Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-777/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli, 22(103)-141/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏH KƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətdə olan SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinin təhvil verilməsi və iddiaçıya dəymiş 64.000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsi təmir olunması üçün cavabdehə 2018-ci il 30 avqust tarixində təhvil verilmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən, iddiaçının mü lkiyyətində olan həmin nəqliyyat vasitəsinin təmiri üçün 2018-ci il 30 avqust tarixində təmirin dəyərinin tam olaraq ödənilməsinə baxmayaraq, avtomobil qısa bir müddət ərzində təmir olunub təhvil verilməli olsa da, təəssüf ki, avtomobil bu günə qədər şirkətə təhvil verilməmişdir. Hər dəfə müraciət etdikdə müxtəlif bəhanələr gətirilmiş, sonuncu dəfə isə 2019-cu ilin dekabr ayının sonunda nəqliyyat vasitəsini qaytarmayacaqları cavabdeh tərəfindən bildirilmişdir. Ona görə də cavabdehə 2020-ci il 8 yanvar tarixində pretenziya məktubu ilə müraciət edilmiş, buna baxmayaraq cavab verilməmişdir. Beləliklə, şirkətin buldozerinin 16 aydan artıq bir müddətdə işləməməsi nəticəsində hər ay şirkətə 4.000 manat, ümumulikdə 64.000 manat məbləğində maddi ziyan dəymişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 202 1-ci il 26 yanvar tarixli, 2-2(113)-239/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Z. Axundova).
4. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində iddianın təmin edilməyən hissəsində qətnamənin qismən ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddianın təmin edilən hissəsində qətnamənin ləğv, iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiy ası məhkəməsindəki birinci icraat
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-2(103)-519/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2021-ci il 26 yanvar tarixli, e-2-2(113)-239/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).
7. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin qismən təmin olunması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Komme rsiya Kollegiyasının 2021-ci il 26 oktyabr tarixli, 2-2(102)-496/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 22 iyun tarixli, 2-2(103)519/2021 saylı qətnaməsi qismən iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, iş ləğv olunmuş hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim -B.Məmmədli, hakimlər İ.Dadaşov və B.Qəribov). ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyun tarixli, 2-2(103)-141/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 yanvar tarixli, e-2-2(113)239/2 021 saylı qətnaməsi mübahisələndirilən- iddianın təmin edildiyi hissəsində dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən-məruzəçi hakim X.Cəmilova, hakimlər A.Oruczadə və M.Tağızadə).
10. Həmin qətnamə 2022-ci il 4 iyul tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
11. Cavabdeh 2022-ci il 13 sentyabr tarixində kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-2(103)-141/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 sentyabr tarixli, 2-2(103)-141/2022 saylı qərardadı ilə cavabdehin kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim X.Cəmilova, hakimlər -A.Oruczadə və M.Tağızadə).
13. Cavabdeh 2022-ci il 30 sentyabr tarixində kassasiya şikayəti ilə və müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 29 iyun tarixli, 2-2(103)-141/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün MPM-nin 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş 2 aylıq müddətin cavabdeh tərəfindən buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi və cavabdehin kassasiya şikayətinin baxılması üçün işin materialları ilə birlikdə Ali Məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
14. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi cavabdehə məxsus elektron kabinetə 2022-ci il 04 iyul tarixində saat 13-00- də yerləşdirilsə də, faktiki olaraq cavabdeh təşkilat qətnamə ilə 2022-ci il 15 iyul tarixində tanış olmuşdur. Bu gecikmənin səbəbi isə cavabdeh Cəmiyyətin fəaliyyətinin kiçildilməsi ilə əlaqədar kadrların ixtisarı və bəzi əməkdaşların məzuniyyətdə olmaları olmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli, 2-2(103)-141/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməmiş, həmin məhkəmənin 2022-ci il 29 iyun tarixli, 2-2(103)-141/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, MPM-in 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilm iş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin hazırkı işdə həmin maddənin tətbiq edilməsi üçün əsaslar mövcud olmamışdır.
17. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünmüşdür ki, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 29 iyun tarixli, 2-2(103)-141/2022 saylı qətnaməsi MPM-in 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2022-ci il 4 iyul tarixdə saat 13:00-da cavabdehə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir (i/v 49). Cavabdehin kassasiya şikayəti isə 2022-ci il 13 sentyabr tarixdə məhkəməyə daxil olmuş, kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Başqa sözlə, şikayətetmə müddəti cavabdehə münasibətdə 2022-ci il 5 sentyabr tarixində (4 sentyabr qeyri-iş vaxtına düşdüyünə görə) bitdiyi halda, kassasiya şikayəti 2022-ci il 13 sentyabr tarixində verilmişdir.
18. Cavadehin “prosessual müddətin bərpası” ilə bağlı verdiyi ərizəsinə gəldikdə (bax yuxarıda §14) məhkəmə qeyd edilmişdir ki, həmin ərizədə göstərilən hal prosessual müddətin buraxılmasının üzrlü hesab olunması üçün əsas vermir. Həmin hallar əsassız olmaqla, müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, ərizə təmin edilməməli və kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsində göstərilən müddətdə verilmədiyinə görə həmin Məcəllənin 408.1, 408.1.4-cü maddələrinə əsasən geri qaytarılmalıdır.
19. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qər ardadının ləğv edilməsi, cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilərək, kassasiya şikayətinin baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin tələbi pozulmuşdur-məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konst itusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 5 dekabr tarixli Qərarı). Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarı).
21. MPM-in 4, 9, 14, 88, və 220-ci maddəsinin tələbləri pozulmuşdur – bü tün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədini daşıyan və məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsini təşkil edən Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsinə, məhkəməyə əlçatanlığın və ictimai etimadın, ədalət və s. prinsiplərə dönmədən riayət edil məsinin təmin edilməsinə yönəlmişdir.
22. Məhkəmələrə əlçatanlığın təmin edilməsi və müraciət imkanlarının daha da genişləndirilməsi həm də sahibkarların hüquqlarının etibarlı müdafiəsi üçün zəruridir. Məhkəmə əlçatanlığı prinsipi ədalətli və qanuna uyğun həyata keçirilməli olan ədalət mühakiməsi konsepsiyasının əsasını təşkil etməklə hər kəsin məhkəmə müdafiəsi hüququndan istifadəsini məhdudlaşdıran və ya istisna edən maneələrin aradan qaldırılmasına yönələn dövlət siyasətinin elementlərinin məcmusu kimi çıxış edir. 23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə hüququnun prinsipləri pozulmuşdur – İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyin i bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 40 7-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətlə ndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti... 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmam ışsa...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 29.Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
30. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələ nmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarı). 31.Qanunla müəyyən edilmiş müddətin bərpa edilməsinin prosessual əsasları MPM-nin 133.1-ci maddəsində müəyyən edilmişdir. Məhkəmə kollegiya sı baxılan işdə həmin maddənin tətbiq edilməsi üçün əsasların olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülki prosessual qanunvericiliklə müəyyən edilmiş şikayətvermə müddətinin üzürlü səbəblərdən buraxılmasını cavabdeh ərizəsində əsaslandırmamış və bu barədə mötəbər sübutları təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin məhkəmə müdafiəsi hüququnun pozulmasına dair dəlillərini (bax yuxarıda § 20-23) əsassız hesab edir.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Gəlinən nəticə MPM-nin 133-cü maddəsinin və Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olduğundan qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edlməməlidir.
33. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli 2-2(103)-141/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: E.Y.Şamayev V.T.Həsənov