Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-796/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Nümayəndə2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya baxışından çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Nümayəndə2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 28 avqust tarixli 2-2(108)-41/2025 nömrəli qətnaməsindən cavabdeh Nümayəndə2 tərəfind ən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – “cavabdehlər”, ayrı – ayrılıqda – “Cavabdeh2” və “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 2021-ci il 4 may tarixli 0405/01/SİF saylı kredit müqaviləsi üzrə 2023-cü il 29 dekabr tarixə 20.000 manat əsas borc, 2.325,01 manat faiz borcu olmaqla, ümumilikdə 22.325,01 manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52,48 manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 manat dövlət rüsumlarının tutularaq iddiaçının xeyrinə ödənilməsi, ö dənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 41.000 manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2021-cü il 21 aprel qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********4310301 reyestr nömrəli Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2025-ci il 7 mart tarixli e-2-2(123)-4/2025 nömrəli qərardadı ilə Cavabdeh1 vərəsələri Cavabdeh2 və Nümayəndə2 iş üzrə faktiki vərəsə kimi cəlb edilməsi ilə Nümay əndə2 iş üzrə cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır.
3. Naxçıvan Muxtar Respublikasının Kommersiya kollegiyasının 2025-ci il 20 may tarixli e-2-2(123)-4/2025 nömrəli qətnaməsi ilə iddia tələbin qismən – iddiaçının Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia tələbinin qismən təmin edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2024-cü il 4 oktyabr tarixli e-2-2(123)165/2024 nömrəli qətnaməsində qeyd olunan “Cavabdeh2 əsas borc üzrə 19.903,02 manat, faiz borcu üzrə 2.020,23 manat olmaqla, ümumilikdə 21.923,25 manatın alınıb iddiaçıya ödənilməsi, ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********43-10301 reyes tr nömrəli 2021-ci il 21 aprel qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə mərhum Cavabdeh1 məxsus olmuş, Cavabdeh1 vəfat etdiyi gündən bugünədək cavabdehlərin fərdi yaşayış evində yaşamaqla əmlaka faktiki sahiblik etdikləri Naxçıvan MR, ünvan 2 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəlməsi, mülkiyyət hüququ mərhum Cavabdeh1 məxsus olmuş, Cavabdeh1 vəfat etdiyi gündən bugünədək cavabdehlərin fərdi yaşayış evində yaşamaqla əmlaka faktiki sahiblik etdikləri Naxçıvan MR, ünvan 2 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 41.000 manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh2 iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi hissəsində təmin edilmiş, artıq qalan məbləğin ipoteka predmeti olan əmlakın mülkiyyətçisi cavabdeh mərhum Cavabdeh1 vəfat etdiyi gündən bugünədək fərdi yaşayış evində yaşamaqla əmlaka faktiki sahiblik edən və işə faktiki vərəsə kimi cəlb edilmiş cavabdehlərə qaytarılması qət edilmişdir (hakim – E.Salmanov).
4. Nümayəndə2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 28 avqust tarixli 2-2(108)-41/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdeh Nümayəndə2 münasibətdə ləğv olunması, iddia tələbi Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsi ndə yerləşən fərdi yaşayış evinə yönəldilməsi hissəsində cavabdeh Nümayəndə2 münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin qalan hissədə təmin olunmaması qət edilmişdir (sədrlik edən – S.Qarayev, hakimlər – S.Novruzov və F.Abbasov).
6. Cavabdeh Nümayəndə2 kassasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi barədə qərar qəbul olunması xahiş etmişdir. Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə 1159. Qanun üzrə vərəsələr... 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürəni n vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
8. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ... 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “Maddə 404 -1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 404-1.3. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir. “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Ali Məhkəmənin Kommersiya kollegiyasının 2025-ci il 27 noyabr tarixli 2-2(102)796/2025 nömrəli qərardadı ilə cavabdeh Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan cavabdeh Nümayəndə2 kassasiya şikayəti nəzərdən keçirilərkən şikayətin onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermədiyi müəyyən olunmuşdur.
10. Belə ki, biri nci instansiya məhkəməsi Nümayəndə2 faktiki vərəsə olaraq cavabdeh qismində işə cəlb etmişdir. Halbuki, Ordubad şəhər İnzibati Ərazi Dairəsinin iş materiallarında olan 2025-ci il 19 fevral tarixli 5-25-1/2-16/2025 saylı arayışından görünür ki, Cavabdeh1 varisləri - əri X2, qızı – X3, oğlu – X6, qızı, qızı – X1, oğulları – X4 və X5 müəyyən edilmişlər.
11. Hazırkı işə cavabdeh qismində işə cəlb edilmiş Nümayəndə2 isə mərhum Cavabdeh1 nəvəsidir.
12. MM-in 1159.1.1-ci maddəsinə əsasən, ölənin birinci növbədə uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) onun qanun üzrə vərəsələri sayılır. Qanunla isə nəvələri ikinci növbəli vərəsələri sayılır. Belə ki, iddia pul tələbinə dair hissədə yalnız Cavabdeh2 qarşı qaldırılmış, apellyasiya instans iya məhkəməsi isə cavabdeh Nümayəndə2 münasibətdə iddia tələbinin ona yönələn fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində məhz Nümayəndə2 münasibətdə qətnaməni ləğv etmişdir. Belə olduğu halda Nümayəndə2 yalnız nümayəndə qismində Cavabdeh2 adından kassasiya şikayəti verə bilərdi.
13. Beləliklə istinad olunan hüquq norması baxımından Cavabdeh1 qanun üzrə vərəsələri olan övladları həm də onun hüquqi varisləri hesab edilir. Belə olduqda isə Cavabdeh1 nəvəsi Nümayəndə2 onun hüquqi varisi kimi iş üzrə tərəf kimi çıxış edə və MPM-in 403.1-ci maddəsinin tələbi baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verə bilməzdi.
14. MPM-in 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxs lər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
15. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, cavabdeh Nümayəndə2 kassasiya şikayətinin kassasiya icraatına qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya kollegiyasının 2025-ci il 27 noyabr tarixli 2-2(102)-796/2025 nömrəli qərardadı ləğv edilməli və Nümayəndə2 kassasiya şikayəti kassasiya baxışından çıxarılmalıdır.
16. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403.1, 4041, 417.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ali Məhkəmənin Kommersiya kollegiyasının 2025-ci il 27 noyabr tarixli 2-2(102)796/2025 nömrəli qərardadı ləğv edilsin. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 28 avqust tarixli qətnaməsindən cavabdeh Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.