Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-773/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Hüseyn Aida Əli qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 oktyabr tarixli 2-2(106)-134/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2025-ci il 7 yanvar tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra isə iddia tələbinin həcmini azaldaraq, 36.267 manat pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 17 mart tarixli e-2-2(121)-814/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Abbasov).
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 iyul tarixli 2-2(106)-134/2025 nömrəli qətnaməsi ilə apel lyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Q.Əliyev, hakimlər – C.Quliyev və T.Kərimov).
5. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın tam rədd olunmasını xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 oktyabr tarixli 2-2(106)-134/2025 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən hakim – Q.Əliyev, hakimlər – M.Sadıqov və C.İmanov).
7. Apellyasiya məhkəməsi qərardadında qeyd etmişdir ki, mübahisələndirilən qətnamədən cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti müddət ötürülməklə verildiyindən, məhkəmə şikayətin geri qay tarılması qənaətinə gəlmişdir.
8. Belə ki, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 405.0.1-ci maddəsinə əsasən, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
9. Mübahisələndirilən qətnamə isə 2025-ci il 17 iyul tarixində saat 15:44-də cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilmişdir və ona münasibətdə kassasiya şikayəti verilməsinin son müddətinin 2025-ci il 17 sentyabr tarixində bitməsinə baxmayaraq, cavabdeh və vəkili 2025-ci il 24 sentyabr tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən kassasiya şikayəti vermişlər.
10. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 10-1.1, 10-1.2, 10-1.3, 10-1.5, 129.3, 130.1, 135.5, 135.6, 405.0.1, 408.1.4 və 408.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi və qətnamədən verilən kassasiya şikayətinin mümkün hesab olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1 və 17.1-ci maddələri üzrə apellyasiya məhkəməsinin qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması tam qanunsuz və əsassızdır. Bu qərardadla cavabdehin müdafiə hüququ pozulmuşdur.
13. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127-ci maddələri, MPM-in 2, 9 və 405.0.1-ci maddələri üzrə - Şirvan Apellyasiya Məhkəməsinin 2025-ci il 16 iyul tarixli 22(1 06)-134/2025 nömrəli qətnaməsi rəsmi şəkildə poçt vasitəsilə cavabdehə 2025-ci il 28 iyul tarixində çatmışdır. Belə olan təqdirdə sözügedən qətnamənin cavabdehə rəsmi şəkildə verildiyi gün 2025-ci il 28 iyul tarixidir. Qanunvericiliyin tələbinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilməsinin sonuncu günü 2025-ci il 28 sentyabr tarixi olmuşdur. 2025-ci il 24 sentyabr tarixində cavabdeh tərəfindən elektron kabinet üzərindən kassasiya şikayəti verilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsinin cavabdehə çatmasını təsdiq edən poçt zərfi də kassasiya şikayətinə əlavə edilərək apellyasiya məhkəməsinə təqdim edilmiş, həmçinin kassasiya şikayətində qətnamənin çatdığı tarix (2025-ci il 28 iyul) qeyd olunmuşdur.
14. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayət i qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürülməməklə, tam vaxtında, qanunvericiliyin tələbinə əməl olunaraq verilmişdir. Lakin apellyasiya məhkəməsi bu xüsusatı nəzərə almamışdır.
15. Apellyasiya instansiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, “iş materiallarına əsasən apellyasiya məhkəməsinin qətnaməsi 2025-ci il 17 iyul tarixində saat 15:44-də cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilmişdir”. Buna görə də məhkəmə kollegiyası cavabdehə münasibətdə kassasiya şikayətinin verilməsinin son müddətinin 2025-ci il 17 sentyabr tarixində bitdiyini hesab etmişdir. Lakin apellyasiya məhkəməsinin bu mövqeyi tam əsassız və qanunsuzdur. Apellyasiya məhkəməsinin qətnaməsi 2025-ci il 17 iyul tari xində saat 15:44-də cavabdehə məxsus elektron kabinetə yox, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi olmuş Vəkil2 məxsus elektron kabinetə yerləşdirilmişdir. Bu isə həmin vaxt qətnamənin cavabdehə təqdim edilməsi mənasını ifadə etmir. Apellyasiya məhkəməsinin son iclasından sonra cavabdehin vəkili və nümayəndəsi olmuş Vəkil2 ilə heç bir hüquqi və şəxsi əlaqəsi qalmamışdır.
16. Belə ki, hazırkı iş üzrə həm birinci instansiya, həm də apellyasiya məhkəməsində cavabdehin haqlı mövqedə olmasına baxmayaraq, hər iki məhkəmə instansiyasında işin cavabdehin əleyhinə nəticələnməsi səbəbindən Vəkil2 nümayəndəlik fəaliyyətindən imtina olunmuşdur. Apellyasiya məhkəməsində iş yekunlaşdıqdan sonra cavabdeh onunla hüquqi əməkdaşlığı və münasibətləri dayandırmışdır. Eyni zamanda Vəkil2 apellyasiya məhkə məsinin qətnaməsinin 2025-ci il 17 iyul tarixində saat 15:44-də ona məxsus elektron kabinetə yerləşdirilməsilə bağlı cavabdehə heç bir məlumat verməmiş, qətnaməni təqdim etməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi rəsmi olaraq isə poçt vasitəsilə cavabdehə 2025-ci il 28 iyul tarixində gəlib çatmışdır.
17. Maraqlı məqam ondan ibarətdir ki, əgər məhkəmə qətnamənin 2025-ci il 17 iyul tarixində saat 15:44-də vəkil, eyni zamanda nümayəndə olmuş Vəkil2 məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə cavabdehə təqdim edildiyini hesab edirdisə, hansı səbəbdən həmin qətnamənin cavabdehə poçt vasitəsilə də göndərildiyi sual olunur.
18. Eyni zamanda, əgər cavabdeh, Vəkil2 ilə kassasiya məhkəməsində hüquqlarının müdafiəsi üçün müqavilə bağlasa və kassasiy a şikayətini onun vəkil orderi və elektron kabinet vasitəsilə vermiş olsa idi, o zaman məhkəmə qətnamənin 2025-ci il 17 iyul tarixində Vəkil2 məxsus elektron kabinetə yerləşdirilməklə, cavabdehə təqdim edilmiş olduğunu hesab edə, kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 2 aylıq şikayət müddətinin başlanğıcını 2025-ci il 17 iyul tarixindən hesablaya bilərdi. Lakin, apellyasiya məhkəməsinin son iclasından sonra cavabdehin Vəkil2 ilə əlaqəsi qalmamışdır.
19. Apellyasiya instansiyasının qərardadı həm Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququna, həm də MPM-in 2-ci maddəsində nəzərdə tutulan məqsədlərə ziddir. Faktiki olaraq cavabdehin kassasiya instansiyasına müraciət etmək hüququ əsassız olaraq məhdudlaşdırılmış, bu da ədalətli məh kəmə araşdırması prinsipinin pozulmasına gətirib çıxarmışdır. Halbuki, cavabdehin təqdim etdiyi bütün sübutlar (poçt zərfi) göstərir ki, kassasiya şikayəti tam qanuni müddətdə təqdim edilmişdir.
20. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ və Vİİ hissələri, 127-ci maddəsinin İİ hissəsi, 129-cu maddəsinin İİİ hissəsi, MPM-in 9.1, 88, 217.1 və 217.3-cü maddələri üzrə - məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, qanunsuz və əsassız qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbi q edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydala rına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz....” “Maddə
74. Nümayəndənin səlahiyyəti 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir....” “Maddə
129. Prosessual müddətlərin qurtarması... 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur....” “Maddə
130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur....” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayəti verilməsi üçün müddətin ötürülmüş olması barədə gəldiyi nəticəni qanuni, cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
25. Əvvəla, nümayəndə işdə iştirak edən şəxs olmasa da, işdə iştirak edən şəxsin ona verdiyi səlahiyyətlər həcmində həmin şəxsi təmsil edir, yəni onun adından və onun maraqları naminə, təmsil etdiyi şəxsin müvafiq prosessual hüquqlarını həyata keçirir və vəzifələrini həyata keçirir. Təmsil olunan şəxs isə ö z mülahizəsi ilə məhkəmə icraatının aparılmasında ya özü bilavasitə iştirak etmir, yalnız nümayəndəsi iştirak edir, yaxud da nümayəndəsi ilə yanaşı, özü də iştirak edir. Lakin təmsil olunan şəxsin özünün təmsilçi ilə yanaşı icraatda iştirak etməsi və ya etməməsi onun nümayəndəsinin həyata keçirdiyi və ya keçirməli olduğu prosessual hərəkətlərin hüquqi nəticələrinə heç bir təsir göstərmir.
26. Belə ki, MPM-in 74.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
27. Həmin prosessual hərəkətlərdən biri də məhkəmə aktlarından şikayət verilməsidir.
28. Nümayəndə bütün prosessual hərəkətləri, o cümlədən məhkəmə aktlarından şikayət verilməsini qanunla müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirməyə borcludur.
29. Bu baxımdan, hər bir işdə iştirak edən şəxs özünə nümayəndə seçərkən, onun səlahiyyətlərinin həcmini müəyyən edərkən öz təmsilçisinin onun adından və onun maraqları naminə həyata keçirdiyi prosessual fəaliyyətin uğurları kimi, bütün mümkün risklərinin də məhz təmsil olunanın üzərinə düşdüyünü yaxşı anlamalı, öz nümayəndəsi ilə münasibətlərini düzgün qurmalı, onun fəaliyyətinin nəticələri ilə vaxtında və yaxından maraqlanmalıdır.
30. İş materiallarında olan cavabdeh tərəfindən Vəkil2 verilmiş 2025-ci 6 aprel tarixli etibarnamə isə apellyasiya məhkəməsinin qətnaməsinin sonuncunun elektron kabinetinə yerləşdirildiyi gün qüvvədə olmuşdur, hətta hazırda da qüvvədədir.
31. Odur ki, baxılan işdə qətnamədən kassasiya ş ikayəti verilməsi üçün prosessual müddətin axımının başlanma və bitmə tarixləri, eyni zamanda cavabdehin qətnamə barədə vaxtında məlumatlandırılmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
32. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 2019-cu il 19 sentyabr tarixli Qərarda formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, hətta məhkəmə ərizəçini məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünü müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.
33. Müba hisələndirilən qərardaddan isə məlum olur ki, cavabdeh kassasiya şikayətini verən şəxs olduğu halda, qətnamə cavabdehin nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirildikdən iki aydan artıq müddət keçdikdən sonra məhkəməyə kassasiya şikayəti vermişdir.
34. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, qanuni qərardad qəbul etmişdir.
35. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 oktyabr tarixli 2-2(106)134/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRA RA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 oktyabr tarixli 2-2(106)-134/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.