Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-771/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-771/2025 Açar sözlər: ipoteka predmetinin likvid dəyəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 avqust tarixli 2-2(106)- 177/2 025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Borc verən İddiaçı ASC ilə borc alan Cavabdeh arasında 2022-ci il 20 aprel tarixli RBLLF-497 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən illik 17% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 45 000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh arasında 2022-ci il 20 aprel tarixli RBLLF-497 saylı kredit müqaviləsinə 2023-cü il 19 aprel tarixli “Baş Kredit Müqaviləsinin müddətinin uzadılması haqqında” Əlavə Razılaşmaya əsasən bütün şərtlər və girovu qalmaqla 5 ay (mart, aprel, may, iyun və iyul) müddətində 500 manat ödəməklə güzəşt müddəti verilməsi, ödənilməmiş qalıq əsas məbləğ borcu əlavə razılaşma tarixinə əs as məbləğ üzrə qrafik borcu müddətin sonuna keçirilməsi təyin edilmişdir.
3. İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh arasında 2022-ci il 20 aprel tarixli RBLLF-497 saylı kredit müqaviləsinə 2023-cü il 29 avqust tarixli “Baş Kredit Müqaviləsinin müddətinin uzadılması haqqında” Əlavə Razılaşmaya əsasən bütün şərtlər və girovu qalmaqla 3 ay (avqust, sentyabr və oktyabr) yalnız faiz ödəməklə güzəşt müddəti verilməsi və dəbbə borcunun ödənilməsi, ödənilməmiş qalıq əsas məbləğ borcu müddətin sonuna keçirilməsi təyin edilmişdir.
4. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış RBLLF-497 saylı 2022-ci il 20 aprel tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 252,1 m2 ümumi sahəsi olan f ərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC (bundan sonra – “cavabdeh”) 2024-cü il 2 aprel tarixində iddia ərizə və sonradan iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra – “cavabdeh”) 2022-ci il 20 aprel tarixli RBLLF497 saylı kredit müqaviləsi və əlavə razılaşma üzrə əsas borca görə 34 353,68 manat, faiz borcuna görə 8 424,53 manat, dəbbə borcuna görə 6 242,67 manat olmaqla cəmi 49 020,88 manat və 10 saylı Lənkəran Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat və 238 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın cavabdehə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 252,1 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin kredit borcuna görə cəmi 49 020,88 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 289 manat məbləğində pulun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliklər i vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.
7. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 6 may tarixli e-2-2(121)-1252/2024 nömrəli qərardadı ilə təyin edilmiş əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq "xxxx" MMC tərəfindən təqdim olunmuş 2024-cü il 20 may tarixli hesabata əsasən ipoteka predmetinin likvid dəyəri 42 857 manat təşkil edir.
8. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 24 fevral tarixli e-2-2(121)-42/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 34 295,64 manat əsas borc, 2 809,3 manat faiz borcu, 437 manat dəbbə pulu olmaqla cəmi 37 541,94 manat məbləğində kredit borcu, 15 manat məbləğində bildirişlərin qeydə alın ması üçün ödənilmiş dövlət rüsumu və 202,63 manat məbləğində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, tələbin cavabdehin mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 42 857 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 37 541,94 manat məbləğində kredit borcu, 15 manat məbləğində bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və 202,63 manat məbləğində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 50 manatı iddiaçıdan, 150 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənil məsi, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olaraq 300 manat məbləğində pul vəsaitinin iddiaçıdan alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir (hakim – N.Misirzadə).
9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
10. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin olunduğundan və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin olunaraq borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir.
11. Belə ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı əsasında məhkəmə tərəfindən təyin edilməklə ipoteka predmeti açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə olunan vəsaitdən kredit borcu ödənilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 317.1, 319.1, 385.1, 442, 443.1, 462.1, 467, 739.1, 739.2-ci (müb ahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan), “İpoteka haqqında” Qanununun 39.3.3-cü, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 217.2 və 218.3-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 avqust tarixli 2-2(106)-177/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya ş ikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi 2 809,3 manat faiz borcu, 437 manat dəbbə pulu məbləğləri hissələrində dəyişdirilərək faiz borcunun məbləği 1 000 manat, dəbbə pulunun məbləği isə 5,02 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Kərimov – sədrlik edən və məruzəçi, C.İmanov və T.Heydərov).
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ipoteka predmetinin müəyyən olunan ilkin satış qiyməti hissəsinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır. Əvvəla ona görə ki, cavabdeh ipoteka predmetinin ilkin satış qiymətinin real qiymətindən aşağı qiymətlə müəyyən edildiyini bildirsə də, dəlilini əsaslandıra biləcək har hansı bir konkret rəyə istinad etməmişdir. Tam əksinə birinci instansiya məhkəməsinin sübut kimi qəbul etdiyi qiymətləndirmə hesabatı inandırıcı olmaqla real vəziyyətə uyğundur. Belə ki, hesabatda fərdi yaşayış evinin təmir vəziyyəti yoxlanılmış (fotoşəkillər əlavə olunub), həmin ərazidə satışa çıxarılan oxşar ölçüdə torpaq sahəsi və yaşayış sahələrinə malik fərdi yaşayış evlərinin qiymətləri ilə müqayisəli təhlil aparılmışdır.
16. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13cü, MM-in 6.2, 14.1, 14.2.1, 269.1, 269.4, 317, 319.1, 385.1, 386.1, 421, 442, 448.1, 739.1-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 33, 34.1.1, 39.3-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli ş əkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına istinadla əsaslandırmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü (İ hissə), “Ekspertiza fəaliyyəti haqqında” Qanunun 18-ci və MM-in 6.1.1, 152.1, 211-ci maddələri üzrə - cavabdehin özünə məxsus fərdi yaşayış evini hazırkı bazar dəyərinə uyğun satmaq hüququ olmasına baxmayaraq məhkəmə qətnaməsi ilə onun bu hüququ əlindən alınmışdır. İpoteka predmeti olan evin hazırkı bazar dəyərinin qiymətləndirilməsi cavabdehin mülkiyyət hüquqlarını pozmu şdur. Əgər bazar qiyməti əsas götürülsə, mübahisəli evin dəyəri yenidən müəyyən olunmalıdır.
19. Həmçinin məhkəmə evin yenidən qiymətləndirilməsinə münasibət bildirməmişdir. Halbuki evin yerləşdiyi torpaq sahəsinin hazırkı qiyməti kreditin tam ödənilməsinə kifayət edərdi.
20. MPM-in 77.1, 88, 106, 217, 218.1, 392.1.5-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 10 yanvar tarixli 2(102)-54/2023 nömrəli və 2021-ci il 3 may tarixli 2(102)-3025/2021 nömrəli qərarları üzrə - cavabdeh bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi adı çəkilən normaların tələbləri pozulmaqla qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
22. Hazırkı icraat çərçivəsində ape llyasiya məhkəməsinin qətnaməsi qismən, ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissədə yoxlanılacaqdır.
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müva fiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirl ər....”
25. Azərbaycan Respublikasının “İpoteka müddəalarında aşağıdakılar nəzərdə tutulur: haqqında” Qanununun müvafiq “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir;...”
26. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayə t həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
27. Kassasiya instansiyası məhkəməsi iş materiallarını, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 avqust tarixli qətnaməsini və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormaları düzgün tətbiq edilmiş, iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş üzrə faktiki halları yenidən müəyyən etmir və sübutları təkrar qiymətləndirmir, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normalarının düzgün tətbiq olunub-olunmadığını yoxlayır. Hazırkı halda kassasiya şikayətində irəli sürülmüş dəlillər əsasən faktiki halların yenidən qiymətləndirilməsinə yönəlmişdir ki, bu da kassasiya baxışının predmetinə aid deyildir.
29. İş materiallarından görünür ki, tərəflər arasında 2022-ci il 20 aprel tarixli RBLLF497 saylı kredit müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Apelly asiya instansiyası məhkəməsi bu halı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 442-ci maddələrinə uyğun olaraq öhdəliyin icra edilməməsi kimi düzgün qiymətləndirmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən faiz və cərimə borcu hissəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarında formalaşmış hüquqi mövqeni əsaslı şəkildə tətbiq etmişdir. Həmin hüquqi mövqeyə əsasən kreditor kredit müqaviləsindən birtərəfli qaydada imtina etdikdən və tələbi ipoteka predmetinə yönəltdikdən sonra sonrakı dövr üçün müqavilə faizlərinin və cərimənin hesablanması yolverilməzdir.
31. Məhz bu səbəbdən apellyasiya instansiyası məhkəməsi faiz və cərimə borcunun yalnız müqavilənin ləğvinədə k olan dövr üzrə hesablanmasını əsaslı hesab etmiş, bununla da maddi hüquq normalarının düzgün tətbiqini təmin etmişdir. Kassasiya şikayətində bu nəticəni təkzib edən hüquqi əsaslar göstərilməmişdir.
32. Kassasiya şikayətində ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı irəli sürülən dəlillər də əsassızdır. İş materiallarından görünür ki, daşınmaz əmlak səlahiyyətli qiymətləndirmə təşkilatı tərəfindən qiymətləndirilmiş, bazar və likvid dəyərlər müəyyən edilmiş və məhkəmə həmin rəyə hüquqi qiymət vermişdir. Apellyasiya instansiyası məhkəməsi bu məsələ ilə bağlı dəlilləri araşdırmış və qətnamənin ləğvi üçün əsas olmadığı nəticəsinə gəlmişdir.
33. Prosessual hüquq normalarının pozulması ilə bağlı kassasiya şikayətində göstərilən dəlillər də təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi qətnamədə iş üzrə müəyyən edilmiş halları, sübutların qiymətləndirilməsini və tətbiq edilən hüquq normalarını ətraflı göstərmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217 və 392-ci maddələrinin tələblərinə əməl etmişdir.
34. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş elə bir prosessual pozuntu müəyyən olunmamışdır ki, həmin pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
35. Bu baxımdan kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 avqust tarixli qətnaməsi qanuni və əsaslıdır, kassasiya şikayətində göstərilən dəlillər isə onun ləğvi üçün hüquqi əsas təşkil etmir.
36. Nəticə etibarilə kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 avqust tarixli 2-2(106)-177/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.