Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-79/2025 06.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 sentyabr tarixli 2-2(104)-188/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının 16974 manat borcunun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər İcra İdarəsinin ev satılanda olan hərracın xərci, yəni 2418 manat pulun hər iki cavabdehdən alınıb iddiaçıya qaytarması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2024-ci il 25 iyun tarixli, e-2-2(115)-780/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim R.Qələndərzadə). İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 sentyabr tar ixli 2-2(104)-188/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər İ.Həsənov və L.Süleymanov). İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edib, işə təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Lakin iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2024-cü il 17 sentyabr tarixində tə rəflərin elektron kabinetinə yerləşdirilmiş, hazırkı kassasiya şikayəti isə 2024-cü il 21 noyabr tarixində verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən, MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddət buraxılmışdır. Bununla belə, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təqdim olunmamışdır. MPM-in 408.1.4-cü maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Bundan əlavə, MPM-in 407.1.4-ci maddəsinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır. MPM-in “Kassasiya şikayətinin forması” a dlı 3 saylı Əlavəsində də qeyd edilmişdir ki, kassasiya şikayətində qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli və göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində isə sadəcə Mülki Məcəllənin və MPM-in maddələri göstərilərək onların pozulduğu qeyd edilmiş, pozuntunun nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-müm kün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 407-408-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 sentyabr tarixli 2-2(104)-188/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-79/2025
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-79/2025
06.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver