Məhkəmə qərarları › İş №2-2(102)-78/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-78/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-78/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı ilk, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, icra obyektinin subicarəyə verilməsi, əqdin etibarsızlığı, müvafiq razılığının alınmamasına görə etibarsızlıq, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaç ı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) pul tələbinə dair ilk, Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı icarə müqaviləsinə əlavənin və aktın etibarsız hesab edilməsi barədə qarşılıqlı tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 avqust tarixli 2-2(107)-80/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC və üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Cavabdeh MMC (investor) ilə "xxxx" ASC (tərəfdaş) arasında 2020-ci il 28 oktyabr tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, tərəfdaş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özünə məxsus Zaqatala rayon Yuxarı Tala kəndində yerləşə n tütün emal zavodunun ərazisini və tikililəri təqdim edir, investor bu ərazidə rekonstruksiya və bərpa işlərini aparıb, avadanlıqlarla təchiz edib, istehsal sahəsi qurur. İnvestor bütün bu işləri öz hesabına aparır və investisiya fəaliyyətinin nəticəsi olaraq quru tütün yarpağının satış dövriyyəsindən tərəfdaşa il ərzində 2.5% mənfəət ödəyir.

2. Eyni tərəflər arasında 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, "xxxx" ASC Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən binanın 1 nömrəli əlavədə göstərilmiş hissəsini müqavilənin şərt və müddəalarına əsasən və əlavədə göstərilmiş plana uyğun olaraq Cavabdeh MMC-nin icarəsinə verməyi, icarəçi isə obyekti qəbul etməyi öhdəsinə götürmüşdür.

3. Həmin müqavilənin müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutu lmuşdur: - 2.4-cü bənd: Obyektin təqribi sahəsi 8.333,33 kv.m təşkil edir və onun sərhədləri əlavədə öz əksini tapmışdır. - 2.5-ci bənd: Obyekt faktiki olaraq təhvil verildikdə yekun ölçmə işləri aparılacaq və zəruri olarsa icarə haqqı səthin yekun real sahəsinə müvafiq olaraq uyğunlaşdırılacaqdır. - 3.2-ci bənd: Tərəflər arasında bağlanmış 2020-ci il 28 oktyabr tarixli 001/20JV nömrəli birgə fəaliyyət müqaviləsinin 5.1-ci bəndi nəzərə alınmaqla hazırkı müqavilə 10 il müddətində qüvvədədir. Birgə fəaliyyət müqaviləsinə vaxtından əvvəl xitam verilərsə birgə fəaliyyət müqaviləsinə xitam verilən tarixdən hazırkı müqavilə öz qüvvəsini itirir. - 4.1-ci bənd: icarə haqqı hər kv.m üçün 1 manat olmaqla 8.333,33 manat təşkil edir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsə lələri Dövlət Xidməti (icarəyə verən) ilə İddiaçı ASC (icarəçi) arasında bağlanmış “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 2022-ci il 18 avqust tarixli 3333 nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 1i ünvanındakı əmlak kompleksinin yerləşdiyi 60.186,4 kv.m torpaq sahəsini 2 il müddətinə illik icarə haqqı 9.000 manat, aylıq icarə haqqı məbləği 750 manat olmaqla icarəçinin müvəqqəti icarəsinə vermişdir. Həmin müqavilənin 2.2-ci bəndinin 3-cü abzasına əsasən, icarəçi icarəyə verənin yazılı razılığı ilə torpaq sahəsini subicarəyə verə, icarə hüquqlarını girov qoya bilər. 5. 2023-cü il 10 fevral tarixində "xxxx" ASC-nin sədri, səd r müavini, baş mühasibi, Cavabdeh MMC-nin direktoru (Fuad İmanov) və baş mühasibinin (Kamran Hazmanov) iştirakı ilə icarə və faktiki istifadəyə verilmiş ərazilər internet proqramı olan Google Earth vasitəsilə və faktiki olaraq əllə ölçülmüş, ölçmə zamanı icarəyə verilən ərazinin müqavilədə qeyd edildiyi kimi 8.333,33 kv.m deyil, faktiki 58.048 kv.m olması, həmin ərazidən məişət tullantıları atılan birgə istifadədə olan ərazi daxil edilməsə icarəçinin icarəyə verənə məxsus 54.143 kv.m ərazidən istehsalat məqsədləri üçün faktiki istifadə etməsi, lakin təkcə 8.333,33 kv.m ərazinin icarə haqqını ödəməsi müəyyən edilərək icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında akt tərtib edilmiş və akt iştirak edən bütün şəxslərin imzaları ilə təsdiq edilmişdir. 6. "xxxx" ASC ilə Cavabdeh MMC arasın da tərtib edilmiş 2023-cü il 10 fevral tarixli icarə müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, 2020-ci il 1 noyabr tarixli müqavilənin bir neçə bəndində, o cümlədən 2.4 və 4.1-ci bəndlərində dəyişiklik edilərək, müəyyən edilmişdir ki, obyektin sahəsi 54.000 kv.m təşkil edir və onun sərhədləri haqqında məlumat müqaviləyə əlavə olunur. İcarə haqqı hər kv.m üçün 1 manat olmaqla ümumilikdə 54.000 manat təşkil edir. Əlavəni Cavabdeh MMC-nin adından direktoru qismində Fuad İmanov imzalamış və əlavəyə MMC-nin möhürü vurulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 7. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) X3” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə müqaviləsi əsasında fevral ayı üçün 26.714 manat, mart ayı üçün 45.667 manat, aprel ayı üçün 45.667 manat, may ayı üçün 45.667 manat, iyun ayı üçün 45.667 manat, iyul ayı üçün 45.667 manat, avqust ayı üçün 45.667 manat olmaqla, ümumilikdə 300.716 manat pulun, 400 manat mediasiya xərci və 191 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh aralarında icarə müqaviləsinin bağlandığı tarixdən 2023-cü il 10 fevral tarixinədək istifadəsində olan 8333,33 kv.m ərazini genişləndirərək, 54.000 kv.m-ə çatdırmışdır. Bu səbəbdən həmin tarixdə tərəflər müvafiq olaraq icarə məbləğinin artırılması barədə razılığa gəlmiş, müqaviləyə 1 nömrəli əlavə formasında öz iradə ifadələrini rəsmiləşdirmiş və öz imza, möhürləri ilə təsdiq etmişlər. Həmin əlavəyə əsasən, icarə haqqı torpağın ölçüsünə uyğun olaraq 54.000 manat müəyyən edilmiş, lakin cavabdeh 2023-cü il 10 fevral tarixindən bu günədək aylıq 54.000 manat olan icarə haqqını ödəməkdən boyun qaçırmış və bunun əvəzində ümumi icarə haqqının kiçik bir hissəsi olan 8.333,33 manat məbləğində icarə haqqı ödəmiş, bununla da müqavilə öhdəliklərini (şərtlərini) kobud surətdə pozmuşdur. Hazırda tərəflər arasında müqavilə münasibətləri davam etməkdədir.

9. Cavabdeh qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının təqdim etdiyi icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə və həmin tarixli aktın etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, Yaponiya investorlarının birgə təsisçisi olan "xxxx" MMC (bundan sonra - “üçüncü şəxs MMC”) ölkənin tütünçülük təsərrüfatına investisiya yatırımı ilə əlaqədar dövlət və özəl sektorun inkişafı istiqamətində iddiaçının təklifi və təşəbbüsü əsasında yerli sektorun inkişafı ilə əlaqədar 2020-ci il 28 oktyabr tarixində birgə fəaliyyət müqaviləsi bağlanmışdır. Birgə fəaliyyət çərçivəsində 2 il 3 ay icarə münasibətləri stabil olaraq davam etdirilmiş, iddiaçı tərəfindən qarşılıqlı etibardan, idarəçilikdə qarşı tərəfə verilən imkanlardan sui-istifadə edilərək, guya istehsal və rentabelliyi artırmaq adı altında qohumluq və s. şəxsi münasibətlərdə olan Fuad İmanov adlı şəxs cavabdeh MMC-nin rəhbərliyinə direktor vəzifəsinə gə tirilmiş, iddiaçı ASC-nin sədr müavini olan İsmayıl Orucovun qardaşı Novruz Orucov üçüncü şəxs MMC-də yüksək vəzifəyə gətirilmiş və həmin şəxslərin qohumluq əlaqəsində olan Kamran Hazmanov cavabdeh MMC-nin baş mühasibi təyin edilməklə, xarici investorlara və cavabdeh MMCnin mülkiyyət hüquqlarına qəsd məqsədilə böyük qruplaşma təşkil edilmişdir. Qabaqcadan müəyyən edilmiş plana əsasən məqsəd investorların əmlakını əldən çıxarmaq, investisiya nəticəsində qurulmuş təsərrüfatı mənimsəmək, investorları borclandırmaq, bu məqsədlə də onları ərazidən çıxarmaq olmuşdur. Bu planı icra etmək məqsədilə qeyd edilən qruplaşma öz aralarında Fuad İmanovun səlahiyyətlərindən istifadə edərək, icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə imzalayaraq icarə haqqını 8333,33 manatdan 54.000 ma nata qaldırmaqla maddi və iqtisadi durumu qəti şəkildə pisləndirən, eləcə də müqavilədə icarəyə götürənin hüquqlarını və maraqlarını müdafiə edən bəndləri ləğv etmək və dəyişdirməklə icarəyə götürənin vəziyyətini əhəmiyyətli şəkildə pişləşdirən müqavilə əlavəsi imzalamış, bu sənədi əsaslandırmaq məqsədilə də həmin tərkibdə həmin tarixli akt tərtib edərək investorlardan xəbərsiz, əsas maliyyəçini xəbərdar etmədən saxta sənədlər tərtib etmişlər. Sənədlər tərtib edildikdən sonra 2023-cü il 13 fevral tarixində saxtakarlıq yolu ilə edilmiş izləri itirmək məqsədilə direktor Fuad İmanov və baş mühasibi Kamran Hazmanov öz xahişləri ilə ərizə yazaraq idarəçilikdən kənarlaşdırılmalarını xahiş etmişlər. Direktor qismində Fuad İmanov baş mühasibin ərizəsini təsdiqləmiş, özü də ərizəsi əsasında işdən çıxmışdır. Həmin şəxslər işdən azad olunduqdan sonra cəmiyyətə pretenziya və həmin pretenziyaya əlavə olaraq 2023-cü il 10 fevral tarixində tərtib edilmiş akt və müqavilə əlavəsi daxil olmuşdur. Sözügedən akt və müqaviləyə məzmunundan da göründüyü kimi qarşı tərəfin müqavilə üzrə olan hüquqlarını təkzib etdiyindən, yalnız icarəçinin mənafelərini ifadə etdiyindən xüsusi məqsədlərlə, şərtlə bağlanılmış əqddir. Bundan başqa Fuad İmanovun rəhbərlik etdiyi dövr üzrə cəmiyyət rəsmi məlumatlar və 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyənnaməsinə əsasən 1.245.554,86 manat zərər etmişdir. 2021-ci ilin də rəsmi mənbələrinə əsaslandıqda 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyənnaməsinə əsasən cəmiyyət 1.000.000 manatadək ziyan etmişdir. Bölgə üzrə məşğulluq baxımından cəmiyyət 300- dən çox işçini işlə təmin edir. Belə ağır şərtlərlə fəaliyyət göstərən təşkilatın xərclərini birdən-birə 100.000 manatdan 600.000 manatadək qaldırmaq kimi hərəkətlərin hansı niyyətlərə xidmət etməsi aydın deyildir. İddiaçı ilkin olaraq hansı əraziləri və obyekti icarəyə verdiyini, sonradan hansı ərazilərin icarədardan xəbərsiz tutulduğunu rəsmi sənədlər üzərindən sübuta yetirə bilməmişdir.

11. Üçüncü şəxs MMC ilk iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında 2023-cü il 10 fevral tarixli akt və icarə müqaviləsinə 1 nömrəli əlavə qanunsuz yolla hazırlanmışdır, həmin sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Cavabdeh MMC-nin əvvəlki direktoru Fuad İmanovun işlədiyi dövrdə, yəni 2023-cü il tarixində vergi xidmətinə müəssisənin 850.000 manat zərərdə olması barədə hesabat verilmişdir. Belə olan halda, 54.000 manat aylıq icarə haqqı tələb edilməsi müəssisənin bilərəkdən iflas etməsinə yönələn hərəkətlərdir. Bu qanunsuz hərəkətlərinə görə Zaqatala rayon Prokurorluğuna şikayət verilmiş və həmin şəxslər barəsində araşdırma aparılmışdır. İddiaçı ilə bağlanmış 2021-ci il 29 oktyabr 985 saylı və 2022-ci il 18 avqust, 3333 saylı torpağın icarəyə verilməsi müqavilələrinin 5.2 və 6.1.2-ci bəndlərinə əsasən, torpağın başqa fiziki və hüquqi şəxslərə verilməsi yalnız icarəyə verənin, yəni Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - “ƏMDX” və ya “Xidmət”) yazılı razılığı ilə mümkündür. Belə olan halda, Xidmətin yazılı razılığı olmadan icarə müqaviləsi, icarə müqaviləsinə 1 nömrəli əlavə və akt imzalanması qadağandır. Bun dan başqa, həmin müqavilələrdən görünür ki, dövlət torpağı illik 9884 manat və 9000 manat qarşılığında icarəyə götürüldüyü halda, iddiaçı tərəfindən Xidmətin razılığı olmadan illik 648.000 manat qarşılığında cavabdehə icarəyə verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müddəti 10 olduğu halda, Xidmətlə iddiaçı arasında dövlət torpağının icarəyə verilməsi barədə müqavilələr 2 il müddətində bağlanmışdır.

12. Üçüncü şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmçinin bildirmişdir ki, cavabdeh MMC-nin keçmiş direktoru olan Fuad İmanovun nizamnamədən kənar fəaliyyətləri olmuşdur. Nizamnamənin 9.2-ci bəndində göstərilir ki, direktor ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır və xüsusi əhəmiyyətli sənədlər is tisna olmaqla, rəsmi sənədləri imzalayır. Hazırkı məsələnin xüsusi əhəmiyyətli hal olduğunu bildirirlər. Fuad İmanov icarə haqqının artırılması barədə həmin müəssisənin təsisçisi olan MMC-yə heç bir məlumat verməmişdir. Bundan əlavə Fuad İmanovun rəhbər olduğu dövrdə müəssisə zərərlə işlədiyindən və bir sıra müəssisədaxili kobud pozuntular olduğundan, təsisçilər onun barəsində 2023-cü il 1 fevral tarixində 1 aylıq vəzifədən kənarlaşdırılması barədə qərar qəbul etmişdir. İdarə heyətinin qərarı Fuad İmanova təqdim edilmişdir. O, möhürü təhvil verməkdən imtina etmiş və bildirmişdir ki, onun adından başqa hərəkətlər edə bilərlər. Bu səbəbdən də möhürü işdən çıxardıqdan sonra təhvil verəcəyini bildirmişdir. X5 Hazmanov müəssisəni zərərə salmaq üçün bu aktı imzalayıblar. Təsisçi tərəfindən cavab deh MMC-yə 6.000.000 dollar məbləğində vəsait yatırılmış, lakin 3 il ərzində bir manat da olsa, mənfəət əldə etməmişdir

13. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 8 avqust tarixli e-2-2(117)-654/2023 nömrəli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur (hakim R.Məcidov).

14. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi və icarə müqaviləsinə 1 nömrəli əlavə qanunvericiliyin tələbinə zidd olmamaqla, habelə müqavilə iştirakçıları olan hüquqi şəxslərin rəhbərləri tərəfindən müvafiq qaydada həm imza, həm möhürlə təsdiqlənməklə etibarlı əqdlərdir. İcarə müqaviləsinə əsasən təqribən 8333,33 kv.m obyekt cavabdehin icarəsinə verilmiş, obyekt faktiki olaraq təhvil verildikdən sonra ərazi ölçülmüş və nəti cədə cavabdeh tərəfindən 8333,33 kv.m deyil, 54.000 kv.m ərazidən istifadə olunması müəyyən edilməklə akt tərtib edilmiş və icarə müqaviləsinin 2.5-ci bəndi əsas götürülməklə akt əsasında icarə müqaviləsinə 1 nömrəli əlavə imzalanmışdır. Yuxarıda qeyd olunduğu kimi, icarə müqaviləsi və 1 nömrəli əlavə etibarlı əqd olduğundan tələbdə göstərilən məbləğlərdə icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, tərəflər mübahisə predmeti olan aktla ərazinin ölçülməsini həyata keçirmiş və müqaviləyə 1 nömrəli əlavə ilə müqaviləni dəyişdirmişlər ki, bu da qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilənin 2.5-ci bəndinin tələblərinə zidd deyildir. Bu səbəbdən də mübahisələndirilən ölçmə aktı və müqaviləyə 1 nömrəli əlavə icarə müqaviləsini tərkib hissəsi kimi, yəni əqd kimi qiymətləndirilir və həmin əqdlərin etibarsızılığı üçün qanuni əsas mövcud deyildir.

16. Məhkəmə qarşılıqlı iddianın mübahisə predmeti olan əlavə və aktın onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə dəlilinə münasibətdə göstərmişdir ki, əvvəla, əlavə və akta imza etmiş cəmiyyətin direktoru Fuad İmanovun səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən, Fuad İmanov cavabdeh MMC-nin rəhbəri olmaqla qanunvericiliklə və cəmiyyətin nizamnaməsindən irəli gələn səlahiyyətlərindən istifadə edərək direktor kimi müqaviləyə əlavə və akt imzalamışdır. Əgər cavabdehin nümayəndəsinin məhkəm ə iclasında verdiyi izahatında bildirdiyi kimi, Fuad İmanovun səlahiyyətlərindən müddətli uzaqlaşdırılması ilə bağlı təsisçinin qərarı olmuş olsaydı və həqiqətən də onun vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verdiyi 2023-cü il 10 fevral tarixində müəyyən edillmiş olsaydı, bu zaman direktorun vəzifəsindən müvəqqəti uzaqlaşdırılması barədə qərar qəbul edildikdən sonra müəssisənin möhürü direktorda saxlanılmamalı idi. Halbuki mübahisə predmeti olan 1 nömrəli əlavə direktorun imzası, habelə cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Vəzifəsindən müvəqqəti uzaqlaşdırılmış direktor möhürü təhvil vermədiyi halda, direktoru vəzifəsindən uzaqlaşdırmış təsisçinin direktordan möhürü almaq səlahiyyəti olmuşdur ki, təsisçinin bu səlahiyyətlərindən istifadə etməsi, habelə direktorun möhürü təhvil verməməsi nəticəsində etməli olduğu hərəkətlərlə (möhürün təhvili ilə bağlı hüquq mühafizə orqanlarına, məhkəməyə müraciəti və s.) bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, müəssisənin direktoru 2023-cü il 10 fevral tarixində müqaviləyə 1 nömrəli əlavə və aktı imzalamaq üçün səlahiyyətli şəxs olmuşdur.

17. Əlavə və aktdan cəmiyyətin təsisçisinin məlumatının olub-olmaması ilə bağlı isə qeyd olunmuşdur ki, əvvəla, təsisçinin məlumatının olmaması ilə bağlı iş materiallarında sübut yoxdur. Bundan başqa cəmiyyətin direktoruna cəmiyyətin adından əqd bağlamaq səlahiyyəti verilmiş və direktor həmin səlahiyyətlərindən istifadə edərək əqd imzalamışdır ki, cavabdeh müstəqil hüquqi şəxs olmaqla özü üçün öhdəliklər götürə və hüquqlarından müstəqil istifadə etmək hüququna malikdir. Direktorun bağladığı əqdlər və hərəkətlərlə bağlı təsisçiyə məlumat verməli olması və bu məlumatı verməməsi həmin əqdin etibarsızlığına əsas olan səbəb deyildir, direktorun vəzifəsini düzgün icra etməməsinin nəticəsidir. Həmçinin, direktorun vəzifəsini düzgün yerinə yetirməməsi nəticəsində cəmiyyətin zərərlə işləməsi və 54.000 manat icarə haqqını ödəyə bilməməsi 54.000 manat icarə haqqının ödənilməsi öhdəliyini yaradan müqaviləyə əlavənin etibarsız hesab olunmasına səbəb deyildir. Belə ki, icarə haqqı tərəflərin azad iradə ifadələri ilə müəyyənləşdirilən meyardır ki, əgər iddiaçı cəmiyyət həmin məbləğdə icarə haqqını ödəyə bilməyəcəkdisə, bu zaman müqaviləyə 1 nömrəli əlavə imzalanmasından imtina etməli, 54000 kv.m deyil, icarə müqaviləsində qeyd olunduğ u kimi 8333,33 kv.m ərazidən istifadə etməklə həmin ərazinin icarə haqqını ödəməli idi.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, üçüncü şəxs MMC tərəfindən təqdim edilmiş 2023-cü il 1 fevral tarixli 01 nömrəli təsisçi qərarı sübut kimi qəbul edilmir. Belə ki, üçüncü şəxs məhkəmənin 2023-cü il 11 iyul tarixli protokol qərarına əsasən işin hazırlıq mərhələsində məhkəmə icraatına cəlb edilmiş, 2023-cü il 21 iyul tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iştirak etmiş, iş üçün əhəmiyyətli sübutlar təqdim edəcəyini bildirməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, vəsatət təmin edilməklə məhkəmə iclası təxirə salınmışdır. 2023-cü il 26 iyul tarixdə keçirilən hazırlıq iclasında da üçüncü şəxsin nümayəndəsi iştirak etmiş, tərəflərin vəsatətlərinin, sübutlarının olubolmaması də qiqləşdirildikdən sonra iş məhkəmə baxışına hazır hesab edilməklə baxış iclası təyin edilmişdir. Göründüyü kimi, vəsatətlərinin, sübutlarının və sənədlərinin təqdim edilməsi üçün bütün tərəflərin, eyni zamanda üçüncü şəxsin də kifayət qədər vaxtı olmuş, həmin sübut iş məhkəmə baxışına təyin edildikdən sonra yaranmamaqla həmin vaxtdan əvvəl də mövcud olmuş lakin üçüncü şəxs həmin sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qarşılıqlı iddianın hüquqi əsasını əlavə və aktın onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması təşkil etdiyindən, əgər qarşılıqlı iddianın verdiyi tarixdə həqiqətən təsisçinin qərarı mövcud olsaydı, bu sübut istər cavabdeh, istərsə də üçüncü şəxs MMC tərəfindən vaxtında məhkəməyə təqdim edilərdi. Eyni zamanda, qeyd olunan qərar məhkəməyə vaxtında t əqdim edilmiş olsaydı belə, həmin qərar müstəqil şəkildə sübut kimi qəbul edilməyərək məhkəmə tərəfindən müvafiq əlavə araşdırma aparılardı (qərarların qeydiyyat kitabına baxış və s.).

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 43.1 324.1, 331.1, 331.2, 337.1, 337.3, 337.4, 421.1, 700.1, 700.2. 710.1, 710.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. Cavabdeh və üçüncü şəxs MMC ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

21. Apellyasiya baxışında üçüncü şəxs ƏMDX-nin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında 2020-ci il 1 noyabr tarixində icarə müqaviləsi bağlanarkən Xidmətin nümayəndəsi də iştirak etmiş, müqaviləyə 1 nömrəli əlavədən məlumatlı olmuşdur. İddiaçı torpaq sahəsini Xidmətin razılığı ilə subicarəyə vermişdir, bu barədə yazılı razılığın olub-olmaması barədə məlumatı yoxdur.

22. Məhkəmənin sorğusuna cavab olaraq Xidmətin 2023-cü il 8 dekabr tarixli 3-21-3/218282/2023 nömrəli məktubunda isə göstərilmişdir ki, iddiaçının bütün əmlakları 2014-cü il 13 dekabr tarixində tam şəkildə özəlləşdirilmiş və mülkiyyətində olan ünvan 1i ünvanında Tütün fermentləmə zavodunun yerləşdiyi 53.596,0 kv.m torpaq sahəsinə dair 2021-ci il 29 oktyabr tarixli 985 nömrəli, Yuxarı Tala kənd Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60.486,40 kv.m torpaq sahəsinə dair 2022-ci il 18 avqust tarixli 3333 nömrəli icarə müqavilələri bağlanılmışdır. İddiaçının icarəsində olduğu torpaq sahəsinin ikinci əldən cavabdehə icarəyə verilməsi haqqında müraciəti Xidmətə daxil olmamışdır.

23. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(107)-86/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia rədd olunmuş, qarşılıqlı iddia isə təmin olunmuşdur (sədrlik edən-məruzəçi hakim E.Hüseynov, hakimlər V.Məlikov və G.Cavadova).

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

25. Belə ki, işin materialları ilə müəyyən olunur ki, iddiaçı 2014-cü il 13 dekabr tarixində tam şəkildə özəlləşdirdiyi ünvan 1ində Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60.486,40 kv.m torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsinin sərəncamçısı (vəkil edilmiş dövlət orqanı) ƏMDX-dir. Xidmət sözügedən torpaq sahəsini iddiaçının icarəsinə 2022-ci il 18 avqust tarixində 2 il müddətinə vermişdir. İddiaçı 2020-ci ildə dövlət mülkiyyətində olan torpaq sahəsini özünün icarəsində olmadığı halda, heç bir qanuni əsas olmadan cavabdehin subicarəsinə vermişdir. Halbuki, qanunun tələbi və ƏMDX ilə sonradan bağlanmış icarə müqaviləsinin şərtinə görə, iddiaçı özünün qanuni icarəsində olan torpaq sahəsini yalnız icarəyə verən in yazılı razılığına görə subicarəyə verə bilərdi. İndiki halda bu hal baş verməmiş, iddiaçı bu barədə nə 2020-ci ildə, nə də 2023-cü ildə əmlakın sərəncamçısına müraciət etməmişdir. Belə olan halda 2020-ci ildə iddiaçının torpaq sahəsini başqa şəxsin subicarəsinə verməyə və sonradan həmin müqaviləyə dəyişikliklər etməyə səlahiyyəti olmamışdır. Bu o deməkdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi etibarsızdır, bu səbəbdən həmin müqavilənin şərtlərinin dəyişdirilməsi barədə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə və 2023-cü il 10 fevral tarixli akt da etibarsız hesab edilməlidir.

26. Birinci instansiya məhkəməsi isə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən də lillərə və iddiaçını təmsil edən nümayəndənin izahatına istinad etməklə yekun məhkəmə aktı qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll olunmasını istisna edir.

27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 241.1, 241.2, 242.2, 324.1, 331.1, 331.2, 337.1, 337.3, 337.4, 421.1, 700.1, 700.2, 710.1, 710.3, 712.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli və “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarlarına və MPM-in 4, 9, 14.2, 77.1, 88, 217.1, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

28. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 may tarixli, 2-2(102)-242/2024 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim - K.Abiyeva, hakimlər - B.Qəribov və M.Əhmədova).

30. Məhkəmə qeyd etmişdir ki, icarə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olma qla ƏMDX iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, nümayəndəsi apellyasiya baxışında verdiyi izahatında Xidmətin həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsi barədə məlumatlı olduğunu, bu müqavilənin bağlanmasına etirazının olmadığı bildirmiş, Xidmət tərəfindən məhkəməyə ünvanlanmış məktubda da onların həmin əqdi mübahisələndirmələri barədə hər hansı mövqe irəli sürülməmişdir.

31. Göründüyü kimi, əmlakın mülkiyyətçisi hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi barədə məlumatı olmuş, lakin onun etibarsızlığına dair hər hansı formada (yazılı və ya şifahi) etirazını bildirməmiş, prosessual imkanı olduğu halda bu nunla bağlı müstəqil tələb də irəli sürməmişdir. Belə olan halda, məhkəmənin hazırkı vəziyyətdə xidməti vəzifələrinə görə nəzərə ala bilməyəcəyi hala istinad edərək, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli müqaviləni (əqdi) etibarsız hesab etməsi qeyd olunan maddi hüquq normalarının tələblərinə zidd olmuşdur.

32. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

33. Tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müəyyən hissəsi ilə bağlı olsa da, qeyriyaşayış sahəsinin yerləşdiyi, həmin sahədən təyinatı üzrə istifadə edilməsi üçün zəruri olan torpaq sahəsi də, vahid daşınmaz əşya kimi icarə müqaviləsinin predmeti olmuşdur.

34. Məhkəmə kollegiyası hazırkı iş üzrə ilk və qarşılıqlı iddia tələblərinin predmetini təşkil edən məsələlərə (icarə müqaviləsinə 1 nömrəli əlavənin etibarsızlığı və həmin əlavə əsasında icarə haqqı tələbi) münasibətdə vurğulamışdır ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə ilk iddia tələbinin əsaslandığı icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin etibarsızlığı barədə qarşılıqlı iddiaya münasibət bildirilməlidir.

35. Qarşılıqlı iddia ərizəsinin əsaslandırmasından görünür ki, cavabdeh mübahisələndirilən əlavənin tərtib edildiyi vaxt cəmiyyətin direktoru olmuş şəxsin (Fuad İmanovun) iddiaçı ASC-nin vəzifəli şəxsləri ilə qohumluq əlaqələrində olmaqla, onlarla əlbir olaraq cəmiyyətin adından onun vəziyyətini pisləşdirən razılaşma imzaladığını, bu razılaşmanın cəmiyyətin mənafeyinə xidmət etmədiyini bildirərək, icarə müqaviləsinə əlavənin etibarsızlığını tələb edir.

36. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı təmin edərkən işin hallarının tam və hərtərəfli araşdırılması prinsipini pozmuş, qarşılıqlı iddia ərizəsində irəli sürülmüş dəlillər üzrə iddia tələbinin qanuni əsasının tapılması və dispozisiya şərtlərinin yoxlanılması istiqamətində heç bir araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Başqa sözlə, məhkəmənin gəldiyi nəticədən, mübahisələndirilən əqdin MM-nin əqdlərin etibarsızlığını tənzimləyən hansı normasına əsasən etibarsız olması müəyyən deyildir.

37. Halbuki hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların, həmin qanuni əsasın dispozisiya şərtlərinə uyğun olub-olmamasının yoxlanılmasından ibarətdir.

38. Həmçinin «.....hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 2019cu il 18 ma rt tarixli Qərarı).

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı, ilkin iddianın qarşılıqlı iddia tələbindən asılılığı nəzərə alınmalı, qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillərin, MM-nin etibarsız əqdlərlə bağlı konkret hansı normasının dispozisiya şərtlərinə uyğunluğu müəyyən edilməklə hər iki iddia tələbinə hüquqi qiymət verilməlidir.

40. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 135.4, 337.1, 357, 358-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 3 mart tar ixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının birinci bəndinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-ci il 1 avqust tarixli, 2-2(107)-80/2024 nömrəli qətnaməsi ilə cavabdeh və üçüncü şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – N.Quliyev, hakimlər – Ə.Məcidov, M.Əsədli).

42. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətlərində qeyd olunan hallara, yəni mübahisələndirilən əlavənin tərtib edildiyi vaxt cəmiyyətin direktoru olmuş Fuad İmanovun iddiaçı ASC-nin vəzifəli şəxsləri ilə qohumluq əlaqələrində olmaqla, onlarla əlbir olaraq cəmiyyətin adından onun vəziyyətini pisləşdirən razılaşma imzalamasına, bu razılaşmanın cəmiyyətin mənafeyinə xidmət etmədiyindən icarə müqaviləsinə əlavənin etibarsız hesab olunmasına münasibətdə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasın ı, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirməklə prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.

43. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçı qeyd etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə baxışı zamanı da, mübahisələndirilən əlavənin bağlandığı zaman həmin əlavənin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui-istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından hər hansı birinin mövcud olması aşkar edilməmişdir.

44. Əksinə olaraq müəyyən edilmişdir ki, mübahisələndirilən əlavə səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması şərti ilə bağlanmışdır. Belə ki, qeyd olunan əlavədə kirayəyə verən qismində iddiaçının idarə heyətinin sədri O.Məmmədov, kirayəçi qismində isə cavabdehin direktoru F.İmanov iştirak etmiş, tərəflər mübahisələndirilən əlavənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmiş, qeyd olunan əlavə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq icarə müqaviləsi ilə eyni formada tərtib edilərək tərəflərin möhürü ilə təsdiq edilmiş və iddiaçı kirayəyə verən kimi üzərinə düşən öhdəliyi yerinə yetirərək əlavədə qeyd olunmuş ərazini icarəçiyə təhvil ve rmiş, bununla bağlı tərəflər arasında akt tərtib olunmuşdur.

45. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətlərində qeyd olunan digər dəlilə, yəni iddiaçının torpağın subicarəyə verilməsi barədə müqavilə bağlamağa səlahiyyətinin olmamasına münasibətdə qeyd etmişdir ki, mülki hüququn bəyənmə sonradan verilən razılıq institutunu nəzərdə tutan MM-in 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (m ülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamına) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. MM-in 355.2ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 3 mart tarixli qərarı).

46. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin nümayəndəsi torpaq sahəsinin ikinci əldən cavabdehə icarəyə verilməsi haqqında müraciətin Xidmətə daxil olmadığını bildirsə də, bununla bağlı hər hansı etiraz bildirməmiş, əksinə birinci apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən əlavə bağlanarkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirl iyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən əqdin bağlanmasına yazılı razılığın verilməsi müəyyən edilməsə də, əqdi mübahisələndirməmələri kimi konkludent hərəkətləri və rəftarları onlar tərəfindən əqdin bəyənilməsi kimi qiymətləndirilməlidir.

47. Bundan başqa, üçüncü şəxs MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin əvvəlki direktoru F.İmanov MMC-nin nizamnaməsində göstərilən vəzifə səlahiyyətlərindən kənarlaşaraq təsisçilərə və investorlara rəsmi məlumat verməyərək, Nizamnamənin 9.2.3.3-cü bəndinin tələblərini pozaraq qanunsuz hərəkətlər edərək, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli İcarə Müqaviləsinin 2.1-ci bəndinə əsasən 1 saylı əlavə 2020-ci il tarixdə tərtib olunduğu halda 2023-cü il 10 fevral tarixli Əlavə 1 və AKT hazırlayaraq MMC- nin ziyanla işləməsini bildiyi halda, bilərəkdən icarə haqqını 54.000 manata qaldırmışdır.

48. Məhkəmə kollegiyası qeyd edilən dəlillə bağlı bildirmişdir ki, bəhs edilən Nizamnamənin 9.2.3.3-cü bəndinə əsasən direktor ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır (xüsusi əhəmiyyətli əqdlər istisna olmaqla), rəsmi sənədləri imzalayır. Göründüyü kimi cavabdehin əvvəlki direktoru Fuad İmanov MMC-nin nizamnaməsində göstərilən vəzifə səlahiyyətlərini yerinə yetirmiş, 2023cü il 10 fevral tarixli Əlavə 1 və AKT-ı imzalama səlahiyyətinə sahib olmuşdur. Üçüncü şəxs bunun əksini sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən əlavə ilə icarə haqqının qiyməti qaldırılmamış, icarəyə ve rilmiş ərazinin ölçülərində dəyişiklik edilərək icarə haqqının qiyməti eynilə hər kv.m üçün 1 manat saxlanılmışdır.

49. Üçüncü şəxs MMC şikayətində daha sonra qeyd etmişdir ki, “Fuad İmanov 2023-cü il 13 fevral tarixində əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermiş və 2023-cü il 23 fevral tarixində əmək müqaviləsinə xitam verilmişdir. O, 2023-cü il 10 fevral tarixində Əlavə 1 və AKT hazırlayaraq işdən çıxmasını bilmiş və bilərəkdən MMC-nin müflis olmasını istəyərək bu qanunsuz hərəkətləri etmiş və vergi orqanına məlumat verməmişdir.

50. Məhkəmə kollegiyası bununla bağlı bildirmişdir ki, icarə müqaviləsinə 1 nömrəli əlavənin və aktın tərtib edilmə vaxtı 2023-cü 10 fevral tarixidir. Üçüncü şəxsin apellyasiya şikayətində qeyd etdiyi dəlilinə görə Fuad İmanov 2023-cü il 13 fevral tari xində əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermiş və 2023-cü il 23 fevral tarixində onunla əmək müqaviləsinə xitam verilmişdir. Lakin cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə 2024-cü il 29 iyul tarixində məhkəməyə göndərilmiş əmək müqaviləsi bildirişindən görünür ki, Fuad İmanovun əmək müqaviləsinə 2024-cü il 27 fevral tarixində xitam verilmişdir.

51. Buna görə də məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin və aktın tərtib edilməsindən sonra baş vermiş, Fuad İmanov həmin vaxt cavabdehin direktoru olmuşdur. Ona görə də qeyd edilən dəlil icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin və aktın etibarsız hesab edilməsinə əsas ola bilməz.

52. Eyni zamanda məhkəmə kollegiyas ı qeyd etmişdir ki, hər hansı hüquqi şəxsin təsisçisi onun təsisçisi olduğu hüquqi şəxsin direktoru tərəfindən ona ziyan vurulduğunu güman edirsə qeyd olunan halları təsdiq edəcək sübutları iddia ərəzəsinə əlavə etməklə həmin ziyanın direktordan tutularaq ona ödənilməsi ilə bağlı ayrıca iddia qaldıraraq məhkəmə müdafiəsindən istifadə edə bilər.

53. Bundan başqa, məhkəmə kollegiyası üçüncü şəxs MMC-nin apellyasiya şikayətində qeyd etdiyi digər hala, yəni təsisçinin 2023-cü il 1 fevral tarixli, 01 saylı qərarına əsasən cavabdehin direktoru F.İmanovun 2023-cü il 1 fevral tarixindən əməkhaqqısı saxlanılmaqla, vəzifəsindən sui-istifadə halları üzrǝ şübhəli olan məqamların araşdırılması ilə əlaqədar vəzifəsindən kənarlaşdırıldığını və buna görə də, F.İmanovun mübahisələndirilən əlavəni və aktı imzalamağa səlahiyyətinin olmamasına münasibətdə qeyd etmişdir ki, F.İmanov 2023-cü il 1 fevral tarixindən səlahiyyətlərindən uzaqlaşdırılmış olsaydı müəssisənin möhürü ondan alınmalı və direktorun vəzifədən uzaqlaşdırılması ilə bağlı vergi orqanlarına məlumat verilməli idi. Eyni zamanda qeyd olunan təsisçi qərarının F.İmanova təqdim olunması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur.

54. Buna görə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən təsisçi qərarını qarşılıqlı iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul etməməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.

55. Məhkəmə gəldiyi nəticəni MM-in 324.1, 324.5, 337.1, 337.2, 339.1, 357, 358.1, 358.2, 404.1, 404.2, 421.1, 423.1, 442, 448.1, 448.2, 700.1, 700.2-ci maddələrinə, Azərbaycan Re spublikası Torpaq Məcəlləsinin 51, 60, 81-ci maddələrinə, MPM-in 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

56. Cavabdeh və üçüncü şəxs MMC ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri

57. Fuad İmanov MM-in 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrinə əsasən "xxxx" ASC ilə bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etməsi, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Cavabdeh MMC-nin təsisçisi "xxxx" MMC-yə yazılı şəkildə təqdim etməmişdir. Mübah isələndirilən Əlavə 1 və Akt MM-91.1-1-ci maddəsinə əsasən Cavabdeh MMC-nin iştirakçılarının ümumi yığıncağına müzakirə olunmamışdır. MMC-nin iştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. MMC-nin iştirakçılarının ümumi yığıncağının Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə etmək səlahiyyətindədir. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cavabdeh MMC illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Belə olan halda Fuad İmanov MMC-yə aylıq 54.000 manat xərc yəni illik 648.000 manat müqavilənin son müddəti 2030-cu il üzrə 4.536.000 (dörd milyon beş yüz otuz altımin) manat xərclərin məsələsini Cavabdeh MMC-nin təsisçilərinin ümumi yığıncağına yazılı şəkildə təqdim etməmiş və özbaşına bu Əlavə 1 və AKTA imza etmişdir. Cavabdeh MMC-nin iştirakçılarının ümumi yığıncağının MM-91.3.6. 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək səlahiyyətləri Fuad İmanov tərəfindən özbaşına həyata keçirilmişdir.

58. Cavabdeh MMC-nin nizamnamədən və MM-nin tələblərindən kənara çıxmaqla bağlanmış MMC- nin iqtisadi vəziyyətini pisləşdirməsinə dair qəbul edilmiş hər bir əqd və hər hansı qərar və əqd qəbul edildiyi andan etibarsızdır. Çünki, Cavabdeh MMC-nin əvvəlki direktoru Fuad İmanov "xxxx" ASC-nin direktor müavini İsmayıl Orucov və digərləri ilə əlavə 1 və AKT hazırlayarkən təmsil etdiyi Cavabdeh MMC-nin Nizamnaməsində 9.2.3.3-cü bəndinin tələblərini pozmuşdur. Həmin bəndə əsasən Direktor ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır (xüsusi əhəmiyyətli əqlər istisna olmaqla) rəsmi sənədləri imzalayır. Bu barədə heç kəsə məlumat verməmiş MMC-nin ziyanla işləməsi barədə vergi orqanına hesabatlar vermişdir. İcarə haqının qaldırılması barədə 10 fevral 2023-cü il tarixli Əlavə 1 vergi orqanına təqdim etməmişdir. O, 10 fevral 2023-cü il tarix də Əlavə 1 və AKT hazırlayaraq işdən çıxmasını bilmiş və bilərəkdən MMC-nin müflis olmasını istəyərək bu qanunsuz hərəkətləri etmiş və vergi orqanına məlumat verməmişdir. Cavabdeh MMC-nin Nizamnaməsinin 9.2.3.7-ci bəndinə əsasən cəmiyyətin fəaliyyəti ilə əlaqədar səlahiyyətinə aid olan məsələlər barəsində qərarlar qəbul edir və həmin qərarlar əmrlə yazılı surətdə rəsmiləşdirilir. Göründüyü kimi Aktın və Əlavə 1-in Cavabdeh MMC-nin adından sənəd kimi təsdiqlənməsi barədə qərar qəbul edilməmiş və əmrlə rəsmiləşdirilməmişdir. Tərəflər arasında olan müqavilə dəyişdirilməmiş və müqaviləyə dair əlavə saziş bağlanmamışdır. Dövlət vergi orqanında təqdim edilən müqavilə və reyestrdə qeydiyyata alınmış müqavilə 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsidir ki, tərəflərin hüquq münasibətlərini və icarə haqqını dəyəri həmin müqavilə ilə tənzimlənir. Həmçinin qeyd edilən 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsi 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsinin 5.1-ci bəndini nəzərə alaraq, hazırki müqavilə 10 il müddətinə qüvvədədir. İcarə haqqının artırılması, 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsinin əsas anlayışlar bölməsinin ikinci bəndinə əsasən müqaviləyə edilən əlavə və dəyişiklik tərəflər arasında razılaşma protokolları tərtib edilməlidir ki, bu barədə investora, yəni təsisçi "xxxx" MMC-yə məlumat verilməli idi. Lakin, icarə haqqının artırılması barədə həmin protokol tərtib edilməmişdir. Tərəflər arasında mövcud olan 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsi dəyişdirilməmiş və dəyişdirilməsi barədə rəsmi m əlumat daxil olmamışdır. İcarə haqqının artırılması əlavə sahədən istifadəyə görə göstərilmişdirsə 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsində göstərilmiş razılaşma protokolları əsasında aparılmalı idi. 10 fevral 2023-cü il tarixli AKT-ın və Əlavə 1-in hazırlanması göründüyü kimi birgə fəaliyyət müqaviləsinə və icarə müqaviləsinə zidd hazırlanmışdır. Çünki, Əlavə 1 icarə haqının qaldırılmasına səbəb ola bilməzdir ki, bu müqavilə qüvvəsində olduğu halda Əlavə 1 ilə yeni icarə haqqı hesablanması mümkün deyildir. Həmin Əlavə 1 birgə fəaliyyət müqaviləsinin tərkib hissəsi olmamışdır. Həm 2020-ci il tarixli Əlavə 1, həm də 2023-cü il tarixli Əlavə 1 təqdim edilməsi qanunsuzdur. Göründüyü kimi Fuad İmanov təmsil etdiyi MMC-nin təsisçisinə aylıq 54.000 manat, yəni 12 ay hesablandıqda illik xərc 648.000 (altı yüz qırx səkkiz min) manat əqdin bağlanmasını həyata keçirmişdir. Cavabdeh MMC Fuad İmanovun direktor işlədiyi dövrdə fəaliyyəti yalnız MMC-yə mənfəət deyil, zərər vurmaqdan olduğu təqdirdə illik xərc 648.000 manat əqdin bağlanmasını anlaşılan deyildir. "xxxx" ASC-nin hazırki iddiasından və məhkəmənin elektron kabinetinə yerləşdirilmiş 17 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, 919.715 (doqquz yüz on doqquz min on beş) manat 2024-cü ilin iyul ayınadək Cavabdeh MMC-dən pul tələb edir. Fuad İmanovun bu qanunsuz hərəkətləri nəticəsində "xxxx" ASC icarəyə vermiş olduğu Cavabdeh MMC-nin əsas vəsaitlərini ələ keçirmək üçün Fuad İmanovun və baş mühasib Kamran Hazmanovun qohumluq əlaqələrindən sui istifadə edərək əlbirlik yaradaraq Nizamnamədə və Mülki Məcəllədə göstərilmiş qanuvericiliyin tələblərini pozaraq MMC-nin təsisçilərindən gizli yolla kağız üzərində hazırlamış Əlavə 1 və Akt-a görə külli miqdarda maddi ziyan vurmaqla "xxxx" ASC-ni qanunsuz və əsassız varlandırmaq niyyəti olmuşdur.

59. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərinin araşdırılmasında prosessual hüquq normalarına riayət etməmiş və qərəzli olaraq araşdırma aparmadan qətnamə qəbul etmişdir. Məhkəmə araşdırmasının tam ətraflı aparılmaması səbəbindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşgulluq Xidmətinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin 13 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabları təqdim edilməmişdir. Halbuki iş materiallarından göründüyü kimi Fuad İmanov 01 fevral 2023-cü il tarix də "xxxx" ASC-nin sədr müavini vəzifəsində işləyən X2 təsisçisi və qanuni təmsilçisi olduğu "xxxx" MMC-yə əmək müqaviləsi ilə işə qəbul olunmuşdur. Fuad İmanov 10 fevral 2023-cü il tarixdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmək müqaviləsi ilə imza edərək vəzifə təlimatı ilə tanış olduğu halda bilərəkdən qərəzli olaraq qanunsuz qarşı tərəf ilə əlbir olaraq, yəni onun rəhbəri İsmayıl Ourcovun göstərişi ilə Əlavə 1 imza edərək təmsil etdiyi hüquqi şəxs Cavabdeh MMC-nin mənafeləri üçün vəzifəsini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyərək hüquqi şəxsin və onun təsisçilərin maraqlarına zidd qanunsuz hərəkətlər edərək öz maraqlarını üstün tutmuş, MMC barəsində ədalətsiz qərar verərək məsuliyyət daşıdığı vəzifələrini bilərəkdən kobud şəkildə pozaraq hü quqi şəxsə külli miqdarda zərər vuran hərəkətlər etmişdir. Bu barədə də təsisçilərə məlumat verilməmişdir. Fuad İmanov əmək müqaviləsi ilə direktor təyin edilmiş və o, vəzifə təlimatı ilə tanış olmuş həmin təlimatda da onun icarə haqqı artırılmasına və bağlanılmış icarə müqaviləsinə bəndlərinin dəyişdirilməsinə dair hər hansı səlahiyyətinin olması vəzifə həvalə edilməmişdir. İş materiallarında mübahisələndirilən Əlavə 1 və Aktın etibarsız sayılmasına dair sübutlar vardır ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası heç bir araşdırma aparmadan qərəzli olaraq qətnamə qəbul etmişdir. b) Üçüncü şəxs MMC-nin kassasiya şikayətinin dəlilləri

60. Üçüncü şəxs MMC-nin kassasiya şikayəti cavabdehin kassasiya şikayətinin məzmununa uyğun olmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəli lləri

61. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

62. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır.

63. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 49-1. Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası 49-1.1. Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır: 49-1.1.1. hüquqi şəxsin direktorlar şurasının (mü şahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri; 49-1.1.2. hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri; 49-1.1.3. bu Məcəllənin 49-1.1.1-ci və 49-1.1.2-ci maddələrində göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları); 49-1.1.4. hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs; 49-1.1.5. bu Məcəllənin 49-1.1.1-ci, 49-1.1.2-ci və 49-1.1.4-cü maddələrində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər; 49-1.1.6. hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs; 49-1. 1.7. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs; 49-1.1.8. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri; 49-1.1.9. “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş, müvafiq olaraq, banklara, bank olmayan kredit təşkilatlarına və investisiya fondlarına aidiyyəti olan digər şəxslər. 49-1.2. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun r əyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz. 49-1.3. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya banklara münasibətdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsverm ədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır. 49-1.4. Əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 337.1-ci və 339-cu maddələrinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər.” “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə mü nasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.” “Maddə

339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.” “Maddə

350. Əqd bağlamaq səlahiy yətlərinin məhdudlaşdırılmasının nəticələri Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilə nin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.”

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək gö stərir.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

420. Kassasiya məhkəm əsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

67. Belə ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 may tarixli, 2-2(102)-242/2024 saylı qərarında qeyd olunmuşdur ki, işin yeni apellyasiya baxışı zamanı, ilk iddianın qarşılıqlı iddia tələbindən asılılığı nəzərə alınmalı, qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillərin, MM-nin etibarsız əqdlərlə bağlı konkret hansı normasının dispozis iya şərtlərinə uyğunluğu müəyyən edilməklə hər iki iddia tələbinə hüquqi qiymət verilməlidir.

68. Lakin apellyasiya instansiyası məhkəməsi həmin göstərişləri tam icra etməmiş və bununla da, MPM-in 420-ci maddəsinin tələblərini pozmuşdur.

69. Belə ki, qarşılıqlı iddia ərizəsində qeyd edilən faktlara əsasən, 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin mübahisələndirilməsi əsasları aşağıdakılardan ibarət olmuşdur: 1) həmin əlavə cavabdeh MMC-yə münasibətdə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır; 2) həmin əlavənin imzalanması üçün cavabdeh MMC-nin təsisçisinin razılığı alınmamış və bununla bağlı təsisçinin qərarı olmamışdır; 3) həmin əlavə tərtib edildiyi vaxt MMC-nin direktoru olmuş şəxs iddiaçı ASC-nin vəzifəli şəxsləri ilə qohumluq əlaqələrində olmaqla, onlarla əlbir olaraq M MC-nin adından onun vəziyyətini pisləşdirən və mənafeyinə xidmət etməyən razılaşma imzalamışdır.

70. Qeyd edilən faktlara əsasən qarşılıqlı iddia tələblərinin qanuni əsasını MM-in 339.1 və 350-ci maddələri təşkil edir.

71. Belə ki, MM-in 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

72. MM-in 350-ci maddəsinə əsasən, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüqu qi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.

73. Apellyasiya instansiyası məhkəməsi isə həmin maddələrin dispozisiya şərtlərini müəyyən etməklə işdə olan sübutlar və cavabdehin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmamış və yalnız qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyd etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəmə kollegi yasına hər hansı mötəbər sübut təqdim etməmişdir.

74. Lakin məhkəmə tərəfindən cavabdehin istinad etdiyi hallar, yəni müqaviləyə əlavənin bağlanması üşün təsisçinin razılığının tələb olunması, müqaviləyə əlavəni imzalamış direktorun əks tərəfin rəhbər şəxsləri ilə qohumluq əlaqələrində olması və buna görə mübahisələndirilən əlavənin MM-in 49-1-ci maddəsinə əsasən hüquqi şəxsə aidiyyəti olan şəxslə bağlanmış əqd olması, mübahisələndirilən əlavə imzalandıqdan iki gün sonra həmin əlavəni imzalamış direktorun işdən çıxması barədə ərizə verməsi və əlavəni imzalamış direktorun əks tərəflə pis niyyətlə razılığa gəlməsi ilə bağlı hallar üzrə hüquqi dəyərləndirmə aparılmamışdır.

75. Halbuki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi qətnamədə sübutetmə predmetini müəyyən etməklə i ş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməli olduğunu, nə kimi halların müəyyən edildiyini və nə kimi halların müəyyən edilmədiyini, tərəflərin istinad etdiyi dəlilləri, sübutları və qanunları rədd etmək üçün gətirdiyi dəlilləri göstərməlidir.

76. Apellyasiya instansiyası məhkəməsi isə yalnız mübahisələndirilən əlavəni imzalamış şəxsin səlahiyyətli olmaması ilə bağlı cavabdehin istinad etdiyi halları rədd etmək üçün gətirdiyi dəlilləri göstərmiş, cavabdehin istinad etdiyi digər hallar üzrə gəldiyi nəticəni tam və dolğun əsaslandırmamışdır.

77. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi yalnız müqavilənin forma və məzmununa dair tələblərə istinad etməklə qeyd etmişdir ki, mübahisələndirilən əlavə səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilmə si vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması şərti ilə bağlanmışdır. Belə ki, qeyd olunan əlavədə kirayəyə verən qismində iddiaçının idarə heyətinin sədri O.Məmmədov, kirayəçi qismində isə cavabdehin direktoru F.İmanov iştirak etmiş, tərəflər mübahisələndirilən əlavənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmiş, qeyd olunan əlavə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq icarə müqaviləsi ilə eyni formada tərtib edilərək tərəflərin möhürü ilə təsdiq edilmiş və iddiaçı kirayəyə verən kimi üzərinə düşən öhdəliyi yerinə yetirərək əlavədə qeyd olunmuş ərazini icarəçiyə təhvil vermiş, bununla bağlı tərəflər arasında akt tərtib olunmuşdur.

78. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlar ında ifadə olunmuş hüquqi mövqeyə görə isə məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli və B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarlar).

79. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan şəkildə hüquqi dəyərləndirmə aparmamışdır.

80. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe və qarşılıqlı iddiada istinad olunan hallara əsasən mübahisənin həlli zamanı mübahisələndir ilən müqaviləyə əlavənin bağlanması motivləri və məqsədi, bunun hansı zərurətdən irəli gəlməsi və bununla bağlı danışıqların olub-olmaması, tərəflər arasında 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdehin istifadəsinə verilən torpaq sahəsinin ölçüsündə dəyişikliklərin olub-olmaması, müqaviləyə əlavənin cavabdeh MMC-nin mənafeyinə uyğun olub-olmaması, müqaviləyə əlavə imzalandıqdan iki gün sonra cavabdeh MMC-nin direktorununun işdən çıxmaq barədə ərizə verməsi ilə bağlı, habelə cavabdeh MMC-nin nizamnaməsi və MM-in tələbləri baxımından MMC-nin direktorunun belə növ əqd baxlamaq səlahiyyətinə malik olub-olmaması ilə bağlı hallar üzrə hüquqi dəyərləndirmə aparılmalı idi.

81. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 14.1-ci maddəsi ilə üzərinə düşən vəzifəni ta m yerinə yetirməmiş və nəticədə MPM-in 217.1 və 217.3-cü maddələrinin tələblərinə uyğun olmayan qətnamə qəbul etmişdir.

82. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması zəruridir. İşə yenidən baxılarkən hazırki qərarın 69-75, 78-80-ci bəndlərində əks olunan göstərişlər nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

83. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 avqust tarixli 2-2(107)-80/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar