Məhkəmə qərarları › İş №2-2(102)-78/2019

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-78/2019

21.01.2019 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-78/2019 21.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-2(102)-78/19 QƏRARDAD Bakı şəhəri 2019-cu il 21 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Kamil oğlu Hüseynov İddiaçı x1-nin cavabdehlər x2-yə və Xəzər rayon İcra və Probasiya Şöbəsinə qarşı (üçüncü şəxs: x3) “qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 22 noyabr tarixli 2-2(103)-910/2018 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini və işin materiallarını nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdim. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək x2-nin 2008-ci il 28 mart tarixli, 18-069 nömrəli qiymətl əndirmənin nəticələri haqqında hesabatının ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 sentyabr tarixli 2-2(81)824/2018 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2018-ci il 22 noyabr tarixli 2-2(103)-910/2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Əsaslandırıcı hissə: Kassasiya şikayəti aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi...əlavə olunur. İddiaçının şikayətinə əlavə edilmiş order iddiaçı x1-yə deyil, icraat ın iştirakçısı olmayan x4-yə hüquqi xidmət göstərilməsi üçün verilmişdir. Beləliklə, şikayətə səlahiyyətli vəkilin orderi əlavə edilməmişdir. MPM-in 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi... əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. MPM-in 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3. - 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilən normaların tələblərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmadığından kassasiya şikayəti işlə birlikdə həmin məhkəməyə qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 408-ci maddələrinə əsasən, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2 018-ci il 22 noyabr tarixli 2-2(103)-910/2018 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar