Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-775/2022 01.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya baxışından çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)-672/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması məsələsinə baxaraq MÜƏYYƏN ETDİ
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 iyun tarixli, e-2-2(113)-956/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir (hakim – L.Əliyeva).
3. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)-672/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfin dən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsini qətnaməsi qismən – Cavabdeh5 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (B tik) nömrəli fərdi yaşayış evindən, Cavabdeh1 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 31 nömrəli evin 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 2 nömrəli mənzilindən, Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 171,98 kv.m.yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (C tik) nömrəli saylı fərdi yaşayış evindən çıxarılmaları və həmin əmlakların boşaldılması tələbləri rədd edilən, həmçinin, 50.000 ABŞ dolları məbləğdə dəbbə pulunun (ümumilikdə 2.746.918,02 ABŞ dolları məbləğdə borcun) tutulması h issələrdə - ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissələrdə iddia qismən təmin edilmiş, Cavabdeh5 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (B tik) nömrəli fərdi yaşayış evindən, Cavabdeh1 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 31 nömrəli evin 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 2 nömrəli mənzilindən, Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (C tik) nömrəli saylı fərdi yaşayış evindən - həmin əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində tərk etmədikdə - məcburi qaydada çıxarılmaları və əmlakların boşaldılması, Cavab deh3 MMCdən 125.000 ABŞ dolları məbləğdə dəbbə pulu, ümumilikdə 2.821.918,02 ABŞ dolları məbləğdə borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə qiyməti üzrə manatla tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh3 MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
5. Həmin qətnamədən Cavabdeh3 MMC 2022-ci il 1 noyabr tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)-672/2022 saylı qətnaməsini ləğv edib, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 3 noyabr tarixli məktubu ilə cavabdeh tə rəfindən verilmiş kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuşdur
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 noyabr tarixli, 2-2(102)-775/2022 saylı qərardadı ilə Cavabdeh3 MMC tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmişdir.
8. Bundan sonra, iddiaçı tərəfindən 2022-ci il 16 noyabr tarixində verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 24 noyabr tarixli məktubuyla işin apellyasiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur.
9. MPM-in 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
10. Göstərilənlərə əsasən, məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün, Azərbaycan Respublikası Ali Məhkəmənin 2022-ci il 15 noyabr tarixli, 2-2(102)-775/2022 saylı, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilməli və iş iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün Bakı Apellyasiya məhkəməsinə qaytarılmalıdır.
11. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)-672/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 noyabr tarixli, 2-2(102)-775/2022 saylı qərardadı ləğv edilsin. 2-2(102)-775/2022 saylı kommersiya işi kassasiya baxışından çıxarılsın və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul olunduğu andan qüvvəyə minir.