Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-8/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X2” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-780/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı “X2” MMC (bundan sonra mətndə-iddiaçı) cavabdeh X1" MMC-yə (bundan sonra mətndə-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZTX/412 saylı, 2019-cu il 22 fevral tarixli icarə müqaviləsi üzrə əsas borc (ƏDV daxil olmaqla) və gecikdirilmiş günlər üzrə cərimələr olmaqla ümumilikdə 27966,57 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" LTD MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 09 aprel tarixli, e-2-2 (113)-966/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək AZTX/412 saylı, 2019-cu il 22 fevral tarixli icarə müqaviləsi üzrə əsas borc üzrə 26927,32 (ƏDV daxil olmaqla) və 1039,25 manat cərimə məbləği ümumilikdə 27966,57 (iyirmi yeddi min doqquz yüz altmış altı manat əlli yeddi qəpik) və ödənilmiş dövlət rüs umunun əvəzi 30 manat Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" LTD MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Aytən Əliyeva). Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qisməncərimə məbləğinin tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 22(103)-780/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Vidadi Məmmədov və Yusifov Cahangir). Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni cavabdehdən cərimənin tutulmasına dair hissədə ləğv edilib və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (2021-ci ilin 01 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianı n qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. Hazırki halda qətnamənin yalnız cərimə məbləğinin tutulması hissəsi mübahisələndirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktlarına əsasən cavabdehdən iddiaçının xeyrinə tutulan cərimənin məbləği 1039,25 manat təşkil edir. Belə olan halda, istinad olunan prosessual hüquq normasının tələbinə görə apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassa siya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2021-ci il 17 noyabr tarixli qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası MPM-in 402.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-780/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə d air Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2021-ci il 17 noyabr tarixli 2-2(102)-605/2021 saylı qərardadı ləğv edilsin. Kommersiya mübahisəsəsi üzrə hazırki iş kassasiya baxışından çıxarılsın və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.A.Dadaşov
Məhkəmə qərarları › İş №2-2(102)-8/2022
Ali Məhkəmə Qərar — İş №2-2(102)-8/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver