Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-799/2025 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə əmələ gəlmiş öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 11 avqust tarixli 2-2(104)-180/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halla rı 1. 2024-cü il 15 avqust tarixli borcun hissə-hissə ödənilməsi barədə sazişə əsasən sazişin predmeti 2019-cu il 29 noyabr tarixli QSZX293/1219 nömrəli və 2022-ci il 1 iyun tarixli QSZX 82/0722 nömrəli xidmət müqavilələri üzrə sifarişçinin (Cavabdeh MMC) icraçıya (İddiaçı) 2024-cü il 15 avqust tarixinə mövcud borcunun hissə-hissə ödənilməsi ilə əlaqədar mübahisənin məhkəmədənkənar qaydada həll edilməsindən ibarətdir. Həmin xidmət müqavilələri üzrə qalıq borcu ümumilikdə 42 100 manat təşkil edir. 2024-cü ilin sentyabr ayından başlayaraq 2025-ci ilin aprel ayının sonunadək hər ay 5 000 manat, qalan 2 100 manat isə 2025-ci ilin may ayının sonunadək hissə-hissə olmaqla sifarişçi tərəfindən icraçıya ödəniləcək. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bun dan sonra – “iddiaçı”) 2025-ci il 21 fevral tarixində iddia və daha sonra iddia tələbinin artırılması ilə bağlı ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) 42 100 manat borcun və 218 manat ödənilən dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, 2024-cü il 15 avqust tarixində cavabdehlə aralarında borcun hissə-hissə ödənilməsi ilə bağlı saziş imzalanmışdır. Sazişin imzalandığı tarixdə cavabdeh 2019-cu il 29 noyabr tarixli və 2022-ci il 1 iyun tarixli xidmət müqavilələri üzrə qalıq borcu ümumilikdə 47 100 manat təşkil etmişdir. Saziş imzalandıqdan sonra borcdan cəmi 5 000 manat ödənilmişdir. Cavabdeh bu günədək razılaşmada olan öhdəliyi icra etməmişdir. Borcun et irafı ilə bağlı saziş olduğu üçün əlavə sübutlara lüzum görməmişdir.
4. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 3 iyun tarixli e-2-2(115)-756/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdehdən 42 100 manat pul və ödənilmiş 218 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – G.Quliyeva).
5. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən ona 5000 manat pul ödənildiyini, həmin 5000 manat pulun sazişə əsasən 42100 manat borcdan deyil, cavabdehin hər iki müqavilə üzrə ona ümumilikdə 47100 manat olan borcundan ödənildiyini, həmin ödənilən 5000 manat çıxıldıqdan sonra cavabdehin ona 42100 manat borcu qaldığını, həmin borcdan ödəniş etmədiyini bildirmiş, cavabdeh isə iddiaya dair hər hansı etiraz təqdim etməmiş, borcun ödənilm əsi ilə bağlı sənəd təqdim etməmişdir. Ona görə də iddiaçı 42100 manat məbləğində borcu cavabdehdən tələb etməkdə haqlıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 11 avqust tarixli 2-2(104)-180/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmışdır (hakimlər: R.Məcidov – sədrlik edən və məruzəçi, Ş.Rzaquliyev və İ.Həsənov).
9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh əlavə ödənişlə bağlı heç bir sübut gətirməmiş, birinci və apellyasiya instansiyası məhkəməsinin iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində borcun mövcudluğunu inkar etməyə çalışsa da, iş materiallarında olan 2024-cü il 15 avqust tarixli saziş onun tərəfindən imzalanmışdır. MM-in 385.1 və 386.1 maddələrinə görə öhdəliyin məzmunu tərəflərin razılaşması ilə müəyyən edilirsə, sonradan bu razılaşma birtərəfli qaydada dəyişdirilə bilməz. Buna görə də cavabdehin “borcun əsası yoxdur” iddiası öz razılığı ilə imzaladığı sazişlə ziddiyyət təşkil edir.
10. Cavabdeh xidmətlərin göstərilmədiyini və təhvil-təslim aktlarının olmadığını iddia etsə də, borcun məbləği və ödəniş şərtləri barədə sonradan imzaladığı saziş bu etirazı hüquqi baxımdan etibarsız edir. MM-in 442-ci maddəsinə görə öhdəlik üzrə müqavilə şərtləri razılaşdırıldıqdan və tərəf tərəfindən qəbul edildikdən sonra öhdəliyin əsası barəsində əlavə etirazlar yalnız əsaslı sübutlarla irəli sürülə bilər. İş materiallarında isə belə sübutlar yoxdur.
11. Cavabdeh xidmətlərin həcmi və keyfiyyəti barədə ümumi şəkildə iradlar bildirmiş, lakin bu barədə hər hansı sübut təqdim etməmişdir. Sazişin məzmunu göstərir ki, tərəflər əvvəlki müqavilələr üzrə görülmüş işlər və yaranmış borc barədə razılığa gəliblər. Bu razılıq xidmətlərin göstərilməsi faktını dolayısı ilə təsdiq edir. Belə şəraitdə xidmətin göstərilmədiyi iddiası, borcun etir afı ilə ziddiyyət təşkil etdiyindən hüquqi əsas daşımır.
12. Bundan əlavə cavabdeh apellyasiya şikayətində ekspertiza təyin olunmamasını prosessual pozuntu kimi göstərmişdir. Lakin MPM-in 97.1-ci maddəsinə əsasən ekspertiza yalnız xüsusi biliyə ehtiyac olduqda təyin edilir. Bu işdə mübahisə xidmətlərin keyfiyyəti və həcmi ilə deyil, artıq sazişlə təsbit edilmiş müəyyən pul öhdəliyinin icra olunmaması ilə bağlıdır. Bu səbəbdən ekspertiza təyin olunmaması prosessual hüquq pozuntusu hesab edilə bilməz.
13. Apellyasiya şikayətinin dəlillərində cavabdeh “qərəzlilik” və “obyektiv araşdırma aparmamaq” kimi ümumi iradlar irəli sürmüş, lakin bu barədə konkret faktlar və sübutlar təqdim etməmişdir. MPM-in 88 və 217.3-cü maddələrinə əsasən birinci instansiya məhkəməsi işdə olan bütün sübutları qiymət ləndirərək tərəflərin təqdim etdiyi sənədlərə hüquqi qiymət vermişdir. Bu baxımdan qərəzlilik barədə iddialar subyektiv mülahizələrdən ibarət olub, hüquqi və sübut əsasları yoxdur.
14. Bundan başqa cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinin də pozulduğunu iddia etsə də, bu pozuntunun nədən ibarət olmasını əsaslandırmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi işin nəticəsinə təsir edəcək prosessual pozuntuya yol verməmiş və qəbul etdiyi qətnaməni prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmışdır.
15. Məhkəmə kollegiyası mövqeyini MM-in 329.2, 337.1, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 753.1, 769, 770-ci, MPM-in 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
16. Ca vabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. MM-in 385.1, 425.1 və 425.2-ci maddələri üzrə - tərəflər arasında bağlanmış xidmət müqavilələrinin müvafiq olaraq 2.2 və 2.3-cü bəndlərinə əsasən göstərilən xidmətin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. Göründüyü kimi sözügedən müqavilələrin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Buna baxmayaraq iddiaçı hər iki müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş, xidmətləri tam şəkildə icra etməmiş və təhvil verməmişdir (təhvil-təslim aktları məhkəməyə təqdim olunmayıb). Lakin müqavilələr üzrə hansı həcmdə xidmətlər göstərilmişdirsə, həmin xidmətlərin dəyərini cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir.
18. MPM-in 9.1, 9.3 və 88-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla müvafiq hüquq normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, bununla da prosessual hüquq normasının pozuntusuna yol verməklə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri
20. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə 753 Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməs i nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.”
23. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiy a instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 25. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiy a Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
27. Əlavə olaraq kollegiya qeyd edir ki, kassasiya şikayəti mahiyyət etibarı ilə apellyasiya şikayəti ilə eyni məzmunlu olmaqla apellyasiya instansiya məhkəməsi tərəfindən göstərilən dəlil lər hərtərəfli araşdırılmaqla düzgün qiymət verilmiş və Kollegiya tərəfindən müəyyən edilmişdir ki, ilkin borc məbləğini təşkil etmiş 47100 manat borcdan 5000 manat ödənilmiş, 42100 manat borca dair isə tərəflər saziş bağlamışlar. Cavabdeh tərəfindən əlavə ödəniş etməsini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır.
28. Cavabdehin xidmətlərin göstərilmədiyi və təhvil-təslim aktlarının olmaması ilə bağlı dəlillərnə münasibətdə apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, cavabdehin borcun məbləği və ödəniş şərtləri barədə sonradan imzaladığı saziş bu etirazı hüquqi baxımdan etibarsız edir.
29. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyi n mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
30. Cavabdehin prosessual hüquqlarının pozulması barədə dəlillərinə gəldikdə, iş materialları ilə müəyyən olunur ki, cavabdeh məhkəmə baxışı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdir. Cavabdehin məhkəmə iclaslarında iştirak etməməsi onun öz prosessual davranışının nəticəsi olmuşdur. Bu isə MPM-in 9-cu maddəsində təsbit olunmuş çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
32. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 11 avqust tarixli 2-2(104)-180/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.