Məhkəmə qərarları › İş №2-2(102)-779/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-779/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-779/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı ilk, Cavabdeh1 MTK-nın İddiaçı qarşı qarşılıqlı iddia üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbinə dair ilk, Cavabdeh1 MTK-nın İddiaçı qarşı “ödənilmiş icarə haqqının geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzr ə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 3 iyul tarixli, 2-2(103)563/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 MTK (icarəçi) arasında 2023-cü il 15 noyabr tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verənə məxsus 8 tonluq, 55 metr qolunun uzunluğu, 100 metr hündürlükdə olan 1 ədəd QTZ-80 Qülləli kranı aylıq 7.000 manat icarə haqqı ödəmək şərti ilə icarəçiyə icarəyə verilmişdir.

2. Fövqəladə Hallar Nazirliyinin X2 Görülməsi və Dağ Mədən X7 tərəfindən 2024-cü il 3 yanvar tarixində Şahbazi küçəsi ilə Qırmızı Şərq küçəsi bina 104 ünvanında quraşdırılmış qülləli krana baxış keçirilmiş və kranın texniki pasportu, iş icra la yihəsi, cavabdeh şəxslərin əmri, quraşdırılma aktı, kran operatorunun sertifikatı təqdim edilməmişdir. Texniki sənədlər təqdim olunana qədər kranın istismarı qadağan edilmişdir.

3. Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında kranın sökülməsinə dair 2024-cü il 1 mart tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1 saylı əlavəsinə görə, qeyd edilmiş işin dəyəri 4.000 manat təşkil edir.

4. Qeyd edilmiş kran 2024-cü il 15 aprel tarixində Fövqəladə Hallar Nazirliyinin X2 Görülməsi və Dağ Mədən X7ndə qeydə alınmış və təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə 2024-cü il 1 may tarixli çıxarış verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “MTK”, "xxxx") qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK ilə arasında bağlanılmış müqavilənin ləğv edilməsi, defektoskopiyaya çəkilən xərcə görə 2.150,55 manat, kranın (demontaj) sökülməsinə görə 18.225,00 manat, kranın quraşdırılmasına görə 15.066,00 manat, kranın ayaqlarına (anker) görə 12.150,00 manat, kranın şənbə və bazar günləri işlədilməsinə görə 2.458,20 manat, operatorun şənbə və bazar günləri işlədilməsinə görə 560,85 manat, kranın müqavilə üzrə müəyyən edilmiş saatdan çox işlədilməsinə görə 450,00 manat, cəmi 51.060,60 manat məbləğində pul vəsaitinin MTK-dan, krana dəymiş ziyana görə 100.475,60 manat, ekspertiza xərcinə görə 400,00 manat və əldən çıxmış faydaya görə 306.1 80,00 manat, cəmi 407.055,60 manat və məhkəməyə müraciət üçün vəkil xidmət haqqına görə 3.500,00 manat, dövlət rüsumuna görə 751,62 manat pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, müqavilənin şərtlərinə əsasən icarəyəverən olaraq o, QTZ-80 (yük/q 8 ton № 27507) A-15743 reyestr nömrəli, 8 tonluq, 55 metr qolunun uzunluğu, 100 metr hündürlükdə 1 ədəd qülləli Kranı montaj edərək tam yararlı halda MTK-ya təhvil verməklə müqavilə ilə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Lakin MTK tərəfindən müqavilə üzrə öhdəlikləri lazımi şəkildə icra edilməmiş və pozulmuşdur. Belə ki, MTK ona ünvanlanmış pretenziya məktubunda kranın texniki və hüquqi sənədləri olmadığına g örə kranın istismarının dayandırıldığını bildirmişdir. Tərəfindən cavabdehin pretenziya məktubuna cavab məktubu göndərilmiş və bir sıra məqamlar onların diqqətinə çatdırılmışdır. Fövqəladə Hallar Nazirliyi X3 Görülməsi və X6 Agentliyi (bundan sonra – "xxxx") əməkdaşlarının göstərişi ilə X8 MMC (VÖEN **********) 2024-cü il 9 yanvar tarixli, GSİ-001-2024 saylı müqavilə üzrə İstehsal tarixi 2010 QTZ 80 markalı qülləli kranın defektoskopiya (maqnit toz üsulu ilə və yaxud lazımi hallarda ultarasəs müayinəsi ilə qaynaq tikişlərin və digər hissələrin yoxlanılması) işlərinin aparılması yük sınağının keçirilməsi və istehsal tarixi 2010 QTZ 80 markalı qülləli kranın pasport göstəricilərinin və digər texniki sənədlərinə əsasən müvafıq normativ hüquqi aktların qaydalarına uyğun şəkildə, dövlət dilin ə tərcümə edilməklə (dublikart pasport) sənədlərin yenidən komplektləşdirilməsi işlərinin aparılması üzrə müqavilələrin bağlanılması ödənişinin edilməsi və işlərə start verilməsinə göstəriş verilmişdir. Bunun üçün X8 MMC (VÖEN **********) müqavilə tarixi 2024-cü il 9 yanvar Müqavilə № GSİ-001 2024 saylı müqavilə üzrə tefektoskopiya üçün 1500,00 AZN + 18 % ƏDV(270,00 manat ) = 1770,00 və dublikart pasportun hazırlanması üçün 1500,00 AZN + 18 % ƏDV(270,00 manat) = 1 770,00 manat ödənilmişdir. X8 MMC əməkdaşları MTK-nın ərazisinə gələrək 2024-cü il 15 fevral tarixdə qülləli krana defektskopiya edildikdən sonra 45-55 gün içində defektskopiya və qülləli kranın pasportunu onlara verəcəklərini bildirmişlər. Tərəfindən X8 MMC ilə bağladıqları müqavilənin surəti MTK-ya göndərilmişdir. MTK məktubund a kranın fəaliyyətinin dayandırıldığını qeyd etməsinə baxmayaraq kran 2024-cü il 3 yanvar tarixdən 2024-cü il 26 fevral tarixədək fəaliyyət göstərmişdir. Kranın maşinisti X4 bu halı təsdiq edə bilər. Həmçinin FHN tərəfindən qülləli kranın iddiaçının adına qeydiyyata alınması barədə “Təhlükə ptensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə A-15743 nömrəli Çıxarış və Qeydiyyat nömrəsi 27507 nömrəli Qülləli Kran pasportu” verilmişdir. 2024-cü il 9 yanvar tarixli, GSİ-001-2024 saylı müqavilə üzrə defektoskopiya üçün 1 500,00 manat +18% ƏDV (270, 00 manat) = 1 770,00 manat qülləli kran MTK ərazisində olduğu üçün tərəfindən xərc çəkilmişdir. Belə ki, 1.500,00 manat + 18% ƏDV (270,00 manat) = 1 770,00 manat qülləli kran hər tikinti sahəsində montaj olunduğu zaman tərəfind ən defektoskopiyaya çəkilən xərcə görə dəymiş ziyan kimi 1.770,00 manat ƏDV daxil + 21.5 vergi xərci, yəni 2.150,55 manat MTK tərəfindən iddiaçıya ödənilməlidir. İcarə müqaviləsinin 1.2.3-cü bəndində qeyd edilmişdir ki, qülləli kran 15 aydan az işləyərsə demontaj xərci (sökülməsi) 15.000 manat + 6,5% vergi xərci (hal-hazırda vergi xərci 21,5 %) icarəçi tərəfindən icarəyə verənə, yəni İddiaçı ödənilməlidir. Müqavilə qüvvədə olduğu müddət ərzində iddiaçıya məxsus kran MTK-nın göstərişinə əsasən başqa şirkət, yəni MMC ilə demontaj üçün iddiaçı ilə müqavilə olmamasına baxmayaraq MMC iddiaçıdan icazəsiz qülləli kranını sökmüşdür. Bu səbəbdən MTK müqavilənin 1.2.3-cü bəndinin öhdəliyini pozmuş və 15.000,00 + 21,5%= 18.225,00 manat məbləğində pul MTK tərəfindən iddiaçıya ödənilməlidir. Buna baxma yaraq müqavilədə göstərilmiş qülləli kranın işləməsi üçün 24 aylıq müddət olmasını nəzərə alaraq ilk montaj (kranın quraşdırılması) xərci iddiaçı tərəfimdən çəkilmişdir. Qülləli kranın tırlara yüklənməsi üçün 25 tonluk avtokran 1 gün üçün xərci 400 manat, qülləli kranı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus depoda 8 tır ilə ünvan 2 ünvanına daşınma xərci 8 X 400 = 3200 manat, qülləli kranı 60 tonluk avtokranla 8 tırdan tikini ərazisinə boşaldılma və qülləli kranı quraşdırılması (montajı) xərci 3 gün dekabrın 29, 30, 31 günü daxil olmaqla 60 tonluk avtokranın işləməsi üçün 3 X 800 = 2400 manat, 25 tonluk avtokran ilə qülləli kranın 55 metrlik sterlasını yerinə taxılması 31 dekabr 400 manat və qülləli kranın 35 metrə montajı (qurulması) işçilik xərci 6000 manat, cəmi 12.400 + 21,5% = 15066,00 manat tərəfindən xərc çəkilmişdir. Qeyd olunan məbləğ MTK tərəfindən iddiaçıya ödənilməlidir. İcarə müqaviləsinin 1.2.4-cü bəndinə əsasən əgər sifarişçi betonda qalan qülləli kranın ayaqlarını (ankerini) çıxardıb icarəyə verənə vermədiyi təqdirdə 10.000 manat + 6,5% vergi xərci (hal-hazırda vergi xərci 21,5 %) icarəyə verənə ödənilməlidir. Belə ki, qülləli kran MTK tərəfindən söküldükdən sonra ayaqlar (ankerlər) iddiaçıya geri qaytarılmamışdır. Hal-hazırda da MTK-nın göstərişinə əsasən iddiaçıya məxsus kranın ayaqlarının (ankerlərinin) üstündə MMC tərəfindən şase tipli olan başqa COMANSA ** LC *** markalı qülləli kran montaj edilmişdir. İcarə müqaviləsinin 1.3.1 və 1.3.8-cü bəndlərinə əsasən tərəflər arasında qülləli kranın və operatorun gü n ərzində saat 08:00-dan 18:00 dək aylıq işləmə günü 26 gün, həmin müddətlərdən sonra kranın və operatorun əlavə işlədilməsinə görə 1 saat üçün 37 AZN vergi + 6,5% (hal-hazırda vergi xərci 21.5%) məbləğində pulun verilməsi razılaşdırılmışdır. Lakin müqavilənin qeyd olunan şərtləri də MTK tərəfindən pozulmuş, qülləli kran və operator 2024-cü il 3 yanvar tarixdən 2024-cü il 26 fevral tarixdə saat 13:00-dək dayanmadan bazar günləri də daxil olmaqla (2024-cü il üzrə yanvar ayının 7, 14, 21, 28 və fevral ayının 4,11,18, 25 günləri) daxil olmaqla işləmişdir və MTK bazar günləri üçün ödəniş etməmişdir. MTK kranın bazar günləri işləməsinə görə 6 575 manat: 26 iş günü = 252,90 manat x 8 gün = 2 023,20 manat + 21.5 % vergi xərci = 2 458,20 manat, operatorun isə bazar günləri işləməsinə görə Əmək Məcəlləsinə əsasən tarif (vəzifə) maaşının iki qatı məbləğində 57,70 manat + 21.5 faiz vergi xərci = 70,10 manat x 8 = 560,85 manat pul məbləği MTK tərəfindən ödənilməlidir. Bundan əlavə kran gündəlik müəyyən olunmuş saatlardan əlavə olaraq axşam saat 10dan sonra Şirkətin tikinti ərazisinə gətirilmiş armaturların tırlardan boşaldılmasına görə işlədilmişdir. Belə ki, qülləli kran əlavə 10 saat işlədildiyinə görə görə 37 manat + 21.5 faiz vergi xərci = 45,00 manat x 10 saat = 450,00 manat MTK tərəfindən ödənilməlidir. Həmçinin müqavilə şərtlərinə əsasən MTK-nın ərasizində yerləşdirilmiş iddiaçıya məxsus qülləli kran MMC tərəfindən sökülərək, Bakı şəhəri, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan depoya iddiaçının iştirakı olmadan yığılmışdır. QTZ-80 qülləli kran iddiaçının mülkiyyətindədir və yalnız tərəflər arasında müqavilə ləğv olunacağı təqdirdə şəxsən onun tərəfindən sökülə bilərdi. Lakin MTK müqavilənin bu şərtini kobud surətdə pozmuş, başqa bir şirkətlə müqavilə bağlayaraq kranını sökmüşdür. Sonradan iddiaçı, X4 və X1 iştirakı ilə tərəflərindən krana baxış keçirilən zaman 2024-cü il 14 mart tarixdə saat 16:25-də qülləli kranın üzərində ciddi zədələrin olduğu və qülləli kranın bir çox detalının üzərində olmadığı müəyyən edilmişdir. Tərəfindən qülləli krana dəymiş maddi zərərin müəyyən edilməsi üçün müstəqil ekspertə müraciət olunmuş və 400,00 manat məbləğində pul ödənilmişdir. Müstəqil Ekspert tərəfindən tərtib olunmuş qüsur aktına əsasən qülləli krana 82.695,97 manat manat məbləğində maddi zərər vurulmuşdur. Belə ki, ek spertə ödədiyi 400,00 manat və 82.695,97 manat + 21,5 % vergi xərci = 100.475,60 manat pul məbləği cavabdehlər tərəfindən ona ödənilməlidir. Həmçinin tərəflər arasında olan müqavilə 24 aylıq (2 il) müddətinə bağlanmışdır. Lakin MTK yalançı sahibkarlıq imici yaradaraq və onun həmin şirkətə qarşı etibarından sui-istifadə edərək icarə müqaviləsi bağlanılmışdır. Lakin MTK müqaviləni bağladıqdan sonra müqavilənin şərtlərinə əməl etməmiş, öz üzərinizə düşən öhdəlikləri yerinə yetirməmiş, yəni icarə predmetini müqavilə qüvvədə olan müddət ərzində onun icazə və iştirakı olmadan ona məxsus olan qülləli kranı sökmüş, həmin krandan istifadə edərək faydalanmış və gəlir əldə etmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun öz əmlakından istifadə etmək hüquqları pozulmuş, öz mülkiyyətindən istifadə edə bilməmiş, nəticədə gəlir, fayda götürə bilməmiş, üzərində olan digər öhdəlikləri (vergi və s) yerinə yetirməkdə çətinliklər yaratmış, həm mənəvi, həm də psixoloji cəhətdən sarsılmış və fərdi sahibkar kimi işgüzar nüfuzuna xələl gətirilmişdir. Bundan əlavə, MTK ilə müqavilə bağlamamışdan əvvəl o, başqa bir şirkətə kranın icarəyə verilməsi barədə müqavilə bağlamışdır. Lakin sonradan MTK ilə razılaşıb müqavilə bağlasa da cavabdeh müqavilənin şərtlərini pozmuş və bu səbəbdən ona xeyli zərər vurmuşdur. Qülləli kranının ayaqlarını (ankerlərini) və krana məxsus işləməsi üçün zəruri olan hissələrini vermədiyi üçün o, başqa bir şirkətlə müqavilə bağladığına görə kranını işə qoya bilmir. Çünki MTK onun kranının ayaqlarını (ankerlərini) və avadanlıqlarını hələdə verməmiş və bu səbəbdən o, xeyli miqdarda gəlir əldə etməkdən məhrum olmuşdur. Tərəfindən kranın icazsi olmadan sökülməsi ilə bağlı polisə müraciət olunmuşdur. MTK 2024-cü il 12 mart tarixdə QTZ-80 markalı qülləli kranını demontaj etdikdən sonra QTZ-80 markalı qülləli krana aid olan ayaqlarını (ankerlərini) ona 3 və ya 4 gün ərzində verəcəklərini bildirmişdilər və bu səbəbdən 2024-cü il 18 mart tarixdə başqa bir şirkət olan BST MMC ilə QTZ-80 markalı qülləli kranın icarəyə verilməsi üçün 24 aylıq (1 ayda 26 gün) aylıq qiyməti 10.500 manat + 21.5 % vergi xərci müqaviləsi bağlamışdır. Lakin cavabdehlər ona xeyli miqdarda 10.500,00 manat x 21,5% = 12.757,50 manat x 24 ay =306 180,00 manat məbləğində ziyan vurmuş və həmin məbləğ əldən çıxmış fayda olaraq cavabdehlər tərəfindən ona ödənilməlidir.

7. Cavabdeh MTK iddi açıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan cavabdeh tərəfindən ödənilmiş 14.300 manat icarə haqqının, kranın quraşdırılması üçün cavabdehə ödənilmiş 2.150 manat pulun, cavabdeh MMC-yə kranın sökülməsi üçün ödənilmiş 4.000 manat pulun və cavabdeh MTK-ya dəymiş 200.000 manat maddi ziyanın alınaraq cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, kran tikinti ərazisində quraşdırıldıqdan sonra, kranın texniki və hüquqi sənədləri onlara təqdim edilməli idi, lakin kifayət qədər müddət keçməsinə baxmayaraq, həmin sənədlər onlara təqdim edilməmiş və buna görə də, FHN-nin əməkdaşları tərəfindən 2024-cü il 3 yanvar tarixdə akt tərtib edilərək kranın istismarı qadağan edilmişdir. Həmçinin 2 014-cü il 19 yanvar tarixdə məktub verərək kranın istismarının qadağan edilməsi barədə bir daha xəbərdarlıq edilmişdir. Buna baxmayaraq cavabdehə icarə haqqı ödənilmişdir ki, iddiaçı qeyd olunan nöqsanları qısa müddətdə aradan qaldırsın. Kran artıq quraşdırıldığına görə, vaxt və artıq xərc itkisinə məruz qalmamaqdan ötrü iddiaçıya maksimum vaxt verilmiş və kran işləməsə belə pul ödənilmişdir ki, problemləri həll etsin və tikinti dayanmasın. Kifayət qədər müddət keçməsinə baxmayaraq cavabdeh sənədləri təqdim etməmiş və kranın istismarına icazə ala bilməmişdir. İddiaçı kranın istismarına icazə ala bilməsə də, kranın da sökülərək tikinti sahəsindən götürülməsini təmin etməmişdir. Ona görə də, iddiaçı ilə arasında olan 2023cü il 15 noyabr tarixli N» AL-15/11/23 saylı icarə müqaviləsi birtərəfl i qaydada ləğv edilmiş və ona pretenziya verilərək 1 ədəd Qülləli kranın sökülərək-tikinti ərazisindən götürülməsi və ödənilmiş icarə haqqının geri qaytarılması təklif olunmuşdur. Əks təqdirdə həmin kranın sökülməsinin tərəfindən təmin olunacağı və ona artıq ödənilmiş icarə haqqının qanunvericiliyə uyğun geri tələb olunacağı bildirilmişdir. İddiaçı isə kranın söküntüsünü təmin etməmiş, əksinə özünün düşündüyü fərziyyələrlə dolu pretenziyasını yollamışdır. Halbuki, iddiaçı nəzərə almalı idi ki, MTK hündürmərtəbəli yaşayış binalarını inşa edir, həmin ərazidən köçürülmüş sakinlərə hər ay külli miqdarda vəsait ödəyir və tikintinin bir gün belə dayanması MTK-nın külli miqdarda vəsaitin itirməsi ilə nəticələnir. Beləliklə, iddiaçı müqavilə öhdəliklərini pozmuş və buna görə binanın tikintisi 2 (i ki) ay gecikmişdir. Bunun da nəticəsi olaraq MTK-ya 200.000 manat maddi ziyan dəymişdir.

9. MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 21 fevral tarixli, e-2-2(113)-299/2025 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, 2023-cü il 15 noyabr tarixli icarə müqaviləsinin ləğv edilməsi, QTZ80 modelli qülləli kranın ayaqlarının qaytarılmamasına görə 10.000 manat pul vəsaitinin, habelə hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərclərin əvəzi olaraq 1.000 manat pul vəsaitinin MTK-dan tutularaq iddiaçıya verilməsi; qarşılıqlı iddia da qismən təmin edilərək, ödənilmiş icarə haqqının əvəzi olaraq 14.300 manat pul vəsaitinin və QTZ80 modelli qülləli kranın sökülməsinə çəkilmiş xərclərin əvəzi olaraq 4.000 manat pul vəsa itinin iddiaçıdan tutularaq MTK-ya qaytarılması, habelə pul tələblərinin qismən əvəzləşdirilməsi yolu ilə 7.300 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq MTK-ya ödənilməsi qət edilmişdir (hakim – K.Hüseynov).

11. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli kran 2023-cü ilin dekabr ayının sonlarında quraşdırılmış və 2024-cü il 12 mart tarixində sökülmüşdür. Həmin krana xidmətin aparılması ilə bağlı MMC ilə X8 MMC arasında 2024-cü il 9 yanvar tarixli müqavilə bağlanmış və müqavilənin dəyəri 3.540 manat olmuşdur. Qeyd edilmiş 3.540 manat məbləğində pul iddiaçı tərəfindən 2024-cü il 8 fevral tarixində MMC-yə köçürülmüş, sonuncu isə bu pulu 2024-cü il 9 fevral tarixində X8 MMC-nin hesabına köçürmüşdür. Kranın defektoskopiya işlərinə dair X8 MMC tərəfindən hesabat hələ 2024-cü il 15 yanva r tarixində tərtib edilmişdir. Həmçinin dekabr ayının sonunda quraşdırılmış olan kranın istismarı 2024-cü il 3 yanvar tarixindən FHN tərəfindən qadağan edilmişdir. Məhkəmə iclasında iddiaçıdan MTK tərəfindən kranın sökülməsi təklifinin ona edilməsi halı soruşulmuş, iddiaçı da, kranın sökülməsi barədə təklifin 2024-cü il 1 mart tarixində edildiyini bildirmişdir.

12. Məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən icarəyə verilmiş kran FHN-də 2024-cü il 15 aprel tarixində qeydə alındığı üçün, həmin kranın fəaliyyət göstərməsi qeyri-mümkün olmuş və əgər də, bir müddət fəaliyyət göstərmiş olsa da, fəaliyyəti qanunsuz olmuşdur.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək, iddiaçı ilə əmək müqaviləsi olduğunu, operator vəzifəsində çalışdığını, kranın 2023-cü ilin dekabr ayını n 26-27-də quraşdırıldığını, 2024-cü ilin yanvar ayında gəlib kran operatoru işlədiyini, kranın sənədlərinin hazır olmadığının bilmədiyini, fevral ayında da, kranın işlədiyini bildirmişdir.

14. Məhkəmə şahidin iş üzrə iddiaçı ilə əmək münasibətlərində olmuş olduğundan və kranın da, istismarının müvafiq dövlət orqanı tərəfindən qadağan edildiyindən, eyni zamanda da, kranın yanvar və fevral ayında işləməsi ilə bağlı hər hansı bir başqa sübut təqdim edilmədiyindən onun vermiş olduğu ifadəyə tənqidi yanaşmışdır.

15. Həmçinin məhkəmə bildirmişdir ki, məhkəmə iclasında cavabdeh MTK-dan əgər qeyd edilmiş krandan istifadə edilməyibsə, necə tikilməkdə olan binanın bir neçə mərtəbəsinin tikintisinin həyata keçirildiyi halı soruşulmuş və cavabdeh MTK da binanın ilk mərtəbələrinin tikilməsi zamanı avt okranlarla gündəlik lazım olan məmulatların qaldırıldığını bildirmişdir. Göründüyü kimi, MTK tərəfindən iddiaçıya icarə haqqı ödənilmiş olsa da, icarə obyektindən istifadə etmək imkanı olmamışdır. Ona görə də, müqavilədən imtinası əsaslı olmuşdur.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən kranın defektoskopiyası üçün çəkilmiş xərcin əvəzi olaraq 2.150,55 manat məbləğində pulun tələb edilməsi əsassızdır. Belə ki, qeyd edilmiş kranın istismarının MTK tərəfindən mümkün olmaması kranın defektoskopiyasının keçirilməsi xərcinin ondan tələb edilməsi əsassızdır.

17. Bundan başqa, işin mübahisləndirilməyən digər halı ondan ibarətdir ki, kran söküldükdən sonra onun "xxxx" MTK-da qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.2.4-cü bəndinə görə, əgər sifarişçi betonda qalan qül ləli kranın ayaqlarını çıxarıb icraçıya verməsə 10.000+vergi xərci 6,5 faiz sifarişçi tərəfindən icraçıya ödəniləcək. Göründüyü kimi, tərəflər özləri kranın ayaqlarının verilmədiyi təqdirdə, 10.000 manat pulun icarəçi tərəfindən icarəyə verənə ödənilməsi barədə razılığa gəlmişlər. Ancaq məhkəmə iclasında 6,5 faiz vergi xərcinin nədən ibarət olmasını iddiaçı tərəf əsaslandıra bilməmiş və bu barədə qanunvericilikdə hər hansı bir müddəa yoxdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, kranın ayaqları MTK tərəfindən iddiaçıya verilmədiyi üçün 10.000 manat məbləğində pul MTK-dan tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə ilk iddianın krana dəymiş ziyanın əvəzi olaraq 100.475,6 manat pulun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf iddianın qeyd olunan hissəsi ilə bağlı müstəqil ekspert Əmrulla Kərimov tərəfindən verilmiş 2024-cü il 25 aprel tarixli mütəxəssis rəyinə istinad etmişdir ki, həmin rəydə krana dəymiş ziyan 82.695,97 manat qiymətləndirilmişdir. Rəyin məzmununa görə, kranın ayaqlarının dəyəri olaraq 10.000 manat pul da, bu qiymətin daxilindədir. Kranın 2024-cü il 12 mart tarixində sökülməsi işin mübahisələndirilməyən halıdır ki, qeyd edilmiş rəy isə kran söküldükdən dərhal sonra deyil, 1 aydan daha çox vaxt keçdikdən sonra verilmişdir. Bundan başqa, iş materiallarına görə, iddiaçı ilə "xxxx" MMC arasında qeyd edilmiş kranın icarəyə verilməsi barədə 2024cü il 18 mart tarixində icarə müqaviləsi bağlanmışdır. "xxxx" MMC tərəfindən iddiaçıya 2024-cü il 29 mart tarixində məktub göndərilmiş və qeyd edilmiş kranın ayaqlarının onlara təhvil verilmədiyi üçün 202 4-cü il 18 mart tarixində icarə müqaviləsinin xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İddiaçı ilə "xxxx" MMC arasında 2024-cü il 18 mart tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair 2024-cü il 15 aprel tarixli saziş bağlanmışdır.

19. Bu xüsusda məhkəmə qeyd etmişdir ki, 2024-cü il 12 mart tarixində cavabdeh MTK tərəfindən sökülərək iddiaçıya verilmiş olan krana dair, iddiaçı ilə "xxxx" MMC arasında 2024-cü il 18 mart tarixində icarə müqaviləsi bağlanmışdır və icarə müqaviləsinin ləğv edilmə səbəbi məhz kranın ayaqlarının olmaması olmuşdur, yəni əgər kranda başqa hər hansı bir ziyan dəymiş olsa idi, iddiaçı bunu digər bir şirkətlə müqavilə bağlamamışdan öncə cavabdeh MTK-dan tələb etmiş olardı.

20. Məhkəmə vurğulamışdır ki, qeyd edilmiş müqavilənin icrasının baş tutma ma səbəbi ancaq kranın ayaqlarının olmaması olmuşdur. Yəni, 2024-cü il 12 mart tarixində MTK tərəfindən kran sökülərkən ona ziyan dəymiş olsa idi, iddiaçı digər hüquqi şəxslər müqavilə bağlamaz, öncə ziyanı aradan qaldıra bilərdi. Ancaq verilmiş rəyin tarixinin 2024cü il 25 aprel olması, o nəticəyə gəlmək üçün əsas vermişdir ki, 2024-cü il 12 mart tarixində kran sökülməsi ilə, ona ziyan dəyməsi arasında hər hansı bir bağlılıq mövcud deyil.

21. Bundan başqa məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında hər iki tərəfdən kran sökülərkən iddiaçının orada iştirak etməsi halı soruşulmuş, hər iki tərəf və şahid iddiaçının söküntü prosesində bilavasitə iştirak etməsə də, söküntü prosesini izlədiklərini bildirmişlər. Qeyd edilmiş hala görə, əgər karana söküntü zamanı ziyan dəymiş olsa idi, kranın s ökülməsi prosesini izləmiş olan iddiaçı bu məsələyə daha operativ və qısa müddətdə münasibət bildirmiş olardı. Ona görə də, məhkəmə hesab etmişdir ki, krana əgər hər hansı bir ziyan dəymiş olsa da, bunun MTK-nın sifarişi əsasında MMC tərəfindən aparılmış söküntü ilə əlaqəsi yoxdur və qeyd edilən hissədə iddiaçının iddiası təmin edilə bilməz.

22. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı kranın sökülməsi ilə bağlı 18.225 manat tələb etsə də, kranın sökülməsi onun tərəfindən aparılamışdır, quraşdırılması ilə bağlı 15.066 manat tələb etsə də, bu pulun nədən ibarət olmasını əsaslandıra bilməmişdir, kranın və operatorun şənbə bazar günləri işləməsinə, kranın müqavilədə nəzərdə tutulmuş saatdan artıq işləməsinə görə pulun tutulmasına görə pulun tutulmasını tələb etsə də, kranın işləməsi halını sübut edə biməmişdir. Belə ki, Fövqəladə Hallar Nazirliyinin X2 Görülməsi və Dağ Mədən X7 tərəfindən 2024-cü il 3 yanvar tarixindən kranın istismarı qadağan edilmişdir.

23. Məhkəmə həmçinin bildirmişdir ki, iddiaçı əldən çıxmış faydanın nədən olmasını da, əsaslandıra bilməmişdir. Bundan başqa, cavabdeh MTK tərəfindən müqavilədən imtina edilməsinin səbəbi məhz iddiaçının öz üzərinə düşən öhdəliyi vaxtında icra etməməsi olmuşdur. İş materiallarına görə, cavabdehlər arasında iddiaçıya məxsus kranın sökülməsi ilə bağlı, 2024-cü il 1 mart tarixində xidmət müqaviləsi bağlanmış və kranın sökülməsi xərci 4.000 manat təşkil etmiş və qeyd edilmiş pul MTK tərəfindən MMC-yə ödənilmişdir.

24. Məhkəmə hesab etmişdir ki, iddiaçının müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməməsi, yəni əşya kirayəçi nin istifadəsi üçün sənədlərin hazır olmaması, kranın müvafiq dövlət orqanında qeydiyyatdan keçməməsi səbəbindən yararlı vəziyyətdə olmaması nəticəsində dəymiş zərəri ödəmək öhdəliyi də yaranmışdır. Ona görə də, MTK tərəfindən MMC-yə ödənilmiş kranın sökülməsi xərci olaraq 4.000 manat məbləğində pul iddiaçıdan tutularaq MTK-ya ödənilməlidir.

25. Məhkəmə həmçinin hesab etmişdir ki, MTK-nın tələb etdiyi kranın quraşdırılması ilə bağlı iddiaçıya ödəmiş olduğu 2.150 manat pul tələbi təmin edilə bilməz. Odur ki, MTK iddiaçıya aid kranın sənədlərinin hələ hazır olmadığını bilmiş, sənədlərin ağlabatan müddətdə hazır olacağına gözləməyə razı olmuş və qeyd edilmiş krandan müvafiq dövlət orqanı tərəfindən istismarının qadağan edilməsinədək istifadə etmişdir. Bundan başqa, MTK-nın 200.000 manat maddi ziyanın ödənilməsi ilə bağlı tələbi təmin edilə bilməz. Belə ki, MTK qeyd edilən maddi ziyanın nə ilə bağlı olmasını əsaslandıra bilməmişdir.

26. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.2, 421.2, 421.3, 675, 676.0, 676.0.1, 676.0.2, 677.1, 677.1.1, 677.1.2, 677.1.3, 677.1.4, 700.1, 700.2, 700.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

27. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin tam təmin, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kolle giyasının 2025-ci il 3 iyul tarixli, 2-2(103)-563/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).

29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini (mübahisələndirilən hissədə) işin hallarına uyğun və əsaslı, apellyasiya şikayətində irəli sürülən dəlillərini (defektoskopiya və digər xərclərlə bağlı) isə əsassız hesab edərək qeyd etmişdir ki, icarə müqaviləsinə əsasən, icarəyə verən icarə obyektini saz vəziyyətdə icarəçiyə təqdim etməlidir. Həmçinin müqavilənin 2-ci bəndinə əsasən, aylıq servis aylıq icarə qiymətinə daxildir.

30. Məhkəmə müqavilə şərtlərinin MTK tərəfi ndən pozularaq qülləli kranın iddiaçı tərəfindən yox, başqa şirkət tərəfindən sökülüb depoya aprılması dəlillinə münasibətdə bildirmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində qüllənin kranın kim tərəfindən sökülməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamış, yalnız kranın ərazidə yeri dəyişdirilərsə demontaj olunub başqa bir yerdə montaj olunarsa sifarişçi tərəfindən xərcin icraçıya ödənilməsi nəzərdə tutulmuşdur.

31. Həmçinin məhkəmə qeyd etmişdir ki, MTK-nın sədri tərəfindən iddiaçıya ünvanlanmış pretenziya məktubuna əsasən, FHN tərərfindən kranın istismarı qadağan olunduğundan kranın sökülərək tikinti ərazisindən götürülməsi, bu təmin olunmadığı təqdirdə sökülmənin tərəflərindən təmin olunacağı və ödənilmiş icarə haqlarının geri tələb olunacağı bildirilmişdir.

32. Məhkəmə bildirmişdir ki, iddiaçı apellyasiya şiakyətinin dəlillərində qülləli krandan MTK tərəfindən istifadə edilərək faydalanmasını bildirsə də buna dair hər hansı bir sübut, həmçinin kranda zədələrin müəyyən olunduğuna dair qüsur aktı tərtib olunmasını qeyd etsə də, həmin zədələrin MTK tərəfindən istifadə zamanı və ya kranın sökülüb daşınması zamanı baş verdiyinə dair sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı dəlillərdə kranın söküntüsünü müşahidə etdiyini bildirmişdir. Belə olan halda iddiaçı tərəfindən icarə obyektinə dərhal baxış keçirilərək zədələrin müəyyən olunması və qarşı tərəfə bildirilməsinə dair hər hansı sübut əlavə edilməmiş, qüsur aktı kranının söküntüsündən xeyli müddət keçdikdən sonra qarşı tərəfə məlumat verilmədən tərtib olunmuşdur.

33. Apellyasiya məhkəməsi gəldi yi nəticəni MM-in 421.2, 421.3, 427.3, 442, 443.1, 675, 676.0, 677.1, 677.1.1, 677.1.2, 677.1.3, 677.1.4 və 700.1-ci maddələrinə, MPM-in 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

34. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin tam təmin, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. MM-in 21.1, 421.2 və 421.3-cü maddələri üzrə - qarşı tərəf qaldırıcı kranın iddiaçıya aid olan sənədlər hissəsinin hazırlandığını bildiyi halda müqaviləyə razılaşmış və kran həmin ərazidən sökülənədək MTK tərəfindən istifadə olunmaqla yaşayış binasının bir neçə mərtəbəsi tikilmişdir. Həmçinin MTK birtərəfli qaydada müq avilə öhdəliklərindən yayınmaqla iddiaçıya maddi ziyan vurmuşdur.

36. MM-in 677.1.2, 677.1.3, 677.1.4 və 700.1-ci maddələri üzrə - cavabdeh tərəf uyğunsuzluğun olduğunu əvvəlcədən də, bilirdi və kirayəverənin onun həlli istiqamətində addımlar atdığını açıq-aşakar görürdü. Belə ki, Fövqəladə Hallar Nazirliyi X3 Görülməsi və DağMədən X7 əməkdaşlarının göstərişi ilə X8 MMC (VÖEN **********) xx.xx.2024 cü il tarixli, GSİ-001-2024 saylı müqavilə üzrə İstehsal tarixi 2010 QTZ 80 markalı qülləli kranın defektoskopiya işlərinin aparılması yük sınağının keçirilməsi və istehsal tarixi 2010 QTZ 80 markalı qülləli kranın pasport göstəricilərinin və digər texniki sənədlərinə əsasən müvafıq normativ hüquqi aktların qaydalarına uyğun şəkildə, dövlət dilinə tərcümə edilməklə (dublikart pasport) sənədlərin yenidən komplektləşdirilməsi işlərinin aparılması üzrə müqavilələrin bağlanılması ödənişinin edilməsi və işlərə start verilməsinə göstəriş verilmişdir. Bunun üçün X8 MMC-yə müqavilə üzrə defektoskopiya üçün 1770 manat və dublikart pasportun hazırlanması üçün 1770 manat ödənilmişdir. X8 MMC əməkdaşları Parktoun MTK-nın ərazisinə gələrək xx.xx.2024 cü il tarixdə qülləli krana defektskopiya edildikdən sonra 45-55 gün içində defektskopiya və qülləli kranın pasportunu verəcəklərini bildirmişlər. Həmin müqavilənin surəti cavabdeh "xxxx" MTK-ya göndərilmişdir. Cavabdeh məktubunda kranın fəaliyyətinin dayandırıldığını qeyd etməsinə baxmayaraq kran xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyət göstərmişdir. Kranın maşinisti X4 birinci instansiya məhkəməsində şahid qismində iştir ak edərək bu halı təsdiq etmişdir. Həmçinin, Fövqəladə Hallar Nazirliyi X3 Görülməsi və Dağ Mədən X7 tərəfindən qülləli kranın mənim adıma qeydiyyata alınması barədə “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə A15743 nömrəli Çıxarış və Qeydiyyat nömrəsi 27507 nömrəli Qülləli Kran pasportu” verilmişdir. Cavabdeh iddiaçı ilə əməkdaşlığı dayandırdıqdan sonra yeni şirkətlə də qaldırıcı kranla bağlı müqavilə bağlasa da, həmin şirkətin kranının texniki sənədləri olmadan işlətmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək qaldırıcı krandan davamlı şəkildə istifadə etsə də, icarə haqqını ödəməkdən yayınmışdır.

37. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə şahid F.Hüseynovun ifadəsinə tənqidi yanaşmışdır. Halbuki həmin şəxsin anten məlumat dairəsini əldə etməklə və DƏDRX-dən tikinti ərazisinin müxtəlif günlərə dair ortofoto görüntülərini tələb etməklə, şahidin MTK-nın istifadəsində olan ərazidə kran idarə edib-etməməsini dəqiqləşdirə bilərdi. Lakin məhkəmə işi sonuna kimi araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə

427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutu rsa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verm əyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. “Maddə

676. Kirayəyə verənin məsuliyyəti 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır;” “Maddə

677. Əşya müqaviləyə uyğun gəlmədikdə kirayəçinin hüquqi müdafiə vasitələri 677.1. Əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.1. əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur; 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.3. bundan savayı, kirayəyə verənin gecikdirməsi halında kirayəçi qüsuru özü aradan qaldıra bilər və çəkdiyi zəruri xərclərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.4. əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvin ə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. 677.2. Əgər kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, o bu Məcəllənin 677.1- ci maddəsində müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməz. Əgər kirayəçi qüsuru bilə-bilə müqavilənin şərtlərinə uyğun gəlməyən əşyanı qəbul edirsə, bu hüquqlardan yalnız o halda istifadə edə bilər ki, əşyanı qəbul edərkən onları həyata keçirmək hüququnu özündə saxlamış olsun. Bu (677.2) maddənin müddəaları bu Məcəllənin 677.1.4-cü maddəsinə uyğun olaraq, müqavilənin pozuntularına tətbiq edilmir.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İ carə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya inst ansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apel lyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 43.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 44.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 45.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin l əğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi hallar üzrə kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. 46.Əlavə olaraq kollegiya qeyd edir ki, MM-in 677.1-ci maddəsində əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun olmadığı hallar üçün kirayəçinin hüquqi müdafiə vasitələri qeyd edilmişdir. 47.Həmin hüquqi müdafiə vasitələrinin biri ondan ibarətdir ki, əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur (MM-in 677.1.4-cü maddəsi). 48.Bununla yanaşı, MM-in 677.2-ci maddəsində müəyyən edilmişdir ki, əgər kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, o bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməz. Əgər kirayəçi qüsuru bilə-bilə müqavilənin şərtlərinə uyğun gəlməyən əşyanı qəbul edirsə, bu hüquqlardan yalnız o halda istifadə edə bilər ki, əşyanı qəbul edərkən onları həyata keçirmək hüququnu özündə saxlamış olsun. Bu (677.2) maddənin müddəaları bu Məcəllənin 677.1.4-cü maddəsinə uyğun olaraq, müqavilənin pozuntularına tətbiq edilmir. 49.Qeyd olunan maddədən müəyyən edilir ki, kirayəçi kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu barədə məlumatlı olmuşdursa və bunu bilə-bilə əşyanı qəbul etmişdirsə MM-in 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməz. Eyni zamanda, bu qaydadan iki istisna hal müəyyən edilmişdir. Birincisi – kirayəçi əşyanı qəbul edərkən MM-in 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqlarını həyata keçirmək hüququnu özündə saxlamışdır. İkincisi isə MM-in 677.2-ci maddəsində müəyyən edilən qayda MM-in 677.1.4-cü maddəsində qeyd edilən hallara tətbiq edilmir. 50.Aşağı instansiya məhkəmələri tərəfindən də müəyyən edilmişdir ki, icarə müqaviləsinin predmeti olan qaldırıcı kran cavabdehə təhvil verildikdən bir neçə gün sonra səlahiyyətli dövlət orqanı tərəfindən onun istifadəsinə qadağa qoyulmuşdur. Göründüyü kimi icarəçi olan cavabdehin MM-in 677.1.4-cü maddəsində göstərilən hüquqları yaranmışdır. Ona görə də, onun icarəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu barədə məlumatlı olması və bunu bilə-bilə əşyanı qəbul etməsinin hər hansı əhəmiyyəti yoxdur. Çünki yuxarıda qeyd edildiyi kimi MM-in 677.2-ci maddəsində müəyyən edilən qayda MM-in 677.1.4-cü maddəsində qeyd edilən hallara tətbiq edilmir. 51.Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır. 52.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassas iya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 53.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı). 54.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğu n qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 55.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, məhkəmələr tərəfindən MPM-in 14.1-ci maddəsinin tələbləri pozulmuş olsun, həmçinin iddiaçının istinad etdiyi dəlillərə və təqdim etdiyi sübutlara qiymət verilməmiş olsun. Lakin hazırkı işdə həmin pozuntuya yol verilməmiş, apellyasiya məhkəməsi iddiaçının dəlillərinə və sübutlarına qiymət vermiş və MPM-in 392.2-ci maddəsinə uyğun olaraq qətnamədə bununla bağlı mövqeyini qeyd etmişdir. 56.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 57.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 3 iyul tarixli, 22(103)-563/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar