Məhkəmə qərarları › İş №2-2(102)-791/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-791/2025

28.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-791/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, "xxxx" ASC və Cəlilabad rayon İcra və Probasiya şöbəsi) qarşı iş üzrə QƏRAR Açar sözlər: yekun hərrac protokolunun ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə ödənilməmiş hərracın nəticələrinə dair yekun hərrac protokolunun ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkə məsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 sentyabr tarixli 2-2(103)-752/2025 nömrəli qətnaməsindən cavabdeh və üçüncü şəxslər H.Rəhimov, "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı X7 və X5 qarşı ünvan 1 ünvanında yerləşən “Orxan” şadlıq sarayının özgəninkiləşdirilməsinə dair 2019-cu il 20 iyun tarixli müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbləri Cəlilabad Rayon Məhkəməsinin 2020-ci il 9 yanvar tarixli qətnaməsi ilə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 2 fevral tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, alqı-satqı müqaviləsi və onun hüquqi nəticələri, o cümlədə n mülkiyyət hüququna dair çıxarış etibarsız hesab edilmiş və daşınmaz əmlak İddiaçı qaytarılmışdır.

2. Cəlilabad Rayon Məhkəməsinin 2022-ci il 17 mart tarixli qətnaməsi ilə "xxxx" ASCnin ipoteka yüklülüyünün saxlanılması tələbi təmin edilməmiş, İddiaçı qarşılıqlı iddiası təmin edilərək 2020-ci il 7 aprel və 2021-ci il 11 mart tarixli ipoteka müqavilələri etibarsız hesab edilmiş, daşınmaz əmlakın yüklülüyünə dair reyestr qeydi ləğv olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 2024-cü il 11 iyun tarixli qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 2022-ci il 17 mart tarixli qətnaməsi ləğv edilərək bankın ipoteka yüklülüyünün saxlanılması tələbi və İddiaçı qarşılıqlı iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mül ki Kollegiyasının 2024-cü il 16 noyabr tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 3. "xxxx" ASC-nin kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi üzrə Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ipoteka predmetlərinin açıq hərracda satılması və əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2023cü il 16 fevral tarixli qətnaməsi və Ali Məhkəmənin 2023-cü il 7 iyun tarixli qərarı ilə məhkəmə aktları dəyişdirilmədən saxlanılmışdır.

4. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli qətnam əsi 2023-cü il 10 iyul tarixində icraya yönəldilmiş və icra sənədi Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmurunun sifarişi əsasında Cavabdeh MMC tərəfindən mübahisəli əmlakın açıq hərracda satılması üçün 2023-cü il 13 noyabr tarixdə ilkin hərrac təyin edilmiş, bu barədə KİV-də elanlar dərc edilmiş və tərəflərə bildirişlər göndərilmişdir. İlkin hərrac baş tutmadığından, ipoteka predmeti 15% endirimlə 2023-cü il 4 dekabr tarixdə təkrar hərraca çıxarılmış və bu barədə yenidən elan və bildirişlər verilmişdir. 2023cü il 4 dekabr tarixli təkrar hərracda qeyri-yaşayış binası 323.000 manat qiymətinə X1, həmin tarixdə hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci il 4 iyun tarixli qərarı ilə İddiaçı növbəti kassasiya şikayəti təmin edilməmiş, eyni zamanda xüsusi qərardadla əmlakın özgəninkiləşdirilməsi və sonrakı ipoteka yüklülüyü ilə bağlı mümkün cinayət əlamətləri barədə Baş Prokurorluğa məlumat verilməsi qərara alınmışdır.

6. Mübahisəli qeyri-yaşayış binası sonradan 2024-cü il 29 dekabr tarixli çıxarış əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasının (bundan sonra – qeyri-yaşayış binası) 323.000 manat məbləğində satılması haqqında yekun hərrac pro tokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının iştirakı olmadan qəbul edilmiş məhkəmə aktı əsasında keçirilmiş hərrac onun hüquq və mənafelərinə zidd hüquqi nəticələr doğurmuşdur və bu səbəbdən həmin hərrac protokolunun etibarsız sayılaraq ləğv edilməsi zəruri hesab olunur.

9. Məhkəmənin 2025-ci il 27 yanvar tarixli protokol-qərardadı ilə H.Rəhimov (hərracın qalib alıcısı), "xxxx" ASC (tələbkar) və Cəlilabad rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində prosesə cəlb edilmişlər.

10. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçının narazılığı hərracın keçirilməsindən deyil, icra sənədinin icrasından irəli gəlir. İddiaçı bütün bu hallardan m əlumatlı olmuşdur. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq icra orqanının sifarişi əsasında keçirilmiş, ipoteka qoyana müvafiq bildirişlər göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 347.1-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsızlığına dair iddianı həmin əsasları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində qaldıra bilər, halbuki iddiaçı tərəfindən bu müddət ötürülmüş, çünki hərracın yekunları barədə protokol imzalanmış, icraata başlanıldığı vaxtdan iddiaçı bundan xəbərdar olmuşdur və buna baxmayaraq üç il keçdikdən sonra iddia qaldırılmışdır.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC iddia ərizəsinə yazı lı etiraz təqdim edərək bildirmişdir ki, məhkəmə artıq iddiaçının "xxxx" ASC-yə qarşı ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) "xxxx" ASC-nin yüklülüyündən çıxarılması, "xxxx" ASC ilə X6 və X8 arasında bağlanmış 2020-ci il 7 aprel tarixli ipoteka müqaviləsi və 2021-ci il 11 mart tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi tələbinə baxmış və hüquqi qiymət vermişdir. Onun bütün iddia tələbləri rədd edilmişdir. Onun t ələblərinə təkrarən baxılmamalı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 82.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır.

12. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 8 may tarixli, e-2-2(113)-1604/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Ü.Həsənova).

13. Məhkəmə müəyyən etmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli icra vərəqəsi icra edilməsi üçün Cəlilabad rayon İcra Şöbəsinə göndərilmiş, sonuncu tərəfindən icra sənədi üzrə icraata başlanılaraq cavabdehə qeyri-yaşayış binasının açıq hərracda satılması haqqında sifariş göndərilmiş, icra sənədinin icra edilməsi ilə əlaqədar cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada iki dəfə (2023-cü il 13 noyabr və 2023-cü il 4 dekabr tarixlərdə) hərrac keçir ilmiş, təkrar hərracda ipoteka predmeti H.Rəhimov tərəfindən əldə edilmiş, cavabdeh (hərrac təşkilatçısı) ilə H.Rəhimov (əldə edən alıcı) arasında 2023-cü il 4 dekabr tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış, əmlak 323.000 manata H.Rəhimova satılmışdır.

14. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir və həmin hərracların etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin oluna bilməz.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İcra haqqında” Qanunun 53.1, 53.2, 61.1, 61.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə, MM-in 414.2, 415.2, 415.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, b irinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 sentyabr tarixli, 2-2(103)-752/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilmişdir (sədrlik edən hakim – E.Həsənov, hakimlər – T.Qocayev, S.Cəfərov).

18. Məhkəmə iddiaçının dəlillərini əsaslı sayaraq qeyd etmişdir ki, “İpoteka haqqında” Qanun ipoteka qoyanın hərrac barədə məlumatlandırılması prosesinə xüsusi əhəmiyyət vermiş, məlumatlandırmanın formasını dəqiq və imperativ qaydada müəyyən etmişdir.

19. Hərrac təşkilatının üzərinə hərracın keçirilməsin in yeri və vaxtı barədə ipoteka saxlayanı və ipoteka qoyanı qanunda qeyd edilən vasitələrlə məlumatlandırmaq vəzifəsinin qoyulması, ipoteka qoyana münasibətdə ipoteka predmeti üzərində mülkiyyət hüququnu saxlamağa şərait yaratmaqla, mülkiyyətçinin hüquqlarının müdafiəsi məqsədini daşıyır.

20. Şirvan Apellyasiya Məhkəməsi 2021-ci il 2 fevral tarixli qətnamə ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində X3 (ipoteka qoyanın) mülkiyyət hüququna xitam vermiş, əmlakın iddiaçıya qaytarılmasını qərara almışdır. Həmin qeyriyaşayış binası 2024-cü il 29 dekabr tarixli çıxarış əsasında iddiaçının adına qeydiyyata alınmışdır.

21. Sözügedən əmlakla bağlı hərrac keçirilərkən, ipoteka qoyan artıq X6 deyildi və nə qədər ki, ipoteka müqaviləsi qanuni qüvvəsini almış qətnamə əsasında etibar lı hesab olunmuşdur, belə olan halda həmin etibarlı müqavilə üzrə hüquqlar (vəzifələr) iddiaçıya aid olmaqla məhz o, ipoteka qoyan statusunda qəbul olunmalı idi.

22. Hərrac mərkəzi tərəfindən iddiaçı (mülkiyyətçi) məhkəmə qərarı əsasında mülkiyyətinə verilmiş əmlakla bağlı keçirilən hərrac barədə ümumiyyətlə məlumatlandırılmamış, bununla da onun, əmlak üzərində mülkiyyət hüququnu saxlamaq imkanı aradan qaldırılmışdır.

23. İddia tələbinə iddia müddətinin tətbiq olunması barədə ərizəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən hərrac 2023-cü il 4 dekabr tarixdə keçirilmiş, iddia ərizəsi isə məhkəməyə 2025-ci il 7 yanvar tarixdə təqdim edilmişdir. İddiaçının öz hüquqlarının pozulduğunu bildiyi anın hərracın keçirildiyi günlə eyniləşdirilməsi yolverilməzdir, iddiaçı hərrac barəd ə ümumiyyətlə məlumatlandırılmamışdır.

24. Belə olan halda isə iddiaçının hərracın nəticələri barədə məlumatı daha əvvəl əldə etdiyini sübut etmək vəzifəsi iddia müddətinin tətbiqini xahiş etmiş tərəfin üzərinə düşür ki, həmin tərəf məhkəməyə belə bir sübut təqdim etməmişdir.

25. Kollegiya həmçinin hesab etmişdir ki, hərrac və onun nəticəsi etibarsız sayıldığından, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı təcrübəyə görə də, əqdi etibarsız hesab edən məhkəmə, bu etibarsızlığın nəticələrini həmin iddia çərçivəsində həll etməli, bu zaman yaranan hər hansı qeyri-müəyyənliyə müvafiq sübutlar araşdırılmaqla qiymət verilməlidir.

26. Bu kontekstdə məhkəmə hesab etmişdir ki, “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” 2023-cü il 4 dekabr tarixli müqavilə üzrə H.Rəhimovun hərrac təşkilatına ödədiyi və sonradan banka olan borcun ödənilməsinə yönəldilmiş 323.000 manat "xxxx" ASC-dən alınıb H.Rəhimova qaytarılmalıdır.

27. Məhkəmə gəldiyi nəticəni MM-in 152.1, 152.5, 157.1, 319.5, 337.5, 415.2, 416-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 30.1-30.5, 31.1, 31.2, 42.1, 43, 48.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-maddəsinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

28. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

29. Üçüncü şəxs "xxxx" ASC kassasiy a şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

30. Üçüncü şəxs H.Rəhimov kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Cavabdehin kassasiya şikayətinin dəlilləri: 31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 41.2, 43, 44-cü maddələri üzrə - məhkəmə qərarı əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi və əmlakın açıq hərracda realizəsi icra məmurunun sifarişi ilə “İcra haqqında” Qanuna müvafiq şəkildə həyata keçirilmiş, ixtisaslaşdırılmış hərrac təşkilatı isə verilmiş sifariş çərçivəsindən kənara çıxmadan hərracları qanunvericiliyin tələb lərinə uyğun keçirmişdir. Hərracın təşkilatçısı tərəfindən imperativ normalara uyğun olaraq elanlar mediada və rəsmi internet saytında dərc edilmiş, ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçtla bildirişlər göndərilmiş, icra sənədi üzrə tərəflər tam şəkildə məlumatlandırılmışdır. İddiaçı isə hərracın prosedur qaydalarından deyil, yalnız icra sənədində tərəf olmadığı halda məlumatlandırılmadığını iddia etmişdir. Halbuki işin materialları və icra vərəqəsi göstərir ki, hərrac təşkilatı sifarişdən kənara çıxmamış, məhkəmə mübahisələrinin mahiyyəti barədə məlumatlı olmamışdır və iddiaçının bu əmlakla bağlı dəfələrlə qaldırdığı iddialar hüquqi əsası olmadığı üçün rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2024-cü il 11 iyun tarixli, 2(106)-992/2024 saylı qətnaməsi və Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 16 noyabr tarixli, 2(102)-3490/2024 saylı qərarı ilə bankın xeyrinə ipoteka yüklülüyünün saxlanılması qəti müəyyən edilmiş, ilkin və təkrar hərracların 15 faiz endirimlə keçirilməsi də Qanunun 43-cü maddəsinin tələblərinə tam uyğun olmuşdur. Bu baxımdan, qanunvericiliyin tələbləri pozulmamışdır.

32. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən hüququn tətbiq edilməsində səhv buraxmış, işin nəticəsi üçün mühüm əhəmiyyəti olan bütün faktiki və hüquqi halları aydınlaşdırmamış, aydınlaşdırılmış hallara isə düzgün qiymət verilməmiş və iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Apellyasiya instansiyası qətnamə qət edərkən ehtimallara üzrə nəticəyə gəlmiş və hərr ac təşkilatının intizamlı fəaliyyətini nəzərə almamışdır. b) Üçüncü şəxs H.Rəhimovun kassasiya şikayətinin dəlilləri

33. MM-in 415, 416-cı maddələri üzrə - Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyun tarixli, 2-2(102)-266/2025 saylı qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir ki, ipoteka müqavilələri bağlanan vaxt daşınmaz əmlak dövlət reyestrində X3 mülkiyyətində olmuş, sonradan alqı-satqı müqaviləsinin və qeydiyyatın etibarsız sayılması isə ipoteka müqavilələrinin bağlandığı anda həmin əqdlərin etibarlılığına xələl gətirməmişdir. Digər məhkəmə aktları ilə də təsdiq olunmuşdur ki, "xxxx" ASC ilə X6 arasında 2020-ci il 7 aprel və 2021-ci il 11 mart tarixli ipoteka müqavilələri bağlandığı anda zəruri etibarlılıq şərtlərinə cavab vermiş, bank ipoteka hüququnu MM-in 140-cı maddəsi baxımından vicdanlı şəkildə əldə etmişdir və bu etibarlı ipoteka müqavilələri əsasında keçirilmiş hərracın qalibi H.Rəhimov olmuşdur. Mübahisəsizdir ki, H.Rəhimov da əmlakı əldə edərkən mübahisələrdən xəbərdar olmamış, əmlak onun adına qanunvericiliyə uyğun rəsmiləşdirilmiş və MM-in 182.1-ci maddəsinin tələblərinə uyğun olaraq vicdanlı əldə edən statusuna malik olmuşdur, çünki vicdanlılıq faktı əşya verilənədək mövcud olmuşdur. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında ilkin və təkrar hərraclar barədə elanlar “525-ci qəzet”də dərc edilmiş, tərəflər məlumatlandırılmış, təkrar hərracda əmlak 2023-cü il 4 dekabr tarixli müqavilə ilə 323.000 manata satılmışdır və hərrac zamanı qanunvericiliyin heç bir norması pozulmamışdır. Bu baxımda n, MM-in 415.5-ci maddəsinə əsasən müqavilə qüvvəsinə malik olan hərrac protokolu və MM-in 416-cı maddəsində nəzərdə tutulan pozuntu hallarının mövcud olmaması nəzərə alınaraq, mübahisələndirilən hərracların etibarsız sayılması və vicdanlı alıcı olan H.Rəhimovun mülkiyyətindən məhrum edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. c) Üçüncü şəxs "xxxx" ASC-nin kassasiya şikayətinin dəlilləri:

34. MM-in 415.2-415.7, 416.1-ci maddələri və “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 42.5, 42.6-cı maddələri üzrə - hərracın təşkilatçısı cavabdeh tərəfindən elanlar qanuna uyğun dərc edilmiş, bildirişlər isə ipoteka saxlayan və ipoteka qoyana göndərilmişdir. Bu baxımdan hərracın təşkili zamanı qanunvericiliyin tələblərinin pozulması halı mövcud deyildir, həmçinin iddiaçı ipoteka saxlayan qismində çıxış etmədiyindən, icra vərəqəsində tərəf olmadığı üçün ona ayrıca bildiriş göndərilməməsi qanun pozuntusu hesab edilə bilməz. Hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsindən imtina edilməsi halları olmamışdır. Hərrac barədə məlumatlar kütləvi informasiya vasitələrində dərc edildiyindən, iddiaçı da digər şəxslər kimi bu məlumatları əldə etmiş və hərracda iştirak etmək imkanına malik olmuşdur. Buna baxmayaraq, iddiaçı hərracda iştirak etməmiş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən sonra uzun müddət keçməsinə baxmayaraq borcun ödənilməsi istiqamətində hər hansı addım atmamışdır. Hərracda behin verilməsi, qalib alıcının müəyyən edilməsi, hərracın nəticələri barədə protokolun imzalanması və sonradan müqavilənin bağlanması mərhələlərində hər hansı pozuntu aşkar edilməmişdir. H ərracı udmuş şəxs H.Rəhimov ilə 2023-cü il 4 dekabr tarixdə “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanmış, protokol müqavilə qüvvəsi almışdır. Müqavilənin bağlanmasından boyun qaçırılması və ya qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalarının pozulması halları mövcud olmamışdır. Hərracı udan şəxs tərəfindən behin verilməməsi və bununla bağlı hər hansı pozuntu olmamışdır. Hərracla bağlı hər hansı pozuntuların olmamasına, qalib alıcı olmasına baxmayaraq, həmin qalib alıcının eyni zamanda vicdanlı davranmasına baxmayaraq məhkəmə əsassız olaraq hərracı etibarsız hesab etmişdir.

35. MPM-in 13.1, 14.1, 88, 217.1, 217.2-ci maddələri üzrə - apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə işin halları, habelə qeyd edilən mülki prosessual norma ziddiyyət təşkil edir. Qət namədən də göründüyü kimi apellyasiya instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticəni, yəni hərracın nəticələrinin etibarsız hesab edilməsinə əsas olan konkret hüquqi akta istinad etməmiş və qətnaməni əsaslandırmamışdır. Məhkəmə işi tam araşdırmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli tədqiqi və tam araşdırılma prinsiplərinə əməl etməmişdir. Məhkəmənin qətnaməsi heç bir normaya əsaslanmadığı, qanunvericliyin tələblərini pozulmaqla qəbul edildiyi, habelə heç bir sübuta əsaslanmadığı üçün obyektiv və qərəzsiz sayıla bilməz. Hazırkı mübahisəyə baxılarkən hərracın keçirildiyi zaman qüvvədə olmuş “İpoteka haqqında” qanunun müddəaları tətbiq olunmalıdır ki, hərracı keçirən təşkilatçı tərəfindən həmin qanunun pozulması halı mövcud deyil. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

36. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətlərində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə r qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.” “Maddə

157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə

415. Hərracın təşkili və keçirilmə qaydası 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkila tçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.” “Maddə

416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səb əb olur.” 39. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

30. İpoteka predmetinə sərəncam verilməsi 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 30.2. Bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əş ya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır. 30.3. İpoteka predmeti bu Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə bir neçə şəxsə keçdikdə ipoteka qoyanın vərəsələrindən (hüquqi varislərindən) hər biri əsas öhdəliyin icra olunmamasına görə ipoteka predmetinin ona keçmiş hissəsi həcmində öhdəlik daşıyır. 30.4. İpoteka predmeti bölünməz əşyadırsa, yaxud başqa əsaslara görə ipoteka qoyanın vərəsələrinin ümumi mülkiyyətinə daxildirsə, vərəsələr birgə ipoteka qoyanlar olurlar. 30.5. Bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzər də tutulan nəticələrə səbəb olur.” “Maddə

31. İpoteka predmetinə sərəncam vermə qaydalarının pozulması nəticələri 31.1. İpoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılar-dan birini tələb edə bilər: 31.1.1. ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; 31.1.2. ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini. 31.2. İpoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır.” “Maddə

42. Hərracın keçirilmə qaydası (14 iyul 2025-ci il tarixli 250-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ləğv edilmişdir). 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, ke çirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etmə sinə yol verilmir. 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yaz ılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur.” “Maddə 43.Hərracın baş tutmamış elan edilməsi (14 iyul 2025-ci il tarixli 250VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ləğv edilmişdir). 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxl ayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətin dən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.”

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların pros essual hüquqlarının həyata keçməsinə kömək göstərir.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsas ən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfi ndən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

42. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

43. Kassasiya şikayətlərində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

44. Belə ki, məhkəmə kollegiyası həmin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instans iyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

45. Üçüncü şəxs H.Rəhimovun vicdanlı əldə etmə ilə bağlı dəlillərinə dair qeyd edilir ki, daşınmaz əmlakın əldə edilməsi zamanı vicdanlılıqla bağlı məsələlər kassasiya şikayətində istinad edilən MM-in 182-ci maddəsi ilə deyil (həmin maddə daşınar əşyaların əldə edilməsi ilə bağlı məsələləri tənzimləyir), MM-in 140-cı maddəsi ilə tənzimlənir. Ona görə də, MM-in 182-ci maddəsinin pozulmasına istinad edilməsi əsassızdır.

46. Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-nin kassasiya şikayətlərində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillərin işdə olan sübutl arın və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsinə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

47. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin halların ı müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə. İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

48. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

49. Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-nin kassasiya şikayətlərində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdeh tərəfin istinad etdiyi dəlillərə və təqdim etdiyi sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edildiyini qətnamədə göstərmişdir.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən s axlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxslər H.Rəhimov, "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 sentyabr tarixli 2-2(103)-752/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar