Məhkəmə qərarları › İş №2-2(102)-787/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-787/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-787/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X3” Bankının cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasının qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Hüseyn Aida Əli qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, “X3” Bankının Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmeti nə yönəldilməsi” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 oktyabr tarixli 2-2(103)-806/2025 nömrəli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İddiaçı “X3” Bankı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-dən müştərək qaydada 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 nömrəli güzəştli kredit müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan “Nəsimi Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” 2017-ci il 5 sentyabr, 2018-ci il 6 yanvar, 2018-ci il 6 iyun tarixli müqavilələr üzrə 2016-2024-ci illər dövrü üçün 3183467,06 avro əsas borc, 2208080,63 avro faiz borcu olmaqla ümumilikdə 5391547,69 avro və 25000 ABŞ dolları əsas borc, 19815,07 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 44815,07 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, borcun "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58.116,3 m2 olan çoxmərtəbəli yaşayış binasına və Cavabdeh1 MMCnin mülkiyyətində olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların 100%-ə yönəldilməsi, həmin daşınmaz əmlaklar və nizamnamə kapitalındakı payların hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli qərardadı ilə X1 (bundan sonra – “N.İsayev” və ya “ üçüncü şəxs”) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 6 may tarixli e-2-2(113)-166/202 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq iddiaçı, Cavabdeh1 MMC və "xxxx" MMC arasında “Nəsimi Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” 2017-ci il 5 sentyabr, 2018-ci il 6 yanvar, 2018-ci il 6 iyun tarixli müqavilələr üzrə 2 648 342,06 avro və 25 000 ABŞ dolları əsas borcun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının və avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – N.Əhmədova).

4. Qətnamədən üçüncü şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 iyul tarixli 22(103)-806/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab olunaraq icraata qəbul edilmişdir (hakimlər: T.Mahmudova – sədrlik edən və məruzəçi, L.Əliyeva və Z.Şirinov).

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 oktyabr tarixli 2-2(103)-806/2025 nömrəli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş, mülki iş apellyasiya baxışından çıxarılaraq şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir (hakimlər: T.Mahmudova – sədrlik edə n və məruzəçi, E.Həsənov və Z.Şirinov).

7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxs qətnamənin maraqlarına toxunduğunu belə əsaslandırır ki, gələcəkdə qətnamənin icrası zamanı ona məxsus əmlaklara icra məmurunun təqdimatı əsasında tələb yönəldilə bilər və bu səbəblə də qətnamə ləğv olunmalıdır. Halbuki Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 6 may tarixli qətnaməsi ilə hər hansı əmlaka tutma yönəldilməmiş, əksinə müvafiq tələb təmin olunmamışdır və əgər qətnamənin icrası zamanı əmlak üzərinə həbs qoyulması ehtimalı varsa, bu halda üçüncü şəxsin qətnamədən deyil, müvafiq həbs qərarından (qərardadından), yaxud icra məmurunun hərəkətlərindən şikayət etmək hüququ yaranacaqdır.

8. Beləliklə, adı çəkilən qətnamə üçüncü şəxsin maraqlarına toxunmur; apellyasiya şikayəti isə, qəbul edilmiş qərar (qətnamə) ziyanına olan şəxslərin ondan yuxarı instansiya məhkəməsinə ünvanladıqları müraciətdir və şəxsin öz xeyrinə olan məhkəmə aktından şikayət verməsi Mülki Prosessual qanunvericiliyin mənasına uyğun deyildir.

9. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 50.1, 57.1, 57.2, 357.1 və 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Üçüncü şəxs həmin qərardaddan kasasiya şikayəti verərək onun ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. MPM-in 9.3 və 57.1-ci maddələri üzrə - N.İsayev müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edil diyi üçün, o, cavabdehin hüquqlarından istifadə etməyə səlahiyyətli olmuşdur. Məhkəmə kollegiyasının “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində iddianın rədd edilməsi ilə onun hüquqlarına toxunulmadığı barədə mülahizəsi qanunsuzdur. Çünki bu hal məhkəmənin öz təşəbbüsü ilə cəlb etdiyi üçüncü şəxsin şikayətini mümkünsüz edərək qanunsuz qətnamənin qüvvəyə minməsinə və təxminən 6.000.000 manat məbləğində pulun ölkə xaricinə çıxarılmasına şərait yaradır. İş materiallarında olan məhkəmə qərarları ilə kredit münasibətlərinin formal olduğu müəyyən olunmuşdur. Həmçinin iddiaçı və cavabdehlərin faktiki olaraq eyni şəxslər tərəfindən təmsil edilməsi də iddia tələbinin formal, eləcə də əlaqədar müqavilələrin uydurma əqd olduğunu təsdiqləyir. Əgər üçüncü şəxsin hüquqları bu qətnamədən zərər görməyəcəkdisə, onun işə cəlb olunmasına heç bir zərurət yox idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

57. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 57.2. Müstəqi l tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.” “Maddə

357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.

1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkə məsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir.

15. Belə ki, MPM-in 357.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan tərəflər, eləcə də üçüncü şəxslər apellyasiya şikayəti vermək hüququna malikdirlər.

16. MPM-də işdə iştirak edən şəxslərin birinci instansiya məhkəməsinin qətnamələrindən verdikləri apellyasiya şikayətləri ilə bağlı hər hansı məhd udiyyət, yəni kassasiya şikayətindən fərqli olaraq istər tələblərin təmin edilib-edilməməsi, istərsə də iddianın qiyməti ilə bağlı məhdudiyyət müəyyən edilməmişdir. Eyni zamanda, MPM-də mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər barəsində bu hüquqla bağlı hər hansı əlavə şərt müəyyən edilməmişdir.

17. Əksinə MPM-in 57.1 və 57.2-ci maddələrinin sistemli təhlilindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhz qətnamənin onun hüquq və vəzifələrinə təsir edə bilməsi ehtimalı nəzərə alınaraq prosesə cəlb olunur və bu status ona tərəflərin bir çox prosessual hüquqlarından, o cümlədən şikayət vermək hüququndan istifadə etmək imkanı yaradır.

18. Apellyasiya instansiyası məhkəməsi isə üçüncü şəxsin apellyasiya şikayətini “q ətnamənin onun maraqlarına toxunmaması” arqumenti ilə qeyri-mümkün hesab etməklə, MPM-in 357.1-ci maddəsinin açıq və imperativ məzmununa uyğun olmayan nəticəyə gəlmişdir.

19. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 357.1-ci maddəsinin düzgün tətbiq edilməməsi, MPM-in 418.3-cü maddəsinin mənasında iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnmiş və bu hal qərardadın ləğv edilməsi üçün əsas təşkil edir.

20. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş materialları həmin məhkəməyə qaytarılmalıdır.

21. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 t ərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 oktyabr tarixli 2-2(103)-806/2025 nömrəli qərardadı ləğv edilsin və iş materialları həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar