Məhkəmə qərarları › İş №2-2(102)-8/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-8/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-8/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh Ağdaş rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-8/2021 Bakı şəhəri xx xxxxxx 2021-ci il 02.02.2021 Aşar sözlər: icarə müqaviləsinin bağlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, İddiaçı vəkili Mübariz Yolçiyevin, Cavabdeh nümayəndələri xxx1un və xxx2nin və vəkili Ehtibar Abdullayevin iştirakları ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(107 )-16/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Şəki kənd ərazisində yerləşən, dövlət mülkiyyətində olan qış otlaq sahəsində yerləşən, JN 1328, kod 90100001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə göstərilən 200 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğun olaraq ona yenidən icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 99 saylı icarə müqaviləsi əsasında iddi açıya verilən JN-1328 Kod:90100001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə göstərilən Ağdaş rayonu Şəkili kəndi ərazisində dövlət mülkiyyətində olan qış otlaq sahəsində yerləşən 200 hektarlıq torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilərək iddiaçının faktiki istifadəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 30 manat dövlət rüsumu və digər məhkəmə xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 99 nömrəli icarə müqaviləsi əsasında iddiaçıya verilən JN-1328 Kod:90100001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətn amədə göstərilən Ağdaş rayonu Şəkili kəndi ərazisində dövlət mülkiyyətində olan qış otlaq sahəsində yerləşən 200 hektarlıq torpaq sahəsinin döngə nöqtələri, Ağdaş rayon İcra Başçısının imzası ilə məhkəməyə göndərilən xx xxxxxx 2018-ci il tarixli, 010763 saylı məktubunda yazılan “dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 metr və iddiaçı ilə qonşu icarədar X2 icarə torpaq sahələri arasında yerləşən sərhəddən sol tərəfə 300 metr enində torpaq sahəsinin dəhliz kimi saxlanılmaqla iddiaçıya 200 hektar torpaq sahəsinin icarəyə verilməsi” təklifinə uyğun olaraq təsbit edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Oğuz rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2001-ci il tarixli, 49 saylı sərəncamı və xx xxxxxxx 2001-ci il tarixli, 03 saylı icarə müqaviləsi ilə Oğuz rayonunun Ağdaş rayon ərazisindəki qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 200 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün ona verilmidir. Torpaq sahəsindən müvəqqəti istifadə müddəti başa çatdıqdan sonra iddiaçı həmin torpaq sahəsinin yenidən onun icarəsinə verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh Başçısının xx xxxxxxxx 2017-ci il tarixli, 99 saylı sərəncamı ilə Ağdaş rayonu Şəki kənd ərazisində yerləşən, dövlət mülkiyyətində olan qış otlaq sahəsindən 3 il müddətinə 200 ha torpaq sahəsi iddiaçıya icarəyə verilmiş və bununla bağlı icarə müqaviləsi bağlanmışdır. Yer quruluşu planında texniki qü surlara yol verildiyindən iddiaçının müraciətinə əsasən, Cavabdeh başçısının xx xxxxxx 2017-ci il tarixli, 131 saylı sərəncamı ilə xx xxxxxxxx 2017-ci il tarixli, 99 saylı sərəncam ləğv olunmuş, lakin sonradan iddiaçı ilə yeni müqavilə bağlanmamışdır. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi münasibətdə bildirmişdir ki, iddiaçının ona icarəyə verilməsini tələb etdiyi torpaq sahəsi iddiaçının istifadəsində olduğu müddət ərzində həmin sahənin şimalında yerləşən 500 hektardan çox qış otlaq sahəsinin girişçıxış yolunun olmaması səbəbindən istifadəsiz qalmasına, Şəkili kənd sakinləri ilə iddiaçı arasında mübahisələrin yaranmasına və kənd sakinlərinin çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Bu əsasla həmin 500 hektarlıq dövlət fondu torpağından digər vətəndaşların istifadəsinə verilməklə səmə rəli istifadə olunması üçün qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 metr və 300 metr enində dəhliz saxlanılmaqla iddiaçıya 200 hektar torpaq sahəsinin icarəyə verilməsi məqsədəuyğundur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-58/2019 saylı qərardadı ilə (hakim Vidadi Qasımov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv olunmasını və iddia ərizəsinə məhkəmə baxışında baxılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(107)-365/2019 saylı qərardadı ilə (sədrlik edən Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Mübariz Hüseynov) birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş iqtisadi icraat qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(84)-191/2019 saylı qərardadı ilə (hakim İlqar Cabbarov) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsi və iş üzrə icraatın qaldığı yerdən davam etdirilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(84)-191/2019 saylı qərardadı ilə (hakim İlqar Cabbarov) iddiaçının şikayəti təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(107)-43/2019 saylı qərardadı ilə (sədrlik edən Mübariz Hüseynov, hak imlər Gündüz Abbasov və Rövşən Rəfiyev) şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(84)-191/2019 saylı qərardadı ilə (hakim İlqar Cabbarov) iş üzrə məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 2-2(84)191/2019 saylı rəy verilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(117)-3/2020 saylı qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin icarəyə verilməsi və icarə müqaviləsinin bağlanması cavabdehin diskression səlahiyyətidir və qanunvericiliyin tələ binə əsasən cavabdeh müqavilənin bağlanılmasına məcbur edilə bilməz. Habelə, iddiaçının iddia etdiyi torpaq sahəsi onun icarəsinə veriləcəyi təqdirdə 500 hektar torpaq sahəsindən digər vətəndaşların səmərəli və sərbəst istifadə etmələrinə maneə yaranır, bu isə ictimai maraqlara ziddir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(107)-16/2020 saylı qətnaməsi ilə (sədrlik edən Gündüz Abbasov, hakimlər Mirbahəddin Hüseynov və Elçin Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya insta nsiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Oğuz Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2001-ci il tarixli, 49 nömrəli sərəncamı və xx xxxxxxx 2001-ci il tarixli, 03 nömrəli icarə müqaviləsi ilə Ağdaş rayon ərazisindəki qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 200 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və adına JN seriyalı, 1328 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə hazırlanmışdır. İddiaçı həmin torpaq sahəsindən 15 il müddətində istifadə etmiş, müqavilə müddəti başa çatdıqdan sonra Cavabdeh Başçısının xx xxxxxxxx 2017-ci il tarixli, 99 nömrəli sərəncamı və torpaq icarə müqaviləsi ilə Ağdaş rayonu Şəkili kəndi ərazisində olan 200 ha torpaq sahəsi 3 il müddətinə iddi açının icarəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xx xxxxxxx 2017-ci il tarixli, **********45 nömrəli məktubla Cavabdehnə müraciət edərək İddiaçı icarəyə verilmiş torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərkən texniki səhvə yol verildiyini və bu səbəbdən də torpaq sahəsinə dair tərtib edilmiş yerquruluşu planının İcra hakimiyyətində olan nüsxəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xx xxxxxxx 2017-ci il tarixli, **********28 nömrəli məktubla iddiaçıya müraciət edərək Ağdaş rayonu ərazisində yerləşən 200 ha qış otlaq sahəsinə hazırlanmış yerquruluşu planında texniki qüs ura yol verilərək qonşuluqlar səhv göstərildiyinə görə planın tərtibinə ödənilmiş vəsaitin geri ödənilməsi üçün şəxsi hesab nömrəsinin təqdim olunmasını bildirmişdir. Cavabdeh Başçısının xx xxxxxx 2017-ci il tarixli, 131 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərkən texniki səhvə yol verildiyi, ərazidə bələdiyyə, kənd sakinləri və icarədar arasında münaqişə yarandığı üçün Şəkili kənd sakinlərinin müraciətləri nəzərə alınaraq Ağdaş RİHB-nın xx xxxxxxxx 2017-ci il tarixli, 99 nömrəli sərəncamı və icarə müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir. Sərəncamın “qərara alıram” hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, Ağdaş rayonunun inzibati ərazisində yerləşən “Ağ dib” adlanan qış otlaq sahəsinin yerquruluşu planı yenidən kənd sakinlə rinin, bələdiyyənin və sərhəd kənarında yerləşən digər fermerlərin qanunla qorunan hüquqlarına zidd olmayan hallar nəzərə alınmaqla hazırlanaraq Ağdaş RİH-nə təqdim edildikdə, İddiaçı icarəyə torpaq sahəsi verilməsi məsələsinə təkrar baxıla bilər. Birinci instansiya məhkəməsinə Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, 01-763 nömrəli və xx xxxxxx 2019-cu il tarixli, 01-751 nömrəli məktublarla müraciət edərək bildirmişdir ki, Oğuz rayonu Qarabulaq kənd sakini İddiaçı icarəsinə verilmiş ərazi üzrə Şəkili kənd sakinləri ilə iddiaçı arasında müxtəlif dövrlərdə yaranmış mübahisələr, Şəkili kənd sakinlərinin rayon icra hakimiyyətinə və digər yuxarı orqanlara çoxsaylı kolektiv şikayətləri ilə nəticələnmişdir. Aparılmış aradırmalar nəticəsində Şəkili kənd sakinlərinin kəndin örüş sahələrinə mal-qar alarının aparılıb-gətirilməsi məqsədilə Ağdaş rayon dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 metr enində torpaq sahəsinin dəhliz kimi saxlanılması zərurətinin olduğu müəyyən edilərək müvafiq baxış aktı ilə rəsmiləşdirilmişdir. Lakin kənd sakinləri əlavə olaraq ərazidə yerləşən yataqdan (tikilidən) X3 icarə torpaq sahəsinin sərhəddinədək olan sahəsinin dəhliz kimi saxlanılmasını tələb edirlər. Sözügedən ərazinin şimal hissəsində 500 hektardan çox istifadəsiz qalmış dövlət fondu qış otlaq sahəsi mövcuddur. Heyvandarlığın inkişafı məqsədilə boş qalan həmin dövlət fondu qış otlaq sahəsindən icarəyə torpaq verilməsi üçün Şəkili kənd əhalisi tərəfindən rayon icra hakimiyyətinə çoxsaylı müraciətlər edilmişdir. Bu müraciətlərə rayon icra hakimyyəti tərəfində n müsbət yanaşılsa da, göstərilən torpaq sahəsinə giriş-çıxış yolunun olmaması həmin torpaq sahəsindən istifadəni məhdudlaşdırmaqla uzun illər ərzində istifadəsiz qalmasına səbəb olmuş, müraciət edən vətəndaşlara icarəyə verilməsini mümkünsüz etmişdir. Odur ki, həmin 500 hektar dövlət fondu torpağından səmərəli istifadə olunması məqsədilə digər vətəndaşlara icarəyə verilməsi üçün giriş-çıxış yolunun olmasını və Şəkili kənd sakinlərinin iddialarının təmin edilməyəcəyi təqdirdə gələcəkdə İddiaçı ilə mübahisələrin yenidən yaranma ehtimalını nəzərə alaraq, dövlət fondu qış otlaq sahəsində yerləşən yataqdan (tikilidən) Qoşaqovaq kəndi istiqamətinə 200 hektar torpaq sahəsinin verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 362 nömrəli ekspert rə yi ilə müəyyən edilmişdir ki, “Ağdaş rayonu Şəkili kəndi ərazisində yerləşən 500 ha dövlət fondu torpaq sahəsinin JN-1328 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə göstərilən 200 ha dövlət fondu qış otlaq sahəsinin şimal hissəsində yerləşdiyini nəzərə alaraq, şəhadətnamədə göstərilən 200 ha dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 m. və qeyd olunan 300 m. enində dəhliz saxlanılmaqla iddiaçıya 200 ha torpaq sahəsinin icarəyə verilməsi sözügedən ərazinin 500 ha torpaq sahəsindən digər vətəndaşların səmərəli və sərbəst istifadə etmələrinə maneə yaradır. Ağdaş RİH-nın xx xxxxxx 2018-ci il tarixli, 01-763 nömtəli məktubu və ona əlavə edilmiş sxemlə Ağdaş RİH-nın xx xxxxxx 2019-cu il tarixli, 01-751 nömrəli məktubu və ona əlavə edi lmiş sxem arasındakı fərq həmin sxemlərdəki ərazilərin fərqli ərazilər olması ilə müəyyən edilir. İddiaçının tələb etdiyi torpaq sahəsi ilə həmsərhəd olan bələdiyyə torpaq sahəsi həmin torpaq sahəsinin qərb tərəfində, dövlət mülkiyyətində olan torpaq sahələrinin isə şərq tərəfində yerləşir.” Məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi izahatında sözügedən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə həmin torpaq sahəsinin qonşuluğunda yerləşən Şəkili kənd sakinlərinin ciddi narazılığının olmasını, əgər torpaq sahəsi iddiaçının icarəsinə verilərsə iddiaçı ilə Şəkili kənd sakinləri arasında çox ciddi və qarşısıalınmaz problemlər yarana biləcəyini, odur ki, gözlənilən xoşagəlməz halların qarşısının alınması məqsədilə və müqavilə bağlamaq hüququnun Cavabdeh diskresion səlahiyyəti nə aid olmasını nəzərə alaraq Cavabdeh sözügedən torpaq sahəsini İddiaçı icarəsinə verməkdən qəti olaraq imtina etdiyini bildirdi. “İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə”dən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi adı ilə əslində iddianın dəyişdirilməsi barədə ərizə verərək onunla cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 99 nömrəli icarə müqaviləsi əsasında verilən JN seriyalı 1328 nömrəli (KOD ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə göstərilən, Ağdaş rayonu Şəkili kəndi ərazisində (Ağ dib deyilən yerdə) dövlət mülkiyyətində olan qış otlaq sahəsində yerləşən 200 hektar torpaq sahəsinin döngə nöqtələri, Ağdaş Rayon İHB-nin imzası ilə məhkəməyə göndərilən xx xxxxxx 2018-ci il tarixli, 010763 nömrəli məktubunda yazılan “dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 m və İddiaçı ilə qonşu icarədar X2 icarə torpaq sahələri arasında yerləşən sərhəddən sol tərəfə 300 m enində torpaq sahəsinin dəhliz kimi saxlanılmaqla İddiaçı 200 ha torpaq sahəsinin icarəyə verilməsi” təklifinə uyğun olaraq təsbit edilməsini xahiş etmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, mübahisə predmeti olan 200 hektar torpaq sahəsinin icarəyə verilməsi və icarə müqaviləsinin bağlanması cavabdehin diskresion səlahiyyətidir və qanunvericiliyin tələbinə əsasən cavabdeh müqavilənin bağlanılmasına məcbur edilə bilməz. Habelə, iddiaçının iddia etdiyi torpaq sahəsi onun icarəsinə veriləcəyi təqdirdə 500 ha torpaq sahəsindən digər vətəndaşların səmərəli və sərbəst istifadə etmələrinə maneə yaradır ki, bu da kənd sakinlərinin hüquqlarına müdaxilə təşkil edir və ictimai maraqlara ziddir. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinin dəyişdirildiyini qeyd etsə də, iddia tələbinin onun tərəfindən verilmiş dəqiqləşdirilmə ərizəsi ilə dəyişdirilməsi müəyyən edilmişdir. İddiaçının apelyasiya şikayətinin “ekspert rəyinin əsassızlığı” haqqında dəlili də məhkəmə araşdırması zamanı təsdiq edilmədi. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1, 11, 18, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1, 6.1.2, 6.1.5, prosessual hüquq normaları kimi Azərbaycan Re spublikası MPM-nin 53, 14.2, 77.1, 217-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı şikayətində bildirmişdir ki, cavabdehin məhkəməyə göndərdiyi xx xxxxxx 2018-ci il tarixli məktubla dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 metr və qeyd olunan 300 metr enində dəhliz saxlanılmaqla iddiaçıya 200 hektar torpaq sahəsinin icarəyə verilməsinin məqsədəuyğun hesab olunduğu göstərilmiş, iddiaçı isə bu təkliflə razılaşaraq təqdim etdiyi ərizə ilə barışıq sazişini bağlamağa hazır olduğunu bildirmişdir. Lakin məhkəmə iddiaçının ərizəsini iddia tələbinin dəyişd irilməsi kimi qəbul etmişdir. Halbuki, iddiaçı iddia ərizəsi ilə məhkəmədən “... torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilərək onun faktiki istifadəsinə verilməsinə dair” qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə “...torpaq sahəsinin dəhliz kimi saxlanılmaqla iddiaçıya 200 hektar torpaq sahəsinin icarəyə verilməsi” tələbi üzrə iddiaya baxmış, bununla iddia tələbinin əslində nədən ibarət olmasını düzgün təsbit edə bilməmişdir. Məhkəmə prosessual qanunvericiliyin tələblərinə zidd olaraq öz təşəbbüsü ilə iddianı dəyişdirmiş, iddia tələbi başqa olduğu halda, məhkəmənin təmin etmədiyi tələb isə başqadır. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli məktubu ilə mübahisənin həlli üçün məhkəmə vasitəsi ilə iddiaçıya yazılı surətdə bir təklif (oferta) göndərib, iddiaç ı da həmin təklifi qəbul etdiyini (aksept) yenə məhkəmə vasitəsi ilə cavabdehə göndərmişdir. Yəni tərəflər arasında mülki qanunvericiliyin tələblərinə uyğun barışıq sazişi bağlanmışdır. Lakin məhkəmə həmin barışıq sazişinin bağlanması və ya rədd edilməsi barədə qərardad qəbul etməli olduğu halda, qətnamə qəbul etmişdir. Bundan başqa bildirilmişdir ki, məhkəmə araşdırması zamanı əldə edilən ekspert rəyi təfsilatlı araşdırma aparılmadan tərtib edildiyindən iddiaçı təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlər qaldırmış, məhkəmələr isə həmin vəsatəti əsassız olaraq rədd etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti yanında olan Kadastr və Yerquruluşu Layihə-X4 LTİ-nin mübahisəli torpaq sah əsi ilə bağlı mütəxəssis rəyinin olmamasına baxmayaraq, ekspert rəyinin göstərilən mütəxəssis rəyi əsasında hazırlanması göstərilmişdir. Habelə, həmin torpaq sahəsinin şərqində digər vətəndaşların səmərəli və sərbəst istifadəsi üçün dövlət fondu qış örüş torpaq sahəsinin olmamasına baxmayaraq, ekspert həmin ərazidə 500 hektar torpaq sahəsinin olmasına dair əsaslı olmayan nəticəyə gəlmişdir. Daha bir dəlillə bildirilmişdir ki, iddiaçı torpaq sahəsindən üzün müddət istifadə etmiş və sonuncu icarə müqaviləsi 2016-cı ildə bitmiş və bu müddətdə sonra həmin torpaq sahəsi onun icarəsinə yenidən verilməsi ilə bağlı müraciət etsə də, məsələ mülki və torpaq qanunvericiliyin tələblərinə əsaəsn həll olunmamışdır. Başqa bir dəlillə bildirilmişdir ki, qanunvericiliyin tələblərinə görə yay və qış otlaqla rının, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq 10 ildən 15 ilədək müddətə verilə bilər. Qanunvericiliyin imperativ tələbinin mövcud olmasına baxmayaraq, cavabdeh torpaq sahəsini iddiaçıya yalnız 3 il müddətinə icarəyə vermiş, məhkəmə isə göstərilən qanun pozuntusunu nəzərə almamışdır. Dəlillərin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2, 881, 719.1, 719.7, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.4, 16.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 5.4, 52, 191,102-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş v ə məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə, iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi adı ilə əslində iddianın dəyişdirilməsi barədə ərizəsini vermiş və onun iddianın dəyişdirilməsi haqqında sonuncu ərizəsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməklə həmin tələb üzrə qətnamə qəbul olunmuşdur. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlilinə görə, iddia ərizəsi ilə məhkəmədən “... torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilərək onun faktiki istifadəsinə verilməsinə dair” qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin sonradan cavabdehin məhkəməyə göndərdiyi xx xxxxxx 2018-ci il tarixli məktubda dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd bo yu örüş ərazisinədək uzanan 40 metr və qeyd olunan 300 metr enində dəhliz saxlanılmaqla iddiaçıya 200 hektar torpaq sahəsinin icarəyə verilməsinin məqsədəuyğun hesab olunduğu göstərilmiş, iddiaçı isə bu təkliflə razılaşaraq təqdim etdiyi ərizə ilə barışıq sazişini bağlamağa hazır olduğunu bildirmişdir. Məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmadığını və bunun aşağıdakılardan irəli gəldiyini qeyd edir. Azərbaycan Respublikası MPM-nin: - 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır; - 151.3-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 10 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Göstərilən maddələrin tələblərinə görə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarında verilmiş şərhə əsasən, “mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür.... İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabd ehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir. İddianın dəyişdirilməsi barədə ərizə verildikdə ilkin iddia tələbi iki qaydada dəyişdirilə bilər. Birinci halda tələbin əsası, yəni iddiaçının öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsinin səbəbi, ikinci halda isə iddianın predmeti, yəni maddi hüquq normasının dispozisiyası dəyişdirilir.” İddianın əsasını və ya predmetini dəyişməsi barədə verilmiş ərizə iddia ərizəsinə bərabər olduğundan, onun icraata qəbul olunması və yaxud qaytarılması və ya onu qəbul etməkdən imtina olunması barədə qərardad çıxarılmalı, 10 gün müddətində belə qərardad qəbul edilmədyi halda həmin ərizə qəbul edilmiş sayılmalıdır. İşin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, 1-ci cildin 151ci vərəqəsində olan ərizəyə görə, iddiaçı ilk iddia tələbinin dəyişdirilməsi barədə xx xxxxxx 2019-cu il tarixində məhkəməyə müraciət etmişdir. Lakin həmin ərizə üzrə birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir prosessual sənəd qəbul edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadından göründüyü kimi, iddia tələbi “Ağdaş rayonu, Şəki kənd ərazisində yerləşən, dövlət mülkiyyətində olan qış otlaq sahəsində yerləşən, JN 1328, kod 90100001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə göstərilən 200 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğun olaraq ona yenidən icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi əks olunmaqla məhkəmə baxışına təyin eidlmişdir. İşin 1-ci cildin 234-cü səhifəsində olan xx xxxxxx 2019-cu il tarix li “İddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə iddiaçı xx xxxxxx 2019-cu il tarixdə verdiyi ərizədə göstərilən iddia tələbi ilə müraciət olunduğunu bildirmiş və həmin tələbin ifadə tərzinin hansı qaydada təsbit olunduğunu göstərmişdir. Sonuncu ərizə üzrə də birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir prosessual sənəd qəbul edilməmişdir. X7-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə sonuncu iddia tələbi üzrə işə baxdığını bildirmiş və ilkin iddia tələbinin dəyişdirildiyini qərardadda göstərmişdir. Beləliklə, işdə olan prosessual sənədlər o nəticəyə gəlmək üçün əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xx xxxxxx 2019-cu il tarixində verilmiş ərizəsi iddia ərizəsində göstərilən iddia tələbinin əsasını dəyişdirən ərizə ki mi qiymətləndirmiş və sonuncu tələb üzrə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bildirdiyi hüquqi əsaslarla razılaşaraq qeyd edir ki, iddiaçının mübahisələndirdiyi prosessual məsələ üzrə mülki prosessual qanunvericiliyin tələbləri pozulmamşdır. Belə ki, xx xxxxxx 2019-cu il tarixli ərizəni iddiaçı “İddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə kimi göstərsə də, lakin həmin ərizənin mahiyyəti iddianın əsasını dəyişdirən ərizə kimi düzgün olaraq qəbul edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmənin iddia tələbinin nədən ibarət olmasını təsbit edə bilməməsi barədə kassasiya şikayətinin dəlili əsassızdır. Qeyd edilmiş ərizənin barışıq sazişi ni bağlamağa hazır olduğu kimi qiymətləndirilməsinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin: - 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Sadalanan normaların tələblərindən aydın olduğu kim i, tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla yekunlaşdırmaq hüquqları mövcuddur. Belə olduqda, göstərilən halın şərtləri məhkəmə iclası protokoluna qeyd olunmaqla tərəflərin imzası ilə və ya həmin şərtlərin qeyd olunduğu ərizənin məhkəməyə təqdim olunması ilə öz təsdiqini tapmalıdır. İddiaçı cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx xxxxxx 2018-ci il tarixli, 01763 saylı məktubla razılaşdığını bildirsə də, cavabdehin göstərilən təklifi ilə razı olması səbəbindən tərəflər arasında barışığa gəlinməsi ilə bağlı sazişin mövcudluğuna dair məhkəməyə hər hansı sənəd təqdim etməmiş, habelə tərəflər məhkəmə iclaslarında barışığa gəlmələri barədə izahat verməmişdirlər. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, mübahisə predmeti olan 200 hektar torpaq sahəsinin icarəyə verilməsi v ə icarə müqaviləsinin bağlanması cavabdehin diskresion səlahiyyətidir və qanunvericiliyin tələbinə əsasən cavabdeh müqavilənin bağlanılmasına məcbur edilə bilməz. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin bu mövqeyini mübahisələndirərək bildirmişdir ki, cavabdeh xx xxxxxx 2018-ci il tarixli məktubu ilə mübahisənin həlli üçün məhkəmə vasitəsi ilə iddiaçıya yazılı surətdə bir təklif (oferta) göndərib, iddiaçı da həmin təklifi qəbul etdiyini (aksept) yenə məhkəmə vasitəsi ilə cavabdehə göndərmişdir. Yəni tərəflər arasında mülki qanunvericiliyin tələblərinə uyğun barışıq sazişi bağlanmış, lakin məhkəmə bu məsələyə qiymət verməmişdir. Məhkəmə kollegiyası dəlillə razılaşmadığını aşağıdakılardan irəli gəldiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 405.2-ci maddəsin ə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır; - 406.1-maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; - 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər; - 881.3-ci maddəsinə əsasən, barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərt ib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 93-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Maddələrin ümumiləşdirilmiş qaydasına görə, müqavilə kimi qiymətləndirilən barışıq razılaşmasının bağlanması üçün bir tərəfin digər tərəfə təklifin göndərilməsi və qarşı tərəfin həmin təklifin qəbulunu istisna etmir. Barışıq razılaşma sının mahiyyəti ondan ibarətdir ki, tərəflər mübahisəni qarşılıqlı güzəştlər yolu həll etmək niyyətindədirlər. Barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır. Baxılan məsələyə münasibətdə barışıq razılaşması torpaq icarəsi müqavələsinin bağlanması ilə bağlı olduğundan, onun yazılı qaydada həyata keçirilməsi zəruridir, çünki torpaq sahəsinə dair əqdlər yazılı formada tərtib olunmalıdır. Bu qaydadan istisna hal barışıq razılaşmasının məhkəmə vasiəsilə bağlanması təşkil edir ki, bu halda mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət edilməsi məcburidir. Qanunvericiliyin sadalanmış müddəalarının tələbləri iddiaçının bildirdiyi məsələyə münasibətdə yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, mübahisə tərəfləri arasında barışıq razılaşmasına dair oferta verilməmiş və aksept olunmamışdır və onlar arasında barışıq razılaşması bağlanılmamışdır. Belə ki, cavabdehin xx xxxxxx 2018-ci il tarixli məktubu iddiaçıya ünvanlanan müqavilənin bağlanması barədə təklif olmamış, mülki prosessual qanunvericiiyin tələblərinə uyğun olaraq məhkəməyə ünvanlanmış sorğuya cavab kimi verilmişdir. Yuxarıda qeyd edildiyi kimi, həmin məktuba münasibətdə iddiaçının təqdim etdiyi xx xxxxxx 2018-ci il tarixli ərizəsi isə düzgün olaraq aksept kimi deyil, iddia ərizəsinin əsasını dəyişdirən ərizə kimi qiymətləndirilmişdir. Qeyd edilənlər isə o nəticəni yaradır ki, mübahisə tərəfləri arasında mülki qanunverilikdə nəzərdə tutulmuş qaydada barışıq razılaşması haqqında müqa vilə imzalanmamışdır. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının apellyasiya şikayətinin “ekspert rəyinin əsassızlığı” haqqında dəlili də məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. İddiaçı kassasiya şikayətinin dəlilləri ilə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı əldə edilən ekspert rəyi təfsilatlı araşdırma aparılmadan tərtib edildiyindən iddiaçı təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlər qaldırmış, məhkəmələr isə həmin vəsatəti əsassız olaraq rədd etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti yanında olan Kadastr və Yerquruluşu Layihə-X4 LTİ-nin mübahisəli torpaq sahəsi ilə bağlı mütəxəssis rəyinin olmamasına baxmayaraq, ekspert rəyinin göstərilən mütəxə ssis rəyi əsasında hazırlanması göstərilmişdir. Habelə, həmin torpaq sahəsinin şərqində digər vətəndaşların səmərəli və sərbəst istifadəsi üçün dövlət fondu qış örüş torpaq sahəsinin olmamasına baxmayaraq, ekspert həmin ərazidə 500 hektar torpaq sahəsinin olmasına dair əsaslı olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin müddəlarında ekspertiza ilə bağlı aşağıdakı qaydalar müəyyən olunmuşdur: - 97-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.... İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırla r; - 99.1-ci maddəsinə əsasən, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir; - 102-ci maddəsinə əsasən, erkspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər; - 102.3-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandır ılmış qərardad qəbul etməlidir. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, ekspertizanın aparılması xüsusi biliklə bağlı olmalı, tərəflərin çəkişmə prinsipini riayət edilməklə aparılmalı, habelə verilmiş ekspert rəyi müəyyən hallarda təkrar və ya əlavə ekspertizanın aparılmasını zəruri edə bilər. Bununla yanaşı, əlavə və ya təkrar ekspertizanın aparılması barədə işdə iştirak edən şəxslərin vəsatəti rədd edildikdə məhkəmə qəbul etdiyi qərardadı əsaslandırmalıdır. Eyni zamanda, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun): - 17-ci maddəyə əsasən, ikin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, apa rılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir; - 18-ci madddəsinə əsasən, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda, təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Bu müddəalardan göründüyü kimi, ilkin ekspert rəyinin mübahisələndirilməsi müəyyən edilmiş şərtlərin mövcudluğu halında mümkündür. Bu şərtlər kimi rəyin aydın olmaması, sualların həll edilməməsi, rəyin əsaslı olmaması və s. göstəri lmişdirlər. Müddəaların tələbləri iddiaçının dəlillərinə münasibətdə tətbiq edilərkən məhkəmə kollegiyası hesab edir ki, onlar qismən əsaslıdır. Belə ki, iddiaçı tərəf belə şərtlərin mövcudluğu barədə hər hansı bir məlumatı, sübutları təqdim etməmişdir. İddiaçının bildirdiyi kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti yanında olan Kadastr və Yerquruluşu Layihə-X4 LTİ-nin mübahisəli torpaq sahəsi ilə bağlı mütəxəssis rəyinin olmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində həmin mütəxəssis rəyinə isinad işin 1-ci cildin 58-ci səhifəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti yanında olan Kad astr və Yerquruluşu Layihə-X1 LTİ tərəfindən verilmiş mütəxəssis rəyini ehtiva edir. Bu halda ekspert rəyində “Şəki LTİ-nin” göstərilməsini məhkəmə kollegiyası texniki səhv kimi qiymətləndirir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası bildirir ki, əlavə və təkrar ekspertizanın aparılması üçün hüquqi və faktiki əsaslar olmadığından, iddiaçının bu hissədə dəlili əsassızdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda istinad edilmiş Azərbaycan Respublikası MPM-nin 102.3-cü maddəsinin tələbləri pozulmuşdur, çünki iddiaçının əlavə və təkrar ekspertizanın aparılması barədə vəsatəti üzrə məhkəmə əsaslandırılmış qərardad qəbul etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qeyd edilmiş pozuntu qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Belə ki, maddənin tələbləri tətbiq edilərkən məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsi iddia tələbinin rədd olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı olmasına dair nəticəyə gələrkən ekspert rəyinə ümumiyyətlə istinad etməmiş və işin digər hallarına əsasən öz mövqeyini maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir ki, müqav ilə tərəflərin azad iradə ifadəsidir, müqavilənin şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və müqavilə bağlamağa məcburetməyə yol verilmir. İddiaçı apellyasiya məhkəməsinin bu mövqeyini o əsasla mübahisələndirmişdir ki, iddiaçı torpaq sahəsindən üzün müddət istifadə etmiş və sonuncu icarə müqaviləsi 2016-cı ildə bitmiş və bu müddətdən sonra həmin torpaq sahəsi onun icarəsinə yenidən verilməsi ilə bağlı müraciət etsə də, məsələ mülki və torpaq qanunvericiliyin tələblərinə əsasən həll olunmamışdır. Habelə, torpaq sahəsi fiziki şəxslərin icarəsinə bir qayda olaraq 10 ildən 15 ilədək müddətə verilməli olduğu halda, qanunvericiliyin imperativ tələbinin mövcud olmasına baxmayaraq, cavabdeh torpaq sahəsini iddiaçıya yalnız 3 il müddətinə icarəyə vermiş, məhkəmə isə göstərilən qanun pozunt usunu nəzərə almamışdır. Məkəmə kollegiyası dəlillə razılaşmadığını aşağıdakılardan irəli gəldiyini qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 720.1-ci maddəsinə əsasən, icarəçi icarəyə verəndən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda tələb edə bilər: 720.1.1. müəssisənin icarəyə götürüldüyü halda bu müəssisə icarəçinin mövcudluğunun iqtisadi əsasını təşkil etdikdə; 720.1.2. torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 16-cı maddəsinin 4-cü bəndinə əsasən, yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. İstinad olunan mülki qanunvericiliyin müddəalarında icarəçinin torpaq icarəsi müqaviləsindən irəli gələn hüquq münasibətlərinin müqavilə ilə müəyyən edilmiş müddət bitdikdən sonra davam etdirilməsini tələb etmək əsasları və qaydaları müəyyən edilmişdir. Maddədə torpaq üzərində yerləşən müəssisə və üzərində müəssisə yerləşən torpağın icarəsi müqavilələri üzrə hüquq münasibətlər inin davam etdirilməsi nəzərdə tutulmuşdur. Yəni, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini icarəçi göstərilmiş iki halda tələb edə bilər. İşin hallarından göründüyü kimi isə, iddiaçıya qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün yalnız torpaq sahəsi verilmiş və həmin sahədə iddiaçıya aid müəssisə mövcud olmamışdır. Beləliklə, mülki qanunvericiliyin tələbləri baxımından iddiaçının torpaq icarəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi hüququ yaranmamışdır. Torpaq qanunvericiliyin tələblərinə görə isə otlaq sahələrinin icarə müddəti başa çatdıqdan sonra yeni müqavilə yalnız torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin sahənin bir qayda olaraq on ildən on beş ilədək verilə bilməsi ifadəsi isə onu ehtiva edir ki, bu müddətlərdən istisnalar qanun pozulması kimi qiymətləndirilməməlidir. Sadalanmış qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdehin iddiaçı ilə icarə müqaviləsinin bağlanması öhdəliyi yaranmadığından, iddiaçının tələbinin hüquqi əsası mövcud olmamış və aşağı instansiya məhkəmələri iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdirlər. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şiakyətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(107)-16/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar