Məhkəmə qərarları › İş №2-2(102)-785/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-785/2025

17.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-785/2025 17.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 X1 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 22 oktyabr tarixli e-2-2(121)-3789/2025 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 X1 tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 22 oktyabr tarixli e-2-2(121)-3789/2025 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 X1 (bundan sonra – “iddiaçı”) ərizəsinin geri qaytarılması qərara alınmışdır.

2. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını və iddia ərizəsinin icraata götürülməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

3. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 27 oktyabr tarixli e-2-2(121)-3789/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdir ilmədən saxlanılmış, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı qeyri-kommersiya təşkilatıdır, onun fəaliyyəti sahibkarlıq fəaliyyətindən irəli gəlmir. İddiaçı onun nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Lakin qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Yəni əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericilik sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir.

5. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı tələbi əşya hüquqi münasibətlərd ən irəli gəlir. Lakin hazırkı mübahisə iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlmir.

6. Məhkəmə şikayətin iddiaçı əlavə olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasa da, ən azından mübahisənin xarakteri cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlı dəlilinə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının (bundan sonra – “Plenum Qərarı”) 12-ci bəndinə istinadla qeyd etmişdir ki, hazırkı mübahisə publik hüquqi şəxs olaraq iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Bu mübahisənin yalnız ca vabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyil.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci, “Publik hüquqi şəxslər haqqında” Qanunun 2.1, 2.2 və 3.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1-ci maddələrinə, Plenum Qərarının 12, 14 və 25-ci bəndlərinə istinadla əsaslandırmışdır. Şikayət a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxsdir, vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmişdir. Eyni zamanda cavabdehin özü də hüquqi şəxsdir. Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirməklə yataq ərazisindən istifadə edir. Hazırkı iş üzrə işdə iştirak edən şəxslər hüquqi şəxsdir, mübahisənin p redmeti torpaqdan qanunsuz istifadənin dayandırılmasıdır ki, bu da cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlir, eyni zamanda hüquq münasibətləri də, məhz elə bununla bağlıdır. Belə olan halda birinci instansiya məhkəməsi hakiminin belə bir qərardad qəbul etməsi qanuni hesab oluna bilməz. Çünki hazırkı mübahisənin kommersiya mübahisəsi olması işdə iştirak edən şəxslərin kommersiya mübahisələrinə aid olan hər üç subyektiv tərkib əlamətə malik olması ilə təsdiq olunur. Eyni zamanda hazırkı mübahisədə dövlətin xüsusi maraqları vardır. Yataq ərazisindən maraqlı şəxs istifadə etdiyi halda dövlət büdcəsinə mühüm zərər vurula, hüquq sisteminin sabitliyi, ekoloji tarazılıq pozula, əhalinin suya olan tələbatında ciddi problemlər yarana bilər. MPM-in 25.1-ci maddəsində mübahisələrin ümumi məh kəməyə aidiyyəti hissəsində konkret qeyd olunur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan işlərə ümumi məhkəmələr baxır. Belə bir ümumi prinsip olduğu halda hazırkı mübahisənin ümumi məhkəməyə aid olmasına dair qərardadın qəbul edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Çünki hazırkı mübahisə üzrə cavabdeh dövlətə məxsus ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Elə məhz onun həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olması da, dövlətin faydalı qazıntı yatağına ziyan vurur.

9. Ali Məhkəmənin Plenum Qərarında konkret olaraq qeyd edilmişdir ki, işin kommersiya məhkəməsində baxılması zamanı hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas iddia üzrə tərəfin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi nəzərə alınmalıdır. Hazırkı işdə cavabd eh kommersiya fəaliyyəti ilə məşğul olur və həmin ərazidən gəlir əldə edir. İddiaçı publik hüquqi şəxs statusuna malikdir. Doğrudur, iddiaçı əlavə olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasa da, ən azından mübahisənin xarakteri cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda da, işə kommersiya məhkəməsində baxılmalıdır. Eyni zamanda kommersiya məhkəmələri ixtisaslaşmış məhkəmə olmaqla kommersiya işlərinə baxırlar. Həmin məhkəmələrin hazırkı işə baxması nəticəsində dövlətin xüsusi maraqlarının olduğu faydalı qazıntı yataqlarına vurulmuş zərərin qarşısı alına bilər.

10. Ali Məhkəmənin Plenum qərarları “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununda nə normativ hüquqi akt, nə də normativ xarakterli akt kimi nəzərdə tutulmamışdır. Plenum qərarların ın mahiyyəti ondan ibarətdir ki, məhkəmə sistemində vahid təcrübə müəyyən olunsun, yəni bu qərarlar tövsiyə xarakteri daşıyır. Məhz elə təsadüfi deyildir ki, məhkəmə təcrübəsinin dəyişdirilməsi zərurəti olduqda da vahid məhkəmə təcrübəsini dəyişən qərarlar qəbul edilə bilir. Belə bir halın olması onu göstərir k i, Plenum qərarları sadəcə tövsiyə xarakteri daşıyır, imperativ deyildir. b) Şikayətə qarşı etirazın dəlilləri

11. Cavabdeh tərəfindən şikayətə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisəni n predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlar ına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi mə hkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....

25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici m eyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır....” Ali Məhkəmənin mövqeyi

14. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, iddiaçının şikayəti aşağıdakı səbəblərə görə təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.

15. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-ol mamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

16. Plenum Qərarının 11 və 12-ci bəndində (bax: § 13) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.

17. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MPM-in 1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

18. Hazırkı mübahisədə iddiaçı qismində çıxış edən qurum publik hüquqi şəxs statusuna malikdir və onun tələbi əşya hüquqi münasibətlərindən irəli gəlir. Mülki Məcəllənin 43.5 və 43.6-cı maddələri ilə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 3.1-ci maddələrinin sistemli interpretasiyası göstərir ki, publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin; bu səbəbdən də publik hüquqi şəxs olan iddiaçı həmin hallar istisna edilməklə kommersiya subyekti kimi mülki dövriyyədə iştirak etmək imkanına malik deyil.

19. Bundan başqa Plenum qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, publik hüquqi şəxslərin əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır.

20. Lakin hazırkı tələb publik hüquq i şəxs olan iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil,həmçinin bu halı iddiaçı öz şikayətinin dəlillərində də göstərmişdir. Göründüyü kimi bu iddia Plenum Qərarının 12 və 25-ci bəndlərində nəzərdə tutulmuş şərtlərə cavab vermədiyindən ona kommersiya məhkəməsində baxıla bilməz.

21. Qarışıq məhkəmə tərkibi şikayətin MPM-in 24.2-ci maddəsi və Plenum Qərarı ilə bağlı, eləcə də digər dəlillərinə münasibətdə qeyd edir ki, MPM-in 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Normanın məzmunu təhlil edildikdə mübahisənin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi prosesində işdə iştirak edən tərəflərdən yalnız birinin deyil, ən azı iki şəxsin subyektiv tərkibinin və digər müvafiq məsələlərin məcmu şəkildə qiymətləndirilməsinin zəruriliyi aşkar şəkildə görünür.

22. X2 göstərilən müddəalar qanunvericilikdən kənar deyil, bilavasitə Məcəllənin məhz bu müddəalarının düzgün təfsirini verməklə məhkəmələr arasında hüququn tətbiqində vahid praktikanın formalaşmasına xidmət edən rəhbər izahlardır və təsadüfi də deyildir ki, Ali Məhkəməyə məhkəmə praktikasına dair izahlar vermək səlahiyyəti Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin İ hissəsi ilə tanınmışdır.

23. Qeyd olunanlara əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğvinə s əbəb ola bilməz.

24. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 22 oktyabr tarixli e-2-2(121)-3789/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar