqını tələb etmək imkanı olduğu halda bunu etməmişdir.

66. Kassasiya şikayətində MM-in 783-cü maddəsinin dispozisiya şərtlərinin hazırkı münasibətdə mövcud olmaması qeyd olunsa da bunu sübut edəcək əsaslar təqdim edilməmişdir. İddiaçı mübahisəli dövrdə vaqonlara xidmət göstərilməsinə dair sübutları təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar 2016-cı ilin fevral ayında tərəflər arasında yaranan münasibətləri təsdiq edir. Həmin dövrdə ümumiyyətlə icarə münasibətləri olmamışdır. Sonda təqdim edilən sənədlərin isə sübut ə həmiyyəti olmadığından hüquqi qiymət verilməmişdir.

67. Təmir xidmətinin göstərilməsi üçün müqavilə bağlanması ilə bağlı cavabdehə müraciətlər edilməsinə dair kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, həmin dəlillərə kassasiya məhkəməsindəki ilk icraat zamanı qiymət verilmişdir.

68. Kassasiya şikayətində qeyd olunan boş dayanmaya görə elektron qaimələr, yığım vərəqələri və maliyyə arayışlarının mövcudluğunun kifayət etməsi, stansiya xidmətləri ilə bağlı isə FDU 92 formasının tərtib edilməsinin borcun təsdiq olunması üçün kifayət etməsi ilə bağlı dəlillərlə cavabdeh razılaşmır. Belə ki, iddiaçı digər hüquqi şəxslərə qarşı analoji iddia ilə məhkəməyə müraciətlər etmiş, tələb olunan vəsaitlərin əmələ gəlməsi və hesablanmasına dair sübutların təqdim edilməməsinə görə i ddiası təmin olunmamışdır. Ali Məhkəmənin 2023-cü il 23 avqust tarixli 2-2(102)-335/2023 nömrəli iş üzrə hazırkı iddiaçının "xxxx" MMC-yə qarşı “stansiya xidmətlərinə görə borcun tutulması” tələbinə dair iş üzrə qərarında müəyyən edilmişdir ki, elektron qaimə-fakturaların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər durmadığından həmin qaimə-fakturalar müvafiq xidmətlərin təqdim edilməsi faktının təsdiq olunması üçün kifayət etməmişdir.

69. Bundan başqa, stansiya xidmətlərinin göstərilməsi üzrə ilkin sənədlər kimi “təhvilçinin yaddaş vərəqəsi” (QU-45) çıxış edir. QU-45 sənədləri Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş №04/S “Yük və baqaj qəbultəhvilçisinin vəzi fə Təlimatının” 3.1.2-ci bəndindən görünür ki, QU-45 sənədləri olmadan FDU-92, yəni yığım vərəqələri tərtib edilə bilməz. İddiaçı tərəfindən məhkəməyə FDU-92 sənədləri təqdim olunsa da, onların əsasında dayanmalı olan QU-45 sənədlərinin işə birinci instansiya məhkəməsində baxılarkən hazırlıq mərhələsində təqdim edilməsi müəyyən olunmamışdır. Tələb olunan pul vəsaitlərinin hesablanmasına dair heç bir sübut təqdim edilməmişdir. 70. 2020-ci il 7 dekabr tarixindən sonra yaranan borc məhz iddiaçının hərəkətsizliyi ilə əlaqədar yaranmış məbləğdir. Həmin məbləğin hansı sübutlarla hesablanmasından asılı olmayaraq 2020-ci il 1 yanvar tarixindən sonrakı dövrə hesablanmış 551.720,8 manat pulun tələb edilməsi də əsassızdır.

71. İddiaçının sübutların təqdim edilməsi qaydalarına dair prosessual normalar ı pozmaqla 2023-cü il tarixində apellyasiya instansiyasına təqdim etdiyi yol vərəqələrindən görünür ki, cavabdehin mülkiyyətində olan və hazırda mübahisəli vaqonlara sərəncam verən son icarədar “SOCAR Loqistics DMCC” olmuşdur. İddiaçı müqavilə bağlamağı həmin hüquqi şəxsdən də tələb etməli olduğu halda, istifadəçilərin heç birindən müqavilə bağlanmasını tələb etməmişdir. İddiaçı ilə müqavilə bağlamaq vəzifəsi vaqonları icarə əsasında özündə saxlayan SOCAR və onun qurumlarının olmuşdur.

72. İddia tələbinin hüquqi əsası öhdəliyin icra edilməməsidir və iddiaçı öhdəliyin əmələ gəlməsinin yeganə şərti olan müqaviləni təqdim etməmişdir. İddiaçının təqdim etdiyi 2016-2017-ci illərə aid yol vərəqələrində yük göndərən, yük alan olaraq mülkiyyətçinin adı qeyd edilməmiş, əksinə cavabdehdən icarəyə gö türülən vaqonların SOCAR-ın icarəsində və istifadəsində olması təsdiq edilmişdir. Vaqonların boş dayanmasına görə öhdəliyin yaranması barədə icarədar və ya mülkiyyətçi məlumatlandırılmalı idi. Bu məlumatlandırma iddiaçı tərəfindən təlimatlara, əmrlərə, normativ aktlara və beynəlxalq qaydalara uyğun rəsmiləşdirilməli və müvafiq qaydada vaqonlara faktiki məsuliyyət daşıyan hüquqi şəxslərə təqdim olunmalı idi.

73. Bundan başqa, Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatından aydın olur ki, QU-45 yaddaş vərəqəsi kontragentlər və yaxud dalan yolunun sahibi və ya istifadəçilər tərəfindən imzalanmalıdır. Vaqonlar stansiyaya daxil olmuşdursa, qəbul-təhvil əməliyyatları başa çatandan sonra QU-45 formalı yaddaş vərəq ələri tərtib edilməlidir. İddiaçı tərəfindən isə QU-45 tərtib edilməmişdir. 74. 2016-cı ildən başlayaraq sərəncam hüququ istisna olmaqla vaqonların bütün səlahiyyətləri üçüncü şəxs və icarədarlarda olmuşdur. Cavabdehin mülkiyyətində olan vaqonların icarədarlar tərəfindən hansı stansiyaya nə vaxt daxil olması, nə qədər dayanması, təmirə ehtiyacı olması barədə xəbəri ola bilməzdi.

75. Apellyasiya məhkəməsinə iddiaçı tərəfindən təqdim edilən köhnə tarixli sənədlərdə təmir işlərinin hazırkı mübahisəli vaqonlarla əlaqəsi müəyyən edilməmişdir, bundan başqa hazırkı mübahisə təmirə görə deyil, boş dayanmaya görədir və mübahisəli dövrü əhatə etmir.

76. Cavabdehin isə mülkiyyətçi olaraq vaqon icarədarlarının əvəzinə iddiaçı ilə müqavilə bağlamaq vəzifəsi və öhdəliyi də olmamışdır. Həmin dövrdə iddia çı özü də cavabdehə yeni müqavilə bağlamaq üçün müraciət etməmiş və icarədarların müqavilə bağlamaması ilə bağlı məlumat verməmişdir. Belə olan halda cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmamışdır.

77. Mülahizənin digər hissəsi isə Güzdəkdə qalan vaqonlara dair cərimə hesablanmasıdır ki, buna dair də iddiaçı bir illik məhkəmə mübahisəsindən sonra həqiqətə uyğun olmayan mülahizə irəli sürmüşdür. Lakin, Güzdək stansiyasında qalan mübahisəli vaqonlar 2016-cı il 1 aprel tarixindən sonrakı dövrlərdə üçüncü şəxsin icarəsində olmaqla istifadəsində olmuşdur. “Action Group SA FZE” şirkətinin iddiaçı ilə bağladığı 2018-ci il 2 fevral tarixli müqavilə 2018-ci il 31 dekabr tarixli akta əsasən bir il istifadədən sonra iddiaçıya təhvil verilən 130 ədəd vaqondan Güzdək stansiyasında istifadə məqsəd i ilə bağlamışdır. Belə olan halda “Action Group SA FZE” şirkəti ilə bağlanan 2018-ci il 2 fevral tarixli müqavilənin bitmə anının, yəni 2018-ci il 31 dekabr tarixinin həmin vaxt sözügedən şirkətin istifadəsində olmayan və cavabdehin mülkiyyətində olan vaqonlara cərimə hesablanması üçün başlanğıc tarix kimi qəbul edilməsi yolverilməzdir və cavabdehin öhdəliyinin yaranması üçün əsas deyil. Kassasiya baxışının hədləri

78. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

79. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib -etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

80. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar....” “Maddə

11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq e dilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası)....” “Maddə

16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir....” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma... 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi... 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır....” “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” “Maddə

783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu... 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir....” 81. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müdd əalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

10. Təbii inhisar subyektlərinin vəzifələri...

3. Təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər....”

82. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin u çot sənədidir. (Nazirlər Kabinetinin 2022-ci il 25 avqust tarixli Qərarı ilə 1.2-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.) 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir. (Nazirlər Kabinetinin 2022-ci il 25 avqust tarixli Qərarı ilə 1.3-cü bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir.)...” “2. Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.5.3. elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur;...”

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşd irilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

84. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlar (2021-ci il 9 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə maddənin adından “normativ” sözü çıxarılmışdır.)... 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məh kəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Ali Məhkəmənin mövqeyi

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 oktyabr tarixli 2-2(103)-666/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

86. İş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək apellyasiya məhkəməsi iddia ərizəsində qeyd edilən 2020-ci il 1 yanvar tarixindən 2020-ci il 26 oktyabr tarixinədək olan dövr üzrə iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən, borcun 1.118.336,37 manat olmadığını müəyyən etmişdir. İddiaçının həmin dövrə dair təqdim etdiyi sənədlərə əsasən cəmi 351.640 manat məbləğində borcun isə həqi qətən də mövcud olubolmamasını yoxlayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə FDU-92 formalı arayışlar təqdim olunsa da, həmin arayışlar və debitor borc barədə arayış iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmçinin, sözügedən sənədlər xidmətlər göstərilərkən tərtib olunan ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir.

87. Stansiya xidmətlərinin göstərilməsi üzrə zəruri olan ilkin sənədlər kimi “təhvilçinin yaddaş vərəqəsi” (QU-45) çıxış edir. QU-45 sənədləri vaqon və konteynerlərin qeyriümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul təhvilçisinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəq əsi üzrə aparılır (Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş 04/S nömrəli “Yük və baqaj qəbul təhvilçisinin vəzifə təlimatı”nın 3.1.2-ci bəndi). Göründüyü kimi, QU-45 sənədləri olmadan FDU-92, yəni yığım vərəqələri tərtib edilə bilməz. İddiaçı tərəfindən isə aşağı instansiya məhkəmələrinə FDU-92 sənədləri təqdim olunsa da, onların əsasında dayanmalı olan QU-45 sənədləri təqdim edilməmişdir.

88. İddiaçının təqdim etdiyi elektron qaimələrə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə görə, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron form ada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimə-fakturaları özü özlüyündə xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Hazırkı halda mübahisəli elektron qaiməfakturaların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər məhkəmələrə təqdim olunmadığından, həmin qaimə-fakt uralar müvafiq xidmətlərin təqdim edilməsi faktını təsdiq etmək üçün yetərli deyildir.

89. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən həmçinin görünür ki, tərəflər arasında 2016-cı il 4 fevral tarixli 92 nömrəli “Vaqonlara xidmət edilməsi haqqında” müqavilə imzalanmış, həmin müqavilənin müddəti bir il müəyyən olunmuşdur. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə görə hesab-fakturalar təqdim edilmiş, cavabdeh tərəfindən isə iddiaçıya müvafiq ödənişlər həyata keçirilmişdir. Apellyasiya məhkəməsi bununla əlaqədar düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında əvvəllər tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirilmiş və tərəflər həmin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərini icra etmişlər. Lakin hazırk ı tələb üzrə belə müqavilə iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmiş, cavabdeh tərəfindən belə müqavilənin bağlanmaması, öhdəliklərin yazılı formada rəsmiləşdirilməsindən imtina edilməsi də ağlabatan olmamışdır.

90. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya müraciət edərək, ona məxsus çən vaqonların təmir edilməsinə dair müvafiq müqavilənin bağlanması, şirkət tərəfindən təmirlə əlaqədar xərclər ödənildikdən sonra şirkətə məxsus çən vaqonların mümkün qədər tez təmir edilərək şirkətin istifadəsinə verilməsini xahiş etsə də, bu sahədə inhisarçı olan iddiaçı əvvəlcə buna münasibət bildirməmiş, daha sonra isə tərəflər arasında müqavilə bağlanmadığını əsas gətirərək təmirdən imtina etmişdir. Bu isə onu deməyə əsas verir ki, xx.xx. 2020-ci il tarixdən sonra boş vaqonların dayanmasına görə tələb olunan məbləğ məhz iddiaçının özünün hərəkətsizliyi və inhisarçı orqan kimi öz funksiyalarını yerinə yetirməməsi səbəbindən yaranmışdır.

91. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən yüklərin daşınması ilə bağlı təqdim olunan sənədlərlə bağlı müəyyən etmişdir ki, həmin sənədlər də araşdırılmalı 2020-ci il 1 yanvar tarixindən 2020-ci il 26 oktyabr tarixinədək olan dövrü əhatə etməmişdir. Apellyasiya məhkəməsi iddiaçının borcun mövcud olması və yaranma əsasını sübut edən sənədləri təqdim etmədiyinə istinad edərək, cavabdehin iddiaçıya 2020-ci il 1 yanvar tarixindən 2020-ci il 26 oktyabr tarixinədək borcunun müəyyən edilmədiyi nəticəsinə gəlmişdir.

92. Apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq, cavabdehə məxsus vaqonları icarəyə götürmüş "xxxx" DMMC tərəfindən iddiaçıya həmin vaqonların təmir olunmasına dair təkliflə 1.118.336,37 manat borcun yarandığı bildirilən 2020-ci il 26 oktyabr tarixindən əvvəlki dövrlərdə iddiaçıya müraciət edilib-edilməməsi hallarının araşdırılması məqsədi ilə həmin hüquqi şəxsin üçüncü şəxs qismində işə cəlb olunması onun Azərbaycan Respublikasında hüquqi ünvanı olmadığından mümkün olmamışdır.

93. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının mübahisə predmeti olan tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia t ələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı halda iddiaçı MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydasına uyğun olaraq, istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməli idi.

94. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində iddia etdiyi hallar öz təsdiqini tapmadığından, həmin halların mövcudluğunu təsdiq edəcək mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmadığından, apellyasiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.

95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

96. Kassasiya şikayətinin digər dəlilləri əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. 96.Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya m əhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyi müəyyən edilmir.

97. Bundan başqa, kassasiya şikayətinin bir sıra dəlilləri əvvəlki məhkəmə instansiyalarında bildirilmiş, lakin dəlildə qeydə olunan xüsusatlar işə baxan məhkəmələr tərəfindən təsdiqedici sənədlər əsasında müəyyən olunmamışdır. 98.Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tər əfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 oktyabr tarixli 2-2(103)-666/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 99.Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 oktyabr tarixli 2-2(103)-666/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar