Məhkəmə qərarları › İş №2-2(102)-798/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-798/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-798/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı ilk iddiası, iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddiası üzrə kommersiya işinə dair QƏRARİ Açar sözlər: ödəniş tapşırığının icra edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə dair Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 avqust tarixli 2-2(104)-89/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli 2-3(103)-130/2020 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu (bundan sonra-“ƏSF”) ləğvedici təyin edilmişdir. 2. 2020-ci il 24 aprel tarixli köçür mə tapşırığına əsasən Cavabdeh MMC (bundan sonra-“MMC”) tərəfindən İddiaçı ASC-nin (bundan sonra-“ASC”) Sumqayıt filialına hesabdan 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO "xxxx"-ya Volgogradsakaya Oblast. Svetliy Yar. Russia ünvanına köçürülməsinə dair tapşırıq verilmişdir. 3. 2020-ci il 24 fevral tarixli kredit müqaviləsinə əsasən, MMC-nin hesabına 2020-ci il 24 fevral tarixində 295.000 ABŞ dolları mədaxil edilmiş, 2020-ci il 29 mart tarixində 19.754,90 ABŞ dolları və 215,10 ABŞ dolları (33.949 manat) MMC-nin hesabından götürülmüşdür (2024-cü il 25 yanvar tarixli MMC-nin 2020-ci il 1 yanvar-2021-ci il 27 may tarixləri üzrə hesabdan çıxarış). 4. 2020-ci il 29 mart tarixdə sifarişə əsasən 33.949 manat (kurs=1,7025) konvertasiya edilmişdir. Həmçinin 2020-ci il 24 aprel tarixinə qalıq olaraq 226.355,56 manat göstərilmişdir (MMC-nin 2020-ci il 1 yanvar - 5 may tarixləri üzrə hesabdan çıxarış).

5. MMC-nin ƏSF-ya ünvanladığı 2020-ci il 25 avqust tarixli, 2020-ci il 26 avqust tarixində ləğv prosesində olan ASC-yə daxil olmuş ərizəsindən görünür ki, MMC-nin ASCnin Sumqayıt filialındakı hesabında 2020-ci il 28 aprel tarixinə 226.355,56 manat, 57.107 ABŞ dolları və kart hesabında 1.352,94 manat vəsait olması və 2020-ci il 24 fevral tarixli müqavilə üzrə 29.500 ABŞ dolları kredit götürüldüyü qeyd edilmiş, hüquqi şəxsin cari hesab qalığının lazım olan hissəsini bankda olan kredit borcundan silinməsi xahiş edilmişdir.

6. MMC-nin 2020-ci il 26 avqust tarixli ərizəsinə baxılmış, "xxxx" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, müflis bankla onun kreditoru arasında ö hdəliklərin əvəzləşdirilməsinin yalnız Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə aparıla bilməsi izah edilmişdir (ƏSF-nin MMC-yə 2020-ci il 15 sentyabr tarixli müraciətinə cavab məktubu). 7. 2020-ci ildə ASC bağlanan zaman MMC-nin ASC-nin Sumqayıt filialındakı hesabında 226.355,56 manat, kart hesabında 1.352,94 manat və 57.107 ABŞ dolları vəsait olmuşdur. Qeyd olunanların nəzərə alınmasını, kredit borcunun MMC-nin ASC-də olan vəsaitindən silinməsini xahiş etmişlər (MMC-nin ƏSF-ya ünvanladığı 2023-cü il 22 noyabr tarixli məktubu).

8. Bank hesablarında qalıq vəsaitin mövcud kredit borcu ilə əvəzləşdirilməsi barədə müraciətə baxılmış, MMC-nin qeydə alınmış kreditor tələbinin ödənilməsinin "xxxx" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasın da həyata keçiriləcəyi, həmin Qanunun 78 və 82-ci maddələrinin tələblərinə əməl etmək şərti ilə müflis bankla kreditorlar arasında öhdəliklərin əvəzləşdirilməsinin aparıla bilməsi bildirilmişdir (ƏSF-nin MMC-yə 2023-cü il 22 noyabr tarixli müraciətinə cavab məktubu). İş üzrə məhkəmə icraatı Bu icraatdakı məlumatlar, iş üzrə qəbul edilmiş qətnamənin hazırki kassasiya baxışının predmetini təşkil edən hissəsinə uyğun olaraq qeyd edilmişdir (bax § 62) a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra“iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 24 fevral tarixli **********DKX240220-01 nömrəli kredit müqaviləsi üzrə 2023-cü il 13 noyabr tarixinə banka ödənilməmiş 9.745,10 ABŞ dolları əsas borc, 1.343, 96 ABŞ dolları faiz borcu, 1.328,40 ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin 2014cü il 24 dekabr tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun, ödənilmiş 153,33 manat dövlət rüsumunun və ödənilmiş 210 manat mediasiya xərcinin cavabdeh MMC-dən tutularaq iddiaçı LPO ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. MMC 2024-cü il 17 fevral tarixində qarşılıqlı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsini, ASC-nin təqsiri ucbatından 2020-ci il 24 fevral tarixli köçürmə ərizəsi üzrə köçürülməmiş 57.109,18 ABŞ dollarının və ödənilmiş 383 manat dövlət rüsumunun ASCdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiada istinad edilmiş kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndləri yoxdur. ƏSF onların kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürdüyünü, öhdəliyi yerinə yetirmədiklərini yazdığı halda, verdiyi 29.500 ABŞ dolları məbləğindən onlardan cəmi 12.417,46 ABŞ dolları tələb etdiyini bildirmiş, qalan 17.082,54 ABŞ dollarının harada, kimdə, nə üçün qalmasına aydınlıq gətirməmişdir. Həmçinin ƏSF borcun ödənilməsi ilə bağlı dəfələrlə onlara müraciət etdiklərini göstərsə də şifahi müraciətlər olunmasının mahiyyətini izah etməmiş, bunu sübut etməmiş, bu müraciətin nədə ifadə olunmasına aydınlıq gətirməmişdir. MMC ASC-nin Sumqa yıt filialında 2017-ci il 30 oktyabr tarixində bank hesabı açmışdır. MMC-nin ASC ilə 2020-ci il 24 fevral tarixində kredit müqaviləsi bağlayaraq 11 ay müddətinə götürmüş olduğu 29.500 ABŞ dolları məbləğində kreditin 19.754,10 ABŞ dollarını müqavilə bağlanmasından 1 ay 5 gün sonra, 2020-ci il 29 mart tarixində ASC-nin Sumqayıt filialı cəmiyyətin dollar hesabından artıq silmişdir. Bundan başqa, 2020-ci il 28 aprel tarixində MMC-nin ASC-də manat hesabında 226.355,56 manat, dollar hesabında 57.109,18 ABŞ dolları vəsait, biznes kartında 1.352,94 manat pul olmuşdur. Ən başlıcası isə, ASC-nin Sumqayıt filialı ilə 2020-ci il 7 fevral tarixli güvən əmanət müqavilələri bağlanılan əmanətçiləri A.Bayraməliyevin və L.Şahbazovanın hər birinin filialda 17.600 ABŞ dolları vəsaitləri olmuşdur. Bankın bağla nmasından qısa bir müddət sonra sözügedən mübahisəli kredit müqaviləsi üzrə zaminlərə əmanətləri qaytarılarkən həmin kredit borclarını müqavilələrin şərtləri çərçivəsində həmin əmanətçilərin dollar hesablarında olan vəsaitlərdən çıxmaq, silmək, əvəzləşdirmək olardı. Göründüyü kimi, ASC 2020-ci il 29 mart tarixində müqavilə bağlanmasından 1 ay 5 gün sonra cəmiyyətin dollar hesabından 19.754,10 ABŞ dollarını sildiyi halda, sonrakı dövrlərdə, yəni gələn bir ay müddətində qalan 17.082,54 ABŞ dollarını cəmiyyətin hesablarından silməməsi, götürməməsi, əmanətçilərin hesablarından silməmələri, əvəzləşdirməmələri müəammalıdır. Eyni zamanda, bütün bu proseslərdə hər hansı bir idarəetmə rəhbərliyi mövcud olmamışdır. Bunlardan başqa, onlar kreditin silinməmiş qalan hissəsini şəxsi təşəbbüsləri ilə ödə mək istəmişlər. Ancaq bank filialının harada olmasını, hansı qaydada kreditin qalan hissəsini ödəməli olmalarını bilməmişlər, bankın əməkdaşları ilə əlaqə saxlaya bilməmişlər. Ünvanları, telefon nömrələri bank filialının əməkdaşlarında olduğu halda bu illər ərzində, yəni 3,6 il müddətində bankın, bank filialının hər hansı əməkdaşı onlarla maraqlanmamış, onlarla əlaqə saxlamamışlar. Hazırkı iddia ərizəsini alandan sonra 2023-cü il 22 noyabr tarixində ƏSF-ya müraciət etmiş, bildirmişlər ki, bank bağlanan zaman cəmiyyətin 9.745,10 ABŞ dolları kredit borcu, MMCnin ASC-nin Sumqayıt filialındakı hesablarında isə 226.355,56 manat, 1.352,94 manat, 57.107 ABŞ dolları vəsaiti olmuşdur. Yəni, həmin vaxt kreditin ödənilməməsinin səbəbi, bankın bağlanması ilə bağlı, bank filialının hesablarının, hesabd akı pulların dondurulması olmuşdur. Ona görə də xahiş etmişlər ki, MMC-nin kredit borcunu, cəmiyyətin ASC-nin Sumqayıt filialındakı hesablarından silinsin. Ona görə də iddiaçının faizlərlə bağlı hesablamaları əsassızdır və məhkəmə tərəfindən təmin edilə bilməz.

12. Həmçinin qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, 2020-ci il 24 aprel tarixində köçürmə ərizəsi ilə ASC-nin Sumqayıt filialına müraciət edərək MMC-nin bağlamış olduğu müqavilə əsasında 57.021,10 ABŞ dollarını OOO "xxxx"-ya (Rusiya Federasiyası Volqaqrad vilayəti) ASC-nin Sumqayıt filialındakı AZ29AMRA******************** hesabından köçürülməsini filiala həvalə etmişdir. ASC-nin Sumqayıt filialının 2020-ci il 24 aprel tarixli möhürlə qəbul etdiyi sənədə əsasən 57.021,10 ABŞ dolları guya, Rusiya Federasiyasının Volqaqrad vilayətində yerləşən OOO "xxxx"-ya məxsus banka göndərilmişdir. Bir müddət keçmiş, Rusiya Federasiyasının Volqaqrad vilayətindən onlara məlumat verilmişdir ki, danışdıqları halda onlara göndərməli olduqları 57.021,10 ABŞ dolları onlara göndərilməmişdir. Bu səbəbdən onlarla əməkdaşlıqlarına xitam verirlər və bütün işgüzar əlaqələrini kəsirlər. Onlar ASC-nin Sumqayıt filialına gəlib cəmiyyətin bankda olan hesabından göndərilmiş 57.021,10 ABŞ dollarının hansı səbəbdən sahibinə çatmamasını aydınlaşdırmışlar. Onlara bildirmişlər ki, bank 2020-ci il 28 aprel tarixində bağlanmışdır. Halbuki onlar 57.021,10 ABŞ dollarını 2020-ci il 24 aprel tarixində göndərmişlər və bank onlara pulların 2020-ci il 24 aprel tarixində qəbuluna dair təsdiqedici sənədlər vermişdir. Beləliklə, cəmiyyətə məxsus 57.021,1 0 ABŞ dolları ASCnin Sumqayıt filialının təqsiri ucbatından itirilmişdir. Ona görə də MMC-nin ASC-nin Sumqayıt filialındakı bank hesabında olan 226.355,56 manat pulla bərabər ASC-nin təqsiri ucbatından itirdiyi, ünvana çatmayan, cəmiyyətə maddi ziyan vurulmasına səbəb olmuş 57.109,18 ABŞ dolları hazırkı iş üzrə iddiaçı ASC-nin ləğvedicisi ƏSF-dan məhkəmə qaydasında tələb olunmalıdır.

13. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 29 may tarixli e-2-2(115)373/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ASC ilə MMC arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 9.745,10 ABŞ dolları kredit borcunun, 1.343,96 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11.089,06 ABŞ dolları borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 210 manat mediasiya xərcinin və 123,17 manat dövlət rüsumunun MMC-dən tutularaq ASC-yə ödənilməsi, ilkin iddianın qalan hissəsinin təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, ASC-dən 57.109,18 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 381,26 manat dövlət rüsumunun tutularaq MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur (hakim G.Quliyeva).

14. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, "xxxx" Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır.

15. İşdə olan sənədlərdən görünür ki, MMC tərəfindən ASC-nin Sumqayıt filialına 2020-ci il 24 aprel tarixində 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO "xxxx"-ya Volgogradskaya oblast, Svetliy Yar, Rusiya ünvanına köçürülməsinə dair tapşırıq verilmiş, bank tapşırığı qəbul etmiş, həmin tapşırıq icra edilməmiş və vəsait ünvana çatdırılmamışdır. 2020-ci il 28 aprel tarixində köçürülməsi nəzərdə tutulan 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait MMC-nin hesabına qaytarılmışdır. Hazırkı mübahisə məhz 2020-ci il 24 aprel tarixdə verdiyi ödəniş tapşırığının bank tərəfindən icra edilməməsi ilə bağlı yaranmışdır. Yəni, MMC ASC-yə bankın Sumqayıt filialında dollar hesabındakı 57.021,10 ABŞ dollar ının 2020-ci il 24 aprel tarixində OOO "xxxx"-ya köçürülməsi ilə bağlı olmuş, bank köçürməni qəbul etmiş, lakin köçürmələri yerinə yetirməmişdir.

16. ASC Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli qərarı ilə müflis elan olunmuş, iflas proseduruna başlanılması qərara alınmışdır.

17. Qarşılıqlı iddia üzrə iddiaçı məlum köçürmə tapşırıqlarını verərkən (2020-ci il 24 aprel tarixində) ASC hələ müflis elan olunmamışdır. Bu baxımdan, iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını "xxxx" Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. "xxxx" Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlə rinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun.

18. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, MMC 57.109,18 ABŞ dolları vəsaiti ləğv prosesində olan ASC-dən tələb etməkdə haqlıdır və qarşılıqlı iddia həmin hissədə təmin edilməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 567, 739.1 və 739.2-ci maddələri; "xxxx" Qanunun 73.1, 76-82 və 87-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən - ilkin iddia tələbinin təmin edilməmiş illik 5 faiz borcun tutulması hissəsində ləğv edilməsi, ilkin iddia tələbinin həmin hissədə tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

21. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 sentyabr tarixli 2-2(104)-173/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəm əsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni, kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1.328,40 ABŞ dolları faiz borcunun tutulması tələbinə dair ilk iddianın təmin edilmədiyi və qarşılıqlı iddianın təmin edildiyi hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim A.Bayramov, hakimlər A.İsgəndərova və R.Mamedov).

22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin 57.109.18 ABŞ dollarına aid hissədə qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, işin materialları ilə müəyyən edilir ki, MMC tərəfindən ASC-nin Sumqayıt filialına 2020-ci il 24 aprel tarixində 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO "xxxx"-ya Volgogradsakaya Oblast, Svetliy Yar, Rusiya ünvanına köçürü lməsinə dair tapşırıq verilmiş, bank tapşırığı qəbul etmiş, həmin tapşırıq icra edilməmiş və vəsait ünvana çatdırılmamışdır. 2020-ci il 28 aprel tarixində köçürülməsi nəzərdə tutulan 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait MMC-nin hesabına qaytarılmışdır.

23. Hazırkı mübahisə məhz 2020-ci il 24 aprel tarixində verdiyi ödəniş tapşırığının bank tərəfindən icra edilməməsi ilə bağlı yaranmış, yəni, MMC ASC-yə bankın Sumqayıt filialında dollar hesabındakı 57.021,10 ABŞ dollarının 2020-ci il 24 aprel tarixində OOO "xxxx"-ya köçürülməsi ilə bağlı olmuş, bank köçürməni qəbul etmiş, lakin köçürmələri yerinə yetirməmişdir.

24. Qarşılıqlı iddia üzrə iddiaçı məlum köçürmə tapşırıqlarını verə rkən (2020-ci il 24 aprel tarixində) ASC hələ müflis elan olunmamışdı. Bu baxımdan, iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını "xxxx" Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. Odur ki, cavabdeh MMC qeyd edilən pul vəsaitini mülki icraat qaydasında mübahisələndirməklə tələb etməkdə haqlı olmuşdur.

25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 389.1, 390.2, 399.1, 404.1, 404.2, 405.1, 405.2, 406.1, 406.3, 407.1, 445.5, 445.7, 739.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına; MPM-in 14.1, 77.1, 78.1, 80, 88, 106.1, 217.3-cü maddə lərinə istinadla əsaslandırmışdır.

26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsi (təmin edilməmiş illik 5 faiz), qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 20 fevral tarixli 2-2(102)-54/2025 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismənqarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissəd ə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər E.Şamayev və B.Qəribov).

28. Qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin qismən əsaslı olması qənaətinə gələrək bildirmişdir ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçı bankın Sumqayıt filialına 2020-ci il 24 aprel tarixində 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO VTK-ya Volgogradsakay Oblast. Svetliy Yar. Russia ünvanına köçürülməsinə dair tapşırıq verilmiş, bank tapşırığı qəbul etmiş, həmin tapşırıq icra edilməmiş və vəsait ünvana çatdırılmamış, 2020-ci il 28 aprel tarixində köçürülməsi nəzərdə tutulan 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait cavabdehin hesabına qaytarılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə və "xxxx" Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinə istinad edərək qarşılıqlı iddianın qismən əsaslı olması barədə birin ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. 30. "xxxx" Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun.

31. Kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinin qanuni və əsaslı olub-olmamasının müəyyən edilməsi üçün hazırkı halda cavabdehin ödəniş tapşırığının iddiaçı bankın müflis elan olunmasına dair qərar qəbul edilənədək gerigötürülməz olub-olmamasına düzgün hüquqi qiymət verilməlidir.

32. Azərbaycan Respublikası Mərkəzi X1 2024-cü il 13 mart tarixli 12/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın 8.7-ci bəndinə əsasən, ödəyici pul köçürməsi üzrə pul vəsaitinin vəsait alan tərəfindən alındığı ana qədər pul köçürməsi üzrə sistemin qaydaları ilə dəyişdirilməsinə icazə verilən rekvizitlərdə dəyişiklik edə və ya geri götürə bilər.

33. Həmçinin zamana görə qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi X1 2013-cü il 19 sentyabr tarixli 19/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 4.5-ci bəndinə əsasən, kağız və ya e lektron formada təqdim olunan ödəniş sənədlərinin geri götürülməsi ödəniş sisteminin qaydaları nəzərə alınmaqla bank hesabı müqaviləsi ilə tənzimlənir.

90. İstinad olunan normalardan aydın olur ki, müvafiq hallarda ödəniş tapşırığının (sifarişinin, sərəncamının) geri götürülməsi mümkündür.

34. Azərbaycan Respublikası Mərkəzi X1 2016-ci il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 3.3-cü bəndinə əsasən, iştirakçı tərəfindən göndərilən ödəniş sənədi iştirakçının hesabından vəsaitin silindiyi andan etibarən gerigötürülməz və onun şərtsiz tapşırığı kimi qəbul edilir.

35. Sözügedən “iştirakçı” həmin Qaydaların 2.1.1-ci “AZİPS, XÖHKS və AÖS-də (bundan sonra birlikdə - sistemlər) ödəniş əməliyyatları həyata keçirən bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZİPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖS-də əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxs” kimi müəyyən edilmişdir. 36. "xxxx" Qanunun 73.1 və 73.1.1-ci maddələrinin və banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydalarının 2.1.1 və 3.3cü bəndlərinin qarşılıqlı təhlili belə qənaətə gəlməyə əsas verir ki, bankın ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən, yəni iştirakçının hesabından vəsait silinən hesablaşmalar üzrə ödəniş tapşırıqları gerigötürülməz hesab edilir, ban kın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda da hüquqi qüvvədə qalır.

37. Bu o anlama gəlir ki, hər hansı ödəniş tapşırığı üzrə vəsait iştirakçının hesabından silinməmişdirsə, gerigötürülməz hesab edilə bilməz.

38. Beləliklə, hazırkı mübahisənin həllinə "xxxx" Qanunun 73.1 və 73.1.1-ci maddələrinin tətbiq edilməsi o zaman mümkündür ki, qarşılıqlı iddia ilə tələb olunan vəsait bankın hesabından silinmiş olsun.

39. Mübahisələndirilən qətnamədə isə həmin vəsaitin cavabdehin hesabına qaytarılması qeyd olunsa da, iştirakçının hesabından silib-silinməmiş olmasına aydınlıq gətirilməmişdir.

40. İş üzrə qəbul edilmiş məhkəmə qətnamələrində istinad olunmuş iddiaçı bankın müflis elan edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 aprel tarixli 2-3(10 3)-130/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il 27 aprel tarixli Qərarı ilə banka müvəqqəti inzibatçı təyin edilmiş, Mərkəzi Bankın 2020-ci il 28 aprel tarixli Qərarı ilə iddiaçı bankın bank lisenziyası ləğv edilmişdir. Ödəniş tapşırığının verildiyi 2020-ci il 24 aprel tarixinin cümə gününə, yəni həftənin sonuncu iş gününə təsadüf etdiyi, bundan cəmi üç gün sonra, yəni növbəti həftənin ilk iş gününə təsadüf edən 27 aprel tarixində banka müvəqqəti inzibatçı təyin edilərək qanuna əsasən bütün idarəçiliyin həmin şəxsə keçdiyi, növbəti gün, yəni 28 aprel tarixində isə bankın lisenziyasının ləğv edildiyi nəzərə alındıqda, sözügedən xüsusatların dəqiq müəyyən edilməsi işin düzgün həlli üçün xüsusilə mühüm əhəmiyyət kəsb etdiyi qənaətinə gəlmək olar.

41. Lakin sözügedən məsələlər apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qaldığından hazırda iş üzrə, o cümlədən qarşılıqlı iddia ilə tələb olunan pul vəsaitinin növbəlilik cədvəlinə uyğun olaraq və ya ondan kənar qaydada ödənilməli olması barədə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.

42. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kreditor tələblərinin qeydə alınması və onun növbəlilik siyahısına daxil edilməsinin, inzibati məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafikinin qəti olmasının hazırkı iş üzrə məhkəmə tərəfindən nəzərə alınmamasına dair kassatorun dəlilləri ilə razılaşmamış və qeyd etmişdir ki, məhkəmə kollegiyasının mövqeyinə görə, həmin siyahı yalnız qanunla bu siyahıda olmalı tələblərə şamil edilə bilər. Lakin kreditorun ödəniş tapşırı ğı "xxxx" Qanunun 73.1 və 73.1.1-ci maddələrinə uyğun olaraq, gerigötürülməz hesab edilirsə, növbəlilik siyahısı həmin tapşırıqdan irəli gələn tələbin adi qaydada irəli sürülməsinə mane ola bilməz.

43. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən pulun köçürülməsi barədə cavabdeh tərəfindən iddiaçı banka verilmiş tapşırığın gerigötürülməz olubolmamasına yuxarıda əks olunmuş hüquqi mövqelər, habelə Azərbaycan Respublikası Mərkəzi X1 2016-cı il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın tələbləri nəzərə alınmaqla hüquqi qiymət verilməli, iş üzrə qanuni və əsaslı qətnamə q əbul etməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

44. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 avqust tarixli 2-2(104)-89/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin mübahisələndirilən hissədə təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-qarşılıqlı iddianın qismən təmin edilən “LPO İddiaçıASC-dən 57.109,18 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 381,26 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Məcidov, hakimlər İ.Həsənov və Ş.Rzaquliyev).

45. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin 2025-ci il 20 fevral tarixli qərarında verilmiş göstərişləri hərtərəfli araşdıraraq belə qənaətə gəlmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. MM-in 959-cu maddəsi, "xxxx" Qanunun 57.8 və 73-cü maddələri, eləcə də Azərbaycan Respublikası Mərkəzi X1 müvafiq qərarları və rəsmi cavabı nəzərə alınmaqla cavabdehin qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir.

46. Kollegiya qeyd etmişdir ki, 2020-ci il 27 aprel tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 19 saylı qərarı ilə İddiaçı ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmin qərarla bankın idarə olunması üzrə bütün səlahiyyətlər müvəqqəti inzibatçının səlahiyyətlərinə verilmişdir. Ardınca, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 28 aprel tarixli, 2-3(103)-125/2020 nömrəli qərarı ilə "xxxx" Qanunun 57.8-ci maddəsinə əsasən bankın hüquqi və fiziki şəxslər qarşısında olan öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilmişdir. Moratorium tətbiqi nəticəsində bank tərəfindən müştərilərin hesablarından məxaric əməliyyatların aparılması hüquqi cəhətdən dayandırılmışdır. Bu qərarlar qüvvədə olduğu müddətdə bank ödəniş tapşırıqlarını icra etmək imkanına malik olmamışdır.

47. Azərbaycan Respublikası Mərkəzi Bankının 2025-ci il 12 avqust tarixli, 6-1-31/211422/2025 nömrəli məktubunda aydın şəkildə göstərilmişdir ki, cəmiyyət tərəfindən 2020ci il 24 aprel tarixdə verilmiş ödəniş tapşırığı yalnız bankın aralıq hesabına daxil edilmiş, lakin SWİFT sisteminə ötürülməmişdir. Bu səbəbdən ödəniş tapşırığı ödəniş sistemlərinin qaydalarına əsasən gerigötürülməz status qazanmayıb və “gerigötürülən” hesab edilmişdir. Bunun nəticəsində ödəniş tapşırığı icra edilməmiş, bank hesabından silinmiş vəsait isə moratorium şəraitində aralıq hesabdan geri qaytarılmışdır.

48. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, ödəniş sistemlərinə daxil edilməmiş tapşırıqlar bankın daxili əməliyyatlarında “aralıq hesab” səviyyəsində qalır və bu halda belə tapşırıqlar ödəniş sistemlərinin qaydaları ilə müəyyən edilmiş “gerigötürülməz” status qazanmadığından “gerigötürülən” ödəniş hesab olunur. İş üzrə Mərkəzi Bankın təqdim etdiyi mövqe də bunu təsdiqləyir

49. K ollegiyanın qənaətinə görə, hərçənd ki, qarşılıqlı iddiaçının hesabından vəsaitin silinməsi faktı mövcuddur, bu hal ödəniş tapşırığının gerigötürülməz status almasına səbəb olmur. Hesabdan silinmə yalnız bank daxilində texniki əməliyyat kimi qiymətləndirilməli, lakin ödəniş sistemlərinə ötürülmədiyi halda ödənişin gerigötürülməzliyi barədə nəticə çıxarılmamalıdır.

50. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, ödəniş tapşırığının gerigötürülməz status daşımaması halında bu tələbin digər kreditorların tələblərindən fərqləndirilməsi və ayrı qaydada ödənilməsi üçün hüquqi əsas yoxdur. Belə halda həmin tələb moratoriumun tətbiqi və müflislik proseduru çərçivəsində digər kreditorların tələbləri ilə eyni qaydada nəzərdən keçirilməlidir.

51. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, MMC-nin q arşılıqlı iddiasının təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Çünki, ödəniş tapşırığı ödəniş sistemlərinin qaydaları ilə müəyyən edilmiş gerigötürülməz statusa malik olmamış, əksinə “gerigötürülən” ödəniş kimi qiymətləndirildiyindən, bank tərəfindən moratorium çərçivəsində icra edilməmiş və geri qaytarılmışdır. İştirakçının hesabından vəsaitin silinməsi faktı özü-özlüyündə qarşılıqlı iddianın təmin edilməsi üçün hüquqi əsas yaratmır. Əksinə, ödəniş tapşırığının ödəniş sistemlərinə daxil edilməməsi və gerigötürülməz statusu qazanmaması səbəbindən həmin əməliyyatın moratorium tətbiq olunan dövrdə icra olunmaması və vəsaitin geri qaytarılması qanuni və əsaslı olmuşdur.

52. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 389.1, 390.2, 399.1, 404.1, 404.2, 405.1, 405.2, 406.1, 406.3, 407.1, 739.1, 959.1, 959.2, "xxxx" Azərbaycan Respublikası Qanununun 73.1.1, Azərbaycan Respublikası Mərkəzi X1 2024cü il 13 mart tarixli 12/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın 8.7, Azərbaycan Respublikası Mərkəzi X1 2013-cü il 19 sentyabr tarixli 19/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın (zamana görə qüvvədə olan) 4.5, Azərbaycan Respublikası Mərkəzi X1 2016-cı il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 2.1, 2.1.1, 3.3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu n Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarına və MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 78.1, 80, 88, 106.1, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

53. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin materiallarının yenidən baxılması apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayət inin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

54. MM-in 959-cu maddəsi üzrə-cavabdeh tərəfindən İddiaçı ASC-nin Sumqayıt filialına təqdim olunmuş 57.021,10 ABŞ dollarının benefisiar bank “Sberbank” (SWİFT SABRRUMMSE1) göndərilməsinə dair verilmiş 2020-ci il 24 aprel tarixli (köçürmə ərizəsi) tapşırığın icrası ilə əlaqədar 57.021,10 ABŞ dolları vəsaitin cavabdehin bank hesabından silinməsi, hansı səbəbdən cavabdehin bank hesabına qaytarılması və hansı tarixdə hesaba qaytarılması hallarını, hesabdan çıxarışa əsasən müəyyən etmək mümkün olur. Belə olan halda, cavabdeh tərəfindən İddiaçı ASC-nin Sumqayıt filialına təqdim olunmuş 57.021,10 ABŞ dollarının benefisiar bank “Sberbank” (SWİFT SABRRUMMSE1) göndərilməsinə dair verilmiş 2020-ci il 24 aprel tarixli (köçürmə əri zəsi) tapşırığının ödəniş tapşırığı əsasında köçürülən pul vəsaitlərinin gerigötürülməz vəsait olması və ya digər hallara qiymət verilməsi məhkəmənin səlahiyyətində olan məsələdir. 55. "xxxx" Qanunun 73-cü maddəsi üzrə-Mərkəzi Bank cavab məktubunda hansı normaya əsasən bu cür ödəniş tapşırıqlarının geri götürülən ödəniş tapşırıqlarının olması göstərilməmiş, həmçinin ödəniş sistemlərində yığılmayan ödəniş tapşırıqlarının geri götürülən ödəniş tapşırığı hesab olunması ilə bağlı hər hansı bir normativ akta istinad etməmişdir. Ümumiyyətlə ödəniş tapşırığının icra olunmamasına səbəb olan qurum tərəfindən sorğuya cavab alınması işin ədalətli həll olunmasını şübhə altına alır. Çünki işin hallarından göründüyü kimi, Bank onlar tərəfindən verilmiş ödəniş tapşırığını qəbul etmiş pul Bankda mövcud olan hesabdan silinmiş və Bankdan ödəniş sistemlərinə ötürülməsi üçün hesabdan çıxmışdır. Ümumiyyətlə Bankda olan hesabdan çıxılan pulun gerigötürülən ödəniş tapşırığı olması imkanı sual doğurur. Mərkəzi Bank isə Bankda olan hesabdan qarşı tərəfə göndərilməsi üçün çıxılan pulun hansı normativ akta görə gerigötürülən ödəniş tapşırığı olmasına aydınlıq gətirməmişdir. Hesabdan qaydalara uyğun verilmiş ödəniş tapşırığı icra yönləndirilmiş, lakin onlardan asılı olmayan səbəblərə görə pul köçürməsi baş tutmamışdır. Məhkəmə Mərkəzi Bankdan bir məsələni dəqiqləşdirməli olduğu halda bunu etməmişdir. Belə ki, Bankdakı hesablarından qaydalara uyğun ödəniş tapşırığı əsasında tərəflərindən aralıq hesabdan geri çağırılması imkanını araşdırmamışdır. 56. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” A zərbaycan Respublikası Qanununun 27-ci maddəsi üzrə-ödəniş xidməti təchizatçısı ödəniş sərəncamının icrasından, o cümlədən vasitəçi ödəniş sərəncamının verilməsindən imtina etdikdə, bunun səbəbləri və mövcud çatışmazlıqlar haqqında ödəniş xidməti istifadəçisini ən geci növbəti iş günü məlumatlandırmalı olduğu halda bunu etməmişdir. Kommersiya işinin materiallarında olan ƏSF-nin 2025-ci il 12 may tarixli 12-5/2-7113/2025 nömrəli məktubundan görünən odur ki, cavabdeh tərəfindən İddiaçı ASC-nin Sumqayıt filialına təqdim olunmuş 57 021,10 ABŞ dollarının benefisiar bank “Sberbank” göndərilməsinə dair verilmiş 2020-ci il 24 aprel tarixli (köçürmə ərizəsi) tapşırığın icrası ilə əlaqədar 57 021,10 ABŞ dolları vəsait cavabdehin bank hesabından virtual rəqəm olaraq silinmiş, Azərbaycan Respublikasın ın Mərkəzi Bankına (daxildən xaricə pul köçürmələrinin operatoru) göndərilmişdir. Yəni, ödəyici tərəfindən ödəniş sərəncamı ilə avtorizə edilmişdir. Qanunun tələbinə görə isə avtorizə edilmiş ödəyicinin ödəniş hesabına xidmət göstərən təchizatçı ödəniş sərəncamını qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla yerinə yetirməkdən imtina edə bilməz. 57. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi üzrə-Mərkəzi Bankın məhkəməyə təqdim etdiyi cavab məktubunda qeyd olunmuşdur ki, (xx.xx.2025-ci il tarixli 6-1-31/2-11422/2025 nömrəli) 2020-ci il 24 aprel tarixli (köçürmə ərizəsi) tapşırığın icrası ilə əlaqədar 57 021,10 ABŞ dolları vəsait Bankın aralıq hesabına düşmüşdür və SWİFT sistemində yığılmadığına görə gerigötürülən hesab edilir. ƏSF-n in 2025-ci il 12 may tarixli 12-5/2-7113/2025 nömrəli məktubunda 4-cü sualın cavablandırılmasında qeyd olunmuşdur ki, cavabdeh tərəfindən möhürlə təsdiqlənmiş 57021,10 ABŞ dollar məbləğində vəsaitin Rusiya Federasiyasının Volqoqrad vilayətində yerləşən OOO "xxxx"-ya məxsus bank hesabına göndərilməsini nəzərdə tutan ödəniş tapşırığı İddiaçı ASC-nin Sumqayıt filialı tərəfinən icraata qəbul edildikdən sonra müştərinin sərəncamına əsasən cavabdehin İddiaçı ASC-nin Sumqayıt filialında olan bank hesabından OOO "xxxx"-ya məxsus bank hesabına köçürülməsi işlərinə dərhal başlanılmışdır.” Belə olan halda hər iki qurumun yanaşmasının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələbi ilə ziddiyyət təşkil etdiyi görünür. Apellyasiya instansiya məhkəməsi isə bu mübahisəli məqamları aydınlaşdırmamışdır. 58. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi üzrə- ödəniş tapşırığı 2020-ci il 24 aprel tarxidə verilmiş (həftənin son iş günü – cümə günü), Qanunun tələbinə görə ödəniş tapşırığı 2020-ci il 27 aprel tarixdə (həftənin ilk iş günü) icra edilməli olduğu halda icra olunmamışdır. 2020-ci il 28 aprel tarixdə moratorium tətbiq olunmuşdur. Yəni, pul vəsaitinin qanunla müəyyən olunmuş müddətdə köçürülməli olduğu gündən sonrakı gün moratorium tətbiq olunmuşdur.

59. MPM-in 77, 88, 217, 220.4-cü maddələri üzrə- kommersiya işi üzrə sözügedən Mərkəzi Bankın mülahizəsi və ya mövqeyi məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, həmin mülahizə və ya mövqe nə qanu nlara, nə də Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlara əsaslanır. Mərkəzi Bank tərəflərindən verilmiş ödəniş sərəncamı əsasında Bankda olan hesablarından silinən pul məbləğinin aralıq hesabda olduğunu bildirməklə, bu hesabda olan pul məbləğinin gerigötürülən ödəniş tapşırığı olması qənaətinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi aralıq hesabda olan pul məbləğinə münasibətdə ödəyici vasitəçiyə ödəniş əməliyyatının başladılmasına razılıq verdikdən sonra ödəniş tapşırığının geri götürülmə imkanlarına hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası tərəfindən yalnız maraqlı tərəf olan Mərkəzi Bankın natamam araşdırmasının nəticəsi olan rəyinə əsaslanması onun düzgün olmayan hüquqi nəticəyə gəlməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 6

0. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilərək göstərilmişdir ki, ödəniş tapşırığı bankın müflis elan olunmasına qədər, yəni 2020-ci il 30 aprel tarixinə qədər verilərək, Bankın aralıq hesabına düşmüşdür və SWİFT sistemində yığılmadığına görə gerigötürülən hesab edilir. Odur ki, Cəmiyyətin cari hesabından silinən məbləğ moratorium çərçivəsində məxaric əməliyyatlarının dayandırılması və tapşırığın gerigötürülən hesab edilməsi ilə əlaqədar aralıq hesabdan geri qaytarılmışdır. X2 Heyətinin 2020-ci il 27 aprel tarixli, 19 saylı qərarı ilə Banka müvəqqəti inzibatçı təyin olunmuş, bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 28 aprel tarixli, 2-3(103)-125/2020 nömrəli qərarı ilə "xxxx" Qanunun 57.8-ci maddəsinə müvafiq olaraq Bank kapitalının itirilməsi səbəbilə müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilmişdir. Əlavə olaraq, Azərbaycan Respublikası Mərkəzi X1 2024-cü il 13 mart tarixli 12/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın 8.7-ci bəndinə əsasən, ödəyici pul köçürməsi üzrə pul vəsaitinin vəsait alan tərəfindən alındığı ana qədər pul köçürməsi üzrə sistemin qaydaları ilə dəyişdirilməsinə icazə verilən rekvizitlərdə dəyişiklik edə və ya geri götürə bilər. Həmçinin, zamana görə qüvvədə olan Azərbaycan Respublikası M ərkəzi X1 2013-cü il 19 sentyabr tarixli 19/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 4.5-ci bəndinə əsasən, kağız və ya elektron formada təqdim olunan ödəniş sənədlərinin geri götürülməsi ödəniş sisteminin qaydaları nəzərə alınmaqla bank hesabı müqaviləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mərkəzi X1 2016-cı il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 3.3-cü bəndinə əsasən, iştirakçı tərəfindən göndərilən ödəniş sənədi iştirakçının hesabından vəsaitin silindiyi andan etibarən gerigötürülməz və onun şərtsiz tapşırığı kimi qəbul edilir. Sözügedən “iştirakçı” həmin Qaydaları n 2.1.1-ci bəndində “AZİPS, XÖHKS və AÖS-də ödəniş əməliyyatları həyata keçirən bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZİPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖS-də əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxs” kimi müəyyən edilmişdir. "xxxx" Qanunun 73.1 və 73.1.1-ci maddələrinin və banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydalarının 2.1.1 və 3.3cü bəndlərinin qarşılıqlı təhlili belə qənaətə gəlməyə əsas verir ki, bankın ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən, yəni iştirakçının hesabından vəsait silinən hesablaşmalar üzrə ödəniş tapşırıqları gerigötürülməz hesab edilir, bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda da hüquqi qüvvədə qalır. Ödəniş tapşırığının verildiyi 2020-ci il 24 aprel tarixinin cümə gününə, yəni həftənin sonuncu iş gününə təsadüf etdiyi, bundan cəmi üç gün sonra, yəni növbəti həftənin ilk iş gününə təsadüf edən 27 aprel tarixində banka müvəqqəti inzibatçı təyin edilərək qanuna əsasən bütün idarəçiliyin həmin şəxsə keçdiyi, növbəti gün, yəni 28 aprel tarixində isə bankın lisenziyasının ləğv edildiyi nəzərə alındıqda, sözügedən xüsusatların dəqiq müəyyən edilməsi işin düzgün həlli üçün xüsusilə mühüm əhəmiyyət kəsb etdiyi qənaətinə gəlmək olar. "xxxx" Qanunun 73-cü maddəsinə əsasən, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın mü flis elan olunmasına dair qərar qəbul edildiyi halda belə hüquqi qüvvədə qalır və üçüncü şəxslər üçün məcburi olur. Həmin maddənin məzmunundan göründüyü kimi, yalnız ödəniş sistemlərinin qaydalarına uyğun şəkildə gerigötürülməz status qazanmış tapşırıqlar bu istisna rejimə tabedir. Əgər ödəniş tapşırığı ödəniş sistemlərinə daxil edilməyibsə və sistem qaydalarına uyğun olaraq gerigötürülməz hesab edilməyibsə, həmin tapşırığın adi ödəniş tapşırığından fərqi yoxdur və o, digər kreditor tələbləri ilə eyni hüquqi rejimə tabedir. Yəni, ödəniş sistemlərinə daxil edilməmiş tapşırıqlar bankın daxili əməliyyatlarında “aralıq hesab” səviyyəsində qalır və bu halda belə tapşırıqlar ödəniş sistemlərinin qaydaları ilə müəyyən edilmiş “gerigötürülməz” status qazanmadığından “gerigötürülən” ödəniş hesab ol unur. Kassasiya instansiya məhkəməsinin qərarında apellyasiya məhkəməsinə göstəriş verilmişdir ki, mübahisəli ödəniş tapşırığının “gerigötürülməz” olub-olmaması xüsusi olaraq araşdırılsın. Həmin göstəriş əsasında aparılan əlavə araşdırmalar, Mərkəzi Bankın rəsmi cavabı və iş materialları əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, cəmiyyətin təqdim etdiyi ödəniş tapşırığı ödəniş sistemlərinə daxil edilməmişdir və ona görə də qanunvericiliyin nəzərdə tutduğu “gerigötürülməz” ödənişlərdən hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, ödəniş tapşırığının gerigötürülməz status daşımaması halında bu tələbin digər kreditorların tələblərindən fərqləndirilməsi və ayrı qaydada ödənilməsi üçün hüquqi əsas yoxdur. Belə halda həmin tələb moratoriumun tətbiqi və müflislik proseduru çərçivəsind ə digər kreditorların tələbləri ilə eyni qaydada nəzərdən keçirilməlidir.

61. MPM-in 78, 80, 88, 106 və 217-ci maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə təqdim olunmuş bütün sübutlar birbirindən ayrılıqda və məcmu şəkildə qiymətləndirildikdən sonra məhkəmə belə nəticəyə gəlmişdir ki, “MMC”-nin qarşılıqlı iddiasının təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Çünki, ödəniş tapşırığı ödəniş sistemlərinin qaydaları ilə müəyyən edilmiş gerigötürülməz statusa malik olmamış, əksinə “gerigötürülən” ödəniş kimi qiymətləndirildiyindən, bank tərəfindən moratorium çərçivəsində icra edilməmiş və geri qaytarılmışdır. Məhkəmə qənaətə gəlmişdir ki, iştirakçının hesabından vəsaitin silinməsi faktı özü- özlüyündə qarşılıqlı iddianın təmin edilməsi üçün hüquqi əsas yaratmır. Əksinə, ödəniş tapşırı ğının ödəniş sistemlərinə daxil edilməməsi və gerigötürülməz statusu qazanmaması səbəbindən həmin əməliyyatın moratorium tətbiq olunan dövrdə icra olunmaması və vəsaitin geri qaytarılması qanuni və əsaslı olmuşdur Kassasiya baxışının hədləri

62. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq qarşılıqlı iddianın təmin edilməməsi hissəsində yoxlanılacaqdır.

63. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyas ı məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

64. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

959. Hesab əməliyyatlarının müddətləri 959.1. Bank müştərinin hesabına daxil olmuş pul vəsaitini həmin əməliyyat günündən (bankın müştəri sərəncamlarının qəbulu və bank əməliyyatlarının aparı lması üçün müəyyən etdiyi iş vaxtından) gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın. 959.2. Müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın.” 65. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

28. Ödəniş sərəncamının geri götürülməsi 28.1. Ödəniş sisteminə göndərilən ödəniş sərəncamı ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilən andan gerigötürülməz hesab olunur. 28.2. Ödəniş xidməti istifadə çisi ödəniş xidməti təchizatçısı ilə ödəniş sərəncamının icra olunması üçün müəyyən günü razılaşdırdıqda, ödəniş xidməti istifadəçisi ödəniş sərəncamını ən geci razılaşdırılmış gündən əvvəlki iş gününün sonunadək geri götürə bilər. 28.3. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı halda, ödəyici vasitəçiyə ödəniş əməliyyatının başladılmasına razılıq verdikdən sonra ödəniş sərəncamını geri götürə bilməz. 28.4. Birbaşa debitləşmə alətindən istifadə edildikdə ödəyici ən geci pul vəsaitinin ödəniş hesabından silinməsi üçün müəyyən etdiyi gündən əvvəlki iş gününün sonunadək ödənişin həyata keçirilməsi üzrə verdiyi sərəncamı geri götürə bilər. 28.5. Bu Qanunun 28.2-ci və 28.3-cü maddələrində nəzərdə tutulmuş müddətlərdən sonra ödəniş sərəncamı yalnız ödəniş xidməti təchizatçısı ilə ödəniş xidməti istifadəçisi arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda və pul vəsaiti vəsait alanın ödəniş hesabına mədaxil edilmədiyi təqdirdə geri götürülə bilər....” “Maddə

46. Ödəniş sistemlərində ödəniş sərəncamının gerigötürülməzliyi Ödəniş sistemi tərəfindən qəbul edilmiş ödəniş sərəncamı ödəniş sisteminə dair qaydalarla müəyyən olunmuş andan ödəniş sisteminin iştirakçısı və ya digər şəxs tərəfindən geri götürülə bilməz.” 66. "xxxx" Azərbaycan aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq müddəalarında “Maddə

73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş t apşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun;...”

67. Azərbaycan Respublikası Mərkəzi X1 2024-cü il 13 mart tarixli 12/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 8.7. Ödəyici pul köçürməsi üzrə pul vəsaitinin vəsait alan tərəfindən alındığı ana qədər pul köçürməsi üzrə sistemin qaydaları ilə dəyişdirilməsinə icazə verilən rekvizitlərdə dəyişiklik edə və ya geri götürə bilər....”

68. Azərbaycan Respublikası Mərkəzi X1 2013-cü il 19 sentyabr tarixli 19/ 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın (zamana görə qüvvədə olan) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 4.5. Kağız və ya elektron formada təqdim olunan ödəniş sənədlərinin geri götürülməsi ödəniş sisteminin qaydaları nəzərə alınmaqla bank hesabı müqaviləsi ilə tənzimlənir....”

69. Azərbaycan Respublikası Mərkəzi X1 2016-ci il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. iştirakçı - AZİPS, XÖHKS və AÖS-də (bundan sonra bi rlikdə - sistemlər) ödəniş əməliyyatları həyata keçirən bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZİPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖSdə əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxs;... 3.3. İştirakçı tərəfindən göndərilən ödəniş sənədi iştirakçının hesabından vəsaitin silindiyi andan etibarən gerigötürülməz və onun şərtsiz tapşırığı kimi qəbul edilir....”

70. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün m əhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 21 7.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instan siyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hazırkı iş üzrə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

72. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının 2020-ci il 24 fevral tarixli ödəniş tapşırığı üzrə 57.109,18 ABŞ dollarının geri qaytarılmasına dair tələbinin qanuni əsasını "xxxx" Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. Həmin normaların tələbinə görə bankın müflis elan olunmasının nəticələrindən asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə g erigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun.

73. Bu baxımdan işə birinci dəfə kassasiya qaydasında baxmış məhkəmə tərkibinin mövqeyi ondan ibarət olmuşdur ki, qarşılıqlı iddiaçı tərəfindən verilmiş ödəniş tapşırığının gerigötürülməz hesab edilib-edilməməsinə, həmin qərarda göstərilmiş maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verilməlidir.

74. İşə yenidən baxan apellyasiya qaydasında baxılarkən sözügedən ödəniş tapşırığının gerigötürülməz hesab edilib-edilməməsi ilə bağlı məsələyə münasibətdə Azərbaycan Res publikası Mərkəzi Bankının 12 avqust 2025-ci il tarixli, 6-1-31/211422/2025 nömrəli məktubunda göstərilmişdir ki, cəmiyyət tərəfindən 24 aprel 2020-ci il tarixdə verilmiş ödəniş tapşırığı yalnız bankın aralıq hesabına daxil edilmiş, lakin SWİFT sisteminə ötürülməmişdir. Bu səbəbdən ödəniş tapşırığı ödəniş sistemlərinin qaydalarına əsasən gerigötürülməz status qazanmayıb və “gerigötürülən” hesab edilmişdir. Bunun nəticəsində ödəniş tapşırığı icra edilməmiş, bank hesabından silinmiş vəsait isə moratorium şəraitində aralıq hesabdan geri qaytarılmışdır.

75. Apellyasiya instansiyası məhkəməsi həmin məktuba istinadla belə qənaətə gəlmişdir ki, ödəniş sistemlərinə daxil edilməmiş tapşırıqlar bankın daxili əməliyyatlarında “aralıq hesab” səviyyəsində qalır və bu halda belə tapşırıqlar ödəniş siste mlərinin qaydaları ilə müəyyən edilmiş “gerigötürülməz” status qazanmadığından “gerigötürülən” ödəniş hesab olunur.

76. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin məhz hansı maddi hüquqi əsasa görə ödəyici (müştəri) tərəfindən verilmiş ödəniş tarşırığının ödəniş sistemlərinə daxil edilməmiş tapşırıq olması və bu səbəbdən «gerigötürülməz» hesab olunması qətnamədə əsaslandırılmamışdır. Bununla bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 12 avqust 2025-ci il tarixli, 6-1-31/211422/2025 nömrəli məktubunda da sözügedən ödəniş tapşırığının geri götürülməz olması qeyd olunsa da, həmin nəticəyə gəlməyə əsas olan heç bir normativ hüquqi əsas göstərilməmişdir.

77. Məhkəmə kollegiyası, kassasiya instaniyası məhkəməsinin əvvəlki qərarındakı hüquqi mövqelə ri təkrarlamadan § 67-68 göstərilən normativ aktlarının tələblərinə əsaslanaraq qeyd etməyi zəruri hesab edir ki, ödəniş tapşırığına gerigötürülməzlik statusunun verilməsində əsas məqsəd, sərəncamı vermiş ödəyicinin hansı vaxtadək, verdiyi sərəncamı geri götürmək, onda müəyyən dəyişikliklər etmək imkanının olmasını tənzimləməkdən ibarətdir.

78. Anoloji tənzimləmələr tərəflər arasında mübahisə yarandıqdan sonra qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində də nəzərdə tutulmuşdur.

79. Baxılan işdə 2020-ci il 24 aprel tarixindən sonra ödəyicisi tərəfindən ödəniş tapşırığının geri götürülməsi ilə bağlı ona xidmət edən Banka müraciətinə dair hər hansı sənəd işin materiallarına əlavə edilməmiş, əksinə işin müəyyən edilən halla rına görə vəsait ödəyicinin hesabından silinmişdir.

80. Ödəyicinin hesabından silinmiş həmin vəsaitin ünvan üzrə çatmaması, xidmət edən Bankın hesabında qalması məsələsinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bankın lisenziyanının 2020-ci ilin 28 aprel tarixində ləğv edilməsi nəzərə alınmaqla, həftənin cümə günü- 2020-ci il 24 aprel tarixli sərəncamın, bazar ertəsi2020-ci ilin 27 aprel tarixində icra edilməməsinə bank qanunvericiliyinin və tərəflər arasında bağlanmış bank hesabı müqaviləsinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir.

81. Nəzərə alınmalıdır ki, müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna u yğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın (MM-in 959.2-ci maddəsi)

82. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmalı olması barədə prosessual hüquq normalarının tələbləri pozulmuş, işdə olan sübutlara tətbiq edilməli maddi hüquq norması tətbiq edilməmişdir.

83. «Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların ko nstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

84. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. İşin yeni apellyasiya baxışı zamanı yuxarıda göstərilən mövqelər nəzərə alınmaqla, qarşılıqlı iddia tələbi üzrə yenidən hüquqi qiymətləndirmə aparılmalı, qanuni və əsaslı qətnamə qəbul edilməlidir.

85. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edils in. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 avqust tarixli, 2-2(104)-89/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar