Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-79/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının “Cavabdeh1” və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçının “Cavabdeh1” və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli 2-2(106)29/2 022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ilə “Cavabdeh1” arasında bağlanmış 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə və illik 18 faiz ödəmək şərti ilə 36 ay müddətinə 250.000 manat məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə kreditdən məqsədli təyinatı üzrə istifadə edilərək müqavilədə nəzərdə tutulan qaydada və şərtlər daxilində qaytarılması müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Müqavilənin 12-ci bəndindən görünür ki, “Cavabdeh1”nin hesablaşma hesabı kimi ******************** hesabı göstərilmişdir.
2. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2013-cü i l 3 may tarixli 1xx/xx/2758/13 saylı ipoteka müqaviləsindən görünür ki, QSC İddiaçı ilə “Cavabdeh1” arasında 2013-cü il 3 may tarixində bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh2 ünvan 1 ünvanında mülkiyyətdə olan 0,0539 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqdan ibarət, 365.5 kv.m ümumi, 109.1 kv.m yaşayış, 256.4 kv.m yardımçı sahələrdən ibarət fərdi yaşayış evini və mülkiyyətində olan 0,0539 ha torpaq sahəsini kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2013-cü il 8 may tarixində verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, T.İsmayılov küçəsində olan 0,0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinin 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə QSC İddiaçı-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır.
4. İddiaçı ilə Cavabdeh2 arasında 2013-cü il 3 may tarixində bağlanmış **********-1 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, kreditor LPO QSC İddiaçı ilə “Cavabdeh1” arasında 2013-cü il 3 may tarixdə bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh2 Lənkəran şəhəri, Bakı-Astara magistralında mülkiyyətində olan 0,5573 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 girişli, 454.5 kv.m ümumi sahədən, 343.8 kv.m əsas sahədən və 110.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasını (su doldurma sexi) və mülkiyyətində olan 0,5573 ha torpaq sahəsi ilə birlikdə kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2013-cü il 10 may tarixində verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Bakı-Astara magistralında qeyri-yaşayış binası (su doldurma sexi) 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə LPO QSC İddiaçı- nin Lənkəran filialının xeyrinə əlavə ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır.
6. İddiaçı ilə “Cavabdeh1” arasında 2014-cü il 11 iyun tarixdə bağlanmış 171/06/29/14 saylı digər kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borc alana avadanlığın və xammalın alınması məqsədilə və illik 6 faiz ödəmək şərti ilə 72 ay müddətinə 600.000 manat məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə kreditdən məqsədli təyinatı üzrə istifadə edilərək müqavilədə nəzərdə tutulan qaydada və şərtlər daxilində qaytarılması müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Müqavilənin 12-ci bəndindən görünür ki, “Cavabdeh1”nin hesablaşma hesabı kimi AZ85MOSZ******************** hesabı göstərilmişdir. 7. 2018-ci il 13 dekabr tarixli arayışdan görünür ki, LPO QSC İddiaçı ilə “Cavabdeh1” arasında 2013-cü il 3 may tarixində bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə 2018-ci il 10 dekabr tarixinə yerinə yetirilməmiş kredit öhdəliyi 232.119,57 manat əsas borc, 138.515,31 manat cərimə, müqavilə müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 30.660,24 manat faiz borcu olmaqla, ümumilikdə 401.295,12 manat məbləğində təşkil etmişdir.
8. İddiaçı tərəfindən “Cavabdeh1”nə və Cavabdeh2 ünvanlanmış 2019-cu il 4 aprel tarixli pretenziya məktubunda tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Cavabdeh1”nin ümumilikdə 401.295,12 manat məbləğində borcunun yarandığı bildirilmiş, borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
9. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə 2019-cu il 17 aprel tarixli **********077 saylı göndərilmiş və ünvan üzrə həmin tarixdə qeydiyyatdan keçmiş “tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” bildirişin qeydə alınması barədə ərizədən görünür ki, 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətində olan 0,0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinin yüklü edilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur.
10. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə 2019-cu il 17 aprel tarixli **********081 saylı göndərilmiş v ə ünvan üzrə həmin tarixdə qeydiyyatdan keçmiş “tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” bildirişin qeydə alınması barədə ərizədən görünür ki, 2013-cü il 3 may tarixli **********-1 saylı sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətində olan Bakı-Astara magistralında qeyri-yaşayış binasının (su doldurma sexi) yüklü edilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı (bundan sonra – “iddiaçı”) “Cavabdeh1” və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Müəssisə” və “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə 2019-cu il 31 may tarixində Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 2013-cü il 3 may tarixli 1xx/xx/27 58/13 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 232.119,57 manat əsas borc, 138.515,31 manat cərimə, 30.660,24 manat kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 401.259,12 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı öz tələbini işin hallarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarının 2 -ci bəndinə istinad etməklə əsaslandırmışdır.
13. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə 232.119,57 manat əsas borc, 138.515,31 manat cərimə, 30.660,24 manat kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 401.259,12 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, 60 manat tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olmaqla iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri, Bakı-Astara magistralında yerləşən qeyri-yaşayış binasına (su doldurma sexi) yönəld ilməklə açıq hərracdan ilkin satış qiyməti 212.000 manat müəyyən edilməklə satılması, Lənkəran şəhəri, T.İsmayılov (hazırkı H.Əliyev) küçəsi, 0,0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinə yönəldilməklə açıq hərracdan ilkin satış qiyməti 178.800 manat müəyyən edilməklə satılması, qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh2 qeyri-yaşayış binasını və fərdi yaşayış evini ən geci 1 ay ərzində tərk etmədikdə, qeyri-yaşayış binasından və fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, həmin qeyriyaşayış binası və fərdi yaşayış evinin boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.
15. Lənkəran Rayon Məhkəməsinin 2019-cu il 26 avqust tarixl i 2(049)-1852/2019 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş (hakim – Ə.Ələkbərov), "xxxx" MMC-nin 2020-ci il 7 fevral tarixli 0166/20/AB və 0167/20/BS saylı rəylərinə və həmin rəylərin əlavələrinə əsasən, Cavabdeh2 mülkiyyətində olan: - Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində 0,0539 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 365,5 kv.m ümumi, 109,1 kv.m yaşayış, 256,4 kv.m yardımçı sahədən ibarət 175 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiyməti 180.000 manat, likvid qiyməti 155.000 manat; - Lənkəran şəhəri, Bakı-Astara magistralında 0,05573 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 8 girişli, 454,5 kv.m ümumi, 343,8 kv.m əsas və 110,7 kv.m yardımçı sahədən ibarət qe yri-yaşayış binasının hazırkı bazar qiyməti 220.000 manat, likvid qiyməti 180.000 manat məbləğində təşkil etmişdir.
16. Lənkəran Rayon Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli, 2(049)-120/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir (hakim – Ə.Ələkbərov).
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 20 may tarixli 2(106)-1346/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim – Z.Zeynalov, hakimlər – M.Həsənov və İ.Əsədov).
18. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 22 oktyabr tarixli 2-2(121)-1365/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – E.Abdullayev).
19. Birinci instansiya məhkəm əsi Cavabdeh2 nümayəndəsi və vəkilinin məhkəməyə ünvanladığı iddia müddətinin tətbiqi barədə 2021-ci il 10 avqust tarixli ərizəyə istinad edərək hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən rədd edilməlidir.
20. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 2013-cü il 3 may tarixində bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 2016-cı il 3 may tarixinədək qaytarılması şərti ilə, illik 18 faiz hesablanmaqla 250.000 manat məbləğində, 2014-cü il 11 iyun tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona 2020-ci il 11 iyun tarixinədək qaytarılması şərtilə, illik 6,12 faiz hesablanmaqla 600.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən hazırki iş üzrə mübahisə pred meti olmayan 2014-cü il 11 iyun tarixli 171/06/29/14 saylı kredit müqaviləsi üzrə 2017-ci il 7 avqust tarixində 19.667 manat ödənişin edildiyi, lakin həmin ödənişin 16.786,39 manat hissəsinin 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinin müddəti bitdikdən sonra, yəni 2017-ci il 7 avqust tarixində hazırki iş üzrə mübahisə predmeti olan 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinə silindiyini, cavabdehin götürdüyü 600.000 manat məbləğində kredit müqaviləsi üzrə ödənişlərin ödəniş cədvəlinə uyğun vaxtı-vaxtında realizə olunduğu, həmin kredit müqaviləsi üzrə heç bir gecikməsi olmadığı 2021-ci il 22 oktyabr tarixində keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsinin etirafı ilə öz təsdiqini tapmışdır.
21. Əgər cavabdeh tərəfindən 2017-ci il 7 avqust tarixində ödənilmiş 19.667 manat ödənişin 16.786,39 manat hissəsi 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinə silinsəydi, o zaman 2014-cü il 11 iyun tarixli 171/06/29/14 saylı kredit müqaviləsi üzrə gecikmələrin yaranması qaçınılmaz olacaqdır. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatında 2014-cü il 11 iyun tarixli 171/06/29/14 saylı kredit müqaviləsi üzrə ödənişlərin ödəniş cədvəlinə uyğun olaraq aparıldığını və heç bir gecikmənin olmadığını bildirmişdir.
22. Həmçinin nəzərə alınmalıdır ki, Müəssisə tərəfindən 2014-cü il 11 iyun tarixli 171/06/29/14 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən 2014-cü il 11 iyul tarixindən etibarən ödənişlər edilmişdir. 2014-cü il 11 iyun tarixli 171/06/29/14 saylı kredit müqaviləsi üzrə edilmiş 2017-ci i l 7 avqust tarixli ödənişin 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi qüvvədə olduğu müddət ərzində deyil, məhz həmin kredit müqaviləsinin müddəti bitdikdən sonra silinməsi, yaxud sonrakı tarixlərdə 2014-cü il 11 iyun tarixli 171/06/29/14 saylı kredit müqaviləsi üzrə edilmiş ödənişlərin 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinə silinməməsi anlaşılan deyildir. Bu isə iddiaçının izahatının formal xarakterli dəlil olması qənaətinə gəlməyə əsas verərək iddianın təmin olunması üçün kifayət qədər əsaslı deyil.
23. Bununla yanaşı, Müəssisənin hesabdan çıxarışından müəyyən edilir ki, Müəssisənin ******************** nömrəli hesabında “gecikdirilmiş əsas borc məbləğin silinməsi” əməliyyatı üçün 2017-ci il 7 avqust tarixində 16.786,19 manat ödəniş ****** ************** nömrəli hesab ilə mədaxil (debet) edilərək ******************** nömrəli hesab ilə “kreditin ödənilməsi üçün mədaxil” əməliyyatı aparılaraq hesabdan məxaric (kredit) edilmişdir. Bununla yanaşı, Müəssisənin 2021-ci i 7 avqust tarixində yalnız bir ödəniş etməsi iddiaçının nümayəndəsinin 2021-ci il 22 oktyabr tarixində keçirilən məhkəmə iclasında etiraf etməsi ilə öz təsdiqini tapmışdır. Sonradan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarışda isə Müəssisənin ******************** nömrəli hesabında “gecikdirilmiş əsas məbləğin silinməsi” əməliyyatı üçün 2017-ci il 7 avqust tarixində 16.786,39 manat Müəssisənin ******************** nömrəli digər hesabı ilə məxaric (kredit üçün xərc) edilməsi qeyd e dilmiş, lakin sözügedən hesabdan çıxarış bank tərəfindən rəsmiləşdirilməmişdir.
24. Məhkəmə araşdırması zamanı Müəssisə tərəfindən 2017-ci il 7 avqust tarixində 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə deyil, 2014-cü il 11 iyun tarixli 171/06/29/14 saylı kredit müqaviləsi üzrə 19.667 manat ödənişin olunduğu müəyyən edilmişdir. Bank hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə 2014-cü il 23 iyun tarixində 2,079,99 manat məbləğində kredit ödənişi etmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı 2016-cı il 3 may tarixindən başlamışdır.
25. İşin materiallarından isə görünür ki, iddia ərizəsi 2019-cu il 31 may tarixində məhkəməyə verilmişdir. Buna görə də iddia çı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
26. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
27. İş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia tələbi digər hissələrdə rədd edilməli olduğundan, iddianın qeyd edilən hissəsi də əsassız olmuşdur. Ödənilmiş 90 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir.
28. Məhkəmə öz mövqeyini MM-in 373.2, 375.2, 376, 377.2, 399, 445.7, 449.1, 449.2-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi X3 Qərarı ilə təsdiq edilmi “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın 2.7, 8-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
29. İddiaçı 2021-ci il 23 dekabr tarixdə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 mart tarixli 2-2(106)-29/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş (sədrlik edən hakim – T.Kərimov, hakimlər – T.Heydərov və O.İsmayılov), ekspertin qarşısında aşağıd akı suallar qoyulmuşdur: - LD **********3 identifikasiya nömrəsi 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinin identifikasiya nömrəsidirmi? - 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı və 2014-cü il 11 iyun tarixli 171/06/29/14 saylı kredit müqavilələri üzrə ödənişlər vahid hesablaşma hesabı (********************) üzərindən aparılmışdırmı? - 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş hansı məbləğdə və hansı tarixdə edilmişdir? - İş materiallarının 2-ci cild 377-ci vərəqindəki ödəniş qəbzində qeyd olunan və ******************** saylı hesaba mədaxil edilmiş 19.667 manat ödənişin iş materiallarının 1-ci cild 74-cü vərəqindəki hesabdan çıxarış məlumatlarına əsasən 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə əsas borc və faiz borcuna silinib-silinməməsi müəyyən edilsin. - 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi müddətinin sonuna, yəni 2016-cı il 3 may tarixinə yerinə yetirməmiş əsas kredit borcunun məbləği müəyyən edilsin. - 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi müddətinin sonundan, yəni 2016-cı il 3 may tarixindən sonra 2018-ci il 10 dekabr (maliyyə arayışının tarixi) tarixinədək edilmiş ödənişlər nəzərə alınaraq, əsas borca illik 5 faizlə hesablanmaqla ödənilməli olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilsin. - 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi əsasında aparılmış ödənişlər üzrə silinmələrin düzgün aparılıb-aparılmaması müəyyən edilsin.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksper tiza Mərkəzinin 2022-ci il 27 may tarixli 9/2479 nömrəli rəyinə əsasən: - 2016-cı il 3 may tarixə (müqavilənin müddətinin bitdiyi tarixə): əsas borc üzrə 250.462,51 manat, faiz borcu üzrə 3.165,71 manat məbləğində, 2018-ci il 10 dekabr tarixinə (müqavilənin müddəti bitdikdən sonra 5 faizlə hesablanmaqla): əsas borc üzrə 233.676,12 manat, faiz borcu üzrə 31.365,79 manat məbləğində müəyyən olunmuşdur. - LD ********** identifikasiya nömrəsi 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinin identifikasiya nömrəsidir, 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı və 2014cü il 11 iyun tarixli 171/06/29/14 saylı kredit müqavilələri üzrə ödənişlər vahid hesablaşma hesabı (********************) üzərindən aparıldığı müəyyən edilir və 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kre dit müqaviləsi üzrə sonuncu ödəniş 2017-ci il 7 avqust tarixində 19.667 manat məbləğində olmuş, həmin ödənişin 2.880,61 manatının faiz borcundan, 16.786,39 manatının isə əsas borcundan silindiyi müəyyən olunmuşdur.
32. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli 2-2(106)-29/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Kərimov, hakimlər – T.Heydərov və O.İsmayılov).
33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh (borc alan) iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi öhdəliklərinin icrasından ibarət t ələbi qanuni və əsaslıdır.
34. Bununla belə, kreditor müqavilə müddəti ərzində borcalan tərəfindən 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə ödəniş edilmədiyini görərək (təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən müqavilə müddətinin sonuna, yəni 2016-cı il 3 may tarixinə əsas borcun məbləği 250.462,51 manat təşkil etmişdir) 2017-ci il 7 avqust tarixində borcalanın bankda olan hesabına etdiyi 19.667 manat məbləğində mədaxili, borcalanın əlavə sərəncamını almadan 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə mövcud borcun silinməsinə yönəltmiş, həmin ödənişin 2.880,61 manatını faiz borcundan, 16.786,39 manatını isə əsas borcdan silmişdir. Halbuki iş materiallarında (2-ci cild 377-ci vərəq) olan həmin ödəniş qəbzində 19.667 manat məbləğində vəsait X2 adlı şəxs tə rəfindən Müəssisənin QSC “Bank Standard” KB-nın Lənkəran filialında olan 2014-cü il 11 iyun tarixli 171/06/29/14 saylı kredit müqaviləsi üçün nəzərdə tutulan AZ85MOSZ******************** saylı hesabına mədaxil olmuşdur. Halbuki tərəflərin imzaladığı və öhdəlik götürdüyü cari hesab müqaviləsində müştərilərin hüquqları bölməsində qeyd olunmuşdur ki, bank hesabına pul vəsaitinin qəbul edilməsinə və hesaba salınmasına, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair banka sərəncam vermək, bank hesabı üzrə sərəncamverici şəxsləri təyin etmək və dəyişdirmək, bank hesabından pul vəsaitinin əsasız silinməsinə dair ödəniş sisteminin qayda və şərtlərinə uğun olaraq araşdırma aparılmasını və əsassız silinmiş məbləğin geri qaytarılmasını y azılı qaydada tələb etmək müştərinin, hazırkı işdə isə cavabdehin hüququ kimi müəyyən edilmişdir. Düzdür, iddiaçının (kreditorun) nümayəndəsi borc alan Müəssisə ilə aralarında bağlanan 2013-cü il tarixli 3 may 1xx/xx/2758/13 saylı kredit müqaviləsinin 5.1.10-cu bəndinə istinad edərək borc alan tərəfindən müqavilə şərtləri pozması halında, müqaviləyə xitam vermək və borc alanın hesabından krediti, ona hesablanmış faizləri və digər ödənişləri borc alanın sərəncamı olmadan silməyin kreditorun hüququ olduğunu bildirsə də, nəzərə almamşdır ki, kredit müqaviləsinin bütün şərtləri müqavilə müddəti ərzində qüvvədə olmuşdur. Hazırkı halda isə müqavilə müddətinin 2016-cı il 3 may tarixində bitməsinə rəğmən, 2017-ci il 7 avqust tarixində müqavilə üzrə edilməyən ödənişi qüvvədə olmayan müqavilə şərtin ə əsasən gecikmədə olan borca aid etməkdə bankın səlahiyyəti olmamışdır.
35. Bundan başqa, cavabdeh tərəfindən hazırkı iş üzrə mübahisə predmeti olmayan 2014-cü il 11 iyun tarixli 171/06/29/14 saylı kredit müqaviləsi üzrə 2017-ci il 7 avqust tarixində 19.667 manat ödənişin edildiyi, lakin həmin ödənişin 16.786,39 manat hissəsinin 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinin müddəti bitdikdən sonra, yəni 2017-ci il 7 avqust tarixində hazırkı iş üzrə mübahisə predmeti olan 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinə silindiyi, Müəssisənin götürdüyü 600.000 manat məbləğində kredit müqaviləsi üzrə ödənişlərin ödəniş cədvəlinə uyğun vaxtı-vaxtında realizə olunduğu, həmin kredit müqaviləsi üzrə heç bir gecikməsinin olmadığı işdə olan sübutlarla da öz t əsdiqini tapmışdır. İş materiallarında olan Müəssisənin hesabdan çıxarışından müəyyən edilir ki, Müəssisənin ******************** nömrəli hesabında “gecikdirilmiş əsas borc məbləğin silinməsi” əməliyyatı üçün 2017-ci il 7 avqust tarixində 16.786,19 manat ödəniş ******************** nömrəli hesab ilə mədaxil (debet) edilərək ******************** nömrəli hesab ilə “kreditin ödənilməsi üçün mədaxil” əməliyyatı aparılaraq hesabdan məxaric (kredit) edilmişdir. Bununla yanaşı, Müəssisənin 2017-ci il 7 avqust tarixində yalnız bir ödəniş etməsi iddiaçının nümayəndəsinin 2021-ci il 22 oktyabr tarixində birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında etiraf etməsi ilə öz təsdiqini tapmışdır. Sonradan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 sayl ı kredit müqaviləsi üzrə hesabdan çıxarışda isə Müəssisənin ******************** nömrəli hesabında “gecikdirilmiş əsas məbləğin silinməsi” əməliyyatı üçün 2017-ci 7 avqust tarixində 16.786,39 manat Müəssisənin ******************** nömrəli digər hesabı ilə məxaric (kredit üçün xərc) edilməsi qeyd edilmiş, lakin sözügedən hesabdan çıxarış bank tərəfindən rəsmiləşdirilməmişdir.
36. Beləliklə, aparılan araşdırmanın nəticəsi olaraq Müəssisə tərəfindən 2017-ci il 7 avqust tarixində 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə deyil, 2014-cü il 11 iyun tarixli 171/06/29/14 saylı kredit müqaviləsi üzrə 19.667 manat ödənişin edildiyi, lakin kreditor tərəfindən heç bir hüquqi əsas olmadan həmin borcun 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinə aid edild iyi müəyyən edilmişdir. Bank hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə 2014-cü il 23 iyun tarixində 2.079,99 manat məbləğində kredit ödənişi etmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı 2016-cı ildən 3 may başlamışdır. İddiaçı mövcud iddia ərizəsini 2019-cu il 6 may tarixində rabitə orqanına təhvil verməklə (1-cild 140-cı vərəq ölkədaxili kuryer xidməti göstərən "xxxx" MMC-nin 187264 saylı göndərişi) məhkəməyə müraciət etmişdir.
37. Müəssisə tərəfindən 2013-cü il 3 may tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə deyil, 2014-cü il 11 iyun tarixli 171/06/29/14 saylı kredit müqaviləsi üzrə 19.667 manat ödənişin edildiyi nəzərə alındığı halda belə, iddia müddəti ötmüşdür. Belə ki, işin müəyyən edilmiş hallarından məlum olur ki, mübahisə predmeti olan müqavilə üzrə kreditin qaytarılma müddəti 2016-ci il 3 may tarixində bitmişdir. Odur ki, sözügedən kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin axımı 2016-ci il 3 may tarixindən başlamış və 2019-cu il 3 may tarixində bitmiş olur.
38. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2021-ci il 20 may 2(106)1346/2021 tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli qətnaməsi ləğv edilmiş, hazırkı iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmiş və kommersiya işi 2021-ci 5 iyul il tarixində məhkəməyə daxil olmuşdur. Bu o anlama gəlir ki, iddia ərizəsi birinci instansiyası məhkəməsinə 2021-ci il 5 iyul tarixindən, yəni s özügedən qərardad qəbul edilməmişdən əvvəl daxil olmuşdur. Həmin fakta əsaslanan iddiaçı hesab edir ki, onun iddia ərizəsinin məhkəməyə daxil olduğun gün iddia müddətinin axımı kəsilmişdir. Halbuki heç də bütün iddiaların verilməsi deyil, MM-in 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddianın verilməsi iddia müddətinin kəsilməsinə səbəb olur. Hazırkı halda isə ilkin iddia ərizəsi aidiyyəti üzrə düzgün verilmədiyindən Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə qəbul olunmuş qətnamə ləğv edilmiş və aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, ilk dəfə iddia ərizəsi müəyyənləşdirilmiş qaydada verilməmişdir. İddiaçının iddia ərizəsi 2021-ci il 5 iyul tarixində, yəni iddia müddəti bitdikdən sonra məhkəməyə daxil olmuşdur. Kommersiya məhkəməsi iş üzrə nə ticəyə gələrkən, mühüm əhəmiyyət kəsb edən həmin halları nəzərə almış və iş üzrə düzgün qiymətləndirmə aparmışdır. Belə ki, ilkin iddia ərizəsi qanunla müəyyən edilmiş qaydada verilmədiyindən, iddia müddəti MM-in 380.1-ci maddəsinin tələbinə görə kəsilməmişdir. Əslində, MPM-in 151.1-ci maddəsinin tələbləri də bunu təsdiq edir. Belə ki, həmin maddədə qeyd olunur ki, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırkı iddia ərizəsi MPM-in tələblərinə riayət edilməməklə verildiyindən, Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə qəbul olunmuş qətnamə ləğv edilmiş və aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmiş və iş 2021-ci il 5 iyul tarixində Şirvan Kommersiya Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olan iddia ərizəsi mahiyyət etibarı ilə MPM-in tələblərinə riayət edilməklə verilmiş iddiadır. Bu mənada, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verilməsinə dair qayda MM-in 380.1-ci maddəsində nəzərdə tutulmuş “müəyyənləşdirilmiş qaydada iddianın verilməsi” anlayışına tamamilə uyğundur. Odur ki, bu məsələ ilə bağlı məhkəmə kollegiyasının yekun mövqeyi ondan ibarətdir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini ötürmüş, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
39. Əsas borc tələbi üzrə iddia müddəti ötürüldüyündən iddia tələbləri faiz və cərimə borcu hissələrində də rədd olunmalıdır. Eyni zamanda, iddia tələblərinin tutmanın ipoteka predmetinə yönəldilməsi və bundan irəli gələn digər tələblər hissəsində təmin olunması da mümkü nsüzdür.
40. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, MM-in 6.2, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 385.1, 386.1, 399.3, 399.4, 425.1, 442, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi X3 Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın 2.7, 8-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarlarına, MPM-in 14.2, 77.1, 88, 115.0.1, 119.1, 151.1, 217.1, 217.4, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
41. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 6 oktyabr tarixində tərəflərə göndərilmişdir.
42. İddiaçı 2022-ci il 13 dekabr tarixdə kassasiya şikayəti və 2023-cü il 16 yanvar tarixində kassasiya şikayətinə əlavə verməklə həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
43. MM-in 373.2-ci maddəsi üzrə - Daşınmaz əşyalarla bağlı tələblər üzrə iddia müddəti 3 il deyil, 6 il nəzərdə tutulmuşdur. İpoteka qoyan tərəfindən daşınmaz əmlakla bağlı iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ yarana biləc əyi halda, hazırkı işlə bağlı 6 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmədiyindən iş üzrə iddia müddəti tətbiq oluna bilməz və iddia müddətinin keçməsinə əsasən, iddia tələbi rədd edilmişdir. Məhkəmə tərəfindən borcun tutulması barədə iddia rədd edilərkən iddiaçının hüquqlarının pozulması nəzərə alınmamışdır.
44. MM-in 375.2-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi iddia ərizəsinin 2013-cü il 3 may tarixli kredit müqaviləsinin iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunduğu qeyd etmiş, iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulubpozulmamasını nəzərə almamışdır. Kredit müqaviləsi üzrə Borcalan tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyi halda, İpoteka qoyan tərəfindən təqdim olunan ərizə əsasında kredit müqaviləsi üzrə 3 illik iddia müdd əti tətbiq olunması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, iddiaçı ilə ipoteka qoyan arasında 2013-cü il 3 may tarixli **********-1 saylı sonrakı ipoteka müqaviləsi 2016-cı il 3 iyun tarixinədək bağlanıldığından, iddiaçının mövcud iddia ərizəsi isə 2019-cu il 26 aprel tarixində məhkəməyə verildiyindən ipoteka qoyana münasibətdə iddia müddəti ötürülməmişdir.
45. MM-in 377.2-ci maddəsi üzrə - İddia ərizəsi 2019-cu il 26 aprel tarixində "xxxx" MMC ölkədaxili kuryer şirkətinə təqdim edilmiş, həmin iddia ərizəsi 2019-cu il 29 aprel tarixində Lənkəran Rayon Məhkəməsinə çatdırılmış və “Qasımzadə” soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Həmin iddia ərizəsində yalnız borclu cavabdehdən borc məbləğlərinin tutulması nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi qətnaməsində i ddiaçı tərəfindən iddia ərizəsinin 2019-cu il 6 may tarixində rabitə orqanına təhvil verməklə məhkəməyə müraciət edildiyi, Şirvan Kommersiya Məhkəməsi isə qətnaməsində iddia ərizəsinin 2019-cu il 31 may tarixində məhkəməyə müraciət edildiyini bildirmişdir. İddia tələbinin artırılması ərizəsi isə 2019-cu il 6 may tarixində göndərilmiş və 2019-cu il 10 may tarixində məhkəməyə çatdırılmışdır.
46. Həmçinin cavabdeh tərəfindən iddia müddəti ərzində 2017-ci il 7 avqust tarixində ödəniş olunmuş, həmin ödəniş ekspert rəyində öz əksini tapmasına baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bank ilə Müəssisə arasında bağlanmış hər iki kredit müqaviləsi (2013-cü il 3 may və 2014-ci il 11 iyun tarixli müqavilələr) üzrə bir bank hesabı açılmış və bütün əməliyyatlar həmin hesab üzərindən aparılmış dır. Eyni hesabda olan kredit ödənişlərinin hansı kredit müqaviləsi üzrə silinməsi hesabdan çıxarışda kreditlərin identifikasiya nömrəsi ilə (LD nömrə) açıq aydın şəkildə göstərilmiş və ekspert rəyində də öz təsdiqini tapmışdır. Beləliklə, borclu tərəfindən aparılmış ödənişlərin kreditor tərəfindən silinməsi düzgün şəkildə həyata keçirilmiş, lakin cavabdeh ödənişlərin bir hesabdan aparılmasından sui-istifadə edərək ödənişləri digər krediti üçün ödənilməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir.
47. Həmçinin iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli iclas protokolunda cavabdehin izahatı olaraq qeyd edilmişdir ki: "xxxx"Cavabdeh1” tərəfindən xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, QSC "Ba nk Standartdan 250.000 manat məbləğində kredit götürmüşəm və mən 36 ay müddətinə illik 18% olmaqla krediti ödəməyi öhdəmə götürmüşəm. Lakin maddi vəziyyətim ilə əlaqədar borcumu vaxtında qaytara bilməmişəm, bank da məhkəməyə müraciət etmişdir.iddiaçı tərəf məhkəmə iclasında iddia tələbində göstərilən cərimə borcunu 10%-ə qədər azaltmışdır. Maddi imkanım olan kimi borcumu ödəyəcəyəmə ona görə də məhkəmədən qətnamə qəbul olunarkən cərimə borcunun azaldılmasını xahiş edirəm”.
48. İş materiallarında olan Müəssisə tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanan 2019-cu il 22 aprel tarixli 022 saylı ərizənin mətnindən də görünür ki, cavabdeh 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə ona güzəşt olunmasını xahiş etmişdir. Yəni, cavabdeh həmin kredit müqaviləsi üzrə 2017-ci il 7 avq ust tarixində ödəniş edilməsindən məlumatı olmuş və nə iddiaçıya müraciət etdiyi ərizədə, nə də Lənkəran Rayon Məhkəməsində keçirilən iclaslarda həmin ödənişi mübahisələndirməmişdir. Qeyd olunanlar iş materiallarında olan sənədlərdə öz təsdiqini tapmış və iddiaçının nümayəndəsi tərəfindən sadalanan hallar məhkəməyə bildirildikdə, prosesə sədrlik edən deyil, tərkib üzvü olan hakim nümayəndənin çıxışına dəfələrlə müdaxilə etmiş və məhkəmə tərkibinin fikrini işin mahiyyətinin aydınlaşdırılmasından yayındırmışdır.
49. MM-in 380.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi qətnamədə qeyd etmişdir ki: “xx.xx.2017-ci il tarixində edilən ödəniş nəzərə alındığı halda belə iddia müddəti ötürülmüşdür. Belə ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi Şirvan Apellyasiya Məhkəməsin in xx.xx.2021-ci il tarixli qərardadı ilə ləğv edilərək kommersiya işi olduğuna görə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmiş və xx.xx.2021-ci il tarixində birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bu səbəbdən də iddiaçı tərəfindən müəyyənləşdirilmiş qaydada məhkəməyə müraciət olunmadığına görə iddia müddəti xx.xx.2021-ci il tarixindən hesablanmalıdır”. Bildirmək istəyirik ki, İddiaçı tərəfindən ilk dəfə 2019-cu il 26 aprel tarixində Lənkəran Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmə tərəfindən iddia ərizəsi icraata qəbul edilmiş və mahiyyəti üzrə baxılaraq qətnamə qəbul olunmuşdur. Lənkəran Rayon Məhkəməsində cavabdehlər də iştirak etmiş və məhkəmə aidiyyətinin pozulması ilə bağlı hər hansı müraciətləri olmamışdır. Sonradan həmin qətnamədən verilən apellyasiya şika yətinə baxılarkən məhkəmə aidiyyətinin pozulduğu müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən ilk dəfə edilən müraciət apellyasiya instansiyası tərəfindən nə baxılmamış saxlanılmış, nə də geri qaytarılmışdır ki, iddia müddətinin axımının hesablanması yenidən başlanılsın. Məhkəməyə 2019-cu il 26 aprel tarixindən verilən iddia tələbi məhkəmə tərəfindən icraata qəbul olunmuş, prosessual qanunvericiliyin tələblərinə əsasən baxılmış və yekun məhkəmə qərarı qəbul olunmuşdur.
50. MPM-in 88, 217, 385.1-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən təqdim olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnamə sinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir. Məhkəmə tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
51. MPM-in 151.3-cü maddəsi üzrə - İddia ərizəsinin 2019-cu il 31 may tarixində məhkəməyə daxil olunması qeyd olunsa da, birinci instansiya məhkəməsi 2019-cu il 10 may tarixində məhkəmə iclasının 2019-cu il 24 may tarixinə təyin olunması barədə məhkəmə bildirişi tərtib edərək tərəflərə göndərmişdir.
52. Məhkəmə tərəfindən qətnamə qəbul olunarkən Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qə rarı, Konstitusiya Məhkəməsi Plenumunun “H.Həşimov və qeyrilərinin şikayəti üzrə” 2005-ci il 30 iyun tarixli, “R.Salamovun şikayəti üzrə” 2007-ci il 30 oktyabr tarixli, “X.Xəlilovun şikayəti üzrə” 2009-cu il 16 yanvar tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarlarının göstərişlərinə riayət olunmamışdır. b) Kassasiya şikayətinə əlavə
53. İddiaçı kassasiya şikayətinə əlavə olaraq bildirmişdir ki, yaranmış anlaşılmazlığın aydınlanlaşdırılması üçün iddiaçı tərəfindən Lənkəran Rayon Məhkəməsinə sorğu ilə müraciət edilərək sonuncu tərəfindən göndərilmiş 2019-cu il 19 aprel tarixli **********104 nömrəli iddia ərizəsinin və 2019-cu il 30 aprel tarixli **********224 iddia tələbinin artırılmasına dair ərizənin hansı tarixdə məh kəmənin dəftərxanasından qeydiyyatdan keçməsi və hakim Əliəjdər Ələkbərovun icraatına hansı tarixdə verilməsi barədə məlumat verilməsini xahiş etmişdir. Həmin sorğuya cavab olaraq Lənkəran Rayon Məhkəməsindən bildirilmişdir ki, tərəflər arasında Lənkəran Rayon Məhkəməsinin icraatında 2(049)-1652/2019 saylı və 2(049)-1852/2019 saylı mülki işlər olmuşdur. Lənkəran Rayon Məhkəməsinin “mülki işlərin qeydiyyat kitabına” əsasən 2(049)-1652/2019 saylı mülki iş 2019-cu il 10 may tarixində, 2(049)-1852/2019 saylı mülki iş isə 2019-cu il 31 may tarixində məhkəmənin dəftərxanasına qeydiyyata alınıb və eyni tarixdə baxılması üçün hakim Əliəjdər Əəkbərovun icraatına verilmişdir.
54. Lakin 2019-cu il 19 aprel tarixli **********004 nömrəli iddia ərizəsi 2019-cu il 26 aprel tarixində "xxxx" MMC ölkədaxi li kuryer şirkətinə təqdim edilmiş, həmin iddia ərizəsi 2019-cu il 29 aprel tarixində Lənkəran Rayon Məhkəməsinə çatdırılmış və “Qasımzadə” soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Həmin iddia ərizəsində yalnız Müəssisədən 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tutulması nəzərdə tutulmuşdur. Həmçinin iddia ərizəsinin daxil olma ştampında tarix 2019-cu il 31 may tarixi göstərilmişdir. İddia tələbinin artırılması barədə ərizəyə vurulan daxil olma ştampında isə tarix 2019-cu il 6 may tarixi qeyd olunmuşdur. Qeyd olunan məlumatlar iş materiallarında öz əksini tapsa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticədə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul olunmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
56. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
57. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
58. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....”
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli qərarında müəyyən edilmişdir ki: “…mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər).”
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
3. Mülki prosessual qanunvericiliyin zamana və məkana görə qüvvəsi 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlil lərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 43-54) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli 2-2(106)29/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
63. Əvvəla, məhkəmə kollegiyası kassatorun daşınmaz əşyalarla bağlı tələblər üzrə iddia müddətinin 6 il olmasına, cavabdeh tərəfindən iddia müddəti ərzində 2017-ci il 7 avqust tarixində ödəniş edilməsinin məhkəmə tərəfindən nəzərə alınmamasına dair dəlilləri ilə razılaşmır, lakin apellyasiya instansiya məhkəməsinin eyni məsələlərlə əlaqədar qənaətini qanu ni və əsaslı hesab etdiyindən, prosessual qənaət prinsipi baxımından bu dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür.
64. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə iddia müddətinin ötməsinə dair gəldiyi nəticə ilə aşağıdakı səbəblərdən razılaşmır.
65. Belə ki, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı üçün iddia müddətinin axımı 2016-cı il 3 may tarixindən başlayaraq 2019-cu il 3 may tarixində bitmiş, iddia ərizəsi isə 2019-cu il 6 may tarixində rabitə orqanına təhvil verməklə məhkəməyə müraciət edilmişdir.
66. İş materiallarında olan cavabdeh Müəssisənin direktoru və hazırkı iş üzrə digər cavabdeh olan Cavabdeh2 ƏSF-yə 2019-cu il 23 aprel tarixində daxil olmuş, üzərində həmin şəxsin imzası və Müəssisənin m öhürü olan 2019-cu il 22 aprel tarixli 022 saylı məktubun surətindən (İİ cild, i/v 38) görünür ki, həmin məktubda X5-dan götürdüyü kreditin ödənilməyən 232.119,57 manat əsas, 138.515,31 manat cərimə borcu, 30.660 manat faiz borcu, ümumilikdə 401.295,12 manat borcu qaldığını, ticarət fəaliyyətinin həcminin aşağı düşməsi səbəbindən kreditin ödənilməsinin mümkün olmadığını bildirmiş, əsas borcun 1 il müddətində tam ödənilməklə hesablanmış faiz və cərimələrin güzəşt edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
67. Göründüyü kimi, cavabdeh müəssisə və onun rəhbəri və hazırkı iş üzrə digər cavabdeh olan Cavabdeh2 sözügedən məktubda öz borcunu etiraf etmiş və bu məktubun tarixi məhz mübahisə predmeti olan kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin axımının davam etdiyi dövrə təsadüf et mişdir.
68. Lakin işə baxan məhkəmələr MPM-in 80, 81 və 88-ci maddələrinin (bax yuxarıda § 61) tələblərini pozaraq həmin məktubun aidliyinə, mümkünlüyünə və mötəbərliyinə ümumiyyətlə hüquqi qiymət verməmiş, eləcə də MM-in 380.1-ci maddəsinin (bax yuxarıda § 59) tələbləri baxımından bu məktubun hazırkı iş üzrə iddia müddətinin axımının kəsilməsinə təsiri imkanlarını dəyərləndirməmişlər.
69. Belə ki, borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi MM-in 380.1-ci maddəsində iddia müddətinin axımının kəsilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir. Maddənin mənasına görə, iddia müddətinin axımının kəsilməsi onu nəzərdə tutur ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddət hələ bitməmişdir, iddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkət i ddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə” 2018-ci il 28 noyabr tarixli qərarında (bax yuxarıda § 60) ifadə olunmuş hüquqi mövqeyə görə, borclunun borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: 1) borcun qismən ödənilməsi; 2) əsas borc üzrə faizin köçürülməsi; 3) kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; 4) öhdəliyin icrası üçün möhlət istənməsi və 5) digər mühüm hallar aid edilə bilər).
71. O da qeyd olunmalıdır ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli son iclas protokolundan da görünür ki (İ cild, i/v 201-203), həmin iclasda işt irak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, 2013-cü il 3 may tarixli kredit müqaviləsinə əsasən 250.000 manat məbləğində kredit götürdüyünü, lakin maddi vəziyyəti ilə əlaqədar borcu vaxtında qaytara bilmədiyini, maddi imkanı olan kimi borcu ödəyəcəyini bir daha bildirmiş, məhkəmədən qətnamə qəbul olunarkən cərimə borcunun azaldılmasını xahiş etmişdir.
72. Ümumiyyətlə, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi çıxarılanadək cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilməsi iş materiallarından görünmür. Belə ki, Cavabdeh2 son məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə verdiyini və iddia tələblərini bu səbəbdən qəbul etmədiyini yalnız Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində bildirmişdir (İ cild, i/v 221-222). Eyni zamanda, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsindən məlum olur ki, Cavabdeh2 nümayəndəsi və vəkili iddia müddətinin tətbiq barədə ərizə ilə məhkəməyə 2021-ci il 10 avqust tarixində, yəni Lənkəran Rayon Məhkəməsinin qətnaməsi çıxarılandan 11 ay sonra müraciət etmişdir.
73. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, ilk dəfə iddia ərizəsi müəyyənləşdirilmiş aidiyyət qaydasında verilməmişdir. İddiaçının iddia ərizəsi 2021-ci il 5 iyul tarixində, yəni iddia müddəti bitdikdən sonra Şirvan Kommersiya Məhkəməsinə daxil olmuşdur.
74. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyini də aşağıdakı səbəblərdən əsassız hesab edir.
75. Hazırkı iş üzrə iddia ərizəsi Lənkəran Rayon Məhkəməsinə verilərkən MPM-də aidiyyət qaydalarının pozulmasına görə iddia ərizəsinin geri qaytarılmasına dair tələb mövcud deyildi. Həmin dövrdə aidiyyət məsələləri istisnasız qaydada kommersiya məhkəmələrinin və ümumi məhkəmələrin öz arasında həll olurdu.
76. Odur ki, MPM-in 3.1-ci maddəsinin (bax yuxarıda § 61) tələbləri baxımdan hazırkı iş üzrə məhkəmə mübahisəsi yaranan dövrdə iddia ərizəsinin istənilən məhkəmə tərəfindən icraata qəbul olunması iddianın lazımi qaydada verilməsi anlamına gəlirdi. Hazırkı halda isə hətta Lənkəran Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxaraq qətnamə də çıxarmış, həmin zamanadək aidiyyət qaydalarının pozulması barədə hər hansı vəsatətin və ya mülahizənin olması iş materiallarından görünmür.
77. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in sübutla rın qiymətləndirilməsinə dair tələblərini pozaraq MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 61) zidd olan əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir.
78. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
79. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli 2-2(106)-29/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.