Məhkəmə qərarları › İş №2-2(102)-8/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-8/2020

14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-8/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X2 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İlk İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra hakimiyyətinə qarşı torpağın icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsi haqqında ilkin və Bakı şəhər İcra Hakimiyyətinin İddiaçı MMC-yə qarşı icarə haqqı borcunun və cərimənin tutulması haqqında qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİ qtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən ilk İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Oruczadə; iş No 2-2(81)-140/2019) ilk iddia tələbinin təmin edilməsi, cavabdeh İcra Hakimiyyəti ilə iddiaçı MMC arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında xx xxxxxx 2005-ci il tarixli 0641 saylı müqavilənin ləğv edilməsi; qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmşdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş No 22(103)-438/2019) ilkin iddia üzrə cavabdeh İcra hakimiyyəti tərəfindən verilmiş ape llyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)-140/2019 saylı qətnaməsinin qismən - ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi; İlkin iddianın təmin edilməməsi; qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən ilk iddiaçı MMC kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlk İddiaçı MMC cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0641 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti İddiaçı MMC-nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, ilk iddia üzrə İddiaçı MMC-dən 490.087,0 manat əsas icarə haqqı borcunun və 4.651.049 manat cərimənin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı MMC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından qətnamənin qismən - «1 saylı Bakı İnzibati-İiqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən - ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi” hissəsində ləğv edərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etm işdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların tələbləri pozulmuş, bunun da nəticəsində əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında «Torpaq sahəsinin icarəyə verilməsi» haqqında 0641 N°-li müqavilə bağlanmışdır. Müqaviləyə görə Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ayrılmış torpaq sahəsi icarəyə verilmişdir. Müqavilənin 1.1 və 1.3-cü bəndlərinə əsasən həmin müqavilə 49 il müddətinə olmaqla mehmanxana və istirahət kompleksinin tikintisi üçün verilmişdir. 2010-cu ildə həmin ərazidə mehmanxana və istirahət kompleksi inşa edilərək, istismara verilmişdir. Həmin il hətta həmin mehmanxana və istirahət kompleksi ilə bağlı məhkəmə mübahisələri olmuş bu kompleks tam şəkildə başqa şirkətə, sonradan isə müxtəlif fiziki şəxslərin mülkiyyətinə verilmişdir. İcarə müqaviləsinin predmeti olan torpaq sahəsində inşa edilmiş mehmanxana və istirahət kompleksi artıq 9 ildir ki, müxtəlif fiziki şəxslərin mülkiyyətindədir. İddiaçı MMC də öz növbəsində bir neçə ildir ki, fəaliyyətini dayandırmış. 9 ilə yaxındır ki, onların cəmiyyət İcarə müqaviləsinin predmeti olan torpaq sahəsindən istifadə etmir. Bununla yanaşı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli Sərəncamı ilə İddiaçı MMC-nə ayrılmış 11,0 ha ərazidən 7,0 ha torpaq sahəsi «xxxx» MMC-nə aid edilmişdir. Məhz bu səbəbdən onlar tərəfindən müraciət edilərək, xx xxxxxx 2005- ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında «torpaq sahəsinin icarəyə verilməsi» haqqında 0641 N-li müqavilənin ləğv olunması xahiş olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin özü tərəfindən bizə icarəyə verilmiş torpaq sahəsinin 11 ha-dan 7 ha-nı, yəni yarısından da çoxu başqa şirkətə ayrılmışdır. Göründüyü kimi onlar üçün şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə bir halın baş verəcəyini onlar əvvəlcədən görə bilməzdilər. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 422-ci maddəsini düzgün şərh etməmişdir. Faktiki otaraq apellyasiya instansiyası məhkəməsi hazırki qətnaməni qəbul etməklə, İddiaçı MMC-ni başqa şirkətə ayrılmış torpaq sahəsinə dair müqavilə münasibətlərində qalmağa məcbur etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəmə si apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Bakı şəhər İcra Hakimiyyətinin 305 saylı, xx xxxxxx 2004-cü il tarixli sərəncamı ilə, Əzizbəyov rayon İcra Hakimiyyətinin xx xxxx 2004-cü il tarixli, 211 saylı və İddiaçı firmasının xx xxxx 2004-cü il tarixli, 1-15 saylı məktubları nəzərə alınaraq, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində mehmanxana və istirahət kompleksinin layihələndirilməsi və tikintisi üçün 11 ha torpaq sahəsi icarə əsasında həmin firmanın istifadəsinə verilmişdir; Bundan sonra, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı xx xxxxxx 2004-cü il tarixli sərəncamı, xx.xx.2005-ci il tarixli 11838 saylı inşaat pasportu əsasında “İcarəyəverən” Bakı şəhər İcra Hakimiyyəti ilə “xxxx” adlandırılacaq "İddiaçı” MMC arasında xx xxxxxx 2005-ci il tarixli 0641 nömrəli “Torpaq icarə” müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, İcarəyəverən icarə əsasında sahəsi 110.000 kv.m olan torpaq sahəsini, o cümlədən su ilə örtürülmüş sahəsi 110.000 kv.m olan ərazini xxxxnin 49 il müddətinə istifadəsinə vermişdir. Həmin müqavilənin 1.3-cü bəndinə müvafiq olaraq torpaq sahəsi mehmanxana və istirahət kompleksinin tikintisi üçün verilmişdir. Həmin müqavilənin 7.2-ci bəndinə görə, xxxx hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür; icarə haqqı tərəflərin razılığı ilə təyin edilmiş normativ qiymətlər əsasında müəyyənləşdiril miş və xxxx tərəfindən ödənilməli idi. Həmin müqavilənin 7.3-cü bəndinə uyğun olaraq icarə haqqı xx xxxxxx 2005-ci il tarixdən hesablanır. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən, xxxx hər il 188.496.000 AZM icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür; İşin materiallarında olan, Bakı şəhər İcra Hakimiyyətinin xx xxxx 2007-ci il tarixli 287 saylı sərəncamın surətinə əsasən, Əzizbəyov rayon İcra Hakimiyyətinin xx xxxx 2007-ci il tarixli, 753 saylı razılıq məktubu, “xxxx” MMC-nin xx.xx.2007-ci il tarixli 17707 saylı müraciəti və İddiaçı MMC-nin xx.xx.2007-ci il tarixli, 05 saylı razılıq məktubu nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 305 saylı sərəncamının 40-cı bəndində İddiaçı MMC-yə ayrılmış 11,0 ha ərazidən 7,0 ha torpaq sahəsi həmin məqsədlə “xxxx” MMC-nə aid edilmişdir; İşin materiallarında olan, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH Seriyalı ******* nömrəli Çıxarışın surətinə müvafiq olaraq Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət zonasında istifadədə olan 0,6566 ha torpaq sahəsində yerləşən 3048 kv.m ümumi, 1714,3 kv.m əsas, 1333,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi, müəssisə (mehmanxana və istirahət kompleksi) tam mülkiyyət hüququ üzrə “xxxx” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 202 nömrəli vərəqində reyestr nömrəsi **********41-12301, qeydiyyat nömrəsi ********* olaraq xx.xx.2007-ci il tarixində qeydiyyata alınmışdı r. İşin materiallarında olan, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı ilə cavabdeh “xxxx” MMC borcun əvəzinə Azərbaycan Respublikası Nazirlər Kabineti (hazırda Əmlak Məsələləri Dövlət Komitəsi) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2 nömrəli reyestr kitabının 202 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********41-12301, qeydiyyat nömrəsi 110738807, qeydiyyat tarixi xx.xx.2007 olan, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarış əsasında cavabdehə məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət zonasında yerləşən, ümumi sahəsi 3048,0 kv.m olan əmlak kompleksinin bir hissəsini iddiaçı “Kapitol” firmasına verilməsi qərara alınmış dır. İşin materiallarında olan 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı ilə iddiaçı “Kapitol” firması ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış barışıq sazişi təsdiqlənmiş, cavabdehin iddiaçıya borcun əvəzinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2 nömrəli reyestr kitabının 202 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********41-12301, qeydiyyat nömrəsi 110738807, qeydiyyat tarixi xx.xx.2007 olan, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarış əsasında “xxxx” MMC-yə məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət zonasının ümumi sahəsi 4410 kv.m olan 18 ədəd kotteclərinin və həmin kottecl ərin altında yerləşən torpaq sahələrinin “Kapitol” firmasına verilməsi qərara alınmışdır. İşin materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* saylı Çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 3884,89 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi paylı mülkiyyət hüququ əsasında X18, X6, X13, X4, X14, Bağır-X20, X5, X7, X3 adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 1059 nömrəli vərəqində qeydiyyata alınmışdır; İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli Çıxarışın surətinə müvafiq olaraq ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 6486,08 kv.m olan, torpaq sahəsinin ölçüsü 0,54689 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi paylı mülkiyyət hüququ əsasında X6, X18, “Kapitol” firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 848 nömrəli vərəqində xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. İşin materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüququ rəsmiləşdirilən şəxs X11 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs X14 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs X8 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs Bağır-X20 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs X3 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs X16 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs X9 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs X15 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs X1 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs X4 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın surətlərindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 6486,08 kv.m olan, torpaq s ahəsinin ölçüsü 0,54689 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi paylı mülkiyyət hüququ əsasında müxtəlif fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 848 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sonuncu qeydiyyat tarixi xx.xx.2013-cü ildir; İşin materialarına əlavə edilmiş İddiaçı MMC-nın Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2016-ci il tarixli, 10 saylı məktubuna görə, icarə müqaviləsinin predmeti olan torpaq sahəsində inşa edilmiş mehmanxana və istirahət kompleksi artıq 5 ildir ki, müxtəlif fiziki şəxslərin mülkiyyətindədir, İddiaçı MMC bir neçə ildir ki, öz fəaliyyətini dayandırmış, 6 ilə yaxındır ki, cəmiyyət icarə müqaviləsinin predmeti olan torpaq sahəsindən istifadə etmir, bu səbəbdən torpaq sahəsindən imtinanın nəzərə alınması və müqaviləyə xitam verilməsi xahiş edilmişdir; İddiaçı MMC-nın cavabdehə ünvanlanmış xx xxxx 2018-ci il tarixli məktubuna uyğun olaraq Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ayrılmış torpaq sahəsinin icarəsinə dair xx.xx.2005-ci il tarixli müqavilədə göstərilən torpaq sahəsindən İddiaçı MMC tərəfindən istifadə edilməməsini, icarə müqaviləsinin predmeti olan torpaq sahəsində inşa edilmiş mehmanxana və istirahət kompleksinin 5 ildən artıq müddətdir müxtəlif fiziki şəxslərin mülkiyyətində olması səbəbindən icarə müqaviləsindən imtinanı və həmin müqaviləyə xitam verildiyini nəzərə almağı və müraciətin 15 gün müddətində cavablandırılmağı xahiş edilmiş, cavabdeh sözügedən icarə müqaviləsi tərəflərinin könül lü iradəsi əsasında bağlandığından və ikitərəfli əqd olduğundan həmin müqaviləyə xitam verilməsi üçün məhkəmə orqanlarına müraciət edilməsini bildirmiş, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Araşdırılan qətnəmədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, 1-ci instansiya məhkəməsi ilkin iddianı təmin edərkən ona istinad etmişdir ki, “İcarəyə verən” - Bakı şəhər İcra Hakimiyyəti ilə “xxxx” - İddiaçı MMC arasında xx xxxxxx 2005-ci il tarixli 0641 saylı “Torpaq icarə müqaviləsi” 7 ha torpaq sahəsinə münasibətdə 2007-ci ildən, qalan hissəyə münasibətdə 2010-cu il tarixindən faktiki olaraqmövcud olmamışdır. İlk iddia üzrə iddiaçı icarə müqaviləsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. İşin mübahisəsiz hallarından göründüyü kimi, ilk öncə 2007-ci ildən, daha sonra isə 2010-cu ildən şərait əhəmiyətli dərəcədə dəyişmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsası nda durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. İş üzrə müəyyən edilr ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ayrılmış 11 ha torpaq sahəsi ilə bağlı tərəflər arasında xx xxxxxx 2005-ci il tarixdə 0641 saylı icarə müqaviləsi bağlanmış, xx xxxx 2007-ci il tarixli 287 saylı Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş sərəncam əsasında İddiaçı MMC-yə ayrılmış 11.0 ha ərazidən 7.0 ha torpaq sahəsi həmin məqsədlə “xxxx” MMC-nə aid edilmişdir. 2007-ci ildən faktiki olaraq İddiaçı MMC-nin istifadəsində 4 ha torpaq sahəsi saxlanılmış və həmin sahənin üzərində müxtəlif tikililər, əmlak kompleksi inşa edilmiş, 2010-c u ildə məhkəmə mübahisələri nəticəsində həmin sözügedən sahənin üzərində inşa edilmiş əmlak kompleksi (istirahət binalarf, müxtəlif tikililər) müxtəlif şəxslərin mülkiyyətinə keçmiş, iş materiallarında olan çıxarışlardan (sonuncu qeydiyyat xx.xx.2013-cü il) da göründüyü kimi həmin tikililərin altında olan dövlət mülkiyyətində olan torpaq sahələri həmin şəxslərin istifadəsində saxlanılmışdır. Göründüyü kimi, tərəflər arasında torpağın icarəyə verilməsinə dair müqavilənin qüvvədə olduğu dövrdə, əmlak kompleksi olan tikililər üzərində mülkiyyət hüquqlarının ayrı-ayrı şəxslərə keçməsi səbəbindən torpaq sahəsinin faktiki istifadəçiləri dəyişmişdir. Torpaqdan istifadə edən subyektlərin dəyişməsi isə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinin tələblərinə əsasən şəraitin əhəmi yyətli şəkildə dəyişməsi kimi qiymətləndirilə bilməz. Tərəflər arasında bağlanmış 0641 saylı, xx xxxxxx 2005-ci il tarixli «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» Müqavilənin 3.2 və 7.2-ci bəndlərinə əsasən icarəyə götürülmüş torpaq sahəsindən təyinatı üzrə istifadə etmək və icarə haqqını ödəmək xxxxnin əsas vəzifələrindədir. İşin materiallarından iddiaçı MMC-nin qeyd olunan vəzifələri yerinə yetirməsi, eləcə də əmlak kompleksi olan tikililər üzərində mülkiyyət hüquqları ayrı-ayrı şəxslərə keçənədək icarəyəverənə bu barədə məlumat verməsi, onun razılığını alması müəyyən edilmir. Dövlət mülkiyyətində olan dənizkənarı istirahət-çimərlik zonalarında yerləşən torpaq sahəsində tikilmiş tikililər üzərində mülkiyyət hüququnun iddiaçıdan başqa şəxslərə keçməsi, həmin şəxslərin torpaqdan hə r hansı qanuni əsas olmadan istifadəsinə əsas ola bilməz. İşin materiallarından, xxxx olan iddiaçı MMC-nin və sözügedən torpaq sahəsindən keçən müddət ərzində faktiki istifadə edən şəxslərin torpaq icarəsi müqaviləsi üzrə «xxxx»nin dəyişməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməsi, sonuncunun imtina etməsi, buunla bağlı mübahisənin mövcud olması müəyyən edilmir. Göstərilənlərə əsasən, hazırki halda, tərəflər arasında torpaq icarəsi müqaviləsinin ləğvi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsi ilə müəyyən edilmiş əsaslar mövcud deyildir. 1-ci instansiya məhkəməsinin iş üzrə nəticəsi qeyd olunan maddi hüquq normasının tələbinə uyğun olmamışdır. İddiaçı «xxxx»nin dəyişməsi ilə bağlı cavabdeh İcra Hakimiyyətinə müraciət edə bilər. Bu səbəbdən iddia MMC-nin idd ia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçı MMC-nn kassasiya şikayətində qeyd edilən dəlillər qismən əsaslı olduğundan qismən ləğv edilməlidir. Qeyd olunmaladır ki, ilk iddiaçı MMC-nin mübahisələndirdiyi müqavilənin predmeti 11 ha torpaq sahəsi olsa da, İcarəyə verən – cavabdeh İcra Hakimiyyəti özü bu torpaqdan 7 ha hissəsini başqa hüquqi şəxsə vermişdir. Bundan sonra mübahisəli müqvailədə iddiaçı MMC-yə verilmiş torpaq sahəsinin ölçüsü və ödənilməli olan icarə haqqının miqdarı barədə müvafiq düzəlişlər edilməli idi ki, müqavilə üzrə tərəflər bu barədə hər hansı təşəbbüsdə bulunmamışlar. Belə olan halda, apellyasiya instansiya məhkəməsinin qərarında, müqavilədə “xxxx”nin dəyişməsi ilə bağlı iddiaçı MMC cavabdeh İcra Hakimiyyətinə müraciət etməli olduğu barədə söylənilən fikirlə razılaşmaq olmaz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda, iddiaçı MMC-yə verilmiş torpaq sahəsi cavabdeh İcra Hakimiyyətinin təşəbbüsü ilə başqa hüquqi şəxsə verildiyindən müqavilədə müvafiq düzəlişlərin edilməsi də, İcarəyəverən - İcra Hakimiyyəti tərəfindən edilməli idi. İşin materiallarında olan, İcra Hakimiyyətinin qarşılıqlı ərizəsinin məzmunundan aydın olur ki, O, mübahisəli torpaq sahəsinin bir hissəsini başqa hüquqi şəxsə verməsinə baxmayaraq, həmin hissəyə aid icarə haqqının ödənilməsini də iddiaçı MMC-dən tələb etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi işin bu faktiki hallarına lazımi hüquqi qiymət vermədən ilk iddiaçı MMC-nin iddia tələbini rədd etmişdir. Belə olan halda hazırki işin yenidə apellyasiya instansiya məhkəməsində baxılması zəruridir. Hazırki işə yendən baxacaq apellyasiya instansiya məhkəməsi, işdəki ziddiyyətlərin arardan qaldırılması məqsədilə, iş üzrə tərəflərin iştirakı ilə, işdəki sübutlara yenidən hüquqi qiymət verməklə ədalətli və qanuni qətnamə qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qə tnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar